Məhkəmə qərarları › İş №1(010)-158/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-158/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-158/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1966-cı ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-də bağban işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Suraxanı Rayon Məhkəməsinin 1(010)-87/2022 nömrəli iş üzrə 07 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib eyni Məcəllənin 69.3cü maddəsi tətbiq olunmaqla 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (həmin cəzanın icrası ilə əlaqədar 26 may 2022ci ildə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınıb), hazırki iş üzrə 06 – 08 oktyabr 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 oktyabr 2023-cü il tarixdə saat təxminən 02:10 radələrində vətəndaş Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən 86 nömrəli mənzilinin yerləşdiyi həyətyanı sahəyə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus dəyəri 400 manat təşkil edən 01 ədəd avtomobillərin yuyulmasında istifadə edilən aparatı tamah niyyəti ilə gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 400 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 oktyabr 2023-cü il tarixdə saat 02:00 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində giriş darvazasından həyətyanı sahəyə daxil olmuşdur. Həyətyanı sahənin giriş qapısından mənzil istiqamətində talvarda məişət, təmir-tikinti avadanlıqlarının yığıldığını görmüş və ora yaxınlaşmışdır. Qanunsuz daxil olduğu evin müşahidə kameraları ilə nəzarətə götürülməsindən xəbərsiz olmuşdur. O, orada olan avtomobillərin yuyulması prosesində istifadə edilən 01 ədəd aparatı oğurlayıb oradan uzaqlaşmışdır. Həmin oğurladığı əşyanı Sabunçu bazarında tanımadığı şəxsə satmış və qarşılığında 100 manat pul almışdır. Oğurluq etdiyi mənzilin sahibini və orada kimlərin yaşadığını bilməmiş, oğurluq edərkən onun hərəkətlərini görən olmamışdır. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 05 oktyabr 2023-cü il tarixdə saat təxminən 10:00 radələrində ona qaz açarı və vint açan dəsti lazım olduğu üçün talvara doğru getmiş, həmin əşyaları saxladığı yerə baxdıqda tapa bilməmişdir. Ətrafa nəzər saldıqda aşkar etmişdir ki, bir gün öncə yerində olan bir çox avadanlıq, əşyalar yerində yoxdur. Zərərçəkmiş şəxs əşyaların oğurluğu şübhəsi ilə mənzilində və həyətyanı sahədə quraşdırdığı müşahidə kameralarına baxış keçirməyə başlamış və müəyyən etmişdir ki, 04 oktyabr 2023-cü il tarixdən 05 oktyabr 2023-cü il tarixə keçən gecə təxminən yarım saat fərqi ilə ayrı-ayrılıqda iki nəfər, əvvəllər tanımadığı iki nəfər şəxs talvarda peyda olur və onlardan biri təxmini dəyəri 250 manat təşkil edən 01 ədəd avtomobillərin yuyulmasında istifadə edilən aparatı oğurlamışdır. Həmin şəxs qeyd etdiyi əşyadan başqa heç bir əmlak talamamışdır. Bundan yarım saat fərqi ilə başqa bir nəfər, çiynində idman çantası ilə talvara daxil olur. Həmin şəxs ilk əvvəl həyətyanı sahənin giriş qapısına yaxın yerdə öz təbii ehtiyacını ödədikdən sonra girişin sağ tərəfindən yerləşən rəflərdə axtarışlar aparır. Daha sonra həmin şəxs müşahidə kameralarına düşəcək şəkildə oradan ona məxsus təxmini dəyəri 400 manat təşkil edən 01 ədəd laqonda, 01 ədəd lobzik və 01 ədəd drel, təxmini dəyəri 100 manat təşkil edən 01 üç dişli açar dəsti, təxmini dəyəri 50 manat təşkil edən 01 adi açar dəsti, təxmini dəyəri 30 manat təşkil edən 02 ədəd qaz açarı, təxmini dəyəri 80 manat təşkil edən xeyli sayda smistitel avadanlığı, təxmini dəyəri 5 manat təşkil edən 01 ədəd elektrik paylayıcı şnur (udlinitel), təxmini dəyəri 39 manat təşkil edən 01 ədəd ət çəkən aparat, təxmini dəyəri 60 manat təşkil edən 02 dəst vint açan dəstini, təxmini dəyəri 20 manat təşkil edən 01 ədəd dəmir kəsən alət, təxmini dəyəri 20 manat təşkil edən 01 ədəd çəkic və 01 ədəd balta, təxmini dəyəri 20 manat təşkil edən 02 ədəd tava və təxmini dəyəri 3 manat təşkil edən 03 cüt əlcəyi gizli yolla talayaraq oğurlamışdır. O müşahidə kameralarının qeydə aldığı görüntüləri əldə etdikdən sonra birbaşa 32-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Ona məxsus ümumilikdə 1.227 manat dəyərində əmlakı oğurlanmış və ona həmin dəyərdə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iş üzrə dindirilmiş proses iştirakçıların ifadələri ilə yanaşı, cinayət işinin materiallarında olan sənədləri də sübut növü kimi qəbul edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2023-cü ildə azad edilmiş, barəsində 09 oktyabr 2023-cü ildə “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 8 saylı ünvdana yerləşən 86 nömrəli mənzilin yerləşdiyi həyətyanı əraziyə daxil olur, bir ədəd moyka aparatını götürüb həmin yeri tərk etməsi müşahidə olunur, həmin şəxs xarici görünüş baxımdan arıq təxminən 174-175 sm boylarında əynində nazik gödəkcə olan 45- 50 yaşlarında şəxsdir. İş materiallarında olan X2 tərəfindən verilmiş 04 dekabr 2023-cü il tarixli 145 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Zərərçəkmiş şəxs məxsus, 01 ədəd üzərində “Pressurə Washer 175 psi” sözləri yazılmış elektrik avtomobil yuyan moyka aparatının, 01 ədəd laqondanın, 01 ədəd lobzikin, 01 ədəd drelin, 01 ədəd üç dişli açar dəstinin, 01 ədəd adi açar dəstinin, 02 ədəd qaz açarının, 01 ədəd smistitel avadanlığının, 01 ədəd elektrik paylayıcı şunurun, 01 ədəd ət çəkənaparatın, 02 dəst atvyorkanın, 01 ədəd dəmir kəsən alətin, 01 ədəd çəkicin, 01 ədəd baltanın və 03 cüt əlcəyi hadisənin baş verdiyi 2023-cü ilin oktyabr ayına olan ümumi dəyəri nəzəri hesablama yolu ilə 611,00 manat məbləğində müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Məsimov X1 Rayon Məhkəməsinin 1(010)- 87/2022 nömrəli iş üzrə 07 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib eyni Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 05 fevral 2024-cü il tarixədək 01 il 08 ay 10 gün hissəsi icra olunmuş, 03 ay 16 gün hissəsi çəkilməmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunur ki, Məsimov X1 Rayon Məhkəməsinin 1(010)-87/2022 nömrəli iş üzrə 07 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib eyni Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cəzanın icrası ilə əlaqədar 26 may 2022-ci ildə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış və hazırda həmin cəzasını çəkməkdə davam edir. Buna baxmayaraq, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin qüvvəsinə görə Təqsirləndirilən şəxs əməlində residiv yoxdur. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıra biləcək başqa hal da mövcud deyil. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Suraxanı Rayon Məhkəməsinin 1(010)-87/2022 nömrəli iş üzrə 07 aprel 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının bu gün üçün çəkilməmiş 03 (üç) ay 15 (on beş) günlük hissəsi hazırkı hökmlə təyin olunan cəzaya Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək ona qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 06 – 08 oktyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs hazırda azadlığın məhdudlaşdırılması növündə cinayət cəzası çəkdiyi, bununla əlaqədar Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı nəzərə alınaraq ona hazırkı hökmlə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının əvvəli bu gün – 06 fevral 2024-cü il tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış “Pressurə Washer 175 psi” sözləri yazılmış elektrik avtomobil yuyan moyka aparatı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Suraxanı Rayon Məhkəməsinin 1(010)-87/2022 nömrəli iş üzrə 07 aprel 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının bu gün üçün çəkilməmiş 03 (üç) ay 15 (on beş) günlük hissəsi hazırkı hökmlə təyin olunan cəzaya Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 06 – 08 oktyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırda azadlığın məhdudlaşdırılması növündə cinayət cəzası çəkdiyi, bununla əlaqədar Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı nəzərə alınaraq ona hazırkı hökmlə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının əvvəli bu gün – 06 fevral 2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Pressurə Washer 175 psi” sözləri yazılmış elektrik avtomobil yuyan moyka aparatı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar