Məhkəmə qərarları › İş №1(010)-162/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-162/2021

09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-162/2021 09.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 13:30-da, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, 154 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 27 iyul 2020-ci il tarixdə saat 12 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsində yerləşən 154Q ünvanda yerləşən evin həyətyanı sahəsində aralarında yaranmış şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə əl və ayaqları ilə qəsdən vurub ona sol bazunun qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən, habelə sol saidin şişkinliyi, qançırı (hematoması) və sıyrığı ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 30 iyul 2020-ci il tarixdə saat 10 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 1.Süleymanov küçəsində yerləşən 154Q ünvanda yerləşən evin həyətyanı sahəsində aralarında yaranmış şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə əl və ayaqları ilə qəsdən vurub, ona sol bazunun qançırları, sol saidin sıyrığı, sol əlin arxa səthinin şişkinliyi, sol süd vəzinin qançırı ilə nəticələnən ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən, habelə oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İ barmağının şişkinlik və qançırı ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, 1986-cı ildən 1999-cu il tarixə qədər olan müddət ərzində ünvan 3 ünvanda yerləşən mənzildə yaşamış və həmin vaxtlarda Solmaz ilə qonşu olmuşdur. 1999-cu ildən ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, ev 154 ünvanında yerləşən mənzilə köçmüşlər. 2006-cı ildə yaşadığı evin həyətində oğlu Məmmədin yaşaması üçün ev inşa etdirmiş və 2011-ci il tarixdə oğlu Məmməd, Solmazın qızı Mətanətlə ailə həyatı quraraq həmin mənzilə köçüb yaşamışlar. 2012-ci il tarixdə oğlu Məmməd ilə Mətanət məhkəmə qaydasında boşanmışlar. Bundan sonra 2015-ci il tarixdə Mətanət anası Solmazla birlikdə məhkəmənin qərarı ilə həmin ünvana köçürülmüş və orada yaşamağa başlamışlar. Bundan sonra aralarında mütəmadi olaraq mübahisələr baş vermiş və Zərərçəkmiş şəxs2 həmin mənzildən çıxarılması barədə məhkəmə tərəfindən qərar qəbul edilmişdir. Lakin Solmaz buna məhəl qoymayaraq həmin ünvanda yaşamağa davam etmişdir. 30 iyul 2020-ci il tarixdə günorta saatlarında yaşadığı evdə olan zaman bir nəfər şəxsin həyətə daxil olaraq həyət qapısını sökdüyünü görmüşdür. Həmin vaxt Mətanət və Solmaz həmin şəxsin yanında dayanmışdılar. Dərhal sahə inspektoru Şahid zəng edib Zərərçəkmiş şəxs2 həmin evdə yaşamaq hüququ verilmədiyi halda evin həyət qapısını dəyişdirdiklərini bildirmişdir. Sonra həyətə düşərək əvvəldən tanıdığı Sahil adlı ustaya yaxınlaşmaq istədikdə Mətanət və Solmaz onun üzərinə gəlmişlər, əlləri ilə bədənimin müxtəlif nahiyyələrinə vurmağa başlamışlar. Həmin vaxt qonşuluqda yaşayan Laləzar gəlib onu Mətanət və Solmazın əlindən almışlar. Daha sonra Mətanət və Solmaz onun saçından tutaraq bədəninin müxtəlif nahiyyələrinə vuraraq xəsarətlər yetirmişlər. Sonda Təqsirləndirilən şəxs barəsində amnistiya qərarının tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəmədə göstərdi ki, Təqsirləndirilən şəxs oğlu Məmmədlə 2011-ci il tarixdə ailə həyatı qurmuşdur. 2012-ci ilin may ayının 16-da hamilə olduğu halda Məmməd onu döymüş və təcili yardımla 7 nömrəli doğum evinin patalogiya şöbəsinə yerləşdirilmişdir. 10 gündən sonra övladı dünyaya gəlmişdir. Məmməd doğum evinə belə gəlməmişdir. Azyaşlı övladı ilə 03 dəfə ona məxsus evə getməyinə baxmayaraq onu evə buraxmamışlar. 2015-ci ilin aprel ayında Zərafət evini zəbt etdikdən sonra Ali Məhkəmənin qərarı ilə köçürüldüyü Zərafətin evinin qonşuluğunda köçüb yaşamağa başladıqdan sonra Zərafətgil onunla münaqişələr yaratmağa, onu gördükdə ona qarşı fiziki və psixi zor tətbiq etməyə başlamışlar. 27 iyul 2020-ci il tarixdə qızı ilə yaşadığı evin qapısını dəyişdirmək üçün usta çağırmışdır. Həmin vaxt Zərafət ustanın üzərinə hücum çəkərək ona mane olmağa çalışmışdır. Daha sonra qudası Uqlanbeqi və Laləzarı köməyə çağırmışdır. Laləzar və Uqlanbeqi onları və ustanı təhqiramiz sözlərlə təhqir etməyə başladılar. Zərafət sinəsindən yumruqla vuraraq, saçından tutaraq yolmağa başlamışdır. Bundan başqa əlini əzərək xəsarət yetirmişdir. Həmçinin Zərafət anasına da müxtəlif dərəcəli bədən xəsarəti yetirmiş, saçını yolmuş, qolunu sıxaraq qolunda göy qançır yaratmış və qolunu dişləmişdir. Bundan başqa 30 iyul 2020-ci il tarixdə, saat 10 radələrində yaşadığı ünvan 4 ünvanda yerləşən evin həyətində yenidən Zərafətlə özünün və anası Solmazın arasında mübahisə yaranmış, mübahisə zamanı Zərafət əlləri ilə onun bədəninin müxtəlif nahiyyələrinə vurmaqla xəsarət yetirmişdir. Hadisə baş verən zaman orada Zərafətin gəlini Çimnaz və usta Sahil orada olmuşlar. Zərafət onu yaşadığı evə buraxmamışdır. Sonra sahə inspektoru Azər gələrək qapını açmağı və onu içəri buraxmağı Zərafətdən tələb etmişdir. Həmin gündən Zərafət ona və azyaşlı uşağına fiziki və psixi zorakılıqları davam edir. Evinə gələn qohum əqrabanı təhqir edir. 30 iyul 2020-ci il tarixdə saat 12 radələrində baş vermiş hadisə ünvan 5 ünvanın həyətyanı sahəsində baş vermişdir. Həmin hadisə zamanı nə o, nə də anası, Zərafətə heç bir xəsarət yetirməmişlər. 27 və 30 iyul 2020-ci il tarixdə yaşadığı evin həyətyanı sahəsində baş vermiş dava-dalaş hadisələri zamanı onlar Zərafətə heç bir xəsarət yetirməmişlər, sonuncunu sakitləşməsi üçün əlləri ilə özlərindən kənara itələmişlər. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs barəsində ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəmədə Zərərçəkmiş şəxs1 izahatı ilə eyni məzmunlu izahat verərək, Təqsirləndirilən şəxs barəsində ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Şahid qismində dindirilmiş X2 məhkəmədə göstərdi ki, ailə arasında 10 ildir mübahisə var. Qapını dəyişməsi üçün usta gətirmişdilər. Təqsirləndirilən şəxs onun qonşumdur həm də qudasıdır. Evləri arasında məsafə 7-8 metr olar. Zərafətin üzündə izlər var idi. Mətanət və Solmaz hər zaman Zərafəti döyüblər və ona fiziki güc tətbiq ediblər. Mübahisə olan günü Laləzar ondan tez gəlmişdi və onları ayırmışdı. Şahid qismində dindirilmiş X5 məhkəmədə göstərdi ki, hadisə keçən ilin yay aylarında olub. Tərəflər arasında mübahisə oldu və Solmaz onu itələyib yerə yıxaraq Zərafəti döymüşlər. O, tərəflər ilə qonşudur və onlarla eyni ünvanda yaşayır. Münaqişə qapı üstündə baş vermişdi. Şahid qismində dindirilmiş X6 məhkəmədə göstərdi ki, hadisə olan günü qapının yerini dəyişmək üçün getmişdi. Təqsirləndirilən şəxs qapının yerini dəyişməyini istəmirdi. Qapının yerini dəyişmək üçün onu Solmaz çağırmışdı. Kimin bir birini vurduğunu görməmişdir. Mübahisə qadınlar arasında idi deyə o, qarışmamışdır. Şahid qismində dindirilmiş Şahid məhkəmədə göstərdi ki, Mətanət və Zərafət arasında mütəmadi olaraq mübahisələrin baş verməsindən xəbəri var. 27 iyul tarixində Mətanət və Zərafətin yaşadığı ünvanın qarşısından keçən zaman şahidi olmasa da Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aralarında dava-dalaş olduğunu bilmişdir. Yaxınlaşdıqda Zərafətin, Mətanətin yaşadığı özünə məxsus evin qapısını açarla bağlayıb Mətanəti evə buraxmadığını görmüşdür. Daha sonra Zərafət qapını açmış və Mətanət evə daxil olmuşdur və bir qədər sonra həmin şəxslər Bakı şəhəri Suraxanı rayonu 33-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişlər. Ailə problemli ailədir. Hər iki tərəf dəfələrlə inzibati məsuliyyətə cəlb olunub. İş materiallarında olan 30 iyul 2020-ci il tarixli, 677 nömrəli canlı şəxsin məhkəmətibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – təpə nahiyəsinin qansızması, boyunun, alının sağ əlin, sol saidin qançırları, üst dodağın səthi əzilmiş yarası, döş qəfəsinin, hər iki bazunun, sol saidin, sağ baldırın, qarının qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, alınma müddətləri 30 iyul 2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan 28 iyul 2020-ci il tarixli, 670 nömrəli canlı şəxsin məhkəmətibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər – sol saidin şişkinlik və qançırı (hematoması), sol bazunun qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, alınma müddətləri 27 iyul 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan 04 avqust 2020-ci il tarixli, 693 nömrəli canlı şəxsin məhkəmətibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində sol bazunun qançırları, sol saidin sıyrığı, sol əlin arxa səthinin şişkinliyi, oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İ barmağının şişkinlik və qançırı, sol süd vəzinin qançırı kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri 30 iyul 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan canlı şəxsin ekspertizasının 28 iyul 2020-ci il tarixli, 671 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində sol bazunun, sağ baldırın, sol budun qançırı, sol diz oynağının sıyrıqları, sol almacıq nahiyəsinin şişkinlik və sıyrığı kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 27 iyul 2020-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur, lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir. İş materiallarında olan 20 noyabr 2020-ci il tarixli üzləşdirmə haqqında protokollardan görünür ki, iş üzrə şahid Təqsirləndirilən şəxs ilə şahidlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılmış üzləşdirmədindirmə zamanı şahid Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 üzünə deyərək, ifadəsini bir daha təsdiq etmiş, sonuncular isə Zərərçəkmiş şəxs1 dediklərini inkar etmişlər. İş materiallarında olan canlı şəxsin ekspertizasına 03 mart 2021-ci il tarixli, 04/670 nömrəli əlavə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər – sol saidin şişkinliyi, qançırı (hematoması) və sıyrığı, sol bazunun qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, alınma müddətləri 27 iyul 2020ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sol saidin şişkinliyi, qançırı (hematoması) və sıyrığı ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aiddir, digər xəsarət sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan canlı şəxsin ekspertizasına 03 mart 2021-ci il tarixli, 04/677 nömrəli əlavə ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – təpə nahiyəsinin qansızması, boyunun, alının, sağ əlin, sol saidin sıyrıqlar, üst dodağın səthi əzilmiş yarası, döş qəfəsinin, hər iki bazunun, sol saidin, sağ baldırın, qarnın qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 30 iyul 2020ci il tarixdə əmələ gələ bilərdilər və həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan canlı şəxsin ekspertizasına 03 mart 2021-ci il tarixli, 04/693 nömrəli əlavə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində sol bazunun qançırları, sol saidin sıyrığı, sol əlin arxa səthinin şişkinliyi, oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İ barmağının şişkinlik və qançırı, sol süd vəzinin qançırı kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 30 iyul 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İ barmağının şişkinlik və qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 12 mart 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən üç nəfər qadının bir-birləri ilə, bədənlərinin müxtəlif nahiyələrinə vurmaqla dava etdikləri müəyyən olunur. Zərərçəkmiş şəxs1 təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntülərdən üç nəfər qadının bir-birləri ilə, bədənlərinin müxtəlif nahiyələrinə vurmaqla dava etdiklərinin fəqrli rakursdan qeydə alındığı, DVD diskdəki digər videogörüntülərin isə hazırki cinayət işi üzrə törədilmiş hadisəyə heç bir aidiyyətinin olmadığı müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması birbirinə uyğun gələn zərərçəkmiş şəxslərin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, onun ifadəsi zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin materiallarında olan digər sənədlərlə tam təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu cür ifadə verməsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ərizə təqdim edib Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmədə müdafiəçisi Müdafiəçi ərizəsinin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 60 (altmış) iş saatı üçün 360 (üç yüz altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 197- 198, 344–348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 60 (altmış) iş saatı üçün 360 (üç yüz altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar