Məhkəmə qərarları › İş №1(010)-156/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-156/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-156/2025 25.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X20 qızının katibliyi, təqsirləndirilən şəxs X9 iştirakı ilə, X16 xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynalov küçəsi, döngə 1, ev 6 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi, 2\21 ünvanında yaşayan, 14 iyun 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən X4 məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda təmiz çəkisi 1505,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuana alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 13 iyun 2024cü il tarixdə saat 01:00-da Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozyunda yerləşən Şərur marketin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin 42 ünvanında yerləşən Suraxanı RPİ-nə gətirilərək, orada videoçəkiliş apanlmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əlində saxladığı 01 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi- 1505,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinldən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X16 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitənin «marixuana» növündən 10 ilə yaxındır ki, istifadə edir. Əldə etdiyi narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, “Şərur” marketin yaxınlığında əldə etmiş və həmin gün saat 01:00 radələlərində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən «Şərur» marketin yaxınlığında olan zaman ona iki nəfər mülki geyimli şəxs yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onu Suraxanı RPİ-nə dəvət etmişlər. O, orada üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Üzərinə təhqiqatçının otağında baxış keçirilən zaman onun üzərində olan ağ rəngli torbanın içərisində 01 ədəd qara selofana bükülmüş bağlamada içərisində narkotik vasitəyə oxşar kütləni çıxarıb təqdim etmiş və əynində olan açıq mavi rəngli şalvarının sağ yan cibindən «Oppo» markalı mobil telefon aşkar olunmuşdur. Onun təqdim etdiyi bükülü yanında qablaşdırılaraq möhürlənmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə marixuananı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən «Şərur» marketin yaxınlığında xx.xx.2024-cü il tarixdə 00:30 radələrində tanımadığı şəxsdən almış və həmin gün saat 01:00 radələrindən polis əməkdaşları tərəfindən saxlanmışdır. O, həmin qurudulmayan marixuananı özü istifadə etmək üçün əldə etmişdir ki, evdə qurudub istifadə etsin. Narkotik vasitələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsi və daşınmasının qadağan olunması barədə məlumatı vardır. Üzərində narkotik vasitənin qurudulmayan marixuana olmağı və saxlamağı barədə heç kimin məlumatı olmamışdır. Üzərindən aşkar edilmiş marixuanadan istifadə edə bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X16 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək istifadə etmək üçün narkotik vasitə götürdüyünü, miqdarın çox olduğunu, satış ilə məşğul olmadığını bildirdi. O, 5-6 aydan çoxdur ki, istifadə etmiş, müharibədən sonra uzaqlaşmışdır. İranlı bir şəxs ona sosial şəbəkədən yazmış, şəkil və konum atmışdır. O, özünün istifadə üçün götürməyə getmiş, miqdarının çox olduğunu görəndə geri qayıtmış, ancaq ona yaxınlaşıb onu saxlamışlar. O, müqavimət göstərməmiş, ancaq onu döymüş, xəsarət yetirib əl-qol atmışlar. Onu idarəyə aparmışlar, orada video çəkmədən əvvəl qurudulmuş marixuana olduğunu görmüşdür. Özü 10 manatı onlayn ödəniş etmiş, götürməyə gedəndə paketin böyük olduğunu görmüşdür. Sonda, M.Osmanlı Vətən müharibəsinin iştirakçısı olduğunu, bununla bağlı dövlət tərəfindən medallarla təltif olduğunu, narkotik vasitələri müharibə vaxtı istifadə etdiyini, hal-hazırda uzaqlaşdığını, narkotik vasitəni yalnz öz istifadə edilməsi üçün aldığını nəzərə almasını və ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin NMB-nin rəisi işləyir və polis mayoru xüsusi rütbəsi daşıyır. 13 iyun 2024-cü il tarixdə X9 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin NM-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 01:00 radələlərində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən «Şərur» marketin yaxınlığında xarici əlamətlərindən X12 bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs dəözünü X5 təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Suraxanı RPİ- nə dəvət etmişlər. Murad Osmanlı da üzərində narkotik vsitə olmasını etiraf etmiş və onlarla birlikdə Suraxanı RPİ-nə gəlmişdir. Suraxanı RPİ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra isə X9 üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə X12 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Murad Osmanlı üzərində olan ağ rəngli torbanın içərisində 01 ədəd qara selofana büklmüş bağlamada içərisində narkotik vasitəyə oxşar kütləni çıxarıb təqdim etmiş və əynində olan açıq mavi rəngli şalvarının sağ yan cibindən «Oppo» markalı mobil telefon aşkar olunmuşdur. Onun təqdim etdiyi bükülü yanında qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş narkotik vasitə marixuananı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən «Şərur» marketin yaxınlığında xx.xx.2024-cü il tarixdə 00:30 radələrində tanımadığı şəxsdən aldığını və həmin gün saat 01:00 radəlrindən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Sonra isə X9 üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm və 01 ədəd mobil telefon götürülərək qablaşdırılmışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. X2 və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin yay ayında əməliyyat məlumatı ona daxil olmuş və məlumat əsasında şəxsə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özü könüllü etiraf etmişlər, istifadəçi olduğu bildirmiş və onu idarəyə dəvət etmişlər, sənədləşdirilmə aparılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadə verərək bildirdi ki, Şahid1 əməliyyat məlumatı daxil olub, həmin məlumat əsasında Şərur marketin yanında şəxsə yaxınlaşmışlar. Şəxs həmin vaxt tək olmuş və ona heç bir təzyiq göstərmədən özü könüllü olaraq üzərinə olan ağ sellofandan qara rəngli paketdən çıxan maddəni təqdim etmişdir. Onlar yaxınlaşanda narkotik vasitə təqsirləndirilən şəxsin üzərində olub, şəxsin üzərinə baxış Polis Bölməsində olmuş, orada soruşduqda Hövsandan əldə etdiyini bildirmişdir. Şəxsin üzərində telefon çıxmış, özü təqdim etmiş və Biləcəridə yaşadığını bildirmişdir. Cinayət işinin 30-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, X16 13 iyun 2024-cü il tarixdə, saat 02:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 34-35-ci vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, X9 üzərində olan ağ rəngli torbanın içərisində 01 ədəd qara selofana bükülmüş bağlamada içərisində narkotik vasitəyə oxşar kütləni çıxarıb təqdim etmiş və əynində olan açıq mavi rəngli şalvarının sağ yan cibindən «Oppo» markalı mobil telefon aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarının 59-60-cı vərəqlərində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərara əsasən, X12 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunması, qərarın sürəti təqsirləndirilən şəxsə və müdafiəçisinə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 80-81-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs - xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 5 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi, 2\21 ünvanında yaşayan X9 barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin vəsatətinin təmin edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs X3 RPİ-nin MSY-dən azad edilərək barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi üçün Suraxanı RPİ-nin İŞ-nə və Suraxanı RPİ-nin MSY-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 82-83-cü vərəqində olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, X16 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 44-48-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 7/978 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, ağ kağız üzərində "vətəndaş X9 üzərindən aşkar olunmuş narkotik vasitə" yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada ağ rəngli sellofan torbanın içərisindəki 1 (bir) ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 1505,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuanadır. Marixuananın təmiz çəkisi-1505,0 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq- 1504,9 qram. Cinayət işinin 95-96-cı vərəqlərində olan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 5404 saylı 07 avqust 2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı X1 və psixostimulyatorlann birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 71-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı X9 üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, bu zaman Murad Osmanlının üzərində olan ağ rəngli torbanın içərisində 01 ədəd qara selofana büklmüş bağlamada içərisində narkotik vasitəyə oxşar kütləni çıxarıb təqdim etmiş və əynində olan açıq mavi rəngli şalvarının sağ yan cibindən «Oppo» markalı mobil telefonu çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Murad Osmanlının həmin bükümün içərisində narkotik vasitə marixuananı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən «Şərur» marketin yaxınlığında xx.xx.2024-cü il tarixdə 00:30 radələrində tanımadığı şəxsdən aldığım və həmin gün saat 01:00 radəlrindən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirməsi, sonra isə X9 üzərində şəxsi axtarışın davam etdirilməsi və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmaması müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 72-ci vərəqində olan “telefona baxış keçirilməsi haqqında” 14 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Habil Hüseynov xidməti otağında şübhəli şəxs X9 üzərindən şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman aşkar edilərək götürülmüş 01 ədəd “Oppo” markalı telefonun yaddaşında iş üçün əhəmiyyətli ola biləcək zənglər, SMS yazışmaları və ya şəkillər müəyyən edilməmişdir. Cinayət işinin 107-113-cü vərəqlərində olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi” haqqında qərara əsasən cinayət işi üzrə X9 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən, həmin məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 84-cü vərəqlərində olan iş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X16 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13068/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs doğumu 19.09.200-ci il ildə Binəqədi rayon qeydiyyat şöbəsində nikahı olmayan anadan doğulmuş uşağın doğumu kimi qeydə alınmış və xx.xx.2006-cı ildə X13 ilə X7 birgə ərizəsi əsasında M.Osmanlının atalığının müəyyən edilməsi qeydə alınaraq onun soyadı atanın soyadına uyğun olaraq “Kərimov”dan “Osmanlı”ya dəyişdirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2718 nömrəli sərəncamı ilə təsdiq edilmiş vəsiqə surətindən görünür ki, X16 “Kəlbəcərin azad olunmasına görə” medal ilə təltif olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə təsdiq edilmiş vəsiqə surətindən görünür ki, X16 “Vətən müharibəsi iştirakçısı” medal ilə təltif olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X16 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsi – özünün ifadəsi ilə, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, ibtidai istintaq orqanı ittiham aktında göstərir ki, X4 məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda təmiz çəkisi 1505,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmayan marixuana alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 13 iyun 2024-cü il tarixdə saat 01:00-da Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yerləşən Şərur marketin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin 42 ünvanında yerləşən Suraxanı RPİ-nə gətirilərək, orada videoçəkiliş apanlmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əlində saxladığı 01 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi- 1505,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittiham tərəfi istintaqa məlum olmayan mənbə - naməlum şəxsin narkotik vasitələrini təqsirləndiridən şəxsə satması, M.Osmanlının isə həmin narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, qabaqcadan əldə olunmuş razılaşmanın da müstəsna olaraq onların arasında belə bir qanunsuz alqı-satqı əməliyyatının həyata keçirilməsini nəzərdə tutması kimi xüsusatlardan başqa, qeyd olunan mənbə ilə cinayətkar əlaqələrini göstərə biləcək hər hansı digər halı (ittihamda qeyd edilən qurudulmamış marixuana narkotik vasitələrini əldə etmək, saxlamaq, daşımaq, satmaq) təsdiq edən sübutları təqdim edə bilməmişdir. İttihamda göstərilən - narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə etmə, saxlama, daşıma, satma əməllərini törədilməsinə dair hər hansı məlumata malik olmaması cinayət təqibi orqanı tərəfindən M.Osmanlıya qarşı CM-in 234.2 maddələri ilə irəli sürülmüş ittihamın məzmunundan da (bu ittihamı təşkil edən “faktiki hallar”ın təsvirindən) açıq-aydın görünür. Belə ki, ittihamda narkotik vasitəsinin əldə edilməsi vaxtı, yeri, üsulu, sonra həmin narkotik vasitələrin satacağı şəxslər, onların dairəsi, narkotik vasitənin satacağına dair aparılan hərəkətlər – yazışmalar, zənglər barədə məlumat göstərilmədən təqsirləndirilən şəxs M.Osmanlıya narkotik vasitənin əldə etməsinə, saxlanılmasına, daşınmasına aid “faktiki hallara” dair məlumatlar aşağıdakı kimi təsvir olunmuşdur:1) istintaqa məlum olmayan mənbədən xeyli miqdarda təmiz çəkisi 1505,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmayan marixuana alaraq əldə edib, üzərində saxlamaqla daşımış – kimdən, harada və nə vaxt əldə edilməsi, harada saxlanması və hansı yerdən daşınması barədə məlumat göstərilməmiş; 2) 13 iyun 2024-cü il tarixdə saat 01:00-da Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yerləşən “Şərur” marketin yaxınlığında saxlanılaraq – M.Osmanlının hansı əsasa görə narkotik vasitələrin dövriyyəsində şübhəli bilinməsinə dair sübutlar təqdim edilməmiş. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur. Cinayət işinin materiallarından müəyyən olunur ki, ibtidai istintaq zamanı Murad Osmanlının satış məqsədi ilə narkotik vasitələrinin əldə edilməsi ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən hər hansı istintaq hərəkəti aparılmamış, o cümlədən X9 yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi, 2\21 ünvanında yerləşən evə baxış keçirilməmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya dövriyyəsi qanunla qadağan olunmuş maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs M.Osmanlıya qarşı Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamda isə narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədildiyi qeyd olunsa da, buna münasibətdə məhkəmə hesab edir ki, yaşadığı evdən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya dövriyyəsi qanunla qadağan olunmuş maddənin, o cümlədən təqsirləndirilən şəxsin narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etməyə kömək edən başqa sübutların (digər narkotik vasitə və ya psixotrop maddə və yaxud üzərindən aşkar edilmiş narkotik vasitənin eynisi, ən azından onların hər hansı bir formada qalıqları, habelə narkotik vasitələrin hazırlanması üçün avadanlıq) olmaması, hər hansı alıcının və yaxud alıcı dairəsinin müəyyən edilməsi, həmin şəxsləri müəyyən etmək üçün müəyyən məlumat mənbələri, o cümlədən istifadəsində olan telefonunun anten dairələrinin, daxil olan zənglərin, həmçinin hər hansı yazışmaları və digər məlumatları araşdırmamış və araşdırılması üçün hər hansı istintaq hərəkəti aparmamış və X9 üzərindən aşkar edilmiş bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmayan marixuana məhz satış məqsədi ilə əldə etməsini şübhə altına alır. Ümumiyyətlə, M.Osmanlıya qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından ( istintaqa məlum olmayan mənbədən, müəyyən edilməmiş vaxtda, yerdə, müəyyən edilməmiş şəxsdən və sair kimi konkretləşdirilməyən ifadələr və məlumatar toplusundan) ibarətdir. Halbuki, təqsirləndirilən şəxs istər şübhəli və ya təqsirləndirilən şəxs qismində ibtidai araşdırma zamanı verdiyi izahatlarında, istərsə də məhkəmə iclasında verdiyi izahatında narkotik vasitəni elə üzərində aşkar edildiyi qaydada bükümdə aldığını, satış məqsədi olmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, M.K.Osmanlının çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmayan marixuananın satışı ilə əlaqədar istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə, narkotik vasitələrin hazırlanması üçün avadanlığın olmasına dair hər hansı bir mötəbər sübut olmadığı, yəni M.K.Osmanlının Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlində təqsirli olması, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər və təkzib edilməz sübutların məcmusu ilə təsdiq olunmadığı halda, sadəcə olaraq narkotik vasitə qurudulmayan marixuana 1505,0 qram olması M.K.Osmanlının əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsinə əsas hesab edilə bilməz. Beləliklə cinayət işinə məhkəmədə baxıldığı zaman Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Habil Hüseynovun iş üzrə toplanmış sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanan öz daxili inamına görə qiymətləndirmədən formal mülahizələrə əsaslanaraq, Murad Osmanlının əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, M.K.Osmanlının törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 109.2-ci bəndinə əsasən narkotik vasitə qurudulmamış marixuanın miqdarı şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 2500 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X9 üzərindən aşkar edilmiş bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmayan marixuana 1505,0 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri (psixotrop maddələri, prekursorları) qanunsuz daşımağa və ya göndərməyə görə, həm də CM-in 206.2-ci maddəsində xüsusilə göstərilmiş həmin predmetlərin qaçaqmalçılığına görə tövsif olunmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, X9 şəxsiyyətini, əvvəllər məhkum olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X16 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs X9 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X9 əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, Vətən müharibəsi iştirakçısı olması, dövlət tərəfindən “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X9 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X16ya cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olub və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, X16 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, cəzanı yüngülləşdirən halların mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X9 13 iyun 2024-cü il tarixdən – 14 iyun 2024-cü il tarixədək, şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, X9 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), iş üzrə maddi sübut olan X9 üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən X9 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X12 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X11 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X16ya göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün 330 (üç yüz otuz ) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X9 13 iyun 2024-cü il tarixdən – 14 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 04 (dörd) gün müddət ona təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X9 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X9 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X9 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1504,9 qram olan qurudulmayan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan X9 üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 72 (altmış) manat X8 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X6, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. X12 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 330 (üç yüz otuz ) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X14 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar