Məhkəmə qərarları › İş №1(010)-16/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-16/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-16/2022 12.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, saat 11:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs2, xx xxx 1997-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməyən, Göygöl rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinə əsasən həmin cəzası şərti tətbiq edilməklə barəsində 02 il sınaq müddəti tətbiq edilmiş, məhkumluğu götürülməmiş, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, 22/31A nömrəli evin 51 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27 fevral 2021ci il tarixli, 4(010)-93/2021 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1, xx xxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 il 04 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 7(010)- 699/2021 nömrəli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 3 ünvanda yaşamış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27 fevral 2021-ci il tarixli, 4(010)-94/2021 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2, istintaqa məlum olmayan vaxtda və mənbədən ayrı-ayrılıqda təmiz çəkiləri 2.312 qram və 0.069 qram, ümumi təmiz çəkisi 2.381 qram narkotik vasitə olan heroini, 0.285 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlamaqla daşımış, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 yanvar 2021-ci il tarixdə, saat 17 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsində yerləşən “Metallurq” stadionunun yaxınlığında saxlanılaraq Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin inzibati binasına dəvət olunub üzərinə baxış keçirilərkən onun əynində olan qırmızı rəngli gödəkçənin iç sol cibindən gümüşü rəngli falqada 2.312 qram çəkidə narkotik vasitə olan heroin, 01 ədəd gümüşü rəngli kağız bükümdə 0.218 qram çəkidə psixotrop maddə olan metamfetamin, əyində olan cins şalvarın arxa sağ cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə 0.069 qram çəkidə narkotik vasitə olan heroin, 01 ədəd qara rəngli kağız bükümdə 0.067 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 fevral 2021-ci il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 4 ünvanın arxasında yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazaya qanunsuz daxil olaraq mağazadan Zərərçəkmiş şəxs2 məxsus 780 manat nağd pulu, 40 manat dəyərində qəpik pulunu, 300 manat dəyərində müxtəlif şəbəkələrə məxsus müxtəlif sayda kontur kartlarını, ümumi dəyəri 385 manat olan, hər birinin qiyməti 03 manat 50 qəpik olmaqla 110 qutu “Kent” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 90 manat olan, hər birinin qiyməti 01 manat 80 qəpik olmaqla 50 qutu qalın “Pallmall” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 46 manat olan, hər birinin qiyməti 02 manat 30 qəpik olmaqla 20 qutu nazik “Pallmall” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 184 manat olan, hər birinin qiyməti 02 manat 30 qəpik olmaqla 80 qutu “Rothmans” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 480 manat olan, hər birinin qiyməti 03 manat 20 qəpik olmaqla 150 qutu “Winston” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 592 manat olan, hər birinin qiyməti 03 manat 70 qəpik olmaqla 160 qutu “Sobranie” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 207 manat olan, hər birinin qiyməti 02 manat 30 qəpik olmaqla 90 qutu “Winchester” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 115 manat olan, hər birinin qiyməti 02 manat 30 qəpik olmaqla 50 qutu “LD Kompakt” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 92 manat olan, hər birinin qiyməti 02 manat 30 qəpik olmaqla 40 qutu nazik “LD” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 54 manat, hər bloku 27 manat olan 02 blok “Davidov Kompakt” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 68 manat, hər bloku 34 manat olan 02 blok “Davidov Sarı” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 80 manat, hər bloku 20 manat olan 04 blok “Classik” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 90 manat, hər bloku 18 manat olan 05 blok “Sarı Prime” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 69 manat, hər bloku 23 manat olan 03 blok nazik “West Kompakt” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 200 manat, hər bloku 20 manat olan 10 blok “Vant” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 252 manat olan, hər birinin qiyməti 01 manat 80 qəpik olmaqla 140 qutu “Magna” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 144 manat olan, hər birinin qiyməti 01 manat 80 qəpik olmaqla 80 qutu “Vegas” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 40 manat olan, hər birinin qiyməti 02 manat olmaqla 20 qutu qalın “West” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 180 manat olan, hər birinin qiyməti 01 manat 80 qəpik olmaqla 100 qutu “Viceroy” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 90 manat olan, hər birinin qiyməti 01 manat 80 qəpik olmaqla 50 qutu “Argo” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 19 manat olan hər biri 09 manat 50 qəpik olan iki ədəd 01 litrlik “Xan Çinar” əmtəə nişanlı spirtli içkini, 01 ədəd dəyəri 10 manat 50 qəpik olan 0.5 litrlik “Black Bridge” əmtəə nişanlı spirtli içki viskini, 01 ədəd dəyəri 06 manat olan 0.25 litrlik “Black Jack” əmtəə nişanlı spirtli içki viskini, 01 ədəd ümumi dəyəri 82 manat olan 01 litrlik “Chivas” əmtəə nişanlı spirtli içki viskini, ümumi dəyəri 10 manat 50 qəpik olan içərisində hər birinin qiyməti 70 qəpik olan 15 ədəd 01 qutu “Kit-kat” əmtəə nişanlı şokoladı, ümumi dəyəri 24 manat olan içərisində hər birinin qiyməti 60 qəpik olan 40 ədəd 01 qutu “Tofito” əmtəə nişanlı konfeti, ümumi dəyəri 18 manat olan hər birinin qiyməti 01 manat 80 qəpik olan 10 ədəd plitka şokoladı, 01 ədəd qiyməti 50 qəpik olan “Snickers” əmtəə nişanlı şokoladı və 01 ədəd qiyməti 240 manat olan “Acer” markalı, “Travel Mate 5742G” modelli notebooku adaptoru ilə birlikdə gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 4.988 manat 50 qəpik (dörd min doqquz yüz səksən səkkiz manat əlli qəpik) manat ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1, 23 fevral 2021-ci il tarixdə, saat 15 radələrində özgə əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 sahibliyində olan “Altun” istirahət mərkəzinin plastik pəncərəsini itələyərək açmış və içəriyə qanunsuz daxil olaraq həmin istirahət mərkəzindən 01 ədəd 28-lik “Sparta” markalı, “Sparta A Series” modelli kombi istilik cihazını gizli yolla talayaraq oğurlayıb Zərərçəkmiş şəxs1 450 manat ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 fevral 2021-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 4 ünvanın arxasında yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazanın giriş qapısını dəmir parçası ilə sındırıb içəri qanunsuz daxil olaraq mağazadan Zərərçəkmiş şəxs2 məxsus 780 manat nağd pulu, 40 manat dəyərində qəpik pulunu, 300 manat dəyərində müxtəlif şəbəkələrə məxsus müxtəlif sayda kontur kartlarını, ümumi dəyəri 385 manat olan, hər birinin qiyməti 03 manat 50 qəpik olmaqla 110 qutu “Kent” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 90 manat olan, hər birinin qiyməti 01 manat 80 qəpik olmaqla 50 qutu qalın “Pallmall” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 46 manat olan, hər birinin qiyməti 02 manat 30 qəpik olmaqla 20 qutu nazik “Pallmall” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 184 manat olan, hər birinin qiyməti 02 manat 30 qəpik olmaqla 80 qutu “Rothmans” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 480 manat olan, hər birinin qiyməti 03 manat 20 qəpik olmaqla 150 qutu “Winston” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 592 manat olan, hər birinin qiyməti 03 manat 70 qəpik olmaqla 160 qutu “Sobranie” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 207 manat olan, hər birinin qiyməti 02 manat 30 qəpik olmaqla 90 qutu “Winchester” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 115 manat olan, hər birinin qiyməti 02 manat 30 qəpik olmaqla 50 qutu “LD Kompakt” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 92 manat olan, hər birinin qiyməti 02 manat 30 qəpik olmaqla 40 qutu nazik “LD” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 54 manat, hər bloku 27 manat olan 02 blok “Davidov Kompakt” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 68 manat, hər bloku 34 manat olan 02 blok “Davidov Sarı” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 80 manat, hər bloku 20 manat olan 04 blok “Classik” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 90 manat, hər bloku 18 manat olan 05 blok “Sarı Prime” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 69 manat, hər bloku 23 manat olan 03 blok nazik “West Kompakt” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 200 manat, hər bloku 20 manat olan 10 blok “Vant” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 252 manat olan, hər birinin qiyməti 01 manat 80 qəpik olmaqla 140 qutu “Magna” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 144 manat olan, hər birinin qiyməti 01 manat 80 qəpik olmaqla 80 qutu “Vegas” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 40 manat olan, hər birinin qiyməti 02 manat olmaqla 20 qutu qalın “West” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 180 manat olan, hər birinin qiyməti 01 manat 80 qəpik olmaqla 100 qutu “Viceroy” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 90 manat olan, hər birinin qiyməti 01 manat 80 qəpik olmaqla 50 qutu “Argo” əmtəə nişanlı siqaretləri, ümumi dəyəri 19 manat olan hər biri 09 manat 50 qəpik olan iki ədəd 01 litrlik “Xan Çinar” əmtəə nişanlı spirtli içkini, 01 ədəd dəyəri 10 manat 50 qəpik olan 0.5 litrlik “Black Bridge” əmtəə nişanlı spirtli içki viskini, 01 ədəd dəyəri 06 manat olan 0.25 litrlik “Black Jack” əmtəə nişanlı spirtli içki viskini, 01 ədəd ümumi dəyəri 82 manat olan 01 litrlik “Chivas” əmtəə nişanlı spirtli içki viskini, ümumi dəyəri 10 manat 50 qəpik olan içərisində hər birinin qiyməti 70 qəpik olan 15 ədəd 01 qutu “Kit-kat” əmtəə nişanlı şokoladı, ümumi dəyəri 24 manat olan içərisində hər birinin qiyməti 60 qəpik olan 40 ədəd 01 qutu “Tofito” əmtəə nişanlı konfeti, ümumi dəyəri 18 manat olan hər birinin qiyməti 01 manat 80 qəpik olan 10 ədəd plitka şokoladı, 01 ədəd qiyməti 50 qəpik olan “Snickers” əmtəə nişanlı şokoladı və 01 ədəd qiyməti 240 manat olan “Acer” markalı, Travel Mate 5742G model notebooku adaptoru ilə birlikdə gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 4.988 manat 50 qəpik (dörd min doqquz yüz səksən səkkiz manat əlli qəpik) manat ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, bir neçə ildir o və tanışı İlham Hümbətov narkotik vasitə aludəçisidirlər, bədənlərində ağrılar yaranmasın deyə hansında narkotik vasitə olursa bir yerdə qəbul edirlər. O, narkotik vasitəni Yevlax rayonunda Asim adlı şəxsdən almışdır. İlhamın isə narkotik vasitəni kimdən aldığını bilmir. 06 yanvar 2021-ci il tarixdə İlham ona zəng edib bir nəfərin ona 40 manata narkotik vasitə gətirəcəyini demiş, narkotik vasitə istəyib-istəmədiyini soruşduqda İlhamdan ona da narkotik vasitə alamsını xahiş etmişdir. Bununla belə özü isə Asimdən narkotik vasitə almaq üçün Yevlax rayonuna getmiş, narkotik vasitə alıb qayıdarkən İlham zəng edib ondan çörək almasını xahiş etmiş, habelə onun üçün narkotik vasitə aldığını demişdir. Buna görə də İlhamın yaşadığı evə getmiş, sonuncu 01 qram narkotik vasitə olan heroini ona vermiş, həmin heroini Yevlaxdan aldığı heroinə qatmış, heroinin bir qismini qaynadıb şprislə əzələlərinə vurmuşlar. 06 yanvar 2021-ci il tarixdə, saat 17 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsində yerləşən “Metallurq” stadionunun yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə aparmışlar. Polis idarəsində vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilən zamanı əynindəki gödəkçənin iç cibində olan heroin, marixuana, metamfetamin, həmçinin bir dəfə istifadə etmək üçün ayırdığı və şalvarının arxa cibində saxladığı heroin və metamfetamin aşkar edilərək götürülmüşdür. Polis əməkdaşlarına üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi məqsədilə əldə edib daha sonra istifadə etmək üçün üzərində saxladığını, belə ki narkotikin vaxtı çatanda qəbul etməyən kimi bədənində ağrılar yarandığını, hər dəqiqə narkotik vasitə tapmaq mümkün olmadığını, narkotik aludəçisi olduğunu, narkotik aslılığından əziyyət çəkdiyini, lakin heç vaxt narkotik vasitə və ya psixotrop maddələr satmadığını, nə o, İlhama, nə də ki İlham ona narkotik vasitə satmadıqlarını, hansında narkotik vasitə olursa bir-birlərinə kömək edib təmənasız olaraq narkotik vasitə verdiklərini bildirmişdir. Həmin bükümlərdəki narkotik vasitələr və psixotrop maddələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Bundan başqa 23 fevral 2021-ci il tarixdə axşam saatlarında şəxsi işi ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayan bibisi Səkinənin yaşadığı evə getmiş, həmin gün, saat 23 radələrində bibisi oğlu Vüqarın tanışı, adını sonradan öyrənib bildiyi Rahib bibisi evinə gəlmiş, o, bibisi oğlu Vüqar və Rahib birlikdə çay içdikdən sonra siqaret almaq üçün evdən çıxıb Rahibin idarə etdiyi “Kia” markalı avtomobilə əyləşərək qəsəbədəki mağazalardan birindən siqaret alıb bibisi evinə qayıtmışlar. Vüqar evlərinin qarşısında avtomobildən düşərkən Rahib Vüqara, onunla (Yusiflə) evə gedib qayıdırıq demiş, bundan sonra Rahib avtomobilini idarə edib hərəkətini davam etdirmiş, ünvanını bilmədiyi mağazalardan birinin yaxınlığında avtomobili saxlayaraq həmin mağazadan oğurluq edəcəklərini dedikdə Rahibin təklifi ilə razılaşmışdır. 24 fevral 2021-ci il tarixə keçən gecə, saat 01 radələrində avtomobildən düşüb mağazaya yaxınlaşmışlar. Yaxınlıqda heç kimin olmadığına əmin olduqdan sonra Rahib, avtomobilindən götürdüyü dəmir parçası ilə mağazanın qapısının üzərində olan jalüzü, daha sonra mağazanın plastikdən hazırlanmış qapısını sındıraraq mağazanın içərisinə daxil olmuş, o, isə gələn olarsa Rahibə xəbər vermək üçün mağazanın yaxınlığında dayanıb gözləmişdir. Təxminən 05 dəqiqədən sonra Rahib onu çağırdıqda mağazaya daxil olmuş, Rahib əllərində olan 5-6 ədəd sellofan paketləri ona verib mağazadakı stolun üstündəki markasını bilmədiyi notebooku da götürmüş, birlikdə mağazadan çıxaraq oğurladıqları əşyaları Rahibin avtomobilinin arxa oturacağının üzərinə oradan Rahibin yaşadığı evə gəlmişlər. Oğurladıqları əşyaları Rahibin yaşadığı evə qoyub geri qayıdaraq avtomobilə əyləşib Rahibi gözləmişdir. Rahib qayıdıb gələrək əlində olan 02 ədəd sellofan paketləri içərisində olan əşyalarla birlikdə ona vermiş, Rahibin ona verdiyi paketin içərisində müxtəlif adda siqaretlər, şokoladlar, alışqanlar, saqqızlar və spirtli içkilər olduğunu görmüşdür. Rahibin idarə etdiyi avtomobillə bibisi evinə gedərək iki ədəd sellafon paketləri götürüb Rahiblə sağollaşıb bibisinin evinə getmiş, iki ədəd sellofan paketdə olan oğurladıqları əşyaları qonaq otağına qoyb yatmışdır. 26 fevral 2021-ci il tarixdə, səhər saatlarında törətmiş olduğu oğurluq hadisəsi barədə bibisinə və bibisi oğlu Vüqara danışmış, bibisi bu barədə polisə məlumat vermiş, bibisinin evinə gələn polis onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə aparmışdır. Orada o, törətmiş olduğu oğurluğu səmimi olaraq etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməllərdən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 22 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Altun” istirahət mərkəzinin həyətinin yaxınlığından lazımsız metal əşyalarını yığarkən “Altun” istirahət mərkəzinin divarından istilik cihazı olan kombinin borusunu görmüş, “Altun” istirahət mərkəzinin işləmədiyini və orada heç kimin olmadığını bilərək, pula ehtiyacı olduğundan həmin kombini oğurlayıb satmaq qərarına gəlmiş, kombini tək apara bilməyəcəyini fikirləşib 23 fevral 2021-ci il tarixdə “Kia Cerato” markalı avtomobili günü 60 manata kirayə götürdükdən sonra həmin günü, saat 15 radələrində “Altun” sarayın yaxınlığına gəlib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra “Altun” istirahət mərkəzinin plastikdən olan pəncərəsini əli ilə itələyərək açıb içəri daxil olmuş, kombi cihazı olan otağa keçmiş, özü ilə gətirdiyi alətlə kombi cihazını su borularından açdıqdan sonra həmin otağın qapısını içəridən açaraq otaqdan çıxmış, kombi aparatını kirayə götürdüyü avtomobilin yük yerinə qoyub oradan uzaqlaşmışdır. Kombi aparatını evinə gətirdikdən sonra qonşusu Həmidağaya pula ehtiyacı olduğunu demiş, özünə məxsus kombi cihazını satmaq üçün müştəri tapmasını xahiş etmişdir. Kombi cihazını 120 manata satmaq istədiyini Həmidağaya deyərək Həmidağanın təklifi ilə müştəri tapıb satması üçün kombi cihazını Həmidağaya vermişdir. Bundan başqa, təkrarən 23 fevral 2021-ci il tarixdə, saat 23 radələrində onunla eyni qəsəbədə yaşayan tanışı Vüqarın yaşadığı evə getmiş, orada Vüqarın dayısı oğlu, adını şorada öyrənib bildiyi Yusiflə tanış olmuşdur. Birlikdə çay içib söhbət etmişlər, sonradan siqaret almaq üçün evdən çıxmışlar. Onun idarə etdiyi “Kia” markalı avtomobillə gedib qəsəbədəki mağazaların birindən Vüqar siqaret aldıqdan sonra Vüqarın yaşadığı evin qarşısına qayıtmışlar. Vüqar avtomobildən düşərkən sonuncuya Yusiflə, onlara gedib gəlirik demişdir. Vüqar evlərinə getdikdən sonra Yusiflə birlikdə idarə etdiyi avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinə gəlmiş, orada mağazanı gördükdə idarə etdiyi avtomobili həmin mağazanın yaxınlığında saxlayıb Yusifə mağazadan oğurluq etməyi təklif etdikdə Yusif pula ehtiyacı olduğunu deyərək oğurluq etməyə razılıq vermişdir. 24 fevral 2021-ci il tarixə keçən gecə, saat 01 radələrində avtomobildən düşərək mağazanın yaxınlığında heç kimin olmadığına əmin olduqdan sonra avtomobildən götürdüyü dəmir parçası ilə mağazanın qapısının üzərində olan jalüzü və mağazanın plastikdən hazırlanmış qapısını sındırıb mağazaya daxil olmuş, Yusif isə gələn olarsa ona xəbər vermək üçün mağazanın yaxınlığında dayanıb gözləmişdir. Bir qədər keçəndən sonra Yusifi mağazaya çağıraraq əllərində olan təxminən 5-6 ədəd sellofan paketləri Yusifə vermiş, özü də mağazadakı stolun üstündəki “Acer” markalı notebooku götürərək mağazadan çıxmışlar. Oğurladıqları əşyaları idarə etdiyi avtomobilin arxa oturacağının üstünə yığıb yaşadığı evin qarşısına gəlmiş, oğurladıqları əşyaları birlikdə avtomobildən düşüb evinin həyətinə yığmışlar. Yusifdən avtomobildə əyləşib onu gözləməsini xahiş etmiş, oğurladıqları əşyalardan təxminən 100 ədəd müxtəlif adda siqaretləri, təxminən 5-6 ədəd “Kent” markalı alışqanları, şokoladları, saqqızları, 01 ədəd “Xan Çinar” arağını, 02 ədəd müxtəlif ölçülü şüşə qablarda viskiləri 02 sellofan paketə yığıb Yusifə vermiş, yenidən avtomobvilə əyləşərək Yusifi Vüqarın yaşadığı evə aparıb daha sonra öz evinə qayıtmışdır. 26 fevral 2021-ci il tarixdə polis əməkdaşı onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət etdkdə orada törətmiş olduğu oğurluq hadisəsini etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını, Zərərçəkmiş şəxs2 isə vurulmuş ziyanı maddi imkanı olmadığına görə ödəyə bilmədiyini bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsirləri, özlərinin etirafedici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 26 avqust 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, “Altun” istirahət mərkəzi dostu Şahid7 adına sənədlərşirilsə də ona məxsusdur və istirahət mərkəzində olan bütün əmlak ona məxsusdur. “Altun” istirahət mərkəzi əvvəllər şadlıq sarayı kimi fəaliyyət göstərmiş, sonradan ölkə ərazisindəki xüsusi karantin rejimi ilə əlaqədar şadlıq saraylarının fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Şadlıq sarayının fəaliyyəti dayandırıldığından qardaşı Şahid6 “Altun” istirahət mərkəzindən oğurluq olmasın deyə gecələr otaqlardan birində qalaraq istirahət mərkəzini mühafizə etmişdir. Asimin səhhətində problem yarandığından o, 19 fevral 2021-ci il tarixdən 26 fevral 2021-ci il tarixədək istirahət mərkəzində gecələr qala bilməmiş, 26 fevral 2021-ci il tarixdə “Altun” istirahət mərkəzinə getdikdə təxminən 02 il bundan əvvəl aldıqları 28-lik “Sparta” markalı 01 ədəd kombi istilik cihazının yerində olmadığını görüb ona məlumat vermişdir. Oğurlanmış əşyaya görə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının müvafiq rəyinə uyğun olaraq 01 ədəd 28-lik “Sparta” markalı “Sparta A Series” modelli kombi istilik cihazınının qiyməti 450 manat qeyd olunmuşdur. Ekspert rəyində qeyd olunan qiymətlə razıdır və heç bir etirazı yoxdur. Sonda Zərərçəkmiş şəxs1 cinayət nəticəsində vurulmuş maddi ziyanı ödədiyinə görə Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 09 sentyabr 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 2005-ci il tarixdə ünvan 4 ünvanın arxasında torpaq sahəsini alıb mağaza tikərək orada ərzaq məhsulları satmağa başlamışdır. Hər gün saat 07:30-da mağazanı açıb işə başlayır, saat 00:00-da da mağazanı bağlayıb evinə gedir. 23 fevral 2021-ci il tarixdə, səhər saat 06:30-da mağazanı açmış, gecə saat 00:00-da da bağlayıb evinə getmişdir. 24 fevral 2021-ci il tarixdə, saat 07:40-da evində olarkən mağazaya quraşdırdığı və telefon vasitəsi ilə nəzarət etdiyi kameralara baxarkən mağazanın qapısının və qapının divarına bərkidilmiş dəmir jalyüzün açıq olduğunu görmüş, dərhal mağazaya getmiş, mağazaya nəzər yetirdikdə şkafın siyirməsinə axşamdan qoyduğu 780 manat nağd pulun, 40 manat dəyərində qəpik sikkələrin, 300 manat dəyərində həmin siyirmədə olan müxtəlif şəbəkələrə məxsus müxtəlif sayda kontur kartlarının, hər bloku 34 manat, ümumi dəyəri 374 manat olan 11 blok “Kent” əmtəə nişanlı siqaretlərin, hər bloku 23 manat, ümumi dəyəri 161 manat olan 07 blok “Palmal” əmtəə nişanlı siqaretlərin, hər bloku 23 manat, ümumi dəyəri 184 manat olan 08 blok “Rothmans” əmtəə nişanlı siqaretlərin, hər bloku 32 manat, ümumi dəyəri 480 manat olan 15 blok “Winston” əmtəə nişanlı siqaretlərin, hər bloku 37 manat, ümumi dəyəri 592 manat olan 16 blok “Sabranie” əmtəə nişanlı siqaretlərin, hər bloku 23 manat, ümumi dəyəri 207 manat olan 09 blok “Wincester” əmtəə nişanlı siqaretlərin, hər bloku 26 manat, ümumi dəyəri 130 manat olan 05 blok “LD Kompakt” əmtəə nişanlı siqaretlərin, hər bloku 28 manat, ümumi dəyəri 112 manat olan 04 blok “LD Boz nazik” əmtəə nişanlı siqaretlərin, hər bloku 27 manat, ümumi dəyəri 54 manat olan 02 blok “Davidov Kompakt” əmtəə nişanlı siqaretlərin, hər bloku 34 manat, ümumi dəyəri 68 manat olan 02 blok “Davidov Sarı” əmtəə nişanlı siqaretlərin, hər bloku 18 manat, ümumi dəyəri 252 manat olan 14 blok “Magna” əmtəə nişanlı siqaretlərin, hər bloku 20 manat, ümumi dəyəri 80 manat olan 04 blok “Classik” əmtəə nişanlı siqaretlərin, hər bloku 18 manat, ümumi dəyəri 144 manat olan 08 blok “Vegas” əmtəə nişanlı siqaretlərin, hər bloku 21 manat, ümumi dəyəri 42 manat olan 02 blok “West” əmtəə nişanlı siqaretlərin, hər bloku 18 manat, ümumi dəyəri 180 manat olan 10 blok “Viceroy” əmtəə nişanlı siqaretlərin, hər bloku 18 manat, ümumi dəyəri 90 manat olan 05 blok “Argo” əmtəə nişanlı siqaretlərin, hər bloku 18 manat, ümumi dəyəri 90 manat olan 05 blok “Sarı Prime” əmtəə nişanlı siqaretlərin, hər bloku 23 manat, ümumi dəyəri 69 manat olan 03 blok “West Kompakt və nazik” əmtəə nişanlı siqaretlərin, hər bloku 20 manat, ümumi dəyəri 200 manat olan 10 blok “Vant” əmtəə nişanlı siqaretlərlərin, ümumi dəyəri 21 manat 60 qəpik, hər biri 10 manat 80 qəpik olan 02 ədəd 01 litrlik “Xan Çinar” spirtli içkinin, 01 ədəd ümumi dəyəri 08 manat olan “Bridge” əmtəə nişanlı viskinin, 01 ədəd ümumi dəyəri 25 manat olan “Black Jack” əmtəə nişanlı viskinin, 01 ədəd ümumi dəyəri 82 manat olan “Chivas” əmtəə nişanlı 01 litrlik viskinin, ümumi dəyəri 09 manat olan içərisində hər birinin dəyəri 60 qəpik olan 15 ədəd 01 qutu “Kit-kat” əmtəə nişanlı şokoladın, ümumi dəyəri 12 manat olan içərisində hər birinin dəyəri 30 qəpik olan 40 ədəd 01 qutu “Tofito” əmtəə nişanlı konfetin, ümumi dəyəri 16 manat olan hər birinin dəyəri 01 manat 60 qəpik olan 10 ədəd plitka şokoladın, 01 ədəd qiyməti 60 qəpik olan “Snickers” əmtəə nişanlı şokoladın və ümumi dəyəri 500 manat olan 01 ədəd “ACER” markalı notebookun oğurlandığını müəyyən etmişdir. İş üzrə təyin olunmuş ekspertiza rəyində, onun mağazasından oğurlanmış əşyaların ayrı-ayrılıqda müəyyən edilmiş qiymətləri, o cümlədən cəmi 713 manat məbləğlə razıdır, bu qiymətləndirməyə hər hansı bir etirazı yoxdur. Ümumi olaraq ekspertizaya təqdim edilmiş və edilməmiş əşyalar üzrə ona vurulmuş ümumi məbləği 4.988 manat 50 qəpik təşkil edir. Ekspertiza tədqiqatından sonra 713 manat məbləğində əmlakı ona qaytarılmışdır. Sonda Zərərçəkmiş şəxs2 cinayət nəticəsində vurulmuş maddi ziyanı ödədiyinə görə Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs1 isə vurulmuş ziyanı ödəmədiyinə görə sonuncudan şikayətçi olduğunu bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Rahibi yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi sakini kimi tanıyır. 24 fevral 2021-ci il tarixdə, saat 14 radələrində Rahib ona zəng edərək pula ehtiyacı olduğunu, ona görə də özünə məxsus olan notebooku 80 manata satmaq istədiyini demiş, o, da Rahibə bir nəfər tanışının olduğunu, onunla danışıb xəbər edəcəyini bildirmişdir. Buna görə də əvvəldən tanıdığı İlqara zəng edib notebook almaq istəyibistəmədiyini soruşmuşdur. İlqar da nootbuka baxdıqdan sonra bir söz deyə biləcəyini bildirmişdir. İlqarla danışdıqdan sonra Rahibə zəng edib İlqar adlı tanışının nooutbuk almaq istədiyini, lakin nootbukdan xoşu gələcəyi təqdirdə alacağını demişdir. Rahiblə yaşadıqları evdə görüşüb onun idarə etdiyi “Kia” markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə, İlqarın yaşadığı evin qarşısına getmişlər. İlqar nooutbuka baxdıqdan sonra bəyənmədiyini bildirmişdir. Bu zaman Rahib nooutbuku İlqara 50 manata da sata biləcəyini demiş, onlar öz aralarında razılaşdıqdan sonra Rahib nooutbuku İlqara 40 manata satmışdır. Rahibin İlqara satdığı nooutbukun oğurluq olduğundan xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 24 fevral 2021-ci il tarixdə, saat 14 radələrində tanışı Həmidağa ona zəng edib bir nəfər tanışının özünə məxsus nooutbuku satmaq istədyyini bildirmişdir. O, Həmidağaya həmin nooutbuka baxıb bəyəndiyi təqdirdə onu ala biləcəyini demişdir. Az sonra Həmidağa bir nəfər əvvəllər tanımadığı, adının Rahib olduğunu sonradan bildiyi şəxslə yaşadığı evin qarşısına gəlmişdir. Rahibin satmaq istədiyi nooutbuka baxmış, lakin bəyənmədiyinə görə almaq istəmədiyini bildirmişdir. Həmidağa, Rahibin idarə etdiyi avtomobilə əyləşib az sonra qayıdıb Rahibin nooutbuku ona 50 manata satmaq istədiyni dedikdə nooutbuka görə 40 manat pul verə biləcəyini demiş və Rahib onun təklifi ilə razılaşaraq nooutbuku ona həmin məbləğə satmışdır. Rahibdən aldığı notebookun oğurluq olduğunu bilməməişdir. Şahid8 qızının ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, rəsmi sənədlərdə adı Şahid8 qızı olsa da əvvəldən ailədə hamı onu Səkinə deyə çağırdığından qohumları hamısı onu Səkinə kimi tanıyır və Səkinə kimi çağırır. Təqsirləndirilən şəxs2 onun mərhum qardaşının oğludur və Yusif ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayır. Qardaşı oğlu Təqsirləndirilən şəxs2 bu ilin qış aylarında onun yaşadığı Bakı şəhəri, Zığ qəsəbəsindəki evinə qonaq gəlmiş, gecəni onun evində qalmış, başqa otaqda tək yatmışdır. Səhər Yusifi oyatmaq üçün onun qaldığı otağa keçdikdə Yusifin yatdığı otaqda iki sellofan torbanın olduğunu görmüş, Yusifdən “bizə gələndə sənin torban yox idi. Bu nə torbadır” deyə soruşduqda Yusif bir səhv olduğunu, gecə oğurluq etdiyini demişdir. O, Yusifin oğurluq etdiyi və onun evində olduğu barədə polisə məlumat vermişdir. Sonradan sahə rəisi evinə gələrək Yusifi özü ilə polisə bölməsinə aparmışdır. Yusifin haradan nə oğurladığını isə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsin sahə rəisi Şahid9 göstərdi ki, 24 fevral 2021-ci il tarixdə ünvan 4 ünvanın arxasında mağazadan oğurluq hadisəsi baş vermişdir. Hadisə baş vermiş əraziyə əməliyyat qrupu getmiş, isti izlərlə hadisəni açmağa çalışmışdır. 26 fevral 2021-ci il tarixdə ərazidə xidmətdə olduğu zaman Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçsi, ev 24-də yaşayan Şahid8 qızı ona zəng edərək qardaşı oğlu Təqsirləndirilən şəxs2 onlara qonaq gəldiyini, gecə oğurluq etdiyini bildirmişdir. Dərhal həmin ünvana gedib Təqsirləndirilən şəxs2 oğurladığı əşyalarla birlikdə Polis Bölməsinə gətirmişdir. Şahid Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid3 Nurəddin oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 və X5 əvvəllər tanımamış, həmin şəxslərlə hər hansı bir münasibəti olmamışdır. 06 yanvar 2021-ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov prospekti, ev 22/31, mənzil 51-də yaşayan Təqsirləndirilən şəxs2 mütəmadi olaraq narkotik vasitələr qəbul etməsi, əksər vaxtlarda üzərində narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş, onun rəhbərliyi altında Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 ibarət əməliyyat-axtarış qrupu yaranmışdır. Əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs2 adətən Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən “Metallurq” stadionunun yaxınlığında olması məlum olmuşdur. Bundan sonra həmin gün, saat 16:30 radələrində adlarını yuxarıda qeyd etdiyi cinayət axtarış Şöbəsinin əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən “Metallurq” stadionunun yaxınlığında müəyyən edib sonuncuya yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda, gəzdirməkdə şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə Təqsirləndirilən şəxs2 Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə aparmışlar. Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nicat Məmmədova tapşırılmışdır. Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Cəfər Hacıyev adlı müdafiəçi Polis İdarəsinə dəvət olunub Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Bundan sonra müdafiəçinin və onların iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zamanı sonuncunun əynindəki qırmızı rəngli gödəkçənin sol iç yan cibindən siqaret qutusunun içərisində açıq şəkildə, kəskin iyli, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd siqaret falqasına bükülmüş narkotik tərkibli metamfetaminə bənzər kütlə, 01 ədəd siqaret falqasına bükülmüş halda ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə, boş ampula aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarının sağ ön cibindən boş şpris, şalvarının arxa sağ cibindən 01 ədəd falqaya bükülmüş ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd falqaya bükülmüş narkotik tərkibli metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik maddələr aptek tərəzisində çəkilmiş, gödəkçənin sol iç cibindən götürülmüş ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin siqaret qutusu ilə birgə çəkilərək 7.64 qram, narkotik vasitə heroinə bənzər kütlənin çəkisinin falqa ilə birlikdə 3.00 qram, metamfetaminə bənzər 01 bükümdə olan kütlənin çəkisinin falqa ilə birlikdə 0.56 qram, Təqsirləndirilən şəxs2 əynindəki şalvarının arxa sağ cibindən götürülmüş narkotik vasitə heroinə bənzər kütlənin çəkisinin falqa ilə birlikdə 0.08 qram, metamfetaminə bənzər kütlənin çəkisinin falqa ilə birlikdə 0.06 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr aşkar olunduğu bükümlərdə qablaşdırılmış, DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kütlələrin narkotik vasitə marixuana, metamfetarnin, heroin olduğunu, həmin maddələrin hamısını 06 yanvar 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtdan təxminən bir saat əvvəl Gəncə şəhəri, F.Əmirov küçəsində yaşayan “İlham” adlı şəxsdən şəxsi istifadəsi məqsədilə alıb daha sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxs2la yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imzalamışlar, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kütlələrin narkotik vasitə olub-olmaması, dəqiq çəkiləri barədə rəy alınması üçün həmin kütlələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin X10 göndərilmişdir. Şahidlər Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, onlar Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6, Zərərçəkmiş şəxs1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, “Altun” istirahət mərkəzi rəsmi olaraq onun adına sənədləşdirilsə də faktiki olaraq dostu Zərərçəkmiş şəxs1 məxsusdur. Buna görə də istirahət mərkəzində olan bütün əmlak Zərərçəkmiş şəxs1 məxsusdur. “Altun” istirahət mərkəzi əvvəllər şadlıq sarayı kimi fəaliyyət göstərmiş, sonradan ölkə ərazisindəki xüsusi karantin rejimi ilə əlaqədar şadlıq saraylarının fəaliyyəti müvəqqəti olaraq dayandırılmış, sonradan isə istirahət mərkəzi kimi fəaliyyət göstərməyə başlamışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 24 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 4 ünvanın arxasında yerləşən “Şərur şərab evi” mağazasında oğurluq faktı aşkar edilmişdir. Baxış zamanı mağazanın dəmir jalyüzünün qıfılının sındırıldığı, giriş qapısının isə zor tətbiq edilməklə açıldığı müəyyən edilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 26 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanın arxasında yerləşən “Şərur şərab evi” mağazasını göstərərək, 24 fevral 2021-ci il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin mağazadan oğurluq etdiklərini bildirmiş, həmin mağazaya haradan və necə daxil olduqlarını, oradan hansı tütün məmulatlarını, spirtli içkiləri və sair əşyaları, o cümlədən nağd pulları oğurladıqlarını əyani şəkildə göstərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan əşyanın götürülməsi barədə 26 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaqa təqdim etdiyi ünvan 4 ünvanın arxasında yerləşən “Şərur şərab evi” mağazasından oğurladığı əşyaların bir qismi olan 09 ədəd “Rothmans mentol”, 09 ədəd “Vegas, 07 ədəd nazik “Kent 4”, 03 ədəd qara “Magna”, 19 ədəd boz “Rothmans”, 12 ədəd boz “Winchester”, 02 ədəd göy “Winchester”, 05 ədəd ağ qalın “Sobranie”, 04 ədəd “Winston mentol kompak”, 11 ədəd boz nazik “Winchester”, 02 ədəd göy qalın “Sobranie”, 06 ədəd nazik “Sobranie”, 01 ədəd qalın “Palmall”, 18 ədəd boz “LD kompak”, 09 ədəd boz nazik “LD”, 05 ədəd göy nazik “Winchester əmtəə nişanlı siqaretlər, 01 ədəd “Snickers”, 01 ədəd “Kit-kat” əmtəə nişanlı şokolad, 01 ədəd “Tofita” əmtəə nişanlı konfet, 01 ədəd 01 litrlik “Xan Çinar” əmtəə nişanlı araq, 01 ədəd 0.5 litrlik “Black Bridge” və 01 ədəd 0.25 litrlik “Black Jack” əmtəə nişanlı viskilər iş üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 26 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanın arxasında yerləşən “Şərur şərab evi” mağazasını göstərərək, 24 fevral 2021-ci il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin mağazadan oğurluq etdiklərini bildirmiş, həmin mağazaya haradan və necə daxil olduqlarını, oradan hansı tütün məmulatlarını, spirtli içkiləri və sair əşyaları, o cümlədən nağd pulları oğurladıqlarını əyani şəkildə göstərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan əşyanın götürülməsi barədə 26 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqa təqdim etdiyi ünvan 4 ünvanın arxasında yerləşən “Şərur şərab evi” mağazasından oğurladığı əşyaların bir qismi olan 01 ədəd qalın “Kent”, 01 ədəd nazik “Kent mentol”, 11 ədəd nazik “Palmall mentol”, 10 ədəd boz “Klassik kompak”, 04 ədəd qalın “West”, 12 ədəd boz nazik “Viceroy”, 01 ədəd “Kent kompak xrustal”, 13 ədəd boz “Winston kompak”, 9 ədəd qırmızı qalın “Argo” əmtəə nişanlı siqaretlər, 01 ədəd “Acer” markalı notebook və adaptoru iş üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə baxış və götürmə haqqında 06 yanvar 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qırmızı rəngli gödəkçənin sol iç yan cibindən siqaret qutusunun içərisində açıq şəkildə kəskin iyli, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd siqaret falqasına bükülmüş psixotrop maddə metafetamin, 01 ədəd siqaret falqasına bükülmüş halda ilk baxışdan narkotik vaistə heroinə oxşar kütlə, boş ampula, qara rengli cins şalvarının sağ ön cibindən boş şpris, şalvarın arxa sağ cibindən 01 ədəd falqaya bükülmüş ilk baxışdan narkotik vaistə heroinə bənzər kütlə və 01 ədəd falqaya bükülmüş ilk baxışdan psixotrop maddə metafetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 04 manat pul, telefon və alışqan aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik maddələr aptek tərəzisində çəkilmiş, gödəkçənin sol iç cibindən götürülmüş ilk baxışdan qurudulmuş marixuanaya bənzər kütlənin siqaret qutusu ilə birgə çəkisi 7.64 (yeddi tam yüzdə altmış dörd) qram, narkotik vasitə heroinə oxşar kütlənin çəkisi falqa ilə birlikdə 3.00 (üç) qram, psixotrop maddə metafetaminə oxşar 01 bükümdə olan kütlənin çəkisi falqa ilə birlikdə 0.56 ( sıfır tam üzdə əlli altı) qram, şalvarının arxa sağ cibindən götürülmüş narkotik vasitə heroinə oxşar kütlənin çəkisi falqa ilə birlikdə 0.08 (sıfır tam yüzdə səkkiz) qram, psixotrop maddə metafetaminə oxşar kütlənin çəkisi falqa ilə birlikdə 0.06 (sıfır tam yüzdə altı) qram olmaqla aşkar oluduğu bükümlərlə birlikdə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirkçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlələrin narkotik vasitə olub olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin X10 göndərilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 ondan aşkar olunan narkotik maddələrin marixuana, heroin və psixotrop maddənin isə metafetamin olduğunu, həmin maddələrin hamısını 06 yanvar 2021-ci il tarixdə, saat 15:30 radələrində Gəncə şəhəri, F.Əmirov küçəsində “İlham” adlı şəxsdən aldığını, şəxsi istifadəsi məqsədilə üzərində saxladığını və 06 yanvar 2021-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, D.Qorqud küçəsi, “Metallurq” stadionunun yaxınlığında saxlanıldığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan 04 manat pul, telefon və alışqan özünə qaytarılmışdır. Buna görə də polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, protokol tərtib olunarkən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamışdır. Təqsirləndirilən şəxs2 üzərinə baxış video çəkliş vasitəsilə gündüz vaxtı otaq işıqlandırılması şətaritində keçirilmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə təyin edilmiş materialların məhkəmə və məhkəmə-bioloji ekspertizasının 07 yanvar 2021-ci il tarixli, 16/22 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə.’’sözləri yazılmış kağız paketdəki: - 01 (bir) ədəd “gümüşü” rəngli falqada və 01 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2.312 qram, 0.069 qram, ümumi təmiz çəkisi 2.381 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - 01 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə və 01 (bir) ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.218 qram, 0.067 qram, ümumi təmiz çəkisi 0.285 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamın 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısının İİ bəndinə daxildir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş şpris və ampula (şüşə qab).” sözləri yazılmış kağız paketdəki, 01 (bir) ədəd 01 ml-lik şprisin və 01 (bir) ədəd üzərində “Вода для инъекции” yazılı, baş hissəsi sınıq şüşə ampulanın içərisində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə.” sözləri yazılmış kağız paketdəki, 01 (bir) ədəd “Prima” adlı siqaret qutusunda təmiz çəkisi 2.610 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan - qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi 2.381 qram olan heroinin 0.04 qram (hər obyektdən 0.02 qram) hissəsi tədqiqata sərf olunmuş, qalıq 2.341 qram təşkil etmişdir. Ümumi təmiz çəkisi 0.285 qram olan metamfetaminin 0.04 qram (hər obyektdən 0.02 qram) hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.245 qram təşkil etmişdir. Ümumi təmiz çəkisi 2.610 qram olan marixuananın 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 2.560 qram təşkil etmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə təyin edilmiş materialların məhkəmə ekspertizasının 05 fevral 2021-ci il tarixli, 6/271 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş 02 ədəd bükümdəki psixotrop maddə metamfetaminlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, lakin X3 yaşadığı evdən götürülmüş psixotrop maddə metamfetamindən kimyəvi tərkiblərinə görə fərqlidirlər. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 02 ədəd bükümdəki heroinlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş şpris və ampulda, X3 yaşadığı evdən götürülmüş 01 ədəd istifadə edilmiş şpirisdə və 7 ədəd sınıq şüşə ampullarda heroin az miqdarda olduğundan eyniləşdirmə tədqiqatlarının aparılması mümkün olmadı. X4 üzərindən aşkar olunmuş, səthlərində “F/M40” yazısı həkk olunan 02 ədəd qəhvəyimtil-boz rəngli dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0.08 qram (01 tabletdə 0.04 qram) olan metadon preparatı müəyyən edilmişdir. Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Ümumi təmiz çəkisi 2.341 qram olan heroinin 0.04 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 2.301 qram təşkil etmişdir. Ümumi təmiz çəkisi 0.245 qram olan metamfetaminin 0.04 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.205 qram təşkil etmişdir. Ümumi təmiz çəkisi 0.01 qram olan metamfetaminin 0.005 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.005 qram təşkil etmişdir. 02 ədəd metadon tabletlərindən 01 ədədi tədqiqata sərf olunmuş, qalıq 01 ədəd tablet təşkil etmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə təyin edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 mart 2021-ci il tarixli, 231 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 12 mart 2021-ci il tarixli qərarlardan görünür ki, həmin cinayət işi üzrə təqsirləndirilən şəxs X3 barəsində ayrıca istintaq aparılması üçün, eyni zamanda istintaq zamanı əldə edilmiş narkotik vasitələrin mənbəsinin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2 maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması və ayrıca istintaqın aparılması qərara alınmışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında 26 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Altun” istirahət mərkəzində oğurluq faktı aşkar edilmişdir. Baxışda iştirak edən Şahid6 istirahət mərkəzinin qarderob otağından 01 ədəd “Sparta” markalı kombi istilik cihazının oğurlandığını bildirmişdir. İş materiallarında olan əşyanın götürülməsi barədə 07 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqa təqdim etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Altun” istirahət mərkəzindən oğurladığı 01 ədəd 28-lik “Sparta” markalı, “Sparta A Series” modelli kombi istilik cihazı iş üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 07 mart 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Altun” istirahət mərkəzini göstərərək, 23 fevral 2021-ci il tarixdə, saat 15 radələrində həmin istirahət mərkəzindən kombi istilik cihazını oğurladığını bildirmiş, həmin mərkəzə haradan və necə daxil olduğunu əyani şəkildə göstərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 mart 2021-ci il tarixli, 9/1466 nömrəli rəydən görünür ki, ekspertizaya təqdim edilən malların 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 713 manat müəyyən olunur. O cümlədən: 09 ədəd “Rothmans mentol” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 02 manat 30 qəpik olmaqla ümumilikdə 20 manat 70 qəpik dəyərində, 09 ədəd “Vegas” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 01 manat 80 qəpik olmaqla ümumilikdə 16 manat 20 qəpik dəyərində, 07 ədəd nazik “Kent 4” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 03 manat 50 qəpik olmaqla ümumilikdə 24 manat 50 qəpik dəyərində, 03 ədəd qara “Magna” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 01 manat 80 qəpik olmaqla ümumilikdə 05 manat 40 qəpik dəyərində, 19 ədəd boz “Rothmans” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 02 manat 30 qəpik olmaqla ümumilikdə 43 manat 70 qəpik dəyərində, 12 ədəd boz “Winchester” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 02 manat 30 qəpik olmaqla ümumilikdə 27 manat 60 qəpik dəyərində, 02 ədəd göy “Winchester” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 02 manat 30 qəpik olmaqla ümumilikdə 04 manat 60 qəpik dəyərində, 05 ədəd ağ qalın “Sobranie” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 03 manat 70 qəpik olmaqla ümumilikdə 18 manat 50 qəpik dəyərində, 04 ədəd “Winston mentol kompak” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 03 manat 20 qəpik olmaqla ümumilikdə 12 manat 80 qəpik dəyərində, 11 ədəd boz nazik “Winchester” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 02 manat 30 qəpik olmaqla ümumilikdə 25 manat 30 qəpik dəyərində, 02 ədəd göy qalın “Sobranie” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 03 manat 70 qəpik olmaqla ümumilikdə 07 manat 40 qəpik dəyərində, 06 ədəd nazik “Sobranie” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 03 manat 70 qəpik olmaqla ümumilikdə 22 manat 20 qəpik dəyərində, 01 ədəd qalın “Pallmall” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 01 manat 80 qəpik olmaqla ümumilikdə 01 manat 80 qəpik dəyərində, 18 ədəd boz “LD kompak” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 02 manat 30 qəpik olmaqla ümumilikdə 41 manat 40 qəpik dəyərində, 09 ədəd boz nazik “LD” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 02 manat 60 qəpik olmaqla ümumilikdə 23 manat 40 qəpik dəyərində, 05 ədəd göy nazik “Winchester” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 02 manat 30 qəpik olmaqla ümumilikdə 11 manat 50 qəpik dəyərində, 01 ədəd qalın “Kent 4” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 03 manat 50 qəpik olmaqla ümumilikdə 03 manat 50 qəpik dəyərində, 01 ədəd nazik “Kent mentol” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 03 manat 50 qəpik olmaqla ümumilikdə 03 manat 50 qəpik dəyərində, 11 ədəd nazik “Pallmall mentol” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 02 manat 30 qəpik olmaqla ümumilikdə 25 manat 30 qəpik dəyərində, 04 ədəd qalın “West” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 02 manat olmaqla ümumilikdə 08 manat dəyərində, 12 ədəd boz nazik “Viceroy” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 01 manat 80 qəpik olmaqla ümumilikdə 21 manat 60 qəpik dəyərində, 01 ədəd “Kent kompakt xrustal” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 03 manat 50 qəpik olmaqla ümumilikdə 03 manat 50 qəpik dəyərində, 13 ədəd boz “Winston kompakt” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 03 manat 20 qəpik olmaqla ümumilikdə 41 manat 60 qəpik dəyərində, 09 ədəd qırmızı qalın “Argo” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 01 manat 80 qəpik olmaqla ümumilikdə 16 manat 20 qəpik dəyərində, 01 ədəd göy nazik “Sobranie” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 03 manat 70 qəpik olmaqla ümumilikdə 03 manat 70 qəpik dəyərində, 01 ədəd nazik “Pallmall” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 02 manat 30 qəpik olmaqla ümumilikdə 02 manat 30 qəpik dəyərində, 01 ədəd qalın “Kent” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 03 manat 50 qəpik olmaqla ümumilikdə 03 manat 50 qəpik dəyərində, 01 ədəd qara nazik “Winston” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 03 manat 20 qəpik olmaqla ümumilikdə 03 manat 20 qəpik dəyərində, 01 ədəd boz “Winchester” əmtəə nişanlı siqaret - 01 ədədinin qiyməti 02 manat 30 qəpik olmaqla ümumilikdə 02 manat 30 qəpik dəyərində, 01 ədəd “Acer” markalı, “Travel Mate 5742G” model notebook adaptoru ilə birlikdə 240 manat dəyərində, 01 ədəd 01 litrlik “Xan Çinar” əmtəə nişanlı araq - 09 manat 50 qəpik dəyərində, 01 ədəd 0.5 litrlik “Black Bridge” əmtəə nişanlı viski - 10 manat 50 qəpik dəyərində, 01 ədəd 0.25 litrlik “Black Jack” əmtəə nişanlı viski - 06 manat dəyərində, 01 ədəd kiçik ölçülü “Snickers” əmtəə nişanlı şokolad 50 qəpik dəyərində, 01 ədəd “Kit Kat” əmtəə nişanlı şokolad 50 qəpik dəyərində və 01 ədəd “Tofita” əmtəə nişanlı konfet 60 qəpik dəyərində. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 aprel 2021-ci il tarixli, 9/1842 nömrəli rəydən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd 28-lik, “Sparta” markalı, “Sparta A Series” modelli kombi aparatının istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin fevral ayına orta bazar qiyməti təxminən 450 manat müəyyən olunur. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 10 iyul 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntülərdən görünür ki, 24 fevral 2021-ci il tarixdə, saat 02:05:59da bir nəfər əlində dəmirə bənzər alətlə mağazaya yaxınlaşaraq mağazanın qapısının qarşısındakı dəmir jalüzün qıfılını qırmağa başlayır. Həmin şəxs saat 02:12:41-də mağazanın qapısına vurulmuş jalüzün qıfılını sındaraq, jalüzü yerdən bir qədər yuxarı qaldırır və bundan sonra mağazanın qapısını sındırıb açaraq mağazaya daxil olur. O mağazaya daxil olduqdan sonra əlində dəmir parçası ilə mağazadakı piştaxtanın arxasına keçir, kassa aparatının altında olan siyirməni həmin dəmir parçası ilə sındırıb açır və fanar işığı ilə piştaxtanın altındakı əşyalara baxır. Piştaxtaxtanın üzərindən götürdüyü siqaret bloklarını qara rəngli sellofan torbaya yığır. Həmin vaxt ikinci şəxs də mağazaya daxil olur. Birinci olaraq mağazaya daxil olmuş şəxs içərisinə siqaret və müxtəlif əşayar yığdığı sellofan torbaları mağazaya sonradan daxil olan şəxsə verir. Özü isə kassadan çıxardığı pulları və piştaxtadan götürdüyi əşyaları başqa bir sellofan torbaya yığmağa başlayır. Mağazaya sonradan daxil olan şəxs piştaxtadan butulkaları götürərək mağazadan çıxır. Mağazaya birinci daxil olmuş şəxs isə piştaxtanın üzərində əşyaları götürüb sellofan torbaya yığmaqda davam edir. O biri şəxs yenidən mağazaya qayıdaraq piştaxtanın üzərindən götürdüyü əşyaları, habelə butulkaları və başqa əşyaları götürüb sellofan torbaya yığır. Mağazaya birinci daxil olmuş şəxs isə mağazadan noutbooku götürür və saat 02:19:06-da birlikdə mağazadan çıxırlar. Sonradan həmin şəxslərdən biri mağazaya qayıdır, kassanın qarşısını piştaxtanın üzərini əlində olan parça ilə silir, kassanın qarşısından dəmir parçasını götürür və mağazadan çıxır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci və İİ siyahısının 67-ci bəndlərinə əsasən həm heroinin, həm də metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı hədləri 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 2 qramdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 12-ci bəndinin “a” yarımbəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 12-ci bəndinin “a” yarımbəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə-qurudulmuş marixuananın 2.610 qram çəkidə, yəni şəxsi istehlak miqdarından az olması cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət etmir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şpbəsinin müstəntiqi X11 tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında 12 iyul 2021-ci il tarixli qərarla, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi 2.610 qram olduğu nəzərə alınaraq, ona narkotik vasitə olan qurudulmuş marixuana əldə edib saxlama və daşımaya görə ittiham elan edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cavanlığını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməllərdən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, İİ Qarabağ müharibəsi (“Vətən müharibəsi”) iştirakçısı olmasını, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsini məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Göygöl rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 həmin hökmlə Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinə əsasən həmin cəzası şərti tətbiq edilməklə barəsində 02 il sınaq müddəti müəyyən edilmişdir. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 ona istinad edilən hazırki cinayət əməlini barəsində Göygöl rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmü ilə tətbiq edilmiş sınaq müddətində törətmişdir. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plemunun 28 iyun 2002-ci il tarixli, 2 saylı Qərarının 4-cü bəndinə əsasən əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə görə azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda, azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış (CİM-nin 66-cı maddəsi) və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir. İşdə olan sübutlardan isə göründüyü kimi Göygöl rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilərək, Təqsirləndirilən şəxs2 barəsində 02 il sınaq müddəti müəyyən edildiyindən o, azadlıqdan məhrum etmə növündə cəzasını cəzaçəkmə müəssisəsində çəkməmişdir. Habelə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plemunun 28 iyun 2002-ci il tarixli, 2 saylı Qərarının 4-cü bəndinin “a” yarımbəndinə əsasən əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər anlayışına, o cümlədən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, lakin CM-nin 71.3, 71.4 və 71.5-ci maddələrində nəzərdə tutulmuş qaydada cəza çəkmək üçün cəzaçəkmə müəssisəsinə göndərilmiş şəxslər aiddir. İşdə olan sübutlardan Göygöl rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş Təqsirləndirilən şəxs2 hazırda ona istinad edilən cinayət əməlini törədənədək, Azərbaycan Respublikası CM-nin 71.3, 71.4 və 71.5-ci maddələrində nəzərdə tutulmuş qaydada cəza çəkmək üçün cəzaçəkmə müəssisəsinə göndərildiyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində müəyyən edilmiş cəzaların yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli, təyin olunmuş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmalı, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Göygöl rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 barəsində tətbiq edilmiş şərti məhkum etmə və sınaq müddəti ləğv edilməli və Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən hazırki hökmü üzrə cəzaların qismən toplanması yolu ilə təyin ediləcək cəzaya Göygöl rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəza qismən birləşdirməklə cəza təyin olunmalı və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında 06 yanvar 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında və şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 08 yanvar 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 06 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 yanvar 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs2 saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X7 azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 06 yanvar 2021-ci il tarixdən 08 yanvar 2021-ci il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27 fevral 2021-ci il tarixli, 4(010)-93/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 26 fevral 2021-ci il tarixdən hesablanmışdır. Bundan əlavə iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 4(010)-223/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 24 iyul 2021-ci il tarixinədək uzadılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırki ********* nömrəli cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 26 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cavanlığını, əvvəllər dəfələrlə eyni əmələ görə məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, bununla da cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 il 04 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 7(010)-699/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə o, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27 fevral 2021-ci il tarixli, 4(010)-94/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 26 fevral 2021-ci il tarixdən hesablanmışdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 4(010)-222/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 24 iyul 2021-ci il tarixinədək uzadılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 26 fevral 2021-ci il tarixdən һesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində təyin edilən cəzanın növünü və onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ayrı-ayrılıqda seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 2.560 qram olan narkotik vasitə - qurudulmuş marixuana, xalis çəkisi 2.301 qram olan narkotik vasitə heroin, xalis çəkisi 0.205 qram olan psixotrop maddə - metamfetamin məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 09 ədəd “Rothmans mentol”, 09 ədəd “Vegas, 07 ədəd nazik “Kent 4”, 03 ədəd qara “Magna”, 19 ədəd boz “Rothmans”, 12 ədəd boz “Winchester”, 02 ədəd göy “Winchester”, 05 ədəd ağ qalın “Sobranie”, 04 ədəd “Winston mentol kompak”, 11 ədəd boz nazik “Winchester”, 02 ədəd göy qalın “Sobranie”, 06 ədəd nazik “Sobranie”, 01 ədəd qalın “Palmall”, 18 ədəd boz “LD kompak”, 09 ədəd boz nazik “LD”, 06 ədəd göy nazik “Winchester”, 01 ədəd qalın “Kent”, 01 ədəd nazik “Kent mentol”, 11 ədəd nazik “Palmall mentol”, 04 ədəd qalın “West”, 12 ədəd boz nazik “Viceroy”, 01 ədəd “Kent kompak xrustal”, 13 ədəd boz “Winston kompak”, 09 ədəd qırmızı qalın “Argo”, 01 ədəd göy nazik “Sobranie”, 01 ədəd nazik “Palmall”, 01 ədəd qalın “Kent”, 01 ədəd nazik qara “Winston”, 01 ədəd “Snickers”, 01 ədəd “Kit-kat” əmtəə nişanlı şokoladın, 01 ədəd “Tofita” əmtəə nişanlı konfetin, 01 ədəd 01 litrlik “Xan Çinar” əmtəə nişanlı arağın, 01 ədəd 0.5 litrlik “Black Bridge” və 01 ədəd 0.25 litrlik “Black Jack” əmtəə nişanlı viskilərin, 01 ədəd “Acer” markalı notebookun adaptoru ilə birlikdə sahibi, Zərərçəkmiş şəxs2 və 01 ədəd 28-lik “Sparta” markalı, “Sparta A Series” modelli kombi istilik cihazının isə sahibi, Zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə ********* nömrəli cinayət işi üzrə təyin edilmiş materialların məhkəmə və məhkəmə-bioloji ekspertizasının 07 yanvar 2021-ci il tarixli, 16/22 saylı rəyi ilə yalnız Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitələrə və psixotrop maddələrə dair, materialların məhkəmə ekspertizasının 05 fevral 2021-ci il tarixli, 6/271 saylı rəyi ilə Təqsirləndirilən şəxs2 və X2, yəni hər ikisindən götürülmüş narkotik vasitələrə və psixotrop maddələrə dair tədqiqat aparıldığını, habelə iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 mart 2021-ci il tarixli, 9/1466 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə icraçılığı ilə törədilmiş cinayət nəticəsində oğurlanmış əşyalara dair və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 aprel 2021-ci il tarixli, 9/1842 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs1 təkbaşına törətdiyi cinayət nəticəsində oğurladığı 01 ədəd 28-lik, “Sparta” markalı, “Sparta A Series” modelli kombi aparatına dair aparıldığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən, 07 yanvar 2021-ci il tarixli, 16/22 saylı materialların məhkəmə və məhkəmə-bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti tam olaraq, 05 fevral 2021-ci il tarixli, 6/271 saylı materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaitinin ½ hissəsi 54 (əlli dörd) manat 95 qəpik məbləği Təqsirləndirilən şəxs2, 30 mart 2021-ci il tarixli, 9/1466 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada və 01 aprel 2021-ci il tarixli, 9/1842 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti isə Təqsirləndirilən şəxs1 dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 isə məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Göygöl rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 barəsində tətbiq edilmiş şərti məhkum etmə və sınaq müddəti ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Göygöl rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 05 (beşi) il müddətinə azadlıqdan məhrum etmə cəzası bu hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs2 çəkilməsi üçün 06 (altı) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 06 yanvar 2021-ci il tarixdən 08 yanvar 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs2 təyin edilən 06 (altı) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində çəkilməsi üçün qəti olaraq, 05 (beş) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs2 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 26 fevral 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs1 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 26 fevral 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 2.560 qram olan narkotik vasitə - qurudulmuş marixuana, xalis çəkisi 2.301 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 0.205 qram olan psixotrop maddə - metamfetamin məhv edilsin. İş üzrə 07 yanvar 2021-ci il tarixli, 16/22 saylı materialların məhkəmə və məhkəməbioloji ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti tam olaraq, 05 fevral 2021-ci il tarixli, 6/271 saylı materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaitinin ½ hissəsi 54 (əlli dörd) manat 95 qəpik məbləği Təqsirləndirilən şəxs2, 30 mart 2021-ci il tarixli, 9/1466 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada və 01 aprel 2021-ci il tarixli, 9/1842 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti isə Təqsirləndirilən şəxs1 dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış 09 ədəd “Rothmans mentol”, 09 ədəd “Vegas, 07 ədəd nazik “Kent 4”, 03 ədəd qara “Magna”, 19 ədəd boz “Rothmans”, 12 ədəd boz “Winchester”, 02 ədəd göy “Winchester”, 05 ədəd ağ qalın “Sobranie”, 04 ədəd “Winston mentol kompak”, 11 ədəd boz nazik “Winchester”, 02 ədəd göy qalın “Sobranie”, 06 ədəd nazik “Sobranie”, 01 ədəd qalın “Palmall”, 18 ədəd boz “LD kompak”, 09 ədəd boz nazik “LD”, 06 ədəd göy nazik “Winchester”, 01 ədəd qalın “Kent”, 01 ədəd nazik “Kent mentol”, 11 ədəd nazik “Palmall mentol”, 04 ədəd qalın “West”, 12 ədəd boz nazik “Viceroy”, 01 ədəd “Kent kompak xrustal”, 13 ədəd boz “Winston kompak”, 09 ədəd qırmızı qalın “Argo”, 01 ədəd göy nazik “Sobranie”, 01 ədəd nazik “Palmall”, 01 ədəd qalın “Kent”, 01 ədəd nazik qara “Winston”, 01 ədəd “Snickers”, 01 ədəd “Kit-kat” əmtəə nişanlı şokoladın, 01 ədəd “Tofita” əmtəə nişanlı konfetin, 01 ədəd 01 litrlik “Xan Çinar” əmtəə nişanlı arağın, 01 ədəd 0.5 litrlik “Black Bridge” və 01 ədəd 0.25 litrlik “Black Jack” əmtəə nişanlı viskilərin, 01 ədəd “Acer” markalı notebookun adaptoru ilə birlikdə sahibi, Zərərçəkmiş şəxs2 və 01 ədəd 28-lik “Sparta” markalı, “Sparta A Series” modelli kombi istilik cihazının sahibi, Zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar