Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-162/2022 15.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X5, təqsirləndirilən şəxs X5 müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X5, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X11 özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 iyul 2021-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsinə yəni, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə, giriş qapısından qanunsuz daxil olaraq, evin həyətindən sonuncuya məxsus bir ədəd 370 manat dəyərində “Aster-29” markalı velosipedi oğurlamışdır. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,387 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, 08 sentyabr 2021-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 17:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, 3-cü Mədən küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmiş, orada xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən üç ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,435 qram, 0,412 qram və 0,540 qram olmaqla, ümumi təmiz çəkisi 1,387 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 sentyabr 2021-ci il tarixdə saat 18:05 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində yerləşən “isti Qutab” adlı şirniyyat mağazasının açıq vəziyyətdə olan giriş qapısından mağazaya daxil olaraq, masanın üzərində olan sonuncuya məxsus içərisində 820 manat nağd pul olan bir ədəd 5 manat dəyərində pul qabını gizli yolla talayaraq, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 825 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 oktyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 5 ünvanda yerləşən, saxlanc yeri hesab olunan plastik qapı-pəncərə sexinə nəfəslikdən qanunsuz daxil olaraq, sexdən sonuncuya məxsus 1 ədəd 70 manat dəyərində əl mişarını, 1 ədəd 100 manat dəyərində frez aparatını, 1 ədəd 50 manat dəyərində dreli, 1 ədəd 150 manat dəyərində elektrik mişarını və 1 ədəd 200 manat dəyərində səs gücləndriciləri ilə birlikdə musiqi mərkəzini gizli yolla talayaraq, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 570 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,387 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, 14 oktyabr 2021-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 14:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, 3-cü Mədən küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmiş, orada xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,387 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 oktyabr 2021-ci il tarixdə saat 19:30 radələrində ünvan 6 ünvanının qarşısında tros qıfılla dirəyə bağlanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs4 məxsus üzərində bir ədəd 22 manat dəyərində siqnalı, bir ədəd 35 manat dəyərində fonarı olan bir ədəd 650 manat dəyərində “Anmier” markalı velosipedin tros qıfılını əvvəlcədən özü ilə götürdüyü bıçaqla kəsib velosipedi gizli yolla talayaraq, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 707 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X11 ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə səhər radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində uşaq xəstəxanasının yaxınlığında üzdən tanıdığı, lakin soyadını, ata adını və ünvanını bilmədiyi şəxsdən 20 manata özü istifadə etmək məqsədilə üç ədəd qırmızı rəngli kağız bükümlərdə narkotik vasitə olan heroin alıb əynindəki qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur ki, özü az-az istifadə etsin. Həmin günü axşam saat 17:15 radələrində yaşadığı Suraxanı rayonu, Bül-bülə qəsəbəsi 3-cü Mədən küçəsində tək gəzərkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirilməsi üçün onu 31-ci PB-nə dəvət etmişlər. Polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah olunduqdan sonra üzərində videogörüntü ilə şəxsi axtarış keçirilmiş, şəxi axtarış keçirilməzdən əvvəl müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etməməyi barədə ərizə yazmışdır. Şəxsi axtarış zamanı üzərində olan qanunsuz əşayaları təqdim etməyi təklif olunmuş, bundan sonra əynindəki qara rəngli şalvarının sağ yan cibindən üç ədəd qırmızı rəngli kağız bükümlərdəki narkotik vasitə olan heroinləri təqdim etmişdir. Başqa üzərindən heç nə aşkar olunmamışdır. Aşkar edilmiş bükümlər zərfə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 18:05 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Poçtun yaxınlığında yerləşən qutab evinin qarşısından keçərkən qutab alıb yemək üçün qutabxananın içərisinə daxil olmuş, həmin zaman içəridə heç kəsin olmadığını görüb masanın üzərində olan bir ədəd qəhvəyi rəngli uzun pul qabını götürüb cibimə qoyub dərhal oradan çıxıb uzaqlaşmışdır. Bazarın yan tərəfi ilə stadionun arxa tərəfinə keçib ağacların arasında həmin pul qabını açmış və içərisində olan təxminən 800 manata yaxın nəğd pulu götürüb cibinə qoymuşdur. Daha sonra pul qabının içərisində olan şəxsiyyət vəsiqələri, Covid-19 pasportu və bir ədəd bank kartını isə həyəcanlı olduğu üçün qorxub pul qabı ilə birlikdə hazırda yadında qalmayan bir yerdə atmışdır. Oğurladığı təxminən 800 manata yaxın pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2021-ci ilin iyul ayında bacısı astma xəstəsi olduğu üçün ona müəyyən dərman preparatları almaq üçün pul lazım olduğundan, oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsində piyada hərəkətdə olarkən “Məşədinin” mağazası yerləşən ərazidə qırmızı rəngli bir qapı görmüş, həmin qapını əlilə yoxladıqa açıq vəziyyətdə olduğunu görüb həyətə daxil olmuş, həyətə girdikə qırmızı rəngli çənin yanında bir ədəd qara qırmızı rəngli “Aster-29” markalı velosiped olduğunu görmüş, bundan sonra həmin velosipedi çölə çıxarıb sürüb yaşadığı evin həyətinə gətirmişdir. Həmin zaman evdə heç kəs olmamış, çünki bacısı nənəsigilə getmişdir. Səhəri günü tezdən həmin velosipedi götürüb Suraxanı rayonu Əmircan qəsəbəsi Z.Tağıyev küçəsində velosiped alışı və satışı ilə məşğul olan Rasim adlı şəxsin yerinə aparmış, Rasim adlı şəxsə həmin velosipedin özümə məxsus olduğunu və bacısına dərman almaq üçün pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. Rasimlə həmin velosipedi 150 manata razılaşıb ona satmıış, həmin pulu bacısın dərmanlarına xərcləmişdir. Bundan başqa 07 oktyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində ünvan 5 ünvandan yerləşən plastik qapı-pəncərə sexinin yanından keçərkən yaxınlıqda heç kəs olmadığından həmin sexdən oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra həmin sexin nəfəsliyini üzərində olan vintaçarla açaraq sexə daxil olmuş, sexdən 1 ədəd əl mişarını, 1 ədəd frez aparatını,1 ədəd dreli, 1 ədəd elektrik mişarı, 1 ədəd səs gücləndiricisi ilə birlikdə musiqi mərkəzini götürüb oradan çıxıb yaşadığı evə gətirib həyətdə gizlətmişdir. Səhəri günü tezdən həmin əşyaları heç kəs görmədən götürüb aparıb, Sabunçu bazarında hamısını 150 manata tanımadığı şəxsə satmış, əldə etdiyi pulu 3-4 gün ərzində şəxsi istifadəsi üçün xərcləmişdir. Vintaçarı isə hazırda yadında qalmayan bir yerdə atmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə təxminən saat 14:30 radələrində Suraxanı rayonu, Bül-bülə qəsəbəsində yerləşən yerüstü piyada keçidinin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, xidməti vəsiqələrini göstərərək onu şübhəli şəxs qismində 31-ci polis bölməsinə dəvət etmiş, ona Suraxanı RPİ-nin 31-ci PB-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. Xidməti otaqda əynindəki boz rəngli cins şalvarın arxa sağ cibindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsinin sürəti və mobil nömrələr yazılmış kağız parçası olan qara rəngli pul kisəsini, şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli bükümə bükülmüş bükümü təqdim etmiş və gümüşü rəngli bükümə bükülmüş bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Aşkar olunmuş bükümdəki narkotik vasitə heroini onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Həmin narkotik vasitəni 3-4 gün əvvəl üzdən tanıdığı şəxsdən '‘komsomol” dairəsi adlanan yerin yaxınlığından 10 manata şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. Bundan başqa 24 oktyabr 2021-ci il tarixdə oğurluq etmək üçün yer axtarmış, saat təxminən 19:30 radələrində gəzə-gəzə gəlib Əmircan qəsəbəsi, A.Rzayev küçəsinə çıxmış, həmin küçədə olan zaman bir ədəd yaşıl rəngdə “Anmier” markalı velosipedin tros ilə dəmir dirəyə bağlandığını görmüşdür. Bundan sonra həmin trosu üzərində olan bıçaqla kəsərək velosipedi sürüb həmin ünvandan uzaqlaşmış, təxminən 200-250 metr sürdükdən sonra həmin trosu küçədə yerə atmışdır. Daha sonra Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsində velosiped alışı və satışı ilə məşğul olan Rasim adlı şəxsə yaxınlaşıb velosipedin özünə məxsus olmasını və satdığını bildirmiş, həmin velosipedin üzərində olan siqnal, fonar və digər qurğularla birlikdə Rasim adlı şəxsə 250 manata satmışdır. Əldə etdiyi pulun bir hissəsinə tanımadığı şəxsdən narkotik vasitə alıb istifadə etmiş, qalan hissəsini də şəxsi ehtiyaclarına xərcləmişdir. Bıçağı isə hazırda yadında qalmayan bir yerdə atmışdır. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, X11 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin iyul ayında “Sədərək” ticarət mərkəzindən 650 manat dəyərində “Anmier” markalı velosiped almışdır. Müəllimlikdən başqa dolanmaqda çətinlik çəkdiyindən ev təmiri ilə məşğul olur. 2021-ci ilin oktyabr ayında ünvan 6 ünvanında evi təmir etmək üçün sifariş götürdüyündən həmin ünvana gedib gəlmişdir. 24 oktyabr 2021-ci il tarixdə bazar günü, yenə qeyd edilən ünvana işləmək üçün getmiş, həmin ünvanda olan zaman velosipedi saxlamaq üçün yer olmadığından velosipedi evin girişindən çöl hissədə yerləşən dəmir dirəyə tros ilə bağlayıb evə daxil olmuşdur. Beləliklə 24 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində evə daxil olub eyni tarixdə saat 20 radələrində evdən çıxdıqda ona məxsus olan velosipedin olmadığını görmüşdür. Trosu isə təxminən 200 metr məsafədə kəsilmiş vəziyyətdə yerə atıldığını müəyyən etmişdir. Hadisə nəticəsində ona məxsus olan “ANMİER” markalı 650 manat dəyərində velosipedin, həmçinin velosipedin üzərində olan 22 manat dəyərində siqnalın, 35 manat dəyərində fonarın oğurlanması nəticəsində ona ümumilikdə 707 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə işlədiyi sexdən oğurluq olması ilə bağlı Sabunçu RPİ-nin 31-ci PB-nə ərizəni özü yazmışdır. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsində S.Əliyev küçəsində plastik qapı pəncərə sexini işlədir. xx.xx.2021-ci il tarixdə saat 08 radələrində qeyd olunan sexə işə gəldikdə görmüşdür ki, sexdə ona məxsus kompyuterin prosessoru sellofanın içərisində yerdədir. Bundan sonra sexə nəzər yetirdikdə görmüşdür ki, naməlum şəxs tərəfindən nəfəslikdən sexə daxil olunaraq sexdən ona məxsus bir ədəd 70 manat dəyərində əl mişarı (lobzik), bir ədəd 100 manat dəyərində frez aparatı, bir ədəd 50 manat dəyərində drel, bir ədəd 150 manat dəyərində elektrik mişarı və 200 manat dəyərində səsgücləndiriciləri ilə birlikdə bir ədəd musiqi mərkəzi oğurlanmışdır. Lakin oğurlanmış əşyalarının markalarını dəqiq xatırlamır. Hadisə nəticəsində ona ümumilikdə 570 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində yerləşən “İsti Qutab” adlı şirniyyat mağazasım icarə əsasında işlədir. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində azyaşlı oğlu ilə birlikdə yuxanda qeyd etdiyi iş yerinə gəlmiş, azyaşlı oğlu çöldə dayanmış, özü isə içəri girib əlində olan pul qabını masanın üzərinə qoyub yenidən azyaşlı uşağının yanına çıxmışdır. Həmin zaman orada işləyən Aynurə adlı qadın ona yaxınlaşıb söhbət etməyə başlamış, bir neçə dəqiqə sonra içəri keçib alverin pullarını hesablayan zaman pul qabısının masanın üzərində olmadığını görmüşdür. Həmin vaxt pul qabısını haradasa itirdiyini güman etmiş, bir neçə gün keçdikdən sonra pul qabısını mağazanın içərisinə keçməzdən əvvəl masanın üzərinə qoyduğunu xatırlamış və əmin olmuşdur ki, pul qabısı sözü gedən yerdə heç kəs olmayan müddət ərzində naməlum şəxs tərəfindən oğurlanmışdır. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş, eyni zamanda Suraxanı RPİ-nin 31-ci PB-nə oğurluqla bağlı şikayət ərizəsi yazmışdır. Oğurlanmış pul qabısının içərisində 820 manat nəğd pul, özünün və azyaşlı uşağının şəxsiyyət vəsiqələri, Covid-19 pasportu və içərisində hər hansı bir məbləğdə pul olmayan Kapital banka aid bank kartı olmuşdur. X3 qarşı hər hansı şikayətin və tələbin olmadığını bildirmişdir. X1 tərəfindən həmin cinayətin törədilməsinə şübhə ilə yanaşmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətindən bir ədəd velosipedin oğurlanması ilə bağlı xx.xx.2021-ci i tarixdə DİN-nin 102 xidmətinə məlumatı, həmçinin xx.xx.2021-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nə ərizəni özü vermişdir. Belə ki, yaşadığı evin həyətinə giriş qapısı dəmir əl qapısıdır. Həyətə girişdə iki mərtəbəli fərdi yaşayış evi yerləşir. Ailə üzvləri demək olar ki, həyətə düşmürlər. Sonuncu dəfə azyaşlı oğlu ona aldığı qara qırımızı rəngli, “ASTER-29” markalı velosipedi xx.xx.2021-ci il tarixdə idarə etdikdən sonra həmin günü axşam saat 18 radələrində həyətdə qırmızı rəngli çənin yanına qoyub evə çıxmışdır. xx.xx.2021-ci il tarixdə günorta saatlarında işdə olarkən, oğlu ona zəng vurub həyətə düşəndə velosipedin yerində olmadığını gördüyünü bildirmişdir. Bundan sonra evə gəlmiş və məlum olmuşdur ki, qeyd olunan velosiped xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə həyətindən oğurlanmışdır. Belə ki, naməlum şəxs həmin gecə həyətə giriş qapısının kilidli olmamasından istifadə edib həyətə daxil olaraq çənin yanından bir ədəd qeyd olunan velosipedi oğurlamışdır. Başqa vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 370 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 oktyabr 2021-ci il tarixdə ünvan 1 ünvanda yaşayan X5 qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə tərəfindən rəhbərliyə raportla məruzə olunmuş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda rəhbərliyin göstərişi əsasında onun və 31-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra həmin tarixdə günorta saat 14:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsində yerləşən yerüstü keçidin yaxınlığında əvvəlcədən alınmış məlumatda X5 zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanılmışdır. Məlumatla uyğun gələn şəxsdən özünü təqdim etməsini xahiş etdiklərində həmin şəxs X11 olduğunu bildirmişdir. Həmin şəxsə üzərində narkotik vasitə olması barədə şübhə olduğunu bildirib, üzərinə baxış keçirilməsi üçün Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Sübhan Mustafazadənin üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Sübhan Mustafazadə əynində olan boz rəngli şalvarının arxa sağ cibindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsinin surəti və mobil nömrələr yazılmış kağız parçası olan bir ədəd qara rəngli pul qabını, şalvarının sağ yan cibindən bir ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılmış, bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli maddə aşkar olunmuşdur. İlkin sorğu zamanı Sübhan Mustafazadə həmin maddəni təxminən 3-4 gün əvvəl “Komsomol” deyilən yerin yaxınlığında üzdən tanıdığı şəxsdən özü istifadə etmək məqsədilə 10 manata əldə etdiyini bildirmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq möhürlənmiş, keçirilmiş baxışla bağlı video çəkiliş aparılaraq protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 sentyabr 2021-ci il tarixdə ünvan 1 ünvanda yaşayan X5 qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə tərəfindən rəhbərliyə raportla məruzə olunmuşdur. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, eyni zamanda rəhbərliyin göstərişi əsasında onun və 31-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra həmin tarixdə günorta saat 17:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi 3-cü Mədən küçəsində əvvəlcədən alınmış məlumatda X5 zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanılmış, məlumatla uyğun gələn şəxsdən özünü təqdim etməsini xahiş etdiklərində həmin şəxs X11 olduğunu bildirmişdir. Həmin şəxsə üzərində narkotik vasitə olması barədə şübhə olduğunu bildirib, üzərinə baxış keçirilməsi üçün Suraxanı RPİ-nin 31-ci PBnə dəvət etmişlər. Orada xidməti otaqların birində Sübhan Mustafazadənin üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Sübhan Mustafazadə əynində olan qara rəngli şalvarının sağ yan cibindən 03 ədəd qırmızı rəngli kağıza bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlər açılmış, bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli, tozşəkilli maddələr aşkar olunmuşdur. İlkin sorğu zamanı Sübhan Mustafazadə həmin maddələri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən uşaq xəstəxanasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata əldə etdiyini bildirmişdir. Aşkar edilmiş maddələr zərfə qoyularaq möhürlənmiş, keçirilmiş baxışla bağlı video çəkiliş aparılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, ünvan 7 ünvanda velosipedlərin alışı və satışı ilə məşğul olur. 2021-ci ilin iyul ayının əvvələrində əvvəllər tanımadığı, sonradan adını bildiyi X11 iş yerində ona yaxınlaşıb özünə məxsus bir ədəd velosipedi satmaq istədiyini bildirmişdir. Belə ki, bacısının xəstə olduğunu və ona dərman almaq üçün pul lazım olduğundan həmin velosipedi satmaq istədiyini qeyd emişdir. Həmin velosipedə baxdıqda “Aster-29” markalı velosiped olmaqla işlənmiş vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra Sübhanla həmin velosipedi 150 manata razılaşıb ondan almışdır. Bundan başqa Sübhan Mustafazadə 2021-ci ilin oktyabr ayının axırlarında ona yaxınlaşıb bildirmişdir ki, özünə məxsus əvvəlki velosipedini satdıqdan sonra özünə yenidən başqa bir velosiped almışdır. Həmin velosipedi də xeyli müddət idarə etmişdir, başqa bir velosiped almaq üçün pula ehtiyacı olduğundan satmaq istəyir. Həmin velosiped “Anmier” markalı velosiped idi. Bundan sonra həmin velosipedi üzərində olan siqnal, fonar və digər qurğularla birlikdə 250 manata almışdır. Həmin velosipedləri aldıqdan bir neçə gün sonra müştəri kimi ona yaxınlaşan tanımadığı şəxslərə satmışdır. Sonradan polis əməkdaşları ona yaxınlaşıb polisə dəvət etdiklərində ona məlum olmuşdur ki, Sübhan Mustafazadə ona satdığı həmin velosipedləri başqa şəxslərdən oğurlamışdır. Lakin, yuxanda da qeyd etdiyi kimi özünün əvvəlcədən bu barədə heç bir məlumatı olmamışdır. Cinayət işinin 1-ci cildinin 7-8-ci vərəqlərində olan ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi haqqında 03 noyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 24 oktyabr 2021-ci il tarixdə saat 19:30 radələrində ünvan 6 ünvanının qarşısında tros qıfılla dirəyə bağlanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs4 məxsus üzərində bir ədəd 22 manat dəyərində siqnalı, bir ədəd 35 manat dəyərində fonarı olan bir ədəd 650 manat dəyərində “Anmier” markalı velosipedin tros qıfılını əvvəlcədən özü ilə götürdüyü bıçaqla kəsib velosipedi gizli yolla talayaraq, Zərərçəkmiş şəxs4 ümumilikdə 707 manat maddi ziyan vurmaqla oğurluq edilməsi müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 46-48-ci vərəqlərində olan ********* saylı cinayət işi üzrə 21 fevral 2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsinə avtomobili sürməyi təklif etdi və həmin küçədə 15 ünvanın qarşısında avtomobildən düşüb əli ilə göstərməklə qeyd etmişdir ki, 24 oktyabr 2021-ci il tarixdə oğurluq etmək üçün yer axtarmış, saat təqribən 19:30 radələrində həmin ünvanın qarşısında bir ədəd yaşıl rəngdə “Anmier” markalı velosipedin tros ilə dəmir dirəyə bağlandığını görmüş, həmin trosu üzərində olan bıçaqla kəsərək velosipedi sürüb həmin ünvandan uzaqlaşmış və təqribən 200-250 metr sürdükdən sonra həmin trosu küçədə yerə atmışdır. Bundan sonra Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə gedərək Rasim adlı şəxsə velosipedin özünə məxsus olmasını bildirib 250 manata satmışdır. Bununla da X11 əyani şəkildə göstərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 63-64-cü vərəqlərində olan ********* nömrəli cinayət işi üzrə “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 21 fevral 2022-ci il tarixli qərarından görünür ki, X11 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 66-69-cu vərəqlərində olan 21 fevral 2022-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərara əsasən, cinayət təqibi ilə bağlı bütün halların tam, hərtərəfli, obyektiv və vaxtında baxılması məqsədi ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi və Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməklə, təqibi ********* nömrə altında davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 88-ci vərəqində olan ********* nömrəli cinayət işi üzrə “şübhəli şəxsin tutulması haqqında” 14 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, X11 14 oktyabr 2021-ci il tarixdə, saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 98-99-cu vərəqlərində olan ********** nömrəli cinayət işi üzrə şəxsi axtarış və götürmə aparılması haqqında 14 oktyabr 2021-ci il tarixli protokola əsasən, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X8 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında ə ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra X5 əynindəki boz rəngli cins şalvarın arxa sağ cibindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsinin sürəti və mobil nömrələr yazılmış kağız parçası olan qara rəngli pul kisəsini, şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli bükümə bükülmüş büküm təqdim etdi. Sorğu zamanı X11 əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli bükümə bükülmüş bükümün içərisində qəhvəyi rəngli narkotik maddə sayılan heroin olduğunu. 3-4 gün əvvəl üzdən tanıdığı şəxsdən "komsomol" dairəsi adlanan yerin yaxınlığından 10 AZN dəyərində şəxsi istifadəsi üçün alaraq saxlayıb gəzdirdiyini bildirdi. Aşkar olunmuş 01 (bir) ədəd gümüşü rəngli bükümə bükülmüş büküm narkotik maddə sayılan heroinə oxşar maddəni cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Cinayət işinin 1-ci cildinin 106-111-ci vərəqlərində olan ********* nömrəli cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 15 oktyabr 2021-ci il tarixli 6/4583 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs X5 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,387 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 1-ci cildinin 118-ci vərəqində olan ********* saylı cinayət işi üzrə diskə baxış keçirilməsi barədə 15 oktyabr 2021-ci il tarixli protokola əsasən, keçirilmiş baxış zamanı çəkilişin xidməti otaqda aparıldığı, otaqda ümumilikdə Suraxanı RPİ-nin 31-ci PBnin təhqiqatçısı, polis baş leytenantı X13, Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və barəsində şəxsi axtarış aparılacaq şübhəli şəxs X11 olduğu görünür. Təhqiqatçı tərəfindən saxlanılan şəxs X7 üzərində olan əşaları təqdim etməsi təkil olunur. Sübhan Mustazadə əynindəki boz rəngli şalvarının axra sağ cibindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsinin surəti və mobil nömrələr yazılmış kağız parçası olan bir ədəd qara rəngli pul qabını. Şalvarının sağ yan cibindən bir ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoyur. Bundan sonra Sübhan Mustafazadənin masanın üzərinə qoyduğu kağız büküm təhqiqatçı tərəfindən açılır, həmin kağız bükümün içərisindən qəhvəyi rəngli maddə aşkar olunur. X5 üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Diskə baxış zamanı X11 video-görüntüdə üzərindən yuxarıda qeyd olunan narkotik vasitə aşkar olunan şəxsin özü olduğunu bildirdi. Cinayət işinin 1-cildinin 124-128-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 07 oktyabr 2021-ci il tarixli protokola əsasən, Zərərçəkmiş şəxs3 məxsus ünvan 5 ünvanda yerləşən, saxlanc yeri hesab olunan plastik qapı-pəncərə sexinə nəfəslikdən qanunsuz daxil olaraq, sexdən sonuncuya məxsus 1 ədəd 70 manat dəyərində əl mişarını, 1 ədəd 100 manat dəyərində frez aparatını, 1 ədəd 50 manat dəyərində dreli, 1 ədəd 150 manat dəyərində elektrik mişarını və 1 ədəd 200 manat dəyərində səs gücləndriciləri ilə birlikdə musiqi mərkəzini gizli yolla talayaraq, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 570 manat maddi ziyan vurmaqla oğurluq edilməsi müəyyən edilmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək, iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 140-141-ci vərəqlərində olan cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 16 oktyabr 2021-ci il tarixli qərara əsasən, ********* nömrəli cinayət işi üzrə X5 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən, həmin Məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin 154-cü vərəqində olan ********* saylı cinayət işi üzrə 16 oktyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, ünvan 8 ünvanda yerləşən plastik qapı-pəncərə sexinin qarşısında avtomobili saxlamağı təklif etdi, avtomobildən düşüb əli ilə göstərərək bildirmişdir ki, 07 oktyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində qeyd olunan sexin nəfəsliyini üzərində olan vintaçarla açaraq sexə qanunsuz daxil olaraq sexdən 1 ədəd əl mişarını, 1 ədəd frez aparatını, 1 ədəd dreli, 1 ədəd elektrik mişarını, 1 ədəd səs gücləndrici və 1 ədəd naqintafon oğurlamış, həmin əşyaları 07 oktyabr 2021-ci il tarixdə səhər tezdən Sabunçu bazarında hamsını 150 manata tanımadığı şəxsə satmışdır. Bununla da X11 əyani şəkildə göstərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 158-161-ci vərəqlərində olan ********* nömrəli cinayət işi üzrə “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 16 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, X5 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, Cavid İskəndərovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, X11 dərhal azadlığa buraxılması, qərarın sürəti X5 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞnə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 163-164-cü vərəqlərində olan ********* nömrəli cinayət işi üzrə “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 16 oktyabr 2021ci il tarixli qərarından görünür ki, X11 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 212-ci vərəqində olan ********* nömrəli cinayət işi üzrə “şübhəli şəxsin tutulması haqqında” 08 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, X11 08 sentyabr 2021-ci il tarixdə, saat 17:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 221-222-ci vərəqlərində olan ********* nömrəli cinayət işi üzrə şəxsi axtarış və götürmə aparılması haqqında 08 sentyabr 2021-ci il tarixli protokola əsasən, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X8 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri stol üzərinə qoyması təklif edildi. Bu təklifdən sonra X5 əynindəki qara rəngli şalvarının sağ yan cibindən 03 ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş maddələri təqdim etdi. Sorğu zamanı X11 bildirdi ki, təqdim etdiyi 03 ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş maddələr narkotik vasitə olan heroindir və özünə məxsus olduğunu qeyd etdi. O, üzərində gəzdirdiyi narkotik vasitəni özü istifadə etdiyini bildirdi. 03 ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş bükümləri açıldıqda içərisində qəhvəyi rəngli toz halında sepesifik iyi olan narkotik vasitəyə oxşar maddələr aşkar edildi. X2 təqdim etdiyi narkotik vasitəni Əmircan qəsəbəsində uşaq xəstəxanasının qarşısında üzdən tanıdığı şəxsdən 20 (iyirmi) manat aldığını bildirdi. X5 əynindəki qara rəngli şalvarının sağ yan cibindən 03 ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Cinayət işinin 1-ci cildinin 232-237-ci vərəqlərində olan ********* nömrəli cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 09 sentyabr 2021-ci il tarixli 6/3962 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs X4 aşkar edilmiş....” yazısı olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,435 qram, 0,412 qram, 0,540 qram, ümumi təmiz çəkisi 1,387 qram qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 1-ci cildinin 247-ci vərəqində olan ********* nömrəli cinayət işi üzrə 09 sentyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokola əsasən, keçirilmiş baxış zamanı çəkilişin xidməti otaqda aparıldığı, otaqda ümumilikdə Suraxanı RPl-nin 31ci PB-nin təhqiqatçısı, polis mayoru X17, Suraxanı RPl-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkilləri, polis mayoru Şahid3, polis leytenantı Şahid4 və barəsində şəxsi axtarış aparılacaq şübhəli şəxs X11 olduğu görünür. Təhqiqatçı tərəfindən saxlanılan şəxs X7 üzərində olan əşyaları təqdim etməsi təklif olunur. Sübhan Mustazadə əynindəki qara rəngli şalvarının sağ yan cibindən üç ədəd qırmızı rəngli kağız bükümləri masanın üzərinə qoyur. Bundan sonra Sübhan Mustafazadənin masanın üzərinə qoyduğu kağız bükümlər təhqiqatçı tərəfindən açılır, həmin kağız bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli maddələr aşkar olunur. X5 üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Diskə baxış zamanı X11 video görüntüdə üzərindən yuxanda qeyd olunan narkotik vasitə aşkar olunan şəxsin özü olduğunu bildirdi. Cinayət işinin 2-ci cildinin 18-22-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qərarına əsasən, təqsirləndirilən şəxs X11 haqqında həbs qətimkan tədbiri seçilməsindən imtina edilməsi və onun dərhal məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 23-24-cü vərəqlərində olan 10 sentyabr 2021-ci il tarixli başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsi barədə qərara əsasən, 21100561 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X5 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 35-36-cı vərəqlərində olan 21 oktyabr 2021-ci il tarixli materialın cinayət işinə birləşdirilməsi haqqında qərara əsasən, X11 tərəfindən Zərərçəkmiş şəxs1 işlətdiyi qutab evindən oğurluq etməsi faktı əsasında toplanmış material icraatda olan ********* saylı cinayət işinə birləşdirilməsi və sonuncu nömrə altında istintaq aparılması qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 41-43-cü vərəqlərində olan 27 sentyabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokola əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində yerləşən “isti Qutab” adlı şirniyyat mağazasının açıq vəziyyətdə olan giriş qapısından mağazaya daxil olaraq, masanın üzərində olan sonuncuya məxsus içərisində 820 manat nağd pul olan bir ədəd 5 manat dəyərində pul qabını gizli yolla talayaraq, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 825 manat maddi ziyan vurmaqla oğurluq edilməsi müəyyən edilmişdir. Hadisə ilə bağlı fotoşəkillər cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 48-51-ci vərəqlərində olan 09 oktyabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokola və hadisə yerinin fotoşəkillərindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində yerləşən “isti Qutab” adlı şirniyyat mağazasının açıq vəziyyətdə olan giriş qapısından mağazaya daxil olaraq, masanın üzərində olan sonuncuya məxsus içərisində 820 manat nağd pul olan bir ədəd 5 manat dəyərində pul qabını gizli yolla talayaraq, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 825 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da X11 əyani şəkildə göstərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 2-ci cildinin 113-114-cü vərəqlərində olan 11 iyul 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə qərara əsasən, 07 iyul 2021-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsinə yəni, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə, giriş qapısından qanunsuz daxil olaraq, evin həyətindən sonuncuya məxsus bir ədəd 370 manat dəyərində “Aster-29” markalı velosipedi oğurlaması müəyyən edilmişdir. Həmin hadisə ilə bağlı fotoşəkillər cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 145-147-ci vərəqlərində olan 21 fevral 2022-ci il tarixli ifadənin hadisə yerində yoxlanılması barədə protokola əsasən, 07 iyul 2021-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsinə yəni, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə, giriş qapısından qanunsuz daxil olaraq, evin həyətindən sonuncuya məxsus bir ədəd 370 manat dəyərində “Aster-29” markalı velosipedi oğurlamışdır. O, sonra velosipedi küçəyə çıxarmış, sonra isə sürərək yaşadığı ünvana getmişdir. Bununla da X11 əyani şəkildə göstərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 2-ci cildinin 79-80-cı vərəqlərində olan xx.xx.2021-ci il tarixli məhkəmənarkoloji ekspertizasının 30 dekabr 2021-ci il tarixli 5364 saylı rəyindən görünür ki, müayinə zamanı X6 opioidlərin, kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 78-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Mustafzadə Sübhan ilham oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qərarına əsasən, təqsirləndirilən şəxs X11 barəsində axtarış elan edilmiş, X11 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilməsi, X5 olduğu yer müəyyən edildikdə o, dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 24 oktyabr 2022-ci il tarixli xx/xx-5120 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs X11 xx.xx.2022-ci il tarixdə Suraxanı RPŞnın əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla X5 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X5 üzərindən 08 sentyabr 2021-ci il tarixində aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,387 qram və 14 oktyabr 2021-ci il tarixində aşkar edilmiş narkotik vasitə heroinin çəkisi 0,387 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar X5 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X5 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə X7 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, X5 şəxsiyyətini, cavanlığını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməllərdən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini və gənc olmasını məhkəmə X5 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal cinayətlərin təkrar törədilməsidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi X7 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən X7 təyin olunmuş cəzaları qismən toplanmalı, X5 məhkəməyədək icraat zamanı 08 sentyabr 2021-ci il tarixdən 10 sentyabr 2021-ci il, 14 oktyabr 2021-ci il tarixdən 16 oktyabr 2021-ci il tarixədək tutulduğu 04 (dörd) gün müddət cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzalarının əvvəli 19 oktyabr 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Hökm qanuni qüvvəyə minənədək X5 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən X7 narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,267 qram olan narkotik vasitə - heroin, və xalis çəkisi 0,337 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərcləri 195,82 (bir yüz doxsan beş) manat X4 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X10, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər X5 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi Novruz oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X11 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən X7 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. X5 məhkəməyədək icraat zamanı 08 sentyabr 2021-ci il tarixdən 10 sentyabr 2021-ci il, 14 oktyabr 2021-ci il tarixdən 16 oktyabr 2021-ci il tarixədək tutulduğu 04 (dörd) gün X7 təyin edilən 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və X5 üzərində çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 08 (səkkiz) ay 26 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi X7 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. X5 məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 19 oktyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək X5 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. X7 narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,267 qram olan narkotik vasitə -heroin və xalis çəkisi 0,337 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə ekspertiza xərci 195,82 (bir yüz doxsan beş manat səksən iki qəpik) manat X4 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X10, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. X7, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-**********1300204113, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-162/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-162/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver