Məhkəmə qərarları › İş №1(010)-155/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-155/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-155/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Bünyatzadə küçəsində nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 yanvar 2021-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 5 (beş) manat pul müqabilində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, köhnə qəsəbə nümayəndəliyi yanında şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini alaraq əldə edib, əynindəki qara rəngli gödəkçəsinin iç sol cibində saxlayıb daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Suraxanı RPİnin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 30 yanvar 2021-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, X7, Bülbülə - Ramanı yer altı keçidində saxlanılıb, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək, üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçəsinin iç sol cibindən bir ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 0,372 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir müddət ərzində “kakos” kimi tanıdığı narkotik vasitə olan heroindən istifadə etmişdir. Narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul etmişdir. Narkotik vasitə lazım olduqda, o, Bülbülə qəsəbəsi ərazisinə gəlmiş və orada üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən pulla narkotik vasitə almışdır. Həmin şəxsdən daima narkotik vasitə almışdır. 30 yanvar 2021-ci il tarixdə, səhər saatlarında o, yaşadığı evdən çıxaraq, marşrut avtobusu ilə Bülbülə qəsəbəsinə gəlmişdir. Bülbülə qəsəbəsinə narkotik vasitə almaq üçün gəlmişdir. Bülbülə qəsəbəsində ünvanını bilmədiyi yerdə dayanmış və həmişə narkotik vasitə aldığı şəxsin keçməsini gözləmişdir. Belə ki, daima narkotik vasitəni həmin yolla almışdır. Həmin şəxs oradan ötüb keçən zaman ətrafa baxmış və o, ətrafda heç kəsin olmadığını görüb, bu şəxsə işarə etmişdir. Həmin şəxs də ona işarə etməyini görüb başa düşmüşdür ki, o, narkotik vasitə almaq istəyir. Həmin şəxs ona arxasınca gəlməyinə işarə etmiş, o, həmin şəxsin arxasınca bir neçə metr getmiş, kiçik yolda ona yaxınlaşmış və 5 manat pul vermişdir. Həmin şəxs də bunun müqabilində ona bir ədəd siqaret kağızı bükümü vermiş və uzaqlaşmışdır. O, bükümü açıb içərisinə baxmış və görmüşdür ki, içərisində narkotik vasitə olan heroin vardır. O, heroini əynində olan ödəkçəsinin sol iç yan cibinə qoyub oradan uzaqlaşmağa başlamışdır. Bundan sonra təsadüfən o, tanıdığı X4 ilə qarşılaşmışdır. Saat 14:50 dəqiqədə Bülbülə qəsəbəsi ərazisində yerləşən Bülbülə - Ramanı yeraltı keçidində o, Şəhriyarla narkotik vasitə “heroin” istifadə etməyə hazırlaşan zaman, saat 14:50 radələrində mülki geyimli iki nəfər şəxs onlara yaxınlaşıb və xidməti vəsiqələrini göstərib, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmalarını bildirib Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Onlar heç bir etiraz etməyərək, polis əməkdaşları ilə razılaşmış və onlarla birlikdə Polis Bölməsinə gəlmişlər. Polis Bölməsinə xidməti otaqların birinə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ona üzərində qanunsuz əşya saxlamağı barədə sual verilmiş və vardırsa, könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bundan sonra o, özü bir neçə saat əvvəl aldığı və içərisində narkotik vasitə olan bir ədəd siqaret kağızı bükümünü və bir ədəd qırmızı rəngli “Redmi Not 7” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümün içərisində nə olması və haradan əldə etməyi barədə sual vermişlər. O, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını və bir neçə saat əvvəl tanıdığı, lakin adını bilmədiyi şəxsdən 5 manata almasını demişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o və axtarışda iştirak edən şəxslər imza etmişlər. İş üzrə Təqsirləndirilən şəxs ifadəsində onu da göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt kiməsə narkotik vasitə satmamış və verməmişdir. Üzərindən aşkar edilmiş həmin narkotik vasitədən də heç kimə satmamış və verməmişdir. Narkotik vasitələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Üzərində narkotik vasitə olması və gəzdirməyi barədə heç kimin məlumatı olmamış, belə ki, bu barədə heç kimə deməmişdir. Narkotik vasitəni aldığı şəxs haqqında heç bir məlumata sahib deyil, belə ki, həmin şəxsi üzdən tanısa da, onun haqqında heç bir məlumata sahib deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsindədir. 30 yanvar 2021-ci il tarixdə 24.08.1997-ci ildə Tərtər rayonunda anadan olmuş və ünvan 3 ünvanda yaşayan X2 narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Polis Bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və həmin şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə bölmə rəisinə raportla məruzə etmiş və rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Şəhriyar adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun üzvləri o, və Suraxanı RPİnin NMB-nin əməliyyat müvəkkili, polis polis leytenantı Şahid2 təyin olunmuşdur. Bundan sonra əməliyyat tədbirləri keçirilməyə başlanılmış, həmin gün Şahid2 ilə məlumat əsasında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində olan piyada keçidinin yaxınlığına gəlmişlər. Saat 15:00 radələrində keçidin qarşısından bir neçə metr aralıda Şəhriyar adlı şəxsin əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar və xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Sonunjunun yanında başqa bir şəxs də olmuş, həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirmişdir. X9 və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmalarını bildirib, onları Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər, sonuncular da heç bir etiraz etmərək, onlarla razılaşmışdır. Bundan sonra onlar birlikdə polis bölməsinə gəlmişlər. Bu barədə o, raport yazıb bölmə rəisinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmiş, xidməti otaqların birində Eldənizə hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Eldənizə üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda, onu təqdim etməsi təklif olunmuşdur. Bu zaman Eldəniz əynində olan qara rəngli gödəkçəsinin sol iç yan cibindən bir ədəd siqaretin kağızı bükümünü və bir ədəd “Redmi Note 7” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Eldənizə həmin bükümdə nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin bükümün içərisində narkotik vasitə olan heroin olmasını və həmin günü Bülbülə qəsəbəsində tanıdığı, lakin adını bilmədiyi şəxsdən 5 manat pul müqabilində öz şəxsi istifadəsi üçün almasını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş başqa hər hansı bir əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin narkotik vasitə kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən polis əməkdaşı, Eldəniz, vəkil və o, imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşları, vəkil və Eldəniz imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı PPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 30 yanvar 2021-cı il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 01.02.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 01 fevral 2021-ci il tarixli 6/441 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №195” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.372 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına aiddir. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 X10 X11 Komissiyasının verdiyi 17 fevral 2021-ci il tarixli 498 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 22.01.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü madəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 02 il şərti sınaq müddəti ilə azadlığa buraxılmışdır. İş materiallarında olan Yevlax rayon Məhkəməsinin 1(039)-05/2016 saylı 22.01.2016-cı il tarixli hökmündən görünür ki, Şəldiyev X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində 02 il sınaq müddəti müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş iki ədəd bükümdə, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,322 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 30.01.2021-ci il tarixdən 01.02.2021-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu vaxtdan, yəni 01 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,322 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar