Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-157/2023 02.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 02 may 2023-cü il tarixdə, saat 11:15-də, Bakı şəhərində, xx xxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində biri azyaşlı olmaqla 2 nəfər yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, heç bir yerdə işləməmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-33/2023 saylı, 10 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qazax rayonu, Daşsalahlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, ünvan 2-ci il tarixli qərarı ilə barəsində əvvəli 24 avqust 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-664/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qərarı ilə həbsdə saxlanma müddəti 20 gün uzadılmış, həmin məhkəmənin 1(010)-530/2022 saylı, 10 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah məqsədilə özgəsinin əmlakını gizli olaraq talama niyyətilə 17 avqust 2022-ci il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, S.Cəfərov küçəsində yerləşən dönər evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla oradan bir ədəd 150 manat dəyərində olan toster aparatını, 40 manat dəyərində dönər aparatının tavasını və 120 manat dəyərində pivə çəlləyinin balonunu gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs1 ümumilikdə 310 (üç yüz on) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə özgəsinin əmlakını gizli olaraq talama niyyətilə 22 avqust 2022-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, S.Cəfərov küçəsində yerləşən “Tut Ağacı" kafesinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla həmin kafedən 380 manat dəyərində bir ədəd mikrodalğalı yemək qızdıran aparat, 150 manat dəyərində bir ədəd ətçəkən maşın, üzərində bir ədəd 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 15 manat dəyərində bir ədəd qara rəngli, Çin istehsalı olan “Samsung” markalı, “GT-C3782” model istifadədə olan və komplektləşdirilməsinə daxil edilən aksesuarları olmayan mobil telefon aparatını, hər biri 27 manat olmaqla cəmi 81 manat dəyərində olan üç ədəd alüminium sini, hər biri 6 manat olmaqla, cəmi 12 manat dəyərində olan iki ədəd dəmir sini, 250 manat dəyərində bir ədəd 10 litr tutumlu od samovarı, 75 manat dəyərində bir ədəd balta, 30 manat dəyərində bir ədəd bıçaq, hər biri 39 manat olmaqla, cəmi 156 manat dəyərində olan dörd ədəd tava, hər biri 45 manat olmaqla, cəmi 180 manat dəyərində olan dörd ədəd qazan və 100 manat dəyərində bir ədəd pivə çəlləyini gizli olaraq talamış və nəticəsində Zərərçəkmiş şəxs2 ümumilikdə 1439 (min dörd yüz otuz doqquz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,583 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 24 avqust 2022-ci il tarixdə saat 15:45-də Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 3 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi 25 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilərək videoçəkiliş aparılmaqla üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,583 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, bir müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Həmin narkotik vasitəni isə Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Öz maddi ehtiyaclarını ödəmək üçün Suraxanı, Yeni Günəşli qəsəbəsində iki oğurluq cinayət əməli törətmişdir. Belə ki, uzun müddət iş axtarsa da normal iş tapıb dolana bilməmiş və buna görə də oğurluq edib öz maddi ehtiyaclarını ödəmək qərarına gəlmişdir. 17 avqust 2022-ci il tarixdə, gecə təxminən saat 02:00 radələrində yaşadığı evdən çıxıb oğurluq etmək üçün ev və ya obyekt axtarmağa başlamışdır. Məhəllədən biraz aralanmışdır ki, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən bir dönər evi görmüş və həmin yerdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafına baxıb heç kimin olmadığına və heç kimin onu görmədiyinə tam əmin olduqdan sonra həmin dönər evinə yaxınlaşıb pəncərədən baxmışdır. İşıq yanmamış və içəridə heç kim olmamış, içəridə bir ədəd çörək qızdırmaq üçün toster aparatı olmuşdur. Bundan sonra o, həmin dönər evinin pəncərəsinin kilid hissəsini əlinin içi ilə sıxaraq açıb pəncərədən dönər evinə daxil olmuşdur. Ətrafı gəzib başqa bir dəyərli əşya tapa bilməmişdir. Buna görə də həmin bir ədəd toster aparatını, bir ədəd pivə çəlləyinin balonunu və bir ədəd dönər aparatının tava hissəsini götürüb oraya daxil olduğu pəncərədən də çölə çıxmış və iti addımlarla oradan uzaqlaşmağa başlamışdır. Bundan başqa 22 avqust 2022-ci il tarixdə, gecə təxminən saat 03:00 radələrində yaşadığı evdən çıxıb oğurluq etmək üçün ev və ya obyekt axtarmağa başlamışdır. Məhəllədən biraz aralanmışdır ki, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən “Tut Ağacı” kafesini görmüş və həmin kafedən oğurluq etmək qərarına gəlmişdir. Ətrafına baxıb heç kimin olmadığına və heç kimin onu görmədiyinə tam əmin olduqdan sonra həmin dönər evinə yaxınlaşıb pəncərədən baxmışdır. Bundan sonra o, həmin kafeyə plastik pəncərəsinin kilid hissəsini əlinin içi ilə sıxaraq açıb pəncərədən həmin kafeyə daxil olaraq ətrafı gəzib dəyərli əşya və ya pul axtarmağa başlamışdır. Lakin nağd pul tapa bilməmişdir. Buna görə də kafedən bir ədəd mikrodalğalı yemək qızdıran aparat, bir ədəd ətçkən maşın, bir ədəd “Samsung” markalı mobil telefon, 03 ədəd alüminium sini, 02 ədəd dəmir sini, bir ədəd od samovarı, bir ədəd balta, bir ədəd bıçaq, 04 ədəd tava, 04 ədəd qazan və 01 ədəd pivə çəlləyini götürüb oraya daxil olduğu pəncərədən də çölə çıxmış və iti addımlarla oradan uzaqlaşmağa başlamışdır. Bundan başqa 23 avqust 2022-ci il tarixdə səhər saatlarında Yeni Suraxanı qəsəbəsində qaraçı olan tanımadığı şəxsdən 15 manat ödəməklə bir büküm heroin almış və ondan biraz istifadə etmiş, qalanını isə sonra istifadə etməyi üçün üzərində saxlamışdır. 24 avqust 2022-ci il tarixdə təxminən saat 15:45 radələrində yaşadığı ünvan 6 ünvanın qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövsiyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi üçün 33-cü PB-nə dəvət etmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə 33-cü PB-nə gəlmişdir. 33cü PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları onun hüquq və vəzifələrini izah etmişlər və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət etmişlər. Müdafiəçi ilə görüşdükdən sonra polis əməkdaşları videoçəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü və əynindəki şalvarın sağ yan cibindən 02 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü açıb baxdıqdan sonra həmin bükümün içərisində olan maddənin nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməyi barədə soruşulmuşdur. O da həmin bir ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olmasını, onu 23 avqust 2022-ci il tarixdə Yeni Suraxanı qəsəbəsində tanımadığı qaraçı olan şəxsdən 15 manata aldığını bildirmişdir. Ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitə istifadəçisi olsa da narkotik maddələrin satışı ilə məşğul olmamış, heç kimə pay kimi narkotik maddə verməmişdir. Narkotik vasitəni əldə etdiyi şəxsi tanımamış, sadəcə xarici görünüşündən qaraçıya oxşatmışdır. Onun kim olması, harada yaşaması və adını və digər əlamətlərini bilməmişdir. Qeyd etdiyi oğurluq əməllərini tək halda törətmiş və bu işdə ona hər hansı bir şəxs hansısa bir formada köməklik göstərməmişdir. Yuxarıda göstərdiyi cinayət əməllərindən başqa oğurluq və yaxud da digər bir cinayət əməli törətməmişdir. Sonda törətdiyi cinayət əməllərindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci 177.2.3-cü və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmənin 27 dekabr 2022-ci il tarixli iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərdi ki, təxminən 6 aydır ki, Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən “Ləziz dönər” adlı dönər evini icarəyə götürərək orada dönər bişirib sataraq dolanır. Hər gün səhər saat 07:00 radələrində dönər evini açıb fəaliyyətə başlayır və axşam təxminən saat 23:00 radələrində bağlayıb evinə gedir. 16 avqust 2022-ei il tarixdə saat 23:00 radələrində işini yekunlaşdırıb həmin dönər evini bağlayıb evinə getmişdir. Səhəri gün, yəni 17 avqust 2022-ci il tarixdə saat 08:00-da həmin dönər evində işləyən qutaq bişirən Sahilə xala ona zəng edərək dönər evindən oğurluq olduğunu bildirmişdir. O, tez dönər evinə gəlmiş və bu zaman icarə əsasında işlətdiyi dönər evinin plastik pəncərələrindən birinin yerindən çıxarılmış halda olmasını və kafenin içərisinin dağınıq halda olmasını aşkar etmişdir. Həmin kafeyə boylandıqda ilk olaraq toster aparatının yerində olmadığını görmüşdür. O, dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Birazdan polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. Həmin vaxt o, ərizə yazarkən kafeyə diqqətlə baxmadığı üçün yalnız toster aparatının oğurlandığını qeyd etmişdir. Lakin polis əməkdaşları getdikdən sonra kafeni diqqətlə yoxlayan zaman ona məlum olmuşdur ki, kafedən 150 manat dəyərində bir ədəd toster aparatından başqa, 40 manat dəyətində dönər aparatının bir ədəd tavasının və 120 manat dəyərində bir ədəd pivə aparatının balonu da oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 310 manat maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Məhkəmənin 27 dekabr 2022-ci il tarixli iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərdi ki, təxminən bir il yarımdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən “Tut Ağacı” kafesini icarəyə götürərək oranı işlədir. Hər gün səhər saat 09:00 radələrində kafeni açıb fəaliyyətə başlayır və axşam təxminən saat 00:30 radələrində kafeni bağlayır. 21 avqust 2022-ci il tarixdə saat 23:30-da həmin kafeni bağlayıb evinə getmişdir. Səhəri gün, yəni 22 avqust 2022-ci il tarixdə saat 09:30-də kafeyə yaxınlaşıb oranı açan zaman kafenin içinin dağınıq halda olduğunu görmüşdür. O, dərhal ətrafa nəzər yetirmiş və bu zaman icarə əsasıda işlətdiyi həmin kafeyə kiminsə qanunsuz girib oğurluq etməsi ona məlum olmuşdur. O, dərhal hadisə barədə polisə gedərək məlumat vermiş və polis əməkdaşları gəlib kafeyə baxış keçirmişlər. Bundan sonra o, kafeni axtararaq oğurlanan əşyaları müəyyən etməyə çalışmış və bu zaman məlum şəxsin həmin kafedən ona məxsus olan 380 manat dəyərində bir ədəd mikrodalğalı yemək qızdıran aparat, 150 manat dəyərində bir ədəd əlçəkən maşın, 180 manat dəyərində bir ədəd 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefon, hər biri 27 manat olmaqla cəmi 81 manat dəyərində olan üç ədəd alüminium sini, hər biri 6 manat olmaqla cəmi 12 manat dəyərində olan iki ədəd dəmir sini. 250 manat dəyərində bir ədəd 10 litr tutumlu od samovarı, 75 manat dəyərində bir ədəd balta, 30 manat dəyərində bir ədəd bıçaq, hər biri 39 manat olmaqla cəmi 156 manat dəyərində olan dörd ədəd tava, hər biri 45 manat olmaqla cəmi 180 manat dəyərində olan dörd ədəd qazan və 100 manat dəyərində bir ədəd pivə çəlləyini oğurlaması məlum olmuşdur. Baş vermiş oğurluq hadisə nəticəsində ona vurulmuş maddi ziyan cəmi 1604 manat təşkil etmişdir. Lakin oğurlanmış 180 manat dəyərində bir ədəd 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefon ona geri qaytarılmışdır. Sonda o, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin 27 dekabr 2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü PB-nin CA üzrə əməliyyat əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 24 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 33-cü PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 15:45 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, 8 saylı binanın yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razı olaraq onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. 33-cü PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümü və əynindəki şalvarın sağ yan cibindən iki ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu və özünə məxsus olduğunu, həmin narkotik vasitəni 23 avqust 2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı qaraçı milliyyətindən olan şəxsdən 15 manata öz istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd “Samsung” markalı mobil telefondan birinin özünə məxsus olduğunu, digər mobil telefonu isə Yeni Günəşli qəsəbəsində “Tut Ağacı” kafesindən oğurluq edən zaman oğurladığı əşyalardan biri olduğunu, Yeni Günəşli qəsəbəsində ərazisində cəmi iki dəfə oğurluq etdiyini qeyd etmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm və iki ədəd “Samsung” markalı mobil telefon götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 33-cü PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmənin 27 dekabr 2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü PB-nin sahə inspektoru, polis baş leytenantı Əhmədov X5 Nurlan Nazim oğlu ilə eyni məzmunlu ifadə verərək eyni məzmunlu xüsusatları təsdiq etmişdir. İş materiallarında olan ifadələrin yerində yoxlanması haqqında 26 avqust 2022-ci il protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi nömrəsiz ünvanda yerləşən mağazaları göstərərək, mağazalara haradan və necə daxil olduğunu, oğurladığı əşyalarının yerini əyani şəkildə göstərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nin inzibato binasında Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümü və əynindəki şalvarın sağ yan cibindən iki ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu və özünə məxsus olduğunu, həmin narkotik vasitəni 23 avqust 2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı qaraçı milliyyətindən olan şəxsdən 15 manata öz istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd “Samsung” markalı mobil telefondan birinin özünə məxsus olduğunu, digər mobil telefonu isə Yeni Günəşli qəsəbəsində “Tut Ağacı” kafesindən oğurluq edən zaman oğurladığı əşyalardan biri olduğunu, Yeni Günəşli qəsəbəsində ərazisində cəmi iki dəfə oğurluq etdiyini qeyd etmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm və iki ədəd “Samsung” markalı mobil telefon götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/4500 saylı 25 avqust 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün № 171” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,583 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. Ümumi təmiz çəkisi 0,583 qram heroinin 0,05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0,533 qram təşkil etmişdir. İş materiallarında olan 26 avqust 2022-ci il tarixli “Əşyanın tanınması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, bir ədəd “Samsung” markalı mobil telefon tanınması üçün Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş, sonuncu həmin mobil telefonu tanıyaraq ona məxsus olduğunu təsdiq etmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 15 oktyabr 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümü və əynindəki şalvarın sağ yan cibindən iki ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu və ona məxsus olduğunu, həmin narkotik vasitəni 23 avqust 2022-ci ii tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı qaraçı milliyyətindən olan şəxsdən 15 manata öz istifadəsi üçün əldə edib üzərində saxladığını bildirməsi, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd “Samsung” markalı mobil telefondan birinin özünə məxsus olduğunu, digər mobil telefonu isə Yeni Günəşli qəsəbəsində “Tut Ağacı” kafesindən oğurluq edən zaman oğurladığı əşyalardan biri olduğunu. Yeni Günəşli qəsəbəsində ərazisində cəmi iki dəfə oğurluq etdiyini qeyd etməsi, aşkar edilmiş həmin 01 ədəd bükümün və iki ədəd mobil telefonun götürülərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 6017 saylı 13 oktyabr 2022-ci il tarixli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və pixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 03 oktyabr 2022ci il tarixli 9/6357 savlı rəydən müəyyən edilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, Çin istehsalı olan “Samsung” markalı, “GT-C3782” model mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq orta bazar qiyməti təxminən 15,00 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizası üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin verdiyi 22 sentyabr 2022-ci i! tarixli 22/610R saylı rəydən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, S.Cəfərov küçəsində yerləşən dönər evində baş vermiş oğurluq faktı ilə əlaədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 02 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izlərinin 03 ədəd əlbarmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksi ilə eynilik təşkil edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizası üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin verdiyi 28 oktyabr 2022-ci il tarixli 22/674R savlı rəydən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, S.Cəfərov küçəsində yerləşən “Tut Ağacı” kafesində baş vermiş oğurluq faktı ilə əlaədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 02 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izlərinin 01 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc izi xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik təşkil edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əlbarmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi 06 sentyabr 2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cii il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 93.1.4-cü maddəsi tətbiq edilməklə 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, “Samsung” markalı mobil telefon Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci 177.2.3-cü və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, hazırda məhkumluğunun olmamasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 sonuncuya qarşı şikayət və tələbinin olmamasını, himayəsində biri azyaşlı olmaqla 2 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayətləri etiraf edərək səmimi peşman olmasını, himayəsində biri azyaşlı olmaqla 2 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, Zərərçəkmiş şəxs2 şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 806456 saylı və AZ-İİİ seriyalı 104444 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X3 ilə birgə nikahlarından 22 iyul 2006-cı il təvəllüdlü X4 və 13 iyun 2013-cü il təvəllüdlü X7 doğulmuşdur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.2-ci 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələr ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-33/2023 saylı, 10 yanvar 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-33/2023 saylı, 10 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək maddələri tətbiq edilməklə qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 10 yanvar 2022-ci il tarixdən hesablanmış və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-33/2023 saylı, 10 yanvar 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi qəti olaraq təyin edilmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən bu hökm üzrə təyin ediləcək cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilərək cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 24 avqust 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 avqust 2022-ci il tarixli qərardan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-507/2022 saylı, 26 avqust 2022-ci il tarixli, 4(010)-664/2022 saylı, 24 noyabr 2022-ci il tarixli, 1(010)-530/2022 saylı, 10 yanvar 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci 177.2.3-cü və 234.1-ci maddələri ilə ittiham elan edilmiş, barəsində əvvəli 24 avqust 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin qərarı ilə həbsdə saxlanma müddəti 20 gün uzadılmış, həmin məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 24 avqust 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçildiyini, bundan başqa sonuncunun Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-33/2023 saylı, 10 yanvar 2023-cü il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanıldığını bununla da təqsirləndirilən şəxs tərəfindən hazırki hökmün icrasına maneə törətmək ehtimalının olmadığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair əlavə qərarın qəbul edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,533 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən, iş üzrə materialların məhkəmə ekspertizasının və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 160 (yüz altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 96 doxsan altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-33/2023 saylı, 10 yanvar 2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5 maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 24 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-33/2023 saylı, 10 yanvar 2023-cü il tarixli tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin olunduğuna görə Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, həbsdə olduğu nəzərə alınsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,533 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 160 (yüz altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 96 doxsan altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-157/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-157/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver