Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-162/2025 14.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1997-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Vərməziyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay (boşanmış), himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Vərməziyar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, 16 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 avqust 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Nizami RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin ibtidai istintaqı aparılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd şəffaf sellofan bükümdə 0,278 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib əynində olan boz rəngli şalvarının sağ yan cibində saxlamış və daşımış, 16 avqust 2024cü il tarixdə, saat 12 radələrində Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirilmiş, videoçəkilişdən istifadə edilməklə, üzərində şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə 0,278 qram çəkidə ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmazdan əvvəl təxminən 2 aydır ki, narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərinin istifadəçisi olmuşdur. 15 avqust 2024-cü il tarixdə, Suraxanı rayonu, Quşçuluq massivində anket məlumatlarını bilmədiyi şəxsdən 20 (iyirmi) manat pul müqabilində şəxsi istifadəsi üçün şəffaf sellofana bükülmüş 01 (bir) ədəd bükümdə metamfetamin almışdır. Həmin psixotrop maddəni əynində olan boz rəngli idman şalvarının sağ yan cibinə qoyub saxlamışdır. 16 avqust 2024-cü il tarixdə, saat 12:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz evin yaxınlığında icarəyə götürdüyü «Hyundai Elantra» markalı avtomobildə tanışı Şahid3 ilə birlikdə olan zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu polis şöbəsinə aparmışlar. Şöbədə hüquq və vəzifələri izah olunduqdan sonra, dövlət hesabına müdafiəçi dəvət olunmuş, polis şöbəsində xidməti otaqların birində polis əməkdaşları və müdafiəçinin iştirakı ilə mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla, üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə olan metamfetamini təqdim etmişdir. Həmin psixotrop maddənin özünə məxsus olduğunu və onu haradan əldə etməsini bildirmişdir. Təqdim etdiyi içərisində metamfetamin olan büküm zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, özü narkotik vasitə və psixotrop maddələri qəbul etdiyi üçün şəxsi ehtiyacına görə əldə etmişdir. Yanında olan Şahid3 narkotik və ya psixotrop maddə satmamış, bağışlamamışdır. Şahid3 də üzərində psixotrop maddənin olmasını bilməmişdir. Şahid3 də heç vaxt ona narkotik vasitə və ya psixotrop maddə satmamış, bağışlamamışdır. Onu polis əməkdaşları saxlayıb polis şöbəsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuş, şöbədə olarkən ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilmişdir. Təxminən bir ildir ki, narkotik vasitələrdən istifadə etmir. Şübhəli şəxs qismində tutulan zaman ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. 15 avqust 2024-cü il tarixdə, axşam saat 23-24 radələrində tutulmuşdur. Narkotik vasitələrin qurudulmuş marixuana növündən istifadə etmişdir. Onu tutan polis əməkdaşları formada, yəni xidməti geyimdə olmuşdur. Ona 4 nəfər polis serjantı yaxınlaşmış və polis bölməsinə aparmışlar. Tutulan zaman tək olmamış, Şəhriyar adlı tanışı ilə birlikdə olmuşdur. Şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. İş üzrə şahidlər Şahid2 və Şahid1 onun tutmamış, onları şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman görmüşdür. Onu polis formasında olan 4 nəfər polis serjantı tutmuşdur. Sonda isə törətdiyi əməldən peşman olmasını bildirərək məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 16 avqust 2024-cü il tarixdə, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin inzibati ərazisində şöbənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə xidmətdə olarkən saat 12:00-da Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evin yaxınlığında özlərini şübhəli aparan iki nəfər şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, həmin şəxslər suallara dolğun və adekvat cavab verə bilmədikləri üçün, bundan əlavə, narkotik vasitə və psixotrop maddənin təsirində olmaları şübhəsi yarandığından onlar Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət edilmişlər. Şöbədə məlum olmuşdur ki, onlardan biri Təqsirləndirilən şəxs, digəri isə Şahid3dur. Bundan sonra polis şöbəsinin İnzibati otaqlarının birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs bu barədə təhqiqatçının qərarı ilə tanış edilmiş, ona hüquqları izah edilmiş və hüquqlarının müdafiəçi üçün vəkil dəvət edilmişdir. Bundan sonra, videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamadan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, əşya və ya sənədlər varsa, könüllü təqdim etsin. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoyub bildirmişdir ki, bükümün içərisində «patı» kimi tanıdığı, yəni psixotrop maddə-metamfetamin var. Büküm açıldıqda içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddəni şəxsi istifadəsi üçün Suraxanı rayonu, Quşçuluq massivindən 20 manata tanımadığı şəxsdən alıb üzərində saxlamış, 16 avqust 2024-cü il tarixdə, saat 12 radələrində icarəyə götürdüyü «Hyundai Elantra» markalı avomobildə tanışı Şahid3 ilə birlikdə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şabanov küçəsində yerləşən nömrəsiz evin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra, həmin psixotrop maddə-metamfetaminə bənzər kütlə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və müdafiəçi protokolla tanış olub imza etmişlər. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən heç bir şikayət və təklif daxil olmamışdır. Şəxsi axtarış və götürmə zamanı 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılmış videoçəkilişin əks olunduğu disk protokola əlavə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə ekspertiza tədqiqatına göndərilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə o və Şahid2 yaxınlaşmışdır. Təqsirləndirilən şəxsə saat neçə radələrində yaxınlaşmalarını uzun müddət keçdiyi üçün xatırlamır. Təqsirləndirilən şəxsin üzərindən psixotrop maddəmetamfetamin aşkar olunmuşdur. Şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs tutulan zaman iki nəfər olmuşlar. Aşkar olunmuş psixotrop maddəni tanımadığı şəxsdən 20 manata alıb üzərində daşımışdır. Həmin vaxt mobil telefonu polis şöbəsində qalmışdır. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 da ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi tutduqdan sonra 30-cu polis şöbəsinə aparmışlar. Şəxsi axtarış istintaq hərəkətinin keçirilməsində o, təhqiqatçı və Şahid1 iştirak etmişdir. Təqsirləndirilən şəxsin üzərindən nə aşkar edilməsini uzun müddət keçdiyi üçün xatırlamır. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir. Həmçinin təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxsin tutulan zaman yanında Şəhriyar adlı şəxsin olub-olmamasını uzun müddət keçdiyi və iş yükü çox olduğu üçün xatırlamır. Həmin vaxt mobil telefonu yanında olmamış, polis şöbəsində qalmışdır. ***-***-**-** saylı mobil nömrəni istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, valideynləri ilə bir ünvanda yaşayır. Təqsirləndirilən şəxs 5-6 aydır ki tanıyır, bir yerdə 1-2 dəfə çayxanada oturmuşlar. Onunla o qədər də yaxın münasibəti yoxdur. 16 avqust 2024cü il tarixdə Orxan ilə Həzi Aslanov metrostansiyasının yanında görüşüb onu evinə çatdırmaq üçün Təqsirləndirilən şəxs idarə etdiyi dövlət nömrə nişanını bilmədiyi «Hyundai» markalı avtomobillə Türkan qəsəbəsinə getmək istəmişlər. Saat 12:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, ünvanı sonra bildiyi O.Şabanov küçəsində yerləşən nömrəsiz evin yaxınlığında Orxan maşına su vurmaq istəmişdir. Bu zaman polis əməkdaşları onları tutub Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər. 30-cu polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman 0,211 qram psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Barəsində Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı tərəfindən ********* nömrəli cinayət işi başlanmış və istintaqını Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Çərkəz Pənahov aparır. Ona ittiham elan olunduqdan sonra, azadlığa buraxılmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində də psixotrop maddə-metamfetamin aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs üstündə həmin psixotrop madənin olmasını əvvəldən bilməmiş və xəbəri olmamışdır, sonradan bu barədə bilmişdir. Üzərindən aşkar olunan metamfetamini Türkan qəsəbəsində tanımadığı şəxsdən alıb qəbul etmək üçün saxlamışdır. Metamfetamini təxminən 1 ildir ki, tüstüsünü nəfəsinə çəkmək yolu ilə qəbul edir və metamfetamini özü üçün qəbul etmək məqsədilə əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamini hardan əldə etdiyini, Təqsirləndirilən şəxs üstündə metamfetamin, başqa psixotrop maddənin və ya narkotik vasitənin olub-olmamasını bilməmişdir. Təqsirləndirilən şəxs hər hansı psixotrop maddə və ya narkotik vasitə satmamış, verməmişdir. Üzərində aşkar olunan metamfetamini tək qəbul etmək istəmişdir. Orxanla bu barədə heç bir söhbət aparmamışdır. Təqsirləndirilən şəxs da onun üstündə metafetaminin olmasını bilməmiş və xəbəri olmamışdır. Bir-birinin üzərində metamfetaminin olmasını polis əməkdaşları tərəfindən yaxalanıb 30-cu polis şöbəsinə aparılandan sonra bilmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman üzərindən psixotrop maddəmetamfetamin aşkar edilmişdir. Həmin psixotrop maddəni tutulan gündən bir gün əvvəl öz şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bilirdi. Amma həmin gün üzərində narkotik vasitə olmasını bilməmişdir. Təqsirləndirilən şəxslə birlikdə narkotik vasitə istifadə etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 17 avqust 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış 16 avqust 2024-cü il tarixli raportdan görünür ki, 11 iyun 2024-cü il tarixdə, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları inzibati ərazidə xidmətdə olarkən saat 12:00 radələrində ünvan 4 ünvanın yaxınlığında özlərini şübhəli apardıqları üçün iki nəfər şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, həmin şəxslər suallara dolğun və advekat cavab verə bilmədiyindən bundan əlavə, narkotik və psixotrop maddələrin təsirində olmaları şübhəsi yarandığından onları polis şöbəsinə dəvət etmişlər. Şöbədə müəyyən olunmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs və Şahid3 Şahhüseyn oğludur. Göstərilənlərə əsasən şübhəli şəxs Təqsirləndirilən şəxs və Şahid3 paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. (iş.v.4) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 avqust 2024-cü il tarixli istintaq hərəkəti protokolundan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində metamfetamin kimi tanıdığı psixotrop maddə var. Sorğu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddəni Suraxanı rayonu, Quşçuluq massivində tanımadığı şəxsdən, ümumilikdə 20 manat pul ödəməklə şəxsi istifadəsi üçün almış, sonra istifadə etməsi üçün üzərində saxlamaqla daşımışdır. 16 avqust 2024-ci il tarixdə, saat 12:00 dəqiqədə icarəyə götürdüyü “Hyundai Elantra” markalı avtomobildə tanışı Şahid3 ilə birlikdə olarkən ünvan 4 ünvanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd bükümün içərisində ağ rəngdə kristal şəkilli psixotrop maddə-metamfetaminə bənzər olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 194 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmçinin şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya predmet aşkar edilməmişdir. (iş.v. 29-30) Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı diskə baxış keçirilərək tədqiq edilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 (bir) ədəd bükümü masanın üzərinə qoyur. Daha sonra təhqiqatçı S.Süleymanlı şəffaf selofana bükülmüş bükümdə nə olmasını soruşduqda, Təqsirləndirilən şəxs 01 ədəd bükümdə olan maddənin «patı» kimi tanıdığı metamfetamin olduğunu, onu özü qəbul etmək üçün aldığını bildirir. Bundan sonra təhqiqatçı şəffaf rəngli sellofana bükülmüş bükümü açır və içərisində ağ rəngli, kristallik şəkildə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində digər qanunsuz əşya və predmet olub-olmaması soruşulur və əməliyyat müvəkkili Şahid1 tərəfindən onun üzərində şəxsi axtarış aparılır. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə və ya psixotrop maddə, hər hansı sübut əhəmiyyətinə malik ola biləcək predmet və əşya aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə-metamfetaminə bənzər maddə olan 01 (bir) ədəd büküm görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Bundan sonra həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanır. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, onunla birlikdə «Rent a car» şirkətindən götürdüyü avtomobildə polis əməkdaşları tərəfindən Şəhriyar adlı tanışı da yaxalanmışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 avqust 2024-cü il tarixli 3-16-16/2- 6/4200 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194 dairəvi möhür əksi, “şübhəli şəxs: “Təqsirləndirilən şəxs Oktay (İmza)” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,278 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 0,278 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,228 qram. (iş.v. 35-37) Ambulator məhkəmə-narkoloji ekspertizasının 21 avqust 2024-cü il tarixli, 2684 5741 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 75-76) Suraxanı RPİ-nin İŞ-nin əməliyyat tapşırığına Suraxanı RPİ-nin 30-cu polis şöbəsi tərəfindən ünvanlanan 02 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 0,278 qram psixotrop maddə-metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi və narkotik vasditələrin satışı ilə məşğul olub-olmaması istiqamətində müvafiq əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 0,278 qram psixotrop maddə-metamfetamini əldə etdiyi mənbəni, həmçinin onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. (iş.v. 92-93) 21 oktyabr 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 0,278 qram, tədqiqatdan sonra qalıq qalmış 0,228 qram olan psixotrop maddə - metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 21 oktyabr 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarla maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 18 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs «Oktay» kimi yazılmış atasının adı «Oqtay» hesab edilmişdir. (iş.v. 101-105) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk 121 oktyabr 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 109-114) Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il tarixdə, saat 12:30-da şübhəli şəxs qismində tutulmuş, saat 12:00-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 18 avqust 2024-cü il tarixdə, saat 09:05-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 18 avqust 2024-cü il tarixli qərarla, müstəntiq tərəfindən barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Nizami RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin ibtidai istintaqı aparılaraq cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, həmin cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. (iş.v. 14, 51-52, 62-67) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 1(010)- 162/2025 saylı qərarı ilə iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin və Şahid1 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin 15 avqust 2024-cü il tarix, saat 09:00-dan 18 avqust 2024-cü il tarix, saat 20:00-dək olan müddət ərzində kimə məxsusluğunun, həmin nömrələrə daxil olmuş və edilmiş zənglərin, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatları, anten əhatə dairəsinin məlumatlarının, eləcə də, daxil olmuş və göndərilmiş SMS mətnlərinin "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmış, qərarın icrası müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC və "xxxx" MMC tərəfindən 10 fevral 2025-ci il tarixli qərarın icrası ilə bağlı Suraxanı rayon Məhkəməsinə ünvanlanmış, müvafiq olaraq 17 fevral 2025 və 20 fevral 2025-ci il tarixlərdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskə və məhkəmə iclasında baxış keçirilərək tədqiq edilmişdir. Belə ki, məhkəmə tərəfindən "xxxx" MMC tərəfindən göndərilmiş Şahid1 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin 15 avqust 2024-cü il tarix, saat 09:00-dan 18 avqust 2024-cü il tarix, saat 20:00-dək olan anten əhatə dairəsi məlumatları ilə bağlı diskə baxış keçirilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2024cü il tarixdə, saat 12:30-da şübhəli şəxs qismində tutulmuş, 16 avqust 2024-cü il tarixdə, saat 12:00-dan azadlığı faktiki məhdudlaşdırılmışıdır. Diskə baxış keçirilməsi zamanı ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin Şahid1 məxsus olduğu və Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 15 avqust 2024-cü il tarixdə, saat 11:54 radələrində Hövsan qəsəbəsi, Çöllük küçəsi ünvanında, 15 avqust 2024-cü il tarixdə, saat 13:51 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi ünvanında olduğu müəyyən olunur. ***-***- **-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman həmin tarixdə şəxsin hansı ünvanda olduğunu müəyyən etmək olmamışdır. Mobil operatorlardan məhkəmənin icraatına adətən daxil olmuş anten əhatə dairəsi ilə bağlı məktublardan müəyyən olunur ki, hər hansı inzibati ərazi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa, telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə/yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Məhkəmə iclasında həmçinin "xxxx" MMC tərəfindən göndərilmiş diskə baxış keçirmişdir. Belə ki, ***-***-**-** və ***-***-**-** saylı nömrələr sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs, ***-***-**-** saylı mobil telefon nömrəsi isə Şahid2 məxsusdur. Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs qohumluq məlumatları ilə bağlı əldə edilmiş məlumatdan və məhkəməyə təqdim edilmiş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, onun himayəsində xx.xx.2020-ci il təvəllüdlü Abbas Muradzadə olmaqla, bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. "xxxx" MMC və "xxxx" MMC tərəfindən Suraxanı rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli qərarının icrası ilə bağlı təqdim edilmiş 02 ədəd CD diskə məhkəmə iclası zamanı baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumata rast gəlinmədiyindən məhkəmə tərəfindən maddi sübut qismində tanınmamış və iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 0,278 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evin yaxınlığıdır. Sonradan isə şəxs Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Belə ki, məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd şəffaf sellofan bükümdə 0,278 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib əynində olan boz rəngli şalvarının sağ yan cibində saxlamış və daşımış, 16 avqust 2024-cü il tarixdə, saat 12 radələrində Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirilmiş, videoçəkilişdən istifadə edilməklə, üzərində şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə 0,278 qram çəkidə ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğular və onlara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 1(101)-1224/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il şərti sınaq müddəti təyin edilməklə, 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09 dekabr 2021-ci il tarixdə, cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. (iş.v. 78-79) CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda-məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxsdir və hazırda məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin suiistifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Həmin Qaydalarının 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən azadlıq və toxunulmazlıq hüququ demokratik cəmiyyətdə ən böyük əhəmiyyətə malikdir. Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) 1 e yarımbəndi bir neçə şəxs kateqoriyasına, infeksion xəstəlik yayan şəxslərə, ruhi xəstələrə, spirtli içki, narkotik aludəçilərinə və səfillərə aiddir. Konvensiyanın cəmiyyətə yaxşı uyğunlaşa bilməmiş belə şəxslərin azadlıqdan məhrum edilməsinə icazə verməsinin səbəbi yalnız onların ictimai təhlükəsizlik üçün təhdid təşkil edə bilmələri deyil, həmçinin onların öz maraqlarının da həbslərini zəruri edə bilməsidir. (Quzzardi İtaliyaya qarşı iş). Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Çünki şəxsin barəsində Xətai və Nizami RPİ-nin İstintaq şöbələrində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi istintaq olunmuş, cinayət işləri bir icraatda birləşdirilmiş və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi şəxsin barəsində bir neçə yerdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinin istintaq olunması onun ictimai təhlükəliliyini və qanunlara etinasız yanaşmasını aşkar formada göstərir. Ona görə də Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməsi onun şəxsiyyəti, cinayətin ictimai təhlükəlilik dərəcəsi, onun islah olunması, müalicə alması və ailəsinin həyat şəraiti baxımıdan daha məqsədəuyğundur. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm elan olunduğu 14 aprel 2025ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində istintaqı aparılan başqa cinayət işi ilə əlaqədar həbsdə saxlanması nəzərə alınmalı, Təqsirləndirilən şəxsnın həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,228 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, mobil operatorlardan daxil olmuş 02 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki iş üzrə 16 avqust 2024-cü il tarixdən 18 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan olunduğu 14 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində istintaqı aparılan başqa cinayət işi ilə əlaqədar həbsdə saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxsnın həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,228 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Mobil operatorlardan daxil olmuş 02 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Müdafiəçi Təqsirləndirilən şəxsnın hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-162/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-162/2025
14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver