Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-157/2020 20.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, saat 12:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1987-ci ildə Göranboy rayonunun Qaradağlı kəndində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Goranboy rayonunun Qaradağlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 148 nömrəli evin 92 nömrəli mənzilində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxx 2020-ci il tarixdə, təxminən saat 07:15 radələrində Şahid2 məxsus etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21074” minik markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev 25 küçəsindən Bakıxanov qəsəbəsi istiqamətində yolun hərəkət hissəsinin sağ tərəfi ilə hərəkətdə olan zaman 24 saylı Dövlət Notariat Kontorunun qarşısında “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin, 2-ci hissəsinin, 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idarə etmiş, habelə “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yaranan anda tormozlama əməliyyatı aparmaqla yolu keçməkdə olan piyadaya kimi avtomobili dayandırmağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməmiş, nəticədə idarə etdiyi avtomobilin qabaq hissəsi ilə həmin yerdə yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan vurmuş və nəticədə ona hər iki tərəfdə qabırğaların çoxsaylı sınıqları, hər iki bud sümüklərinin aşağı 1/3-nin qapalı sınıqları, sağ ağciyərin cırılması, bədənin çoxsaylı sıyrıqları, qançırları və əzilmiş yaraları ilə müşayət olunan və onun ölümü ilə bilavasitə səbəbli əlaqəli olan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş və sonuncu skelet sümüklərinin çoxsaylı sınıqları, sağ ağciyərin cırılması nəticəsində inkişaf etmiş zədə şoku və qanitirmə səbəbindən hadisə yerində ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Bakı şəhəri Nizami rayonunda yerləşən 8-ci kilometr bazarında göyərti satışı ilə məşğul olur. xx xxxxx 2020-ci il tarixdə, təxminən səhər saat 06:40 radələrində marketlərə göyərtiləri paylamaq üçün etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” minik markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə Hövsan qəsəbəsindən Bakıxanov qəsəbəsi istiqamətində hərəkət etmişdir. Təxminən saat 07:15 radələrində, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 80-90 km/saat sürətlə hərəkət edən zaman qəflətən yaşlı bir kişi, yolu soldan sağa doğru qaça-qaça keçərək idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Avtomobili yüksək surətlə idarə etdiyi üçün, həmçinin yol örtüyü yaş olduğu üçün idarə etməni itirmiş və avtomobilin qabaq hissəsi ilə ehtiyyatsızlıqdan həmin şəxsi vurmuşdur. Bundan dərhal sonra avtomobildən düşüb soyadını, adını və atasının adını sonradan bildiyi Zərərçəkmiş şəxs yaxınlaşıb nəbzini yoxlamış, həmin vaxt sonuncunun artıq vəfat etdiyi ona məlum olmuşdur. Buna görə də, “103” təcili tibbi yardım xidmətinə zəng edərək, yol nəqliyyat hadisəsi törətdiyini və piyadanın hadisə yerində öldüyünü bildirmişdir. Bundan sonra təcili tibbi yardım stansiyasının həkimləri, daha sonra isə polis əməkdaşları gəlmişlər, sonuncular hadisə yerinə baxış keçirib müəyyən sənədləşdirmə aparmışlar. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri aradan qaldıraraq zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə zərəçəkmiş şəxsin hüquqi varisi X4 göstərdi ki, xx xxxxxx 2003-cü il tarixdə yol nəqliyyat hadisə nəticəsində dünyasını dəyişmiş mərhum Zərərçəkmiş şəxs onun atası olmuşdur. xx xxxxx 2020-ci il tarixdə, təxminən səhər saat 07:30 radələrində anasının qışqırıq səsinə yuxudan oyanmışdır. Belə ki, anası atasına nə qədər zəng etsə də sonuncu zənglərə cavab verməmişdir. Yaşadıqları evin pəncərəsindən baxdıqda isə insanların bir yerə toplaşdığını görmüş anası çox həyacanlanmışdır. Dərhal insanların toplaşdığı yerə getmiş və orada atası Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi nəticəsində avtomobillə vurulduğunu və sonuncunun vəfat etdiyini görmüşdür. Buna görə də, “103” təcili tibbi yardım xidmətinə zəng etmiş və bir müddət keçmiş hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimləri, daha sonra isə polis əməkdaşları gəlmişlər. Sonda G.Zərərçəkmiş şəxsa bildirdi ki, təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri aradan qaldıraraq, onunla barışıq əldə etmişdir. Buna görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, xx xxxxxx 2003-cü il tarixdə yol nəqliyyat hadisə nəticəsində dünyasını dəyişmiş mərhum Zərərçəkmiş şəxs onun əri olmuşdur. xx xxxxx 2020-ci il tarixdə səhər vaxtı əri Zərərçəkmiş şəxs bankomatdan pul çəkməsi üçün evdən yola salmışdır. Əri evdən çıxdıqdan təxminən 2-3 dəqiqə sonra bərk səs eşidərək, qışqırmışdır. Onun qışqırtı səsinə qızı Günel yuxudan oyanmışdır və Günel dərhal çölə qaçmışdır. O, qızının arxası ilə getmişdir. Evlərinin yaxınlığında, Əhməd Mehbalıyev küçəsində avtomobillərin hərəkət etdiyi yolda əri X2 avtomobillə vurulduğunu və sonuncunun hadisə yerində öldüyünü görmüşdür. Qızı Günel “103” təcili tibbi yardım xidmətinə zəng etmiş və bir müddət keçmiş hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimləri, daha sonra isə polis əməkdaşları gəlmişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, “VAZ 21074" minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxx 2019-cu il tarixdə alıb öz adına rəsmiləşdirmiş, xx xxxxx 2020-ci il tarixdə isə həmin avtomobili idarə etmək üçün etibarnamə əsasında tanışı Təqsirləndirilən şəxs vermişdir. xx xxxxx 2020-ci il tarixdə Araz ona zəng edərək yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. İş materiallarında olan yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi örtüyünün eni 9.4 metr, hərəkət hissəsinin eni 4.7, hərəkət zolaqlarının sayı isə 02 olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 25 ünvanında yerləşən 24 saylı Dövlət Notariat Kontorunun qarşısında, avtomobil yolunda baş vermişdir. Piyada yolun hərəkət hissəsinin sağ kənarından içəriyə doğru 2.3 metrliyində vurulmuşdur. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli, 1/2324 saylı sərxoşluq hallarının tibbi müayinəsi protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuş, onun sidiyində narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. İş materiallarında olan meyitin ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 54 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində hər iki tərəfdə qabırğaların çoxsaylı sınıqları, hər iki bud sümüklərinin aşağı 1/3-nin qapalı sınıqları, sağ ağciyərin cırılması, bədənin çoxsaylı sıyrıqları, qançırları, əzilmiş yaraları kimi xəsarətlər aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan olan avtomobilin qabarıq hissələrinin piyadanı vurması nəticəsində əmələ gələ bilərlər, xx xxxxx 2020-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə skelet sümüklərinin çoxsaylı sınıqları, sağ ağciyərin cırılması nəticəsində inkişaf etmiş zədə şoku, qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş materialalrında olan avtomobilə baxış keçirilməsi barədə xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, “VAZ 21074” minik markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə baxış zamanı, həmin avtomobilin ön kapotunun, ön buferinin sol tərəfinin əzildiyi, ön alın şüşəsinin sol tərəfinin və ön sol farasının sındığı müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli, 8/555 nömrəli rəyindən görünür ki, “VAZ 21074” minik markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində icazə verilən 60 kım/saat sürətindən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon X6 Şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə “CD” diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, xx xxxxx 2020-ci il tarixdə, səhər saatlarında 24 saylı Dövlət Notariat Kontorunun qarşısında yolu soldan sağa, əvəvlcə adi yerişlə, yolun orta xəttinə çatdıqda isə iti yerişlə keçmək istəyən piyada hərəkətdə olan avtomobil tərəfindən vurulmuşdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “VAZ 21074” minik markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi Şahid2 qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, iş materiallarını ittiham aktına əlavə edilmiş arayışı iş materialları ilə qarşılıqlı surətdə nəzərdən keçirərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatının sərf edilməsi ilə razılaşmayaraq, həmin müddəti ağlabatan hesab etmir və bu müddətin 20 (iyirmi) iş saatı olması qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi X5 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, ümumilikdə isə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21074” minik markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai araşdırma zamanı sahibi Şahid2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, ümumilikdə isə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili X5 ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-157/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-157/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver