Məhkəmə qərarları › İş №1(010)-157/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-157/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-157/2024 12.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, nömrəsiz ünvanda yaşayan 06 may 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, barəsində Suraxanı rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Paşayev X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunduqdan sonra məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, qəsdən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 yanvar 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən “Vape Shope” mağazasına, dəmir parçası ilə plastik giriş qapısını sındırıb qanunsuz olaraq daxil olub oradan ümumi dəyəri 1200 manat təşkil edən 35 ədəd “HQD 1200” markalı, 35 ədəd “HQD 160 markalı, 02 ədəd “HDQ 4000” markalı, 03 ədəd “HDQ 5000” markalı və 02 ədəd işlənmiş elektron siqaretləri gizli talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümümilikdə 1200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,493 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 04 may 2023-cü il tarixdə saat 16:10-da Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxs axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ cibindən 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,846 qram və 0,647 qram olmaqla ümumi təmiz çəkisi 1,493 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı təqsirləndirlən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə aludəçisidir. 2000-ci ildən bu günə kimi narkotik istifadə edir. İndiyə kimi bir neçə dəfə oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş, sonuncu dəfə isə xx.xx.2022-ci ildə oğurluq cinayət əməli törətdiyinə görə Suraxanı Rayon Məhkəməsi tərəfindən 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2023-ci ilin sentyabr ayında isə həbsdən azad olunmuşdur. Daimi iş yeri olmadığından və narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün müxtəlif oğurluq edərək əldə etdiyi gəlirlə dolanır. 20 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində aptekdən 4 ədəd texniki spirt alaraq su ilə qarışdırıb içmişdir. Bundan sonra oğurluq edərək gəlir əldə etmək üçün Hövsan qəsəbəsində müvafiq mağaza axtarmış, Hövsan qəsəbəsində əsas küçə ilə hərəkət edərkən kiçik mağazanın işıqlarının yandığını və içəridə heç kimin olmadığını görüb həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra ətrafa göz gəzdirib heç kimin olmadığından əmin olduqdan sonra yerdən tapdığı dəmir parçası ilə alminium profildən olan qapının açarla bağlanan hissəsini qıraraq qapını açıb içəri qanunsuz daxil olmuş, mağazada olan sağ tərəfdən və ön hissədə yerləşən rəflərdən elektron siqaretləri dükanın içərisindən tapdığı torbaya yığaraq qapıdan çıxıb mağazanı tərk etmidir. Daha sonra Hövsan qəsəbəsi, “35"lər deyilən yerdəki su anbarının yanına gedərək elektron siqaretlərdən 5-6 ədədini götürərək qalanını torba ilə birlikdə orada gizlətmiş, səhəri gün həmin yerə gedərək elektron siqaretləri götürmək istədikdə həmin siqaretlərin gizlətdiyi yerdə olmadığını aşkar etmişdir. 23 yanvar 2023-cü il tarixdə Hövsan qəsəbəsində siqaret köşklərinin birinə yaxınlaşaraq satıcıya elektron siqaretləri satdığını bildirmiş, 03 ədəd elektron siqareti 20 manat müqabilində ona satmışdır. Əldə etdiyi pula isə narkotik vasitə alıb əldə edərək qəbul etmişdir. Bundan başqa bildirmişdir ki, uzun müddətdir narkotik maddə olan heroindən istifadə edir. 03 may 2023-cü il tarixdə axşam saatlarında Kubinka adlanan yerdə tanımadığı şəxsdən 30 manata iki ədəd bükümdə narkotik vasitə heroin alaraq sonra istifadə etmək üçün üzərində saxlamış, 04 may 2023-cü il tarixdə təxminən saat 16 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun kim olmağı barədə soruşmuşlar. O, da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, bundan sonra polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün yaxınlıqda olan Suraxanı RPİ- nin 30-cu PŞ-nə dəvət etmişlər və o, da razılaşıb 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O,da buna etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində onun üzərinə video çəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O,da əynində olan göy rəngli cins şalvarının sağ cibindən 02 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş 02 ədəd büküm açılaraq içinə baxılmış və ondan həmin bükümün içərisində nə olması barədə soruşulduqda, o, həmin 02 ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini 03 may 2023-cü ildə “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən cəmi 30 manata öz şəxsi istifadəsi üçün aldığını və öz şəxsi istifadəsi üçün üzərimdə saxladığını demişdir. Aşkar edilmiş 02 ədəd büküm götürülərək qablaşdırılmış, üzərimə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, oğurluqla bağlı olan hissədə özünü təqsirli bilmədiyini, onu başqa yerdə saxlanc yerini açarkən tutduqlarını, üstündə sadəcə açar olduğunu, bundan başqa narkotiklə bağlı olan hissədə özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 13 yanvar 2023-cü il tarixdən Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 12/13 ünvanda yerləşən “Vape Shope” adlı elektron siqaretlərin satışı mağazasında icarə əsasında fəaliyyət göstərir. 21 yanvar 2023-cü il tarixdə saat 03.10 radələrində mağazaya quraşdırdığı təhlükəsizlik kamerasından mağazaya kənar müdaxilə olması barədə mobil telefonuna siqnal gəlmiş, kameraya baxan zaman bir nəfər kişi cinsli şəxsin mağazanın giriş qapısını, ona məlum olmayan yolla açaraq mağazaya qanunsuz daxil olub vitrində olan elektron siqaretləri oğurladığını gördükdən sonra bu barədə dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan mağazaya baxış keçirilən zaman məlum olmuşdur ki, naməlum şəxs mağazadan 01 ədədi 15 manat olan 35 ədəd “HQD 1200’ markalı, 01 ədədi 16 manat olmaqla 35 ədəd “HQD 1600” markalı, 01 ədədi 22 manat olan 02 ədəd “HDQ 4000” markalı, 01 ədədi 25 manat olan 3 ədəd “HDQ 5000” markalı və 01 ədədi 11 manat Olan 02 ədəd işlənmiş elektron siqaretləri oğurladığını aşkar etmişdir. Oöurluq nəticəsində ona ümumilikdə 1200 manat maddi ziyan dəymişdir. O, həmçinin bildirmişdir ki, adı gedən mağazada təhlükəsizlik kamerası yeni quraşdırıldığı üçün yaddaş aparatı quraşdırılmadığından oğurluq nəticəsində görüntülər qeydə alınmamışdır. Sonda Zərərçəkmiş şəxs həm yazılı, həm şifahi şəkildə təqsirləndirlən şəxslə barışdığını, ona qarşı hər hansı şikayəti, tələbi və iddiası olmadığını bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı şəhər, Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 04 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və 30-cu PŞ-nin CA üzrə əməliyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra həmin gün saat 16:10 dəqiqədə ünvan 3 evin yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib həmin şəxsi Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Həmin şəxs də, razı olaraq onlarla birlikdə 30-cu PŞ-nə gəlmişlər. Şövbədə məlum olmuşdur ki, həmin şəxs xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. 30-cu PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına təyin edilmiş müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılaraq içərisinə baxılmış və ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə vardır və həmin bükümlər onun özünə məxsusdur, həmin narkotik maddələri 03 may 2023-cü il tarixdə “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən cəmi 30 manata öz şəxsi istifadəsi üçün alaraq əldə etmiş və sonra istifadə etməsi üçün üzərində saxlamışdır. Bundan sonra aşkar edilmiş həmin 02 ədəd büküm götürülərək qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Hövsan qəsəbəsində əsas yolda, yol kənarında köşkdə satıcı işləyir. xx.xx.2023-cü il tarixdə vaxt dəqiq yadında deyil bir nəfər şəxs, sonradan adının Elmir olduğunu bildiyi şəxs onun işlədiyi köşkə yaxınlaşaraq ona yeni elektron siqaret satdığını bildirdi. O, da Elmirə həmin siqaretləri haradan əldə etdiyini soruşduqda, həmin siqaretlərin ona pay verildiyini, onunda ehtiyacı olduğu üçün satmaq istədiyini bildirdi. O, Elmirin əlində olan bir neçə elektron siqaretlərə baxaraq 03 ədədini almaq istədiyini bildirərək Elmirə 20 manat pul vermişdir. Bir müddətdən sonra polis əməkdaşları işlədiyi mağazaya gələrək Elmir adlı şəxsin oğurladığı elektron siqaretlərin ona satdığını bildirdikdə o, həmin siqaretləri polis əməkdaşlarına təqdim edərək Elmirin həmin siqaretlərin ona pay verildiyini dediyini bildirmişdir. Cinayət işinin 28-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 04 may 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə, saat 16:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 74-75-ci vərəqlərində olan 06 may 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Orxan Tağıyevin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞ-nə və Suraxanı RPİ-nin MSY-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 77-ci vərəqində olan 06 may 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 131-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 05 fevral 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2023-cü il tarixdə, saat 11:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 150-155-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 4(010)-59/2023 saylı qərarı ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunması, əvvəli 05 fevral 2023-cü il tarixdən hesablanmaqla 05 may 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 175-ci vərəqində olan “qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin axtarışı və tutulması haqqında” 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və yeri müəyyən edildiyi halda saxlanılaraq Suraxanı RPİ-nin İŞ-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 183-cü vərəqində olan 07 may 2023-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına gələrək istintaq orqanı tərəfindən axtarıldığını və hazırda bu barədə məlumat aldığı üçün özünün dərhal könüllü olaraq istintaq orqanına gəldiyini bildirmişdir. Cinayət işinin 191-ci vərəqində olan 07 may 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 96-98-ci vərəqlərində olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 31 yanvar 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 21 yanvar 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən “Vape Shope” mağazasına, dəmir parçası ilə plastik giriş qapısını sındırıb qanunsuz olaraq daxil olub oradan 35 ədəd “HQD 1200” markalı, 35 ədəd “HQD 1600’ markalı, 02 ədəd “HDQ 4000” markalı, 03 ədəd “HDQ 5000” markalı və 02 ədəd işlənmiş elektron siqaretləri gizli talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin 156-157-ci vərəqlərində olan “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, 07 fevral 2023-cü il o, ünvan 6 ünvanda yerləşən mağazanın plastik giriş qapısını yerdən götürdüyü dəmir parçası ilə zor edib açaraq içəri daxil olub oradan təxminən 60 ədəd elektron siqaretləri oğurladığını deyərək hadisə yerini göstərmiş və bu barədə protokol tərtib edilib fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 237-240-cı vərəqlərində olan 07 dekabr 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, 06 dekabr 2023-cü il tarixdə cinayət işi üzrə Şahid3lə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Şahid3 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işinin 33-34-cü vərəqlərində olan “şəxsi axtarış və götürmə haqqında” 04 may 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ cibindən 02 ədəd büküm aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 246-cı vərəqində olan 08 dekabr 2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokola əsasən, Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasında təhqiqatçı, polis kapitanı X3 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 və Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərindəəldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya vəya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümü içərisində tozşəkilli, qəhvəyi rəngli maddəni cibindən çıxarıb təqdim etdi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olmasını və həmin narkotik maddəni “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən 30 manat pulun müqabilində özünün istifadəsi üçün əldə etməsini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəifndən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 171 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış X1 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Cinayət işinin 41-45-ci vərəqləində olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2023-cü il tarixli 6/2612 Ns-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 194” dairəvi möhür əksi olan “Ş/ş Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,846 qram, 0,647 qram, ümumi təmiz çəkisi 1, 493 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Cinayət işinin 186-189-cu vərəqlərində olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2023-cü il tarixli 9/2404 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 03 ədəd elektron siqaretlərin istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 15,0 manat müəyyən olunur. O cümlədən 01 ədəd yaşıl rəngli üzərində “Elifbar BC4000 KİVVİ PASSİON FRUİT GUAVA” yazıları olan elektron siqaret-5.0 manat,01 ədəd sarı narıncı rəngli, üzərində “Vazol JUNGLE BİRD’yazıları olan elektron siqaret-5.0 manat, 01 ədəd narıncı rəngli, üzərində “HQD HİT” yazıları olanelektron siqaret-5.0 manat. Təqdim edilmiş elektron siqaretlər istifadə olunmamış vəziyyətdə 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 59.0 manat müəyyən olunur. O cümlədən 01 ədəd yaşıl rəngli üzərində “Elifbar BC4000 KİVVİ PASSİON FRUİT GUAVA” yazıları olan elektron siqaret-22 manat, 01 ədəd sarı narıncı rəngli, üzərində “Vazol JUNGLE BİRD”yazıları olan elektron siqaret- 25.0 manat, 01 ədəd narıncı rəngli, üzərində “HQD HİT” yazıları olan elektron siqaret-12.0 manatdır. Cinayət işinin 242-243-cü vərəqlərində olan məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi 06 dekabr 2023-cü il tarixli, 8006 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixotrop maddələrin qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 247-ci vərəqində olan 08 dekabr 2023-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə əşyaya baxış zamanı 01 ədəd yaşıl rəngli üzərində “Elifbar BC4000 KİVVİ PASSİOT FRUİT GUAVA” yazıları olan, 01 ədəd sarı narıncı rəngli, üzərində “Vazol JUNGLE BİRD”yazılaı olan, 01 ədəd narıncı rəngli, üzərində “HQD HİT” yazıları olan elektron siqaretlər iş üzrə mad( sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. Cinayət işinin 198-200-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhər Suraxanı Rayonu Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 05 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2022-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 201-209-cu vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 1(010)-90/2022 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum edilməsi, Paşayev X5 məhkəməyədək icraat zamanı 15 sentyabr 2021-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla və Paşayev X5 üzərində çəkilməsi üçün qəti olaraq, 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 30 mart 2022- ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi və o, ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 219 (iki yüz on doqquz) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulması hökm edilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 14 mart 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət, tələbi və iddiası olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli qərarı ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 20 avqust 2024cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2024-cü il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 03 saylı istintaq təcridxanasına gətirilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,493 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü qismən təqsirli bilməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlin törədilməsində təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 1(010)-90/2022 saylı hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 1(010)-90/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 05 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib, xx.xx.2022-ci il tarixində cəzasının sonu ilə azad edildiyindən onun cəzasının sonu xx.xx.2022-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2023cü il və 04 may 2023-cü il tarixlərdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 156.2-ci maddəsinə əsasən həbs və vəzifədən kənarlaşdırma müstəntiqin vəsatəti əsasında və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı, habelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən seçilə bilər. Ev dustaqlığı bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəmənin öz təşəbbüsü, müdafiə tərəfinin vəsatəti, habelə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən seçilir. Girov bu Məcəllənin 164-cü maddəsində nəzərdə tutulmuş qaydada yalnız müdafiə tərəfinin vəsatəti ilə məhkəmə tərəfindən seçilir Azərbaycan Respublikası CPM-nin 163.2-ci maddəsinə əsasən ev dustaqlığı məhkəmə tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, habelə həbs qətimkan tədbirinin seçilməsi və ya uzadılması məsələsinə baxılarkən müdafiə tərəfinin vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə seçilə bilər. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məsələsinə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz edilməsi kimi baxıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.3-cü maddəsinə əsasən Məhkəmənin həbs, ev dustaqlığı və ya girov qismində seçdiyi qətimkan tədbiri yalnız məhkəmə tərəfindən dəyişdirilə və ya ləğv oluna bilər. Bu Məcəllənin 157.8 və 163.6-cı maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən seçilmiş həbs və ya ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror xitam verə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməsi, barəsində əvvəli 05 fevral 2023-cü il tarixdən hesablamaqla 05 may 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilməsi və dərhal məhkəmə iclas zalından azad edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 4(010)-59/2023 saylı qərarını nəzərə alaraq, hesab edir ki, şübhəli şəxs qismində saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddət – 05 fevral 2023-cü il tarixdən 05 may 2023-cü il tarixədək saxlanıldığı 03 ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə (həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə) cəzasından çıxılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmalı, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 04 may 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək 02 gün müddət, şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığı növündə saxlanıldığı 05 fevral 2023-cü il tarixindən 05 may 2023-cü il tarixədək olan 03 ay müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 02 avqust 2024-cü il tarixindən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-nin 56.1.3), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM- 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd yaşıl rəngli “Elifbar BC4000 KİVVİ PASSİON FRUİT GUAVA” yazıları olan, 01 ədəd sarı narıncı rəngli, üzərində “Vazol JUNGLE BİRD” yazıları olan, 01 ədəd narıncı rəngli, üzərində “HQT HİT” yazıları olan elektron siqarətlər sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (bir yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 04 may 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək olan müddət, şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığı növündə saxlanıldığı 05 fevral 2023-cü il tarixindən 05 may 2023-cü il tarixədək olan 03 ay müddət, ümumilikdə 03 ay 01 gün müddət Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2024-cü il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 1,393 qram olan narkotik vasitə-heroin məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd yaşıl rəngli “Elifbar BC4000 KİVVİ PASSİON FRUİT GUAVA” yazıları olan, 01 ədəd sarı narıncı rəngli, üzərində “Vazol JUNGLE BİRD” yazıları olan, 01 ədəd narıncı rəngli, üzərində “HQT HİT” yazıları olan elektron siqarətlər sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 115 (bir yüz on beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (bir yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar