Məhkəmə qərarları › İş №1(010)-156/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-156/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-156/2023 20.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs2, xx.xx.2000-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan və İmişli rayonu, İmişli şəhəri, İ.Bayramov küçəsi ev 19 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və 14 iyul 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə və Təqsirləndirilən şəxs1, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, 18 avqust 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup şəxs halında cinayət əlaqəsinə girərək 08 iyun 2022-ci il tarixdə saat 06 radələrində etibarnamə əsasında idarə etdiyi «Toyota Prius» minik markalı ** LD *** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov 12 nömrəli evin arxasına gələrək, orada dayanmış Zərərçəkmiş şəxs1 məxsus olmaqla Zərərçəkmiş şəxs2 istifadəsində olan «Daewoo Gentra» markalı ** TC *** qeydiyyat nişanlı avtomobilin sağ arxa sərnişinin qapısını şüşəsini özü ilə gətirdiyi əşya ilə vurub sındırmaqla salondakı "xxxx" dezinfeksiya MMC-yə aid olan satışdan əldə olunmuş 770 manat pulu, avtomobilin salonda orta şit üzərində olan 50 manat dəyərində plastik keçəcəyi (obodok), Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 100 manat dəyərində «Samsung S 4» markalı üzərində hər hansı aksesuar və danışıq kartı olmayan mobil telefonu, "xxxx" markalı android monitoru, 1 ədəd 150 manat dəyərində "xxxx" markalı maqnitafon, daha sonra avtomobilin arxa yük hissəsindən 2 ədəd cəmi 450 manat dəyərində «Kenwood» səsgücləndiriciləri (kalonkaları), 1 ədəd 450 manat dəyərində "xxxx" səsgücləndiri bloku, həmin yük yerindən MMC-yə aid olan 1 ədəd 271 manat dəyərində «Hundai» markalı dezinfeksiya pompa cihazını, 1 ədəd 370 manat dəyərində «Duru EİDS ULM buxar cihazını, 1 ədəd 60 manat dəyərində «farmgard» markalı dezinfeksiya pompa cihazını, 2 ədəd hər biri 115 manat dəyərində olan 5 litirlik cəmi 230 manat dəyərində «Consantre ec cupramed» dezinfeksiya mayesini, 1 ədəd 115 manat dəyərində 5 litirlik "xxxx" dezinfesiya mayesini, bundan başqa avtomobilin təkərləri üzərində olan 4 ədəd hər biri 12.50 manat olan cəmi 50 manat dəyərində təkər keçəcəkləri (kalpakları) gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" dezinfeksiya MMC-yə 1816 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs2 1630 manat məbləğində vahid niyyətlə ümumilikdə 3446 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai rayon məhkəməsin xx.xx.2019-cu il tarixli hökmü ilə 02 il 05 ay 28 gün müddətinə azadlaqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 06 ay 02 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun etibarnamə əsasında idarə etdiyi «Toyota Prius» minik markalı ** LD *** qeydiyyat nişanlı avtomobillə 08 iyun 2022-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən 12 nömrəli evin arxasına gedərək, orada dayanmış Zərərçəkmiş şəxs1 məxsus olmaqla Zərərçəkmiş şəxs2 istifadəsində olan «Daewoo Gentra» markalı ** TC *** qeydiyyat nişanlı avtomobilin sağ arxa sərnişinin qapısının şüşəsini özü ilə gətirdiyi əşya ilə vurub sındırmaqla avtomobilin salonundakı "xxxx" dezinfeksiya MMC-yə aid olan satışdan əldə olunmuş 770 manat pulu, avtomobilin salonunda orta şit üzərində olan 50 manat dəyərində plastik keçəcəyi (obodok), Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 100 manat dəyərində «Samsung S 4» markalı üzərində hər hansı aksesuar və danışıq kartı olmayan mobil telefonu, "xxxx" markalı android monitoru, 1 ədəd 150 manat dəyərində "xxxx" markalı maqnitofonu, daha sonra avtomobilin arxa yük hissəsindən 2 ədəd cəmi 450 manat dəyərində «Kenwood» səsgücləndiriciləri (kalonkaları), 1 ədəd 450 manat dəyərində "xxxx" səsgücləndirici bloku, həmin yük yerindən MMC-yə aid olan 1 ədəd 271 manat dəyərində «Hundai» markalı dezinfeksiya pompa cihazını, 1 ədəd 370 manat dəyərində «Duru EİDS ULM buxar cihazını, 1 ədəd 60 manat dəyərində «farmgard» markalı dezinfeksiya pompa cihazını, 2 ədəd hər biri 115 manat dəyərində olan 5 litrlik cəmi 230 manat dəyərində «Consantre ec cupramed» dezinfeksiya mayesini, 1 ədəd 115 manat dəyərində 5 litrlik "xxxx" dezinfesiya mayesini, bundan başqa avtomobilin təkərləri üzərində olan 4 ədəd hər biri 12.50 manat olan cəmi 50 manat dəyərində təkər keçəcəkləri (kalpakları) gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" dezinfeksiya MMC-yə 1816 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs2 1630 manat məbləğində vahid niyyətlə ümumilikdə 3446 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,724 qram olan psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və 16 avqust 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi 30 №-li evin qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış massivi 25 ünvanda yerləşən 33-cü Polis bölməsinin inzibati binasına gətirilərək, orda üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 0,724 qram olan ağ rəngli kristallik şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqribən 2022-ci ilin mart ayından Bakı şəhərinə işləmək məqsədi ilə köçmüşdür. İcarəyə “Toyota Prius” markalı 99LD850 d.q.n.lı avtomobil götürməklə taksi fəaliyyəti göstərmişdir. Şüşə adlanan narkotik vasitə istifadə edir. Bir neçə dəfə müştərisi olmuş yaşı qırxdan yuxarı olan Fuad onun tanışıdır və əvvəllər məhkumluğu olmuşdur. Kənd Əhmədli qəsəbəsində yaşamışdır və Fuadı evinə aparmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixində Fuad ona hər dəfə olduğu kimi fərqli nömrədən zəng edərək, işinin olduğunu “bir yer var ora gedəcəyik” demişdir. Səhər saat 06 radələri olmuşdur. X13 qəsəbəsinə sürdürmüşdür. Münasibətləri olduğu üçün o Fuada ödəniş müqabilində xidmət göstərməmişdir. Öncədən tanımadığı bir məhəllədə avtomobili saxlatmağını istəmişdir. O Fuadı gözləməyə başlamışdır. Təqribən on beş dəqiqə sonra geri qayıdaraq, Fuad avtomobili önə sürməyi bildirmişdir və o avtomobili yaxınlıqda hasar kənarında olan Daevo markalı avtomobilin yanına sürmüş və bu zaman Fuadın avtomobilin şüşəsini sındırmaqla içərisində olan maqnitafon, səsgücləndirici, monitor, plastik keçirmə, monitor, kalprak və digər əşyaları özü avtomobilin arxa yük yerinə (baqaj) hissəsinə yığmışdır. O yaxşı iş görmədiklərini dedikdə Fuad “sənin işin yoxdu, narahat olma” demişdir. Bundan başqa o xüsusi qabları avtomobilin yük hissəsinə yığmış və o Fuadı məhəllələrinə aparmış və düşürtmüşdür. Fuad bütün dərman məhsullarını və dəqiqliklə bilmədiyi digər əşyaları götürüb, evinə aparmışdır. Maqnitafon və təkər qapaqları isə onun avtomobilinin yük yerində (baqajında) qalmış və avtomobilinə başqa maqnitafon, kalpaklar və başqa əşyalar qoyub bildirmiş ki, bəs satıb pul edərlər və həmdə ona bildirmişdir ki, bəs maqnitafonu satsın puldan ona da verəcək və o da həmin gün oğruladıqları maqnitafonu tap.az saytına yerləşdirmək qərarına gəlmişdir. Maqnitafonu onun sataraq cəmi 80 (səksən) manatını Fuada verəcəyinə dair razılaşmışlar və onu “Tap.az” saytına 140 (yüz qırx) manat müqabilində satış elanına yerləşdirmişdir. Maqnitafonun oğurluq olduğunu bilmişdir. Hadisədən bir gün öncə Fuad ondan avtomobilini bir-iki saatlıq istəmişdir. O avtomobilini xx.xx.2022-ci il tarixində günorta saat 16 radələrində Fuada vermişdir. Fuad avtomobilinin ustada olduğunu, ona baş çəkəcəyini bildirmişdir. Fuad avtomobilə transit nömrələr belə qoymuşdur və o Fuadı bunu nə məqsədlə etməsini sonradan bilmişdir. Respublika Narkoloji Dispanserində müalicə olunmuşdur. Narkotik vasitəni tanışı Fuaddan şəxsi istifadəsi üçün götürmüşdür. xx.xx.2022-ci il tarixində günorta saatlarında Neftçilər metrostansiyası yaxınlığında dayanmışdır. Qeyd etdiyi tarixdə mülki geyimli polislər ona yaxınlaşıb özlərini təqdim etmişlər baş vermiş oğurluq hadisəsi ilə bağlı onu 33-cü PB-nə dəvət etmişlər. 33-cü PBdə o üzərində olmasa da idarə etdiyi avtomobilində bir büküm narkotik vasitə olduğunu bildirmişdir. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs2 izahatında bildirdi ki, hadisəyə qədər bilməmişdir ki, oğurluqdur, yalnız hadisənin yerində bildi ki, oğurluqdur. Özünü yalnız köməklik etdiyinə görə təqsirli bilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2008-ci il tarixdə Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2005-ci il tarixdə Nizami rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2019-cu il tarixdə Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2021-ci il tarixdə Xətai RPİ-in istintaq şöbəsində barəsində Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə olan cinayət işi üzrə CPM-in 73.2-ci maddəsi ilə xitam olunmuşdur. Təqsirləndirilən şəxs2 bir neçə ay müddət olarmış ki, taksi xidmətindən istifadə edən zaman müştəri olaraq tanımış və o «Toyota Prius” markalı ** ED *** d.q.n.lı avtomobili götürməklə taksi fəaliyyəti göstərirmiş. O Elvinə heç bir zaman narkotik vasitə və psixotrop maddə verməmişdir. Onunla aralarında səmimi münasibət olmuşdur və onlar arasında yaxın münasibət olduğundan o son zamanlar demək olar ki, Elvinin taksi xidmətindən istifadə etmişdir və hətta danışıq zamanı Elvin ona taksi fəaliyyəti ilə məşğul olmaq üçün maşın təşkil olunmasından köməklik edəcəyini bildirmişdir. Onun istifadəsində 070 *** ** ** nömrəsi olmuşdur. xx.xx.2022-ci il tarixdə axşam saatlarından o tanışı istifadəsində olan hər hansı mobil nömrəsini bilmədiyi Elçin adlı şəxsin Günəşli qəsəbəsində Kərpic zavod ilə üzbəüz olan evinə getmişdir və axşam saat 03 radələrində olmuşdur o Elçinin evindən çıxmış və üzərində olan 070 *** ** ** nömrədən Elvinin istifadəsində olan xatırlamadığı mobil nömrəsinə zəng etmiş və Elvin ona bildirmişdir ki, 20 dəqiqə müddətində onu olduğu yerə gələcəkdir. Həmin vaxtı onun avtomobilində bir nəfər tanımadığı şəxs olmuşdur və Elvin həmin şəxsin müştəri olmasını bildirmişdir və bir qədər Günəşli qəsəbəsində hərəkət etdikdən sonra həmin müştərini düşürmış və pulu xırda almaq üçün və ya hər hansı bir bəhanə ilə müştərinin arxasınca getmiş bir neçə dəqiqədən sonra Elvin avtomobilə gəlmiş və bildirmişdir ki, bəs orda evin qarşında bir ədəd rəngli markasını xatırlamadığı avtomobil vardır həmin avtomobilin içərisində avtomobil səs gücləndirici və.s digər əşyalar olmasını və həmin maşından oğurluq etməyi ona təklif etmişdir və o birmənalı olaraq inkar etmiş və onu yaşadığı Əhmədli qəsəbəsində olan evinə düşürməsini bildirmişdir. Bundan sonra Elvin onu idarə etdiyi avtomobillə yaşadığı evə gətirib düşürmüş, sonra Elvinin nə etməsini görməmişdir. Təxminən 3 (üç) ildir ki, metamfetamin istifadə edir. Həmin narkotik maddəni Nizami rayonu, 8-ci km qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün alırmış və həmin şəxsin sonda hər hansı əlaqə vasitəsi olmamışdır. Sonuncu dəfə tutulmamışdan öncə xx.xx.2022-ci il tarixdə günorta saatlarına Nizami rayonu, 8-ci km tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün şüşə deyilən metamfetamin almış, üzərində saxlamış ki, sonra istifadə edər. 16 avqust 2022-ci il tarixdə təxminən saat 23 radələrində yaşadığı ünvan 4 ünvanın qarşısında olan zaman iki nəfər ona yaxınlaşıb özlərini təqdim etmişlər, axtarışda olmasını bildirmişlər və onu Suraxanı RPİ-in 30-cu Polis bölməsinə gətirmişlər. Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O də əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan 20 manata öz istifadəsi üçün almış olduğu metamfetamini təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açmışlar və baxış keçirmişlər. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə metamfetamindir və həmin maddəni həmin gün 8-ci km qəsəbəsində tanımadığı şəxsdən 20 manata istifadəsi üçün almışdır. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 194 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar, tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsi ilə müəyyən ediləcəyi bildirilmişdir. Ona qarşı polis idarəsində heç bir təzyiq və ya təsir olmamışdır. O xeyli müddətdir ki, narkotik maddə qəbul edir və bu əmələ görə bir neçə dəfə məhkum olunmuşdur. O Elvin ilə həmin gecə birlikdə olmuşdur. Elvin ona belə bir oğurluğu Günəşli qəsəbəsində etməyi təklif etmişdir, lakin o birmənalı olaraq inkar etmişdir və Elvinə onu aparıb yaşadığı evin yanında düşürməyi bildirmiş və evə getmişdir, sonra Elvinin nə etməsini o görməmişdir. Elvinin avtomobilinə transit nömrəni o qoymamışdır. Elvinin nə üçün ifadəsində onun tərəfindən oğurluq olunmasını bildirməsi barədə bir söz deyə bilməyəcəyini bildirmişdir. O Elvinə hər hansı bir maddə o cümlədən metamfetamin verməmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri, özlərinin etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında iş üzrə zərəçəkmiş şəxs qismində dindirilmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdə X3 ilə rəsmi nigaha daxil olmuşdur. 2013-cü il tarixdən "xxxx" dezinfeksiya MMC-də dezinfektor olaraq işə başlamış və hazırda həmin işdə xidmət edir və həmin MMC-də Yasamal rayonunda "xxxx" yaxınlığında yerləşir. Belə ki, o MMC tərəfindən ona etibarnamə ilə təhkim olunmuş «Daewoo Gentra» markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobillə müxtəlif ünvanlara olan sifarişli malları paylayır və bundan başqa sifarişlər üzrə evlərin, yaşayış binalarının, qeyri yaşayış sahələrinin dezinfeksiyası ilə məşğul olurlar. O həmin işdə demək olar ki, gecə növbəsində işləyir bu isə əksərən sifarişçi müştəri tərəfindən dezinfekiya işləri zamanı işlərinə mane olmamaq üçün həmin işlər tərəflərindən görülmüşdür. 08 iyul 2022-ci il tarixdə gecə saat 03:52 radələrində işlərilə əlaqədar olaraq idarə etdiyi avtomobillə yaşadığı evin arxa hissəsinə gəlmiş və yaşadığı mənzil evin 1-ci mərtəbəsində olduğundan evin arxasında mənzilə giriş olmasına görə avtomobili arxa tərəfindən sağ sərnişin oturacağı tərəfi məktəbin hasarına yaxın saxlamış və yaşadığı evə getmişdir. O avtomobili tərk edən zaman avtomobilin salonunda arxa oturacaq üzərində olan şirkətin məhsullarının pulun topladığı 770 manat MMC-nin pulu, həmin yerdən bir ədəd 100 manat dəyərində «Samsung S 4» markalı üzərində hər hansı aksesuar və danışıq kartı olmayan onun telefonu, salonda ön tərəfdə onun tərəfindən 380 manata alınmış avtomobilin üzərinə quraşdırmışı "xxxx" markalı android monitor, sağ sərnişin oturacağının qarşısında olan saxlançadan ona məxsusu olan 1 ədəd 150 manat dəyərində "xxxx" markalı maqnitafon, salonda orta şit üzərində olan 50 manat dəyərində plastik keçəcək (obodok), daha sonra avtomobilin arxa yük hissəsində saxlamış olduğu 2 ədəd cəmi 450 manat dəyərində «kenwood» səsgücləndirici (kolonkalar) və 1 ədəd 450 manat dəyərində "xxxx" səsgücləndiri blok, həmin yük yerindən MMC-yə aid olan 1 ədəd 271 manat dəyərində «Hundai» markalı dezinfeksiya pompa cihazı, 1 ədəd 370 manat dəyərində «Duru HDS ULM buxar cizazı, 1 ədəd 60 manat dəyərində «farmgard» markalı dezinfeksiya pompa cihazı, 2 ədəd hər biri 115 manat dəyərində olan 5 litirlik cəmi 230 manat dəyərində «Consantre ec cupramed dezinfeksiya mayesi, 1 ədəd 115 manat dəyərində 5 litirlik "xxxx" dezinfesiya mayesi, bundan başqa avtomobilin təkərləri üzərində olan 4 ədəd hər biri 12.50 manat olan, cəmi 50 manat dəyərində təkərə keçəcəklər (kalpaklar) oğurlanmışdır. Dezinfeksiya cihaz və meyləri MMC-yə aid olmuşdur. Hadisə nəticəsində ona cəmi 1630 manat, MMC-yə isə 1816 manat maddi zyian dəymişdir. Bundan başqa avtomobilin salonundan onun adına MMC rəhbəri tərəfindən verilmiş etibarnamə, avtomobilin sığorta sənədləri 15 manat dəyərində olan papkası ilə birlikdə oğurlanmışdır. O həmin hadisənin şahidi olmamış və hadisənin dəqiq olaraq kimin tərəfindən törədilməsini bilməmiş, sonrdan o özünə aid olan «Pioneer 5050» maqnitafonunu həmin oğurlanmış papkası üzərinə qoyulmaqla «tap.az» saytında istifadəsində 055 *** ** ** nömrəsi olan Elvin adlı şəxs tərəfindən reklam olunmaqla əlaqə telefonu olmasın görmüş və maqnitafonunu üzərində olan cızıqlar və papqasından tanımış və bundan sonra o həmin maqnitafonu və digər əşyalarını polis bölməsində sonradan şübhəli şəxs qismində saxlanan Təqsirləndirilən şəxs2 təqdim etməsindən bilmişdir və hətta «tap az» saytında olan Elvin adlı şəxs ilə həmin Elvin adlı şəxsin eyni şəxs olması məlum olmuşdur. Həmin əşyaları PB-nə gətirmiş və əşyalarını o polisdə görüb tanımışdır. Avtomobildən başqa hər hansı əşya oğurlanmamışdır. Həmin hadisəni o və ailə üzvülərindən hər hansı bir görməmişdir. Cəmi 3446 manat dəyərində əşyalar oğurlanmışdır. Məhkəmə iclasında iş üzrə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o 2011-ci ildən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Onun 10 nəfərdən ibarət işçisi vardır, onlardan biri də Zərərçəkmiş şəxs2dur. Zərərçəkmiş şəxs2 o «Daewoo Gentra» markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilə sürmək üçün etibarnamə vermişdir ki, şirkətin işlərini görə bilsin. Ona görə də həmin avtomobildə şirkətə məxsus dizenfeksiya aparatları və dərmanlar olurmuş. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Məlik ona zəng edərək avtomobildən oğurluq olduğunu və şirkətə məxsus topladığı 770 manat pulu, avtomobilin arax yük yerindən MMC-yə aid olan 1 ədəd 271 manat dəyərində «Hundai» markalı dezinfeksiya pompa cihazı, 1 ədəd 370 manat dəyərində «Duru HDS ULM buxar cizazı, 1 ədəd 60 manat dəyərində «farmgard» markalı dezinfeksiya pompa cihazı, 2 ədəd hər biri 115 manat dəyərində olan 5 litirlik cəmi 230 manat dəyərində «Consantre ec cupramed dezinfeksiya mayesi, 1 ədəd 115 manat dəyərində 5 litirlik "xxxx" dezinfesiya mayesi, oğurlanmışdır. Hadisə nəticəsində MMC-yə 1816 manat maddi zyian dəymişdir. Bundan başqa avtomobilin salonundan Məlikə məxsus əşyalar da oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. ********* saylı cinayət işi üzrə barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs1 tutularaq istintaq orqanına təqdim edilməsi məqsədi ilə tərəfindən əməliyyat axtarış tədbirləri davam etdirilmişdir. Eyni zamanda ona etimad doğuran qərəzsiz mənbədən daxil olmuş məlumatda «Fuad» adlı şəxsin qanunsız olaraq narkotik vasitələrin saxlaması və istifadə etməsi bildirilmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 22:30 radələrində məlumat daxil olmuş ki, axtarışda olan Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanın yaxınlığındadır. Ona görə də o və bölmənin digər əməkdaşı sahə inspektoru Şahid2la birlikdə qeyd olunan ünvana Təqsirləndirilən şəxs1 tutmaq məqsədi ilə getmişlər və onu yaşadığı evin yaxınlığında saat 23:00 radələrində saxlayaraq 33-cü PB-nə gətirmişlər. PB-də oluduğ zaman Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetamin istifadəsiçi olduğunu və üzərində metamfetamin olduğunu bildirmişdir. Bundan sonra o bu barədə raportla bölmənin rəhbərliyinə müraciət etmiş və araşdırmanın davam etdirilməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edildikdən sonra ona təklif olunmuş ki, qanunla dövriyəsi qadağan edilmiş üzərində nə varsa təqdim etsin. Daha sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə içərisində kristal şəkilli, şəffaf rəngli maddəni çıxararaq təqdim etmişdir. Daha sonra isə həmin metamfetamini üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata alaraq özü istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra psixotrop maddəyə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, daha sonra isə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və dəlil aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetamini haradan əldə etdiyini müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatları olmamışdır. Təqsirləndirilən şəxs1 barəsində Suraxanı RPİ-nin İŞ-si tərəfindən axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs1 saxlanılarkən onlara qarşı heç bir müqavimət göstərməmiş və zor tətbiq etməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. ********* saylı cinayət işi üzrə barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs1 tutularaq istintaq orqanına təqdim edilməsi məqsədi ilə tərəfindən əməliyyat axtarış tədbirləri davam etdirilmişdir. Eyni zamanda ona etimad doğuran qərəzsiz mənbədən daxil olmuş məlumatda «Fuad» adlı şəxsin qanunsız olaraq narkotik vasitələrin saxlaması və istifadə etməsi bildirilmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 22:30 radələrində məlumat daxil olmuş ki, axtarışda olan Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanın yaxınlığındadır. Ona görə də o və bölmənin digər əməkdaşı Şahid1 ilə birlikdə qeyd olunan ünvana Təqsirləndirilən şəxs1 tutmaq məqsədi ilə getmişlər və onu yaşadığı evin yaxınlığında saat 23:00 radələrində saxlayaraq 33-cü PB-nə gətirmişlər. PB-də olduğu zaman Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetamin istifadəsiçi olduğunu və üzərində metamfetamin olduğunu bildirmişdir. Bundan sonra o bu barədə raportla bölmənin rəhbərliyinə müraciət etmiş və araşdırmanın davam etdirilməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edildikdən sonra ona təklif olunmuş ki, qanunla dövriyyəsi qadağan edilmiş üzərində nə varsa təqdim etsin. Daha sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə içərisində kristal şəkilli, şəffaf rəngli maddəni çıxararaq təqdim etmişdir. Daha sonra isə həmin metamfetamini üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata alaraq özü istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra psixotrop maddəyə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, daha sonra isə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və dəlil aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetamini haradan əldə etdiyini müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatları olmamışdır. Təqsirləndirilən şəxs1 barəsində Suraxanı RPİ-nin İŞ-si tərəfindən axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs1 saxlanılarkən onlara qarşı heç bir müqavimət göstərməmiş və zor tətbiq etməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 6 ünvanda yaşayan Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə və Suraxanı RPİ-nin 33-cü PB-nə ərizə ilə müraciət edərək, həmin tarixdə səhər radələrində yaşadığı ünvanın qarşısında saxladığı özünə məxsus «Daewoo Gentra» markalı ** TC *** qeydiyyat nişanlı avtomobilinin arxa ön şüşəsinin naməlum şəxs tərəfindən sındırılması, ön saxlanc yerində olan 770 manat pul, 1 ədəd maqnitafon, bir ədəd səsgücləndirici, bir ədəd monitor və 3 ədəd dezinfeksiya məhlulu oğurlandığını bildirmişdir. Həmin hadisə yeri onun xidməti ərazisi olduğundan qeyd olunan cinayətin açılması məqsədi ilə tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, hadisəni törətmiş şəxs xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2dur. Tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında tərəflərindən saxlanılaraq saat 12:00 radələrində 33-cü PB-nə gətirilmiş və bu barədə bölmənin rəhbərliyinə raportla müraciət olunmuşdur. Materialın araşdırması təhqiqat orqanına tapşırılmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edildikdən sonra qanunla dövriyəsi qadağan olunmuş əşya və sənədləri könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş heç bir əşya və narkotik vasitə olmadığını, lakin özünün idarə etdiyi avtomobilində ümumilikdə bir büküm «şüşə» adlanan psixotrop maddə saxladığını səmimi etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 deməsinə görə idarə etdiyi avtomobilə müdafiəçinin və digər əməkdaşların iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 təklif olnumuş ki, qanunla dövriyəsi qadağan olunmuş əşyaları və sənədləri könüllü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota Prius» minik markalı ** LD *** qeydiyyat nişanlı avtomobilin ön saxlanc yerində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində kristal şəkilli, metamfetaminə bənzər psixotrop maddəni çıxarıb təqdim etmişdir. Həmin maddəni bir gün əvvəl öz istifadəsi üçün tanışı Fuad adlı şəxsdən pulsuz aldığını bildirmişdir. Bundan sonra psixotrop maddəyə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs2 idarə etdiyi qeyd olunan avtomobilə baxış zamanı avtomobilin arxa yük yerindən 8 ədəd təkər qapağı, 2 ədəd "xxxx" markalı maqnitafon, 1 ədəd avtomobil salonuna aid olan plastmas hissəsi, bir cüt MH 592 AZ/TR 21 saylı transit nömrəni, bir ədəd «Xiaomi Redmi» markalı və bir ədəd «Nokia» markalı mobil telefonları təqdim etmişdir. Qeyd olunan əşyalar sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetamini haradan əldə etdiyini müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmasının müəyyən edilməsi məqsədi ilə tərəflərindən tədbirlər davam etdirilr. Təqsirləndirilən şəxs2 xidməti ərazisində «Daewoo Gentra» markalı ** TC *** qeydiyyat nişanlı avtomobildən oğurluq etməsi barədə məlumatım olmuşdur. X1 onlara qarşı heç bir müqavimət göstərməmiş və zor tətbiq etməmişdir, lakin onlar Elvini saxlayıb bölməyə gətirmək istədikdə mülki geyimdə olduqları üçün onlarla mübahisə etmiş və avtomobilə qaçarkən əzilərək xəsarət almışdır. Belə ki, özlərini Elvinə təqdim etmək istəyərkən Elvin onların polis əməkdaşı olmadığını düşünərək qaçmışdır. Lakin onların polis əməkdaşı olduqlarını bildikdən sonra hər hansı bir müqavimət göstərmədən idarə etdiyi avtomobillə onlarla birlikdə polis bölməsinə gəlmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 X4 ifadəsinə uyğun ifadə verərək R.Mirzəyevin ifadəsində göstərdiklərini bir daha təstiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır onunla münasibətləri normaldır. Onların evləri iki mərtəbəli olduğu üçün Fuad və ailə üzvləri birinci mərtəbədə yaşayırlar. Qardaşı Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılarkən ona məlum olmuş ki, qardaşı Fuad həm psixotrop maddə qəbul etdiyi üçün həm də oğurluq etdiyi üçün saxlanılmışdır. Daha sonra isə ona məlum olmuş ki, Fuad oğurladığı əşyaların bir qismini yaşadığı evin bir otağında, yəni istifadə olunmayan otaqda gizlətmişdir. Ona görə də o həmin otağa baxdıqda oradan plastik keçəcəyi (obodok), «Samsung S 4» markalı üzərində hər hansı aksesuar və danşıq kartı olmayan mobil telefonu, "xxxx" markalı android monitoru, 1 ədəd «Hundai» markalı dezinfeksiya pompa cihazını, 1 ədəd «Duru EİDS ULM buxar cihazı, 1 ədəd «farmgard» markalı dezinfeksiya pompa cihazını, 2 ədəd 5 litirlik «Consantre ec cupramed» dezinfeksiya mayesini, 1 ədəd 5 litirlik "xxxx" dezinfesiya mayesini, bundan başqa avtomobilin təkərləri üzərində olan 4 ədəd təkər keçəcəklərini 1 ədəd «Kenwood» səsgücləndiricilərin olduğunu görüb həmin əşyaları müstəntiqə təqdim etmişdir. Qardaşı Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi əşyaları yaşadığ evdə saxlamasından nə o nə də ki, Fuadın ailə üzüvlərinin məlumatı olmamışdır. Belə ki, Fuad həmin əşyaları istifadə olunmayan otaqda gecə vaxtı gətirib yığaraq gizlətdiyindən heç kimin məlumatı olmamışdır. Cinayət işinin 1-ci cildinin 79-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 11 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11 iyul 2022-ci il tarixdə, saat 12:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 67-69-cu vərəqlərində olan 08 iyul 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “Ana-bala” dairəsindən üzü yuxarı “V” yaşayış sahəsi istiqamətində S.Cəfərov küçəsi ilə əsas avtomobil yolu ilə hərəkət edən zaman yolun sol yan hissəsində yerləşən “Çənlibel” restoranının yanı ilə 12-ci binanın arxasına getdikdə məktəbin yaxınlığında saxlanılmış ağ rəngli **-TC-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtomobilin avtomobilin arxa sağ qapı şüşəsinin sındırılması, içəridə dağınıqlıq, maqnitofonun çıxarılması müşahidə edilir. Avtomobilin içərisində əlavə predmet aşkar edilməmişdir. Cinayət işinin 1-ci cildinin 155-ci vərəqində olan 13 iyul 2022-ci il tarixli “ diskə baxış keçirilməsi haqqında” protokola əsasən, Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi «Toyota Prius» minik markalı ** LD *** qeydiyyat nişanlı avtomobillə polis əməkdaşları tərəfindən baxış keçirilməsi, əvvəlcə ondan avtomobilində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs2 avtomobilinin ön saxlanc yerindən 1 ədəd bükümdə içərisində kristal şəkilli, şəffaf rəngli maddəni çıxarıl təqdim etməsi, həmin bükümün içərisində psixotrop maddə sayılan «şüşə» kimi bildiyi metamfetamin olduğunu, həmin maddəni tanışı Fuad adlı şəxsdən öz istifadəsi üçün pulsuz aldığını bildirməsi, daha sonra isə avtomobilin yük yerinə baxış keçirilməsi oradan isə 1 ədəd təkər qapağı, 2 ədəd "xxxx" markalı maqnitafon, 1 ədəd avtomobil salonuna aid olan plastmas hissəsi, bir cüt MH 592 AZ/TR 21 saylı transit nömrəni, bir ədəd «Xiaomi Redmi» markalı və bir ədəd «Nokia» markalı mobil telefonlar olduğu daha sonra isə avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsi və avtomobildən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olundu. Cinayət işinin materiallarının 159-161-ci vərəqində olan 13 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi və o, müvəqqəti saxlama yerindən azad olunması, qərarın sürəti icra olunması üçün Bakı şəhəri Suraxanı RPİ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 162-163-cü vərəqlərində olan 13 iyul 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 22-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 17 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 17 avqust 2022-ci il tarixdə, saat 23:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 26-27-ci vərəqlərində olan 17 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə içərisində kristal şəkilli, şəffaf rəngli maddəni təqdim etdi. Bu psixotrop maddə metamfetamini üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən qramını 20 manata alaraq özünün istifadəsi məqsədi ilə saxlayıb gəzdirdiyini bildirdi. Aşkar olunan 01 (bir) ədəd bükümdə içərisində kristal şəkilli, şəffaf rəngli maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 171 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Cinayət işinin 1-ci cildinin 33-37-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/4372 saylı 17 avqust 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN arayışlar üçün №171» dairəvi möhür əksi olan, «vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,724 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı ı) daxildir. Cinayət işinin 2-ci cildinin 46-47-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 6188 saylı 20 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 217-ci vərəqində olan 18 avqust 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,724 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Təqsirləndirilən şəxs1 həmin bükümün içərisində «Şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu və həmin bükülünün özünə məxsus olmasını, həmin psixotrop maddəni üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün aldığını və üzərində saxlamasını və daşımasını bildirməsi, həmin bükümün qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs1 üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 229-231-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-497/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 16 avqust 2022-ci il tarixindən hesablamaqla, 03 ay həddində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 48-52-ci vərəqlərində olan cinayət işi üzrə məhkəmə əmtəşünaslıq ekspertizası təyin edilib rəy alınmışdır. Məhkəmə əmtəşünaslıq ekspertizasının vermiş olduğu «31» oktyabr 2022-ci il tarixli 9/5322 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş malların istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1348,00 manat müəyyən olunur. Həmin malların ayrıayrılıqda adları və qiyəmtəlir rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 53-55-ci vərəqlərində olan cinayət işi üzrə məhkəmə əmtəşünaslıq ekspertizasının vermiş olduğu «02» noyabr 2022-ci il tarixli 9/7795 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 190,00 manat müəyyən edilir. O cümlədən: 01 ədəd «Kenwood» markalı, «KFC-W3013» model səsgücləndirici-140,00 manat; 01 ədəd «Samsung» markalı «Galaxy S4» model, qara rəngli, sensor dizaynlı, arxa gövdəsi ədri materialından olan mobil telefon (satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını nəzərə almaqla)- 50,00 manat. Cinayət işinin 1-ci cildinin 182-186-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il taixli hökmü ilə Azərbaycan Respublikası Cm-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, CM-nin 69.3cü maddəsi tətbiq edilməklə 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş 06 ay 02 gün müddətini çəkməkdən şərti olaraq vaxtında əvvəl azad edilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 32-ci vərəqlərində olan 31 oktyabr 2022-ci il tarixli “İfadənin yerində yoxlanılması” barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 törətmiş olduğunu cinayət əməlini əyani şəkildə göstərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 2-ci cildinin 60-cı vərəqlərində olan 03 noyabr 2022-ci il tarixli “İfadənin yerində yoxlanılması” barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğunu cinayət əməlini əyani şəkildə göstərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayətin törədilməsində və Təqsirləndirilən şəxs1 177.2.1 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən narkotik vasitə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə metamfetaminin təmiz çəkisi 0,724 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrinə ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlinin etiraf etməsini, səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışıq əldə olunmasını cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 əməlində ağırlaşdıran hal müəyyən edilməmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal cinayətlərin residividir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 məhkumluğu (xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qəraı) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il taixli hökmü ilə Azərbaycan Respublikası Cm-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş 06 ay 02 gün müddətini çəkməkdən şərti olaraq vaxtında əvvəl azad edildiyindən onu cəzasının sonu xx.xx.2021-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməllərini 08 iyun 2022-ci il və 16 avqust 2022-ci il tarixlərində törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Həmçinin məhkkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, törətdiyi əməlindən səmimi olaraq peşman olmasına və ilk dəfə cinayət törətməsinə görə cəzanı yüngülləşdirən halların mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 11-13 iyul 2022-ci il tarixədək 2 (iki) gün müddət müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 16 avqust 2022-ci il tarixindən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-nin 56.1.3). Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 0,674 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərci 295 (iki yüz doxsan beş) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan əlavə, İş üzrə 3446 manat maddi ziyanın tam ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 istintaq zamanı tutma altında saxlanıldığı 11-13 iyul 2022-ci il tarixədək 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmən növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs1 ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 16 avqust 2022-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş kustar üsulla hazırlanmış 0,674 qram psixotrop maddə - metamfetamin məhv edilsin. İş üzrə 3446 manat maddi ziyanın tam ödənilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 295 (iki yüz doxsan beş) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs2, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar