Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-161/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsi, Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi Məhkəmə iclas katibi Maqsudov İsa Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yerləşən nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Suraxanı Rayon məhkəməsinin 08 may 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) CM-nin 240.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə zəhərli maddə ümumi çəkisi 2174,6 qram gümüşü rəngli, parıltılı, ağır çəkili maddə tərkibinə görə metalik civəni əldə edib üzərində və yaşadığı evdə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal Rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən Real Hospitalın yaxınlığında saat 16:50 radələrində Şahid4 zəhərli maddə 310,3 qram gümüşü rəngli, parıltılı, ağır çəkili maddə tərkibinə görə metalik civəni 20.000 (iyirmi min) manat müqabilində satdıqdan sonra DİN BNMİ-nin əməkdaşları tərəfindən saxlanaraq BNMİ-nə aparılmış, daha sonra əməliyyat axtarış tədbirinin davamı olaraq onun yaşadığı ünvan 2 ünvanda yerləşən nömrəsiz evinə baxış keçirilərkən həmin evin zirzəmisində saxladığı zəhərli maddə 1009,2 qram və 855 qram gümüşü rəngli parıltılı, ağır çəkili maddə tərkibinə görə metalik civə aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 240.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 06 may 2024-cü il tarixdə, saat 16:50 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən Real Hospitalın yaxınlığında Şahid4 zəhərli maddə satdıqdan sonra 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və saxlanılan zaman yanında olan Şahid4 da BNMİ-nin inzibati binasına dəvət emişlər. Orada ona hüquq və vəzifələri izah olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı onun narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddə olan civəni satdığı Şahid4 əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf qabda civəni masanın üzərinə qoymuşdur. Elektron tərəzidə çəkmiş və civənin çəkisi 410 (dörd yüz on) qram olmuşdur. O, əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd üzərində ***- ***-**-** nömrə olan samsunq markalı mobil telefonu, əynində olan həmin şalvarın sol arxa cibindən 1 (bir) ədəd açarı çıxarıb təqdim etmişdir. Sonra aşkar olunmuş həmin maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd samsunq markalı mobil telefon bu barədə izah verildikdən sonra götürülmüşdür. Verilən suallara cavab olaraq aşkar olunmuş maddənin özünə məxsus olduğunu, həmin maddəni 3 (üç) ay bundan qabaq yaşadığı evin ətrafından tapdığını, həmin maddəni satmaq məqsədi ilə gizlətdiyini, 06 may 2024-cü il tarixdə həmin maddənin Şahid4 vasitəsi ilə 20.000 (iyirmi min) manata satmaq məqsədi ilə verdiyini qeyd etmişdir. Üzərindən başqa, ünvan 4 ünvanında yerləşən nömrəsiz fərdi evdə civə adlı maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şahid4 həmin maddənin satmaq məqsədi ilə verdiyini, maddənin civə adlandırdığını, onun həmin maddəni 20.000 (iyirmi min) manat qarşılığında satılması məqsədi ilə Röyala verdiyini bildirmişdir. Üzərinə şəxsi axtarış aparıldıqdan sonra o, müdafiəçi və polis əməkdaşları ilə yaşadığı ünvan 4 ünvanında yerləşən nömrəsiz fərdi evinə getmiş və evə baxış keçirilməsinə başlamışlar. Evə baxış zamanı o, yaşadığı evin zirzəmisində stolun altında gizlətdiyi 1 (bir) ədəd rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən 2(iki) ədəd bankada zəhərli maddə olan civəni təqdim etmişdir. Daha sonra həmin maddə elektron tərəzidə çəkilmiş, həmin maddənin ümumilikdə çəkisi 2 (iki) kq 481 (dörd yüz səksən bir) qram olmuşdur. Sonra onun yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Yaşadığı ünvandan aşkar olunmuş maddənin özünə məxsus olduğunu, başqa heç bir yerdə qanunla qadağan edilmiş maddə saxlamadığını və onun üzərinə BNMİ-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan kəndində yaşayır. Civəni həyətdən tapmış, lakin nə olduğunu bilməmişdir. Onun civə satmaq məqsədi olmamış, tapdığı həmin maddəni tanışı Şahid4 göstərmiş və onunla bir yerdə tanımadığı şəxsə göstərməyə gedən zaman polis əməkdaşları onları saxlamışlar. Təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şahid4 DİN-nin BNMİ-nə ərizə ilə müraciət edərək Adil adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə zəhərləyici maddə civə əldə edib saxlamasını bildirmişdir. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən Real Hospitalın yaxınlığında Şahid4 zəhərli maddə satdıqdan sonra saxlanılaraq BNMl-nin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində saxlanılmışdır. Adil Nəsirli saxlanılarkən yanında olan Şahid4 da BNMİ-nə dəvət edilmişdir. BNMİ-nin inzibati binasında xidməti otaqların birində video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli məddələr olan civəyə bənzər maddəni satdığı Şahid4 əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf qabda civəyə bənzər maddəni təqdim etmişdir. Üzərindən başqa ünvan 5 ünvanında yerləşən nömrəsiz fərdi evdə civə adlı maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı etmədiyini bildirdi. Daha sonra isə Şahid4 Adilin həmin maddəni 20.000 (iyirmi min) manat qarşılığında satılması məqsədi ilə ona verdiyini bildirmişdir. Daha sonra əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən nömrəsiz fərdi evdə narkotik vasitələrin, psixotrop maddənin, qanunla dövriyəsi qadağan edilmiş, yaxıd iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan baxış və götürmə aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən stolun altında gizlətdiyi 01 ədəd rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içərisində 01 ədəd bankada zəhərli maddə olan civəyə bənzər maye şəkilli maddənin təqdim etmişdir. Daha sonra həmin maddə elekton tərəzidə çəkilmiş, həmin maddənin ümumi çəkisi 2 kq 481 qram olmuşdur. Sonra isə Təqsirləndirilən şəxs yaşadğı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş maddənin özünə məxsus olduğunu, həmin maddəni tutulmazdan 3 ay qabaq yaşadığı evin ətrafında tapdığını, həmin maddənin satmaq məqsədi ilə verdiyini qeyd etmişdir. Başqa heç bir yerdə qanunla qadağan edilmiş məddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini, yaşadığı evə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir. Qeyd olunan zəhərli maddə civəni kimdən və hansı məqsədlə alması barədə müəyyən tədbirlər keçirilsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid3 şahid qismində dindirilmiş Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 (vəfat etmiş) məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, baş vermiş hadisədən bir neçə gün öncə tanışı Təqsirləndirilən şəxs onda civə olduğunu və həmin civəni satmaq istədiyini bildirmişdir. O, həmin vaxtadək civə görmədiyini və civə satmadığını Adilə dedikdə Adil civənin alıcılarının olduğunu və baha qiymətə satıla biləcəyini ona bildirmişdir. O da Adilə civə alıcısı tapmağa çalışacağını demişdir. Bundan sonra ərizə ilə BNMİ-nə müraciət edərək bu barədə məlumat vermişdir. 06 may 2024-cü il tarixdə saat 16 radələrində o, Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən Real Hospitalın yaxınlığında görüşmüşdür. Görüş zamanı Adil ona 1 ədəd şüşə qabı ona vermiş və həmin qabda civə olduğunu, qeyd olunan civənin 20.000 (iyirmi min) manata sata biləcəyini ona demişdir. Həmin vaxt mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşmış, Təqsirləndirilən şəxs saxlayaraq BNMİ-nə aparmışlar, onu isə BNMİ-nə dəvət etmişlər. BNMİ-nin inzibati binasında ona üzərində qanunla qadağan olunan hər hansı bir əşya vardırsa təqdim etməyi təklif edilmişdir. O, üzərində olan 1 ədəd qabı təqdim edərək həmin qabda civə olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd mobil telefonu və açarı təqdim etmişdir. Şəxsi axtarışın sonunda təqdim etdiyi içərisində civə olan 1 ədəd qab, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd mobil telefon götürülmüş, 1 ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş civənin özünə məxsus olmasını, civəni hadisədən 3 ay əvvəl yaşadığı evin ətrafında tapdığını, həmin maddəni satmaq məqsədi ilə saxladığını, 06 may 2024-cü il tarixdə civəni 20.000 (iyirmi min) manata satmaq məqsədi ilə ona verdiyini bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddə elektron tərəzidə çəkilmiş, civəyə bənzər maddənin çəkisi 410 (dörd yüz on) qram olmuşdur. Sonra aşkar olunmuş həmin maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qadlaşdırılmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən başqa ünvan 5 ünvanında yerləşən nömrəsiz fərdi evdə civə adlı maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşlar tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. İş materiallarından görünür ki, 06 may 2024-cü il tarixdə şübhəli şəxsin tutulması haqqında protokol Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı, polis mayoru X3 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub saxlanılmışdır. İş matetiallarından görünür ki, 08 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon məhkməsinin 4(010)- 136/2024 saylı 08 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 06 may 2024cü il tarixli protokoldan görünür ki, Şahid4 əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf qabda civəyə bənzər maddəni çıxarıb təqdim etmiş və Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 ədəd üzərində ***-***-**-** nömrəsi olan Samsunq markalı mobil telefon və sonuncunun əynində olan həmin şalvarının sol arxa cibindən 01 ədəd açar aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan evə baxış keçirilməsi və götürmə aparılması haqqında 06 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin zirzəmisində stolun altından 01 ədəd rəngli torbanın içərisindən içində zəhərli maddə olan civəyə bənzər maye şəkilli maddə olan banka aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 06 may 2024-cü il tarixli 3- 16-16/2-6/2529 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs Şahid4 satdığı maddə şübhəli şəxs: (imza) A.Nəsirli yazısı və imzalar olan paketdəki 1 ədəd şüşə qabda təmiz çəkisi 310,3 qram gümüşü rəngli, parıltılı, ağır çəkili maddə tərkibinə görə metallik civədir. Tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün N7 dairəvi möhür əksi, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş, şübhəli şəxs: (imza) yazısı və imzalar olan bağlamadakı, 2 ədəd şüşə qabda ayrı-ayrılıqda təmiz çəkiləri 1009,2 qram və 855.1 qram gümüşü rəngli, parıltılı, ağır çəkili maddə tərkibinə görə metallik civədir. Təqdim edilmiş 3 ədəd qabdakı civənin ümumi təmiz çəkisi 2174,6 qramdır və metallik civə xarici əlamətlərinə və element tərkibinə görə eynidir. Təmiz çəkisi 2174,6 qram olan civənin 0,09 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 2174,51 qram təşkil etmişdir. Metallik civə 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “zəhərli maddələrin siyahısı”-na daxildir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 04 oktyabr 2024-cü il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, baxış zamanı müdafiəçinin və Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, bu zaman Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli məddələr olan civəyə bənzər maddəni satdığı Şahid4 əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf qabda civəyə bənzər maddəni masanın üzərinə qoyması, sonra Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilməsi, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 ədəd üzərində ***-***-**-** nömrəsi olan Samsunq markalı mobil telefonu, əynində olan həmin şalvarının sol arxa cibindən 01 ədəd açar təqdim etməsi, daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməməsi daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin elektron tərəzidə çəkilərək ümumi çəkisinin 410 (dörd yüz on) qram olmasının aşkar edilməsi, aşkar olunmuş həmin maddənin içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qadlaşdırılaraq DİN-nin 7 saylı möhürü ilə möhərlənməsi, üzəri iştirakçılar tərəfindən imzalanması, 01 ədəd Samsunq markalı mobil telefonun götürülməsi, 01 ədəd açarın isə Təqsirləndirilən şəxs geri qaytarılması, sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş maddənin özünə məxsus olduğunu, həmin maddəni tutulmazdan 3 ay əvvəl yaşadığı evin ətrafından tapdığını, həmin maddənin satmaq məqsədi ilə gizlətdiyini, tutulan gün isə həmin maddəni Şahid4 vasitəsi ilə 20.000 (iyirmi min) manata satmaq məqsədi ilə verdiyini, üzərindən başqa, ünvan 5 ünvanında yerləşən nömrəsiz fərdi evdə də civə adlı maddənin olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı etmədiyini, ona qarşı polis əməkdaşlar tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirməsi, daha sonra isə Şahid4 təqdim etdiyi maddənin Təqsirləndirilən şəxs tərəfindən ona verildiyini, həmin maddənin Adilin ona satmaq məqsədi ilə verdiyini, həmin maddənin civə adlandırıldığını, Adilin həmin maddəni 20.000 (iyirmi min) manat qarşılığında satılması məqsədi ilə ona verdiyini bildirməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 04 oktyabr 2024-cü il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürmə keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD diskdəki video görüntüdən görünür ki, baxış zamanı müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsi, əvvəlcə Təqsirləndirilən şəxs qanunla dövriyəsi qadağan edilmiş əşya və yə sənədləri təqdim etməsi təklif olunması, bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən stolun altında gizlətdiyi 01 ədəd rəngli torbanı təqdim etməsi, həmin torbanın içərisində 01 ədəd bankada zəhərli maddə olan civəyə bənzər maye şəkilli maddənin təqdim etməsi, daha sonra həmin maddənin elekton tərəzidə çəkilərək ümumi çəkisinin 2 kq 481 qram olmasını müəyyən edilməsi, həmin maddələrin qablaşdırılaraq DİN-nin 7 saylı möhürü ilə möhürlənməsi və üzərinin iştirakçılar tərəfindən imzalanması, sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilməsi və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədlər aşkar edilməməsi, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş maddənin özünə məxsus olduğunu, həmin maddəni tutulmazdan 3 ay qabaq yaşadığı evin ətrafında tapdığını, həmin maddənin satmaq məqsədi ilə verdiyini qeyd etməsi, başqa heç bir yerdə qanunla qadağan edilmiş məddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini, yaşadığı evə daha əvvəl baxış keçirilmədiyini bildirməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 sentyabr 2024-cü il tarixli 2806 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 01 iyul 2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan AZE MİS məhkəmə portalından müəyyən olunur ki, iş üzrə Şahid4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 240.1-1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satma beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Bundan əlavə, Azərbaycan Respublikası CPM-in 155.1.5ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 may 2024-cü il tarixdən һesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ümumi təmiz çəkisi 2174,51 qram zəhərli maddə metallik civə dövlət nəfinə müsadirə edilməlidir Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd «DVD» disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 108 (yüz səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 may 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ümumi təmiz çəkisi 2174,51 qram zəhərli maddə metallik civə dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 108 (yüz səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-161/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-161/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver