Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-160/2021 11.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun vəkili və nümayəndəsi Müdafiəçi2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1nın, Təqsirləndirilən şəxsnın iştirakı ilə, xx.xx.1990-cı ildə Lerik rayonunun Almu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lerik rayonunun Almu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsinin Südçülük sovxozu ərazisində nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 yanvar 2021-ci il tarixdə, saat 20:40 radələrində ünvan ünvanın yaxınlığında küçədə atasının qonşusu Zərərçəkmiş şəxs ailə üzvlərinə söyüş etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı başı ilə bir dəfə qəsdən sonuncunun başından vuraraq, ona baş beyin silkələnməsi, alın-təpə nahiyəsinin şişkinliyi ilə müşayiət edilən xəsarət yetirməklə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, iş üzrə Zərərçəkmiş şəxs 5-6 il müddətdir ki tanıyır, sonuncu ilə arasında heç bir narazılıq, ədavət və düşmənçilik olmamışdır, mehriban münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs onun atası Zakir ilə qonşudur. 17 yanvar 2021ci il tarixdə, saat 20-21 radələrində o, atasının evində olmuş, həmin vaxt yeznəsi İlkin də orada olmuşdur. İlkin ilə o, atasının evindən çıxıb, öz yaşadıqları evə getməyə hazırlaşmış, İlkin küçədə saxladığı avtomobilə əyləşib, onu gözləməsini xahiş etmişdir. O, avtomobildə əyləşən zaman, Xəlil onun atasının evinin qarşısına gəlib, sonunjunu səsləmişdir. Atası evdən çıxaraq Xəlilə yaxınlaşmış, o, və İlkin də sonunjuya yaxınlaşmışlar. Xəlil onun atasına soruşmuşdur ki, “mənim evimin həyətinə hansınız girmisiniz”. Bu zaman yeznəsi İlkin Xəlilə bildirmişdir ki, onun evinin həyətinə daxil olmamış, qayınatası Zakirin xahişi ilə yaşadığı evin daş hasarının yanında dayanaraq, hasarın hündürlüyünün artırılması üçün hansı miqdarda daş lazım olduğunu hesablamışdır. Belə ki, İlkin ixtisasja ustadır, atası Zakirin evi ilə Xəlilin evi arasında daş hasar mövjuddur, Xəlilin evinin pənjərələrindən atasının evinin həyəti müşahidə olunmuş, bunun qarşısını almaq məqsədilə atası Zakir bu hasarın daha da hündür şəkildə inşa edilməsini istəmiş və bunun inşa edilməsini İlkindən xahiş etmiş, İlkin də bu məqsədlə hasarın yanında dayanaraq, bunun üçün hansı miqdarda daş lazım olduğunu hesablamışdır. İlkinin bu izahatı Xəlili qane etməmiş, sonunju İlkinin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O, və atası Zakir Xəlildən xahiş etmişlər ki, mübahisə etməsin, İlkin üzr istəyəcək, problem olmasın. Bundan sonra İlkin Xəlilə mürajiət edərək, arvadının ünvanına işlətdiyi xoşagəlməz ifadələrə görə sonunjudan üzr istəmişdir. Lakin Xəlil onların sözlərinə əhəmiyyət verməmiş və söyüş söyməkdə davam etmiş, İlkin bir daha üzr istəmiş, buna baxmayaraq Xəlil nalayiq söyüşlər söyməkdə davam etmiş, atası Zakir mübahisə olmasın deyə yeznəsi İlkini evin içərisinə aparmışdır. Xəlil isə İlkinin küçədə saxladığı “VAZ-2107" markalı avtomobilinin arxa sol tərəfindən təpiklə vurmuş və söyüşlər söyməkdə davam edərək, onun atasının ünvanına söyüş söymüş, o, artıq Xəlilin bu söyüşlərini götürməyib, bir dəfə başı ilə Xəlilin sifətindən vurmuş və zərbənin təsirindən Xəlil yerə yıxılmışdır. Həmin anda atası evdən küçəyə çıxmış və Xəlilin yerə yıxılmasını görmüşdür. Bir neçə saniyə keçdikdən sonra Xəlil ayaq üstə qalxıb söyüş söyməyə başlamış, Xəlilin səslərinə hadisə yerinə sonuncunun arvadı gəlmiş və onu aparmışdır. Daha sonra o, atası Zakirin evinin içərisinə daxil olmuş, bir neçə dəqiqə keçdikdən sonra isə yeznəsi İlkin ilə oradan çıxıb öz evinə getmiş və bir daha Xəlili görməmişdir. O, Xəlili vuran zaman orada heç kim olmamış, sonradan isə atası və Xəlilin arvadı gəlmişlər. Aralarında olan mübahisə 3 dəqiqə ərzində baş vermişdir. Xəlil ilə mübahisə edən zaman o, sonuncuya ümumiyyətlə söyüş söyməmişdir. Xəlil onun atasına söyüş edib, onun özünə əl atdığına görə, o, sonunjunu vurmuşdur. Atası Zakir və yeznəsi İlkin isə Xəlili vurmamışlar. Zərərçəkmiş şəxs, sonunjunun ailə üzvləri olan arvadı Şahid3 və bacısı Şahid2 izahatlarında və ifadələrində göstərdikləri ilə razı deyil, belə ki, həmin şəxslər yalan danışır, hadisə onunla Xəlilin arasında baş vermişdir, İlkin və atası Zakir Xəlili vurmamış, əllərində də hər hansı bir alət olmamışdır. Xəlili başı ilə vurduqdan sonra, sonuncunu arvadı yaşadığı evə apardıqda, İlkin onların həyətinə getməmiş və Xəlili vurmamışdır. Baş vermiş münaqişədən sonra o, Xəlillə barışıq əldə emək istəmiş, bu məqsədlə xəstəxanaya baş çəkmiş, lakin Xəlilin əmisi buna imkan verməmişdir. O, və X8 yaşayan atasına baş çəkmiş, o, Xəlili vurduğuna görə, İlkin isə Xəlilin arvadının ünvanına xoşagəlməz ifadələr işlətdiyinə görə sonunjudan üzr istəmiş, Xəlilin atası onları bağışladığını bildirmiş, eyni zamanda onlara Xəlilin özündən də üzr istəmək zərurətini bildirmiş, daha sonra o, və İlkin Xəlildən də üzr istəmiş, o, sonunjuya vurduğu maddi və mənəvi ziyana görə 2.000 manat məbləğində pul ödəmək istədiyində olduğunu bildirmiş, lakin Xəlil ona vurulmuş zərərə görə 7.000 manat məbləğində pul tələb etmiş, o, isə bu məbləğdə pul vəsaitinə malik olmadığını bildirmişdir və aralarında barışıq baş verməmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 yanvar 2021-ci il tarixdə, saat 21 radələrində o, işlədiyi yerdən çıxmış və yaşadığı evə gəlmiş, evdə söhbət zamanı arvadı Xəyalə və azyaşlı uşağı ona bildirmişlər ki, qonşuları Zakir adlı şəxsin həyətində işləyən usta onların həyətinə daxil olmuş və həyətə baxmışdır. O, arvadından hadisə barədə ətrafı məlumat verməsini istəmiş və sonunjunun danışıqlarından məlum olmuşdur ki, o, işdə olduğu ərəfələrdə arvadı həyətdə işləyən zaman bir nəfər şəxs evin həyətinə daxil olmuş, arvadı Xəyalə həmin şəxsdən həyətdə nə etməsini və kim olmasını soruşmuş, həmin şəxs də xoşagəlməz sözlər danışmışdır. Həmin şəxsin kimliyini öyrənmək üçün o, öz yaşadığı evdən çıxaraq, Zakirin evinin qarşısına gəlmiş, qapının qarşısında Zakiri və sonunjunun oğlu Ruslanı görmüşdür. O, Zakirdən soruşmuşdur ki, evində işləyən usta kimdir və bildirmişdir ki, bu şəxs onun həyətinə daxil olub, arvadı Xəyalə ilə normal danışmamışdır. Zakir də həmin şəxsin qızının əri İlkin olduğunu bildirmişdir. O, Zakirə demişdir ki, “İlkini çağır gəlsin, bilmək istəyirəm ki, mənim həyətimə nə səbəbə görə daxil olmuşdur”. Həmin an İlkin arxadan bildirmişdir ki, “İlkin mənəm, nə olub”. O, İlkindən onun həyətinə nə səbəbə görə girməsini soruşmuş, bu zaman İlkin onun ünvanına xoşagəlməz ifadələr işlətmiş, o, da İlkinə javab vermiş, bu səbəbdən aralarında münaqişə yaranmış, münaqişə zamanı Zakin onu qujaqlayaraq, hərəkətsiz etmiş, bu zaman İlkin ani bir anda yumuruqla onun sifətindən vurmuşdur. Onun halı pisləşdiyindən, huşunu itirmiş və bundan sonra nə baş verdiyini, o, jümlədən, Ruslanın onu vurduğunu xatırlamır, bir daha xəstəxanada ayılmışdır. Arvadı Xəyalə bildirmişdir ki, o, huşunu itirdikdən sonra, yerdə Ruslan və İlkin onu təpiklə vurmuşlar. O, əlavə olaraq göstərmişdir ki, həmin şəxslər heç bir səbəb olmadan onu döymüşlər. Belə ki, o, bu şəxslərə qarşı hər hansı bir formada qeyri etik hərəkətlər etməmişdir. Münaqişə zamanı orada Ruslan, İlkin və Zakir olmuşlar, huşunu itirdiyi üçün orada başqa kimlərin olmasını bilməmişdir. Lakin sonradan öyrənmişdir ki, arvadı, bacısı və qonşular küçəyə çıxmışlar, bacısı və arvadı onu evə aparmışlar. Həmin hadisə zamanı o, heç kimi vurmamış və xəsarət yetirməmişdir. O, Ruslanın və İlkinin əlində konkret olaraq alət görməmişdir. Həmin şəxslər tərəfindən döyülməsi təxminən 5 dəqiqə ərzində olmuşdur. Münaqişədən sonra Ruslan və İlkin onun Biləsuvarda yaşadığı atasının evində olmuş, lakin sonunju onun özündən üzr istəmək zərurəti olduğunu bildirmiş, daha sonra Ruslan və İlkin ondan üzr istəmiş, Ruslan ona vurduğu zərərə görə 2.000 manat məbləğində pul ödəmək istədiyini bildirmiş, lakin o, bu məbləğin jüzi olduğunu və xəstəxana xərjlərinin belə ödəmədiyini göstərmişdir və bu səbəbdən pulu qəbul etməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs onun əridir. 17 yanvar 2021- ci il tarixdə, saat 18:30 dəqiqədə o, yaşadığı evin həyətində təmizlik işləri aparmışdır. Həmin vaxt bir nəfərin, adının sonradan İlkin olduğunu bildiyi şəxsin qapını açıb, həyətə daxil olmasını görmüşdür. Həmin vaxt azyaşlı oğlu da onun yanında olmuşdur. Həmin şəxs həyətdə dayanıb ətrafa baxmış, o, həmin şəxsi gördükdə bildirmişdir ki, “sən kimsən, mənim həyətimə girmisən, nə işin var burada”. Həmin şəxs də javabında “baxmaq olmaz sənin həyətinə, baxmaq da pulnandır” ifadələrini işlətmişdir. Bundan sonra o, evə daxil olmuşdur. Həmin günü saat 20:40 dəqiqədə əri Xəlil evə gəlmiş və oğlu sonuncuya baş verənləri danışmışdır. Bundan sonra Xəlil həmin şəxsin kim olmasını öyrənmək üçün çölə çıxmışdır. Bir neçə dəqiqə keçdikdən sonra o, uşağı Xəlilin arxasınja göndərmiş, bir müddət keçdikdən sonra uşaq evə daxil olaraq, atasının vurulduğunu və yerə yıxıldığını bildirmiş, o, dərhal sonra çölə çıxdıqda, Xəlilin qan içində yerdə uzandığını, Ruslanın və İlkinin sonunjunu təpiklə vurduqlarını görmüşdür. Daha sonra o, səs-küy salmış və qonşular hadisə yerinə yığışmışlar. Xəlil hüşünü itirdiyindən, sonujunu həyətə gətirmişlər, sonradan qarşı tərəfdən kimsə əlində ağaj olaraq onun evinə yenidən hüjum etmişdir, səs –küy olduğundan, bu şəxsin kim olduğunu müşahidə edə bilməmişdir. Şahid3 daha sonra göstərmişdir ki, uşaq evə gəlib, atasının vurulduğunu deyərkən, İlkinin öz avtomaşının yük yerindən hansısa əşyanı görürüb, Xəlilin başından vurduğunu bildirmişdir. Lakin onun özü bunu bilavasitə müşahidə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs onun qardaşıdır. Qardaşı Xəlilin evi qonşuluqda yerləşir. 17.01.2021-ci il tarixdə, saat təxminən 21.20 radələrində o, evdə olduğu zaman küçədə səs-küy eşitmiş, küçəyə çıxaraq baxan zaman, qardaşı Xəlilin yerdə uzandığını, qonşuları Zakirin oğlu Ruslanla və adını sonradan bildiyi, Zakirin kürəkəni olan İlkinin Xəlili təpiklə vurduqlarını görmüşdür. İlkinin arvadı Xəyalə orada idi. O, cəld qardaşı Xəlilin yanına gəlmiş və huşsuz vəziyyətdə olan qardaşını yerdən qaldıraraq, sonunjunun həyətinə gətirmişdir. Xəlilin vəziyyəti pis olduğundan, o, sonunjunu həyətdə hasara söykətmiş və yanında olmuş, bu zaman İlkin həyətə daxil olaraq, onun başı üzərindən Xəlilin baş nahiyyəsinə bir neçə yumruq zərbəsi vurmuş, o, İlkinin qolundan tutaraq, bunun qarşısını almış, daha sonra həyətə daxil olan X13 həyətindən çıxarmış, daha sonra İlkin avtomaşına minib getmişdir. Təxminən 1 saatdan sonra qardaşı Xəlilin halı pisləşdiyindən, Xəyalə TTYS-na zəng edərək, həyətə həkim briqadası çağırmışdır. Həkimlər gəldikdən sonra qardaşı Xəlil 3 saylı ŞKX-na aparılmışdır.Hadisə baş verəndən sonra bilmişdir ki, qonşuluqda olan Zakirin kürəkəni olan İlkin qardaşı Xəlilin evinin həyətinə daxil olmuş və Xəyalə ilə kobud danışmışdır, qardaşı Xəlil bunu aydınlaşdırmaq üçün Zakirin evinə gedən zaman isə mübahisə yaranmış və Xəlil qeyd etdiyi şəxslər tərəfindən döyülmüşdür. Ruslan və İlkin Xəlili döydükləri zaman, sonunjuların əlində hər hansı bir alət görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Cəlal qızı ifadəsində göstərmişdir ki, o, iş üzrə Zərərçəkmiş şəxs tanıyır və həmin şəxs ilə qonşudur. Həmçinin, iş üzrə Təqsirləndirilən şəxs atası Zakir də onun qonşusudur, bu səbəbdən də o, Ruslanı da yaxşı tanıyır, tərəflərin hər ikisi ilə yaxşı münasibəti vardır. 17 yanvar 2021-ci il tarixdə, saat 20:40 radələrində o, yaşadığı evdə olmuş və həmin vaxt küçədən səs-küy gəldiyindən, küçəyə çıxmışdır. Çölə çıxdıqda görmüşdür ki, qonşusu Xəlil yerdə huşsuz halda uzanıqlı vəziyyətdədir və sonunjunun arvadı Xəyalə onu yerdən qaldırmaq istəyir. Onlara yaxınlaşıb kömək etməyə başlamış və Xəlilin yanına gəldikdə, sonunjunun döyüldüyünü başa düşmüşdür. Xəlildən aralıda Ruslan və sonunjunun atası Zakir olmuşlar. Xəlilin bacısı Əminə də səsə küçəyə çıxmış, sonunju da qardaşının yanına gəlib kömək etməyə başlamışdır. O, Xəlilin arvadı Xəyalə və bacısı Əminə ilə Xəlili yerdən qaldırıb, evlərinin həyətinə gətirmişlər. Bu vaxt Xəlil huşsuz vəziyyətdə olmuşdur. Həyətə daxil olub Xəlilə kömək etmişlər ki, sonuncu özünə gəlsin. Bir neçə dəqiqə keçdikdən sonra evin qarşısına təcili tibbi yardım stansiyasından həkimlər gəlmiş və Xəlili xəstəxanaya aparmışlar. O, əlavə olaraq bilirmişdir ki, Ruslanın və ya İlkinin Xəlili vurmasını bilavasitə görməmişdir. Xəlili öz həyətlərinə gətirdikdən sonra o, küçədə səsküy eşitmiş, sonradan ona bildirmişlər ki, Ruslan və İlkin Xəlilin evinə hüjum etməyə jəhd göstərmişlər, lakin özü bilavasitə olaraq bunu görməmişdir. Həmçinin, İlkinin və Ruslanın Xəlilin həyətinə girdiklərini, onların əlində hər hansı bir əşyanın olduğunu bilavasitə müşahidə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, iş üzrə təqsirləndirilən şəxsin atası və zərərçəkmiş şəxs onun qonşularıdır. 17 yanvar 2021ci il tarixdə, saat 21 radələrində o, yaşadığı evdə olmuş, daha sonra evdən küçəyə çıxdıqda, qonşuları Xəlillin evinin həyətindən səslər gəldiyini eşitmiş, oraya getdikdə, Xəlilin evin həyətində yerdə uzanıqlı vəziyyətdə olmasını, sonunjunun arvadı Xəyalənin və bacısı Əminənin Xəlilə kömək etmələrini görmüşdür. Küçədə isə Ruslanı və sonunjunun atası Zakiri görmüşdür. Həmin şəxslər küçədə dayanmışlar, o, həyətə daxil olduqda, qonşuları Nailə Xəlilinin evinin həyətindən küçəyə çıxmışdır. Xəlilin yanına çatdıqda, onun döyülməsini başa düşmüşdür. Orada Xəlinin ailə üzvləri ona bildirmişlər ki, Xəlili Ruslan və İlkin döymüşlər. İbtidai istintaqda verdiyi ifadəsini müstəntiq ona ujadan və jümlə-jümlə oxumuş və o, bu ifadəsinə imza etmişdir. Eyni zamanda bildirir ki, o, ibtidai istintaqda ifadə verərəkən, eşitdiyinə görə Xəlilin Ruslan və İlkin tərəfindən döyüldüyünü bildirmiş, yazılmış ifadəsində isə Xəlilin yalnız Ruslan tərəfindən döyüldüyünün eşitdiyi göstərilmişdir. O, Xəlilin kim tərəfindən döyüldüyünü şəxsən görməmişdir, belə ki, münaqişədən sonra hadisə yerinə gəlmişdir. O, Xəlilin həyətinə gəldikdən bir müddət sonra həyətə həkimlər gəlmiş və Xəlili xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid6 onun qayınatasıdır, Təqsirləndirilən şəxs isə arvadının qardaşıdır. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, sonuncunu sonradan görüb tanımışdır. Xəlil ilə arasında heç bir narazılıq, ədavət və düşmənçilik olmamışdır. Xəlil onun qayınatası Zakir ilə qonşudur. 17 yanvar 2021-ci il tarixdə o, Ruslan ilə qaynatası Zakirin evində olmuşdur. Qaynatası Zakirin evi ilə Xəlilin evi arasında daş hasar mövjuddur, Xəlilin evinin pənjərələrindən Zakirin həyəti müşahidə olunur, bunun qarşısını almaq məqsədilə Zakir bu hasarın daha da hündür şəkildə inşa edilməsini istəmiş və bunun inşa edilməsini usta olduğuna görə ondan xahiş etmiş, o, da bu məqsədlə küçədə hasarın yanında dayanaraq, bunun üçün hansı miqdarda daş lazım olduğunu hesablamışdır, lakin bu zaman Xəlilin həyətinə daxil olmamışdır. Bu zaman sonradan bildiyini Xəlilin arvadı və uşağı onun yanından keçərək, nə məqsədlə hasara baxdığını soruşmuş, o, hasarın inşasına nə qədər daş sərf olunajağını hesabladığını göstərmiş, əlavə olaraq, “baxmaq olmaz hasara, baxmaq da pulnandır” ifadələrini işlətmişdir. Bundan sonra Xəlilin arvadı və uşağı heç bir söz demədən çıxıb getmişlər. Saat 20-21 radələrində onlar qayntasının evində əyləşib söhbət etmiş, daha sonra Ruslan öz evinə getmək qərarına gəlmiş və o, sonuncuya bildirmişdir ki, küçədə saxladığı və özünə məxsus “VAZ- 2106” markalı avtomobilinə əyləşsin və onu gözləsin. Ruslan evdən küçəyə çıxmışdır. Bir müddət sonra o, evdən küçəyə çıxmaq istəyən zaman, bir nəfər şəxsin qayınatası Zakiri səsləməsini eşitmiş və küçəyə çıxmış, küçədə Xəlilin onun qaynatası Zakirlə söhbət etdiyini görmüşdür. Xəlil onun qayınatası Zakirə demişdir ki, “mənim evimin həyətinə hansınız girmisiniz”. O, da Xəlilə “sənin evinin həyətinə heç kəs girməmişdir, mən küçədən yalnız həyətlərin arasında olan hasarın daşlarını saymışam” deyərək, bunun səbəbini izah etmişdir. Xəlil onun arvadına xoşagəlməz ifadələr işlətdiyini bildirmişdir. Bundan sonra Xəlil söyüş söyməyə başlamış, xoşagəlməz ifadələr işlətmişdir. Ruslan və qayınatası Zakir Xəlildən xahiş etmişlər ki, mübahisə etməsin, o sonuncudan üzr istəyəcək və problem aradan qalxajaq. O, arvadına dediyi xoşagəlməz ifadələrinə görə Xəlilə üzrxaqlıq etmişdir. Lakin Xəlil onların sözlərinə əhəmiyyət verməmiş və söyüş söyməkdə davam etmişdir. O, yenə də Xəlildən üzr istəmiş, lakin bunun heç bir nətijəsi olmamış, Xəlil onu söyməkdə davam etmişdir. X10 fikir verməməyi ondan xahiş etmiş və mübahisə olmasın deyə onu evin içərisinə aparmışdır. Bir neçə dəqiqə keçdikdən sonra qaynı Ruslan evin içərisinə gəlmiş və demişdir ki, Xəlil onun avtomobilini təpiklə vurub əzmiş və atasının ünvanına söyüş söymüş, buna görə də bir dəfə başı ilə Xəlili vurmuş və sonunju yerə yıxılmış, sonunjunun arvadı Xəyalə də gəlib Xəlili evinə aparmışdır. Bundan sonra o, və Ruslan oradan öz evlərinə çıxıb getmişlər. O, Xəlili nə küçədə, nədəki sonunjunun həyətində vurmamış və ona heç bir xəsarət də yetirməmiş, münaqişədən sonra Xəlinin həyətinə daxil olmamış, Ruslan evə daxil olub Xəlili vurduğunu dedikdən bir müddət sonra qaytanasının evindən öz evinə çıxıb getmiş və Xəlili bir daha görməmişdir. O, X6, sonunjunun arvadının və bacısının ifadələrində göstərdikləri ilə razı deyildir. Belə ki, Xəlili bir dəfə başı ilə qaynı Ruslan vurmuşdur. Şahid5 ifadəsində daha sonra göstərmişdir ki, münaqişədən sonra qaynatası Zakir barışıq əldə etmək məqsədilə Ruslanı və onu Xəlilin Biləsuvar rayonunda yaşayan ataının evinə göndərmiş, o, Xəlilin arvadının ünvanına xoşagəlməz ifadələr işlətdiyinə görə, Ruslan isə Xəlili vurduğuna görə sonunjunun atasından üzr istəmiş, Xəlilin atası onları çox yaxşı qarşılamış və bağışladığı bildirmiş, eyni zamanda Xəlillə də barışıq əldə etmək zərurətini bildirmiş, onlar Bakıya qayıtdıqdan sonra, o, Xəlilin arvadının ünvanına xoşagəlməz ifadələr işlətdiyinə görə, Ruslan isə Xəlili vurduğuna görə sonunjudan üzr istəmiş, Ruslan barışıq əldə edilməsi məqsədilə Xəlilə vurduğu zərərə görə müəyyən məbləğdə pul vəsaiti ödəmək istəyində olduğunu bildirmiş, lakin Xəlil təklif olunan məbləğlə razılaşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs onun oğludur. Şahid5 isə qızının əridir. İş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs onunla qonşudur və evləri bitişikdir. 17 yanvar 2021-ci il tarixdə oğlu Ruslan və kürəkəni İlkin onlarda qonaq olan zaman, o, usta olan İlkindən onun evi ilə Xəlilin evi arasında mövjud olan daş hasarın ujaldılmasını xahiş etmişdir. Saat təxminən 20:40 radələrində o, kürəkəni İlkinlə söhbət edirmiş, oğlu Ruslan isə küçədə imiş. Həmin vaxt küçədə kiminsə onun səslənməsini eşitmiş və o, İlkin ilə küçəyə çıxmışdır. Küçəyə çıxdıqda, qonşusu Xəlilin onu səslədiyini görmüşdür. Xəlil onun həyətinə kimin girdiyini soruşmuş, bu zaman İlkin bildirmişdir ki, onun evinin həyətinə heç kim girməmişdir, o, yalnız küçədən evin daş hasarının yanında dayanaraq, hasarın ujaldılması üçün hansı miqdarda daşın gərək olduğunu hesablamışdır. Bundan sonra Xəlil İlkinə mürajiət edərək, sonuncunu onun arvadı ilə kobud danışdığını bildirmiş və İlkini söyməyə başlamışdır. Oğlu Ruslan və o, Xəlildən xahiş etmişlər ki, mübahisə etməsin, İlkin ondan üzr istəyəcək, problem olmasın. Bundan sonra İlkin Xəlildən üzr istəmiş, lakin Xəlil onun sözlərinə əhəmiyyət verməmiş və söyüş söyməyə davam etmişdir. İlkin yenidən Xəlildən üzr istəmiş, lakin bunun nəticəsi olmamışdır. O, mübahisə olmasın deyə İlkindən xahiş etmişdir ki, Xəlilə fikir verməsin, sonra isə İlkini evə aparmışdır. Evdə İlkinlə söhbət edən zaman, oğlu Ruslan evin içərisinə gəlmiş və bildirmişdir ki, Xəlil İlkinin avtomobilini təpiklə vurub əzmiş və onun ünvanına söyüş söymüş, buna görə də bir dəfə Xəlili başı ilə vurmuş və sonuncu yerə yıxılmışdir. Bir müddət sonra arvadı Xəyalə gəlib Xəlili evə aparmışdır. Bundan bir müddət sonra oğlu Ruslan və yeznəsi İlkin evdən çıxıb getmişlər. Münaqişə baş verən zaman orada o, oğlu Ruslan, yeznəsi İlkin və qonşusu Xəlil olmuşlar, başqa heç kim olmamışdır, Xəlilin arvadı, bajısı və digər qonşu mübahisə bitdikdən sonra münaqişə yerinə gəlmişlər və bu səbəbdən mübahisənin hansı şəraitdə baş verməsini görə bilməzdilər. Nə İlkin, nədəki onun özü Xəlili vurmamışlar, sonuncunu söyməmişlər. O, oğlu Ruslan və yeznəsi İlkin sonradan Xəlilin həyətinə girməmişlər, belə bir hal ümumiyyətlə mövjud olmamışdır. Münaqişədən sonra o, tərəflər arasında barışıq əldə etmək məqsədilə oğlunu və kürəkənini Xəlilin Biləsuvar rayonunda yaşayan atasının evinə göndərmiş, mübahisə zamanı Xəlil onun ünvanına çox nalayiq söyüş işlətdiyinə görə, onun özü Xəlilin atasının yanına getməmək qərarında olmuşdur. Xəlilin atası onun oğlunu və yeznəsini yaxşı qarşılamış, Xəlildən də üzr istəmək zərurətini bildirmiş, sonuncular Bakıya qayıtdıqdan sonra Xəlilin özündən də üzr istəmiş, bu zaman oğlu Ruslan barışıq əldə etmək məqsədilə vurduğu zərərə görə Xəlilə 2.000 manat məbləğində pul təklif etmiş, lakin sonuncu bu məbləğlə razılaşmamışdır və tərəflər arasında barışıq baş tutmamışdır. Məhkəmə iclasında ekspert qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X12 Şəxsin Suraxanı rayon şöbəsinin məhkəmə-tibbi eksperti X4 göstərmişdir ki, hazırki iş üzrə zərərçəkmiş şəxs Bəşirov X7 Suraxanı rayon şöbəsində müayinədən keçirilmişdir. Ekspert tədqiqatı nətijəsində aşağıdakı nəticəyə gəlinmişdir: Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir - baş beyin silkələnməsi, alın-təpə nahiyəsinin şişkinliyi. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 17.01.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınması inkar olunmur. Lakin xəsarətlərin şəxsin yıxılma, eləcə də şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınmaları inandırıcı deyildir. Zərərçəkmiş şəxsin baş-beyin nahiyəsində daha ağır xəsarətlərin müəyyən olunduğu təqdirdə, sonunjunun xəsarətlərinin az ağır və ya ağır xəsarətlər olduğu nətijəsinə gəlmək olardı. Lakin Səhiyyət Nazirliyinin qəbul etdiyini qaydalara əsasən baş-beyin silkələnməsi yüngül xəsarətlər kateqoriyasına aiddir. Xəstə reanimasiyaya tibbi nəzarət məqsədilə də yerləşdirilə bilər və bu hal onun az ağır və ya ağır xəsarətlər almasına heç bir halda dəlalət etmir. Xəsarətin dərəjəsi yuxarıda qeyd etdiyi qaydalara əsasən müəyyən edilir. Xəsarətlərin bərk küt əşya ilə yetirilməsi dedikdə, onun xüsusi çəkisi olan əşya ilə (taxta, əl, yumruq və s) ilə yetirilməsi başa düşülür. Xəsarətlərin neçə sayda şəxs tərəfindən yetirilməsi onların ekspert tədqiqatının araşdırması predmeti deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X12 Şəxsin Suraxanı rayon şöbəsinin verdiyi 09.02.2021-ci il tarixli 37 saylı rəyi müdafiə edir. İş materiallarından müəyyən olunur ki, 12.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X12 Şəxsin Suraxanı rayon şöbəsinin verdiyi 09.02.2021-ci il tarixli 37 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir - baş beyin silkələnməsi, alın-təpə nahiyəsinin şişkinliyi. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 17.01.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınması inkar olunmur. Lakin xəsarətlərin şəxsin yıxılma, eləcə də şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınmaları inandırıcı deyildir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 08 iyul 2021-ci il tarixli qərarı ilə iş üzrə zərərçəkmiş şəxsin müdafiəçisi Müdafiəçi2 vəsatəti təmin edilmiş, iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunmuş, təkrar məhkəmə-tibbi ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 verdiyi 25.08.2021-ci il tarixli T184/2021 saylı təkrar məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 29 iyul 2021-ci il tarixdə Bəşirov X7 təkrar ekspertiza şöbəsində müayinədən keçirilmişdir. Zərərçəkmiş şəxs adına tərtib olunmuş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-baş beyin silkələn-məsi halında qapalı kəlləbeyin travması, təpə, burun nahiyəsində yumşaq toxumanın əzilməsi bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 17.01.2021 -ci il tarixdə əllə, ayaqla və ya başla vurulan zərbə nəticəsində alına bilərdi və dərəcəsinə görə hazırda qüvvədə olan təlimatın (10.01.2001-ci il tarixli 07 saylı əmrin) müvafiq bəndinə əsasən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10.01.2001-ci il tarixli 07 saylı əmri ilə təsdiq olunmuş «Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları»na əsasən tibbi nöqteyi-nəzərdən sağlamlığa zərər vurma ya bədən xəsarəti, yəni xarici mühit amillərinin (mexaniki, fiziki, kimyəvi, bioloci, psixi) təsiri nəticəsində üzv və toxumaların anatomik tamlığının, yaxud fizioloci funksiyalarının pozulması, ya da xəstələnmə və patoloci hal kimi başa düşülür. Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası keçirildikdə «Ekspert rəyi», məhkəmə-tibbi müayinəsi keçirildikdə isə «Məhkəmə-tibbi müayinə aktı» tərtib olunur. Azərbaycan Respublikası CM-də sağlamlığa zərər vurmanın üç dərəcəsi ayırd edilir: sağlamlığa ağır zərər vurma; sağlamlığa az ağır zərər vurma; sağlamlığa yüngül zərər vurma. Həmin Qaydaların İİİ fəslinə əsasən yüngül zərər vurmanın əlamətlərinə aşağıdakılar aiddir: -sağlamlığın qısa müddətə pozulması; -ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi. Sağlamlığın qısa müddətə pozulması dedikdə, əmək qabiliyyətinin 21 (iyirmi bir) gündən – 3 (üç) həftədən az olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir. Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Sağlamlığı qısa müddətə pozan yüngül zərər vurmaya aid edilə bilərlər: -Xİ-Xİİ qabırğalar istisna olmaqla 1 (bir) qabırğanın fraqmentlərinin yeri dəyişməyən sınıqları; -burun sümüyünün cərrahi müdaxilə tələb etməyən, əhəmiyyətli deformasiyası olmayan sınığı; -əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin İ barmaqları, ayaqların İ, İİ və İİİ barmaqları istisna olmaqla); -stasionar və ambulator müalicə alıb-almamasından asılı olmayaraq cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; -baş beyin silkələnməsi. Hazırkı «Qaydalar»ın Azərbaycan Respublikasının ərazisində istifadə edilməsi məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2014-cü il tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın 3-jü bəndinə əsasən yüngül xəsarətlərə aşağıdakılar aid edilir: -sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlər; -11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı; -burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı; -əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla); -cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; -baş beyin silkələnməsi; -sağlamlığı qısa müddətə pozan digər zədələnmələr; -əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr. Jinayət işinin materiallarında olan tibbi sənədlərdən (3 saylı şəhər klinik xəstəxanasında tərtib edilmiş 282/46 saylı xəstəlik tarixindən) görünür ki, hazırki iş üzrə Zərərçəkmiş şəxs 17.01.2021-ci ildə, saat 22.40-da həmin xəstəxananın travma şöbəsinə qəbul edilmişdir. Müayinə zamanı ona “qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, təpə nahiyəsində yumşaq toxumaların əziyi, burun əziyi" diaqnozu qoyulmuşdur. 06.02.2021-ci il tarixdə iş üzrə zərərçəkmiş şəxsin şikayətləri olmadığından evə yazılmış, lakin 6-cı gün olması ilə əlaqədar avtonəqliyyatın işləməməsi ilə əlaqədar yaxınları tərəfindən evə aparılmadığı üçün xəstəlik tarixi açıq qalmışdır. 08.02.2021-ci il tarixdə isə xəstə evə yazılmışdır. Beləliklə, jinayət işinin materiallarında olan tibbi sənədlərdən də görünür ki, jinayət əməli nətijəsində Zərərçəkmiş şəxs əmək qabiliyyətinin 21 (iyirmi bir) gündən az (şəxs 17.01.2021-ci ildə, saat 22.40-da xəstəxanaya daxil olmuş, 06.02.2021-ci il tarixdə evə yazılmışdır-20 gün) müddətə pozulması baş vermişdir. Müayinə zamanı zərərçəkmiş şəxsə qapalı kəllə-beyi travması, baş beyin silkələnməsi, təpə nahiyəsində yumşaq toxumaların əziyi, burun əziyi diaqnozu qoyulmuşdur. Yuxarıda göstərilən normativ aktların tələblərinə əsasən hər iki meyarlar zərərçəkmiş şəxsə vurulmuş zərərin yüngül xəsarət növlərinə aid olduğuna dəlalət edir. Belə olan halda jinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi və təkrar məhkəmə-tibbi ekspertizalarının gəldiyi nətijələrinin şübhə altına alınması üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin etirafedisi izahatı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə tibbi ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə ijlasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ifadələrində təqsirləndirilən şəxsdən başqa Şahid5 da zərəçəkmiş şəxsi təpiklə vurduqlarını göstərsələr də, məhkəmə onların bu ifadələrinə tənqidi yanışır. Belə ki, qeyd olunan şahidlər iş üzrə zərərçəkmiş şəxsin yaxın qohumları olaraq, göstərilən ifadələri vermişlər.Jinayət prosesual qanunverijiliyin tələblərinə əsasən onlar məhkəmə ijlasında şahid qismində ifadə vermək hüquqlarına malikdirlər. Eyni zamanda, göstərilən ifadələr iş üzrə mühüm əhəmiyyət kəsb edən digər mötəbər və mümkün sübutlarla da təsdiq olunmalıdır. Məhkəmə prosesində dindirilmiş və tərəflərin heç biri ilə qohumluq əlaqələri olmayan şahidlər Şahid1 Cəlal qızı və Şahid4 ifadələrində münaqişə zamanı Ruslanın və İlkinin zərəçəkmiş şəxsi döydüklərini müşahidə etmədiklərini göstərmişlər. Azərbayjan Respublikası JPM-nin 28.5-ji maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məjəllənin 144-cü maddəsinə əsasən jinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məjəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi jinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə jəhd göstərməsini, ailəli olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dən növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-160/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-160/2021
11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver