Məhkəmə qərarları › İş №1(010)-158/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-158/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-158/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X12 qızının katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, “X7 Şirkəti”ndə Quyuların əsaslı və yeraltı təmiri sexində usta vəzifəsində işləyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 fevral 2021-ci ildə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Qum Adası»xxxx«X7 Şirkəti»nə məxsus 196 saylı özüldə, Şirkətin «İlkin» firması ilə bağladığı müqaviləyə əsasən firmanın fəhlələri özüldə nasos-kompressor borusunu iki ədəd əl açarı ilə saat əqrəbi istiqamətində fırladıb, 3700 metr dərinlikdə yerləşən «quyudibi pakerin azad edilmə əməliyyatı»nı apararkən, özülün meydançasında dayanmış krançı Zərərçəkmiş şəxs fəhlələrə kömək etmək məqsədi ilə onların yanına gəlmiş və kömək etmək istəyərkən, bu zaman əl açarının çənəsinin suxarının yeyilməsi nəticəsində nasos kompressor borusunun gərilmədən azad olaraq, sürətlə geri fırlanmış və bu zaman əl açarı Zərərçəkmiş şəxs sinə nahiyəsinə dəyərək ona döş sümüyünün sınığı, sol tərəfli hemopnevmotoraks, travmatik şok, hemmoragik şok, döş qəfəsinin və sol bazunun qançırı ilə müşayiət olunan, yetirildiyi anda həyat və sağlamlıq üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti almaqla, nəticədə «Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları»nın 1.5.9, 1.5.23 bəndlərinin və «Azərbaycan Neft Sənayesində X4 İdarəetmə Sistemi»nin 4.30.1, 4.30.4, 4.30.5 bəndlərinin tələbləri, 196 №-li qaz istehsalı quyusunda quyudibi pakerin azad edilməsi əməliyyatına və orada çalışmış işçilərin, o cümlədən Zərərçəkmiş şəxs işinə bilavasitə rəhbərlik etmiş, həmin işlərin düzgün təşkili və təhlükəsiz aparılmasını təmin etməli olan, həmçinin texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş, Şirkətin Quyuların əsaslı və yeraltı təmiri sexinin ustası Təqsirləndirilən şəxs tərəfindən yuxarıda qeyd olunan tələblər pozulmaqla, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 01 dekabr 2017-ci ildən etibarən “X8 Şirkəti”ndə Quyuların əsaslı və yeraltı təmiri sexinin ustası vəzifəsində işləyir. Vəzifəsi briqadaya rəhbərlik etmək və verilmiş iş planı üzrə işlərin yerinə yetirməkdən ibarət olub. Hövsan dəniz limanından təqribən 30-40 kilometr dənizin dərinliyinə doğru “X7 Şirkəti”nə məxsus 196 saylı meydança yerləşir. Bahar yatağının 196 saylı meydançasının 196 saylı quyusunda 3700 metr dərinlikdə qaz horizontları yerləşir. “X8 Şirkəti”nin dənizdə 196 saylı meydançasından əlavə daha bir ədəd qum-dəniz yatağı olub və orada neft hasil edib. 196 saylı meydançada isə qaz və qaz kondensatı hasil olunub. 196 saylı meydançada işçilərin sayı işdən asılı olaraq dəyişdiyinə görə orada konkret olaraq neçə nəfərin işləməsi barədə dəqiq məlumat demək mümkün deyil. Zərərçəkmiş şəxs “xxxx” MMC-yə məxsus firmanın işçisi olmaqla, vəzifəsi kran maşinisti olmuşdur. Cəlalı 196 saylı meydançada cəmi iki dəfə görüb. Cəlal xasiyyətcə yaxşı insan olub, amma sanki fikirli olduğu hiss olunurdu. Quyudibi pakerin funksiyası nasos kompressor boruları ilə istismar kəməri arasındakı fəzanı hermetikləşdirməkdən ibarətdir. 12 fevral 2021-ci ildə saat 11 radələrində Quyudibi pakerin azad edilməsi əməliyyatına başlanmış, arabir fasilə verib yenə həmin işə davam etmişlər. 3700 metr dərinliyə gedən borunu fəhlələr iri həcmli qaz açarı ilə açmağa çalışırdılar. Həmin vaxt o, qazmaçı Şahid2 Əlsurət oğlu, qazmaçı Şahid1 Ağaəli oğlu, qazmaçı köməkçiləri Şahid10, Şahid8, Şahid3, Şahid7 və Cəlal orada idilər. Əflan, Zamiq və Əli bir açardan, Malik, Şamil və Nizami isə ikinci qaz açarından tutub saat əqrəbi istiqamətində açarla borunu fırladıb quyudibi pakeri açmaq istədilər. Cəlal həmin vaxt aşağı meydançada, kran tərəfdə tək dayanmışdı. Qazmaçı köməkçisi Əmir Hüseynov isə fəhlələrdən bir qədər aralıda dayanıb yuma əməliyyatı üçün nasos kampressor borusunun üzərinə bağlanmış yuma fırlanğıcı şlanqını saxlamışdır. O, fəhlələrin yanında dayanıb iş prosesinə nəzarət edirdi, nəzarət ölçü cihazının göstərişinə baxır, eyni zamanda da qaldırıcı maşinist Sərxan Quliyevə endirmə-qaldırma əməliyyatı haqqında göstəriş verirdi. İş gedən ərəfələrdə qəfildən açarlardan biri sürüşüb borunun üzərindən çıxdı, digər borunun üzərində qalan açar isə boru asqısı ilə birgə sürətlə fırlanıb Cəlala dəydi. Həmin vaxt Cəlal qazmaçı və qazmaçı köməkçilərinə açarın fırlanmasına kömək etməyə gəlmişdi. Açar Cəlalın sinəsinə dəyəndən sonra sinəsini tutub, yerə çömbəldi, Şahid10 gələrək Cəlalın baş tərəfindən tutub saxladı, Cəlalın vəziyyəti pis idi, ağzını aça bilmədi, sanki qıc olmuşdu. Ona ilk tibbi yardım göstərib əlinə-üzünə su vurduqdan sonra Cəlal özünə gəldi və sinəsində dəhşətli ağrı olduğunu dedi. O, mobil telefonla sex rəhbərliyinə hadisə barədə məlumat verdi, həkim və gəmi gəlməsini istədi. Saat 18 radələrində Magic-1 gəmisi meydançaya çatdı və xərəkdə Cəlalı gəmiyə endirdilər. Orada həkim Cəlalı ilkin müayinə edərək huşunun yerində olduğunu, əl-qolunu hərəkət etdirə bildiyini dedi. Lakin Cəlalın sınıq-çıxığı olduğunu müayinə etmək üçün gəmi ilə «City Hospitala» apardılar. Cəlalın ürəyinin zədələndiyini sonradan bildi. 13 fevral 2021-ci il tarixdə saat 09 radələrində Cəlalın həmin hospitalda öldüyünü eşitdi. Təqsirləndirilən şəxs bildirir ki, o, Zərərçəkmiş şəxs müvafiq işlərin görülməsinə kömək etmək üçün çağırmayıb. Sonuncunun gəlməsini də görməmişdir. Belə ki, həmin vaxt bilavasitə özünə aid olan işləri görməyə başı qarışmışdır. Zərərçəkmiş şəxs öz təşəbbüsü ilə iş görülən yerə gəlmiş və hadisə də sonuncunun öz ehtiyatsızlığı üzündən baş vermişdir. Göstərilənlərə əsasən ona bəraət verilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 bildirmişdir ki, mərhum qardaşı Zərərçəkmiş şəxs xxxx MMC-də krançı işləyib. Cəlalın 196 saylı özüldə xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə hadisənin ertəsi günü – 13 fevral 2021-ci ildə xəbər tutub. Belə ki, 13 fevral 2021-ci ildə səhər saatlarında Salyan rayonunun Qarabağlı kəndində yaşayan dayısı Qasım, qardaşı Cəlilə zəng edərək Cəlalın iş yerində xəsarət aldığını, hazırda xəstəxanada olduğunu və Bakıya getmək lazım olduğunu bildirmişdir. O, qardaşı Cəlillə Bakı şəhərinə yola düşəndə xxxx MMC-nin əməkdaşı Faiq Cəlilə zəng edərək Cəlalın artıq öldüyünü, meyitin Suraxanı rayon morquna aparıldığını və onların da morqa gəlməli olduqlarını bildirmişdir. Bundan sonra qardaşı Cəlillə birlikdə birbaşa Suraxanı rayon morquna gəlmişlər. 13 fevral 2021-ci ildə qardaşını dəfn ediblər. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2018ci ildən xxxx MMC-də qazmaçı işləyir. Vəzifə səlahiyyətləri quyubaşında boruların açılıbbağlanmasından ibarətdir. 08 fevral 2021-ci ildə «X7 Şirkəti»nə məxsus 409 saylı meydançadan onları 196 saylı meydançaya gətirib təhvil vermişlər. O, əvvəllər də 196 saylı meydançada işləyib. Krançı Zərərçəkmiş şəxs 2020-ci ilin sentyabr ayından tanıyırdı. 12 fevral 2021-ci ildə saat 11 radələrində 196 saylı meydançada «quyudibi pakerin azad edilməsi» işinə başladılar. Arabir fasilə verib yenə işə davam edirdilər. Həmin boru 3700 metr dərinliyə kimi getmişdi. Həmin vaxtı orada o, qazmaçı Şahid2, qazmaçı köməkçiləri Şahid10, Şahid8, Şahid3, Şahid7, usta Təqsirləndirilən şəxs və Cəlal olmuşlar. Əflan, Zamiq və Əli bir açardan, o, Şamil və Nizami isə ikinci qaz açarından tutub saat əqrəbi istiqamətində açarla borunu fırladıb quyudibi pakeri açmaq istəyirdilər. Cəlal həmin vaxt aşağı meydançada, öz avtokranının yanında tək dayanmışdı. Qazmaçı köməkçisi Əmir Hüseynov isə fəhlələrdən bir qədər aralıda dayanıb təzyiq şlanqını tutmuşdu ki, başına dəyməsin. Anar isə fəhlələrin yanında dayanıb iş prosesinə nəzarət edirdi, nəzarət ölçü cihazının göstərişinə baxırdı, eyni zamanda da qaldırıcı maşinist Sərxan Quliyevə endirmə-qaldırma əməliyyatı haqqında göstəriş verirdi. Açarlara nə qədər güc versələr də, boru açılmadı. Həmin gün işə bir qədər ara verəndən sonra saat 15 radələrində yenidən işə davam edərkən qəfildən boru sürətlə tərs istiqamətə fırlanmağa başladı və qaz açarlarından biri həmin vaxt köməyə gəlmiş Cəlalın sinəsinə dəydi. Cəlal sinəsini tutdu, işçilər və usta Anar ona yardım göstərdilər. Bundan sonra xərək gətirib, Cəlalı meydançadan işçilərin yataq yerinə apardılar. Orada usta Anar Cəlaldan orada nə etdiyini soruşduqda, Cəlal köməyə gəldiyini dedi. Cəlal danışıb, qollarını sərbəst hərəkət etdirə bilirdi, huşu da özündə idi. Bundan sonra usta Anar sexə zəng edib məlumat verdi, saat 18 radələrində Magic-1 gəmisi meydançaya çatdı, fəhlələrin köməkliyi ilə xərəkdə Cəlalı gəmiyə endirdilər və gəmi Cəlalı götürüb getdi. Bundan sonra o, və bir neçə işçi yenidən 196 saylı meydançaya qayıtdılar və orada qaz açarlarından birinin suxarı-dişləri yeyildiyini və borunun üzərinə iz salıb, açarda boşalma əmələ gəldiyini, bununla da açar tutuculuq qabiliyyətini itirdiyini müşahidə etdilər. 13 fevral 2021-cı il tarixdə usta Anar onlara Cəlalın öldüyünü bildirdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid7 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid10 bildirmişdir ki, o, 2014-cü ildən xxxx MMC-də qazmaçı köməkçisi işləyir. Vəzifə səlahiyyətləri quyubaşında boruların açılıb-bağlanmasından ibarət olub. 08 fevral 2021-ci il tarixdə onlar «X7 Şirkəti»nə məxsus 409 saylı meydançadan 196 saylı meydançaya gətirilib təhvil verilmişlər. O, ilk dəfə idi ki, 196 saylı özülə gəlmişdir. Zərərçəkmiş şəxsla bir kəndli olsa da, onu ilk dəfə həmin meydançada görüb. 12 fevral 2021-ci il tarixdə saat 11 radələrində 196 saylı meydançada «quyudibi pakerin azad edilməsi» işinə başlamışlar Arabir fasilə verib yenə işə davam edirdilər. Həmin boru 3700 metr dənizin dərinliyə kimi getmişdi. Həmin vaxtı meydançada o, qazmaçı Şahid2, qazmaçı Şahid1, qazmaçı köməkçiləri Şahid3, Şahid8, Şahid7, usta Təqsirləndirilən şəxs və krançı Cəlal olub. O, Əflan və Əli bir açardan, Şamil, Malik və Nizami isə ikinci qaz açarından tutub saat əqrəbi istiqamətində açarla borunu fırladıb quyudibi pakeri açmaq istəyirdilər. Cəlal həmin vaxt aşağı meydançada, öz avtokranının yanında tək dayanmışdı. Qazmaçı köməkçisi Əmir Hüseynov isə fəhlələrdən bir qədər aralıda dayanıb təzyiq şlanqını tutmuşdu ki, şlanq başlarına dəyməsin. Anar isə fəhlələrin yanında dayanıb iş prosesinə nəzarət edir, nəzarət ölçü cihazının göstərişinə baxır, eyni zamanda da qaldırıcı maşinist Sərxan Quliyevə endirmə-qaldırma əməliyyatı haqqında göstəriş verirdi. Açarlara nə qədər güc versələr də, boru açılmadı, çünki bu iş güc tələb edən proses idi. Onlar işə bir qədər ara verəndən sonra həmin gün saat 15 radələrində yenidən işə davam etdilər, fəhlələr boruya güc verən zaman açarlardan birinin suxarı yeyildiyi üçün açar tutuculuq qabiliyyətini itirdi və qəfildən boruda geri fırlanma baş vermiş və açarlardan biri Cəlalın sinəsinə dəydi. Çünki həmin vaxtı Cəlal öz kranının yanından açara güc vermək üçün onların olduğu yerə gəlmişdi. Cəlal sinəsini tutdu, o, və usta Anar Cəlala yardım göstərdilər, işçilər xərək gətirərək Cəlalı meydançadan işçilərin yataq yerinə, yəni gəmi ayağına gətirdilər. Orada usta Anar Cəlaldan orada nə etdiyini soruşduqda, Cəlal əziyyət çəkdiklərinə görə köməyə gəldiyini dedi. Cəlal danışıb, qollarını sərbəst hərəkət etdirdi, huşu da özündə idi, amma sinəsində ağrılar olduğunu deyirdi. Bundan sonra usta Anar sexə zəng edib hadisə barədə məlumat verdi, saat 18 radələrində gəmi meydançaya çatdı, fəhlələrin köməkliyi ilə xərəkdə Cəlalı gəmiyə endirdikdən sonra gəmi Cəlalı götürüb getdi. Bundan sonra onlar bir neçə işçi yenidən 196 -saylı meydançaya qayıtdılar və orada qaz açarlarından birinin çənə suxarı yeyildiyini, borunun üzərinə sıyrılma izi saldığını və açarda boşalma əmələ gəldiyi üçün açar tutuculuq qabiliyyətini itirdiyini müşahidə etdilər. 13 fevral 2021-ci il tarixdə usta Anar onlara Cəlalın müalicə aldığı hospitalda ölməsi barədə məlumat verdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid8 Şahid10 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdirlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, o, hazırda City Hospitalda həkim-pediator vəzifəsində işləyir. «X7 Şirkəti»nin City Hospitalla müqaviləsi olub, yəni Şirkətdə bütün işçilərin tibbi müayinədən keçirilməsi, onlara tibbi yardım göstərilməsi və tibb sahəsinə aid digər əməliyyatlar həmin hospital tərəfindən həyata keçirilmişdir. «X7 Şirkəti»nin həyətində tibb məntəqəsi var və hərə öz növbəsində City Hospitalın həkimi həmin məntəqədə olur. 12 fevral 2021-ci il tarixdə o, Bahar Enerjidə növbədə olmuşdur, həmin gün saat 15.30-da 196 saylı platformada xəstə olduğunu və təcili olaraq həmin meydançaya getmək lazım olduğunu dedilər. X10 «pikap» maşını ilə Hövsan dəniz limanına gətirdilər, oradan Magic-1 gəmisi ilə 196 saylı platformaya yola düşdülər, hava soyuq və dalğalı olduğu üçün 2 saata qədər yol gəldilər. Bu vaxta kimi onun hadisə barədə heç bir məlumatı olmayıb. Gəmi platformaya yan aldı, dalğalar hündür və təhlükəli olduğu üçün gəmi kapitanı onu gəmidən platformaya düşməyə qoymadı, xəstəni platformada olanlar xərəkdə gəmiyə düşürdülər, adını sonradan bildiyi Cəlalı gəminin içinə qoydular. Cəlalın huşu özündə olmaqla, nitqi aydın idi. Yol boyu onunla söhbət etdi, hətta bir dəfə telefonla da kiminləsə danışdı. Cəlala ilk tibbi yardım olaraq təzyiqini ölçdü, təzyiqi 100/70-ə idi, ürək döyüntülərin saylı bir dəqiqədə 74 dəfə vururdu. Cəlal sinəsinin ağrıdığını dediyindən ağrıkəsici iynə vurdu. Cəlal yolda bir neçə dəfə su istədi, ona su verdikdə içdi. Cəlaldan boğulma, təngnəfəslik, ürəkbulanma kimi əlamətlərinin olub-olmamasını soruşduqda, o, boğulma olmadığını, açar dəyəndən sonra sinəsində güclü ağrılar olduğunu dedi. Bundan başqa onun döş qəfəsinə baxanda onun sinə nahiyəsində qançır, hematoma və ya başqa xəsarət izi müəyyən olunmadı, lakin onun daxilində sınıq-çıxıq olub-olmadığını bilmədi. Saat 20 radələrində Hövsan dəniz limanına çatdılar, oradan Təcili tibbi yardım maşını onları limanda gözlədiyindən Cəlalı maşına yerləşdirib, birbaşa City Hospitala gətirib qəbul şöbəsinə təhvil verdi, sonra yenidən şirkətə qayıtdı. 13.02.2021-ci il tarixdə Cəlalın Hospitalda öldüyünü eşitdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid9 bildirmişdir ki, 2020ci ildən xxxx MMC-də qazmaçı köməkçisi işləyir. Vəzifə səlahiyyətləri quyubaşında boruların açılıb-bağlanmasına köməklik etməkdən ibarətdir. 08 fevral 2021-ci il tarixdə «X7 Şirkəti»nə məxsus 409 saylı meydançadan onları 196 saylı meydançaya gətirib təhvil verdilər. O, əvvəllər də 196 saylı meydançada işləmişdir. Krançı işləyən Zərərçəkmiş şəxs bir kəndçi olaraq çoxdan tanıyırdı. 12 fevral 2021-ci il tarixdə saat 11 radələrində 196 saylı meydançada «quyudibi pakerin azad edilməsi» işinə başlamışlar. Arabir fasilə verib yenə işə davam etmişdilər. Həmin boru 3700 metr dənizin dərinliyə kimi getmişdir. İş görərkən orada qazmaçı Şahid2, qazmaçı Şahid1 Ağaəli oğlu, qazmaçı köməkçiləri Şahid10, Şahid3, Şahid7, Şahid8, usta Təqsirləndirilən şəxs və Cəlal olmuşdur. Əflan, Zamiq və Əli bir açardan, Malik, Şamil və Nizami isə ikinci qaz açarından tutub saat əqrəbi istiqamətində açarla borunu fırladıb quyudibi pakeri açmaq istədilər, Cəlal həmin vaxtı aşağı meydançada, öz avtokranının yanında tək dayanmışdı. O, isə fəhlələrdən bir qədər aralıda dayanıb təzyiq şlanqı tutmuşdur ki, şlanq fəhlələrin başına dəyməsin. Anar isə fəhlələrin yanında dayanıb iş prosesinə nəzarət edir, nəzarət ölçü cihazının göstərişinə baxır, eyni zamanda da qaldırıcı maşinist Sərxan Quliyevə endirmə-qaldırma əməliyyatı haqqında göstəriş verirdi. İşçilər açarlara nə qədər güc versələr də, boru açılmadı. Bir qədər işə ara verəndən sonra yenə işə davam etdilər, saat 15 radələrində qaz açarının çənəsinin suxarı yeyildiyi üçün qəfildən boruda geri fırlanma baş verdi və qaz açarından biri köməyə gəlmiş Zərərçəkmiş şəxs sinəsinə dəydi. O, həmin vaxtı xəsarət almamışdı. Cəlal yerdə yarımuzanıqlı vəziyyətdə idi, qazmaçı köməkçisi Zamiq Cəlalın başını dizi üstünə qoydu, Əli tez qaçıb su gətirərək Cəlalın üzünə vurdu. Sonra xərək gətirib Cəlalı meydançadan işçilərin yataq yerinə gətirdilər. Orada usta Anar Cəlaldan orada nə etdiyini soruşduqda, Cəlal «gördüm borunu aça bilmirsiz sizə köməyə gəlmişdim» deyə cavab verdi. Cəlal sinəsini tutub, sinəsinə açar dəydiyini və sinəsinin çox ağrıdığını dedi, o danışıb, qollarını sərbəst hərəkət etdirirdi, huşu da tam aydın idi. Bundan sonra usta Anar sexə zəng edib məlumat verdi və saat 18 radələrində Magic-1 gəmisi meydançaya çatdı, fəhlələrin köməkliyi ilə xərəkdə Cəlalı gəmiyə endirdi və gəmi Cəlalı götürüb getdi. Bundan sonra işçilərlə birlikdə 196 saylı meydançaya qayıtdılar və orada açarın suxarı yeyildiyinə görə açarın tutuculuq qabiliyyətini itirdiyindən boru sivrilərək açarın dişlərindən çıxdığını müşahidə etdilər. 13 fevral 2021-ci il tarixdə usta Anar onlara Cəlalın öldüyünü dedi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, o, 25 ilə yaxındır gəmi kapitanı işləyir, hazırda isə X13 Donanmasına məxsus Magic-1 gəmisinin kapitanıdır. O, X13 Donanmasının əməkdaşıdır, lakin müqavilə əsasında Bahar Enerji Şirkətində işləyir. 12 fevral 2021-ci il tarixə küləyin sürəti saniyədə 12-17 metr verilmiş, lakin vəziyyətlə əlaqədar dənizə çıxmaq mümkün olmuşdur. Həmin gün saat 16 radələrində Bahar Enerjidən ona 196 saylı özüldə xəstə olması, həkimi artıq limana gətirmələri və həkimlə birlikdə həmin özülə gedib xəstəni gətirmək lazım olması barədə məlumat daxil olmuşdur. Onlar saat 16.45-də Hövsan dəniz limanından 196 saylı özülə yola düşmüş və təxminən iki saat sonra yəni, 18.45-də özülə çatmışlar. Sonradan adını bildiyi Cəlal adlı xəstəni fəhlələr xərəkdə gəmiyə düşürmüş və təxminən 2 saat sonra, yəni 20.45-də limana çatmışlar. Onlar qayıdarkən bir arada sükanı köməkçiyə həvalə edib, sanitar qovşağına gedəndə Cəlalı görmüş, Cəlal həmin vaxtı xərəkdə uzanmış vəziyyətdə olmasına baxmayaraq yerində sərbəst hərəkət etmişdir. Onlar limana çatanda isə artıq təcili tibbi yardım maşını gözlədiyindən Cəlalı təcili yardım maşınına qoyub hospitala aparmışlar. 13 fevral 2021-ci il tarixdə günorta saatlarında Cəlalın hospitalda öldüyünü eşitmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyib, işin faktik hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı yuxarıda göstərilən ifadələrlə yanaşı, işin məhkəmə baxışı zamanı araşdırılmış digər sübutlarla da təsdiq olunur. Meyitin ekspertizası ilə bağlı 13 mart 2021-ci il tarixli 12 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş sümüyünün sınığı, sol tərəfli hemopnevmotoraks, travmatik şok, hemorragik şok, döş qəfəsinin və sol bazunun qançırı həyati olub, bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 12.02.2021-ci il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş hemorragik və travmatik şok olmuşdur. Mərhumun ölümü 13 fevral 2021-ci il tarixdə saat 08:45-də xəstəxanada baş vermişdir. Mərhumun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. 08 aprel 2021-ci il tarixli 10/858 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, baş vermiş hadisə ilə əlaqədar “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”nın 1.5.9, 1.5.23 bəndlərinin və “Azərbaycan Neft Səmayəsində X4 İdarəetmə Sistemi”nin 4.30.1, 4.30.4, 4.30.5 bəndlərinin tələbləri pozulmuşdur. Həmin tələblərin pozulması baş vermiş hadisənin səbəbləri olmuşdur. Belə ki, 196 nömrəli qaz istehsalı quyusunda quyudibi pakerin azad edilməsi əməliyyatının aparılması zamanı nasoskompressor borularından ibarət asqının fırladılması üçün istifadə edilmiş əl açarı istismar üçün yararsız olmuş, yəni açarın “çənə”sinə bərkidilmiş plaşkasının dişçikləri əsaslı şəkildə sürtülüb yeyilmiş vəziyyətdə olmaqla öz funksional təyinatına cavab verməmişdir; açarın tutuculuq qabiliyyəti azaldığına görə, o, borunun üzərindən sürüşüb çıxmış, bunun da nəticəsində, boru asqısı ani olaraq sürətlə geri fırlandıqda (ilkin vəziyyətinə qayıtdıqda) borunun üzərinə kip geydirilmiş ikinci açar X1 zərblə dəyməklə bədbəxt hadisə baş vermişdir. “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”nın 1.5.9, 1.5.23 bəndlərinin və “Azərbaycan Neft Səmayəsində X4 İdarəetmə Sistemi”nin 4.30.1, 4.30.4, 4.30.5 bəndlərinin tələbləri, 196 nömrəli qaz istehsalı quyusunda quyudibi pakerin azad edilməsi əməliyyatına və orada çalışmış işçilərin, o cümlədən X3 işinə bilavasitə rəhbərlik etmiş, həmin işlərin düzgün təşkili və təhlükəsiz aparılmasını təmin etməli olan X7 Şirkətində Quyuların Əsaslı və Yeraltı Təmiri Sexinin ustası Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan ilk dəfə olaraq az ağır cinayət törətdiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin və tələbinin olmadığını, himayəsində yetkinlik yaşına çatmamış uşaqlarının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsinin sanksiyası daxilində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347, 349, 351, 353, 356, 358, 381, 383, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətində neft və qaz quyularının təmiri ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar