Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-161/2024 08.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxx 1981-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdə saat 19 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «Toyota Prius» markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xətai rayonu, Babək prospektindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən Abbas Fətullayev küçəsi, “Şəfəq” mərasim evinin yaxınlığında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin, 5-ci hissəsinin, 2-ci bəndinin, 54-cü maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq piyada sağ zolaqda piyada keçidinin qarşısında avtomobilin dayanmasını nəzərə alaraq həmin avtomobilin qarşı tərəfindən onun hərəkət zolağına çıxan piyadanın olmamasına əmin olmalı və piyadanın piyada keçidi ilə yolu keçdiyi şəraitdə idarə etdiyi avtomobili qarşı hərəkət hissəsinə çıxardaraq hərəkət üçün təhlükə şəraiti yaratmadan avtomobili hərəkət etdirməli olduğu halda, həmin tələblərə riayət etməmiş və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək, yol hərəkəti qaydalarını pozub əks hərəkət zolağına çıxıb hərəkətdə olarkən yolu sağdan sola keçməkdə olan xx.xx.1989-cü il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vurması nəticəsində ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sol incik sümüyünün proksimal və distalının sınığı, sağ ayağın əzilmiş yarasından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 2 ilə yaxındır ki, özünə məxsus «Toyota Prius» markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 07 aprel 2023-cü il tarixdə saat 19 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 50 km/saat sürətlə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi ilə üzü Köhnə Günəşli qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman yolun tıxac olduğunu görmüşdür. Bu zaman öz avtomobili ilə əks hərəkət zolağına çıxmış və avtomobilin işıqları ilə siqnal verərək hərəkətini davam etdirmişdir. Elə bu zaman qarşıda olan piyada keçidində keçməkdə olan 1 nəfər qadın piyadanın keçdiyini görmüşdür. Avtomobili saxlamaq üçün əyləci basmış və avtomobilini sola doğru manevr etdirmişdir. Lakin hadisənin qarşısını ala bilməmiş və avtomobilinin qabaq sağ hissəsi ilə onu vurmuşdur. Həmin qadının yerə yıxıldığını görüb dərhal avtomobilini saxlamış və qadına kömək etmək üçün avtomobilindən düşmüşdür. Həmin qadını öz avtomobilinə qoymuş və oradan birbaşa “Medical Plaza” adlı xəstəxanaya aparmışdır. Orada həkim müayinəsindən keçdikdən sonra ona heç bir həyat təhlükəsinin olmadığını, yalnız ayaq sümüyündə çat yaranmasını bildirmişdilər. Adını sonradan Esmira kimi bildiyi qadını elə həmin günün axşamı evlərinə gətirmişdir. Həmçinin bildirmişdir ki, həmin hadisəni orucluq ayında oruc tutması ilə əlaqədar iftar süfrəsinə tələsdiyinə görə etmişdir. Bundan əlavə məhkəmə iclasında zərərçəkmiş şəxs Esmira Babayevaya köməklik göstərdiyini, “X8” xəstəxanasına apardığını, orada müayinənin 445 manat məbləğində ödənişini etdiyini, bundan əlavə digər müayinələrin ödənişlərin etdiyini bildirmiş və bu barədə çekləri təqdim etmişdir. Həmçinin bildirmişdir ki, E.Babayeva ondan ziyanın məbləği olaraq 10000 (on min) manat pul xahiş edir. Bu halları və onun himayəsində 2 azyaşlı uşaqların olduğunu, ailənin yeganə qazanc mənbəyi olduğunu, az ağır cinayətin ehtiyyatsızlıqdan törətdiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, hadisədən sonra zərərçəkmiş şəxsə köməklik göstərdiyini və vurulmuş ziyanın bir qismini ödədiyini nəzərə alınmasını və daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və zərərçəkmiş şəxsi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi ev 137, mənzil 34-də qeydiyyatda olmaqla yaşayır. 07 aprel 2023-cü il tarixdə saat 19 radələrində 50 nömrəli avtobus ilə iş yerindən evə qayıtmışdır. Avtobus “Şəfəq” mərasim evinin yaxınlığında dayanmış və Zərərçəkmiş şəxs orada avtobusdan düşmüşdür. Avtobusdan düşdükdən sonra yolu keçmək istəmiş və piyada keçidindən yolu keçməyə qərar vermişdir. Yolu keçməzdən əvvəl sol tərəfdən gələn avtomobillərə baxmış və yol şəraitinin təhlükəsiz olduğunu görüb 2 tərəfli yolun 1 tərəfini keçmişdir. Yolun ortasında olan zaman sağ tərəfə baxmış və oradan avtomobilin gəlmədiyindən əmin olub yolu keçmək istəyən zaman onun sol tərəfində yolun əks hərəkət hissəsinə çıxaraq hərəkət edən “Toyota Prius” markalı avtomobil onu vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. O, həmin zaman huşunu itirmiş və 08 aprel tarixində ayılmışdır. Ayıldıqda evdə olduğunu, ayağının isə gipslə bağlandığını aşkar etmişdir. Həmin tarixdə də sonradan adını Ramal kimi bildiyi şəxs anası ilə birlikdə onların evinə gəlmiş, üzr istəmiş və şikayət etməmələrini xahiş etmişdir. Həmin hadisədən sonra Ramal adlı şəxs Zərərçəkmiş şəxs yanına cəmi 1 dəfə gəlmiş, ona dəymiş maddi və mənəvi ziyanı ödəməmişdir. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs şikayətçidir və onun məhkəmə məsuliyyətinə verilməsini xahiş etmişdir. Cinayət işinin 5-8-ci vərəqələrində olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında Suraxanı RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Yalçın Yaqubov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli protokolla müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsi, “Şəfəq” mərasim evinin yaxınlığıdır. Hadisə yerinin fotocədvəli və sxemi tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 9-cu vərəqəsində olan 07 aprel 2023-cü il tarixli, 2/8459 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. Cinayət işinin 21-22-ci vərəqələrində olan məhkəmə tibb ekspertizasının xx.xx.2023cü il tarixli 406 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər: sol incik sümüyünün proksimal və distalının sınığı, sağ ayağın əzilmiş yarası bərk küt əşya təsirindən törənmişdir, xx.xx.2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Cinayət işinin 31-34-cü vərəqələrində olan iş üzrə təyin edilmiş yol-nəqliyyat hadisələri ekspertizasının 31 avqust 2023-cü il tarixli 8/2392 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «Toyota Prius» markalı, 90-VY- 150 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 5-ci hissəsinin 2-ci bəndinin, 54-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddələrin tələblərinə əsasən ötmə piyada keçidlərində piyadalar olduqda qadağandır. Həmçinin əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər. Cinayət işinin 27-ci vərəqində olan 01 avqust 2023-cü il tarixli “baxış keçirmə haqqında” protokoldan görünür ki, 07 aprel 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar qeydə alınmış videogörüntülər olan diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, saat 19:13-də şosse yolda yolunu piyada keçidindən sağdan sola adi yerişlə keçən piyada qadını əks hərəkət zolağı ilə hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin dayanmadan və tormoz vermədən işıq siqnalı yandırıb söndürərək hərəkət etmiş və piyadanı avtomobilin qabaq sol hissəsi ilə vurmuşdur. Cinayət işinin 47-ci vərəqində olan Azərbaycan Respublikası Suraxanı rayonu X10 Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 54/2-22930/23 nömrəli məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Lənkəran şəhəri, Boladı kəndində qeydiyyatda olmaqla ünvan 2- də yaşayan Təqsirləndirilən şəxs məxsus olan BD023104 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur. Onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işinin 66-67-ci vərəqlərində olan “şübhəli şəxsin tutulması haqqında” 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixində saat 16:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 94-95-ci vərəqlərində olan 18 dekabr 2023-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 98-ci vərəqlərində olan 20 dekabr 2023-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. Cinayət işinin 50-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışa əsasən, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan X9 tərəfindən Zərərçəkmiş şəxs verilmiş epikrizə əsasən, Zərərçəkmiş şəxs rentgenoqrafiyada bayır topuğun qapalı minimal yerdəyişmiş, incik sümüyünün proksimal ucunun qapalı sınığı aşkarlandı. Sol bayır topuq nahiyəsində şişkinlik, hər iki aşıq-baldır və diz oynaqlarında sıyrılmış yaralar, huşu aydın, tənəffüsü spontan olması, retroqrad amneziya müşahidə olması və Lateral malleol qırığı və tək başına fibula qırığı diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan X9 tərəfindən Azərbaycan Respublikası DİN Suraxanı RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Yalçın Yaqubova ünvanlanmış 15 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxsh qızı xx.xx.2023-cü ildə “X2-Bakı QSC-nin nəzdində olan “X9” klinikasına X7 şöbəsinə müraciət etmişdir. Xəstəyə ilkin yardım göstərilmiş, TTY Həkimi, Həkim-Travmatoloq müayinə etmiş, KT və Rentgen xidmətlərindən keçmişdir. Xəstənin deməsinə görə bir saat öncə yol keçərkən avtomobil vurmuşdur. Sol ayağın incik sümüyün proksimalında minimal yerdəyişmiş sınığı, qapalı lateral malleol qırığı və qapalı tək başına fibula qırığı diaqnozu qoyulmuşdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğu olmayan şəxs olduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bundan əlavə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən yüngülləşdirici hallara cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması da aiddir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 2 azyaşlı uşağının olduğunu, ailənin yeganə qazanc mənbəyi olduğunu və həmçinin hadisədən dərhal sonra zərərçəkmiş şəxsi xəstəxanaya apardığını və zərərçəkmiş şəxsə orada köməklik göstərdiyini, müəyyən ödənişlər etdiyini və bununla da zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına dair hərəkətlərin edilməsini məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olub və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 18 dekabr 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 11 (ay) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-161/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-161/2024
08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver