Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-160/2024 28.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1998-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, 27 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 oktyabr 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıma ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən 27 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,231 qram olan psixotrop maddə-metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən 27 oktyabr 2023-cü tarixdə, saat 19 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Maral heykəlinin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,231 qram olan ağ rəngli kristal maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, ünvan 2 yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Tutulmazdan əvvəl, təxminən 1 ay olardı ki, psixotrop maddə qəbul etmiş, tutulduğu zamana qədər isə «patı» kimi tanıdığı psixotrop maddə metamfetamini falqa arasında çəkmək yolu ilə qəbul etmişdir. 27 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Maral heykəlinin qarşısında dayanan zaman mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşıb, özlərini təqdim etdikdə onların Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin işçiləri olduğunu bilmişdir. 30-cu polis şöbəsinə dəvət olunmuş, orada şəxsiyyəti müəyyən olunduqdan sonra, həmin idarənin təhqiqatçısı, polis kapitanı Vüqar İsizadə tərəfindən üzərində Azərbaycan Respublikası CPM-nin 242- 247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılmasının zəruri olması bildirilmiş, Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin üzərində şəxsi axtarış aparılmazdan öncə Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı vəkil bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizəsi alınmış, dəvət olunmuş vəkil Müdafiəçi ona bir daha hüquq və vəzifələrini izah etdikdən sonra, təhqiqatçı tərəfindən xidməti otaqların birində videoçəkiliş aparılmaqla 3 nəfər polis işçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda, təqdim etməsi təklif olunmuşdur. O, da əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd şəffaf sellofana bükülmüş olan «patı» kimi tanıdığı psixotrop maddəni masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsa da, başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükümdə olan maddə metamfetamindir. Həmin psixotrop maddə metamfetamini 27 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manat pul ödəməklə əldə etmişdir. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarınin iştirakı ilə aşkar edilmiş psixotrop maddə olan metamfetamin və mobil telefon ayrı-ayrılıqda zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra isə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanıldığını və toplanmış materialların Suraxanı RPİ-nin istintaq şöbəsinə təqdim olunduğunu öyrənmişdir. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Maral heykəlinin yaxınlığında yerləşən, onun və qardaşının işlətdiyi, özlərinə məxsus yanacaq doldurma məntəqəsi vardır. Yanacaq doldurma məntəqəsini 5 gün qardaşı, 5 gün isə özü işlədir. İşdə olan zaman tanışı Şahid3 zəng edərək Hövsan qəsəbəsində olduğunu və onu görmək istədiyini bildirmişdir. Ona yanacaqdoldurma məntəqəsinin ünvanını göndərmiş və buraya gələ biləcəyini demişdir. 27 oktyabr 2023-cü il tarixdə, saat 00:00-01:00 radələrində Şahid3 yanacaqdoldurma məntəqəsinə taksi ilə gəlmişdir. Taksidən düşəndə polis əməkdaşlarının ona yaxınlaşdığını görən zaman Rəşid, üzərində olan narkotik vasitələri yerə atmış, bu zaman polis əməkdaşlarının bir qismi Rəşidi saxlamışlar. Digərləri isə ona yaxınlaşaraq onun da narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərərək onu zorla polis maşına mindirərək 30-cu polis şöbəsinə aparmışlar. Onunla yanaşı, Rəşidi və taksi sürücüsünü də polis şöbəsinə aparmışlar. Şöbədə onu narkotik vasitə istifadəçisi olmasını və üzərində narkotik vasitə olmasını zorla boynuna almasına məcbur etmişlər. Onunla birlikdə 30-cu polis şöbəsinə aparılan tanışı Rəşid adlı şəxsin üzərindən narkotik vasitə çıxmış və o, bunu etiraf etmişdir. Lakin onunla bir yerdə olmağını əsas gətirib onun da narkotik vasitə istifadəçisi olmasını zorla boynuna qoymuşlar. Onu 1 gün polis şöbəsində, 3 gün isə Suraxanı Rayon Polis İdarəsində saxlamışlar. Onun tutulma vaxtı "xxxx" protokolda 27 oktyabr 2023-cü il tarix, saat 19:45 qeyd edilsə də, o, faktiki olaraq 26 oktyabr 2023-cü il tarixdən 27 oktyabr 2023-cü il tarixə keçən gecə saat 01 radələrində tutulmuşdur. Narkotik vasitəni hərbi xidmətə getməmişdən qabaq istifadə etmiş və o zamandan bəri uzun müddət olmuşdur ki, narkotik vasitə istifadə etməmişdir. Tutulan zaman üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Ambulator məhkəmə-narkoloji ekspertizasının 30 oktyabr tarixli, 7095 nömrəli rəyində psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar edilsə də, faktiki olaraq hər hansı narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olmadığını bildirmişdir. Onda həmçinin asılılıq sindromu da yoxdur. Narkomaniya xəstəliyi olmadığından müalicə də almamışdır. Həmin psixotrop maddənin hamısı tanışı olan Şahid3 məxsus olmuşdur. Özünü təqsirli bilmir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər Rəşidin narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. Özünün isə narkotik vasitələrdən heç bir asılılığı yoxdur. Onu polislər döyüb zorla maşına mindirib şöbəyə aparmışlar. Döyüldüyü üçün bədəni üzərində xəsarətlər də olmuşdur. Onun tutulan zaman Rəşidin üzərində hər hansısa narkotik vasitə olması barədə məlumatı olmamışdır. Heç vaxt Rəşidlə birgə narkotik vasitə istifadə etməmişdir. Bu olanlar barədə heç bir yerə şikayət etməmişdir. PPX-nin əməkdaşları tərəfindən tutulmuşdur. Onu şübhəli şəxs qismində tutan polis əməkdaşları şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman orada iştirak etməmişlər. Şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak edən polislər isə onu tutmamışlar, sonradan bölməyə gəlmişlər. Polis əməkdaşları tərəfindən qanunsuz əməllərə və fiziki-psixi təzyiqlərə məruz qalması ilə bağlı prokurorluğa və məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Sonda isə məhkəmədən özünü təqsirli bilməməsi, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi psixotrop maddə - metamfetaminin özünə məxsus olmaması nəzərə alınaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 27 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində ünvan 1 ünvanında qeydiyyatda olsa da, ünvan 2 yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Maral heykəlinin yaxınlığında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin sahə inspektoru, polis leytenantı Şahid1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Maral heykəlinin yaxınlığına getmişlər. Həmin vaxt Maral heykəlinin yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib ona narkotik vasitə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirmiş, onu Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə getmişdir. Bundan sonra, onlar şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda, ona üzərində qanunsuz saxlanılan əşya və predmet varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O, da üzərində özü istifadə etməsi üçün saxladığı 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə “patı” kimi tanıdığı psixotrop olan metamfetamin olduğunu bildirmiş və əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən həmin bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra, onun üzərində şəxsi axtarış aparmışlar. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Sonra, onun təqdim etdiyi bükümə baxış keçirilmişdir. Baxış zamanı həmin bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir, həmin psixotrop maddəni 27 oktyabr 2023-cü il tarixdə Əhmədli metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manat ödəməklə öz istifadəsi üçün almış və özündə saxlamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üstündən götürülmüş 01 (bir) ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, iştirakçılar da protokolda yazılanların doğru olduğunu imzaları təsdiq etmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona narkotik vasitələrin istifadəsi ilə bağlı daxil olmuşdur. Tutulan zaman Təqsirləndirilən şəxs tək olmuş, onun yanında başqa şəxs olmamışdır. Metamfetamini özü könüllü olaraq təqdim etmişdir. Onu Suraxanı rayonu, Hövsan qəsəbəsi, Maral heykəlinin yanında tutmuşlar və həmin heykəllə yanacaqdoldurma məntəqəsi arası məsafə çox yaxındır. Hadisə vaxtı üzərində mobil telefon olmamışdır. Tutulan zaman Təqsirləndirilən şəxs qarşı heç bir psixi və ya fiziki təzyiq göstəməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 da eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 1(010)- 160/2024 saylı qərarı ilə, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi şifahi vəsatəti təmin edilərək Şahid3 əlavə şahid qismində məhkəmə iclasında dindirilməsi qərara alınmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin və müdafiəçisinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsi zamanı bildirmişdir ki, 26 oktyabr 2023-cü il tarixdə Əhmədli metrosunun yaxınlığından tanımadığı şəxsdən 01 (bir) ədəd bükümdə narkotik vasitə heroini almış, 27 oktyabr 2023-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində olan parkın qarşısında iki nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişdir. Onlarla birlikdə, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə getmiş və orada Təqsirləndirilən şəxs görmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları ona yaxınlaşan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsində görmüş, həmin gün onu başqa hər hansısa bir yerdə görməmişdir. Vüsalla eyni məhəllədə qaldıqlarından tez-tez görüşüb, mobil telefonla əlaqə saxlamışlar. O, polis şöbəsinə aparılan zaman telefonu yanında olmamışdır. Bakı şəhərinə Sumqayıt şəhərindən gəlmişdir. Polis əməkdaşları ona Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində olan parkın qarşısında olan zaman yaxınlaşmışlar. Təqsirləndirilən şəxs dedikləri ilə razı deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 28 oktyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 27 oktyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin 30-cü polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. (iş.v. 5-6) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, əvvəlcə, barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofanın içərisində olan ağ rəngli, kristal şəkilli və spesifik iyə malik narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. (iş.v. 33-34) Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşları Suraxanı RPİ-nin 32-ci polis şöbəsinin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs isə əynindəki açıq mavi rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümü təqdim edərək bildirir ki, təqdim etdiyi bükümün içərisindəki maddə “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamindir. Həmin psixotrop maddəni Əhmədli metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manat pul ödəməklə almışdır. Bundan sonra, polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparırlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilmir. Məhkəmə-kimyəvi ekspertizasının 28 oktyabr 2023-cü il tarixli, 3-16-16/2- 6/5779 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194...” dairəvi möhür əksi və “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut; Təqsirləndirilən şəxs -imza, iştirakçılar: iki- imza, V.İsizadə- imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 1,231 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 1,231 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq – 1,181 qram. (iş.v. 41-43) Ambulator məhkəmə-narkoloji ekspertizasının 30 oktyabr 2023-cü il tarixli, 7095 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 93-94) Suraxanı RPİ-nin İŞ-nin 28 oktyabr 2023-cü il tarixli əməliyyat tapşırığına cavab olaraq ünvanlanan Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin 20 noyabr 2023-cü il tarixli, ********* saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamış və bundan başqa, hər hansı bir cinayət əməli törətməsi müəyyən olunmamışdır. (iş.v. 58-59; 97) 06 dekabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 1,231 qram, tədqiqatdan sonra qalıq qalmış 1,181 qram olan psixotrop maddə - metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 06 dekabr 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarla maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 29 oktyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə - metamfetaminin mənbəyinin müəyyən edilməsi üçün cinayət işindən metarial ayrılmışdır. (iş.v. 98-103) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD disk 06 dekabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 98-103) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2023-cü il tarixdə saat 19:45-də şübhəli şəxs qismində tutulmuş, saat 19:15-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 29 oktyabr 2023-cü il tarixdə, saat 12:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 29 oktyabr 2023-cü il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 22, 60-61, 75-76, 81-83) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 1(010)- 160/2024 saylı qərarı ilə, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi şifahi vəsatəti təmin edilərək təqsirləndirilən şəxsin hansı tarixdə, hansı saatda tutulmasını və tutulan zaman Şahid3lə birgə olub-olmamasının aydınlaşdırılması məqsədilə 25 oktyabr 2023-cü il tarix, saat 09:00-dan 29 oktyabr 2023-cü il tarixə, saat 18:00-dək Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin və həmin cinayət işi üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarının, o cümlədən həmin nömrələrin sahibləri barədə məlumatın, həmin nömrəyə daxil olmuş və edilmiş zənglərin, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatlarının, eləcə də daxil olmuş və göndərilmiş SMS mətnlərinin Bakcell MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmış, qərarın icrası müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-dən 13 may 2024-cü il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 03 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskdən görünür ki, ***-***-**-** saylı mobil nömrə MTC 26 oktyabr 2023-cü il, saat 22:40:49, müddət saniyə 23, LLBK3828O1/LBBK3828 Halikarnas/“Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi, Qum adası çimərliyinin yaxınlığı“/Khatai olduğunu göstərmişdir. 27 oktyabr 2023-cü il tarixdə saat 00:10-da təqsirləndirilən şəxsin həm Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi, Qum adası çimərliyin yaxınlığı/Khatai, həm də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi/Surakhany, 00:32-də isə Bakı şəhəri, Suraxanı rayonu, Zıg şossesi, Qum adası çimərliyin yaxınlığı/Khatai ünvanlarında olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin mütəxəssisi X4 anten dairələrinin konkret olaraq hansı əraziyə aid olmasını və nəyə görə həm Bakı şəhəri, Suraxanı rayonu, Zıg şossesi, Qum adası çimərliyin yaxınlığı, həm də Khatai yazıldığı soruşulmuşdur. X1 bildirmişdir ki, şəxsin ünvanını daha düzgün müəyyən etməkdən ötrü daxil olan və çıxan zənglərə baxmaq lazımdır, 3-cü sütunda zəngin tipi göstərilmişdir. MTC daxil olan zəngləri bildirir. Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi, Qum adası çimərliyinin yaxınlığı ünvanı ***-***-**-** saylı mobil telefon nömrəsinin anten əhatə dairəsini bildirir. 17 iyul 2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsi tərəfindən "xxxx" MMC-yə sorğu ünvanlanaraq anten məlumatlarında zəngin tipi qrafasında qeyd olunmuş MTC termininin izahının verilməsi, həmçinin yuxarıda qeyd olunmuş anten dairələrinin konkret olaraq hansı əraziyə aid olması və antenanın harada yerləşməsi barədə (məsələn -Bakı şəhəri Suraxanı rayonu, Zığ şossesi qeyd olunsa da,həmçinin /KHATAİ/ də qeyd olunmuşdur) ətraflı məlumatın Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməsi istənilmişdir. Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən ünvanlanan 08 avqust 2024-cü il tarixli məktubdan görünür ki, zəngin tipi sütununda qeyd edilən MTC–sorğu edilən nömrəyə daxil olan zəngləri əks etdirən abreviaturadır. Təqdim edilmiş məlumatlarla bağlı edilmiş araşdırma zamanı məlum olmuşdur ki, anten əhatə məlumatlarında “/Khatai/” kimi göstərilmiş göstərici, texniki problem nəticəsində yanlış qeyd olunmuşdur. Əlavə olaraq LBBK3828O1/LBBK3828 adlı baza stansiya rekvizitləri izahlı qaimədə qeyd olunduğu kimi, 40.338xx/xx.00758 koordinatda yerləşən Bakı şəhəri, Suraxanı rayonu, Qum adası çimərliyi yaxınlığındadır. Məlumatları ötürmüş baza stansiyasının koordinatlarına uyğun, onun yerləşdiyi nöqtəni əks etdirən xəritə məktuba qoşma edilərək göndərilmişdir. "xxxx" MMC-dən 13 may 2024-cü il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 31 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskdən görünür ki, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin anten əhatə dairəsi 27 oktyabr 2023-cü il tarixdə, saat 00:04-də Hövsan qəsəbəsi ünvanını göstərmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-yə məxsus məlumat məktubunda qeydlərin təyinatından görünür ki, MTC-sorğu edilən nömrənin daxil olan zənglərini, MOC-sorğu edilən nömrənin çıxış zənglərini, SMSMO-sorğu edilən nömrənin çıxış SMS-i, SMSMT-sorğu edilən nömrənin daxil olan SMS-i, CFW isə zəngin yönləndirilməsini ifadə edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 06 fevral 2024-cü il tarixdə Suraxanı RPİ-nin rəisinə ünvanlanan məktubda göstərilmişdir ki, işin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılan zaman Polis şöbəsində və Polis İdarəsində polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiqlərə məruz qalmasını və psixotrop maddənin ona məcburi olaraq verilməsini bildirmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs cinayət əməlini törətməsini etiraf etməmiş və ittihamın mahiyyəti üzrə özünü təqsirli bilməmişdir. Şübhəli şəxs qismində tutulduğu zaman tanışı Şahid3 da onunla birgə saxlanıldığını, psixotrop maddənin məcburi üzərinə qoyulduğu, həmin maddənin əslində Şahid3 məxsus olmasını və RPİ-də həmin maddənin yarıya bölünərək üzərinə götürməsi üçün ona təzyiqlər olunduğunu bildirmişdir. Odur ki, Suraxanı rayon prokurorluğuna 06 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması faktı ilə bağlı verdiyi məlumat əsasında hərtərəfli, tam və obyektiv araşdırma aparılmasını və araşdırmanın nəticəsi barədə qəbul olunmuş qərarın surətinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsini təmin etməsi ilə bağlı müraciət edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 02 aprel 2024-cü il tarixli sorğuya cavab olaraq ünvanlanan məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə verilən məlumat əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmışdır. Araşdırma ilə müraciətdə göstərilən xüsusatlar öz əksini tapmamış, Suraxanı RPİ-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri halları müəyyən edilməmişdir. 02 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X9 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti Araşdırmalar İdarəsində toplanmış 356-C-24 nömrəli material üzrə cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan isə nə təqsirləndirilən şəxs, nədə ki, onun müdafiəçisi tərəfindən şikayət verilməmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 17 iyul 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs 27 oktyabr 2023-cü il tarixdən 29 oktyabr 2023-cü il tarixədək tutulduğu zaman Suraxanı RPİ-nin MSY-də həkim müayinəsindən keçməsi və müayinənin nəticəsi barədə sənədlərin, qeydiyyat jurnalından həmin şəxslə bağlı məlumatın, o cümlədən Suraxanı RPİ-nin MSY-ə giriş və çıxış vaxtlarının əks olunduğu sənədin surətinin Suraxanı Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə müraciət ünvanlanmışdır. Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli müraciətinə cavab olaraq Suraxanı RPİ-nin MSY tərəfindən göndərilmiş AKT-dan görünür ki, Təqsirləndirilən şəxs, 27 oktyabr 2023-cü il tarix, saat 23:45-də Suraxanı RPİ-nin MSY-ə daxil olmuşdur. 29 oktyabr 2023-cü il tarixdə saat 11:40-da müstəntiq A.Bayramov tərəfindən qəbul edilmiş qərar əsasında MSY-dən azad olunmuş, bu zaman da Təqsirləndirilən şəxs tərəfindən heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş 05 iyul 2022-ci il tarixli “ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X3 xx.xx.2022-ci il tarixdə, kəskin miokard infarktı nəticəsində vəfat etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X10 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam etiraf etsə də, məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək bildirmişdir ki, şübhəli şəxs qismində tutulduğu zaman onun üzərindən heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Buna baxmayaraq, guya onun üzərindən aşkar edilmiş həmin psixotrop maddə polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qoyularaq onun boynuna məcburi şəkildə qoyulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2023cü il tarixdə, atasına məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki YDM-də olarkən ondan 8 yaş böyük olan tanışı Şahid3 o, əsgərlikdən yeni gəldiyi üçün onunla telefonla danışaraq görüşməyə gəlmişdir. Şahid3 YDM-nin yanında taksidən düşən zaman polis əməkdaşları qəfildən onu tutmuş, Şahid3 isə üzərində olan psixotrop maddəni yerə atmış, bu zaman polis əməkdaşları taksiyə baxış keçirərkən həmin psixotrop maddəni tapa bilməmiş, Şahid3 tərəfindən yerə atılan zaman həmin maddə Təqsirləndirilən şəxs yanına düşdüyündən polis əməkdaşları onu da Şahid3lə birlikdə tutmuşdur. Polis əməkdaşları Suraxanı RPİ-də Şahid3 məxsus həmin maddəni yarıya bölmüş, yarısını Təqsirləndirilən şəxs öz boynuna götürməsi üçün ona təzyiqlər olunmuşdur. Ambulator məhkəmə-narkoloji ekspertizasının 30 oktyabr tarixli, 7095 nömrəli rəyində psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar edilsə də, Təqsirləndirilən şəxs isə faktiki olaraq hər hansı narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olmadığını məhkəmədə bildirmişdir. Həmçinin narkoloji müayinə zamanı o, psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini, əvvəllər narkotik vasitə olan marixuandan siqaretə doldurub çəkməklə istifadə etdiyini bildirmişdir. Ondan götürülmüş sidik nümunəsində isə AMP (+) aşkar olunmuşdur. O, əsgərlikdən qabaq psixotrop maddə istifadə etmiş olsa da, əsgərlikdən qayıtdıqdan sonra, heç vaxt istifadə etməmiş, buna görə də, onda asılılıq sindromu olmadığını özü bildirdi. Narkomaniya xəstəliyi olmadığından müalicə də almamışdır. Həmin psixotrop maddənin hamısı tanışı olan Şahid3 məxsus olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs hadisənin 26 oktyabr 2023-cü il tarixdən 27 oktyabr 2023-cü il tarixə keçən gecə baş verməsini, Maral heykəlinin qarşısında yox, özü və qardaşının işlətdiyi YDM-də olan zaman tutulmasını, tutulan zaman isə yanında dostu Şahid3 olmasını bildirmişdir. Həmçinin o, ittiham aktında göstərilən və məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşları tərəfindən yox, PPXnin əməkdaşları tərəfindən tutulmuşdur. Onu şübhəli şəxs qismində tutan polis əməkdaşları şəxsi axtarış və götürmə keçirilən zaman orada iştirak etməmişlər. Şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak edən polislər isə onu saxlayan şəxslər deyildir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2023-cü il tarixdə saat 19:45-dən şübhəli şəxs qismində tutulmuş, saat 19:15-dən hüquqları məhdudlaşdırılmış hesab edilmişdir. Şəxsi axtarış və götürmə haqqında 27 oktyabr 2023-cü il tarixli protokolda isə göstərilmişdir ki, şəxsi axtarış saat 20:35-də başlamış 20:50dək davam etmişdir. Həmçinin qeyd olunanlar Suraxanı RPİ-nin MSY-dən alınmış sənədlərdən də görünür. Belə ki, MSY tərəfindən göndərilmiş AKT-dan görünür ki, Təqsirləndirilən şəxs, 27 oktyabr 2023-cü il tarix, saat 23:45-də Suraxanı RPİ-nin MSY-ə daxil olmuşdur. 29 oktyabr 2023-cü il tarixdə saat 11:40-da müstəntiq A.Bayramov tərəfindən qəbul edilmiş qərar əsasında MSY-dən azad olunmuş, bu zaman da Təqsirləndirilən şəxs tərəfindən heç bir şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin onun müdafiəçisinin vəsatətini təmin edərək qəbul etdiyi qərar əsasında əldə etdiyi Təqsirləndirilən şəxs və Şahid3 mobil telefon nömrələrinin anten əhatə dairələri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Şahid3 ifadəsi zamanı tutulduğu vaxt üzərində mobil telefonunun olmadığını bildirmişdir. Həmçinin Suraxanı Rayon Məhkəməsi tərəfindən Şahid3 Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi 13 may 2024-cü il tarixli, 1(010)-226/2024 saylı ittiham hökmü çıxarılmışdır. Həmin hökmdən şikayət və protest verilmədiyindən hökm qanuni qüvvəsini almışdır. Özünün barəsində olan həmin cinayət işinin məhkəmə istintaqı zamanı da, Şahid3 özünü tam təqsirli bilmiş, 27 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində olan parkın qarşısında dayanan zaman polis əməkdaşları tərəfindən tutulduğunu və tutulan zaman özünün tək olmasını bildirmişdir. Hazırda şahid olaraq dindirildiyi Təqsirləndirilən şəxs cinayət işi üzrə də məhkəmə iclasında eyniməzmunlu ifadələr vermiş, Təqsirləndirilən şəxslə birlikdə tutulmadığını, onu həmin günü yalnız şöbəyə gətirildiyi zaman orada gördüyünü bildirmişdir. Qeyd olunan hal Suraxanı RPİ-nin MSY-dən verilmiş aktla da təsdiq olunur. Hər iki şəxs 27 oktyabr 2023-cü il tarixdə tutulmuşlar. Odur ki, ifadələri arasında heç bir ziddiyyət olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs özünün bildirdiyi tutulma saatından görünür ki, onun istifadəsində olmuş mobil nömrənin anten əhatə dairəsinin 27 oktyabr 2023-cü il tarixdə saat 00:10-da onun həm Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi, Qum adası çimərliyinin yaxınlığı/Khatai, həm də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi/Surakhany, 00:32-də isə Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi, Qum adası çimərliyin yaxınlığı/Khatai ünvanlarında olduğu müəyyən edilmişdir. Bununla bağlı, məhkəmə iclasında "xxxx" MMC-nin mütəxəssisi X7 dindirilmiş və ziddiyyətlərlə bağlı ona suallar verilmişdir. Nəticə olaraq hesab edilmişdir ki, həmin saatda Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi, Qum adası çimərliyinin yaxınlığı ünvanı ***-***-**-** saylı mobil telefon nömrəsinin anten əhatə dairəsini bildirir. Göründüyü kimi, sözügedən saatlarda Təqsirləndirilən şəxs Suraxanı rayonu, Zığ şossesi, Qum adası çimərliyinin yaxınlığında olmuşdur. Anten əhatə dairələri məlumatlarından və Suraxanı RPİ-nin MSY-ə verilmiş sorğunun cavabından da görünür ki, Təqsirləndirilən şəxs tutulma saatı özünün dediyi kimi yox, "xxxx" protokoldakı saatla uyğunluq təşkil edir. Bakcell MMC-dən alınmış məktubdan da göründüyü kimi təqdim edilmiş məlumatlarla bağlı edilmiş araşdırma zamanı məlum olmuşdur ki, anten əhatə məlumatlarında “/Khatai/” kimi göstərilmiş göstərici, texniki problem nəticəsində yanlış qeyd olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs PPX-nin əməkdaşları tərəfindən tutulması ilə bağlı bildirir ki, məhkəmə iclasında dindirilən hər iki şahid, yəni Şahid1 və Şahid2, ifadələri zamanı Təqsirləndirilən şəxs tutan polis əməkdaşlarının özləri olduğunu, onun tutulmasının axşam saat 19:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Maral heykəlinin yaxınlığında olduğunu və həmin heykəllə yanacaqdoldurma məntəqəsinin çox yaxın olmasını bildirmiş və bu xüsusatla bağlı ifadələrində hər hansı bir ziddiyyət mövcud olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı döyülməsi faktı və üzərində olan psixotrop maddənin özünə məxsus olmaması, həmin maddənin zorla boynuna qoyulması məsələsi ilə bağlı qeyd edir ki, bunun araşdırılması üçün məhkəmə tərəfindən Suraxanı rayon prokurorluğuna 06 fevral 2024-cü il tarixdə məktub ünvanlanmışdır. Bununla bağlı, 02 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X9 tərəfindən araşdırma aparılaraq “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərardan da görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti Araşdırmalar İdarəsində toplanmış 356-C-24 nömrəli material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin Suraxanı RPİ-nin MSY-dən göndərilmiş AKT-da da qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2023-cü il tarixdə müstəntiq A.Bayramov tərəfindən qəbul edilmiş qərar əsasında MSY-dən azad olunmuş və bu zaman onun tərəfindən heç bir şikayət daxil olmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə müdafiəçisi ona təqdim olunan zaman bununla bağlı ona heç bir söz deməmiş, özünü təqsirli bilməyərək istintaqın aparılmasına etirazını bildirməmiş, hazırda qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Halbuki təqsirləndirilən şəxs iki gün şübhəli şəxs qismində saxlanılmış, sonradan barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, yəni azadlıqda olmaqla sərbəst hərəkət etmək, əgər ona qarşı fiziki və psixi zorakılıq, hədə-qorxu tətbiq edilmişdisə, vaxtında müvafiq orqanlara şikayət etmək imkanı olmuş, lakin o bu imkanlardan istifadə etməmişdir. O cümlədən tutulduğunu iddia etdiyi yanacaqdoldurma məntəqəsi mərhum atasına məxsus olmuş, lazım gəldiyi təqdirdə oradan hansı formada və şəraitdə tutulması ilə bağlı obyektin videokamera görüntülərini təqdim edə biləcəyi halda bunları etməmişdir. Təqsirləndirilən şəxs özünün bildirdikləri xüsusatlarla, yəni PPX əməkdaşları tərəfindən şübhəli şəxsin tutulması haqqında protokolda göstərildiyi kimi, saat 19 radələrində deyil, 26 oktyabr 2023-cü il tarixdən 27 oktyabr 2023-cü il tarixə keçən gecə saat 00:00-01:00 radələrində Şahid3lə birgə yanacaqdoldurma məntəqəsinin yanından şübhəli şəxs qismində tutulması və tutulan zaman üzərində psixotrop maddə olmaması xüsusatları ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatları təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd CD diskə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən həm Şahid1, həm də, Şahid2 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsində iştirak etməsi, eyni zamanda Təqsirləndirilən şəxs aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi, əynindəki açıq göy rəngli cins şalvarının cibindəki 01 ədəd içərisində psixotrop maddə olan bükümü təqdim etməsi və ona hansısa xəsarət yetirilmədiyi, bədəni üzərində vizual müşahidə zamanı xəsarətlərin olmaması aşkar görünür. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyi, o cümlədən onun azərbaycan dilində sərbəst olaraq yazmağı və oxumağı bacardığı halda polis əməkdaşları tərəfindən onun psixotrop maddənin məcburən ona məxsus olması ilə bağlı etirafedici ifadələr verməsi, həmin maddənin ona məxsus olmadığı halda üzərindən aşkar edilməsi ilə bağlı qeyd etdikləri heç cür inandırıcı deyildir. Həmçinin iş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli, 7095 saylı məhkəmə ambulator narkoloji ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Bundan başqa əgər Şahid3lə birlikdə tutulmasını, Rəşidin üzərindən psixotrop maddənin yerə düşməsini, polis əməkdaşlarının həmin maddəni ikiyə bölüb yarısını ona verərək ona məxsus olmasını boynuna götürməsini bildirməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, birincisi Şahid3 təqsirləndirilən şəxsin dostudur və onun vəsatəti əsasında məhkəmə tərəfindən şahid qismində dindirilmiş və sərbəst ifadə verərək Təqsirləndirilən şəxslə birlikdə tutulmadığını qeyd etmiş, Təqsirləndirilən şəxs şöbədə olarkən gördüyünü bildirmiş, özünün barəsində istintaqı aparılmış cinayət işi üzrə də məhkəmə istintaqı zamanı ziddiyyətli ifadə verməmiş, bundan başqa Şahid3 üzərindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,180 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən isə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Narkotik vasitə heroin toz halında olduğundan onun bölünməsi mümkünsüzdür. Göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən özünü müdafiə xarakterli ifadələr iş üzrə toplanmış mötəbər və əsaslı sübutlarla tam təkzib olunur. Bütün qeyd olunan faktlar Təqsirləndirilən şəxs dediklərinin həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyrimötəbər dəlillər olmasını göstərir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla heç bir mötəbər dəlillə əsaslandırılmadığı üçün, məhkəmə onun dediklərinə tənqidi yanaşaraq məhkəmə iclasında verdiyi ifadəsini sübut növü kimi qiymətləndirmir, əksinə ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut növü kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 1,231 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Cinayət Prosessual Məcəllənin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə, narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyataxtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Maral heykəlinin qarşısıdır. Sonradan isə şəxs Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirilmişdir. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 27 oktyabr 2023cü il tarixdə, səhər saatlarında satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,231 qram olan psixotrop maddə-metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən 27 oktyabr 2023-cü tarixdə, saat 19 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Maral heykəlinin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,231 qram olan ağ rəngli kristal maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün həmçinin Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi - hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin suiistifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (iş.v. 96) Təqsirləndirilən şəxs əvvəllər məhkumluğunun olmamasını məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmamasına səbəb isə şəxsin heç bir yerdə işləməməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, özünün ifadəsində bildirdiyi kimi mərhum atasından qalan yanacaqdoldurma məntəqəsində gələcəkdə çalışma ehtimalının olması, narkomaniya xəstəliyindən sağalmamasıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Qanunun 20.3-cü maddəsinə əsasən vətəndaşların hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkomanlıq xəstəliyinə düçar olan şəxslər üçün, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin istehlakı ilə məşğul olan və ya onlardan sui-istifadə edən şəxslər üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2003-cü il tarixli 23 nömrəli Qərarı ilə təsdiq edilmiş fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrıayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin siyahısının 9-cu bəndində qeyd olunmuş - partlayış, zəhərlənmə, güclü zəhərlənmə, tezalovlanma, tezalışma təhlükəsi olan istehsalat sahələrindəki işlərə yanacaq doldurma məntəqəsinin də fəaliyyətini aid etmək olar. Buna görə də Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə, narkomaniyadan məcburi müalicə olunmalı və narkomaniya xəstəliyindən sağaldıqdan sonra cəmiyyətə sağlam şəxsiyyət olaraq qayıdara qeyd olunan fəaliyyət növü ilə məşğul ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydalarının 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu günlər Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanıb ona qəti olaraq cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 28 avqust 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından dərhal həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,181 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalı, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilmiş 03 (üç) ədəd CD diskin iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 oktyabr 2023-cü il tarixdən 29 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 28 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,181 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilmiş 03 (üç) ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-160/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-160/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver