Məhkəmə qərarları › İş №1(010)-160/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-160/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-160/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, himayəsində 1 azyaşlı övladı olan, işləməyən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, əvvəli 27 noyabr 2024cü il tarixdən hesablanmaqla, qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu və sadə residivi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırki iş üzrə 02 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 mart 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin məhkəmə baxışında qəbul etdiyi 29 oktyabr 2024-cü il tarixli qərarı ilə ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 1(010)-579/2024 saylı qərarı ilə Məhkəmələr arasında ərazi aidiyyəti üzrə yaranmış fikir ayrılığının həll edilməsi məqsədi ilə cinayət işi Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 1(103)-2676/2024 saylı qərarı ilə cinayət işi baxılması üçün aidiyyəti üzrə yenidən Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə-metamfetamini xeyli miqdarda əldə edib saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 1,200 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamini əldə edib saxlayaraq daşımış, 02 mart 2024-cü il tarixdə, saat 22:10 radələrində Sabunçu RPİ-nin 14-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, “Köhnə hamam” adlanan ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Sabunçu RPİ-nin 14-cü polis şöbəsinə gətirilib həmin şöbənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,281 qram, 0,286 qram, 0,481 qram və 0,152 qram, ümumi təmiz çəkisi 1,200 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamin və səthində psixotrop maddə-metamfetaminə məxsus izlər olan 01 (bir) ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5il olar ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 03 mart 2024-cü il tarixdə, 04 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,281 qram, 0,286 qram, 0,481 qram və 0,152 qram, ümumi təmiz çəkisi 1,200 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamini Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Köhnə hamam” adlanan ərazidən Azərbaycan Respublikası vətəndaşı olan "Sehran” adlı şəxsdən satış məqsədi ilə 100 (yüz) manata əldə etmişdir ki, həm özü istifadə etsin, həm də tanımadığı başqa şəxslərə satsın. O, psixotrop maddələri satacağı şəxsləri tanımamışdır. 02 mart 2024-cü il tarixdə, saat 22:10 radələrində yaşadığı ünvanın yaxınlığında iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslər Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin əməkdaşları olduqlarını bildirməklə, qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olmasını deyərək onu Sabunçu RPİ-nin 14-cü polis şöbəsinə gətirmişlər. Polis şöbəsində barəsində tutma prokolu tərtib edilmiş, daha sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılan zaman onun öz razılığı ilə müdafiəçi iştirak etməmişdir. Həmin vaxt polis əməkdaşının xidməti otağında ondan üzərində qanunla daşınması və saxlanılması qadağan olunmuş əşyanın olub-olmamasını soruşmuşlar, o isə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd elektron tərəzini, 01 (bir) ədəd içərisində 04 (dörd) ədəd bükümdə psixotrop maddə-metamfetamin olan plastik qablaşdırmanı, daha sonra, əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən qırmızı rəngli korpusu olan "Samsung” markalı mobil telefonu çıxarıb masanın üstünə qoymuş və bildirmişdir ki, həmin plastik qablaşdırmanın içərisində olan bükümlər psixotrop maddə-metamfetamindir və o, həmin maddələri “Sehran" adlı şəxsdən tanımadığı adamlara satmaq məqsədi ilə 100 (yüz) manata almışdır. O, “Sehran” adlı şəxsin Azərbaycan Respublikası vətəndaşı olduğunu, ondan əvvəllər də narkotik vasitə və ya psixotrop maddələr aldığını və onun barəsində ətraflı məlumatı olmadığını bildirmişdir. “Sehran” adlı şəxsdən həmin bükümləri 100 manata almışdır, ondan aşkar edilən 04 ədəd bükümə və elektron tərəziyə baxış keçirilmiş, daha sonra zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O, həm zərfi, həm də protokolu oxuyub tanış olduqdan sonra imzalamışdır. Məhkəmə iclası zamanı isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 5-6 ildir ki, narkotik vasitələrdən istifadə etmiş, lakin onların satışı ilə məşğul olmamışdır. 02 mart 2024-cü il tarixdə, Seyran adlı tanışından psixotrop maddə-metamfetamin almaq üçün Əmircan qəsəbəsi, “Köhnə hamam” adlanan yerin yaxınlığında yerləşən evinə getmişdir. Seyranın evindən çıxarkən qonşuluqdan çıxan şəxs polis əməkdaşlarının gəldiyini bildirmişdir. Daha sonra avtomobil ilə ona yaxınlaşmışlar, onu avtomobilə minməyə məcbur etmiş və hansı mənzildən çıxdığını soruşmuşlar, ilk olaraq cavab verməmişdir. Lakin cavab vermədiyi üçün onu döyməyə başlamışlar, məcbur qalıb hansı mənzildən çıxdığını onlara bildirmişdir. Daha sonra polis şöbəsinə aparmışlar, orada olarkən də ona qarşı polis əməkdaşları tərəfindən fiziki zorakılıq tətbiq olunmuş, bir gün sonra isə Sabunçu RPİ-nin MSY-ə aparmışlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələrin heroin, psixotrop maddələrin isə metamfetamin növündən istifadə etmişdir. Polis İdarəsində olduğu dövrdə ona qarşı polis əməkdaşları tərəfindən fiziki zorakılıq tətbiq olunmuşdur. Dövlət hesabına müdafiəçi təyin edilmiş, lakin tutulduqdan neçə saat sonra gəlməsini dəqiq xatırlamır. Amma təxminən 2-3 saat şöbədə qaldıqdan sonra gəlmişdir. Şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman da müdafiəçi iştirak etməmişdir. Xəsarətləri olsa da, X4 saxlanılan zaman TTY çağırılmamışdır. Tutulan zaman tək olmuşdur. Döyüldüyünü müdafiəçiyə qorxduğu üçün deyə bilməmişdir. Həmin vaxt mobil telefonu yanında olmuş, lakin müstəntiqə vermişdir. Şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman üzərindən metamfetamin aşkar olunmuş, polis əməkdaşlarının dedikləri qaydada həmin metamfetamini təqdim etmişdir. Polis əməkdaşları tərəfindən tətbiq olunmuş fiziki zorakılıq barədə prokurorluğa və ya məhkəməyə müraciət etməmişdir. Polis əməkdaşları ona demişlər ki, “məlumat vermə, səni buraxacıyıq.” Məhkəmədə sms yazışmaları ilə bağlı verilən suallara cavab olaraq bildirmişdir ki, “Yetim arxayin ol birazdan yığacam sene uzaği 1 saata kentde olaciyiq merdekana gediriy alinsa 5 patini 5 kolaya deyiwmeye gelen kimi yiğacam sene” SMS yazışmasını xatırlamır, lakin “Daniwa bilmorem yazginen hemde sen istedihin kanfetden yoxdu ancaq agdandi agda istesen doyersen” yazışmasını xatırlayır. O, həmin sms yazışmalarının onun tərəfindən icra olunduğunu bildirmişdir. Belə ki, əvvəllər narkotik vasitələrin satışı və ya bağışlaması halları olsa da, tutulan zaman üzərindən aşkar olunan psixotrop maddəni satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs sonuncu məhkəmə iclası zamanı, telefonda sms yazışmalarına baxış keçirildikdən sonra, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ittihamla ona elan olunmuş əməli həqiqətən də törətdiyini və bu əməlindən peşman olduğunu bildirmişdir. Sonda isə himayəsində 1 azyaşlı uşağının olmasını və uşağının nənəsi ilə birlikdə qalmasını nəzərə alaraq məhkəmədən yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində bildirmişdir ki, 02 mart 2024-cü il tarixdə, onlara əməliyyat məlumatı daxil olmuşdur ki, Suraxanı rayonu, Əmircan qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, daşınması, üzərində saxlanması və satışı ilə məşğuldur. Ona görə də, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsində əməliyyat qrupu təşkil edilmişdir. Həmin qrupa özü rəhbərlik etmişdir. Bundan sonra, əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Köhnə hamam" adlanan yerin yaxınlığında küçədə piyada gəzərkən saxlanılaraq Sabunçu RPİ-nin 14-cü polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində videoçəkilişlə xidməti otaqda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, bu hərəkət aparılmazdan əvvəl, Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanması qadağan edilmiş əşyanın olub-olmaması soruşulmuş, əgər varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,281 qram, 0,286 qram, 0,481 qram və 0,152 qram, ümumi təmiz çəkisi 1,200 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamini, 01 ədəd elektron tərəzini, əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən içərisində ***-***-**- ** simkart nömrəsi olan qırmızı korpuslu “Samsung Galaxy A3” markalı mobil telefonu çıxarıb masanın üstünə qoyaraq bildirmişdir ki, təqdim etdiyi bükümlərdəki kütlə psixotrop maddə-metamfetamindir və həmin bükümləri 100 manata Azərbaycan Respublikası vətəndaşı “Sehran” adlı şəxdən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, “Köhnə hamam” adlanan yerin yaxınlığında görüşərək 100 manata alıb müxtəlif şəxslərə satacaqdı. Onun təqdim etdiyi bükümlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin maddə metamfetamindir. Daha sonra həmin bükümlər, elektron tərəzi və mobil telefon ayrı-ayırlıqda zərflərə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə 02 mart 2024-cü il tarixdə, axşam saatlarında, təxminən 21-22 radələrində mülki geyimdə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs tutulan zaman tək olmuş, xəsarətləri isə olmamışdır. Təqsirləndirilən şəxs, həmin vaxt qaçmağa cəhd göstərmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddəni İran vətəndaşından aldığını bildirmişdir. Əməliyyat məlumatı Şahid2 daxil olmuşdur. Əmircan qəsəbəsində yerləşən “Köhnə hamam” adlanan yerin yaxılığında tutulan zaman deyil, polis şöbəsinə aparıldıqdan sonra təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs tutulduğu yerlə polis şöbəsi arasındakı məsafə nə qədərdir dəqiq bilmir, lakin avtomobillə təxminən 40 dəqiqəyə polis şöbəsinə çatmışlar. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarın qanuniliyinin yoxlanması üçün məhkəmə nəzarəti qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət edilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsində o, Şahid2, təhqiqatçı və qadın polis əməkdaşı iştirak etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 və Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri Şahid3 da ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etmiş, eyni məzmunlu ifadələr verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişlər. Şahid2 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuşdur. Məlumatın nə vaxt daxil olmasını dəqiq xatırlamır, adətən bir neçə gün əvvəl daxil olur. Təqsirləndirilən şəxsin tutulan zaman xəsarətləri olmamışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarın qanuniliyinin yoxlanılması üçün məhkəmə nəzarəti qaydasında hansı məhkəməyə müraciət edilib-edilməməsini xatırlamır. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. O, tutulan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddəni haradan alması ilə bağlı nə bildirməsini uzun müddət keçdiyi üçün xatırlamır. Təqsirləndirilən şəxsi tutan zaman onunla birlikdə Suraxanı RPİ-nin 31-ci Polis şöbəsinin əməkdaşları olmamışdır. Təqsirləndirilən şəxs o, və Şahid1 tutmuşdur. Şahid3 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərinə o baxış keçirmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs tutulan zaman xəsarətləri olmamışdır. 02 mart 2024-cü il tarixdə, təxminən saat 22 radələrində mən polis şöbəsinə dəvət olunmuş, daha sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 03 mart 2024-cü il tarixdə Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X5 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə fakta görə başlanmışdır. (iş.v. 1) 02 mart 2024-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. (iş.v. 6-7) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 mart 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd plastik qabın içərisində 04 ədəd şəffaf sellofana bükülmüş bükülüləri və 01 ədəd elektron tərəzini təqdim edərək, həmin bükülülərin içərisində psixotrop maddə olan metamfetamin olduğunu, bu maddəni 02 mart 2024-cü il tarixdə, axşam saatlarında Suraxanı rayonu, Əmircan qəsəbəsi, "Köhnə Hamam" adlanan ərazinin yaxınlığında üzdən tanıdığı, lakin yaşadığı ünvanını bilmədiyi Sehran adlı şəxslə görüşüb ondan 100 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd plastik qabın içərisində 04 ədəd şəffaf sellofana bükülmüş bükülüləri açdıqda toz-kristal şəkilli, şəffaf rəngli, spesifik qoxuya malik psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Aşkar olunmuş 04 ədəd şəffaf sellofanlarda olan psixotrop maddə hesab edilən kütlələr və elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan ayrı-ayrılıqda iki ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili Nazirliyinin «Zərflər üçün» 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən istifadəsində olan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik “Samsung” markalı 01 ədəd telefon Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi atarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (iş.v. 31-32) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı diskə baxış keçirilərək tədqiq edilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə, həmin əşyanı təqdim etməsi təklif edilir. Görüntünün sonunda şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli şalvarın sağ yan cibindən dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,281 qram, 0,286 qram, 0,481 qram və 0,152 qram, ümumi təmiz çəkisi 1,200 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamini, 01 ədəd elektron tərəzini, əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən içərisində ***-***-**-** kart nömrəsi olan qırmızı korpuslu “Samsung Galaxy A3” markalı mobil telefonu könüllü olaraq təqdim edir və bildirir ki, bükülülərin içərisindəki maddə “patı”, yəni metamfetamindir, elektron tərəzi və metamfetamin özünə məxsusdur, metamfetamini şəxsi istifadəsi üçün 02 mart 2024-cü il tarixdə, Azərbaycan Respublikası vətəndaşı olan “Sehran” adlı şəxsdən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən köhnə hamam adlanan yerdə satış məqsədi ilə 100 (yüz) manata əldə etmiş və tanımadığı adamlara satacağını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, verilən suallari tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 04 ədəd bükümdə psixotrop maddə olan metamfetamin, elektron tərəzi və mobil telefon ayrı-ayrı zərflərə qoyulur, möhürlənir və imzalarla təsdiq olunur. Məhkəmə-kimyəvi ekspertizasının 03 mart 2024-cü il tarixli 3-16-16/2-6/1282 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs E. ...” sözləri olan 1 №-li zərfdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,281 qr., 0,286 qr., 0,481 qr., 0,152 qr., ümumi təmiz çəkisi 1,200 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, 2 №-li zərfdəki bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 1,200 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 1,100 qram. (iş.v. 39-41) 04 mart 2024-cü il tarixli, “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, üzərində ***-***-**-** saylı mobil GSM nömrəsi olan “Samsung Galaxy A3” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Baxış keçirilmiş mobil telefonun işlək vəziyyətdə olması müəyyən edilmişdir. “Samsung Galaxy A3” markalı mobil telefonu işə saldıqdan sonra ekranın yuxarı hissəsində saat, həmçinin ana ekranda “Zəng etmək”, mesaj bölməsi və WhatsApp adlı proqram görünmüşdür. Ekranı yuxarı çəkdikdə isə müxtəlif sosial proqramların olduğu, həmin proqramların içərisində sms yazmaq üçün nəzərdə tutulmuş keçidin olduğu müəyyən edilmişdir. Baxış zamanı mobil telefonun çıxış və daxil olan zənglər siyahısında, eləcə də, mesajlar bölməsində və “WhatsApp” adlı proqramda olan sms yazışmalarında, həmçinin səsli yazışmalarda cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək məlumat aşkar edilməmişdir. (iş.v.78) 05 mart 2024-cü il tarixli, “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 1200 qram metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan qalıq çəkisi 1,100 qram metamfetamin məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (iş.v. 83-84) Suraxanı RPİ-nin İŞ-nin 06 mart 2024-cü il tarixli əməliyyat tapşırığına Sabunçu RPİnin 14-cü polis şöbəsi tərəfindən ünvanlanan 27 mart 2024-cü il tarixli məktubdan görünür ki, əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,281 qram, 0,286 qram, 0,481 qram və 0,152 qram, ümumi təmiz çəkisi 1,200 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetaminin mənbəyini müəyyən edib istintaqa təqdim etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin istifadəçisi və satışı ilə məşğul olması barəsində əməliyyat məlumatı əldə edilmiş, lakin təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələri satmış olduğu şəxs və ya şəxslərin əhatə dairəsini müəyyən etmək mümkün olmamışdır. (iş.v. 86-88) Ambulator məhkəmə-narkoloji ekspertizasının 13 mart 2024-cü il tarixli, 1670 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 95-96) Sabunçu Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 5(008)-321/2024 saylı qərarından görünür ki, vəsatət təmin edilmiş, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 22 sentyabr 2023-cü il tarixdən 04 mart 2024-cü il tarixə kimi olan müddət ərzində daxil olan və həmin abonentdən çıxan zənglərdən çıxarışların, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatlarının, daxil olan və göndərilən “SMS” mətnlərinin, həmçinin ötürücü antenalar cədvəlinin "xxxx" MMC-dən ələ keçirilməsinə icazə verilmişdir. (iş.v. 102-103) 03 iyun 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 1,200 qram, tədqiqatdan sonra qalıq qalmış 1,100 qram olan psixotrop maddə-metamfetaminin cinayət işi üzrə maddi sübut kimi tanınması və Sabunçu Rayon Polis İdarəsinin saxlancına təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin əldə etmə mənbəsinin müəyyən edilməsindən ötrü ********* nömrəli cinayət işindən material ayrılmış və Sabunçu RPİ-nin 14-cü polis şöbəsinə göndərilmişdir. (iş.v. 132-137) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD disk 03 iyun 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. (iş.v. 132-137) Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdə, saat 23:40-da şübhəli şəxs qismində tutulmuş, saat 22:10-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 04 mart 2024-cü il tarixdə, saat 15:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri, İbrahim Ləmbəranski tərəfindən təmin edilməmişdir. 04 mart 2024-cü il tarixli qərarla, müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 21, 54-55, 69-72, 74-75) Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Əli Şıxheybətli olmaqla, 1 azyaşlı övladı vardır. Məhkəmə iclası zamanı, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrənin 22 dekabr 2023-cü il tarixdən 04 aprel 2024-cü il tarixdək olan müddət ərzində daxil olan və çıxan zənglərin və SMS mesajların siyahısı, yazılı mətni, qeyd olunan telefonlara dair anten məlumatları ilə bağlı diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə 04 fevral 2024-cü il tarixdə, saat 01:00-da “Yetim arxayin ol birazdan yigacam sene uzagi 1 saata kentde olaciyiq merdekana gediriy alinsa 5 patini 5 kolaya deyiwmeye gelen kimi yigacam sene”, ***-***- **-** saylı mobil telefon nömrəsinə 04 fevral 2024-cü il tarixdə, saat 02:01-də “Daniwa bilmorem yazginen hemde sen istedihin kanfetden yoxdu ancaq agdandi agdan istesen doyersen”, ***-***-**-** saylı mobil telefon nömrəsinə 05 fevral 2024-cü il tarixdə, saat 18:57-də “Ay İlham 20 manat pul var nese alinar”, ***-***-**-** saylı mobil telefon nömrəsinə 20 fevral 2024-cü il tarixdə, saat 18:57-də “70 manat ele 1 verecem”, ***-***-**- ** saylı mobil telefon nömrəsinə 20 fevral 2024-cü il tarixdə, saat 18:57-də “Sebrli ol sen ol bawqa yerden torpaq gozduyurem 160 manat vermiwem” SMS mesaj mətnləri göndərilmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxsdən torpaq sözünün mənasını və SMS mesajlarının ona məxsus olub-olmadığını soruşulmuş, təqsirləndirilən şəxs bildirmişdir ki, torpaq dedikdə heroini nəzərdə tutmuşdur və mesajlar ona məxsusdur, lakin tutulan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 1(010)-160/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 vəsatəti təmin edilmiş, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin dövlət hesabına müdafiəçisi olmuş, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 02 mart 2024-cü il tarixdə, saat 09:00-dan 05 mart 2024-cü il tarixdə, saat 09:00-dək, 28 mart 2024-cü il tarixdə, saat 09:00-dan saat 21:00-dək və 26 iyun 2024-cü il tarixdə, saat 09:00-dan 27 iyun 2024-cü il tarixdə, saat 18:00-dək olan müddət ərzində anten əhatə dairəsinin məlumatlarının, o cümlədən həmin nömrənin məxsusluğu barədə məlumatın, həmin nömrəyə daxil olmuş və edilmiş zənglərin, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatlarının "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Qərarın icrası müvafiq olaraq "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən 12 fevral 2025-ci il tarixli qərarın icrası ilə bağlı Suraxanı rayon Məhkəməsinə ünvanlanmış, müvafiq olaraq 21 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilərək tədqiq edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdə, saat 23:40-da şübhəli şəxs qismində tutulmuş, 02 mart 2024-cü il tarixdə, saat 22:10-dan azadlığı faktiki məhdudlaşdırılmışıdır. Şübhəli şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, dindirilmə 03 mart 2024-cü il tarixdə, saat 19:10-da başlamış, saat 19:50-də qurtarmışdır. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, dindirilmə 04 mart 2024-cü il tarixdə, saat 15:15-də başlamış, saat 15:50-də qurtarmışdır. Təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi 28 mart 2024-cü il tarixdə ekspert rəyi ilə tanış edilmişdir. Cinayət işinin materiallarından görünür ki, 26 iyun 2024-cü il tarixdə ibtidai istintaqın qurtarması barədə Təqsirləndirilən şəxs və onun müdafiəçisinə məlumat verilmiş, 27 iyun 2024-cü il tarixdə, saat 11:30-dan saat 11:55-dək təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işinin materialları ilə tanış olmuşdurlar. Diskə baxış keçirilməsi zamanı Müdafiəçi1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 02 mart 2024-cü il tarixdə, saat 23:39 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabunçu TKQ, ATS 455/Sabunchu ünvanında, 04 mart 2024-cü il tarixdə, saat 15:31 radələrində Bakı şəhəri, Sabunçu rayonu, S.Mehmandarov 4/Sabunchu/ ünvanında, 04 mart 2024-cü il tarixdə, saat 15:31 və 15:34 radələrində Bakı şəhəri, Sabunçu rayonu, S.Mehmandarov 4/Sabunchu/ ünvanında, 27 iyun 2024-cü il tarixdə, saat 11:26 radələrində Bakı şəhəri, Sabunçu rayonu, S.Mehmandarov 4/Sabunchu/ ünvanında, 27 iyun 2024-cü il tarixdə, saat 11:49 radələrində ünvan 7 ünvanında olduğu müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati binasında keçirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X6 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. X7 əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 5-6 ildir ki, narkotik vasitələrdən istifadə etmiş, lakin onların satışı ilə məşğul olmamışdır. 02 mart 2024-cü il tarixdə, Seyran adlı tanışından psixotrop maddə-metamfetamin almaq üçün Əmircan qəsəbəsi, “Köhnə hamam” adlanan yerin yaxınlığında yerləşən evinə getmişdir. Seyranın evindən çıxarkən qonşuluqdan çıxan şəxs polis əməkdaşlarının gəldiyini bildirmişdir. Daha sonra avtomobil ilə ona yaxınlaşmışlar, onu avtomobilə minməyə məcbur etmiş və hansı mənzildən çıxdığını soruşmuşlar, ilk olaraq cavab verməmişdir. Lakin cavab vermədiyi üçün onu döyməyə başlamışlar, məcbur qalıb hansı mənzildən çıxdığını onlara bildirmişdir. Daha sonra polis şöbəsinə aparmışlar, orada olarkən də ona qarşı polis əməkdaşları tərəfindən fiziki zorakılıq tətbiq olunmuş, bir gün sonra isə Sabunçu RPİ-nin MSY-ə aparmışlar. Əvvəllər narkotik vasitələrin satışı və ya bağışlaması halları olsa da, tutulan zaman üzərindən aşkar olunan psixotrop maddəni satmaq məqsədi olmamışdır. Lakin sonuncu məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs telefonda sms yazışmalarına baxış keçirildikdən sonra, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ittihamla ona elan olunmuş əməli həqiqətən də törətdiyini və bu əməlindən peşman olduğunu, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bildirmişdir. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. "xxxx" MMC tərəfindən Suraxanı rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qərarının icrası ilə bağlı təqdim edilmiş 01 ədəd CD diskə məhkəmə iclası zamanı baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumata rast gəlinmədiyindən məhkəmə tərəfindən maddi sübut qismində tanınmamış və iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs mobil telefonda sms yazışmalarını əks etdirən 01 ədəd disk ibtidai istintaq zamanı sübut qismində tanınmamış, məhkəmə isə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin disk təqsirləndirilən şəxsin ittihamla ona elan olunmuş psixotrop maddələrin satışı ilə məşğul olmasını birbaşa təsdiq etdiyindən maddi sübut qismində tanınmalı və iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 1,200 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binlarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer Suraxanı rayonu, Əmircan qəsəbəsi, “Köhnə hamam” adlanan ünvanın yaxınlığıdır. Bundan sonra şəxs Sabunçu RPİ-nin 14-cü polis şöbəsinə aparılaraq orada şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş və psixotrop maddələr həmin vaxt aşkar edilmişdir. Bundan başqa qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Belə ki, məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 1,200 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamini əldə edib saxlayaraq daşımış, 02 mart 2024-cü il tarixdə, saat 22:10 radələrində Sabunçu RPİ-nin 14-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, “Köhnə hamam” adlanan ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Sabunçu RPİ-nin 14-cü polis şöbəsinə gətirilib həmin şöbənin inzibati binasında üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,281 qram, 0,286 qram, 0,481 qram və 0,152 qram, ümumi təmiz çəkisi 1,200 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamin və səthində psixotrop maddə-metamfetaminə məxsus izlər olan 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadələri, məhkəmə iclasının sonunda verdiyi etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluqla bağlı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 22 sentyabr 2023-cü il tarixdə, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş 04 ay 07 gün hissəsindən hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Bundan əlavə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, əvvəli 27 noyabr 2024-cü il tarixdən hesablanmaqla, qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (iş.v. 99-100) Bundan əlavə həmin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2021ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində ********* və ********* saylı cinayət işləri istintaq olunaraq 24 fevral 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Lakin həmin cinayət işlərinin nəticəsi ilə bağlı tələbnamədə məlumat qeyd edilmədiyindən Suraxanı Rayon Məhkəməsi tərəfindən 10 aprel 2025-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə sorğu göndərilmiş, həmin sorğunun cavabı olaraq ünvanlanmış 14 aprel 2025-ci il tarixli məktubda qeyd edilən cinayət işlərinin məhkəmənin icraatına daxil olmaması bildirilmişdir. Aydın olur ki, məhkumluqla bağlı tələbnaməyə həmin məlumat səhv yerləşdirilmişdir. Odur ki, cəza təyini zamanı nəzərə alınmamalıdır. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs, Suraxanı Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli hökmü ilə az ağır cinayət əməlinə görə, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi tarixdən 02 il keçməmiş, 02 mart 2024-cü il tarixdə, yenidən qəsdən cinayət törətmişdir. Buna görə də, o, məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş şəxs hesab olunur. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətin residivinə görə daha sərt cəza tətbiq edilir. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma deyil, əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymətdir. Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı övladının olması məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. X6 16-cı bəndinə əsasən birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CMnin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli Qərarına əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. O da nəzərə alınmalıdır ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Suraxanı Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 1(010)-431/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə şübhəli şəxs qismində tutulduğu müddət və hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu müddət cəmi Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 27 noyabr 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,100 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçisi olmuş, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 anten dairələri ilə bağlı "xxxx" MMC-dən məhkəməyə daxil olmuş 01 ədəd CD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Xüsusi müsadirə cinayət-hüquqi tədbiri həmçinin aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla). Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə maddi sübut qismində tanınmış və Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi2 müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 iş saatı üçün 110 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Suraxanı Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 1(010)-431/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 04 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə 22 aprel 2024-cü il tarixdən 24 aprel 2024cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və hazırkı iş üzrə 02 mart 2024-cü il tarixdən 04 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, cəmi 04 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 04 il 05 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 27 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,100 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçisi olmuş, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 anten dairələri ilə bağlı "xxxx" MMC-dən məhkəməyə daxil olmuş 01 ədəd CD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Müdafiəçi2 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 110 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar