Məhkəmə qərarları › İş №1(010)-160/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-160/2020

20.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-160/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, saat 12:30-da, Bakı şəhərində, Təqsirləndirilən şəxs1, xx xxxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Horadiz şəhəri, Azadlıq küçəsi, 34 nömrəli evdə qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2, xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs1 küçəsi, 26A nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə və Təqsirləndirilən şəxs3, xx xxxxxx 1993-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs1 küçəsi, 15/1 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs1 küçəsi, ev 13, mənzil 5A ünvanda yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, qonaq otağında yerləşən künc divanın saxlanc yerindən, içərisində Azərbaycan Respublikası Mərkəzi Bankının valyuta məzənnəsi ilə 17.340 manat ekvivalentində 10.200 ABŞ dolları, 7.500 manat nağd pulu, hər biri 420 manat olmaqla cəmi 9.240 manat dəyərində 22 ədəd 5-lik qızıl sikkələri, 4.200 manat dəyərində “Polyot” markalı, qızıl qolbaqlı, Rusiya istehsalı, kişi qızıl saatını, 7.500 manat dəyərində Rusiya istehsalı olan 01 cüt sırğadan və 01 ədəd üzükdən ibarət brilliant qaşlı qızıl komplekti, 01 ədəd 200 manat dəyərində “Sony” markalı rəqəmsal fotoaparatı, 01 ədəd 140 manat dəyərində “Samsung” markalı, “SM-A600” modelli mobil telefonu, 01 ədəd 10 manat dəyərində “Toshiba” markalı noutbuk çantasını, adaptoru ilə birlikdə 01 ədəd 80 manat dəyərində “HP 625” markalı noutbuku gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 46.210 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, xx xxxx 2020-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs1 küçəsi, ev 13, mənzil 5A ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub həyətdə olan “Skaz Autohouse” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Skoda Fabia” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmışlar, həmçinin “Skoda Fabia” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobildə olan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 120 manat dəyərində “DERA 3P” markalı, “DK30L” modelli hava kompressorunu, 01 ədəd 25 manat dəyərində üzərində “VİGEX Pofessional Quality” sözləri yazılmış direli, 01 ədəd 120 manat dəyərində “DERA” markalı, “DK2185B” modelli elektrik mişarı, 01 ədəd 60 manat dəyərində “KEN” markalı, “9925D” modelli laqondanı, 01 ədəd 30 manat dəyərində “BOSCH” markalı, “PST 650” modelli elektrik lobziki, 01 ədəd 30 manat dəyərində “Viktor” markalı, “CRS - 125E” modelli “şkurka” aparatını, 01 ədəd 80 manat dəyərində “DERA” markalı, “DK312C” modelli təmir tikinti avadanlığı – elektrik rəndəni, 01 ədəd 60 manat dəyərində “Royce RFS-1400” markalı elektrik cilalayıcını, 01 ədəd 20 manat dəyərində “Brand Nailer F30” markalı təmir tikinti avadanlığını, 01 ədəd 270 manat dəyərində elektrik vintaçanı gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 815 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs3 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs1 küçəsi, ev 13, mənzil 5A ünvanda yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, qonaq otağında yerləşən künc divanın saxlanc yerindən, içərisində Azərbaycan Respublikası Mərkəzi Bankının valyuta məzənnəsi ilə 17.340 manat ekvivalentində 10.200 ABŞ dolları, 7.500 manat nağd pulu, hər biri 420 manat olmaqla cəmi 9.240 manat dəyərində 22 ədəd 5-lik qızıl sikkələri, 4.200 manat dəyərində “Polyot” markalı, qızıl qolbaqlı, Rusiya istehsalı, kişi qızıl saatını, 7.500 manat dəyərində Rusiya istehsalı olan 01 cüt sırğadan və 01 ədəd üzükdən ibarət brilliant qaşlı qızıl komplekti, 01 ədəd 200 manat dəyərində “Sony” markalı rəqəmsal fotoaparatı, 01 ədəd 140 manat dəyərində “Samsung” markalı, “SM-A600” modelli mobil telefonu, 01 ədəd 10 manat dəyərində “Toshiba” markalı noutbuk çantasını, adaptoru ilə birlikdə 01 ədəd 80 manat dəyərində “HP 625” markalı noutbuku gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 46.210 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində Hakim və Gündüzlə söhbət edən zaman sonuncu Fuadın yaşadığı evdə heç kimin olmadığını, ev sakinlərinin xx xxxx 2020-ci il tarixədək evdə olmayacaqlarını, həmçinin evdə nağd pulun və qızı-zinət əşyaların olması barədə dəqiq məlumatının olduğunu bildirib oradan oğurluq etməyi təklif etmişdir. Həmin vaxt onlar Gündüzün təklifi ilə razılaşmışlar, lakin sonradan Hakim oğurluq etməkdən imtina edərək çıxıb getmiş və onlara da oğurluq etməməyi məsləhət görmüşdür. Bundan sonra razılaşdıqları kimi Gündüz, gəlib-gedən olacağı təqdirdə məlumat vermək məqsədilə onu oğurluq edəcəkləri evin yaxınlığında gözləmiş, özü isə hasardan aşaraq həmin evin həyətinə keçmiş, evin hamam otağının nəfəsliyi açıq olduğundan oradan evə daxil olmuşdur. Evə daxil olub yataq otağına keçmiş və orada yerləşən paltar dolabının ikinci siyirməsindən qızılı və gümüşü rəngdə olan zinət əşyalarını götürmüşdür. Həmin otaqdan çıxıb uşaq otağına keçmiş, masanın üzərində olan ekranı sınmış bir ədəd “Samsung” markalı mobil telefonu və tumbadan bir ədəd kəlbətini götürüb cibinə qoymuşdur. Oradan qonaq otağına keçib şkaflara baxmış, lakin heç nə tapa bilmədiyi üçün künc divanın saxlanc yerini açmış və ilkin olaraq gözünə noutbuk çantası dəymişdir. Açıb baxdıqda çantada adaptoru ilə birlikdə noutbuk olduğunu görmüşdür. Həmin yerdən tapdığı “Sony” markalı fotoaparatı, habelə cibindəki mobil telefonu noutbuk olan çanatanın içərisinə qoymuşdur. Bundan başqa, həmin yerdə olan sellofan torbanı açarkən, torbanın içərisindən sikkələrin bir neçəsi divanın içərisinə düşmüşdür. Qaranlıq olduğundan, evdə alışqanın işığı ilə hərəkət etdiyindən yerə düşmüş sikkələri axtarmamış, sellofanda qalan sikkə və qızılları masanın üzərindən götürdüyü salfet kağızına büküb onları da noutbuk çantasının içərisinə qoymuşdur. Bundan sonra evin dəhlizinə keçib orada olan şkafın üzərindən evin həyətində olan “Skoda” markalı avtomobilin açarını götürüb evdən çıxmış, əvvəlcə noutbuk çantasını hasarın üzərindən küçəyə tullamış, daha sonra isə özü hasarı aşaraq evin həyətyanı sahəsini tərk etmişdir. Həmin vaxt, oğurluq etdikləri evin yaxınlığında yaşayan Hakimin, yaşadığı evin pəncərəsindən Gündüzlə söhbət etdiyini görüb onlara yaxınlaşmış və Gündüzün, oğurluq etdiklərini Hakimə dediyini öyrənmişdir. Həmin vaxt kənar şəxslərin görüb şübhələnməmələri üçün Gündüzün təklifi ilə noutbuk çantasını, içərisində olan əşyalarla birlikdə Hakimə vermişdir. Bundan sonra Gündüzlə birlikdə sonuncunun yaşadığı evə getmiş, orada Gündüzə hansı əşyaları oğurladığını, habelə evin həyətində olan avtomobilin açarını da götürdüyünü demiş və birlikdə gedib həmin avtomobili qaçırmağı təklif etmişdir. Gündüz də onunla razılaşmış və onlar xx xxxx 2020-ci il tarixdə, saat 02 radələrində həmin ünvana getmişlər, Gündüz yenə də evin yaxınlığında dayanıb gözləmiş, özü isə hasardan həyətə keçərək darvazanı açıb avtomobili sürüb həyətdən çıxartmışdır. Gündüz avtomobilə əyəlşikdən sonra birlikdə onun yaşadığı evə gəlmişlər, avtomobili evin yaxınlığında saxlamış, avtomobilin açarını isə yerdə olan lyukun altında gizlətmişdir. Gündüzün yaşadığı evdə olduqları zaman Gündüz sinif yoldaşları Sənana zəng edib ona, birlikdə avtomobillə gəzməyi təklif etmişdir. Gedib Sənanı götürdükdən sonra yolda Sənan avtomobilin kimə məxsus olmasını soruşmuş, həmin vaxt Sənana yalandan demişdir ki, avtomobil əmisinindir. Səhərə yaxın Sənanı evlərində düşürdüb, evə getmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 13 radələrində Hakimin yanına getmiş, söhbət zamanı Hakim, qızıl-zinət əşyalarının üzərində əyarlarının olmadığını, onların bujiteriya olduğunu bildirmişdir. Habelə Hakim və Gündüz noutbuk, telefon və fotoaparatı aparıb Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında telefon mağazasında satacaqlarını demişlər. Təxminən 1 saat Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 232 saylı orta məktəbin qarşısında gözlədikdən sonra Gündüz taksi ilə onun yanına gəlmiş və bildirmişdir ki, qızıl-zinət zənn etdikləri əşyalar əslində bujiteriya olduqları üçün onları tullamışlar, fotoaparatı, noutbuku və telefonu isə ümumilikdə 10 manata satmışlar, həmin puldan 04 manat taksiyə vermiş və onda cəmi 06 manat pul qalmışdır. Həmin vaxt Gündüzə, dediklərinə inanmadığını, yalan danışdıqlarını deyib 06 manatı da götürməkdən imtina edib oradan çıxıb getmişdir. Pula ehtiyacı olduğu üçün qaçırdıqları avtomobildə olan təmir tikinti aparatlarını satmaq qərarına gəlmişdir. Buna görə də sözügedən avtomobilin açarını gedib gizlətdiyi yerdən götürmək istəsə də, lakin açarı yerində tapa bilməmişdir. xx xxxx 2020-ci il tarixdə Gündüz çox əminliklə Fuadın evində qızıl-zinət əşyalarının və nəğd pulun olduğunu bildirib yenidən evə girməyi təklif etmişdir. O, isə evdə qaçırdıqları avtomobilin ehtiyyat açarlarının olacağını düşünüb, məhz açarı götürmək niyyəti ilə yenidən evə daxil olmağa razılıq vermişdir. Həmin günü saat 20 radələrində Sənana idarə etdiyi avtomobilin açarını itirdiyini, əmisinin evinə gedib avtomobilin ehtiyyat açarını axtarıb tapmaqda ona köməklik etməsini xahiş etmişdir. Sənan onun təklifi ilə razılaşmış və onlar birlikdə zərərçəkmiş şəxs Fuadın yaşadığı unvana gedib, evin açıq darvazasından həyətə daxil olmuşlar. Gündüz isə həmin vaxt valideynlərinin evdə olduğunu əsas gətirərək yaşadığı evə getmişdir. Həyətə daxil olduqdan sonra Sənanla birlikdə evə girmişlər, Sənan əvvəlcə uşaq otağına, sonra isə evin qonaq otağında olan künc divanın saxlanc yerinə baxmışdır. Sənana həmin yerə baxdığını orada heç nə olmadığını demiş, sonradan isə Sənana fikir verməyərək yalnız avtomobilin açarlarını axtarmış, lakin ehtiyyat açarı tapa bilməmişdir. Sənan evdən bıçaq və bir qutu “Pall Mall” siqareti tapdığını deyib siqaret çəkməyi təklif etmişdir. Buna etiraz etməsinə baxmayaraq Sənan həm evdə, həm də həyətdə həmin siqaretin təxminən 2-3 ədədini çəkib kötüyünü yerə atmışdır. Bundan sonra hamamın pəncərəsindən çıxıb darvazanı bağlayıb hasardan tullanmaq istəsə də, Sənan buna razı olmamış, buna görə də məcbur olub darvazadan çıxmışlar, bu zaman darvazanı tam bağlaya bilməmişlər. Evdən bir qədər aralandıqda Gündüzü görmüşlər, Gündüz evdən nə oğurladıqlarını soruşduqda, sonuncuya heç nə oğurlamadıqlarını demişdir. Bundan sonra Gündüz, qaçırdıqları avtomobilin açarını ona verib bildirmişdir ki, açarı həyətlərindəki tikilidə kirayəşin yaşayan şəxs tapıb ona vermişdir. Gündüzün sözlərinə inanmasa da ona heç nə demədən açarı götürmüş və birlikdə avtomobili saxladığı yerə getmişlər. Bir qədər qəsəbədə avtomobili idarə etdikdən sonra Gündüzü və Sənanı düşürdüb yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə getmiş, avtomobili isə yaşadığı evin yaxınlığında saxlamışdır. Səhəri gün yalandan qardaşı İbrahimə, işlədiyi avtoyuma məntəqəsində aldığı əmək haqqını iş yoldaşına borc verdiyini, sonuncunun borcunu qaytara bilmədiyini, borcun əvəzi qismində avtomobilin saxlanc yerində olan əşyaları ona verdiyini demişdir. Qardaşı İbrahim avtomobilin kimə məxsus olduğunu soruşduqda isə yenə də yalandan ona, avtomobilin güya Rəşad adlı dostunun olduğunu demişdir. xx xxxx 2020-ci il tarixdə qardaşı İbrahimlə birlikdə gedib Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən avtomobillərə texniki xidmət göstərən sexlərinin birinə yaxınlaşıb, əvvəllər tanımadığı, adını sonradan bildiyi Şirxan adlı avtomobil ustasına qeyd etdiyi əşyaları 200 manata satmış, sonuncuya həmin əşyaların oğurluq olmadığını, özünə məxsus olduğunu bildirmişdir. Həmin 200 manat pulun 50 manatına avtomobilin sıradan çıxımış təkərini təmir etdirmiş, 150 manat pulu isə əmək haqqı adı ilə evə vermişdir. Təqsirləndirilən şəxs1 həmçinin bildirdi ki, Gündüzün ifadəsində göstərdikləri yalandır, törətmiş olduğu cinayət hadisəsinin təşkilatçısı məhz Gündüz olmuşdur. Hakim və Gündüz oğurluqdan sonra öz aralarında plan cızıb onun oğurladığı əşyaları satmışlar, əldə edilmiş puldan isə ona heçnə verməmişlər. Fuadın evindən oğurluq edərkən orada nağd pul görməmiş, bundan ümumiyyətlə xəbəri olmamışdır. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş hüquqi şəxs “Skaz Autohouse” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanı isə maddi imkanı olmadığına görə ödəyə bilmədiyini bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə yaşadığı evin yaxınlığında İsmayılla bir az söhbət etdikdən İsmayılın təklifi ilə siqaret almaq üçün mağazaya getmişlər, mağazaya çatdıqda İsmayıl 5-10 dəqiqəyə qayıdacağını deyib harasa getmiş, ondan isə mağazanın qarşısında gözləməsini xahiş etmişdir. Həmin vaxt İsmayıl ona hara gedəcəyini deməmişdir. O, mağazadan siqaret alıb çıxdıqdan sonra mağazanın qarşısında təxminən 20 dəqiqə gözləmiş, İsmayılın qayıtmadığını görüb yaşadığı evə getmişdir. xx xxxx 2020ci il tarixdə, saat 19 radələrində İsmayılla görüşmüş, həmin vaxt İsmayılın “Skoda” markalı avtomobili idarə etdiyini görüb ondan avtomobilin kimə məxsus olduğunu soruşmuş, cavabında İsmayıl idarə etdiyi avtomobilin əmisinin olduğunu bildirib ona avtomobillə gəzməyi təklif etmişdir. Avtomobildə söhbət edən zaman İsmayıl, Fuadın yaşadığı evdən noutbuk, fotoaparat və telefon oğurladığını, onları Hakimə verdiyini demişdir. O, həmin oğurlanmış əşyaları görməmiş, həmin əşyaları satmaq üçün Hakimlə birlikdə Bakı şəhərində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığına getməmiş, həmin əşyaların satılmasına hər hansı bir formada köməklik etməmişdir. Bundan əvvəl vermiş olduğu ifadələrdə qeyd olunanlar onun ifadəsi deyildir. Həmin ifadə saxtadır, həmçinin ifadəsi alınan zaman vəkillə təmin olunmamış, ilkin ifadəsində müstəntiq tərəfindən yazılanlara diqqət yetirməyərək imzalamışdır. İsmayılın, Fuadın evinə girməsindən və oradan oğurluq etməsindən sonradan məlumatı olmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin göstərdi ki, oğurluq hadisəsindən 4-5 gün əvvəl Fuadın oğlu Muhəmməddən aldığı gümüş üzüyü qaytarmaq məqsədi ilə ona zəng etmişdir. Muhəmməd isə Mingəçevir şəhərində olduğunu bildirib, ondan üzüyü qonşuluqdakı mağazaya verməsini xahiş etmişdir. Muhəmmədlə telefonla danışarkən İsmayıl yanında olmuş, ondan kiminlə danışdığını soruşduqda, İsmayıla Muhəmmədlə danışdığını demişdir. Buna görə də hesab edir ki, Muhəmmədin və onun ailə üzvlərinin evdə olmadıqlarını Hakimə məhz İsmayıl demişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayıt məsuliyyətindən yayınmaq məqsədilə yalan ifadələr verirlər. Halbuki, oğurluq hadisəsini Hakimin təşkilatçılığı ilə İsmayıl tək törətmişdir. Sonda Təqsirləndirilən şəxs2 məhkəmədən təqsirinin olmadığına görə cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Gündüzlə məhəllə uşağı kimi normal münasibəti olmuş, İsmayılı Gündüzün vasitəsi ilə tanımış, Sənanı isə yalnız üzdən tanıyır. Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır, sonuncu ilə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxx 2020ci il tarixdə, saat 21 radələrində Gündüzlə məhəllədə söhbət edərkən sonuncu ona, Fuadın oğlu Muhəmmədlə telefonla danışdığını, sonuncunun ailəsi ilə birlikdə Mingəçevir şəhərində olduqlarını, evlərində heç kimin olmadığını, buna görə də İsmayılı oğurluq etmək üçün həmin evə göndərmək istədiyini demişdir. Bir qədər sonra İsmayıl onların yanına gəlmiş, söhbət zamanı sonuncu sözü gedən evdən oğurluq etməyəcəyini bildirmişdir. Həmin vaxt əvvəlcə özü oğurluq etməyə razılıq versə də, lakin sonradan bu fikrindən daşınmış və yaşadığı evə getmişdir. Həmin günü saat 22 radələrində Gündüz onun yatdığı otağın pəncərəsini döymüş, pəncərəyə çıxdıqda Gündüz, İsmayılın oğurluq etmək üçün Fuadın evinə girdiyini demiş, bundan həyacanlanaraq Gündüzə niyə bunu etdiklərini deyib ona öz iradını bildirmişdir. Gündüzlə söhbət etdiyi zaman İsmayılın əvvəlcə Fuadın yaşadığı evin hasarında qara çantanı atdığını, daha sonra isə özünün hasardan tullandığını görmüşdür. İsmayıl həmin qara çantanı götürüb onlara tərəf gələrkən Gündüzə, gecə vaxtı əllərində çanta ilə gedəcəkləri təqdirdə şübhə doğuracaqlarını, yaxalana biləcəklərini deyib həmin çantanın ona verilməsini istəmişdir. Bundan sonra Gündüzün təklifi ilə İsmayıl çantanı ona vermiş və bildirmişdir ki, çantada bir ədəd noutbuk, bir ədəd fotoaparat, bir ədəd mobil telefon, qızıl zinət əşyaları var. Habelə İsmayıl cibindən bir ədəd kəlbətini çıxardıb ona vermiş və Gündüzlə birlikdə çıxıb getmişdir. Otağında çantaya baxan orada həqiqətən də bir ədəd noutbukun, bir ədəd fotoaparatın, bir ədəd mobil telefonun olduğunu görmüş, lakin İsmayılın qızıl-zinət hesab etdiyi əşyaların üzərində əyyar olmadığından həmin əşyaların bujiteriya olduğunu zənn etmişdir. Səhəri gün, yəni xx xxxx 2020-ci il tarixdə, təxminən saat 13-14 radələrində İsmayıl və Gündüzlə görüşmüş, söhbət zamanı sonuncular Fuadın yaşadığı evin həyətindən “Skoda” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili də qaçırtdıqlarını bildirdikdə onlara, bunu nahaq yerə etdiklərini, avtomobilin qaçırılmasının onların polis əməkdaşları tərəfindən yaxalanmalarını sürətləndirəcəyini demişdir. Habelə İsmayılla və Gündüzə həmin əşyaları Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığındakı mağazaların birində satmağı təklif etmiş və qərara gəlmişlər ki, oğurlanmış əşyaları satmağa Gündüzlə birlikdə getsinlər, İsmayıl isə mağazada şübhə yaratmamaq üçün gəlməsin. Bundan sonra Gündüzlə birlikdə gedib qeyd etdiyi yerdə noutbuku 30 manat satmışlar, fotoaparatı isə sata bilməmişlər. Noutbuk çantasını və mobil telefonu ümumiyyətlə satmaq üçün aparmamışdır. Üzərində olan salfet kağızına bükülmüş, İsmayılın qızı-zinət zənn edib oğurladığı əşyaları mağazadan çıxdıqdan sonra zibil qutusuna atmışdır. Noutbukun satışından əldə etdikləri 30 manat pulun 20 manatını özünə götürmüş, Gündüzə isə bir daha avtomobili nahaq yerə qaçırıtdıqlarını bildirmiş və avtomobildə olan onlara aid əl izlərini itirmək üçün onu yandırmalarını tövsiyyə etmişdir. Lakin sonradan zərəçəkmişə vurulmuş ziyanın daha da çox olacağını və gələcəkdə onlara daha ağır cəza veriləcəyini düşünüb həmin fikrindən vaz keçmiş və Gündüzə avtomobili avtoyuma məntəqəsinə aparıb yuduzdurmalarını məsləhət görmüşdür. Bundan sonra Gündüzə taksi çağırmış və sonuncu çıxıb getmişdir. Özü isə bir qədər metronun “Neftçilər” stansiyasının yaxınlığında gəzib dönər yemiş və yaşadığı evə qayıtmışdır. Təqsirləndirilən şəxs3 həmçinin göstərdi ki, sonradan Sənanla İsmayılın yenidən oğurluq etmək niyyəti ilə Fuadın yaşadığı evə daxil olmalarından məlumatı olmamışdır. Gündüzün ifadəsində göstərdikləri yalandır, yəni oğurluq cinayətinin təşkilatçısı məhz Gündüzdür. Belə ki, Gündüz, evin sahibi Fuadın oğlu Muhəmmədlə danışıb evdə heç kimin olmadığını müəyyən etdikdən sonra onlara oğurluq etməyi təklif etmişdir. Sonda Təqsirləndirilən şəxs3 oğurluq yolu ilə əldə edildiyini bilə-bilə qeyd etdiyi əşyaları aparıb satmağından səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, Zərərçəkmiş şəxs, zərərçəkmiş hüquqi şəxs “Skaz Autohouse” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsirləri, aşağıda göstərilən sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs1 özünün etiraf edici ifadəsi ilə təsdiq edilir. Təqsirləndirilən şəxs3 isə törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmamışdır və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə deyil, həmin Məcəllənin 194.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə Mingəçevir şəhərinə getmiş, orada olduğu ərəfədə oğluna tanışı zəng edib Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs1 küçəsi, ev 13, mənzil 5A ünvanda yerləşən fərdi yaşayış evlərinin giriş darvazasının açıq olduğunu, həyətdə saxladıqları avtomobilin isə yerində olmadığını bildirmişdir. Buna görə də o, xx xxxx 2020ci il tarixdə ögey qardaşı ilə birlikdə Bakı şəhərinə yaşadığı evə qayıtmış və ilkin olaraq həqiqətən də yaşadığı evin giriş darvazasının açıq vəziyyətdə oluğunu, evin həyətində saxladığı “Skaz Autohouse” Məhdud Məsuliyyətli Cəmiyyətində lizinqdə olan, 9.000 manat ilkin ödəniş, 06 ay ərzində isə ümumilikdə 4.446 manat ödəniş etdiyi “Skoda Fabia” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilinin qaçırıldığını, sonradan isə polis əməkdaşalarının iştirakı ilə evə baxış keçirilən zaman həmçinin evin dağıdılaraq yararsız hala salındığını, qonaq otağında yerləşən künc divanın saxlanc yerində saxladığı 10.200 ABŞ dolları, 7.500 manat pulun, hər birinin dəyəri 420 manat olan 22 ədəd beşlik qızıl sikkələrin, 4.200 manat dəyərində qızıl qolbaqlı kişi üçün nəzərdə tutulmuş qızıl saatın və 7.500 manat dəyərində Rusiya istehsalı olan brilliant qaşlı qızıl komplektin (01 cüt sırğa və 01 ədəd üzük) olan pul kisəsinin, 01 ədəd 200 manat dəyərində “Sony” markalı rəqəmsal fotoaparatın, 01 ədəd 140 manat dəyərində “Samsung” markalı mobil telefonun, 01 ədəd 10 manat dəyərində “Toshiba” markalı noutbuk çantasının, adaptoru ilə birlikdə 01 ədəd 80 manat dəyərində “HP 625” markalı noutbukun oğurlandığını aşkar etmişdir. Avtomobili polis əməkdaşları tərəfindən aşakr edilərək ona qayarıldıqdan sonra, həmin avtomobilin saxlanc yerindən ona məxsus 01 ədəd 120 manat dəyərində “DERA 3P” markalı hava kompressorunun, 01 ədəd 25 manat dəyərində üzərində “VİGEX Pofessional Quality” sözləri yazılmış direlin, 01 ədəd 120 manat dəyərində “DERA” markalı elektrik mişarın, 01 ədəd 60 manat dəyərində “KEN” markalı laqondanın, 01 ədəd 30 manat dəyərində “BOSCH” markalı elektrik lobzikin, 01 ədəd 30 manat dəyərində “Viktor” markalı “şkurka” aparatının, 01 ədəd 80 manat dəyərində “DERA” markalı təmir tikinti avadanlığı – elektrik rəndənin, 01 ədəd 60 manat dəyərində “Royce RFS-1400” markalı elektrik cilalayıcının, 01 ədəd 20 manat dəyərində “Brand Nailer F30” markalı təmir tikinti avadanlığının, 01 ədəd 270 manat dəyərində elektrik vintaçanın da oğurlandığını müəyyən etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 47.025 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona vurulmuş maddi ziyanın halhazıradək ödənilmədiyinə görə təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirdi. xx xxxxxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş hüquqi şəxs “Skaz Autohouse” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə göstərmişdir ki, “Skaz Autohouse” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Zərərçəkmiş şəxs arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs ümumi dəyəri 34.335 manat müəyyən edilmiş “Skoda Fabia” markalı avtomobili, 7.659 manat məbləğində ilkin ödəniş etməklə, qalıq 26.676 manat məbləğində vəsaiti isə xx xxxxxxx 2019-cu il tarixdən etibarən 36 ay müddətinə, hər ay 741 manat ödəmək şərti ilə əldə etmişdir. xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs “Skaz Autohouse” Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verərək şirkətdən lizinq müqaviləsinə əsasən əldə etdiyi, texniki şəhadətnamə ilə “Skaz Autohouse” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan və yol vərəqəsi əsasında idarə etdiyi “Skoda Fabia” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs1 küçəsi, ev 13, mənzil 5A ünvanından naməlum şəraitdə qaçırıldığını, avtomobili qaçırmış şəxslərin polis əməkdaşalrı tərəfindən tutulduqlarını, avtomobilin isə geri qaytarıldığını bildirmişdir. Sözügedən avtomobili qaçırtmış şəxslər avtomobilin detal və hissələrini zədələyərək “Skaz Autohouse” Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 4.205 manat məbləğində maddi ziyan vurmuşlar. Sonda Nümayəndə cinayət əməli nəticəsində hüquqlarını təmsil etdiyi “Skaz Autohouse” Məhdud Məsuliyyətli Cəmiyyətinə vurulmuş maddi ziyan sığorta şirkəti tərəfindən ödənilmişdir. Şahid qismində dindirilmiş Şahid1 məhkəmədə göstərdi ki, ünvan 2 ünvanda, metronun “Neftçilər” stansiyasının yaxınlığında mobil telefonların alqı-satqı mağazasını icarə əsasında işlədir. Təqsirləndirilən şəxs3 uzun müddətdir tanıyır, belə ki, sonuncu ilə birlikdə Bakı şəhərində yerləşən 232 saylı tam orta məktəbdə oxumuşlar. Hakim onun mobil telefon mağazasında işlədiyini bilmiş, əvvəllər ondan mobil telefonuna aksesuarlar almışdır. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında Hakim onun işiədiyi mağazaya gəlib özünə məxsus olan, lakin işləməyən 01 ədəd “HP” markalı noutbuku adaptoru ilə birlikdə ehtiyyat hissəsi kimi satmaq istədiyini demişdir. Hakimin satmaq istədiyi noutbukun həqiqətən də işləmədiyini, hətta bir neçə düyməsinin olmadığını görüb onu ehtiyyat hissəsi kimi 30 manata ala biləcəyini bildirmiş və Hakim onun təklifi ilə razılaşmışdır. Bundan sonra Hakimin şəxsiyyət vəsiqəsinin surətini alıb Hakimə 30 manat pul vermişdir. Hakimlə birlikdə mağazadan çıxarkən küçədə adının Gündüz olduğunu bildiyi şəxsin Hakimi gözlədiyini görmüşdür. Sonradan məlum olmuşdur ki, Hakimin ona satdığı noutbuk oğurluq olmuş, sonuncu noutbukun özünə məxsus olduğunu bildirməklə onu aldatmışdır. Həmin vaxt Gündüzün və ya Hakimin əlində qızıl-zinət əşyası görməmişdir. Şahid qismində dindirilmiş Şahid2 məhkəmədə göstərdi ki, Gürcüstan vətəndaşı olsa da uşaqlıqdan Bakı şəhərində yaşayır, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Qartal” heykəlinin yaxınlığında olan sexdə avtomobil təmiri ilə məşğul olur. xx xxxx 2020-ci il tarixdə, saat 17 radələrində təxminən 20 yaşlarında olan əvvəllər tanımadığı iki nəfər onun iş yerinə gəlib Bakı şəhəri, Suraxanı rayonu ərazisində usta işlədiklərini, işlədikləri sex bağlandığı üçün sexdə istifadə etdikləri tikinti avadanlıqlarını satdıqlarını bildirmişlər. Bundan sonra həmin şəxslər harasa gedib bir ədəd hava kompressoru, elektrik mişar, şlifovka üçün aparat və frez aparatı gətirmişlər. Həmin şəxslərdən satdıqları əşyaların oğurluq olub-olmadığını soruşmuş, sonuncular ona əşyaların oğurluq olmadığını bildirmişlər. Məhz bundan sonra qeyd etdiyi əşyaları 100 manata alacağı barədə həmin şəxslərlə razılaşmış, eyni zamanda onlardan şəxsiyyət vəsiqəsini istəmişdir. Buna görə də həmin şəxslərdən biri, soyadı, adı, atasının adı sonradan ona məlum olan Şahid3 öz şəxsiyyət vəsiqəsini ona tədim etmiş və o, həmin şəxsiyyət vəsiqəsini şəklini çəkmişdir. Həmçinin həmin şəxslərin özlərinin də şəklini çəkib telefonunda saxlamışdır. Bundan sonra onlar yenə tikinti avadanlıqları olduğunu deyərək gedib elektron şkurka aparatı, lobzik, hava ilə mismarvuran, drel və kompressorun rezin borusunu gətirmişlər və həmin əşyaları da 100 manata alacağı barədə razılığa gəlmişlər və bütün əşyalara ümumilikdə 200 manat pul vermişdir. Sonradan həmin şəxsləri bir daha görməmişdir. Aldığı tikinti əşyaları isə işlədiyi sexdə saxlamışdır. xx xxxx 2020-ci il tarixdə həmin şəxslərdən biri polis əməkdaşları ilə onun iş yerinə gəlmiş, polis əməkdaşları həmin şəxslərin ona satdığı əşyaların hamısının oğurluq olduğunu bildirmişdir. Buna görə də aldığı əşyaların hamısını polis əməkdaşlarına təqdim etmişdir. Şahid qismində dindirilmiş Şahid3 məhkəmədə göstərdi ki, qardaşı İsmayıl təxminən 13-xx xxxx 2020-ci il tarixdə, saat 02 radələrində, “Skoda Fabia” markalı avtomobillə, həmin ərəfələrdə ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Qartal” heykəli adlanan yerin yaxınlığında kirayə yaşadıqları evə gəlmişdir. İsmayıldan idarə etdiyi avtomobil barədə soruşduqda İsmayıl, avtomobilin Rəşad adlı dostuna məxsus olduğunu, avtomobili sonuncudan, iş yerindən ona əmək haqqı əvəzi verilmiş tikinti alətlərini evə gətirmək üçün müvəqqəti aldığını bildirmişdir. İsmayılın gətirdiyi tikinti alətlərini, sonuncu ilə birlikdə xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən avtomobil təmiri sexlərinin birinə aparmışlar, orada işləyən əvvəllər tanımadıqları avtomobil ustasına yaxınlaşıb həmin əşyaları satmaq istədiklərini bildirmişlər. Həmin əşyaların oğurluq deyil, həqiqətən də əmək haqqı əvəzinə qardaşı İsmayıla verildiyinə inandığı üçün əşyaları satmaq istədikləri şəxs əşyaların oğurluq olub-olmadığını soruşduqda sonuncuya arxayın şəkildə həmin tikinti materialları onlara məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs tikinti alətlərini 200 manata onlardan almışdır. Həmin pulun 50 manatına yuxarıda qeyd etdiyi avtomobilin sıradan çıxmış təkərlərini təmir etdirmişlər, qalan 150 manat pulu isə ailələrinin şəxsi ehtiyaclarına xərcləmişlər. Həmin əşların oğurluq olduğunu bilməmiş, qardaşı İsmayıl həmin tikinti materiallarının əmək haqqı əvəzinə aldığını deməklə onu aldatmışdır. Məhkəmədə qanunu nümayəndəsi X5 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmamış Şahid4 göstərdi ki, hazırda Bakı şəhərində yerləşən 226 saylı orta məktəbin doqquzuncu sinfində oxuyur. Gündüz və Hakim onun yaşadığı evin qonşuluğunda yaşayırlar. xx xxxx 2020-ci il tarixdə, saat 12-13 radələrində atası Fuadla birlikdə qardaşı Tural və bacısı Xədicənin hazırda yaşadıqları Mingəçevir şəhərinə getmişdir. Həmin ərəfələrdə anası Sevinc isə, babası Məhərrəmin Bakı şəhərindəki yaşadığı evdə olmuşdur. Mingəçevir şəhərində olduğu zaman qonşuluğunda yaşayan Gündüz ona zəng edib harada olduğunu, evə nə vaxt qayıdacağını soruşmuşdur. Gündüzə atası ilə birlikdə Mingəçevir şəhərinə getdiyini, bir neçə gün orada olacaqlarını bildirmişdir. Bundan sonra Gündüz bir neçə dəfə “Whatsapp” vasitəsilə ona yazaraq yaşadıqları evə nə vaxt qayıdacaqlarını bir daha soruşmuş, həmin vaxtı sonuncuya təxminən xx xxxx 2020-ci il tarixdə qayıdacaqlarını bildirmişdir. Sonradan tanışı ona zəng edib Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs1 küçəsi, ev 13, mənzil 5A ünvanda yerləşən fərdi yaşayış evlərinin giriş darvazasının açıq olduğunu, həyətdə saxladıqları avtomobilin isə yerində olmadığını bildirmişdir. O, bu barədə atasına məlumat vermiş və sonuncu, qardaşı ilə birlikdə Bakı şəhərinə yaşadıqları evə qayıtmışdır. O isə, bacısı Xədicə ilə birlikdə bir qədər sonra Bakı şəhərinə gəlmiş və ona məlum olmuşdur ki, Gündüz, İsmayıl və Hakim adlı tanıdığı şəxslər yaşadıqları evdən oğurluq etmişlər. Həmin vaxt həmçinin məlum olmuşdur ki, Gündüz məhz onların yaşadıqları evdən oğuluq etmək istədiyinə görə onun və ailə üzvlərinin Mingəçevir şəhərindən Bakı şəhərinə nə vaxt qayıdacaqlarını soruşmuşdur. Oğurluq hadisəsi baş verdikdən sonra istifadəsində olan mobil telefonunu tanımadığı şəxsə satdığına görə Gündüzün “Whatsapp” vasitəsilə ona yazdıqlarını istintaqa təqdim edə bilməmişdir. Şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qonşuluqda yaşayır. xx xxxx 2020-ci il tarixdə, saat 00:30 radələrində Gündüz zəng edib ondan harada olduğunu soruşmuş, Gündüzə yaşadığı evdə olduğunu bildirmişdir. Gündüz İsmayılla birlikdə yaşadığı məhəllədə olduğunu deyərək onu həyətə çağırmışdır. Gündüzün təklifi ilə həyətə çıxmış və Gündüzlə İsmayılın, sonuncunun idarə etdiyi markasını bilmədiyi xarici markalı avtomobillə gəldiklərini görmüşdür. Onların təklifi ilə avtomobilə əyləşmiş, İsmayılın avtomobilinin olmadığını bildiyinə görə ondan avtomobilin kimə məxsus olduğunu soruşmuş, İsmayıl həmin avtomobilin əmisinə məxsus olduğunu, sonuncunun avtomobilini idarə etmək üçün ona verdiyini demişdir. Bundan sonra onlar birlikdə həmin avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı və Qaraçuxur qəsəbələri ərazisində gəzərkən avtomobilin arxa sol təkəri boşaldığı üçün Suraxanı qəsəbəsində dəqiq xatırlamadığı yerdə həmin təkəri ehtiyat təkərlə əvəz etmişlər. Həmin günü saat 04 radələrində İsmayıl onu yaşadığı evin yaxınlığında düşürdüb getmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 21 radələrində Gündüz yenə də ona zəng edib yaşadığı evin qarşısında olduğunu bildirib həyətə çağırmışdır. Evdən çıxdıqda İsmayılın yenə də həmin avtomobili idarə etdiyini, Gündüzün isə qabaq sərnişin oturacağında əyləşdiyini görmüşdür. Arxa sərnişin oturacaqda əyləşdikdən sonra həmin günü saat 00:30 radələrinə kimi Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində avtomobillə gəzmişlər, bundan sonra isə yaşadığı evin yaxınlığında avtomobildən düşüb evinə getmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 18 radələrində İsmayıl ona, idarə etdiyi avtomobilin açarını itirdiyini, əmisinin evinə gedib avtomobilin ehtiyyat açarını axtarıb tapmaqda ona köməklik etməsini xahiş etmişdir. İsmayılın təklifi ilə razılaşmış və onlar birlikdə İsmayılın idarə etdiyi avtomobilin ehtiyyat açarını tapmaq məqsədi ilə sonuncunun əmisinin olduğunu düşündüyü evə gedib açıq darvazadan fərdi yaşayış evinin həyətinə keçmişlər. Evə daxil olub İsmayılla birlikdə sözü gedən avtomobilin ehtiyyat açarını axtarmışlar. Həmin evdə olduqları müddət ərzində özündə olan “Pall Mall” siqaretindən bir neçəsini çəkib kötüklərini xatırlamadığı yerlərə atmışdır. Evdə bir qədər axtarsalarda avtomobilin açarını tapa bilmədiklərini görüb evdən çıxmışlar. Evin həyət darvazasından çıxıb bir qədər aralaşdıqda Gündüzü görmüşlər, həmin vaxt Gündüz avtomobilin açarını İsmayıla vermiş və onlar birlikdə avtomobilin olduğu yerə getmişlər. İsmayıl bir qədər qəsəbədə avtomobili idarə etdikdən sonra Gündüzü və onu düşürdüb çıxıb getmişdir. Şahid5 həmçinin göstərdi ki, Gündüzün, Hakimin və İsmayılın polis əməkdaşları tərəfindən tutulduqlarını sonradan eşitmişdir. Zərərçəkmiş şəxs tanımır, onunla hər hansı münasibəti olmamışdır. İsmayılın idarə etdiyi markasını sonradan bildiyi “Skoda Fabia” markalı, ** PB *** nömrəli avtomobilin Zərərçəkmiş şəxs məxsus olduğundan əvvəlcə xəbəri olmamış, bu barədə sonradan məlumatı olmuşdur. Fuad adlı şəxsin evindən heç bir qiymətli əşya yaxud da pul oğurlamamış, həmin evdə qiymətli əşya və ya pul olduğunu görməmişdir. Şahid qismində dindirilmiş X7 göstərdi ki, ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində yaşayır, hazırki iş üzrə zərərəçəkmiş Fuad onun oğludur. Fuad 2020-ci ilin mart ayının əvvəllərində ona zəng edib Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsindəki evini satıb başqa ev almaq istədiyini, lakin maddi imkanın olmadığını bildirmiş və ondan maddi köməklik etməsini xahiş etmişdir. Buna görə də o, 10.200 ABŞ dolları, 7.500 manat nağd pulu, qızıl-zinət əşyalarını, o cümlədən 31 ədəd qızıl 5-lik sikkədən 22 ədədini götürüb yaşadığı Mingəçevir şəhərindən Bakı şəhərinə, oğlu Fuadın yaşadığı evə gəlmişdir. Özü ilə gətirdiyi və üzərində “Louis Vitton” yazısı olan pul kisəsində saxladığı pulları, qızıl-zinət əşyalarını oğlu Fuadın yaşadığı evin qonaq otağında olan divanın saxlanc yerinə qoymuşdur. Həmin ərəfələrdə Fuad əsəbi olduğundan sonuncuya onunla birlikdə Mingəçevir şəhərinə gedib bir az istirahət etməsini təklif etmişdir. Buna görə də növbəti gün oğlu Fuad, nəvəsi Muhəmmədlə birlikdə yaşadığı Mingəçevir şəhərinə getmişlər. Mingəçevirə çatdıqda pulların və qızılların Bakıda unutduğunu görüb bu barədə Fuada demişdir. Fuad isə pulların və qızılların onun yaşadığı Bakı şəhərində olan evində qalmasında hər hansı bir problemin olmadığını bildirib ona narahat olmamağı tövsiyyə etmişdir. Bundan bir neçə gün sonra isə həmin qızılların Fuadın evindən oğurlandığını eşitmişdir. İş materiallarında olan hadisə yerinə baxış və götürmə haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs1 küçəsi, ev 13, mənzil 5A ünvanda yerləşən fərdi yaşayış evindən oğurluq faktı aşkar edilmişdir. Hadisə yerinə baxış zamanı fərdi yaşayış evinin həyətində tikilmiş mətbəxin pəncərəsinin açıq olduğu, plastik qapısının alt hissəsinin sındırıldığı, mətbəxin mebellərinin süyürmələrinin çıxarılaraq yerə atıldığı, mətbəxin dağıdılaraq yararsız hala salındığı, mətbəxdən sonrakı saxlanc yerinin taxtadan olan qapılarının açıq olduğu, evin hamam otağının nəfəsliyinin altında, həyət tərəfdən iki ədəd plastmas stulların olduğu aşkar edilmişdir. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs həmin oturacaqların əvvəllər həmin yerdə deyil, giriş qapısından sol tərəfdə olduğunu bildirmişdir. Bundan başqa, hadisə yerinə baxış zamanı fərdi yaşayış evinin dəhlizindəki dolabların açılmış, içərisindəki geyim və sair əşyaların döşəməyə dağıdıldığı, sanitar qovşağında unitazın qapağının sındırılaraq yerə atıldığı, habelə yataq otağında olan paltar dolabında, tumbalarda olan əşyaların, paltarların da yerə dağıdıldığı, çarpayının üzərindəki yorğan döşəyin səliqəsiz hala salındığı, bundan əlavə uşaq otağındakı mebellərin qapı və süyürmələrinin də açıq olduğu, bütün geyim əşyalarının, o cümlədən məktəb ləvazimatlarının və s. əşyaların döşəmənin üzərinə dağıdıldığı müəyyən edilmişdir. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs həmçinin göstərmişdir ki, fərdi yaşayış evinin həyətindən ona məxsus “Skoda Fabia” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili qaçırılmış, eyni zamanda evin qonaq otağında olan divanın saxlanc yerindən 12.000 ABŞ dolları, 7.500 manat məbləğində nağd pul vəsaiti, 22 ədəd 5-lik qızıl sikkələr və 01 ədəd kişi üçün qızıl qol saatı oğurlanmışdır. Baxış zamanı hadisə yerindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin KTQ-nin inspektor-kriminalisti tərəfindən əl-barmaq izləri və 3 ədəd “Pall Mall” əmtəə nişanlı siqretin kötükləri aşkar edilərək götürülmüşdür. İş materialalrında olan hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirmə və götürmə haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin hasarının yaxınlığında “Skoda Fabia” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin arxa sol təkərinin ehtiyyat təkəri ilə dəyişdirildiyi, avtomobilin arxa saxlanc yerində bir ədəd damkratın, bir ədəd yararsız hala salınmış avtomobil təkərinin olduğu, avtomobilin kapotunun ön qabaq hissəsindən “Skoda Fabia” embleminin qoparıldığı, qabaq sağ təkərinin boşalmış vəziyyətdə olduğu, avtomobilin alt hissəsinin küt əşyalara dəyməsi nəticəsində kapot və qabaq sağ qanad arasında gözlə görünə bilən fərqin, dəyişikliyin yarandığı, avtomobilin qabaq sağ və arxa sağ qapılarının ortasında, profildə yerləşən, avtomobilin xüsusiyyətlərini bildirən zavod istehsallı yapışdırıcıların qoparıldığı müəyyən edilmişdir. Hadisə yerinə və baxış zamanı Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin KTQ-nin kriminalist inspektoru tərəfindən “Skoda Fabia” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobildən 06 ədəd yapışqan lent kəsiyində əl-barmaq izləri götürülmüşdür. İş materiallarında olan axtarış və götürmə haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs evindən oğulanmış əşyalardan yaşadığı evdə saxladığı 01 ədəd qara rəngli “Toshiba” markalı noutbuk çantasını və içərisində olan “Samsung” markalı mobil telefonu ibtidai istintaqa təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 yaşadığı evə baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir maddi sübut aşkar edilməmişdir. İş materiallarında olan könüllü təqdim edilən əşyanın götürülməsi və baxış keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 Müşfiq oğlu, Təqsirləndirilən şəxs3 30 manata aldığı “HP” markalı noutbuku adaptoru ilə birlikdə könüllü olaraq istintaqa təqdim etmişdir. Həmin noutbuka baxış keçirilən zaman onun 02 ədəd düyməsinin olmadığı, 01 ədəd düyməsinin isə yanaraq zədəli vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materialalrında olan maddi sübut əhəmiyyəti kəsb edə biləcək predmetlərə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri Suraxanı rayonu X10 Şöbəsinin müstəntiqi E.İ.Quliyev tərəfindən, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə iş üzrə maddi sübut əhəmiyyəti kəsb edə biləcək predmetlərə, sahibinin müəyyən edilməsi üçün baxış keçirilmişdir. Zərərçəkmiş şəxs Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin inzibati ərazisində dayanmış “Skoda Fabia” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili nəzərdən keçirib avtomobilin ona məxsus olduğunu və həmin avtomobilin xx xxxx 2020-ci ildən xx xxxx 2020-ci il tarixədək yaşadığı evdə olmadığı müddət ərzində evinin həyətindən qaçırıldığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs, Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin inzibati otaqlarının birində 01 ədəd “DERA 3P” markalı, “DK30L” modelli hava kompressorunu, 01 ədəd üzərində “VİGEX Pofessional Quality” sözləri yazılmış direli, 01 ədəd “DERA” markalı, “DK2185B” modelli elektrik mişarı, 01 ədəd “KEN” markalı, “9925D” modelli laqondanı, 01 ədəd “BOSCH” markalı, “PST 650” modelli elektrik lobziki, 01 ədəd “Viktor” markalı, “CRS - 125E” modelli “şkurka” aparatını, 01 ədəd “DERA” markalı, “DK312C” modelli təmir tikinti avadanlığı – elektrik rəndəni, 01 ədəd “Royce RFS-1400” markalı elektrik cilalayıcını, 01 ədəd “Brand Nailer F30” markalı təmir tikinti avadanlığını, 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd “Toshiba” markalı noutbuk çantasını və 01 ədəd “HP 625” markalı noutbuku, adaptoru ilə birlikdə nəzərdən keçirib qeyd edilən əşyaların ona məxsus olduğunu, həmin əşyalardan 01 ədəd “DERA 3P” markalı, “DK30L” modelli hava kompressorunun, 01 ədəd üzərində “VİGEX Pofessional Quality” sözləri yazılmış direlin, 01 ədəd “DERA” markalı, “DK2185B” modelli elektrik mişarın, 01 ədəd “KEN” markalı, “9925D” modelli laqondanın, 01 ədəd “BOSCH” markalı, “PST 650” modelli elektrik lobzikin, 01 ədəd “Viktor” markalı, “CRS - 125E” modelli “şkurka” aparatının, 01 ədəd “DERA” markalı, “DK312C” modelli təmir tikinti avadanlığı - elektrik rəndənin, 01 ədəd “Royce RFS-1400” markalı elektrik cilalayıcının, 01 ədəd “Brand Nailer F30” markalı təmir tikinti avadanlığının yaşadığı evin həyətindən qaçırılmış “Skoda Fabia” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerindən, 01 ədəd “Samsung” markalı mobil telefonun, 01 ədəd “Toshiba” markalı noutbuk çantasının və adaptoru ilə birlikdə 01 ədəd “HP 625” markalı noutbukun isə yaşadığı evdən oğurlandığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxx 2020-ci il tarixli, 011-3621-1220 nömrəli məktubundan görünür ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs1 küçəsi, ev 13, mənzil 5A ünvanında yaşayan Zərərçəkmiş şəxs həyətindən qaçırılmış və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsində aşkar edilmiş “Skoda Fabia” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədədinin (ADİS məlumat bankına Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsindən daxil olmuş), xx xxxxxxx 2001-ci ildə Füzuli rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin şəhadət və adsız barmaqlarının (02 dəfə) əksi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxx 2020-ci il tarixli, 20/627a nömrəli arayışından görünür ki, aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində, tədqiqata təqdim edilmiş 02 ədəd “Pall Mall” markalı siqaret kötükləri üzərindəki biolloji mənşəli materiaların, kişi cinsindən olan 02 müxtəlif naməlum şəxsə məxsus olduğu və bu nümunələrdən əldə olunmuş DNT profillərinin DİN-nin X1 DNT məlumat bankında olan DNT profilləri ilə enilik təşkil etmədiyi müəyyən edilmişdir. Analiz nəticəsində tədqiqata təqdim edilmiş 02 ədəd “Pall Mall” markalı siqaret kötükləri üzərində olan biolloji mənşəli materiaların deqradasiya əlamətlərini özündə əks etdirdiyi və DNT profilinin əldə olunması üçün yararlı olmadığı müəyyən edilmişdir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 9/778 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, istifadə olması nəzərə alınmaqla 2020-ci ilin mart ayına olan orta bazar qiyməti – 01 ədəd “DERA 3P” markalı, “DK30L” modelli hava kompressorun dəyəri 120 manat, 01 ədəd üzərində “VİGEX Pofessional Quality” sözləri yazılmış direlin dəyəri 25 manat, 01 ədəd “DERA” markalı, “DK2185B” modelli elektrik mişarın dəyəri 120 manat, 01 ədəd “KEN” markalı, “9925D” modelli laqondanın dəyəri 60 manat, 01 ədəd “BOSCH” markalı, “PST 650” modelli elektrik lobzikin dəyəri 30 manat, 01 ədəd “Viktor” markalı, “CRS - 125E” modelli “şkurka” aparatının dəyəri 30 manat, 01 ədəd “DERA” markalı, “DK312C” modelli təmir tikinti avadanlığı - elektrik rəndənin dəyəri 80 manat, 01 ədəd “Royce RFS-1400” markalı elektrik cilalayıcının dəyəri 60 manat, 01 ədəd “Brand Nailer F30” markalı təmir tikinti avadanlığının dəyəri 20 manat, 01 ədəd “Samsung” markalı, “SM-A600” modelli mobil telefonun dəyəri 140 manat, 01 ədəd “Toshiba” markalı noutbuk çantasının dəyəri 10 manat, adaptoru ilə birlikdə 01 ədəd “HP 625” markalı noutbukun dəyəri 80 manat olmaqla ümumi dəyəri 775 manat müəyyən edilir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli, 284 nömrəli arayışdan və ona əlavədən görünür ki, “Skaz Autohouse” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Skoda Fabia” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı, boz metalik rəngli nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilməsi və usta xərcləri cəmi 4.328 manat təşkil etmişdir. İş materialalrında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxx 2020-ci il tarixli 20/222 R saylı rəyindən görünür ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs1 küçəsi, ev 13, mənzil 5A ünvanda yaşayan Zərərçəkmiş şəxs həyətindən “Şkoda” markalı, ** PB *** dövlət nömrə nişanlı avtomobilin qaçırılması faktı üzrə 06 ədəd şəffaf rəgli yapışqan lent kəsiklərin üzərlərində olan 03 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 03 ədəd əl barmaq izi (ADİSin məlumat bankında Bakı şəhəri Suraxanı raonu Polis İdarəsindən daxil olan) xx xxxxxxx 2001-ci il tarixdə Füzuli rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin şəhadət və adsız barmaqlarının (02 dəfə) əksi ilə eynilik müəyyən edilmişdir. İş materialalrında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxx 2020-ci il tarixli 20/257 R saylı rəyindən görünür ki, ekspertiza nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs1 küçəsi, ev 13, mənzil 5A ünvanda yerləşən fərdi yaşayış evində, qonaq otağından götürülmüş 01 ədəd “Pall Mall” markalı siqaret kötüyü üzərində müqayisəli molekulyargenetik tədqiqatın keçirilməsi üçün kifayət qədər bioloji mənşəli materialın (epiteli hüceyrələri) mövcud olduğu və həmin bioloji mənşəli materialın (epiteli hüceyrələri) Şahid5 məxsus olduğu (eyni yumurta əkizi ilə istina olmaqla) müəyyən edilmişdir. Həmçinin ekspertiza nəticəsində müəyyən edildi ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs1 küçəsi, ev 13, mənzil 5A ünvanda yerləşən fərdi yaşayış evində, həyətdən evin giriş qapısının qarşısından götürülmüş 01 ədəd “Pall Mall” markalı siqaret kötüyü üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər bioloji mənşəli material (epiteli hüceyrələri) mövcuddur və həmin bioloji mənşəli material (epiteli hüceyrələri) kişi cinsindən olan naməlum şəxsə məxsusdur. Bundan əlavə ekspertiza nəticəsində müəyyən edildi ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs1 küçəsi, ev 13, mənzil 5A ünvanda yerləşən fərdi yaşayış evindən götürülmüş və ekspertizaya təqdim edilmiş 02 ədəd “Pall Mall” markalı siqaret kötüyü üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər bioloji mənşəli material mövcud deyildir. Bu səbəbdən həmin obyektdən götürülmüş nümunə üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs2 üzünə demiş, sonuncu isə Təqsirləndirilən şəxs1 göstərdiklərini təkzib etmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs2 üzünə demiş, sonuncu isə Təqsirləndirilən şəxs3 göstərdiklərini təkzib etmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs3 üzünə demiş, sonuncu isə Təqsirləndirilən şəxs1 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 22 radələrində Gündüzlə söhbət etdiyi zaman Gündüz ona, qonşuluqda yaşayan Fuadın evində heç kimin olmadığını, ev sakinlərinin xx xxxx 2020-ci il tarixdə qayıdacaqlarını bildirib ona həmin evə daxil olub oradan oğurluq etməyi təklif etmiş, özünün isə evin yaxınlığında dayanıb gəlib-gedən olacağı təqdirdə məlumat verəcəyini demişdir. Gündüzün təklifi ilə razılaşıb qeyd etdiyi evə daxil olmuş, Gündüz isə razılaşdıqları kimi gəlib-gedən olacağı təqdirdə xəbər etmək məqsədilə evin yaxınlığında dayanıb gözləmişdir. Evin yataq otağından qızıl-zinət əşyasını, uşaq otağından bir ədəd “Samsung” markalı mobil telefonu, qonaq otağından noutbuk çantasını, adaptoru ilə birlikdə noutbuku, “Sony” markalı rəqəmsal fotoaparatı götürüb, həmin əşyaları noutbuk çantasına yığmış, habelə xatırlamadığı sayda qızıl sikkələri götürüb cibinə qoymuşdur. Bundan sonra evin həyətində olan “Skoda Fabia” markalı avtomobilin açarını da götürüb evi tərk etmişdir. Oğurladığı əşyaların hamısını Gündüzə, sonuncu isə həmin əşyaları yaxınlıqda yaşayan Hakimə vermişdir. Bundan sonra Gündüzlə birlikdə Fuadın yaşadığı evin həyətində olan avtomobili qaçırtmış və avtomobilin saxlanc yerində olan əşyaları da oğurlamışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə demiş, sonuncu isə Zərərçəkmiş şəxs göstərdiklərini qismən təsdiq etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid5 əməlində cinayət tərkibinin olması öz təsdiqini tapmadığından, Şahid5 barəsində başlanmış cinayət təqibinə, həmçinin cinayət prosesində təqsirləndirilən şəxs qismində iştirakına xitam verilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri ilə təqsirləri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs1 küçəsi, ev 13, mənzil 5A ünvanda yerləşən fərdi yaşayış evindən oğurluq etməməsi, habelə xx xxxx 2020-ci il tarixdə, saat 03 radələrində təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs1 küçəsi, ev 13, mənzil 5A ünvanda yerləşən fərdi yaşayış evinin həyətindən “Skoda Fabia” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmaması, həmçinin “Skoda Fabia” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobildə olan Zərərçəkmiş şəxs məxsus tikinti avadanlıqlarını oğurlmaması, həmin oğurlanmış əşyaları görməməsi, onları satmaq üçün Təqsirləndirilən şəxs3la birlikdə Bakı şəhərində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığına getməməsi, həmin əşyaların satılmasına hər hansı bir formada köməklik etməməsi, bundan əvvəl vermiş olduğu ifadələrində qeyd olunanların onun ifadəsinin olmaması, həmin ifadələrinin saxta olması, həmçinin ifadəsi alınan zaman vəkillə təmin edilməməsi, ilkin ifadəsində müstəntiq tərəfindən yazılanlara diqqət yetirməyərək imzalaması barədə Təqsirləndirilən şəxs2 ifadəsi işdə olan sübutlarla, o cümlədən iş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ifadələri ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdikləri ifadələrindən müəyyən olunur ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində söhbət etdikləri zaman məhz Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs1 küçəsi, ev 13, mənzil 5A ünvanda yerləşən fərdi yaşayış evində heç kimin olmadığını, ev sakinlərinin xx xxxx 2020-ci il tarixədək evdə olmayacağını, həmçinin həmin evdə nağd pulun və qızılın olması barədə dəqiq məlumatının olduğunu bildirib oradan oğurluq etməyi onlara təklif etmiş, həmin vaxt onlar Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşsalar da, sonradan Təqsirləndirilən şəxs3 oğurluq etməkdən imtina edərək çıxıb getmiş, bundan sonra əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən Təqsirləndirilən şəxs2, gəlib-gedən olacağı təqdirdə məlumat vermək məqsədilə Təqsirləndirilən şəxs1 oğurluq edəcəkləri evin yaxınlığında gözləmiş, sonuncu isə həmin evə daxil olub oradan oğurluq etmiş, oğurladıqları əşyaları Təqsirləndirilən şəxs2 təklifi ilə Təqsirləndirilən şəxs3 vermiş, habelə təqsirlən dirilən şəxs Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 evin həyətində olan avtomobilin açarını da götürdüyünü demiş və ona birlikdə gedib həmin avtomobili qaçırmağı təklif etmiş və xx xxxx 2020-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə həmin ünvana getmiş, sonuncu yenə də evin yaxınlığında dayanmış, Təqsirləndirilən şəxs1 isə hasardan aşıb həyətə daxil olaraq darvazanı açıb avtomobili sürüb həyətdən çıxartmaqla qanunsuz olaraq ələ keçirmişlər, xx xxxx 2020-ci il tarixdə isə Təqsirləndirilən şəxs1 ələ keçirdikləri avtomobildə olan Zərərçəkmiş şəxs məxsus tikinti avadanlıqlarını Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən avtomobillərə texniki xidmət göstərən sexlərinin birində işləyən Şirxan adlı avtomobil usatına 200 manata satmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə ibtidai istintaqa verdiyi ilkin ifadəsində, müstəntiqin sualına cavab olaraq Zərərçəkmiş şəxs məxsus ələ keçirdikləri avtomobillə yolda hərəkətdə olduqları zaman, avtomobilin təkərinin partladığını və onlar təkəri dəyişmək üçün avtomobilin arxa saxlanc yerini açdıqda orada tikinti avadanlıqlarının olduğunu gördüyünü bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ifadəsini cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayararkən onu da nəzərə alır ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs evindən oğurlanmış əşyaları görmədiyini, həmin əşyaları satmaq üçün Təqsirləndirilən şəxs3la birlikdə Bakı şəhərində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığına getmədiyini, həmin əşyaların satılmasına hər hansı bir formada köməklik etmədiyini bildirdiyi halda, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə uzun müddətdir tanıdığı Təqsirləndirilən şəxs3 xx xxxx 2020-ci il tarixdə onun işiədiyi mağazaya gəlib özünə məxsus olan, lakin işləməyən 01 ədəd “HP” markalı noutbuku adaptoru ilə birlikdə ehtiyyat hissəsi kimi 30 manata satdığını, Təqsirləndirilən şəxs3la birlikdə mağazadan çıxarkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 həmin vaxt küçədə gözlədiyini gördüyünü bildirmişdir. Eyni zamanda məhkəmə, qanunu nümayəndəsi X5 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmamış Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində atası ilə birlikdə Mingəçevir şəhərində olduğu zaman qonşuluğunda yaşayan Gündüzun zəng edib harada olduğunu, evə nə vaxt qayıdacağını soruşduğunu, Gündüzə atası ilə birlikdə Mingəçevir şəhərinə getdiyini, bir neçə gün orada olacaqlarını bildirdiyini, bundan sonra Gündüzün bir neçə dəfə “Whatsapp” vasitəsilə ona yazaraq yaşadıqları evə nə vaxt qayıdacaqlarını bir daha soruşduğunu, həmin vaxtı sonuncuya təxminən xx xxxx 2020-ci il tarixdə qayıdacaqlarını bildirdiyini qeyd etməsini də nəzərə alır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 nömrəli qərarının 11-ci bəndinə əsasən CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Cinayət işinə məhkəmədə baxıldığı zaman Təqsirləndirilən şəxs2 12 və xx xxxx 2020-ci il tarixlərdə Təqsirləndirilən şəxs1la birlikdə oğurluq etmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs1 küçəsi, ev 13, mənzil 5A ünvanda yerləşən fərdi yaşayış evinə girməsə də, hər iki epizod üzrə əvvəlcədən əldə edilmiş razılığa əsasən kənar şəxslərin gələcəyi təqdirdə xəbər vermək məqsədilə yaxınlıqda dayanıb gözlədiyi, bununla da cinayətin digər iştirakçısı qismində, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçı Təqsirləndirilən şəxs1 bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər etdiyi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunan şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəzalar təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Bundan başqa iş materialalrında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 02 ay həddində, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, cinayətin törədilməsində onun iştirakının faktiki xarakterini, dərəcəsini, yəni ourluq edəcəkləri evin sakinlərinin nə vaxta qədər evdə olmayacaqlarını müəyyən etməsini, iş üzrə digər təqsirləndirilən şəxslərə bu barədə məlumat verib onlara həmin evdən oğurluq etmələrini təklif etməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəzalar təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx xxxx 2020-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarlarından və qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmış, xx xxx 2020ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmiş, xx xxxx 2020-ci il tarixdə isə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək və məhkəmə icraatı zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2-ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 nömrəli qərarının 9-cu bəndinə görə özgə əmlakının talanmasında təşkilatçı, təhrikçi və ya köməkçi bilavasitə iştirak etməyibsə, cinayətin icraçısı tərəfindən törədilən əməl cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edilə bilməz. Belə halda, CM-nin 33.3-cü maddəsinə müvafiq olaraq, cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməlidir. Həmin qərarın 11-ci bəndinə əsasən özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-nin 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülsə də məhkəmə istintaqında tədqiq edilmiş sübutlara Təqsirləndirilən şəxs3 12 və xx xxxx 2020-ci il tarixlərdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs2la birlikdə, qabaqcadan əlbir olub bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda özgə əmlakının talanmasında bilavasitə iştirak etməsi, habelə cinayət yolu ilə əldə edilmiş əmlakların özgəninkiləşdirilməsini qabaqcadan vəd etməsi öz təsdiqini tapmır. Belə ki, istər təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1, istərsə də Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdikləri ifadələrindən müəyyən olunur ki, məhz Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs1 küçəsi, ev 13, mənzil 5A ünvanda yerləşən fərdi yaşayış evində heç kimin olmadığını, ev sakinlərinin xx xxxx 2020-ci il tarixədək evdə olmayacağını, həmçinin həmin evdə nağd pulun və qızılın olması barədə dəqiq məlumatının olduğunu deyib oradan oğurluq etməyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təklif etmiş, həmin vaxt sonuncular Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşsalar da, sonradan Təqsirləndirilən şəxs3 oğurluq etməkdən imtina etmiş, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 isə bu əməllərindən əl çəkmələrini məsləhət görmüş, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs evindən oğurladıqları əşyaları gətirib Təqsirləndirilən şəxs3 vermişlər və sonuncu həmin oğurluq yolu ilə əldə edilmiş əmlakları Təqsirləndirilən şəxs2la birlikdə aparıb Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında satmış, əldə edilmiş gəliri isə qeyri-bərabər şəkildə bölmüşdür. Bununla da məhkəmə iclasında tədqiq olunmuş sübutlardan təsdiq olunur ki, Təqsirləndirilən şəxs3 qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə hazırki iş üzrə Zərərçəkmiş şəxs evindən oğurlanmış əmlakı özgəninkiləşdirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs2la birlikdə, qabaqcadan əlbir olub bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda özgə əmlakının talanmasında bilavasitə iştirak etməsinə, habelə cinayət yolu ilə əldə edilmiş əmlakların özgəninkiləşdirilməsini qabaqcadan vəd etməsinə dair hər hansı bir mötəbər sübut olmadığı halda, Təqsirləndirilən şəxs3 əməlinin Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 190-cı maddəsinin Qeydinə əsasən bu Məcəllənin 192.1, 192-1.1, 192-1.2, 193.1, 194.1-1, 195.1, 195-1.1, 195-1.2, 195-2.1, 196.1, 197.1, 198.1, 200-2.1, 201-1.1, 203.1, 204.2, 205-2.1, 210.1, 211.1 və 212.1-ci maddələrində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 190.2, 192-1.3.2, 194.2.4, 195.2, 195-1.3, 195-2.2, 196.2, 197.2, 198.2, 200-2.3, 201-1.2, 202.2, 202-1.2, 202-2.1, 203.2, 203-1.1, 204.3.2, 205.2.3, 205-2.2.3, 210.2, 211.2 və 212.2-ci maddələrində “külli miqdar” dedikdə iki yüz min manatdan artıq olan məbləğ, 192.2.1, 192.2.2, 193.2.1 və 193.2.2-ci maddələrində “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 192.3.1, 192.3.2, 193.3.1 və 193.3.2-ci maddələrində “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 194.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs3 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx xxxx 2020-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarlarından və qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində 03 ay həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmış, xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmiş, xx xxxx 2020-ci il tarixdə isə Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəməyədək və məhkəmə icraatı zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 06 (altı) ay azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “DERA 3P” markalı, “DK30L” modelli hava kompressorunun, 01 ədəd üzərində “VİGEX Pofessional Quality” sözləri yazılmış direlin, 01 ədəd “DERA” markalı, “DK2185B” modelli elektrik mişarın, 01 ədəd “KEN” markalı, “9925D” modelli laqondanın, 01 ədəd “BOSCH” markalı, “PST 650” modeli elektrik lobzikin, 01 ədəd “Viktor” markalı, “CRS - 125E” modelli “şkurka” aparatının, 01 ədəd “DERA” markalı, “DK312C” modelli təmir tikinti avadanlığı elektrik rəndənin, 01 ədəd “Royce RFS-1400” markalı elektrik cilalayıcının, 01 ədəd “Brand Nailer F30” markalı kompressor tapançasının, 01 ədəd “Samsung” markalı, “SM- A600” modelli mobil telefonun, 01 ədəd “Toshiba” markalı noutbuk çantasının, adaptoru ilə birlikdə 01 ədəd “HP 625” markalı noutbukun ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X6, X8 və X2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs1 göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs2 göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs3 göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Habelə məhkəmə iclaslarında hüquqlarının müdafiəsi üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs3 isə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 ilə öz vəsaitləri hesabına müqavilə bağladıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslərin məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə Müdafiəçi1, Müdafiəçi2 və Təqsirləndirilən şəxs3 dövlət büdcəsi hesabına vəsaitin ödənilməsinə zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs1 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən һesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək və məhkəmə icraatı zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət cəzaçəkmə müddətinə hesablanaraq, Təqsirləndirilən şəxs2 üzərində çəkilməsi üçün qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs2 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs2 hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 məhkəməyədək və məhkəmə icraatı zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs3 təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay çıxılsın və Təqsirləndirilən şəxs3 çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Dera 3P” markalı, “DK30L” modelli hava kompressorunun, 01 ədəd üzərində “VİGEX Pofessional Quality” sözləri yazılmış direlin, 01 ədəd “DERA” markalı, “DK2185B” modelli elektrik mişarın, 01 ədəd “KEN” markalı, “9925D” modelli laqondanın, 01 ədəd “BOSCH” markalı, “PST 650” modeli elektrik lobzikin, 01 ədəd “Viktor” markalı, “CRS - 125E” modelli “şkurka” aparatının, 01 ədəd “DERA” markalı, “DK312C” modelli təmir tikinti avadanlığı - elektrik rəndənin, 01 ədəd “Royce RFS-1400” markalı elektrik cilalayıcının, 01 ədəd “Brand Nailer F30” markalı kompressor tapançasının, 01 ədəd “Samsung” markalı, “SM-A600” modelli mobil telefonun, 01 ədəd “Toshiba” markalı noutbuk çantasının, adaptoru ilə birlikdə 01 ədəd “HP 625” markalı noutbukun ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili X6 ödənilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili X8 ödənilsin. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili X2 ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar