Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-16/2020 16.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Ağayev Təqsirləndirilən şəxs, onun müdafiəçisi, “Adil İsmayılov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 09:55-də, Bakı şəhərində, Ağayev Təqsirləndirilən şəxs, xx xxx 1979-cu ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, boşanmış, üçü yetkinlik yaşına çatmayan, biri isə azyaşlı olmaqla dörd uşağı olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonunun Aşağı Qaramanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağayev Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan xx xxxxxxxx 2006-cı il təvəllüdlü Ağayeva Fatimeyizəhra Təqsirləndirilən şəxs qızının, xx xxxxxx 2009-cu il təvəllüdlü Ağazadə Mirtehran Təqsirləndirilən şəxs oğlunun, xx xxxxxxxx 2010-cu il təvəllüdlü Ağazadə Mirşehribani Təqsirləndirilən şəxs qızının və xx xxxxxx 2013-cü il təvəllüdlü Ağazadə Mirnatiq Təqsirləndirilən şəxs oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx xxx 2016-cı il tarixdən başlayaraq, hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 468 manat sabit pul məbləğində alimentin tutularaq Hüseynova (Ağayeva) Könül Malik qızının xeyrinə ödənilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-840/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin, habelə həmin qətnamə ilə tutulması qət edilmiş alimentin məbləğinin dəyişdirilərək, Təqsirləndirilən şəxsAğayevdən adları yuxarıda çəkilən uşaqların saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 616 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-6499/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(010)-382/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib barəsində 15 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsinə və icra sənədlərindəki tələbi icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla, rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərindən heç bir nəticə çıxartmamış, cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxx 2019-cu il tarixədək şəxsi maraqları naminə, cəmi 16.232 manat məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməməklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Ağayev Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, xx xxxxxxxx 2006-cı ildə anadan olmuş qızı Fatimeyizəhranın, xx xxxxxx 2009-cu ildə anadan olmuş oğlu Mirtehranın, xx xxxxxxxx 2010-cu ildə anadan olmuş qızı Mirşehribaninin və xx xxxxxx 2013-cü ildə anadan olmuş oğlu Mirnatiqin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh kimi ondan xx xxx 2016-cı il tarixdən başlayaraq, hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 468 manat sabit pul məbləğində alimentin tutularaq Hüseynova (Ağayeva) Könül Malik qızının xeyrinə ödənilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-840/2017 nömrəli qətnaməsi qəbul edildikdən sonra Könüllə barışmış və sonuncu ilə rəsmi nikaha daxil olmadan 2018-ci ilin avqust ayına qədər ər-arvad kimi yaşayıb birgə təsərrüfat aparmışlar. Sonradan Könüllə münasibətləri yenidən pozulduğuna görə ayrılmışlar və bundan sonra sonuncu alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Yasamal rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-6499/2018 nömrəli qətnaməsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)- 840/2017 nömrəli qətnaməsi ilə tutulmuş alimentin məbləği dəyişdirilərək, ondan dörd uşağın saxlanılması üçün hər ay hər bir uşağa görə 154 manat, cəmi 616 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədləri üzrə müəyyən ödənişlər etsə də, maddi vəziyyəti ilə əlaqədar olaraq lazımi qaydada ödəniş edə bilməmiş və bu səbəbdən də aliment borcu yaranmışdır. İcra sənədlərinin icrasını həyata keçirən icra məmuru tərəfindən isə onun 2018-ci ilin avqust ayına qədər Könüllə rəsmi nikaha daxil olmadan ər-arvad kimi birgə yaşaması nəzərə alınmamış və həmin müddət də daxil olmaqla ona ümumilikdə 16.232 manat məbləğində aliment borcu hesablanaraq barəsində cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilmişdir. Bununla belə o, hazırda cinayət işinə məhkəmədə baxıldığı zaman yaranmış aliment borcundan zərərçəkmiş şəxsə ümumilikdə 5.000 manat ödəmişdir. Təqsirləndirilən şəxsAğayev həmçinin bildirdi ki, Könüllə rəsmi nikaha daxil olmadan ər-arvad kimi yaşadıqları müddətə görə hesablanmış aliment borcunu çıxmaq şərti ilə qalıq aliment borcunu yaxın müddət ərzində imkanı daxilində ödəməyə səy göstərəcəkdir. Sonda Təqsirləndirilən şəxsAğayev törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxsAğayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-6499/2018 nömrəli qətnaməsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-840/2017 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləği dəyişdirilərək xx xxxxxxxx 2006-cı ildə anadan olmuş Fatimeyizəhranın, xx xxxxxxxx 2010-cu ildə anadan olmuş Mirşehribaninin, xx xxxxxx 2009-cu ildə anadan olmuş Mirtehranın və xx xxxxxx 2013-cü ildə anadan olmuş Mirnatiqin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 154 manat, cəmi 616 manat sabit pul məbləğində alimentin Ağayev Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək, aliment borcunu ödəməkdən yayınır. Hələ 2018-ci ilin noyabr ayında icra məmuru Təqsirləndirilən şəxs barəsində inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Həmin vaxt işə məhkəmədə baxıldığı zaman Təqsirləndirilən şəxs 1.550 manat ödədiyindən, qalan məbləği isə yaxın müddət ərzində ödəyəcəyinə vəd verdiyindən onun barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilmiş, lakin sonradan sonuncu vədinə əməl etməmişdir. Belə ki, həmin vaxtdan xx xxxx 2019-cu il tarixə kimi təqsirləndirilən şəxs ona cəmi 250 manat ödəmişdir. Buna görə də icra məmuru tərəfindən Təqsirləndirilən şəxs barəsində ikinci dəfə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunacağından ehtiyyat edib ona 500 manat ödəmək istəsə də o, Təqsirləndirilən şəxs sonradan yenə də aliment ödəməyəcəyinə əmin olduğundan həmin məbləği qəbul etməkdən imtina etmişdir. Çünki, Təqsirləndirilən şəxs hər dəfə barəsində inzibati protokol tərtib tərtib edilərək baxılması üçün məhkəmyə göndərildikdən sonra sadəcə məsuliyyətdən yayınmaq məqsədilə müəyyən ödənişlər etmişdir. Hazırda isə Təqsirləndirilən şəxs, 16.232 manat aliment borcundan ümumilikdə 5.000 manat ödəməmiş, həmin vəsaiti ödəməsinə səbəb məhz cinayət məsuliyyətinə cəlb olunacağından qorxmasıdır. Əminliklə deyə bilər ki, təqsirləndirilən şəxs bundan sonra da aliment borcunu və aylıq aliment pulunu ödəməyəcəkdir. Buna görə də o, 11.232 manat məbləğində qalıq aliment borcunun birdəfəlik ödənilməsini tələb edir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və sonuncunun barəsində qanunla müəyyən edilmiş həddə sərt cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 göstərdi ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci tarixli, 2(103)-840/2017 nömrəli qətnaməsinə əsasən Ağayev Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 117 manat olmaqla, 04 uşağa görə cəmi 468 manat məbləğində aliment tutularaq tələbkar Hüseynova (Ağayeva) Könül Malik qızının xeyrinə ödənilməlidir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-6499/2018 nömrəli qətnaməsinə əsasən isə Bakı Apelyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləği dəyişdirilərək, Təqsirləndirilən şəxsAğayevdən həmin uşaqların saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 616 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Zərərçəkmiş şəxs ərizəsi əsasında hər iki icra sənədi Təqsirləndirilən şəxsAğayevin faktiki yaşayış ünvanı üzrə icra olunması üçün Neftçala rayon İcra və Probasiya Şöbəsindən aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra sənədləri müvafiq olaraq xx xxxxxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixlərdə şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmışdır. Təqsirləndirilən şəxs xx xxxxxxx 2018-ci il tarixdə şöbəyə dəvət olunaraq izahatı alınmış, icraata başlamaq haqqında qərarların və tələbin könüllü icrası haqqında bildirişlərin surətləri ona şəxsən təqdim edilmişdir. Ağayev Təqsirləndirilən şəxs xx xxxxxxx 2018-ci il tarixdə yenidən şöbəyə dəvət olunaraq izahatı alınmış, sonuncu həmin vaxt verdiyi izahatında heç yerdə işləmədiyinə görə ödəniş edə bilməycəyini, habelə məhkəmə qərarı ilə razı olmadığını, ondan şikayət verəcəyini bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxsAğayevin barəsində inzibati protokol tərtib edilərək baxılması üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt 1.550 manat ödəniş etdiyindən məhkəmənin xx xxxxxx 2018-ci il tarixli, 3(010)-1014/2018 nömrəli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan sonra təqsirləndirilən şəxs zərəçəkmişin xeyrinə 250 manat aliment pulu ödəsə də, sonradan ümumiyyətlə çağırışlara məhəl qoymayaraq şöbəyə gəlməmiş, icra sənədlərinin icrasından yayınmışdır. Təqsirləndirilən şəxsin olduğu yeri müəyyən etmək mümkün olmadığından onun haqqında axtarış qərarı qəbul edilərək icra olunması üçün Neftçala rayon Polis Şöbəsinə göndərilimiş və sonuncu barəsində axtarış işi açılmışdır. İcra sənədlərinin icrasından yayındığından həmçinin təqsirləndirilən şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət olunmuş və həmin məhkəmənin xx xxxxxx 2018-ci il tarixli, 8(010)-31/2018 saylı qərardadı ilə təqdimat təmin olunaraq, Təqsirləndirilən şəxsAğayevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra sənədinin icrası ilə əlaqədar təqsirləndirilən şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun adına tələbin yönəldilə biləcək hər hansı bir əmlak aşkar olunmamışdır. İcraat dövründə xx xxxx 2019-cu il tarixə qədər ümumilikdə 1.800 manat aliment pulunun ödənilməsi təmin edilsə də, təqsirləndirilən şəxsin həmin dövrə 14.852 manat aliment borcu yaranmışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Təqsirləndirilən şəxsAğayevin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş və Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli qərarı ilə sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da şöbəyə gəlməkdən, icra sənədlərinin icrasından yayınmış, icranı ləngitmək məqsədilə xx xxxxx 2019-cu il tarixdə ərizə ilə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, Neftçala rayonunun Aşağı Qaramanlı kəndində qeydiyyatda olmaqla yaşadığını bildirərək, icra sənədlərini icra olunması Neftçala rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Bundan baqşa, Təqsirləndirilən şəxsAğayev əsassız hesablanmış aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Yasamal rayon Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmənin xx xxx 2019-cu il tarixli, 2(004)-3279/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Təqsirləndirilən şəxsAğayev icra sənədlərinin icrasından və şöbəyə gəlməkdən yayındığına görə xx xxxx 2019-cu il tarixdə onun faktiki qeydiyyat ünvanına icra sənədlərini icra etməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq məktubu göndərilmiş, lakin buna baxmayaraq sonuncu icra sənədlərinin icrasını təmin etməmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin işlə təmin olunması üçün Neftçala rayon Dövlət Məşğulluq Mərkəzinə müvafiq göndəriş verilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin Bakı şəhəri Suraxanı rayon Məşğulluq Mərkəzinə işlə təmin olunması üçün müraciət edib-etmədiyini müəyyən etmək məqsədilə xx xxxx 2019-cu il tarixdə sorğu verilmiş, lakin sonuncunun qeyd edilən mərkəzə müraciət etmədiyi və qeydiyyata durmadığı müəyyən edilmişdir. Cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxx 2019-cu il tarixədək Təqsirləndirilən şəxsAğayevin 16.232 manat aliment borcu yaranmışdır. Buna görə də Təqsirləndirilən şəxsAğayevin Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün onun barəsində müvafiq təqdimat verilmişdir. Şahid qismində dindirilmiş, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-840/2017 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, xx xxxxxxxx 2006-cı ildə anadan olmuş Ağayeva Fatimeyizəhra Təqsirləndirilən şəxs qızının, xx xxxxxx 2009-cu ildə anadan olmuş Ağazadə Mirtehran Təqsirləndirilən şəxs oğlunun, xx xxxxxxxx 2010-cu ildə anadan olmuş Ağazadə Mirşehribani Təqsirləndirilən şəxs qızının və xx xxxxxx 2013-cü ildə anadan olmuş Ağazadə Mirnatiq Təqsirləndirilən şəxs oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Ağayev Təqsirləndirilən şəxs xx xxx 2016-cı il tarixdən başlayaraq, hər uşağa görə hər ay 117 manat olmaqla, cəmi 468 manat sabit pul məbləğində alimentin tutularaq Ağayeva Könül Malik qızının xeyrinə ödənilməlidir. İş materiallarında olan icra vərəqəsinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə Neftçala rayon İcra və Probasiya Şöbəsinin rəisi Şirin Bayramovun xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-840/2017 nömrəli icra vərəqəsi ərazi aidiyyəti üzrə icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-6499/2018 nömrəli qətnaməsindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-840/2017 nömrəli qətnaməsi ilə cavabdeh Ağayev Təqsirləndirilən şəxs tutulması qət edilmiş alimentin miqdarı artırılmış, xx xxxxxxxx 2006-cı ildə anadan olmuş Ağayeva Fatimeyizəhra Təqsirləndirilən şəxs qızının, xx xxxxxx 2009-cu ildə anadan olmuş Ağazadə Mirtehran Təqsirləndirilən şəxs oğlunun, xx xxxxxxxx 2010-cu ildə anadan olmuş Ağazadə Mirşehribani Təqsirləndirilən şəxs qızının və xx xxxxxx 2013-cü ildə anadan olmuş Ağazadə Mirnatiq Təqsirləndirilən şəxs oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat, cəmi 616 manat sabit pul məbləğində alimentin cavabdeh Ağayev Təqsirləndirilən şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan icra vərəqəsinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə Neftçala rayon İcra və Probasiya Şöbəsinin rəisi Şirin Bayramovun xx xxxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(004)-6499/2018 nömrəli icra vərəqəsi ərazi aidiyyəti üzrə icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxxxxx 2018-ci il tarixli və xx xxxxxx 2018-ci il tarixli qərarların surətlərindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-840/2017 nömrəli və Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(004)-6499/2018 nömrəli icra vərəqələri müvafiq olaraq icraata götürülərək icraata başlanılmış, ayrı-ayrılıqda borclu Təqsirləndirilən şəxsAğayevə 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materialalrında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 8(010)-31/2018 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 təqdimatı əsasında Ağayev Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-840/2017 nömrəli icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılmışdır. İş materialalrında olan aktın surətindən görünür ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(004)-6499/2018 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurları, borclu Təqsirləndirilən şəxsAğayevin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 16, mənzil 178 ünvanında olmuşlar, lakin borclunun həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. İş materiallarında olan borculun axtarılması haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan və Neftçala rayon Polis Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, yaşadığı yer məlum olmadığına görə borclu Təqsirləndirilən şəxsAğayevin barəsində axtarış elan edilmiş, borclunun axtarışı Neftçala rayon Polis Şöbəsinə həvalə edilmiş və Neftçala rayon Polis Şöbəsində sonuncunun barəsində axtarış işi açılaraq ünvanının müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. İş materiallarında olan bir neçə icra sənədlərinin ümumi icraata birləşdirilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-840/2017 nömrəli və Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(004)-6499/2018 nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-840/2017 nömrəli və Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(004)-6499/2018 nömrəli icra sənədləri üzrə tələbkar Zərərçəkmiş şəxs müraciəti əsasında, sonuncunun iştirakı ilə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmurları, borclunun Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” və “D” yaşayış sahələrində olan tikiş sexlərinə baxış keçirmişlər. Baxış zamanı həmin sexlərin uzun müddətdir fəaliyyət göstərmədiyi, qapıların qıfılla bağlı olduğu müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(010)-382/2019 nömrəli qərarından görünür ki, Ağayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 gün müddətində inzibati həbs olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxx 2019-cu il tarixli məktubundan görünür ki, Neftçala rayonu, Qədimkənd kəndində yerləşən 4.12 ha torpaq sahəsi, JN-357 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən Ağayev Təqsirləndirilən şəxs və 3 nəfər ailə üzvlərinin – X1, X3, X2 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-840/2017 nömrəli və Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(004)-6499/2018 nömrəli icra sənədlərinin icrası ilə əlaqədar olaraq borclu Ağayev Təqsirləndirilən şəxs ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan Neftçala rayonu, Qədimkənd kəndində yerləşən 4.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Təqsirləndirilən şəxsAğayevə aid hissəsinin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 təqdimatı təmin edilməmişdir. İş materialalrında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-3279/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Ağayev Təqsirləndirilən şəxs cavabdaeh Zərərçəkmiş şəxs qarşı xx xxx 2016-cı il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək yaranmış 13.104 manat məbləğində alimentə borcunun silinməsinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2019-cu il tarixli xəbərdarlıq məktubudan görünür ki, Təqsirləndirilən şəxsAğayevə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-840/2017 nömrəli və Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(004)-6499/2018 nömrəli icra sənədləri üzrə aliment borcunu ödəmək üçün təkrar 05 gün vaxt verilmiş, icra sənədlərini icr etməyəcəyi təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli, 18-217145/18yeni- 14 saylı sorğusuna xx xxxxxx 2018-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin uçot sistemində sorğu edilən Təqsirləndirilən şəxsAğayev barəsində heç bir məlumat mövcud deyil. İş materiallarında olan “Kapital Bank” açıq səhmdar cəmiyyətinin Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli, 18-217145/18yeni- 14 saylı sorğusuna cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxsAğayevin adına heç bir bank hesabı yoxdur. İşdə olan Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Suraxanı rayon Məşğulluq Mərkəzinin xx xxxx 2019-cu il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxsAğayev Suraxanı rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyatda deyil. İş materiallarında olan cinayət məsuliyyətinə cəlb olunma haqqında xx xxxx 2019-cu il tarixli təqdimatdan görünür ki, icraat dövründə borclu Ağayev Təqsirləndirilən şəxs tərəfindən 1.800 manat aliment pulunun ödənilməsi təmin edilsə də, 16.232 manat aliment borcu yaranmışdır. Buna görə də Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsini rəhbər tutaraq, Ağayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat vermişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli və xx xxxx 2020-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxsAğayev Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-840/2017 nömrəli və Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(004)-6499/2018 nömrəli icra sənədləri üzrə yaranmış aliment borcundan Zərərçəkmiş şəxs müvafiq olaraq 1.500 manat və 3.500 manat olmaqla, ümumilikdə 5.000 manat ödəmişdir. Beləliklə, Ağayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2012ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, Ağayev Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-840/2017 nömrəli və Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-6499/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə xx xxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 15 gün müddətinə inzibati həbs olunmasına, habelə aliment borcunu ödəmək üçün təkrar olaraq 05 gün vaxt verilməsinə, həmin müddət ərzində icra sənədləri üzrə borcunu ödəməkdən boyun qaçıracağı halda Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenidən qərəzli olaraq icra sənədlərini icra etməmiş və buna görə də icra qurumu olan Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən həmin şöbənin rəhbərliyi vasitəsilə Ağayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bununla da Təqsirləndirilən şəxsAğayevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxsAğayevin şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və icra sənədləri üzrə yaranmış aliment borcundan zərərçəkmiş şəxsə ümumilikdə 5.000 manat ödəməsini məhkəmə Təqsirləndirilən şəxsAğayevin cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxsAğayevin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxsAğayevin cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Ağayev Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı, üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və sınaq müddəti ərzində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-840/2017 nömrəli və Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-6499/2018 nömrəli qətnamələri üzrə yaranmış borcunu tam ödəmək vəzifələri qoyulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Ağayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ağayev Təqsirləndirilən şəxs məhkəmədə pulsuz hüquqi yardım göstərmək üçün Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X5 təyin edilsə də, məhkəmədə təqsirləndirilən şəxsə hüquqi yardım, sonuncunun öz vəsaiti hesabına seçdiyi müdafiəçisi, “Adil İsmayılov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərildiyindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4, hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına əmək haqqının ödənilməsinə əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Ağayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, Ağayev Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 01 (bir) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Ağayev Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və sınaq müddəti ərzində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-840/2017 nömrəli və Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-6499/2018 nömrəli qətnamələri üzrə yaranmış borcunu tam ödəmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Ağayev Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-16/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-16/2020
16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver