Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-162/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X28 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkumluğu olunmuş, işləməyən, Şəki rayonu, Şəki şəhəri, X35 küçəsi, ev 25 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1515/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 02 ay 23 gün müddətə həbs qətimkan tədbiri seçilmiş, Şəki Rayon Məhkəməsinin 1(075)-2/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonunun inzibati ərazisində Azərbaycan Respublikasının Mənzil Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən “sosial evlər”-dən uduşa çıxarılmış 3 otaqlı mənzili almaqda köməklik edəcəyinə dair yalandan vəd verib aldadaraq bu adla 20 oktyabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Cafepark” restoranında 3000 manat məbləğində pul vəsaitini almış, lakin verdiyi vədə əməl etməyərək qeyd olunan məbləğdə pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 özünü işgüzar şəxs kimi göstərərək onun inamını qazanaraq birlikdə iş qurub Cənubi Koreya Respublikasından avtomobil gətirib sataraq qazanc əldə edəcəkləri adı ilə yalandan vəd verib bu adla Zərərçəkmiş şəxs1 27 noyabr 2020-ci il tarixdə ünvan 5 ünvanında yerləşən “A.Y Plaza”-nın qarşısında 23.700 manat pul vəsaiti almış, lakin verdiyi vədə əməl etməyərək qeyd olunan məbləğdə pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 23.700 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) kargüzar işinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs2 08 avqust 2023-cü il tarixdə saat 21:36-da ünvan 6 ünvanında yerləşən “Əkizlər” marketində quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4127 2112 2093 3900 nömrəli bank hesab kartına göndərdiyi 2000 manat pul vəsaitini ələ keçirdərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 2000 manat ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2019cu ildən tanıyır, onunla münasibəti normal olmuşdur. Zərərçəkmiş şəxs1 nə maşın satdırmamış, nə də ki hər hansı bir iş qurmağa dəvət eləməmişdir. Ona dəfələrlə faizə pul lazım olduğu halda Fəridə müraciət edə biləcəyini Fərid ona bildirmişdir. O da və iş şəriki də dəfələrlə faizlə əvvəllər Fəriddən 15 faizə, sonralar isə 8 faizlə pul götürüb qaytarmışdır. Fəridin qeyd elədiyi avtomobil də Fəridin lizinqlə götürdüyü maşının ödənişini ona ödətdirmək istədikləri təqdirdə öz narazılığını bildirmiş və Fəridə dəfələrlə bildirmişdir ki, onun özü 60.000-dən çox faizi evini satıb vermiş və indi guya onun Fəridə borc olaraq 12000 manat, üstəgəl 17.000 min faiz borcunun olduğunu bildirmişdir. Ancaq faizi artıqlaması ilə Fəridə ödədiyi halda Fərid ondan əlavə 7000 manat məbləğində faiz də istəyir və hansıkı artıqlaması ilə Zərərçəkmiş şəxs1 pul ödəmiş və Fəridin iddiası ilə bağlı ona faiz borcu yoxdur. Zərərçəkmiş şəxs1 avtomobil biznesi ilə bağlı iş təklifi etməmişdir. Zərərçəkmiş şəxs1 ona qarşı dedikləri tamamilə yalan və şərdir. 20 oktyabr 2020-ci ildə Zərərçəkmiş şəxs1 ilə Yasamal rayonu ərazisində yerləşən “Günəş Petrol” Yanacaq doldurma məntəqəsininin qarşısında kafe parkda görüşmüş, lakin Fəridə “Sosial” evlərdə 3 otaqlı mənzilin uduşuna vəd verməmiş, bu məqsədlə də Fəriddən 3000 manat məbləğində pul almamışdır. Zərərçəkmiş şəxs2 tanıyır, Anarı “Socar” neft şirkətinə 2000 manat pulun müqabilində kargüzar işinə düzəldəcəyinə yalandan vəd verib onu aldatmışdır. 08 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 onu dediyi işə düzəltməsi üçün “mpay” elektron ödəmə terminalı vasitəsi onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4127 2112 2093 3900 nömrəli bank hesab kartına 2000 manat pul göndərmiş və həmin 2000 manat pulu Bakı şəhərində xatırlamadığı ünvanda yerləşən bankomatdan çıxartmış, həmin pulu alıb öz şəxsi ehtiyaclarına xərcləmişdir. X24 işə düzlətmək niyyəti əvvəlcədən olmamışdır və Anarı aldadıb pulunu almışdır. Dəfələrlə Zərərçəkmiş şəxs2 ondan pulunu geri istəsə də Anara müxtəlif bəhanələr gətirib onu aldatmaqda davam etmişdir. Əməlindən peşmandır və imkanı olan kimi Anarın pulunu qaytaracaq. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, müstəntiq onunla qərəzli olaraq işi aparmışdır, belə ki, Fərid və Zərərçəkmiş şəxs2 bir-birlərini tanımamaqlarına baxmayaraq onların istintaq dövründə verdikləri ifadələrinin başlığı eynidir, guya ki Anar onlara özünü banditizmdə işləyən vəzifəli şəxs kimi tanıtmışdır. Zərərçəkmiş şəxs2 həqiqətən də, 2000 manat işə düzəltmək adı ilə almış, şənbə günü saat 2-yə kimi qaytaracağını ona desə də, həmin gün saat 10:00-da tutulduğundan pulu ona qaytara bilməmişdir. Zərərçəkmiş şəxs1 isə dəfələrlə borc almış, sonra qaytarmışdır, hətta 30000 (otuz min) dollar almış və qaytarmışdır. Hal-hazırda onun Fəridə heç bir borcu yoxdur. Təqsirləndirilən şəxs son sözündə məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri üzrə özünü qismən təqsirli bilməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında yaşayır. 2019-cu ilin yay aylarından Təqsirləndirilən şəxs tanımışdır. Anar özünü ona banditizmə qarşı mübarizə idarəsində zabit işlədiyini, kapitan olduğunu, eləcə də əsasən avtomobil biznesi ilə məşğul olduğunu bildirmişdir. Bununla da Anar özünə qarşı onda inam yaratmışdır. 2020-ci ilin payız aylarında özünə məxsus 2013-cü il buraxlışlı “Hyundai Sonata” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili 25000 manata satışa qoymuşdur. 27 noyabr 2020-ci il tarixdə şəxsi tanışlarının vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs ona avtomobil üçün müştəri tapdığını və həmin şəxsə 23700 manata satmağını bildirmişdir. O, avtomobilinin qiymətinin 25000 manat olduğunu Anara bildirib ilkin olaraq onunla razılaşmasa da, Anar qalan 1300 manatı ona sonradan verəcəyini bildirdiyi üçün avtomobilini onun dediyi qiymətə, yəni 23700 manata Orxan adlı şəxsə satmışdır. Təqsirləndirilən şəxs onun əlində pul olduğunu bildiyi üçün ona birgə iş qurmağı təklif etmişdir. Anarın ona deməsinə görə guya X33 Respublikasından avtomobil gətirib satacaq və onun pulunu artıqlaması ilə qaytaracaqdır. Lakin sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs ümumiyyətlə elə bir biznes fəaliyyəti yoxdur. Ona sonradan ortaq tanışları Təqsirləndirilən şəxs dəfələrlə dələduzluqla bağlı məhkum olduğunu bildirmişlər. Beləliklə də, Anar onu aldadıb ona qarşı dələduzluq edərək 23700 manat pulunu ələ keçirmişdir. Belə ki, 19 may 2023-cü il tarixdə o, ərizə ilə Yasamal RPİ-nin 29-cu polis şöbəsinə müraciət edərək bildirmişdir ki, 27 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “A.Y Plaza”-nın qarşısında tanışı Təqsirləndirilən şəxs birlikdə iş qurub Koreya Respublikasından avtomobil gətirib satacağı adı ilə 23700 manat pul vermiş, lakin sonradan Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək onun qeyd olunan məbləğdə pulunu ələ keçirmişdir. 2020-ci ilin oktyabr ayının 20-də Təqsirləndirilən şəxsla Yasamal rayonu ərazisində yerləşən “Günəş Petrol” Yanacaq doldurma məntəqəsinin qarşısında kafe parkda görüşmüş və Anar ona sosial evlərdə 3 otaqlı mənzilin uduşuna vəd verib ondan 3000 manat məbləğində pul almışdır. Anar uduşun 4 ay müddətində olacağını və uduşda qalib qarantiyası verərək onu inandırmışdır. Lakin Anar verdiyi vədə əməl etməmiş və onu aldatmışdır. Dəfələrlə Anardan pulunun geri qaytarılmasını tələb etmiş, lakin Anar ona müxtəlif bəhanələr gətirərək onu aldatmaqda davam etmiş, hətta onu dəfələrlə hədələyərək nalayiq söyüşlərlə təhqir etmişdir. Onun Anara inamı olduğundan Anara verdiyi pullara görə ondan qəbz almamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. O, Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanın tutularaq ona ödənilməsini tələb edir, təqsirləndirilən şəxsdən şikayətçidir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Anarın ona pulu qaytarmayacağını sosial evlərdə mənzillərin uduşu keçirilərkən onun adının çıxmamasından bilmişdir. Anardan niyə adının çıxmadığını soruşduqda gələn dəfəyə qaldığını bildirirdi. Əvvəllər Anarın pula ehtiyacı olub, o da Anara pul borc verib, Anar da vaxtında borcunu qaytarmışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs 2021-ci ilin may ayından etibarən tanıyır. Dəfələrlə Təqsirləndirilən şəxsla görüşmüş və Təqsirləndirilən şəxs özünü ona iş adamı kimi tanıtmışdır. Anar onu yaşadığı evə bir neçə dəfə qonaq qismində çağırmış, yoldaşı ilə əxlaqsız hərəkətlər təklif etmiş və bunun müqabilindən müəyyən məbləğdə ödənişlər vəd etmişdir. Anar onunla danışdığı müddətdə silahlı qüvvələrin rəsmi geyim formasını üzərində daşımış və oranın işçisi olduğunu ona demişdir. Bu və bunun kimi səbəblərdən Anar onun etimadını qazanaraq onu işə düzəltmək adı ilə ondan 2000 manat pul almış, lakin bugünə kimi onu işə düzəltməmişdir. Əlində onunla olan dəlil və sübutları təqdim etmişdir. X2 vurmuş olduğu maddi ziyanı tələb etməsinə baxmayaraq müxtəlif bəhanələrlə onu aldatmışdır. Təqsirləndirilən şəxs bank kartına 2000 manat pulu o, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Əkizlər” marketdən köçürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğlu, əslən Şəki rayonundan olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tanışıdır. Anar özünü onun oğlu Fəridə işgüzar biri olaraq təqdim etmişdir. 2020-ci ilin oktyabr ayında oğlu Fərid ona bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs ona 3000 manat pulun müqabilində Bakı şəhəri, Yasamal rayonunun inzibati ərazisində Azərbaycan Respublikasının Mənzil Dövlət Agentliyi tərəfindən inşa edilən “sosial evlər”-dən uduşa çıxarılmış 3 otaqlı mənzili almaqda köməklik edə bilər və bu barədə ona Təqsirləndirilən şəxs özü təklif vermişdir. Bu xəbərdən sonra oğluna Təqsirləndirilən şəxs təklifinin sərfəli olduğunu və Təqsirləndirilən şəxs 3000 manat verib həmin evi əldə etməsini məsləhət görmüşdür. Oğlu Fərid də Anarla görüşüb sosial binalardan mənzilin alınması ilə bağlı razılığını bildirmiş və Fəridin deməsinə görə 20 oktyabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Cafepark” restoranında Anarla görüşüb ona 3000 manat pul vermiş və Anar da 4 ay müddətində uduşlu evi alacağını demişdir. Daha sonra 2020-ci ilin payız aylarında oğlu Fərid özünə məxsus 2013-cü il buraxlışlı “Hyundai Sonata” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili 25000 manata satışa qoymuşdur. 27 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Fəridə avtomobil üçün müştəri tapdığını və həmin şəxsə 23700 manata satmağını təklif etmişdir. Fərid avtomobilinin qiymətinin 25000 manat olduğunu Anara bildirib ilkin olaraq onunla razılaşmasa da Anar qalan 1300 manatı Fəridə sonradan verəcəyini bildirdiyi üçün Fərid də avtomobilini onun dediyi qiymətə, yəni 23700 manata Orxan adlı şəxsə satmışdır. Təqsirləndirilən şəxs oğlu Fəridin əlində pul olduğunu bildiyi üçün Fəridə birgə iş qurmağı təklif etmişdir. Anarın Fəridə deməsinə görə guya X33 Respublikasından avtomobil gətirib satacaq və Fəridin pulunu artıqlaması ilə qaytaracaqdır. Beləliklə də Anar onun oğlunu aldadıb oğluna qarşı dələduzluq edərək 23700 manat pulunu ələ keçirmişdir. Həmçinin onlara məlum olmuşdur ki, Anarın onun oğlu Fəridə uduşlu sosial evlərdən mənzilin alınması ilə bağlı dedikləri Anar tərəfindən uydurulmuşdur. Dəfələrlə Anardan pulun geri qaytarılmasını onun özü və oğlu Fərid tələb etsələr də, Anar pulu qaytarmamışdır. Fəridin Anara avtomobilin alınması ilə bağlı verdiyi 23700 manat pul və sosial evlərdən uduşlu mənzilin alınması ilə bağlı verdiyi 3000 manat Fəridə məxsusdur, odur ki, oğlu Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxsdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Anardan pulu qaytarmasını tələb etdikdə Anar ona ayda əvvəlcə 1500, sonra 1000, sonra isə 900 manat verərək pulu qaytaracağını demiş amma bir dəfə 900 manat, bir dəfə isə 600 manat pul vermişdir. Ümumiyyətlə Anar onun evinə gələndə onunla tanış olmuş, birlikdə yemək yemişlər. Həmin vaxt Anar sosial ev məsələsi barədə onlara məlumat vermişdir. “Whatsapp” vasitəsilə Anarla danışanda Anar onlara böhtan atmış, guya onların Anara faizlə borc verdiyini bildirmişdir. Bundan əvvəl Anar onlardan 30000 (otuz min) dollar borc istəmiş və 1 aya qaytarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cild İ, i.v. 01); götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 “Whatsapp” proqramı ilə icra edilmiş ismarıc mətnləri olan 03 vərəqə götürülərək iş materiallarına əlavə edilmişdir (cild İ, i.v. 09-12); baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 və iki nəfər hal şahidinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış ünvan 9 ünvanında yerləşən A.Y.Plazanın qarşısında keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs 23700 manat pulu yuxarıda qeyd olunan ünvanda vermişdir. Hadisə yerinin fotoşəkili çəkilərək protokola əlavə olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır (cild İ, i.v. 13-15); götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Whatsapp” proqramı ilə icra edilmiş ismarıc mətnləri olan 03 vərəqə götürülərək iş materiallarına əlavə edilmişdir (cild İ, i.v. 18-21); baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 və iki nəfər hal şahidinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış ünvan 10 ünvanında yerləşən “Cafepark” adlı yerin 2-ci mərtəbəsində keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs 3000 manat pul vermişdir. Hadisə yerinin fotoşəkili çəkilərək protokola əlavə olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır (cild İ, i.v. 46-48); cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir (cild İ, i.v. 55-57); cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanılmasının rədd edilməsinə dair qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilmiş, material əlavə araşdırılma aparılması üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir (cild İ, i.v. 63-64); götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 audioyazı olan 03 ədəd disk götürülərək iş materiallarına əlavə edilmişdir (cild İ, i.v. 69-72); zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İ, i.v. 85); şübhəli şəxsə ittiham elan edilməsi üçün barəsində axtarış elan edilməsi və tutulması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilməsi və tutulması qərara alınmışdır (cild İ, i.v. 93); cinayət işi üzrə icraatın dayandırılması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (cild İ, i.v. 94); axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq saat 15:30-da Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir (cild İ, i.v. 98); cinayət işi üzrə icraatın təzələnməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir (cild İ, i.v. 99); xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş və onlar ifadələrində göstərdiyi xüsusatları bir daha üzləşdirmə zamanı təsdiq etmişlər (cild İ, i.v. 114-116); cinayət işinin tövsif edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (cild İ, i.v. 117-118); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (cild İ, i.v. 119-120; 200); vəsatətə baxılma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində irəli sürdüyü dəlillər və ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsinə dair irəli sürdüyü xüsusat vəsatət kimi qəbul edilmiş, vəsatət onun özünün müdafiə edilməsi kimi qiymətləndirilmiş və əsassız olduğundan rədd edilmişdir (cild İ, i.v. 129-130); AZ-İV seriyalı 193390 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X3r (cild İ, i.v. 133); AZ-İİ seriyalı 251078 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X5 xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar (cild İ, i.v. 134); AZ-İİ seriyalı 522895 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2009-cu il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X8r (cild İ i.v. 135); AZ-İV seriyalı 678440 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X3r (cild İ, i.v. 136); AZ-İİİ seriyalı 618572 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2011-ci il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X8r (cild İ, i.v. 138); AZ-İ seriyalı 279485 nömrəli nikahın polulması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X6 arasında nikah pozulmuşdur (cild İ, i.v. 139); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1515/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsi; təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti istintaq müddətinin sonunadək, yəni 02 ay 23 gün həddində müəyyən edilməsi; həbsetmənin əvvəlinin 21 oktyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild İ, i.v. 149-153); zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İ, i.v. 156); götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 “mpay” elektron ödəmə terminalı vasitəsilə ödənilmiş pul qəbzinin əks olunduğu 02 ədəd fotoşəkil və Whatsapp proqramı ilə icra edilmiş ismarıclar olan 02 vərəqə götürülərək iş materiallarına əlavə edilmişdir (cild İ, i.v. 165); “mpay” elektron ödəmə terminalı vasitəsilə ödənilmiş pul qəbzinin əks olunduğu fotoşəkildən görünür ki, Suraxanı rayonu,Əmircan qəsəbəsində yerləşən “Əkizlər” marketdə olan ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə AN** SU******** a məxsus ABB karta 2000 manat məbləğində mədaxil edilmişdir (cild İ, i.v. 166); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı il tarixdə azad olunmuşdur. Təqsirləndirilən şəxs Yasamal RPİ İŞ tərəfindən 178.2.2-ci maddəsi ilə saxlanılaraq Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti uzadılmadığından azad olunmuşdur. Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib 05 il 04 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə şərti məhkum edilmiş və barəsində 01 il şərti sınaq müddəti təyin edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti bitmişdir. Təqsirləndirilən şəxs BMCMİ Göygöl tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə məsuliyyətə cəlb olunaraq xx.xx.2021-ci il tarixdə AR CM-nin 40.3 və 73- 1.2-ci maddələri ilə cinayət işinin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə məsuliyyətə cəlb olunaraq Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR CM-nin 73-1.2-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilmişdir (cild İ, i.v. 182-186); Şəki Rayon Məhkəməsinin 1(075)-2/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, cəza çəkməsinin başlanğıcı 16 fevral 2024-cü il tarixdən hesablanması hökm edilmişdir; Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-229/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X22 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(075)- 2/2024 nömrəli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 və iki nəfər hal şahidinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 18, mənzil 27-də yaşayan Zərərçəkmiş şəxs2 pul köçürdüyü ünvan Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində yerləşən “Əkizlər” marketin daxilində olan pul köçürmə terminalıdır. Həmin market bir mərtəbədən ibarətdir və daxilində olan cərgələr müxtəlif ərzaq və məişət əşyaları ilə əhatə edilmişdir. Baxış zamanı əlavə olaraq hər hansı şikayət, məlumat və ya təklif daxil olmamışdır və hadisə yerinin fotoşəkili çəkilərək protokola əlavə olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır (cild İ, i.v. 195-198); təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan yeni ittiham elan edilmişdir (cild İ, i.v. 209-210); whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnlərinə və audioyazı olan CD disklərə baxış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə ********* nömrəli cinayət işi üzrə protokol tərtib olunmuşdur ondan ötrü ki, Zərərçəkmiş şəxs1 götürülmüş Whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnləri olan 03 vərəqəyə və audioyazı olan 03 ədəd CD diskə, həmçinin Təqsirləndirilən şəxs götürülmüş Whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnləri olan 03 vərəqəyə baxış aparıb müəyyən edilmişdir: Təqsirləndirilən şəxs götürülmüş Whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnləri 03 vərəqədədir. Həmin ismarıclar Təqsirləndirilən şəxsla Nəriman adlı istifadəçinin arasında qarşılıqlı dailoq şəklində icra edilmişdir, tərəflər arasında pul mübahisəsi gedir, Nəriman adlı istifadəçi Təqsirləndirilən şəxs Fəridə ödəməli olduğu pul vəsaitlərini qaytarmasını tələb edir. Zərərçəkmiş şəxs1 götürülmüş Whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnləri 03 vərəqədədir. Həmin ismarıclar Təqsirləndirilən şəxsla Fərid adlı istifadəçinin arasında qarşılıqlı dialoq şəklində icra edilmişdir, tərəflər arasında pul mübahisəsi gedir, Fərid adlı istifadəçi Təqsirləndirilən şəxs ona ödəməli olduğu pul vəsaitlərini qaytarmasını tələb edir və həmçinin sosial evin nə zaman hazır olacağını soruşur. Zərərçəkmiş şəxs2 götürülmüş Whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnləri 03 vərəqədədir. Həmin ismarıclar Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 arasında qarşılıqlı dailoq şəklində icra edilmişdir, tərəflər arasında işə düzəlmə ilə bağlı dialoq vardır, Anar Süleymanlı "xxxx" ASC-yə məxsus 4127 2112 2093 3900 nömrəli bank hesab kartının fotoşəkilini Zərərçəkmiş şəxs2 göndərir və bildirir ki, 2000 manat pulu həmin karta ödəsin. Zərərçəkmiş şəxs1 götürülmüş audioyazı olan 03 ədəd CD diskdən belə məlum olur ki, Fərid adlı şəxslə Anar adlı şəxsin arasında qarşılıqlı səsli dialoq mövcuddur. Fərid adlı şəxs Anar adlı şəxsdən pullarını qaytarmasını tələb edir və sosial evin düzəlib düzəlmədiyini soruşur. Anar adlı şəxs Fərid adlı şəxsə pulları qısa zamanda qaytaracağını və buna görə ona müəyyən müddət verməsini bildirir və borcunun bir hissəsini qaytardığını deyir. Bununla da, Zərərçəkmiş şəxs1 iştirakı ilə Zərərçəkmiş şəxs1 götürülmüş Whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnlərinə və audioyazı olan 03 ədəd CD diskə, həmçinin Təqsirləndirilən şəxs götürülmüş Whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnlərinə baxış başa çatmışdır. Zərərçəkmiş şəxs1 03 ədəd “CD” diskdəki diktorları dinlədikdən sonra bildirmişdir ki, səslər onun özünə və Təqsirləndirilən şəxs məxsusdur. Whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnləri isə onun özü, atası Şahid və Təqsirləndirilən şəxsla onun arasında icra edilmişdir. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 03 ədəd “CD” diskdə qeyd edilən audioyazılar, o cümlədən Whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnləri reallığı əks etdirir və hər hansı bir montaj edilməmişdir (cild İ, i.v. 229-230); whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnlərinə və bank qəbzlərinə baxış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə ********* nömrəli cinayət işi üzrə protokol tərtib olunmuşdur ondan ötrü ki, Zərərçəkmiş şəxs2 götürülmüş “mpay” elektron ödəmə terminalı vasitəsilə ödənilmiş pul qəbzinin əks olunduğu 02 ədəd fotoşəkilə və Whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnlərinə baxış aparıb müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 götürülmüş “mpay” elektron ödəmə terminalı vasitəsilə ödənilmiş pul qəbzinin əks olunduğu 02 ədəd fotoşəkildən göründüyü kimi 08 avqust 2023-cü il tarixdə saat 21:36-da ünvan 6 ünvanında yerləşən “Əkizlər” marketində quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsi ilə AN.....SU..... adlı şəxsin istifadəsində olan "xxxx" ASC-yə məxsus 4127 2112 2093 3900 nömrəli bank hesab kartına 2000 manat pul vəsaiti köçürülüb. Zərərçəkmiş şəxs2 götürülmüş Whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnləri 03 vərəqədədir. Həmin ismarıclar Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 arasında qarşılıqlı dailoq şəklində icra edilmişdir, tərəflər arasında işə düzəlmə ilə bağlı dialoq vardır, Anar Süleymanlı "xxxx" ASC-yə məxsus 4127 2112 2093 3900 nömrəli bank hesab kartının fotoşəkilini Zərərçəkmiş şəxs2 göndərir və bildirir ki, 2000 manat pulu həmin karta ödəsin. Bununla da, Zərərçəkmiş şəxs2 iştirakı ilə “mpay” elektron ödəmə terminalı vasitəsilə ödənilmiş pul qəbzinin əks olunduğu 02 ədəd fotoşəkilə və Whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnlərinə baxış başa çatmışdır. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnləri Anar Süleymanlı ilə onun arasında icra edilmişdir. 02 ədəd fotoşəkildə və 08 avqust 2023-cü il tarixdə saat 21:36-da ünvan 6 ünvanında yerləşən “Əkizlər” marketində quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsi ilə 2000 manat pulun göndərildiyi AN.....SU..... kimi qeyd edilən şəxs Təqsirləndirilən şəxsdur və "xxxx" ASC-yə məxsus 4127 2112 2093 3900 nömrəli bank hesab kartı Təqsirləndirilən şəxs məxsusdur. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, ismarıc mətnləri və bank qəbzləri reallığı əks etdirir və hər hansı bir montaj edilməmişdir (cild İ, i.v. 232); Bakı Hərbi Məhkəməsinin 1-1(093)-41/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 178.2.1, 178.2.2-ci maddələri ilə 2 (iki) il 6 (altı) azadlıqdan məhrum etmə cəzası, həmin Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 27 mart 2018-ci il tarixdən 22 may 2018-ci il tarixədək və 04 noyabr 2019-cu il tarixdən 06 noyabr 2019-cu il tarixədək həbsdə saxlama müddəti nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilmiş və qəti olaraq Təqsirləndirilən şəxs 5 (beş) il 4 (dörd) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il 4 (dörd) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və barəsində 1 (bir) il sınaq müddəti müəyyən edilmiş, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması hökm edilmişdir (cild İ, i.v. 237-268); whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnlərinə və audioyazı olan CD disklərə baxış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnləri olan 03 vərəqəyə, Zərərçəkmiş şəxs1 götürülmüş whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnləri olan 03 vərəqəyə və audioyazı olan 03 ədəd CD diskə, Zərərçəkmiş şəxs2 götürülmüş “mpay” elektron ödəmə terminalı vasitəsilə ödənilmiş pul qəbzinin əks olunduğu 02 ədəd fotoşəkilə və whatsapp proqramı ilə icra edilmiş ismarıclar olan 02 vərəqəyə baxış kerilərək protokol tərtib olunmuşdur. Protokolda whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnlərinə və audioyazı olan CD disklərə baxış aparılması haqqında xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli protokollarda qeyd olunanlar əks olunmuşdur. Təqsirləndirilən şəxs 03 ədəd “CD” diskdəki diktorları dinlədikdən sonra bildirmişdir ki, səslər onun özünə və X10 məxsusdur. Whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnləri isə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs1 atası Şahid və Zərərçəkmiş şəxs2 ilə onun arasında icra edilmişdir. 02 ədəd fotoşəkildə və 08 avqust 2023-cü il tarixdə saat 21:36-da ünvan 6 ünvanında yerləşən “Əkizlər” marketində quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsi ilə 2000 manat pulun göndərildiyi AN.....SU..... kimi qeyd edilən şəxs odur və "xxxx" ASC-yə məxsus 4127 2112 2093 3900 nömrəli bank hesab kartı ona məxsusdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, 03 ədəd “CD” diskdə qeyd edilən audioyazılar, o cümlədən Whatsapp proqramı ilə icra edilmiş ismarıc mətnləri reallığı əks etdirir və hər hansı bir montaj edilməmişdir (cild İİ, i.v. 28-29); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə Bakı şəhəri Nərimanov RPİ-nin İŞnin baş müstəntiqi, polis mayoru X13 tərəfindən Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdə elan edilmiş yeni ittihama əlavə və dəyişiklərin edilməsi zərurəti yaranmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş yeni ittihamın qüvvəsində saxlanılması və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçildiyinin nəzərə alınması; Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 311, 310, 32.4, 312 və 178.2.3-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi; Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi; 29 may 2023-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X18 tərəfindən Təqsirləndirilən şəxs götürülmüş “Whatsapp” proqramı ilə icra edilmiş ismarıc mətnləri olan 03 vərəqə, Zərərçəkmiş şəxs1 götürülmüş “Whatsapp” proqramı ilə icra edilmiş ismarıc mətnləri olan 03 vərəqə, 27 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X13 tərəfindən Zərərçəkmiş şəxs1 götürülmüş audioyazı olan 03 ədəd CD disk və 23 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 götürülmüş “mpay” elektron ödəmə terminalı vasitəsilə ödənilmiş pul qəbzinin əks olunduğu 02 ədəd fotoşəkil və “Whatsapp” proqramı ilə icra edilmiş ismarıclar olan 02 vərəqə cinayət işi üzrə maddi sübut kimi tanınması və 03 ədəd “CD” diskin və qeyd edilən digər maddi sübutların iş materiallarına əlavə edilməsinin nəzərə alınması; 29 may 2023cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X18 tərəfindən Təqsirləndirilən şəxs götürülmüş “Whatsapp” proqramı ilə icra edilmiş ismarıc mətnləri olan 03 vərəqəyə, Zərərçəkmiş şəxs1 götürülmüş “Whatsapp” proqramı ilə icra edilmiş ismarıc mətnləri olan 03 vərəqəyə, 27 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X13 tərəfindən Zərərçəkmiş şəxs1 götürülmüş audioyazı olan 03 ədəd CD diskə və 23 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 götürülmüş “mpay” elektron ödəmə terminalı vasitəsilə ödənilmiş pul qəbzinin əks olunduğu 02 ədəd fotoşəkilə və Whatsapp proqramı ilə icra edilmiş ismarıclar olan 02 vərəqəyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparılması haqqında tərtib edilmiş protokolun cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi; 29 may 2023-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X18 tərəfindən Təqsirləndirilən şəxs götürülmüş “Whatsapp” proqramı ilə icra edilmiş ismarıc mətnləri olan 03 vərəqəyə, Zərərçəkmiş şəxs1 götürülmüş “Whatsapp” proqramı ilə icra edilmiş ismarıc mətnləri olan 03 vərəqəyə, 27 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X13 tərəfindən Zərərçəkmiş şəxs1 götürülmüş audioyazı olan 03 ədəd CD diskə Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış aparılması haqqında tərtib edilmiş protokolun cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi; 23 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X13 tərəfindən Zərərçəkmiş şəxs2 götürülmüş “mpay” elektron ödəmə terminalı vasitəsilə ödənilmiş pul qəbzinin əks olunduğu 02 ədəd fotoşəkilə və “Whatsapp” proqramı ilə icra edilmiş ismarıclar olan 02 vərəqəyə Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış aparılması haqqında tərtib edilmiş protokolun cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi; Təqsirləndirilən şəxs doğum tarixinin xx xxxxxx 1986-cı il olduğu nəzərə alınması; Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs kimi hesab edilməsi; Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayətin törədilməsi onun əməlində cinayətlərin residivini yaratdığı nəzərə alınması; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilməsi və Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonunun inzibati ərazisində Azərbaycan Respublikasının Mənzil Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən “sosial evlər”dən uduşa çıxarılmış 3 otaqlı mənzili almaqda köməklik etmək adı ilə 3000 manat və birlikdə iş qurub Cənubi Koreya Respublikasından avtomobil gətirib sataraq qazanc əldə edəcəkləri adı ilə yalandan vəd verib bu adla Zərərçəkmiş şəxs1 23.700 manat almadığı barədə ifadəsində göstərdikəri xtisusatlar qeyri-səmimi, qeyri-obyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirilməsi və cinayət işi üzrə vermiş olduğu vəsatətinin təmin edilməyərək rədd edilməsinin nəzərə alınması qərara alınmışdır (cild İİ, i.v. 30-41); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-5/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün həddində, yəni 04 fevral 2024-cü il tarixədək uzadılması qərara alınmışdır (cild İİ, i.v 75- 80); Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, cinayət işi üzrə ifadələr, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxslər və şahid tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham olunan cinayətlərin törədilməsinə şübhə yarada biləcək hal müəyyən edilməmişdir. Müdafiə tərəfi təqsirləndirilən şəxsin əvvəllər dəfələrlə faizlə Fəriddən pul götürüb qaytardığını, Zərərçəkmiş şəxs1 avtomobil biznesi ilə bağlı iş təklifi etmədiyini, Zərərçəkmiş şəxs1 ona qarşı dedikləri tamamilə yalan və şər olduğunu, Fəridə “Sosial” evlərdə mənzilin uduşuna vəd vermədiyini, bu məqsədlə də Fəriddən 3000 manat məbləğində pul almadığını bildirmişdir. Məhkəmə həmin dəlilləri əsassız hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hisab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının; 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. 3-cü bəndinə əsasən etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanı qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir; 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.3. cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə); 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Yuxarıda qeyd edilən ittihamın birinci epizodundan aydın olduğu kimi Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 3000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs R.Fəridə birinci epizod üzrə vurduğu maddi ziyan 3000 manatdır və törətdiyi həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla, S.Anar tərəfindən törədilmiş cinayət əməli 2020-ci ilin oktyabr ayına təsadüf olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci tarixli qərarında qeyd edilmişdir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Belə olan halda təqsirləndirilən şəxsin qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən, ittihamın birinci epizodu üzrə cəzadan azad edilməsi üçün əsaslar müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci epizod üzrə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur və həmin Məcəllənin 75.1.1-ci maddəsinə müvafiq olaraq bu cinayət törədilən gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Müdafiə tərəfinin hazırkı məhkəmə iclasında əks olunmuş mövqeylərindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsə həmin epizodla bağlı bəraət verilməsini tələb edir. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2 və 42.2.1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda sadalanan normaların tələblərini hazırki iş üzrə tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın birinci epizodu üzrə təqsirli olsa da, qeyd olunan epizoda münasibətdə qanunla nəzərdə tutulmuş müddət keçdiyindən ona təqsirli bilindiyi həmin epizod üzrə cəza təyin edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı və yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən edilmədi. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzanı yüngülləşdirən halı və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını əsaslı, qanuni və cəzanın məqsədinə nail olunması üçün daha səmərəli hesab edir. Həmçinin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi əməli Şəki Rayon Məhkəməsinin 1(075)-2/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülmüş “Whatsapp” proqramı ilə icra edilmiş ismarıc mətnləri olan 03 vərəqə, Zərərçəkmiş şəxs1 götürülmüş “Whatsapp” proqramı ilə icra edilmiş ismarıc mətnləri olan 03 vərəqə və audioyazı olan 03 ədəd CD disk, Zərərçəkmiş şəxs2 götürülmüş “mpay” elektron ödəmə terminalı vasitəsilə ödənilmiş pul qəbzinin əks olunduğu 02 ədəd fotoşəkil və “Whatsapp” proqramı ilə icra edilmiş ismarıclar olan 02 ədəd vərəqə iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona verilmiş ittihamın birinci epizodu üzrə təqsirli olsa da, həmin epizoda münasibətdə qanunla nəzərdə tutulmuş müddət keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona təqsirli bilindiyi həmin epizod üzrə cəza təyin edilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şəki Rayon Məhkəməsinin 1(075)-2/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs götürülmüş “Whatsapp” proqramı ilə icra edilmiş ismarıc mətnləri olan 03 vərəqə, Zərərçəkmiş şəxs1 götürülmüş “Whatsapp” proqramı ilə icra edilmiş ismarıc mətnləri olan 03 vərəqə və audioyazı olan 03 ədəd CD disk, Zərərçəkmiş şəxs2 götürülmüş “mpay” elektron ödəmə terminalı vasitəsilə ödənilmiş pul qəbzinin əks olunduğu 02 ədəd fotoşəkil və “Whatsapp” proqramı ilə icra edilmiş ismarıclar olan 02 vərəqə iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 25 (iyirmi beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 150 (yüz əlli) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-162/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-162/2024
06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver