Məhkəmə qərarları › İş №1(010)-16/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-16/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-16/2023 21.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, 21 fevral 2023-cü il tarixdə, saat 12:30-da, Bakı şəhərində, xx xxxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ünvan 2ci il tarixli qərarı ilə barəsində əvvəli 26 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-42/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 26 mart 2022-ci il tarixədək uzadılmış, həmin məhkəmənin 4(010)- 169/2022 saylı, 18 mart 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 16 aprel 2022-ci il tarixədək uzadılmış, həmin məhkəmənin 1(010)-180/2022 saylı, 14 aprel 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ünvan 3ci il tarixli qərarı ilə barəsində əvvəli 26 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-41/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 26 mart 2022-ci il tarixədək uzadılmış, həmin məhkəmənin 4(010)-168/2022 saylı, 18 mart 2022ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 16 aprel 2022-ci il tarixədək uzadılmış, həmin məhkəmənin 1(010)-180/2022 saylı, 14 aprel 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 15 oktyabr 2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub evin plastik pəncərəsini yerdən tapdıqları dəmir parçası ilə açaraq evə qanunsuz daxil olaraq dəyəri 520 olan bir ədəd velosiped, hər birinin dəyəri 200 olmaqla, cəmi 600 manat dəyərində olan üç ədəd samovar, dəyəri 25 manat olan 3 gözü qaz olan gümüşü rəngli dörd gözlü qaz sobası, dəyəri 180 manat olan bir ədəd qızdırıcı sobanın, dəyəri 70 manat olan bir ədəd ağ rəngli “TERMOlux” markalı 24 litr su tutumlu su qızdırıcısı, dəyəri 180 manat olan 01 ədəd qazan dəstinin və dəyəri 100 olan bir topa işlənmiş elektrik naqilini gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs1 1675 (min altı yüz yetmiş beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 16 oktyabr 2021-ci il tarixdə, 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub evin plastik pəncərəsini yerdən tapdıqları dəmir parçası ilə açaraq evə qanunsuz daxil olaraq dəyəri 50 manat olan bir ədəd drel, dəyəri 35 manat olan bir ədəd laqonda, hər birinin dəyəri 03 manat olmaqla, cəmi 12 manat olan 04 ədəd işıq birləşdirici (razetka), hər birinin dəyəri 35 manat olmaqla, cəmi 140 manat dəyərində olan 04 ədəd buruqlu vint bağlayan aparat, dəyəri 50 manat olan bir ədəd tüner, dəyəri 138 manat olan bir cüt səsgücləndirici, dəyəri 140 manat olan bir ədəd mahnı aparatı, dəyəri 60 manat olan bir ədəd plastik boru birləşdirici ütü, hər birinin dəyəri 10 manat olmaqla, cəmi 20 manat dəyərində olan 02 ədəd tava, hər birinin dəyəri 10 manat olmaqla, cəmi 100 manat dəyərində olan 10 ədəd plastinke mahnı, dəyəri 70 manat olan su motoru, dəyəri 25 manat olan bir ədəd gümüşü rəngli “Neosat” markalı televizor tüneri, dəyəri 25 manat olan bir ədəd su kranı və dəyəri 10 manat olan bir ədəd plastik su kranını gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs2 875 (səkkiz yüz yetmiş beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq 26 oktyabr 2021-ci il tarixdə səhər saatlarında istintaqa məlum olmayan şəxsdən 20 manat pul ödəməklə 01 ədəd bükümdə təmiz çəkisi 0,630 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 26 oktyabr 2021ci il tarixdə saat 16:30 dəqiqədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz ünvanın qarşısında saxlanılaraq ünvan 6a yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli cins şalvarının sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,630 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 15 oktyabr 2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub evin plastik pəncərəsini yerdən tapdıqları dəmir parçası ilə açaraq evə qanunsuz daxil olub evin plastik pəncərəsini yerdən tapdıqları dəmir parçası ilə açaraq evə qanunsuz daxil olaraq dəyəri 520 olan bir ədəd velosiped, hər birinin dəyəri 200 olmaqla, cəmi 600 manat dəyərində olan üç ədəd samovar, dəyəri 25 manat olan 3 gözü qaz olan gümüşü rəngli dörd gözlü qaz sobası, dəyəri 180 manat olan bir ədəd qızdırıcı sobanın, dəyəri 70 manat olan bir ədəd ağ rəngli “TERMOlux” markalı 24 litr su tutumlu su qızdırıcısı, dəyəri 180 manat olan 01 ədəd qazan dəstinin və dəyəri 100 olan bir topa işlənmiş elektrik naqilini gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs1 1675 (min altı yüz yetmiş beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 16 oktyabr 2021-ci il tarixdə 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq dəyəri 50 manat olan bir ədəd drel, dəyəri 35 manat olan bir ədəd laqonda, hər birinin dəyəri 3 manat olmaqla, cəmi 12 manat olan 04 ədəd işıq birləşdirici (razetka), hər birinin dəyəri 35 manat olmaqla, cəmi 140 manat dəyərində olan 04 ədəd buruqlu vint bağlayan aparat, dəyəri 50 manat olan bir ədəd tüner, dəyəri 138 manat olan bir cüt səsgücləndirici, dəyəri 140 manat olan bir ədəd mahnı aparatı, dəyəri 60 manat olan bir ədəd plastik boru birləşdirici ütü, hər birinin dəyəri 10 manat olmaqla, cəmi 20 manat dəyərində olan 02 ədəd tava, hər birinin dəyəri 10 manat olmaqla, cəmi 100 manat dəyərində olan 10 ədəd plastinke mahnı, dəyəri 70 manat olam su motoru, dəyəri 25 manat olan bir ədəd gümüşü rəngli “Neosat” markalı televizor tüneri, dəyəri 25 manat olan bir ədəd su kranı və dəyəri 10 manat olan bir ədəd plastik su kranını gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs2 875 (səkkiz yüz yetmiş beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq 25 oktyabr 2021-ci il tarixdə saat 20 radəsində istintaqa məlum olmayan şəxsdən 20 manat pul ödəməklə 01 ədəd bükümdə təmiz çəkisi 1,180 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 26 oktyabr 2021ci il tarixdə, saat 14:00 dəqiqədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz ünvanın qarşısında saxlanılaraq ünvan 6a yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli cins şalvarının sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,180 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 234.1-cü maddələri ilə elan olunmuş ittihamda isə özünü təqsirsiz bilərək göstərdi ki, 15 oktyabr 2021-ci il tarixdə gecə təxminən saat 01 radələrində qardaşı Təqsirləndirilən şəxs2la birlikdə oğurluq edərək qazanc əldə etmək vəöz ehtiyaclarını ödəmək məqsədilə oğurluq etmək qərarına gəlmişlər. Buna görə də yaşadıqları evdən çıxıb piyada hərəkət edərək oğurluq edəbiləcəkləri ev axtarmağa başlamışlar. Həmin gecə təxminən saat 02 radələrində Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi ilə piyada gedən zaman orada olan evlərdən birində işıq yanmadığını görmüş və həmin evdən oğurluq etməyi planlaşdırmışlar. Belə ki, ətrafa boylanıb heç kimin olmadığına və heç kimin onları görmədiyinə tam əmin olduqdan sonra həmin evin hasarına qalxıb həyətə düşmüşlər və həmin həyətdə yerləşən evə yaxınlaşmışlar. Həmin evin plastik pəncərələrindən birini yerdən tapdıqları dəmir parçası ilə açıb evə daxil olmuşlar. Evdən 1 ədəd velosiped, 3 ədəd samovar, 1 ədəd qaz sobası, 1 ədəd qızdırıcı soba, 1 ədəd su qızdırıcısı və 1 ədəd qazan dəstini götürüb evdən çölə çıxmışlar. Həyətdən dəqiq uzunluğunu bilmədiyi elektrik kabeli görüb onu da götürmüşlər. Daha sonra oğurladıqları əşyaları həyətdən çölə çıxarmışlar və ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra oğurladıqları əşyaları götürüb yaşadıqları evə gəlmişlər. Əşyaları məhəllədə gizlədib evə gedərək yatmışlar. Növbəti gün oğurladıqları əşyalardan samovarı Hövsan qəsəbəsində “abidə” deyilən yerin yaxınlığında Orxan adlı şəxsə 10 manata satmışlar. Oğurladıqları digər əşyaları isə Nizami rayonunda 8-ci km bazarına aparıb orada tanımadıqları şəxslərə satmışlar. Oğurluq yolu ilə əldə etdikləri pulu öz ehtiyacları üçün xərcləmişlər. Lakin ünvan 5 ünvanında yerləşən evə, ümumiyyətlə getməyiblər və oradan oğurluq etməyiblər. Həmçinin ona qarşı irəli sürülmüş ittihamın narkotik vasitə olan heroini üzərində saxlamaqla gəzdirməsi hissəsini qəbul etmir. Belə ki, 26 oktyabr 2021-ci il tarixdə saat 16:30 radələrində yaşadığı evin qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər və onun narkotik vasitələrinin gəzdirilməsi və istifadəsində şübhəli olduğunu bildirərək onu Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. O da razılaşıb polis əməkdaşları ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinə gəlmişlər. Orada videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən hər hansı narkotik vasitə aşkar olunmamasına baxmayaraq, polis əməkdaşları ona bir bükümdə narkotik vasitə verib, bunun özünə məxsus olmasına dair etirafedici ifadə verməsini tələb etmişlər. O, polis şöbəsində fiziki təzyiqə məruz qaldığından narkotik vasitənin özünə məxsus olmasına dair etirafedici ifadə vermişdir. Sonda törətdiyi ilk epizod üzrə oğurluq əməlindən səmimi peşman olduğunu bildirdi, məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 234.1-cü maddələri ilə elan olunmuş ittihamda isə özünü təqsirsiz bilərək göstərdi ki, 15 oktyabr 2021-ci il tarixdə gecə təxminən saat 01 radələrində qardaşı Təqsirləndirilən şəxs1la birlikdə oğurluq edərək qazanc əldə etmək vəöz ehtiyaclarını ödəmək məqsədilə oğurluq etmək qərarına gəlmişlər. Buna görə də yaşadıqları evdən çıxıb piyada hərəkət edərək oğurluq edəbiləcəkləri ev axtarmağa başlamışlar. Həmin gecə təxminən saat 02 radələrində Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi ilə piyada gedən zaman orada olan evlərdən birində işıq yanmadığını görmüş və həmin evdən oğurluq etməyi planlaşdırmışlar. Belə ki, ətrafa boylanıb heç kimin olmadığına və heç kimin onları görmədiyinə tam əmin olduqdan sonra həmin evin hasarına qalxıb həyətə düşmüşlər və həmin həyətdə yerləşən evə yaxınlaşmışlar. Həmin evin plastik pəncərələrindən birini yerdən tapdıqları dəmir parçası ilə açıb evə daxil olmuşlar. Evdən 1 ədəd velosiped, 3 ədəd samovar, 1 ədəd qaz sobası, 1 ədəd qızdırıcı soba, 1 ədəd su qızdırıcısı və 1 ədəd qazan dəstini götürüb evdən çölə çıxmışlar. Həyətdən dəqiq uzunluğunu bilmədiyi elektrik kabeli görüb onu da götürmüşlər. Daha sonra oğurladıqları əşyaları həyətdən çölə çıxarmışlar və ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra oğurladıqları əşyaları götürüb yaşadıqları evə gəlmişlər. Əşyaları məhəllədə gizlədib evə gedərək yatmışlar. Növbəti gün oğurladıqları əşyalardan samovarı Hövsan qəsəbəsində “abidə” deyilən yerin yaxınlığında Orxan adlı şəxsə 10 manata satmışlar. Oğurladıqları digər əşyaları isə Nizami rayonunda 8-ci km bazarına aparıb orada tanımadıqları şəxslərə satmışlar. Oğurluq yolu ilə əldə etdikləri pulu öz ehtiyacları üçün xərcləmişlər. Lakin ünvan 5 ünvanında yerləşən evə, ümumiyyətlə getməyiblər və oradan oğurluq etməyiblər. Həmçinin ona qarşı irəli sürülmüş ittihamın narkotik vasitə olan heroini üzərində saxlamaqla gəzdirməsi hissəsini qəbul etmir. Belə ki, 26 oktyabr 2021-ci il tarixdə saat 14:00 radələrində yaşadığı evin qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər və onun narkotik vasitələrinin gəzdirilməsi və istifadəsində şübhəli olduğunu bildirərək onu Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. O da razılaşıb polis əməkdaşları ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinə gəlmişlər. Orada videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən hər hansı narkotik vasitə aşkar olunmamasına baxmayaraq, polis əməkdaşları ona bir bükümdə narkotik vasitə verib, bunun özünə məxsus olmasına dair etirafedici ifadə verməsini tələb etmişlər. Bu səbəbdən narkotik vasitənin özünə məxsus olmasına dair etirafedici ifadə vermişdir. O, polis şöbəsində fiziki təzyiqə məruz qaldığından narkotik vasitənin özünə məxsus olmasına dair etirafedici ifadə vermişdir. Sonda törətdiyi ilk epizod üzrə oğurluq əməlindən səmimi peşman olduğunu bildirdi, məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onların təqsiri, qismən etirafedici ifadələri ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 17 ildir ki, ünvan 8 ünvanında yerləşən 05 sot torpaq sahəsində bağ evi tikdirmişdir və orada yay vaxtı yaşayır. Arada bir gedib həmin evinə baş çəkmişdir. Sonuncu dəfə 25 sentyabr 2021-ci il tarixdə günorta saatlarında evinə gedib baş çəkmiş və həmin vaxt evdə hər şey qaydasında olmuşdur. Bundan sonra 16 oktyabr 2021-ci il tarixdə evinə gedib baş çəkən zaman evin yan pəncərəsinin açıq halda olmasını görmüşdür. O, evə daxil olmuş və bu vaxt ona məxsus dəyəri 520 olan bir ədəd velosipedin, hər birinin dəyəri 200 olmaqla, cəmi 600 manat dəyərində olan üç ədəd samovarın, dəyəri 120 manat olan bir ədəd qaz sobasının, dəyəri 180 manat olan bir ədəd qızdırıcı sobanın, dəyəri 300 manat olan bir ədəd su qızdırıcısının, dəyəri 180 manat olan 01 ədəd qazan dəstinin və dəyəri 100 olan bir top işlənmiş elektrik naqilinin evdə olmadığını və oğurlandığını aşkar etmişdir. Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona, ümumilikdə, 1675 (min altı yüz yetmiş beş) manat maddi ziyan dəymişdir. Oğurlanmış bir ədəd qaz sobası və bir ədəd “TERMOlux” markalı su qızdırıcısı ona qaytarılsa da oğurluq nəticəsində dəymiş zərərin qalan hissəsi ödənilməmişdir, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi vardır. Məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında yerləşən 14 sot torpaq sahəsində bağ evi tikdirmiş və orada yay vaxtı yaşayır. Arada bir gedib həmin evinə baş çəkmişdir. Sonuncu dəfə 14 oktyabr 2021-ci il tarixdə axşam saatlarında evinə gedib baş çəkmiş və həmin vaxt evdə hər şey qaydasında olmuşdur. Bundan sonra 24 oktyabr 2021-ci il tarixdə evinə gedib baş çəkən zaman evin yan pəncərəsinin açıq halda olmasını görmüşdür. O, evə daxil olmuş və bu vaxt evin otaqlarının dağınıq halda olmasını, ona məxsus dəyəri 50 manat olan bir ədəd drel, dəyəri 35 manat olan bir ədəd laqonda, hər birinin dəyəri 3 manat olmaqla, cəmi 12 manat olan 04 ədəd işıq birləşdirici (razetka), hər birinin dəyəri 35 manat olmaqla, cəmi 140 manat dəyərində olan 04 ədəd buruqlu vint bağlayan aparat, dəyəri 50 manat olan bir ədəd tuner, dəyəri 138 manat olan bir cüt səsgücləndirici, dəyəri 140 manat olan bir ədəd mahnı aparatı, dəyəri 60 manat olan bir ədəd plastik boru birləşdirici ütü, hər birinin dəyəri 10 manat olmaqla cəmi 20 manat dəyərində olan 02 ədəd tava, hər birinin dəyəri 10 manat olmaqla, cəmi 100 manat dəyərində olan 10 ədəd plastinke mahnı, dəyəri 70 manat olan su motoru, dəyəri 50 manat olan bir ədəd televizor üçün tuner, dəyəri 25 manat olan bir ədəd su kranı və dəyəri 10 manat olan bir ədəd plastik su kranının evdə olmadığını və oğurlandığını aşkar etmişdir. Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 875 (səkkiz yüz yetmiş beş) manat maddi ziyan dəymişdir. Oğurlanmış Neosat” markalı televizor tüner ona qaytarılsa da oğurluq nəticəsində dəymiş zərərin qalan hissəsi ödənilməmişdir, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi vardır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid7 ifadəsində göstərmişdir ki, təxminən 20 ildən artıqdır ki, Nizami rayonu, 8-ci kilometr bazarında qaz təmiri ustası işləyir. Həmin bazarda kiçik ölçülü yeri icarəyə götürüb orada nasaz vəziyyətdə olan qaz əşyalarım düzəldib sataraq dolanır. 2021-ci ilin oktyabr ayının ortalarında dəqiq xatırlamadığı zaman bazarda işdə olarkən iki nəfər tanımadığı şəxs ona yaxınlaşmış və əllərində olan bir ədəd stolüstü qaz sobasını göstərərək onu satmaq istədiyini bildirmişlər. Həmin qaz sobasına baxmamışdan əvvəl onun kimə məxsus olmasını soruşmuş, həmin iki nəfər şəxs də özlərinə məxsus olduğunu və ehtiyacları olduğu üçün satdıqlarını bildirmişlər. Onlardan üzərində olan özünə məxsus şəxsiyyət vəsiqəsini tələb etmiş və onlardan biri özünə məxsus olan şəxsiyyət vəsiqəsinin surətini çıxarıb əlaqə nömrəsini yazaraq ona vermiş, bundan sonra həmin qaz sobasını yoxlayıb 25 manata ala biləcəyini demiş, həmin şəxslər razılaşmış, sonunculara 25 manat pul verib qaz sobasını almışdır. Sonradan ona məlum olmuşdur ki, həmin oğlanlar ona satdığı qaz sobasını oğurluq yolu ilə əldə etmişlər və ona satmışlar. Həmin qaz sobasını və sənədin surətini polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 22 ildir ki, Nizami rayonu, 8-ci kilometr bazarında qaz təmiri ustası işləyir. Həmin bazarda kiçik ölçülü yeri icarəyə götürüb orada nasaz vəziyyətdə olan qaz əşyalarını düzəldib sataraq dolanır. 2021-ci ilin oktyabr ayının ortalarında dəqiq xatırlamadığı zaman bazarda işdə olarkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşmış və əlində olan bir ədəd su qızdırıcısını göstərərək satmaq istədiyini bildirmiş, həmin su qızdırıcısının kimə məxsus olmasını soruşmuş, həmin şəxs də özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını bildirmiş, ona inanıb sonuncudan özünə məxsus şəxsiyyət vəsiqəsini tələb etmiş və həmin oğlan özünə məxsus olan şəxsiyyət vəsiqəsinin surətini çıxarıb əlaqə nömrəsini yazaraq ona vermiş, bundan sonra su qızdırıcısını yoxlayıb 35 manata ala biləcəyimi demiş, sonuncu da razılaşmış və 35 manat pul verib su qızdırıcısını almışdır. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs ona satdığı su qızdırıcısını oğurluq yolu ilə əldə etmiş və ona satmışdır. Həmin su qızdırıcısını və sənədin kserosurətini polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 25 ildir ki, Nizami rayonu, 8-ci kilometr bazarında qaz təmiri və elektonik əşya ustası işləyir. Həmin bazarda kiçik ölçülü yeri icarəyə götürüb orada nasaz vəziyyətdə olan qaz əşyalarım və elektronik əşyaları düzəldib sataraq dolanır. 2021-ci ilin oktyabr ayının ortalarında dəqiq xatırlamadığı zaman bazarda işdə olarkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşmış və əlində olan bir ədəd televizor üçün tüneri göstərərək onu satmaq istədiyini bildirmiş, tünerin kimə məxsus olmasını soruşmuş, həmin şəxs də özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını demiş, sonuncuya inanıb özünə məxsus şəxsiyyət vəsiqəsini tələb etmiş və həmin oğlan özünə məxsus olan şəxsiyyət vəsiqəsinin surətini çıxarıb əlaqə nömrəsini yazaraq ona vermiş, bundan sonra həmin tüneri yoxlayıb 25 manata ala biləcəyini demiş, sonuncu da razılaşmış və 25 manat pul verib tüneri almışdır. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs ona satdığı televizor üçün olan tuneri oğurluq yolu ilə əldə etmiş və ona satmışdır. Televizor üçün tüneri və sənədin surətini polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 26 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra həmin gün saat 16:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz ünvanda xarici əlamətlərindən Təqsirləndirilən şəxs1 bənzəyən şəxsə yaxınlaşaraq özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş və sonuncudan özünü təqdim etməsini tələb etmiş, həmin şəxs də özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmiş, sonuncuya narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs1 razı olaraq onlarla birlikdə 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edildikdən sonra isə Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmiş, ilk öncə Təqsirləndirilən şəxs1 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmiş, ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs1 həmin bükümün içərisində “kokos” kimi tanıdığı narkotik maddə olduğunu və həmin büküm özünə məxsus olduğunu, narkotik maddəni 26 oktyabr 2021-ci il tarixdə, səhər saatlarında Ramana qəsəbəsində tanımadığı şəxsdən 20 manata alıb əldə edərək sonra istifadə etməsi üçün üzərində saxlamasını bildirmiş, bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırılmış, sonra isə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Suraxanı Rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Məmmədov X5 Ruslan Zabil oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Suraxanı Rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, 26 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 26 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra həmin gün saat 14:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz ünvanda xarici əlamətlərindən Təqsirləndirilən şəxs2 bənzəyən şəxsə yaxınlaşaraq özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş və sonuncudan özünü təqdim etməsini tələb etmiş, həmin şəxs də özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmiş, sonuncuya narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 onlarla birlikdə 30-cu PŞ-nə gəlmiş, 30-cu PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edilmiş sonra isə Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmiş, ilk öncə Təqsirləndirilən şəxs2 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu vaxt Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmiş, sonuncudan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs2 həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin büküm özünə məxsus olmasını, narkotik maddəni 25 oktyabr 2021-ci il tarixdə təxminən saat 20 radələrində Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata alıb əldə edərək sonra istifadə etməsi üçün üzərində saxlamamasını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırılmış, sonra isə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Suraxanı Rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Əşyanın tanınması haqqında” 02 fevral 2022-ci il tarixli protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim olunmuş qaz sobasını və “TERMOlux” markalı su qızdırıcısını tanıdığını, əşyaların ona məxsus olduğunu, sonuncuların onun vindən oğurlanmış əşyalar olduğunu bildirdi. İş materiallarında olan “Əşyanın tanınması haqqında” 02 fevral 2022-ci il tarixli protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərərçəkmiş şəxs X7 ona təqdim olunmuş “Neosat” markalı televizor tüneri tanıdığını, əşyanın ona məxsus olduğunu, sonuncunun onun vindən oğurlanmış əşyalar olduğunu bildirdi. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmiş, ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs1 həmin bükümün içərisində “kokos” kimi tanıdığı narkotik maddə olduğunu və həmin büküm özünə məxsus olduğunu, narkotik maddəni 26 oktyabr 2021-ci il tarixdə, səhər saatlarında Ramana qəsəbəsində tanımadığı şəxsdən 20 manata alıb əldə edərək sonra istifadə etməsi üçün üzərində saxlamasını bildirmiş, bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırılmış, sonra isə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs1 və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu vaxt Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmiş, sonuncudan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs2 həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin büküm özünə məxsus olmasını, narkotik maddəni 25 oktyabr 2021-ci il tarixdə təxminən saat 20 radələrində Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata alıb əldə edərək sonra istifadə etməsi üçün üzərində saxlamamasını bildirmiş, bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırılmış, sonra isə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs1 və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/4766 saylı 27 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,630 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Ümumi təmiz çəkisi 0,630 qram heroinin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0,630 qram təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/4754 saylı 27 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,180 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Eleroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Ümumi təmiz çəkisi 1,180 qram heroinin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1,130 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 28 oktyabr 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 üzərində ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzıərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın sağ cibindən bir ədəd büküm çıxarıb təqdim etməsi və ondan təqdim etdiyi bir ədəd bükümün içərisində nə olması və nə vaxt necə əldə etməsi barədə soruşuldııqda həmin bükümün içərisində kokos kimi tanıdığı narkotik vasitə olduğunu və ona məxsus olduğunu, həmin narkotik vasitəni 26 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Ramana qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirməsi, həmin büküm qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs1 üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunur. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 28 oktyabr 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 üzərində ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan tizıərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ cibindən bir ədəd büküm çıxarıb təqdim etməsi və ondan təqdim etdiyi bir ədəd bükümün içərisində nə olması və nə vaxt necə əldə etməsi barədə soıuışulduqda həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu və ona məxsus olduğunu, həmin narkotik vasitəni 25 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirməsi, həmin büküm qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs1 üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 1121 saylı 05 mart 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 559 saylı 05 fevral 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 9/1845 saylı 10 mart 2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 120,00 manat müəyyən edilir. O cümlədən: - 01 ədəd gümüşü rəngli, dörd gözlü (3 gözü qaz, bir gözü) qaz sobası - 25,00 manat, - 01 ədəd ağ rəngli “TERMOlux” markalı, 24 litr su tutumlu su qızdırıcı - 70,00 manat, - 01 ədəd gümüşü rəngli “Neosat” markalı televizor tüneri - 25,00 manat. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnamələrə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ona bir ədəd qaz sobasını və bir ədəd “TERMOlux” markalı su qızdırıcısını, X7 bir ədəd “Neosat” markalı televizor tünerini işlək vəziyyətdə təhvil almışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanında yerləşən evə, ümumiyyətlə daxil olmaması və oradan oğurluq etməməsi, həmçinin polis şöbəsində fiziki təzyiqə məruz qaldığından narkotik vasitənin özünə məxsus olmasına dair etirafedici ifadə verməsinə dair ifadəsi işdə olan sübutlarla, o cümlədən şahidlərinin ifadəsi ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, “kakos” kimi tanıdığı narkotik maddədən istifadə edir. O, narkotik maddəni Bakı şəhərində müxtəlif yerlərdə tanımadığım şəxslərdən əldə edib istifadəetmişdir. 15 oktyabr 2021-ci il tarixdə gecə təxminən saat 01 radələrində qardaşı Təqsirləndirilən şəxs2la birlikdə oğurluq edərək qazanc əldə etmək və öz ehtiyaclarını ödəmək, həm də narkotik maddə alıb istifadə etmək məqsədilə oğurluq etmək qərarına gəlmişlər. Buna görə də yaşadıqları evdən çıxıb piyada hərəkət edərək oğurluq edə biləcəkləri ev axtarmağa başlamışlar. Həmin gecə təxminən saat 02 radələrində Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi ilə piyada gedən zaman orada olan evlərdən birində işıq yanmadığını görmüş və həmin evdən oğurluq etməyi planlaşdırmışlar. Belə ki, ətrafa boylanıb heç kimin olmadığına və heç kimin onları görmədiyinə tam əmin olduqdan sonra həmin evin hasarına qalxıb həyətə düşmüşlər və həyətdə yerləşən evə yaxınlaşmışlar. Həmin evin plastik pəncrələrindən birini yerdən tapdıqları dəmir parçası ilə açıb evə daxil olmuşlar. Evdən 1 ədəd velosiped, 3 ədəd samovar, 1 ədəd qaz peçi, 1 ədəd qızdırıcı soba, 1 ədəd su qızdırıcısı və 1 ədəd qazan dəstini götürüb evdən çöləçıxmışlar. Həmin həyətdən dəqiq uzunluğunu bilmədiyi elektrik kabeli görüb onu da götürmüşlər. Daha sonra oğurladıqları əşyaları həmin həyətdən çölə çıxarmışlar və ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra oğurladıqları əşyaları götürüb yaşadıqları evə gəlmişlər. Oğurladıqları əşyaları məhəllədə gizlədib evə gedərək yatmışlar. Səhəri gün oğurladıqları əşyalardan samovarı Hövsan qəsəbəsində “abidə” deyilən yerin yaxınlığında Orxan adlı şəxsə 10 manata satmışlar. Oğurladıqları digər əşyaları isə Nizami rayonunda 8-ci km bazarına aparıb orada tanımadıqları şəxslərə satmışlar. Oğurluq yolu ilə əldə etdikləri pulu öz ehtiyaclar üçün xərcləmişlər. Bundan sonra 16 oktyabr 2021-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs2la birlikdə oğurluq edərək qazanc əldə etmək və öz ehtiyaclarını ödəmək, həm də narkotik maddə alıb istifadə etmək məqsədilə oğurluq etmək qərarına gəlmişlər. Buna görə də yaşadıqları evdən çıxıb piyada hərəkət edərək oğurluq edə biləcəkləri ev axtarmağa başlamışlar. Bu zaman həmin yerdə olan evlərdən birini görüb ətrafa boylanıb heç kimin olmadığına və heç kimin onları görmədiyinə tam əmin olduqdan sonra həmin evin hasarına qalxıb həyətə düşmüşlər və həmin həyətdə yerləşən evə yaxınlaşmışlar. Həmin ev iki mərtəbəli olmuş və evin plastik pəncrələrindən birini yerdən tapdıqları dəmir parçası ilə açıb evə daxil olmuşlar. Həmin evdən 1 ədəd drel, 1 ədəd laqonda, 4 ədəd işıq birləşdirici (razetka), 4 ədəd buruqlu vint bağlayan aparat, 1 ədəd tuner, 2 ədəd səsgücləndirici, 1 ədəd mahnı aparatı, 1 ədəd plastik boru birləşdirici ütü, 2 ədəd tava, 10 ədəd plastink mahnı, 1 ədəd qidrafior, 1 ədəd televizor üçün tuner, 1 ədəd su kratı və 1 ədəd plastik su kranı oğurlayıb evdən çölə çıxmışlar. Daha sonra oğurladıqları əşyaları həyətdən çölə çıxarmışlar və ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra əşyaları götürüb yaşadıqları evə gəlmişlər. Oğurladıqları əşyaları məhəllədə gizlədib evə gedərək yatmışlar. Səhər oğurladıqları həmin əşyalam hamısını Nizami rayonunda 8-ci km bazarına aparıb orada tanımadıqları şəxslərə satmışlar. Oğurluq yolu ilə əldə etdikləri pulu öz ehtiyacları üçün xərcləmişlər. Bundan başqa 26 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Ramana qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata 1 büküm “kokos” almış və sonra istifadə etməyi üçün üzərində saxlamışdır. 26 oktyabr 2021-ci il tarixdə saat 16:30 radələrində yaşadığı evin qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər və onun narkotik vasitələrinin gəzdirilməsi və istifadəsində şübhəli olduğunu bildirərək onu Suraxanı RPİ-niıı 30-cu PŞ-nə dəvət etmişlər. O da razılaşıb polis əməkdaşları ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinə gəlmişlər. 30-cu PŞ-də ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra isə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı yolla əldə etməyi barədə sortışulmuşdur. O da həmin bükümün içərisində “kokos” kimi tanıdığı səhər saatlarında Ramana qəsəbəsində tanımadığı şəxsdən 20 manat ödəməklə şəxsi istifadəsi üçün alıb əldə etdiyini vəüzərində saxladığını bildirmişdir. Bundan sonra həmin bir ədəd büküm götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və ya götürülməmişdir. Axırda isə üzərində şəxsi axtarış həyata keçirilməsi barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o və bütün iştirakçılar tərəfindən imza olunmuşdur. Hər iki oğurluq əməlini qardaşı Təqsirləndirilən şəxs2la birlikdə törətmiş və ikisindən başqa heç kim orada olmamış, onlara hansısa bir formada köməklik göstərməmişdir. Qeyd etdiyi cinayət əməllərindən başqa hər hansı bir cinayət əməli törətməmişdir. Üzərindən aşkar edilmiş həmin narkotik vasitəni yalnız özü istifadə etmək üçün əldə etmiş, narkotik vasitəni heç kimə satmaq və ya vermək niyyəti ilə əldə etməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə habelə Təqsirləndirilən şəxs1 polis işçiləri tərəfindən ona qarşı psixi təzyiq göstərilməsi və məhz bunun nəticəsində polis işçilərinin ona verdiyi narkotik vasitələrin özününki kimi təqdim edərək, etirafedici izahat verməsi barədə müdafiəçisinə xəbər vermək, həmçinin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxarkən məhkəməyə şikayət etmək imkanı olduğu halda, bunları etməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs1 ifadəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxs1 fiziki təzyiqin göstərilməsi ilə bağlı məsələdə məhkəmə həmçinin onu da qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 01 iyun 2022-ci il tarixli xx/xx-3027 saylı məhktubundan, ona əlavə edilmiş xüsusi məlumatdan və yazılı izahatdan görünür ki, Təqsirləndirilən şəxs1 30 oktyabr 2021-ci il tarixdə Tibb-sanitar hissəsində müayinə olunan zaman sol gözətrafı nahiyədə, sol qaşda qırmızımtıl rəngli qançır aşkar olunmuş, sonuncu yazılı izahatında həmin xəsarətləri həbs edilməmişdən əvvəl aldığını bildirmişdir. Bundan başqa yuxarıda qeyd olunanlar məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman video çəkiliş aparılaraq 01 ədəd “DVD” diskdə köçürülmüş video görüntüdən də öz təsdiqini tapır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanında yerləşən evə, ümumiyyətlə daxil olmaması və oradan oğurluq etməməsi, həmçinin polis şöbəsində fiziki təzyiqə məruz qaldığından narkotik vasitənin özünə məxsus olmasına dair etirafedici ifadə verməsinə dair ifadəsi də işdə olan sübutlarla, o cümlədən şahidlərinin ifadəsi ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən bir ildir ki, heroin kimi tanıdığım narkotik maddədən istifadə edir. Narkotik maddəni Bakı şəhərində müxtəlif yerlərdə tanımadığı şəxslərdən əldə edib istifadə edir. 15 oktyabr 2021-ci il tarixdə gecə təxminən saat 01 radələrində qardaşı Təqsirləndirilən şəxs1la birlikdə oğurluq edərək qazanc əldə etmək və öz ehtiyacları ödəmək, həm də narkotik maddə alıb istifadə etmək məqsədilə oğurluq etmək qərarına gəlmiş, buna görə də yaşadıqları evdən çıxıb piyada hərəkət edərək oğurluq edə biləcəyi ev axtarmağa başlamış, həmin gecə təxminən saat 02 radələrində Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi ilə piyada gedən zaman orada olan evlərdən birində işıq yanmadığını görmüş, bu zaman həmin evdən oğurluq etməyi planlaşdırmışlar. Belə ki, ətrafa boylanıb heç kimin olmadığına və heç kimin onları görmədiyinə tam əmin olduqdan sonra həmin evin hasarına qalxıb həyətə düşmüşlər və həmin həyətdə yerləşən evə yaxınlaşmış, evin plastik pəncrələrindən birini yerdən tapdığı dəmir parçası ilə açıb evə daxil olmuş, evdən 1 ədəd velosiped, 3 ədəd samovar, 1 ədəd qaz peçi, 1 ədəd qızdırıcı soba, 1 ədəd su qızdırıcısı və 1 ədəd qazan dəstini götürüb evdən çölə çıxmış, həyətdən dəqiq uzunluğunu bilmədiyi elektrik kabeli görüb onu da götürmüş, daha sonra oğurladığı əşyaları həyətdən çölə çıxarmışlar və ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra oğurladığı əşyaları götürüb yaşadığı evə gəlmişdirlər. Oğurladığı əşyaları məhəllədə gizlədib evə gedərək yatmış, səhəri gün oğurladığı əşyalardan samovarı Hövsan qəsəbəsində “abidə” deyilən yerin yaxınlığında “Orxan” adlı şəxsə 10 manata satmış, oğurladığı digər əşyaları isə Nizami rayonunda 8-ci km bazarına aparıb orada tanımadığı şəxslərə satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, 16 oktyabr 2021-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs1la birlikdə oğurluq edərək qazanc əldə etmək və öz ehtiyacları ödəmək, həm də narkotik maddə alıb istifadə etmək məqsədilə oğurluq etmək qərarına gəldik. Buna görə də, yaşadıqları evdən çıxıb piyada hərəkət edərək oğurluq edə biləcəyi ev axtarmağa başlamış, həmin gecə təxminən qərarlaşdırdıqları evə boylanıb heç kimin olmadığına və heç kimin onları görmədiyinə tam əmin olduqdan sonra evin hasarına qalxıb həyətə düşmüş və həyətdə yerləşən evə yaxınlaşmış, ev iki mərtəbəli olmuş və evin plastik pəncrələrindən birini yerdən tapdığı dəmir parçası ilə açıb evə daxil olmuşlar. Həmin evdən 1 ədəd drel, 1 ədəd laqonda, 4 ədəd işıq birləşdirici (razetka), 4 ədəd buruqlu vint bağlayan aparat, 1 ədəd tuner, 2 ədəd səsgücləndirici, 1 ədəd mahnı aparatı, 1 ədəd plastik boru birləşdirici ütü, 2 ədəd tava, 10 ədəd plastinka mahnı, 1 ədəd su motoru, 1 ədəd televizor üçün tuner, 1 ədəd su kratı və 1 ədəd plastik su kranı oğurlayıb evdən çölə çıxmışlar. Daha sonra oğurladığı əşyaları həmin həyətdən çölə çıxarmış və ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra oğurladığı əşyaları götürüb yaşadığı evə gəlmiş, oğurladığı əşyaları məhəllədə gizlədib evə gedərək yatmış, səhəri gün oğurladığı əşyaların hamısını Nizami rayonunda 8-ci km bazarına aparıb orada tanımadığı şəxslərə satmış, oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, təxminən bir ildir ki, heroin kimi tanıdığı narkotik maddədən istifadə edir. Narkotik maddəni Bakı şəhərində müxtəlif yerlərdə tanımadığı şəxslərdən əldə edib istitadə edir. 25 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata 1 büküm heroin almış və sonra istifadə etməyi üçün üzərində saxlamış, 26 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı evin qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərmiş və onu narkotik vasitələrinin gəzdirilməsi və istifadəsində şübhəli olduğunu bildirərək onu Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər, razılaşıb onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gəlmiş, 30cu PŞ-də ona hüquq və vəzifələri izah olunduqdan sonra ona dövlət hesabına vəkil təyin edilmiş, daha sonra isə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əvvəlcə ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı yolla əldə etməyi barədə soruşulmuş, həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddəni 25 oktyabr 2021-ci il tarixdə sat 20 radələrində Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manat ödəməklə şəxsi istifadə üçün alıb əldə etdiyini və üzərində saxladığını bildirmiş, bundan sonra həmin bir ədəd büküm götürülərək zərfə qoyulub qablaşdırmış və üzəri özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuş, bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş və hər haıısı bir əşya və ya predmet aşkar edilməmiş və ya götürülməmişdir. Axırda isə üzərində şəxsi axtarış həyata keçirilməsi barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imza olunmuşdur. Məhkəmə habelə Təqsirləndirilən şəxs2 polis işçiləri tərəfindən ona qarşı psixi təzyiq göstərilməsi və məhz bunun nəticəsində polis işçilərinin ona verdiyi narkotik vasitələrin özününki kimi təqdim edərək, etirafedici izahat verməsi barədə müdafiəçisinə xəbər vermək, həmçinin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxarkən məhkəməyə şikayət etmək imkanı olduğu halda, bunları etməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs2 ifadəsini inandırıcı hesab etmir. Bundan başqa yuxarıda qeyd olunanlar məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman video çəkiliş aparılaraq 01 ədəd “DVD” diskdə köçürülmüş video görüntüdən də öz təsdiqini tapır. Təqsirləndirilən şəxs2 fiziki təzyiqin göstərilməsi ilə bağlı məsələdə məhkəmə həmçinin onu da qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 01 iyun 2022-ci il tarixli xx/xx-3027 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 təcridxanaya daxil olarkən üzərində heç bir xəsarət aşkar olunmamışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayət əməllərini qismən etiraf edərək səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələr ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 26 oktyabr 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 oktyabr 2021ci il tarixli qərardan, ünvan 2ci il tarixli, 4(010)-42/2022 saylı, 21 yanvar 2022-ci il tarixli, 4(010)-169/2022 saylı, 18 mart 2022-ci il tarixli, 1(010)-180/2022 saylı, 14 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 26 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 oktyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1ci maddələri ilə ittiham elan edilmiş, ünvan 2ci il tarixli qərarı ilə barəsində əvvəli 26 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-42/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 26 mart 2022-ci il tarixədək uzadılmış, həmin məhkəmənin 4(010)-169/2022 saylı, 18 mart 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 16 aprel 2022-ci il tarixədək uzadılmış, həmin məhkəmənin 1(010)- 180/2022 saylı, 14 aprel 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 26 oktyabr 2021-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,630 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayət əməllərini qismən etiraf edərək səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələr ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 26 oktyabr 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 oktyabr 2021ci il tarixli qərardan, ünvan 3ci il tarixli, 4(010)-41/2022 saylı, 21 yanvar 2022-ci il tarixli, 4(010)-168/2022 saylı, 18 mart 2022-ci il tarixli, 1(010)-180/2022 saylı, 14 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 26 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 oktyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1ci maddələri ilə ittiham elan edilmiş, ünvan 3ci il tarixli qərarı ilə barəsində əvvəli 26 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-41/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 26 mart 2022-ci il tarixədək uzadılmış, həmin məhkəmənin 4(010)-168/2022 saylı, 18 mart 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 16 aprel 2022-ci il tarixədək uzadılmış, həmin məhkəmənin 1(010)- 180/2022 saylı, 14 aprel 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 26 oktyabr 2021-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ayrı-ayırlıqda xalis çəkiləri 0,630 qram və 1,130 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış bir ədəd qaz sobasının və bir ədəd “TERMOlux” markalı su qızdırıcısının Zərərçəkmiş şəxs1, bir ədəd “Neosat” markalı televizor tünerinin zərərçəkmiş şəxs X6 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X6 onlara dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1ci maddələrinə əsasən, iş üzrə materialların məhkəmə ekspertizalarının və məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş, cəmi 213,64 (iki yüz on üç manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 36 (otuz altı) iş saatı üçün 216 (iki yüz on altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 36 (otuz altı) iş saatı üçün 216 (iki yüz on altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 26 oktyabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 26 oktyabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ayrı-ayrılıqda xalis çəkiləri 0,630 qram və 1,130 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd qaz sobasının və bir ədəd “TERMOlux” markalı su qızdırıcısının Zərərçəkmiş şəxs1, bir ədəd “Neosat” markalı televizor tünerinin zərərçəkmiş şəxs X6 qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X6 onlara dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə materialların məhkəmə ekspertizalarının və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş, cəmi 213,64 (iki yüz on üç manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 36 (otuz altı) iş saatı üçün 216 (iki yüz on altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 36 (otuz altı) iş saatı üçün 216 (iki yüz on altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar