Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-163/2021 29.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1967-ci ildə İsmayıllı rayonunun Ağbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərif küçəsi, ev 24, mənzil 144də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 116A-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və altadma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmək qərarına gələrək, 2018-ci il sentyabr ayının 15-dən sentyabr ayının 20-nə olan tarix ərəfəsində saat 18 radələrində, ünvan 1 ünvanda yerləşən “Aura” şadlıq sarayının qarşısında tanışı Zərərçəkmiş şəxs Bakı şəhərində 30 faiz, yəni 35.500 (otuz beş min beş yüz) manat ilkin bank ödənişini etməklə “ipoteka” krediti yolu ilə ev almağa köməklik edəcəyinə dair yalan vəd verməklə aldadıb, etibarından sui-istifadə edərək 35.500 (otuz beş min beş yüz) manat pulunu ələ keçirib, zərərçəkmiş şəxs G.İ.Həsənoaya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə təxminən 30 il əvvəl tələbə yoldaşı oldmuşdur. Bundan sonra da münasibətləri davam etmişdir. 2017-ci ildə Zərərçəkmiş şəxs Bakı şəhərinə köçüb gələndən sonra bir-birilərinin evinə ailəvi gediş-gəlişləri olmuşdur. 2018-ci ilin sentyabr ayında Gülnarə demişdir ki, Şirvan şəhərində olan evini satıb, Bakı şəhərindən ev almaq istəyir. Gülnarə evini 35.500 manata satdışa qoyduğunu demişdir. O, Gülnarəyə demişdir ki, 35.500 manata Bakıdan ev almaq olmur, həmin pulu ilkin ödəniş kimi verib, ancaq «İpoteka» krediti ilə ev götürə bilər. Bundan sonra Gülnarə İpoteka ilə ev almaq fikrinə düşmüş və bu işdə ona köməklik etməyi uzun illərin dostu kimi ondan xahiş etmişdir. 2018-ci ilin sentyabr ayının əvvəllərinə Gülnarə xahiş etmişdir ki, onu Şirvan şəhərinə aparsın, evi satmağa tək getmək istəməmişdir. O, özünə məxsus avtomobiliylə Gülnarəni Şirvan şəhərinə aparmışdır. Orada Gülnarə özü evi satmış, o, sonunсunun işinə qarışmamışdır. Geri qayıdarkən, Qaradağ rayonu ərazisində, daha doğru Sumqayıt yol ayrıcında Sumqayıta işə getdiyi üçün Gülnarəni taksi ilə Bakıya yola salmışdır. Həmin vaxtı Gülnarə özü 35.500 (otuz beş min) manat pulu avtomobilində sumkasından çıxardıb ona vermiş və demişdir ki, «pul məndə qalsa, xərclənək, götür səndə qalmağı daha yaxşı olar». Buna görə də o, həmin pulu götürmüşdür. Həmin vaxtı o, "xxxx" ASC-də icraçı direktor işləmişdir. Biznes fəaliyyəti ilə bağlı pul lazım olduğundan, Gülnarənin saxlamaq üçün verdiyi 35.500 manat pulu borc olaraq sonunсudan istəmişdir. Gülnarə də heç bir problem olmadığını, ona inandığını demiş və biznesmen olduğu üçün pulunu ürəklə borc vermişdir. Bundan sonra İpoteka sənədlərinin hazırlanması üçün Gülnarəyə köməklik etmişdir. Gülnarə İpoteka kreditini qızı Ayselin adma sənədləşdirmək istəmişdir. Onlara İpoteka krediti üçün sənədlərin toplanmasında köməklik etməyi üçün heç bir təmannası olmamışdır, bundan ötrü Gülnarədən hər hansı bir məbləğdə pul almamışdır. İşiylə bağlı Sosial Müdafiə Nazirliyin idarələrinə, məsələn Bilgəh Qocalar evinə, Mərdəkan Qocalar evinə, Şamaxı ruhi dispanser mərkəzinə şirkəti adından hazırlanmış mebelləri paylamış və pullarını almamışdır. Daha sonra SMN-də dəyişiklik olduğuna görə verdiyi mebellərə görə ümumilikdə 94.000 (doxsan dörd min) manat pulu ala bilməmiş və bu səbəbdən işləyə bilməmiş və müflis olmuşdur. Daha sonra "xxxx" ASC-yə sərmayə kimi qoyduğu 640.000 ( altı yüz qırx min) manat pulunu tələb etdikdə şirkət pulunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən həmin şirkət barədə əvvəlcə BMCMİ-nə sonra da Sumqayıt Pİ-nə şikayət ərizələri yazmışdır. Bu barədə uzun müddət araşdırma davam etmişdir və 14.09.2020-ci il tarixdə Sumqayıt şəhər prokurorluğunda fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məqsədi pulunu alıb həm də Gülnarəyə olan 35.500 manat borcumu ödəmək olmuşdur. Hal hazırda başqa bir yerdə gəlir yeri və ya satılacaq obyekti yoxdur ki, satıb Gülnarənin pulunu verə bilsin. Gülnarə də onun vəziyyətini yaxşı bilmişdir. 2020-ci ilin fevral ayında açıq ürək əməliyyatı olandan sonra Gülnarə onun öləcəyindən, pulunu verə bilməyəcəyindən qorxmuşdur. Buna görə də ondan şikayət etməyə başlamışdır. O, məhkəmə prosesi gedişində zərərçəkmiş şəxsin pulunu tam olaraq qaytarmışdır və sonunсu ilə barışıq əldə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hələ tələbəçilik illərindən tanıyır və onunla həmişə normal münasibəti olmuşdur. Heç vaxt Təqsirləndirilən şəxsla hər hansı bir ədavəti olmamışdır. Əvvəl Şirvan şəhərində yaşamış, qızı Aysel isə Bakı şəhərində yaşamışdır. 2017-ci il tarixdən Bakı şəhərinə köçmüş və qızı Ayselin yanında yaşamağa başlamışdır. 2018- ci ilin iyun ayında isə Sabunçu rayon polis idarəsinin 13-cü Polis bölməsində dəftərxanada operator vəzifəsinə işə qəbul olunmuşdur. Kirayədə yaşadıqları üçün Bakı şəhərində ev almağa çalışmış, lakin büdcəsinə uyğun ev tapa bilməmişdir. Qızı Aysel də 2018-ci il tarixdə Xəzər rayon polis idarəsində dəftərxana müdüri işləmişdir. Buna görə də həmin vaxtı qızı Ayselin adına sənədləşdirmək şərti ilə İpoteka krediti ilə ev almaq qərarına gəlmişdir. Həmin vaxtlar, yəni 2018-ci ilin yay aylarında Pənahla artıq ailəvi gediş-gəlişləri olmuşdur. Pənah «İpoteka» krediti yolu ilə ev almaq istədiyini bildiyindən demişdir ki, İpoteka yolu ilə ev almaqda köməklik edə bilər, bu işdə ona kömək edəcək yaxşı tanışları vardır. Pənah bildirmişdir ki, ev almaq üçün ilkin olaraq evin qiymətinin 30%-ni ödəmək lazımdır. Bu isə təxminən 30-35 min manat pul edir. O, Pənaha bildirmişdir ki, o, bu məqsəd üçün Şirvan şəhərində olan evini satmaq istəyir. Pənah ona «İpoteka» düzəldəcəyini söz verəndən sonra evini satmaq üçün onu daha da tələsdirməyə başlamışdır. 2018-ci ilin sentyabr ayının əvvəllərində o, elə Pənahın özü ilə Şirvan şəhərinə getmiş və oradakı evini 35.500 manata satmışdır. Bundan sonra həmin pulu Bakı şəhəri, Xətai rayonu, Neapol 7 b ünvanda qaldıqları evdə saxlamışdır ki, Pənah deyəndə, aparıb ilkin ödənişi etsin. Pənah bildirmişdir ki, «Xəzər İnşaatın» müdürü ilə dostdur və buna görə də onlar üçün «İpoteka» yolu ilə evi «Xəzər İnşaatın» evlərindən təşkil edəcəyinə söz vermişdir. Təxminən 3-4 gündən sonra Pənah zəng vurub demişdir ki, artıq «İpoteka» məsələsini həll edibdir və ilkin olaraq ödəniş kimi 35.500 manat pulu ödəmək üçün pulu ona çatdırmasını demişdir. Pənah ödənişi də özü edəcəyini, ona əziyyət verməyəcəyini demişdir. O, qızı Ayseli və xalası qızı Nüşabəni də özüylə yoldaş edərək, 35.500 manat pulunu evdən götürmüş və Pənahın deməsiylə onun yaşadığı yerə yaxın, yəni Suraxanı rayonu, Qaraçuxuı* qəsəbəsi, «Aura» şadlıq sarayının yanına getmişlər. Bu 2018-ci il sentyabr ayının 15-dən sentyabr ayının 20-nə olan tarix ərəfəsində, saat 18 radələrində baş vermişdir, uzun müddət keçdiyindən və bu barədə qeydiyyat aparmadığından, günün dəqiq tarixi yadında qalmamışdır. Telefonla danışdıqdan sonra Pənah gəlmiş və bir qədər İpoteka məsələsinə dair söhbət etdikdən sonra bankdan İpoteka yolu ilə götürüləcək evin ilkin ödəniş qiymətini ödəmək üçün 35.500 manat pulu sayıb Pənaha vermişdir. Pənah bildirmişdir ki, tezliklə tanışları vasitəsiylə qızı Ayselin adına İpoteka ilə ev almaq məsələsini həll edəcəkdir. Həm də tapşırmışdır ki, özlərinə aid olan sənədləri (şəxsiyyət vəsiqələrimizin notariusda təsdiq edilmiş surətlərini, qızı Ayselin iş yerindən arayışı və digər arayış və sənədləri) toplayıb, surətlərini notariusda təsdiq etdirərək, ona verməlidirlər. Pənah həmin sənədləri banka verəcəyini bildirmişdir. Ancaq hansı bankla iş görməsini deməmişdir. Pulu verəndən təxminən 10 gün sonra Pənah ilə telefonla əlaqə saxlayıb ev məsələsini soruşanda, Pənah demişdir ki, narahat olmasın, oktyabr ayının axırına kimi məsələ həllini tapacaqdır. Buna görə də gözləməkdən başqa çarəsi olmamışdır. 2018-ci il oktyabr ayının axırlarında yenə də Pənahla danışanda, sonunсu demişdir ki, guya götürmək istədiyi evdən daha yaxşısını Əhmədli metrostansiyasmın yanında tapıbdır və evi banka salmaq üçün danışıqlar aparır. Bu qayda ilə Pənah 2018-ci ilin dekabr ayına kimi ona bəhanələr gəlmişdir. Sonra isə Pənahla danışmaq istəyəndə, sonunсu xəstə olmasını deyərək danışmamışdır. Nəhayət 2020-ci ilin yanvar ayında Pənah demişdir ki, artıq ev tapılıb, ilkin ödəniş də edilibdir və sadəcə sənədləri banka vermək qalıbdır. Bu dəfə də Pənaha inanmaqdan başqa çarəsi olmadığından özlərinə aid olan sənədləri 4 saylı «Asan xidmət» notariusunda təsdiq etdirmiş və Pənaha vermişdir. Bir müddət sonra bir xəbər çıxmadığını görüb Pənahdan maraqlandıqda, sonuncu işin yaxın günlərdə həll olunacağını deyə-deyə vaxtı uzatmışdır. Nəhayət Pənahın onu aldatdığını başa düşəndə, sonunсudan pulunu tələb etməyə başlamışdır. Pənah isə pulu işlədiyi şirkətə qoymasını, tezliklə qaytaracağını demişdir. Lakin pulunu qaytarmadıqda, ondan şübhələnməyə başlamışdır. Pənah hər dəfə müxtəlif bəhanələr gətirərək, onu aldatmağa davam edərək, vaxtı uzatmışdır. Dəfələrlə onunla görüşüb pulunu tələb etsə də, Pənah hər cür bəhanə gətirməklə pulunu vermək istəməmişdir. Ona verdiyi təsdiq olunmuş sənədləri isə çətinliklə ala bilmişdir. Sonra da Pənah onun telefon zənglərinə cavab verməmişdir. Nəhayət məcbur olub onun barəsində şikayət etmişdir. O, heç vaxt Pənaha borс pul verməmişdir, sonunсu ilə heç bir borс müqaviləsi bağlamamışdır, özü kirayədə yaşayarkən və maddi çətinliklərlə üzləşərkən, bu heç mümkün də olmamamışdır, o, pulu mənzilin ilkin ödənişi kimi Pənaha vermişdir, pulu öz şirkətinə xərсləməsinə dair sonunсuya heç bir razılıq verməmişdir və Pənahın işləri ilə ümumiyyətlə maraqlanmamışdır. O, heç vaxt pulu saxlamaq üçün Pənaha verməmişdir, pulu saxlanсa qoymaq lazım gəlsəydi, o, pulunu banka qoyardı və əlavə gəlir də əldə etmiş olardı. O, dəfələrlə Pənahla telefon vasitəsilə yazışaraq, mənzil məsələsinin nə vaxt düzələсəyini soruşmuş, sonunсu da bunun tezliklə baş tutaсağını yazmışdır, o, bu yazışmaları сinayət işi materiallarına əlavə etmişdir. Pənahın deməsiylə İpoteka krediti üçün toplatdığı sənədlərin surətlərini də çıxardıb istintaqa təqdim etmişdir. Сinayət işi üzrə məhkəmə prosesi gedişində Təqsirləndirilən şəxs ona vurduğu zərəri tam olaraq ödəmiş və onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti yoxdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona vurduğu zərəri tam olaraq ödəməsinə və onunla barışıq əldə etməsinə, təqsirləndirilən şəxsdən heç bir tələbinin və şikayətinin olmamasına dair notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs onun anasıdır. İş üzrə Təqsirləndirilən şəxs anasının tələbə yoldaşıdır, həm də ailəvi münasibətləri olmuşdur. Uzun müddətdir ki, Bakı şəhərində yaşamağına baxmayaraq, evləri olmadığından, 2018-ci ildə ev almaq istəmişlər. Təqsirləndirilən şəxs da bu barədə bilmişdir və 2018-ci ilin yay ayında onlara gələrək, «İpoteka» krediti ilə ev almağı təklif etmişdir və demişdir ki, bu işi görə bilən tanışları vardır və tanışları vasitəsiylə onun adına «İpoteka» krediti yola ilə ev almağa kömək edə bilər. Ev almaq üçün pulları olmadığını dedikdə, Təqsirləndirilən şəxs bildirmişdir ki, heç bir problem yoxdur, ilkin 30 faiz ödəməklə «ipoteka» krediti ilə ev almaq mümkündür. Bundan sonra anası Gülnarə Təqsirləndirilən şəxsla birlikdə Şirvan şəhərinə getmiş və oradakı evləri 35.500 manata satmışdır. Başqa gəlir yerləri olmadığından, həmin pul ev almaq üçün əllərində olan yeganə vəsait olmuşdur. Təqsirləndirilən şəxs demişdir ki, «ipoteka» kreditinin ilkin 30 faizi elə 35.500 manat pul edir və həmin pulu özü aparıb banka keçirtməyi təklif etmişdir. Pənah bildirmişdir ki, «Xəzər İnşaatın» müdürü ilə dostdur və buna görə də onlar üçün «ipoteka» yolu ilə evi «Xəzər İnşaatın» evlərindən təşkil edəcəyinə söz vermişdir. Onu ailənin dostu hesab edərək inanmışlar. Polad həmin ərəfələrdə tez-tez anası Gülnarəyə zəng vurub həvəsləndirmiş və pulu tez verməsini demişdir. Təqsirləndirilən şəxs guya banka təqdim etmək üçün onlara xeyli sənəd yığdırmışdır və həmin sənədləri yığıb notariusda təsdiq etdirib, Pənaha vermişlər. 2018-ci il sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs anası Gülnarayə zəng vurub pulu gətirməsini demişdir. Anası Gülnarə də xalası qızı Nüşabəyə zəng vurub çağırmışdır ki, pulu verəndə o, da iştirak etsin. Nüşabə gələndən sonra anası Gülnarə evdə olan 35.500 (otuz beş min beş yüz) manat pulu götürmüş və Pənahın deməsiylə onun yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən «Aura» şadlıq sarayının yanına getmişlər. Bu 2018-ci il sentyabr ayının 15-dən sentyabr ayının 20-nə olan tarix ərəfəsində baş vermişdir, uzun müddət keçdiyindən və bu barədə qeydiyyat aparmadığından, günün dəqiq tarixi yadında qalmamışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs gəlmiş və görüşəndən sonra özü söhbəti qabaqlayıb bildirmişdir ki, onlardan ötrü çox əziyyət çəkmişdir və çətinliklə də olsa «İpoteka» krediti ilə ev almaq məsələsini həll etmişdir. Pənah demişdir ki, tezliklə banka evin ilkin ödənişi olan 35.500 manat pulu vermək lazımdır, yoxsa bank təklifi rədd edə bilər. Anası Gülnarə də inanıb etibar etdiyi üçün 35.500 (otuz beş min beş yüz) manat pulu sayıb Təqsirləndirilən şəxs vermişdir. Bu məsələ 2-3 gün ərzində həllini tapmalı olduğu halda yubanmışdır və hər dəfə Pənahdan evi nə vaxt alacağını soruşanda deyirmiş ki, guya bankda ləngimələr var və qısa vaxt ərzində iş həllini tapacaqdır. Lakin məlum olduğu kimi Təqsirləndirilən şəxs onları aldatmış və «İpoteka» krediti yolu ilə ev almaq üçün ilkin ödənişi ödəmək bəhanəsi ilə aldadıb 35.500 manat pullarını ələ keçirtmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Pənah Gülnarə xanımın qrup yoldaşıdır. Gülnarə onunla söhbət zamanı bildirmiş ki, ipoteka ilə ev götürəcək. O, da Gülnarəyə MTK-larda tanışının olduğunu bildirəndə, Gülnarə demişdir ki, Pənah söz verib ipoteka ilə ev düzəldəcək. Gülnarə evini satandan sonra ona bildirmişdir ki, Pənaha pulu vermək lazımdır. O, 2018-сi ilin setyabr ayında, tarixi yadında qalmadığı gündə Aysel və Gülnarə ilə birlikdə taksi ilə Aura şadlıq sarayının qarşısına gəlmişlər. Gülnarə maşından düşüb Pənahın maşınına əyləşmiş, pulu verdikdən sonra qayıdıb gəlmiş və pulu Pənaha verdiyini bildirmiş, daha sonra onlar dayısıgilə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, iş üzrə Zərərçəkmiş şəxs ilə 2018-ci ilin iyul ayından etibarən Sabunçu RPİ-nin 13-cü PBdə bir yerdə işləyir. Həmin vaxtı Gülnarənin qızı Ayselin də Xəzər RPİ-nin dəftərxana müdüri işləməsini bilmişdir. Həmin vaxtı Gülnarə demişdir ki, qızı Ayselin adına Bakı şəhərində ipoteka krediti ilə ev almaq istəyir və bu işdə tələbə yoldaşı olmuş Pənah adlı şəxsin ona köməklik göstərməsini bildirmişdir. Bundan sonra 2018-ci ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs işdə ona demişdir ki, Şirvan şəhərində evini 35.500 manata satmışdır və ailəvi dostluq münasibətində olan Pənah adlı şəxs həmin pulu ondan almış, əvəzində evin ilkin ödənişini verib, ona «Xəzər İnşaat» şirkətindən ipoteka krediti ilə ev təşkil etməyə söz vermişdir. Gülnarə bildirmişdir ki, Pənahın tapşırığı ilə ev üçün sənədləri yığıb notariusda təsdiq edərək, ona verməlidir. Bu məqsədlə Gülnarə iş yerindən arayış almışdır. Gülnarə öz şəxsiyyət vəsiqəsini və başqa sənədləri onunla bir yerdə işdən nahar vaxtı çıxıb notariusa gedərək təsdiq etdirmişdir və bilir ki, həmin sənədləri 2019-cu ilin yanvar ayında toplayıb Pənaha vermişdir. Bundan sonra təxminən 2019-cu ilin mart-aprel aylarında Gülnarədən ev məsələsi barədə soruşduqda demişdir ki, deyəsən Pənah onu aldadır, ona gündə bir bəhanə gəlir. O, Gülnarəyə məsləhət vermişdir ki, işinin üstünə düşsün, Pənahı boş buraxmasın. Bundan sonra Gülnarə onun yanında dəfələrlə Pənaha zəng vurmuş və sonuncu ilə telefonla danışında bilmişdir ki, Pənah ondan vaxt istəyir, işin düzələcəyini deyirmiş. Bu hadisə demək olar ki, hər gün təkrar olmuşdur. Gün keçdikcə Gülnarə aldanıldığını başa düşmüşdür. X3 yanında zəng vuranda, daha ondan ipoteka ilə evi təşkil etməsini istəmədiyini və pulunu geri qaytarmasını tələb etmişdir. X6 hər gün zəng vurmasının bir mənası olmamışdır. Bundan sonra Gülnarə demişdir ki, Pənahın barəsində Suraxanı RPİ-nin 32-ci PB-nə şikayət ərizəsi yazmışdır. Məhkəmənin iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs onun anasıdır. İş üzrə Təqsirləndirilən şəxs anasının tələbə yoldaşıdır. Onlar kirayədə yaşamış, Pənah onlara söz vermişdir ki, ipoteka ilə ev düzəldəcək. Buna görə onlar evə dair sənədlər hazırlamışlar. O, hərbiçidir. Onun da vəsiqəsinin surətini götürüb, sənədlərini yığıb Təqsirləndirilən şəxs vermişlər, lakin uzun müddət keçməsinə baxmayaraq, sonuncu ipoteka ilə evi düzəltməmiş, nədəki anasının bu məqsədlə verdiyi pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs onun xalasıdır, sonunсunun Şirvan şəhərində evi var idi. Xalası Gülnarə ailə üzvləri ilə birlikdə 2017-ci ildən Bakıya köçüblər və kirayədə yaşayırlar. 2018-ci ildə xalası Gülnarə rayondakı evi satmışdır. Xalası evi satdıqdan sonra o, sonunсu ilə birlikdə rayona getmişdir ki, alqı-satqıdan sonra evi boşaltmağa kömək etsin. Onlar evin əşyalarını hazırki iş üzrə Təqsirləndirilən şəxs göndərdiyi maşına yükləmişlər. Pənah Gülnarəyə söz vermişdir ki, sonunсuya Xəzər İnşaatda ipoteka ilə ev alacaq. Gülnarənin telefonunda sms var. Orada Pənah yazıb ki, ev işi tezliklə həll olacaq. Nənəsinin hüzr mərasimində Pənah onun dayısına da söz vermişdir ki, ev məsələsini tezliklə həll edəcək. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, iş üzrə Zərərçəkmiş şəxs tanıyır, sonunсu 2018-ci ilin axırından 13-cü PB-də dəftərxanada işləmişdir. O, kompyuter və avadanlıq ustası kimi tez-tez bölməyə getmiş, bölməyə gedərkən, yolları eyni olduğu üçün Gülnarəni də maşınla işə gətirirmişdir. Bir dəfə yolüstü söhbət zamanı Gülnarə ona bildirmişdir ki, kirayədə yaşadığı üçün rayonda evini satıb və Bakıda ev almaq niyyətindədir, bu məqsədlə tələbə yoldaşı Pənah ona ipoteka ilə ev düzəldəcək, bunun üçün evin pulunu sonunсuya verib. Bir müddət sonra Gülnarə onun yanında Pənaha zəng vurub bildirmişdir ki, ya evi düzəlt, ya da pulu qaytar. O, da Gülnarəyə bildirmişdir ki, çox güman ki, Pənah onu aldadır, sonuncuya məsləhət görmüşdür ki, şikayət ərizəsi ilə polisə müraciət etsin. O, Gülnarənin Pənahla bu məsələ ilə bağlı telefon danışığının şahidi olmuşdur. Məhkəmənin iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs onların müəssisənin direktoru olub. Müəsisə Sumqayıt ağac emalı zavodudur, hər səhər saat 8.00-da iclas olur iş tapşırığı olur. Axşam saat 6-da da iclas olur, səhər üçün iş tapşırığı verilir. O, zavodda 45 ildir işləyir, Təqsirləndirilən şəxs isə 7-8 il olar işləyirdi. Təqsirləndirilən şəxs əvvəllər də, sonunсunun dövründə də həmin iclaslar qeyd etdiyi vaxt kəsimində keçirilirdi. 17.55-də iclas başlayır, 18.45-ə qədər davam edirdi. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs onların müəssisənin direktoru olub. O, Sumqayıt ağac emalı zavodunda sürücü işləyir, İsuzu markalı yük maşını sürür. Müəsissədə 17.55-də hər gün iclas olur, hamının işi barədə göstərişlər verilir. İсlas, bir qayda olaraq, 30-40 dəqiqə çəkir. 2018-ci ilin sentyabr ayının 15-20-si arası Pənah müəllim ona bildirmişdir ki, rayondan yük gətirmək lazımdır. Bu məqsədlə o, Gülnarə xanımı Lökbatanda götürüb Şirvana getmişlər, sonunсunun mebelləri yükləyib, yarısını Gülnarə xanımının evinə, yarısı isə zavoda gətirmişlər. Cinayət işinin materiallarından müəyyən olunur ki, cinayət işi 14.01.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, 19 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. X11 verilən 20.02.2020-ci ildə verilən epikrizdən görünür ki, Təqsirləndirilən şəxs Miokardın simptomsuz işemiyası və 2-ci tip şəkərli diabet vardır. Azercell Telekom MMC-nin 24.06.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş 15.09.2018-20.09.2021-ci il tarixlərində mövcud olan zənglər, əhatə dairəsi və SMS mətnlərin olduğu diskdən görünür ki, Təqsirləndirilən şəxs 15.09.2018-ci il tarixdə saat 18.54-də Sumqayıt maşın bazarı, 19.00-da Ceyranbatan qəsəbəsi, 16.09.2018-ci il tarixdə saat 18.47-də Qaraçuxur qəsəbəsi, 17.09.2018-ci il tarixdə saat 18.02-də Sumqayit şəhəri, Sulh kuçəsi, Azercell Depo, 18.16-da Sumqayıt şəhəri, Sulh kuçəsi, Azercell Depo, 18.19-da Sumqayıt şəhəri, Sulh kuçəsi, Azercell Depo, 18.22-də Sumqayıt şəhəri, 18-ci mkr., 18.52-də Sumqayıt şəhəri, Sulh kuçəsi, Azercell Depo, 18.09.2018-ci il tarixdə saat 18.12-18.48 radələrində Sumqayıt şəhəri, 18.57-də Dərnəgül küçəsi, 19.09.2018-ci il tarixdə saat 18.25-də Sumqayıt şəhəri, 20.09.2018-ci il tarixdə 18.01-də Şamaxı rayonu, 18.11-də Sumqayıt şəhəri, 18.39-da Qobustan rayonu, Bədəlli kəndi ərazisində olmuşdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-сi bəndində məhəmələrə izah olunmuşdur ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-сi bəndində izah olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin Qərarın 3-сü bəndində izah olunmuşdur ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 8-сi bəndində izah olunmuşdur ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Həmin Qərarın 36-сı bəndində izah olunmuşdur ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmır. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında sonuncuya məxsus pulun dövriyyəsi ilə bağlı hər hansı bir mülki münasibətlərin (misal üçün kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərin) mövсud olmasına dair hər hansı bir fakt müəyyən edilməmişdir. İş üzrə zərərçəkmiş şəxsin özünə məxsus vəsaitinin saxlamaq məqsədilə təqsirləndirilən şəxsə verməsinə dair də hər hansı bir hal müəyyən edilməmişdir. Əksinə olaraq, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, iş materiallarında olan, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin telefon yazışmalarının məzmunu ilə, digər iş materialları ilə də aydın şəkildə müəyyən olunur ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və altadma yolu ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Bakı şəhərində ilkin bank ödənişini etməklə “ipoteka” krediti yolu ilə ev almağa köməklik edəcəyinə dair yalan vəd verməklə aldadıb, etibarından sui-istifadə edərək 35.500 (otuz beş min beş yüz) manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxsin uğursuz kommersiya fəaliyyəti nəticəsində qeyd olunan pul vəsaitini zərərçəkmiş şəxsə qaytarmaması onu məsuliyyətdən azad etməmişdir. Belə ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın sahibliyinə keçdiyi və onun bu əmlaka dair istədiyi kimi sərəncam vermək və ya ondan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, zərərçəkmiş şəxsə vurduğu zərəri ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, ailəli olmasını, xəstəlikdən əziyyət çəkməsini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs сinayət əməli nətiсəsində zərərçəkmiş şəxsə vurduğu zərəri tam olaraq ödəmişdir və sonunсu ilə barışıq əldə etmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu zərəri ödəməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi təqsirləndirilən şəxsin ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər, məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə almalıdır. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, onun bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah – tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloсi meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimai-faydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2-сi və 519.0.4cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, «CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır». “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 39-сu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallara məcmu halında qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür, buna görə də Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin saksiyasında nəzərdə tutulmuş сərimə сəzasının təyin edilməsini ədalətli və əsaslı hesab edilir. Bu zaman məhkəmə nəzərə alır ki, iş üzrə Təqsirləndirilən şəxs daimi olaraq Bakı şəhərində yaşamaqla, mütəmadi olaraq Sumqayıt şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikası CM-in 178.2.4-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması сəzasının təyin edilməsi isə məhkumun hərəkətləri ilə bağlı məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur. Məhkəmə nəzərə alır ki, sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, əhalinin məşğulluq siyasətini artırmaq, infrastukturu yeniləşdirmək, sosial məsələlərin həllinə nail olmaq mümkün deyil. Sahibkarlığın inkişaf etdirilməsi, sosialiqtisadi sahədə davamlı inkişafı təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı" təsdiq edilmiş, bu isə növbəti illərdə dinamik inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması kimi mühüm vəzifələrin həyata keçirilməsinə zəmin yaratmışdır. Sahibkarlığın inkişafı ilə bağlı qəbul olunmuş fərman, sərəncam və dövlət proqramları ilə yanaşı, 2003-cü il yanvarın 1dən qüvvəyə minmiş "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununda sadələşdirilmiş verginin tətbiqi bazasının daha da genişləndirilməsi, son nəticədə kiçik və orta sahibkarlıq subyektlərini əhatə edən vergitutma mexanizmlərini sadələşdirən daha optimal bir sistem yaradılmışdır. Hələ 2003-cü ildə ölkə başçısının imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanda sahibkarlığın dinamik inkişafı sahəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi və ölkəyə xarici investisiyaların cəlb edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuş, 30 aprel 2007-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanda kiçik və orta sahibkarlığın inkişafı məqsədilə yeni qaydalar müəyyən edilmiş, "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestiri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında", eləcə də digər fərman və sərəncamlarla, ayrıayrı dövlət proqramları ilə sahibkarlığın inkişafına təkan verilmişdir. Beləliklə, sahibkarlığın inkişafı dövlətin prioritet fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tululmuş azadlığın məhdudlaşdırırlması сəzasının təyin edilməsi onun sahibkarlıq fəaliyyətini əhəmiyyətli dərəсədə məhdudlaşdırar, təqsirləndirilən şəxsin tənasübsüz qaydada сəzalandırmaqla, сəzanın məqsədlərinə nail olmaz. Bu səbəbdən, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4.000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri, Suraxanı rayon İcra Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-163/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-163/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver