Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-16/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məsləhətçi X17 oğlunun katibliyi ilə, tərcüməçi X10, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, saat 12:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 nömrəli evin 16 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ibtidai istintaq orqanı tərəfindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(010)-16/2021 nömrəli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 12 yanvar 2020-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi 4048/49, 2 nömrəli binanın zirzəmisində yerləşən, ictimai yer hesab edilən “Səma” kafesində müştəri qismində yeyibiçdikdən sonra sərxoş vəziyyətdə həmin kafedə süfrəçi işləyən Zərərçəkmiş şəxs3 diqqətini öz üzərinə çəkmək üçün masanın üzərində olan 01 ədəd boşqabı yerə atıb sındırmış, həmin vaxt Zərərçəkmiş şəxs3 ona iradını bildirdikdə, o ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına zidd olaraq etinasızlıq göstərməklə, kənar şəxslərin gözü qarşısında sonuncunu söyüb təhqir etmiş və təkəbbür davranışa yol verərək, öz nüfuzunu hər şeydən üstün tutmaqla heç bir əsaslı səbəb olmadan masanın üzərində olan 01 ədəd pivə bakalını silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs3 üzərinə ataraq zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, 13 yanvar 2020-ci il tarixdə, saat 01 radələrində həmin kafeyə sərxoş vəziyyətdə yenidən gələrək, heç bir əsaslı səbəb olmadan səs-küy salmış, həmin vaxt kafedəki müştərilərin gözü qarşısında kafenin sahibi X9 ilə mübahisə edərək onu söyüb təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən hərəkətlərə yol verməklə əli ilə kafenin sahibi X5 məxsus hər birinin dəyəri 01 manat olmaqla ümumi dəyəri 19 manat təşkil edən 19 ədəd boşqabı, 300 manat dəyərində videogörüntü qurğusunun monitorunu və 400 manat dəyərində mikrodalğalı sobanı vurub sındırmış, öz qərəzli davranışını davam etdirərək, X4 ləyaqətini və nüfuzunu alçaltmaqla, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına zidd olaraq etinasızlıq göstərməklə üzərində olan bıçaqdan silah qismində istifadə edərək X4 üzərinə hücum etmiş, həmin vaxt kafedə müştəri qismində olan və onun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 söyüb təhqir edərək yumruqla sinəsindən və əlindəki bıçağı silah qismində istifadə edərək onun sağ qolundan qəsdən bir dəfə vuraraq Zərərçəkmiş şəxs2 sağlamlığına - sağ saidin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla və X4 ümumilikdə 719 manat dəyərində əmlakını məhv etməklə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 12 yanvar 2020-ci il tarixdə günorta saatlarında tanışı Fərhadla birlikdə mağazadan spirtli içki - araq alaraq Qorxmazın işlətdiyi kafeyə getmişlər. Həmin vaxt Qorxmaz orada olmamış, kafedə süfrəçi işləyən Alinaya onlara yemək verməsini demişlər. Alina isə onlara müdir, yəni Qorxmazın olmadığını, bu səbəbdən də yemək verə bilməyəcəyini bildirdiyinə görə onlar gedib başqa yerdə yeyib içmişlər. Həmin gün, yəni 12 yanvar 2020-ci il tarixdə, saat 22 radələrində pivə içmək üçün o, tanışları Fərhad və Elsevərlə Qorxmazın kafesinə gedib zaldakı masaların birində əyləşmişlər, Fərhad Qorxmazdan onlara nisyə pivə verməsini xahiş etmişdir. Lakin Qorxmaz nisyə pivə verməkdən imtina etmişdir. Bunda sonra o, pivə sifariş etmiş, belə ki, onun cibində 10 manat pul olmuş, lakin bu barədə Qorxmaza və süfrəçi qıza heçnə deməmişdir. Süfrəçi qız onlara pivə gətirmiş, lakin pivəni nisyə içdiklərini zənn edib onlara narazı formada qulluq etmişdir. İki bakal pivə içdikdən sonra süfrəçinin narazı hərəkətlərindən və onlara yaxşı qulluq etmədiyindən əsəbiləşib masanın üzərində olan boşqabı götürüb zalda pivə süzülən söykənəcəyin divarına çırpmışdır. Bu zaman süfrəçi qız onun ünvanına nalayiq ifadə işlətmişdir. Buna görə də o, masadan durub qıza tərəf getmiş, sonuncu Qorxmazın tanışları ilə oturduğu, mətbəxin yanındakı kabinetə daxil olduğu üçün o, da onun arxası ilə həmin kabinetə daxil olmuşdur. Orada qıza bir də belə sözlər işlətməməsini, ona dediyi ifadənin elə onun öz müdirinə aid olduğunu demişdir. Bu sözləri deyib kabinetdən çıxmış, hesabı ödəyib tanışları Fərhad və Elsevərlə kafedən getmişdir. Bir neçə saat sonra saat təxminən 00:20 radələrində o, tanışları Fərhad və Elsevərlə yenidən həmin kafeyə gedib, kafenin zalında Qorxmaza öz narazıçılığını bildirməyə başlamış və bu zəmində aralarında münaqişə yaranmışdır. Həmin vaxt zaldakı masalarda təxminən 10 nəfərə yaxın müştəri olmuşdur. O, Qorxmazın ünvanına nalayiq ifadələr işlətdiyinə görə münaqişə daha da qızışmışdır. Əsəbləşdiyindən bar söykənəcəyinin üzərində olan boşqabları itələyib, videomüşahidə kameralarının monitorunu isə əli ilə vurub yerə salmışdır. Bundan sonra Qormazın yaxasından tutduqda ətrafda müştəri kimi əyləşmiş şəxslər yaxınlaşıb onu kafenin çıxışına tərəf apararkən, kafenin dəhlizində kabinetdən dəhlizə çıxan Arzunu görmüş, sonuncunu söyüb əli ilə sinəsindən kabinetə tərəf itələmişdir. Bundan sonra özü kafeni tərk edib oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, Qorxmazın və Arzunun dedikləri yalandır, belə ki, hadisə baş verdiyi zaman onun əlində bıçaq olmamış, sonuncuya bıçaqla xəsarət yetirməmişdir. Qeyd etdiy kimi həmin vaxt o, pivə bakalını bar söykənəcəyinə vurmuş, habelə orada topa halında olan boşqabları və manitoru əli ilə vurub yerə salmışdır. Lakin mikrodalğalı sobanı sındırmamış, sözügedən soba monitorun yanında olduğundan ola bilər ki, əli ilə monitora vuranda o da yerə düşüb zədələnmişdir. Hadisə təxminən 10 dəqiqə davam etmiş, orada ondan, Qorxmazdan, Arzudan başqa, kafenin zalında olan masalarda əyləşmiş təxminən 10 nəfərə yaxın tanımadığı şəxslər olmuş, həmin şəxlər onları sakitləşdirməyə çalışmışlar. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X9 ilə barışıq əldə etdiyini, sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 10 sentyabr 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Qorxmazın işlətdiyi ünvan 1 ünvanında yerləşən “Səma” kafesində təxminən bir ilə yaxındır süfrəçi işləyir. İşlədiyi müddət ərzində kafeyə müştəri kimi gəlib gedən Kamili tanımışdır. 12 yanvar 2020-ci il tarixdə işdə olarkən Kamil, Fərhad və “Eliş” adlı şəxslərlə, əllərində araq və sosislə kafeyə gəlmişlər. Həmin vaxt kafenin müdiri Qorxmaz kafedə olmamış, kafedə isə yalnız pivə və çay verilmişdir. Kamil ondan sosisləri bişirməsini istədikdə o, Qorxmaz olmadığı üçün bunu edə bilməyəcəyini demişdir. Onun sözləri Kamilə pis təsir etmiş və onlar çıxıb getmişlər. Həmin gün saat təxminən 22 radələrində Kamil yenə də yanındakı həmin şəxslərlə birlikdə kafeyə gəlib zalda əyləşmişdir. Həmin vaxt Qorxmaz artıq kafedə olmuşdur. X15 yaxınlaşaraq nisyə pivə içmək istədiklərini bildirdikdə Qorxmaz nisyə pivə verilmədiyini demişdir. Bundan sonra onlar çölə çıxmışlar, təxminən 10 dəqiqədən sonra qayıdıb zaldakı masaların birində əyləşib pulunu ödəyəcəklərini deyərək pivə sifariş vermişlər. Onlar hərəsi 2-3 bakal pivə içdikdən sonra Kamil oturduğu masadan ona “Alina sən uçan boşqab görmüsən?” demiş, Kamilin içkili olduğunu nəzərə alıb onu yola vermək üçün ”hə görmüşəm” deyə cavab vermişdir. Kamilin konkret olaraq ona söz atıb onunla ədavət yaratmaq istədiyini başa düşüb bu barədə Qorxmaza demişdir. Qorxmaz isə ona başqa masalara xidmət göstərməsini, Kamilin əyləşdiyi masaya özü qulluq edəcəyini demişdir. O, başqa kabinetə pivə apararkən Kamilin bar söykənəcəyinə tərəf qab atdığını, qabın sındığını eşitmişdir. Kabinetə pivəni verib zala qayıdanda Kamil ona “eşitmirsən? Bayaqdan səni çağırıram” demişdir. Kamilə “çağırsaydın eşidərdim” deyəndə onun ünvanına nalayiq ifadə işlətdiyinə görə Kamilə “özünsən” deyə cavab vermişdir. Bundan sonra Kamil onu təhqir etməyə başlamış və masanın üzərində olan pivə bakalını götürüb onun üstünə atmışdır, lakin o, çəkildiyinə görə bakal bar söykənəcəyinə dəymişdir. Səsə Qorxmaz tanışları ilə oturduğu kabinetdən çıxıb Kamili sakitləşdirərək onu kafedən çıxartmışdır. Qorxmaz Kamili yola saldıqdan sonra sonuncunun nəsə edəcəyindən ehtiyyat etdiyinə görə onu da evinə yola salmışdır. Səhərisi gün o, işə gələndə Qorxmazın tanışları ilə oturduğu kabinetin döşəməsində qan izlərinin olduğunu, mətbəx tərəfdə monitorun, mikrodalğalı sobanın hərəsinin yerdə olduğunu və həmçinin mətbəxdə yerdə qabların qırılmış vəziyyətdə olduğunu görmüşdür. Zərərçəkmiş şəxs3 həmçinin göstərmişdir ki, hadisə vaxtı Kamil ona xəsarət yetirməmiş, belə ki, sonuncu pivə bakalını ona tərəf atsa da o, çəkildiyinə görə bakal ona dəyməmişdir. Sonda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs etdiyi əmələ görə bağışlamadığını, onunla barışmadığını, sonuncudan şikayətçi olduğunu bildirmişdir. 24 noyabr 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs X9 göstərmişdir ki, o, özünə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi 4048/49, 2 nömrəli binanın zirzəmisində yerləşən “Səma” kafesini işlədir və orada olan bütün əmlaklar onun öz şəxsi vəsaiti hesabına alınmışdır. Kafenin fəaliyyəti pivə və çay satışından ibarətdir, kafedə yemək verilmir. 12 yanvar 2020ci il tarixdə, saat 22 radələrində o, işlətdiyi “Səma” kafesinin içərisində yerləşən bağlı kabinetdə tanışı Arzu, Ruslan və Georqiylə birlikdə pivə içdiyi zaman günorta saatlarında süfrəçi Alina ona zəng edib qonşusu Kamilin kafeyə gəldiyini, onun özü ilə araq gətirərək yanındakı şəxslərlə yeyib içmək istədiyini bildirmişdir. O, isə Alinaya, kafedə yemək verilmədiyini Kamilə deməsini bildirmişdir. Bir müddət sonra Kamil sərxoş vəziyyətdə yanında iki nəfər şəxslə yenidən kafeyə gəlmiş və nisyə pivə içmək istədiyini bildirmişdir. Kamilə nisyə pivə verilmədiyini demiş, onun bu sözləri Kamilə pis təsir etmişdir. Bundan sonra Kamil tanışları ilə kafedə zalda əyləşib pivə sifariş vermişlər. Həmin ərəfədə o, öz tanışları ilə kabinetdə oturmuş, ara-sıra isə süfrəçi tək olduğu üçün çıxıb ona köməklik etmişdir. Kamildən içdikləri pivənin pulunu aldıqdan sonra kabinetdə olan tanışlarının yanına keçmişdir. Bir müddət sonra kabinetdən çıxanda Kamilin masanın üzərində olan boşqabı yerə ataraq sındırdığını, süfrəçi Alinanı söyüb təhqir etdiyini, habelə masanın üstündəki pivə bakalını sonuncunun üzərinə atdığını görmüşdür. Həmin vaxt Alina çəkildiyi üçün bakal barın söykənəcəyinə dəyərək sınmışdır. Buna görə də o, Alinaya gedib digər kabinetlərə qulluq etməsini, Kamili isə özü sakitləşdirəcəyini demişdir. Bundan sonra Kamilə yaxınlaşıb onu sakitləşdirərək yola salmış, habelə qayıdıb Alinaya heçnə etməməsi üçün sonuncunu da evinə göndərmiş və yenidən kabinetə qayıdıb qeyd etdiyi tanışları ilə birlikdə pivə içməyə davam etmişlər. Həmin gecə, yəni artıq 13 yanvar 2020-ci il tarixdə, təxminən saat 00:20 radələrində Kamilin səsini eşitdiyinə görə kabinetdən zala tərəf çıxıb Kamildən niyə gəldiyini soruşduqda Kamil ona “sən kişi deyilsən” demiş, eyni zamanda onu söyüb təhqir edərək onunla mübahisə etməyə başlamışdır. O, həmin vaxt mətbəx tərəfdə olmuş, Kamil isə mətbəxlə zalın arasında olan bar söykənəcəyinin yanında dayanmışdır. Mübahisə zamanı Kamil söykənəcəyin üstündə olan qabları yerə salıb sındırmış, ketçup və xardal qabını ətrafdakılara və ona tərəf atmışdır. Həmin səs-küy nəticəsində kafenin fəaliyyəti tam dayanmış və kafedə olan müştərilər hamısı onların ətrafına yığışmışdır. Mübahisə zamanı ilkin olaraq Kamil əli ilə onun yaxasından tutmuşdur. O, arxaya gedərək yaxasını ondan azad etdikdən sonra Kamil bar söykənəcəyinin üzərində quraşdırılmış video görüntü qurğusunun monitorunu və mikrodalğalı sobanı götürüb ona tərəf atmışdır. Həmin vaxt ətrafdakılar Kamili sakitləşdirərək giriş qapısına tərəf apararkən Kamil yenidən onun ünvanına nalayiq ifadələri işlətmişdir. Buna görə də o, öz növbəsində Kamilin ünvanına söyüş söymüş, Kamil daha da özündən çıxaraq cibindən bıçaq çıxardıb üstünə gəlmişdir. Həmin bıçaqla ona zərbə endirmək istəyərkən hadisə yerinə toplaşmış şəxslər bu dəfə də Kamili tutub dəhlizlə giriş qapısına tərəf aparmışlar. Kabinetdə oturmuş tanışları Arzu, Ruslan və Georqiy vəziyyətin ciddi olduğunu başa düşüb dəhlizə çıxdıqda Kamil ilk rastlaşdığı Arzunun da ünvanına söyüş söymüş, habelə yumruqla sinəsindən vurmuş, bununla da sakitləşməyərək əlindəki bıçaqla Arzunun qoluna xəsarət yetirmişdir. Məhz bundan sonra ətrafa toplaşmış tanımadığı müştərilər Kamili çölə çıxarıb kafedən uzaqlaşdırmağa nail olmuşlar. Q.F.Ağasiyev həmçinin göstərmişdir ki, Kamillə onunla arasında mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Kamilin onun üstünə gələrkən əlindəki bıçaq balaca, uc hissəsi parıltılı olmuşdur. Mübahisə zamanı Kamilin onun yaxasından tutmasına, üstünə kafedəki müxtəlif əşyaları atmasına baxmayaraq həmin əşyalar ona dəymədiyindən o, heç bir xəsarət almamışdır. Lakin kafedə olan qab-qacağı və müəyyən əşyaları yararsız hala düşdüyündən ona maddi ziyan dəymişdir. Belə ki, Kamilin qanuna zidd əməli nəticəsində bir ədəd pivə bakalının sınmasına görə 02 manat, hərəsi 01 manat olmaqla 20 ədəd boşqabın sınmasına görə 20 manat, video görüntü qurğusunun monitorunun yararsız hala düşməsinə görə 300 manat, mikrodalğalı sobanın yarasız hala düşməsinə görə isə 400 manat olmaqla ümumilikdə 722 manat dəyərində maddi ziyana məruz qalmışdır. Kamilin sındırdığı əşyalar yararsız hala düşdüyü, həmçinin təmir etdirmək qeyri-mümkün olduğu üçün onları tullamışdır. Sonda Q.F.Ağasiyev Təqsirləndirilən şəxs etdiyi əmələ görə bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 24 noyabr 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs məktəb illərindən tanıyır, sonuncu onunla qonşuluqda yaşayır. 12 yanvar 2020-ci il tarixdə, saat 22 radələrində ünvan 1 ünvanında yerləşən tanışı Qorxmazın işlətdiyi “Səma” kafesində, kabinetdə sonuncu, o cümlədən tanışları Ruslan və Georqiylə birlikdə pivə içdikləri zaman kafedə müştəri qismində əyləşmiş Kamillə süfrəçi işləyən Alina arasında mübahisə yaranmış, sonuncu oturduqları kabinetə daxil olub Qorxmaza, Kamilin onun üstünə bakal və boşqab atdığını, lakin onların ona dəymədiyini demişdir. Həmin vaxt Kamil də qızın arxası ilə kabinetə daxil olmuş, onlar Kamilin sərxoş olduğunu görüb onu sakitləşdirərək kafedən bayıra çıxartdıqdan sonra yenidən kabinetə qayıdıb pivə içməyə davam etmişlər. Təxminən saat 00:20 radələrində onlar, yenidən Kamilin səs-küy sadığını eşitmişlər, bu zaman Qorxmaz, onlara oturmalarını, Kamili özü yola salacağını deyib kafenin mətbəx hissəsinə tərəf getmişdir. Kabinetdə əyləşmələrinə baxmayaraq qapı açıq olduğundan Kamilin Qorxmazla mübahisə etdiyini, səsə kafedə olan şəxslərin sonuncuların ətrafına toplaşdıqlarını eşitmişlər. Həmin vaxt Kamil mətbəxdəki masanın üzərində olan boşqabları yerə atıb sındırmış və Qorxmazın ünvanına nalayiq ifadələr işlətmişdir. Bir neçə dəqiqə keçdikdən sonra vəziyyətin daha da gərginləşdiyini, Kamilin Qorxmazın üstünə hücum çəkdiyini başa düşüb o, Ruslan və Georqiy kabinetdən dəhlizə çıxmışlar. O, dəhlizə çıxdıqda artıq kafedə olan tanımadığı şəxslərin Kamili kafedən çıxarmağa çalışdıqlarını, Kamilin isə əlindəki balaca bıçaqla Qorxmazın üstünə getmək istədiyini görmüşdür. Məhz Qorxmazın dostu olduğu üçün həmin vaxt Kamil onun üstünə gələrək, ünvanına nalayiq ifadələr işlətmiş, sol əli ilə sinəsinə yumruq zərbəsi endirmiş, sağ əlindəki balaca bıçaqla isə sağ qolundan vuraraq xəsarət yetirmişdir. Hadisə yerinə toplaşmış tanımadığı şəxslər Kamili çətinliklə də olsa kafedən çıxarıb uzaqlaşdırmışlar. O isə sağ qolundan qan gəldiyinə görə kabinetə keçib əvvəlcə salfet kağızı ilə qanı dayandırmış, daha sonra isə qoluna sarğı qoymuşdur. Zərərçəkmiş şəxs2 həmçinin göstərmişdir ki, Qorxmazla Kamilin mübahisəsi təxminən 5- 10 dəqiqə davam etmişdir. Kamilin onun qoluna xəsarət yetirdiyi bıçaq balaca, uc hissəsi parıltılı olmuşdur. Dəhlizdə rastlaşdığı zaman Kamil ona anidən xəsarət yetirdiyi üçün həmin bıçağın əlamətlərini dəqiq görə bilməmişdir. Həmin vaxt Kamil Qorxmazın yaxasından tutub onu vurmaq istəsə də, səsə yığışmış kafedə olan tanımadığı müştərilər onları ayıraraq buna imkan verməmişlər. Kamil əlindəki bıçaqla yalnız ona xəsarət yetirmiş, kafedə olan qab-qacağı və müəyyən əşyaları isə sındıraraq yararsız hala salmışdır. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs etdiyi əmələ görə bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Qorxmaz Ağasiyevi uzun müddətdir tanıyır və sonuncu, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi 4048/49 ünvanında yerləşən “Səma” kafesini işlədir. Təqsirləndirilən şəxs da uzun müddətdir tanıyır, onunla dostluq münasibəti vardır. 12 yanvar 2020-ci il tarixdə o, Kamillə məhəllədə görüşmüş, oturub yemək yeyib araq içmək qərarına gəlmişlər. Onlar Kamillə mağazaya girib oradan bir az sosis və araq alıb Qorxmazın işlətdiyi “Səma” kafesinə getmişlər. Həmin vaxt Qorxmaz kafedə olmadığından süfrəçi Alinaya oturub araq işmək istədiklərini bildirib ondan sosisləri bişirməsini xahiş etmişlər. Lakin Alina kafedə adətən pivə və çay verildiyini, müdir olmadığına görə onlara yemək verə bilməyəcəyini demişdir. Buna görə də onlar yaxınlıqda olan başqa kafedə oturmuşlar və araq içib yemək yemişlər. Həmin gün yəni saat 22 radələrində o, Kamil və Elsevərlə birlikdə “Səma” kafesinə getmişlər. Həmin vaxt onların üstündə pul olmamışdır. Qorxmaz kafedə olduğu üçün ondan nisyə pivə verməyi xahiş etmişlər, lakin Qorxmaz imtina etmişdir. Sonra Kamil üstündə 10 manat pul olduğunu demiş, buna görə də onlar kafenin zalındakı masada əyləşib pivə sifariş vermişlər. Kamil süfrəçi Alinaya pivə ilə içməyə “boğaz” gətirməsini demişdir. Süfrəçi Kamilin sifarişini gecikdirdiyi üçün Kamil ona qarşı aqresivləşmiş və masada olan boşqabı götürüb yerə ataraq sındırmışdır. Bu zaman səsə Alina və Qorxmaz onların əyləşdiyi masaya tərəf gəlmişlər. Fərhad onlara “bayaqdan bizim masaya yaxınlaşan yoxdu, indi bir boşqab sınan kimi hamınız gəlmisiniz” ifadəsini işlətmişdir. Kamil Qorxmazın yanında Alinanın ünvanına nalayiq söyüş ifadəsi işlətmiş və Alina da ona cavab qaytaranda Kamil masanın üzərində olan pivə bakalını götürüb Alinaya atmış, lakin bakal Alinaya dəyməmiş, barın söykənəcəyinə dəyərək sınmışdır. Bu zaman Alina qaçaraq kafedəki kabinetə daxil olmuş və Kamil onun arxası ilə getmişdir. Sonra orada yəni kabinetdə oturan şəxslər, Arzu və digər şəxslərlə birlikdə Qorxmaz da Kamili sakitləşdirərək kafedən çıxartmışlar. Öz növbəsində o da Kamili sakitləşdirmiş və Elsevərlə birlikdə Kamillə çıxıb getmişlər. Həmin gün, daha doğrusu artıq 13 yanvar 2020ci il tarixdə, saat 00:20-də Kamil yenidən “Səma” kafesinə qayıdanda Kamilin başqa problem yaratmaması üçün o və Elsevər onun arxası ilə kafeyə getmişlər. Kafeyə daxil olanda Kamilin Qorxmazla mübahisə etdiyini və bir-birinin ünvanına söyüş söydüklərini görmüşlər. Bir neçə dəqiqə sonra onların mübahisəsi münaqişəyə çevrilmiş və həmin vaxt kafedə müştəri qismində əyləşən şəxslər səsə oraya yığışmışlar və onunla birlikdə ətrafdakılar Kamili sakitləşdirməyə çalışmışlar. Qorxmaz bar söykənəcəyinin mətbəx olan tərəfində, Kamil isə zal tərəfdə dayanmış və bu qaydada mübahisə etmişlər. Həmin vaxt Kamil söykənəcəyin üzərində olan qabları, sonra isə söykənəcəyin üstündə olan kameraların monitorununu əli ilə vuraraq yerə salıb sındırmışdır. O və ətrafdakılar Kamili sakitləşdirib dəhlizlə kafenin giriş qapısına tərəf aparmışlar ki, çıxıb oradan getsinlər. Həmin vaxt Kamil Qorxmazın ünvanına təhqiramiz ifadə işlətmiş, cavabında Qorxmaz da Kamili söyəndə Kamil özündən çıxaraq Qormaz tərəfə hücüm çəkmiş və onlar yenə də Kamillə Qorxmazı ayırıb Kamili kafedən çıxartmaq istəyəndə mətbəxin yanındakı kabinetdə əyləşmiş Arzu adlı şəxs və yanındakılar kabinetin qapısının ağzına çıxmışlar. Kamil oradan keçəndə Arzu adlı şəxsi görüb onu söyərək əli ilə sinəsindən itələmişdir. Bundan sonra onlar Kamili kafedən çıxartmışlar və oradan çıxıb getmişlər. Şahid2 həmçinin göstərdi ki, həmin vaxt o, Kamilin əlində bıçaq və ya nəyinsə olduğunu, Arzuya bıçaqla və ya başqa hər hansı bir əşya ilə xəsarət yetirdiyini görməmişdir. Münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, kafenin zalında masada əyləşmiş təxminən 10 nəfərə yaxın tanımadığı şəxslər Kamili sakitləşdirməyə çalışmışlar. Məhkəmədə şahid qismində dindirilmiş X11, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, əlavə olaraq göstərdi ki, hadisənin baş verdiyi vaxt o, Arzu adlı şəxsin xəsarət aldığını görməmiş, səhərisi gün həmin kafeyə gedəndə Qorxmaz ona öz telefonunda Arzunun qolunda olan xəsarətin şəklini göstəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8, zərərçəkmiş şəxslər Q.F.Ağasiyevin və Zərərçəkmiş şəxs2 ifadələri ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan canlı şəxsin ekspertizasının 15 yanvar 2020-ci il tarixli, 63 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət – sağ saidin deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, 12 yanvar 2020-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 11 fevral 2020-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, istintaq zamanı zərərçəkmiş şəxs X1 olaraq istintaqa təqdim etdiyi bir ədəd DVD diskdə olan birinci videogörüntüdə üç nəfər şəxsin hadisə yerindəki kafenin otaqlarından birində otağın qapısından boylanması və onların içərisində olan şəxslərdən birinin qapının ağzından içəri qayıtması, bu zaman həmin şəxsin sağ qolundan qan axması və özü ilə birlikdə yanında olan iki nəfər şəxsin onun qolundan axan qanı təmizləməsi və ikinci videogörüntüdə isə X4 hadisə yerində olan kafenin içərisindəki söykənəcəyin bir tərəfindən dayanması və Təqsirləndirilən şəxs isə həmin söykənəcəyin qarşı tərəfində dayanması, onların sözlə mübahisə etdikləri, mübahisə zamanı Təqsirləndirilən şəxs söykənəcəyin üzərində olan plastik butulkanı və boşqabları yerə atdığıı, bundan sonra söykənəcəyin üzərində olan dəqiq nə olduğu bəlli olmayan əşyanı da yerə atdığı və X9 ilə sözlə mübahisəyə davam etdiyi, bu zaman orada olan şəxslərin Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışdıqları, bir dəqiqəyə yaxın sözlə mübahisə etdikdən sonra Təqsirləndirilən şəxs sol əlini atıb X4 əynində olan köynəyi dartdığı, sonuncunun geriyə çəkilərək qarşılıq vermədiyi, bundan sonra Təqsirləndirilən şəxs söykənəcəyin üstündə olan digər plastik butulkanı X4 başına çırpdığı və axırda isə söykənəcəyin üzərində solda mikrodalğalı sobanın üzərində olan kafenin təhlükəsizlik kameralarını göstərən manitoru əli ilə söykənəcəyin üzərinə çırpdığı, bu zaman mikrodalğalı sobanın da yerindən tərpəndiyi müşahidə olunur. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 03 may 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan zərərçəkmiş şəxs X9 hadisənin baş verdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi 4048/49, 2 nömrəli binanın zirzəmisində yerləşən “Səma” kafesini göstərərək bildirmişdir ki, 12 yanvar 2020-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs tanışları, Elsevər və Fərhadla birlikdə gəlib kafenin zalında əyləşib pivə içmişlər, həmin vaxt Təqsirləndirilən şəxs kafedə süfrəçi işləyən Zərərçəkmiş şəxs3 qarşı aqressiya nümayiş etdirərək, ilkin olaraq masadakı boşqabları yerə atıb sındırmış, daha sonra Zərərçəkmiş şəxs3 söyüb təhqir etmiş, masanın üzərindən götürdüyü pivə bakalını ona atmış, lakin sonuncu çəkildiyi üçün bakal ona dəyməmişdir. 13 yanvar 2021ci il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs yenidən kafeyə gəlib səs-küy salaraq münaqişə yaratmış, bar söykənəcəyinin üzərində olan monitoru, qabları, mikrodlağalı sobanı sındırmış, kafedə olan şəxslər Təqsirləndirilən şəxs kafenin qarşısına aparmışlar, həmin vaxt sonuncu onu söyüb təhqir etmiş, söyüşlə onun cavabını qaytardıqda Təqsirləndirilən şəxs cibindən bıçaq çıxardıb onun üzərinə gəlmiş, bu dəfə də kafedə olan şəxslər Təqsirləndirilən şəxs qarşısını kəsib kafedən çıxartmaq istədikdə səsə kafenin kabinetindən çıxmış Zərərçəkmiş şəxs2 görən Təqsirləndirilən şəxs sonuncunu da söyüb təhqir etmiş, əli ilə sinəsindən vurmuş, habelə əlindəki bıçaqla qoluna xəsarət yetirmişdir. İş materiallarında olan 03 may 2020-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, zərəçəkmiş şəxslər X13, X9 və Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Q.F.Ağasiyev və Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə demişlər, sonuncu isə zərərçəkmiş şəxslərin dediklərini qismən təsdiq edərək, Q.F.Ağasiyevin və Zərərçəkmiş şəxs2 üzərinə bıçaqla gəlmədiyini, sonuncunun qoluna bıçaqla xəsarət yetirmədiyini, hadisə vaxtı onları söyüb təhqir etdiyini, kafedə qab qacağı, monitoru, ola bilsin mikrodalğalı sobanı yarasız hala saldığını, lakin üzərində bıçaq olmadığını, o cümlədən pivə bakalını əsəbləşdiyindən atdığını, onu konkret olaraq Zərərçəkmiş şəxs3 üzərinə atmadığını demişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında hər hansı şəxsi münasibətlər olmamış, Təqsirləndirilən şəxs 12 yanvar 2020-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi 4048/49, 2 nömrəli binanın zirzəmisində yerləşən “Səma” kafesində müştəri qismində yeyib-içdikdən sonra sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edərək, ictimai yerdə, hadisə yerinə toplaşmış şəxslərin yanında, həmin kafedə süfrəçi işləyən Zərərçəkmiş şəxs3 ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmiş, masanın üzərində olan 01 ədəd pivə bakalını silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs3 üzərinə atmış, bundan başqa o, 13 yanvar 2020-ci il tarixdə, saat 01 radələrində həmin kafeyə sərxoş vəziyyətdə yenidən gələrək, heç bir əsaslı səbəb olmadan təkrarən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə ilə müşayiət edilən, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən hərəkətlər edərək, həmin vaxt kafedəki müştərilərin gözü qarşısında kafenin sahibi X2 təhqir etmiş, öz qərəzli davranışını davam etdirərək, X4 ləyaqətini və nüfuzunu alçaltmaqla, üzərində olan bıçaqdan silah qismində istifadə edərək X4 üzərinə hücum etmiş, habelə həmin vaxt kafedə müştəri qismində olan və onun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 söyüb təhqir edərək yumruqla sinəsindən və əlindəki bıçağı silah qismində istifadə edərək onun sağ qolundan qəsdən bir dəfə vuraraq Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş, hadisə yerinə toplaşmış şəxslərə münasibətdə laqeydliyini ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs X4 üzərinə bıçaqla hücum etməməsinə, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 isə bıçaqla xəsarət yetirməməsinə, hadisə vaxtı ümumiyyətlə üzərində bıçaq olmamasına, habelə Zərərçəkmiş şəxs3 üstünə pivə bokalını atmamsına dair ifadəsi işdə olan subutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətinin yüngülləşdirilməsi üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Q.F.Ağasiyevlə barışıq əldə etməsini, sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Cinayəti təkrar törətməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan ittiham elan edilməsi üçün şübhəli şəxsin tutulması və barəsində axtarış edilməsi haqqında 13 aprel 2020-ci il tarixli qərardan, axtarışda olan şəxsin tutulması barədə 02 may 2020-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə və qətimkan tədbiri seçmək barədə 04 may 2020-ci il tarixli qərarlardan, həmçinin qətimkan tədbiri seçmək barədə qərarın üzərindəki qeyddən görünür ki, istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində 13 aprel 2020-ci il tarixdə şübhəli şəxs qimsində axtarış elan edilmiş, 02 may 2020-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmiş, 04 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon prokurorunun eyni tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin təmin edilməsindən imtina edilmiş, K.M.X12 Yerindən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş, həmin vaxt Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək ona qərar edlan edilsə də, sonuncu sanitar qovşağına getmək adı ilə müstəntiqin xidməti otağından çıxmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasını tərk edərək iltizama imza atmadan qaçmışdır. Bundan başqa, iş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə 26 may 2020-ci il tarixli protokoldan və 28 may 2020-ci il tarixli qətimkan tədbiri seçmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və 28 may 2020-ci il tarixdə isə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 02 may 2020-ci il tarixdən 04 may 2021-ci il tarixədək və 26 may 2020-ci il tarixdən 28 may 2020-ci il tarixədək tutulduğu 04 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(010)-16/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 04 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 03 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 01 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkillləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə 18 iyun 2020-ci ildən 02 mart 2021-ci il tarixədək göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçisi Müdafiəçi1 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat, 02 mart 2021-ci il tarixdən isə göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçisi Müdafiəçi2 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 02 may 2020-ci il tarixdən 04 may 2020-ci il tarixədək və 26 may 2020-ci il tarixdən 28 may 2020-ci il tarixədək tutulduğu 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinə hesablanaraq, Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 01 may 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə 18 iyun 2020-ci ildən 02 mart 2021-ci il tarixədək göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçisi Müdafiəçi1 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat, 02 mart 2021-ci il tarixdən isə göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçisi Müdafiəçi2 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN- ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə müvafiq olaraq həmin Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-16/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-16/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver