Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-158/2023 06.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1996-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilərək, həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid1 istifadəsində olan sonuncunun atası Zərərçəkmiş şəxs məxsus 1080 manat dəyərində “Росо X 3 Pro" markalı mobil telefonu istifadə edərək qaytaracağı vədini verərək 16 iyun 2022-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanının qarşısında həmin mobil telefonu ələ keçirərək Zərərçəkmiş şəxs 1080 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə aydır ki, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Neftçilər” parkında tanış olduğu Şahid1 ilə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində qeyd olunan parkda görüşüb söhbət etdiyi zaman əvvəlcədən sonuncunun istifadəsində gördüyü mobil telefonu ələ keçirmək qərarına gəlmişdir. Həmin vaxtı Məhəmmədin qohumu Şahid2 də onların yanında olmuşdur. O, söhbət əsasında Məhəmmədə öz evində olan soyuducunu satmaq üçün şəklini çəkib internet səhifəsinə yerləşdirmək istədiyini bildirib bu məqsədlə həmin vaxtı sonuncunun istifadəsində olan “Росо X 3 Pro” markalı mobil telefonunu istifadə etməsi üçün ona verməsini xahiş etmiş və istifadə etdikdən dərhal sonra qaytaracağını bildirmişdir. Məhəmməd onunla razılaşdıqdan sonra üçü də onun yaşadığı ünvan 3 ünvanındakı evinə getmişlər. O, qapını döymüş lakin açan olmamışdır. O, əvvəlcədən Məhəmmədi evə apararkən evdə heç kimin olmadığından məlumatlı olmuş və bunu məqsədli şəkildə etmişdir. Evin qapısı bağlı olduğundan o, həyətə hasardan keçmiş və Məhəmmədə mobil telefonunu evdəki soyuducunun şəklini çəkməsi üçün ona verməsini bildirmişdir. Evə daxil olduqdan sonra Məhəmməd və qohumu onu çağırsalar da, o həmin şəxslərə əhəmiyyət verməmişdir. Bir qədər sonra isə Məhəmməd və qohumunun getdiklərini hiss etdiyindən o, evi tərk etmişdir. Həmin mobil telefonu özünə məxsus olduğunu bildirərək tanımadığı şəxsə 200 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2007-ci ildə ailə qurmuş və həmin nikahdan Məhəmməd adlı bir övladı anadan olmuşdur. 29 iyun 2021-ci il tarixdə oğlu Məhəmmədə 1080 manat dəyərində “Poco X 3 Pro” markalı **********84800, **********84818 imei kodlu mobil telefon almış və istifadə etməsi üçün oğluma vermişdir. Həmin vaxtdan hadisənin baş verdiyi vaxta kimi bu mobil telefon oğlu Məhəmmədin istifadəsində olmuş və sonuncu həmin telefonu ***-***-**- ** saylı və ***-***-**-** saylı iki ədəd mobil nömrə altında işlətmişdir. Hadisənin baş verdiyi 16 iyun 2022-ci il tarixdə axşam saatlarında evdə olan zaman oğlu Məhəmməd ona zəng edərək kiminsə onu aldadaraq həmin mobil telefonu alıb geri qaytarmadığını bildirmişdir. Həmçinin məhkəmə iclasında vurulmuş zərərin ödənilməməsi ilə əlaqədar təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, təqsirləndirlən şəxsin bir qəpik də ödəmədiyini bildirmiş, onunla barışmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Pərviz adlı şəxslə təxminən 1-2 aydır ki, tanış olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Neftçilər” parkında olduğu vaxt Pərviz ona evində olan soyuducunu satmaq üçün şəklini çəkmək istədiyini, bunun üçün isə onun “Poco X 3 Pro" markalı mobil telefonundan istifadə edəcəyini bildirərərk mobil telefonunu istifadə etməsi üçün ona verməsini xahiş etmiş və o da, Pərvizlə razılaşmışdır. Həmin söhbət zamanı əmisinin oğlu Şahid2 da onun yanında olmuşdur. Onlar birlikdə Pərvizin yaşadığı evə getmişlər. Həmin vaxtı evin qapısının bağlı olduğundan Pərviz hasardan keçərək ondan içərisində ***-***-**-** və 077- ***-**-** mobil nömrələr olan “Poco X 3 Pro” markalı telefonu istədi, o da həmin telefonu Pərvizə vermişdir. Pərviz soyuducunun çəklini çəkərək internet səhifəsində elan yerləşdirməsindən ötrü telefonu internet şəbəkəsinə qoşulmaq üçün “wi-fi” şifrəsini yazıb gətirəcəyini demiş və evə getmişdir. O, bir müddət gözləsə də, Pərviz geri qayıtmamışdır. Sonra o, bu barədə atası Zərərçəkmiş şəxs məlumat vermiş, atası ilə birlikdə polis bölməsinə gedərək izahat vermişdir. Həmin mobil telefonun Pərviz adlı şəxs tərəfindən ələ keçirilməsi nəticəsində atası Zərərçəkmiş şəxs 1080 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefonu ələ keçirmək üçün ona hər hansı bir təzyiq etməmiş, hədə-qorxu gəlməmiş, zor tətbiq etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır və 141 nömrəli tam orta məktəbdə 9-cu sinif şagirdidir. Şahid1 Vəli oğlu əmisi oğludur. Təqsirləndirilən şəxs isə 16 iyun 2022-ci il tarixdə Şahid1 vasitəsilə tanımışdır. Belə ki, həmin gün saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Neftçilər” parkında Məhəmmədlə görüşmək üçün getdikdə adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs də sonuncunun yanında olduğunu və söhbət etdiklərini görmüş, Pərvizlə orada tanış olmuşdur. Aralarında olan söhbət zamanı Pərviz Məhəmmədə evlərində soyuducu olduğunu, onu satmaq üçün şəklini çəkərək “Tap.az” saytında yerləşdirib elan vermək istədiyini, lakin şəkil çəkmək üçün mobil telefonun olmadığını bildirib həmin vaxtı Məhəmmədin istifadəsində olan “Poco X 3 Pro” markalı mobil telefonu müvəqqəti istifadə etməsi üçün ona verməsini xahiş etdi. Məhəmməd Pərvizlə razılaşdıqdan sonra onlar birlikdə Pərvizin yaşadığını bildirdiyi qeyd olunan parkın yanındakı evə getmişlər. Həyətin giriş qapısına çatdıqda Pərviz Məhəmməddən həmin mobil telefonu götürüb evdəki soyuducunun şəklini çəkərək geri qayıdacağını bildirmiş və həyətin daş hasarından içəri keçmişdir. Təxminən 10 dəqiqə sonra onlar Pərvizi səsləməyə başlamış, lakin evdən heç kim çıxmamışdır. Həmin vaxtı küçə ilə gedən bir nəfər özündən yaşca kiçik oğlan uşaq onlardan kimi axtardıqlarını soruşduqda onlar Pərvizi axtardıqlarını bildirmiş və mobil telefonu alaraq evə girdiyini demişlər. Həmin şəxs ev sahibinin qohumu olduğunu bildirib həyətin giriş qapısında olan məftili açaraq həyətə, evin açıq qapısından isə içəri daxil olmuşdur. O, da Məhəmmədlə birlikdə həmin şəxsin ardınca həyətə girmişlər. Oğlan evdə heç kimin olmadığını bildirdikdə, onlar evin pəncərəsindən içəri baxmış və evdə soyuducu qutusundan başqa hər hansı bir əşya olmadığını görmüşlər. Bundan sonra onlar həyəti tərk edərək yaxınlıqda olan Suraxanı RPİ- nin 32-ci Polis bölməsinə gedərək şikayətlərini bildirmişlər. Məhəmməd onun mobil telefonu ilə atasına zəng edərək saxlayaraq hadisə barədə məlumat vermiş və polis bölməsində olduqlarını demişdir. Bir qədər sonra əmisi Zərərçəkmiş şəxs də həmin polis bölməsinə getmiş, şikayət ərizəsi yazdıqdan sonra hadisə barədə izahatlar vermişlər. X3 Musayevin istifadəsində olan mobil telefonu ələ keçirmək üçün sonuncuya hər hansı bir təzyiq etməmiş, hədə-qorxu gəlməmiş, zor tətbiq etməmişdir. Cinayət işinin 34-cü vərəqində olan 03 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin axtarışının elan edilməsi və icraatın dayandırılması haqqında qərara əsasən, xx.xx.1996-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib tutularaq cinayət təqibini həyata keçirən orqanın sərəncamına verilməsi məqsədi ilə axtarış elan olunması, cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs saxlanılaraq Suraxanı RPİ-nin İŞ-nə təmin edilənədək cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılması, qərarın sürəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Suraxanı Rayon Prokuroruna göndərilməsi və qərarın sürəti icra olunmasından ötrü Suraxanı RPİ-nin CAŞ-nə göndərilməsi və tutulduğu zaman Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan hüquqları izah edilməklə Suraxanı RPİnin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 39-cu vərəqində olan “axtarışda olan şəxsin tutulması haqqında” 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 70-71-ci vərəqələrində olan 17 sentyabr 2022-ci il tarixli təqsirləndirilən “şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin MSY-dən azad olunması və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 37-38-ci vərəqində olan Təqsirləndirilən şəxs barəsində alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən edilmişdir ki, o, əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək, barəsində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-17/40/2-744/2023 saylı məktuba əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 03 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar, tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur, islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin aşkar sürətdə azyaşlıya qarşı törədilməsini onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Ədalətli cəza cinayətə uyğun olduğu və təqsirləndirilən şəxsə törətdiyi cinayətin səbəb olduğu nəticələrinə uyğun hökm oxunduğu zaman bərpa olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsə vurulmuş ziyanının ödənilməməsini, onun şikayətçi olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində minimum həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 15-17 sentyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli tutulduğu gündən yəni, 13 fevral 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsdairə edilməli əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 15-17 sentyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən yəni, 13 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-158/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-158/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver