Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-163/2024 08.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1986-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Masallı rayonu, Əzizbəyov kəndində qeydiyyatda olan, Nizami Rayon Məhkəməsinin 1(007)-118/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə və 4.000 manat cərimə növündə cəzasına məhkum edilərək 20 noyabr 2022-ci il tarixdən hesablanmaqla cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfüzlu və işgüzar şəxs, o cümlədən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun qardaşı Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə sürücü vəzifəsinə təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə- hissə olmaqla əvvəlcə 2022-ci ilin aprel ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, İ.Rəcəbli küçəsində yerləşən “Badamdar plaza”-nın foyesində 4.000 manat, iki gün sonra yəni, 2022-ci ilin aprel ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Mado” restoranının yaxınlığında 2.000 manat və 2022-ci ilin aprel ayının sonlarında isə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində olduğu zaman onun 6768 6771 7896 7828 nömrəli bank kartının bağlı olduğu hesaba köçürdüyü 1.000 manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 7.000 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayının əvvəllərində həmyerlisi Şahid3la Masallı rayonunda görüşən zaman Əlizamin onun əvvəllər Fövqaladə Hallar Nazirliyində işlədiyi səbəbindən Aysel adlı tanışının qardaşının Fövqəladə Hallar Nazirliyinə işə qəbul olunmasında köməklik etmək lazım olduğunu demişdir. Həmin zaman o, dələduzluq yolu ilə gəlir əldə etmək üçün X4 Nazirliyində yüksək vəzifədə yaxın əlaqələrinin olduğunu və Aysel xanımın qardaşı X5 Nazirliyinin Yanğından Mühafizə Xidmətində işə düzəldə biləcəyini demişdir. Bundan sonra Əlizamin onun əlaqə nömrəsini Aysel xanıma vermiş, Aysel xanım da ona zəng edərək görüş təyin etmişdir. 2022-ci ilin aprel ayının əvvəlləri olardı o, Aysel xanım, qardaşı Yusif və anası Həqiqət xanımla birlikdə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında görüşmüşlər. Görüş zamaı o, Aysel xanımı, qardaşını və anasını inandırmağa çalışıb etibarı qazanmış və onlara Şahid2 Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətində işə qəbul olunmasında köməklik edəcəyinə yalandan vəd verib bunun müqabilində 7000 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ona inanaraq razılaşmışlar. Səhəri gün əvvəlcədən razılaşdırılmış qaydada o, Zərərçəkmiş şəxs işlədiyi Nərimanov rayonunda yerləşən “Badamar Plaza”-da görüşərək 4000 manat məbləğində pulu foyedə Zərərçəkmiş şəxs almışdır. Söhbət zamanı Zərərçəkmiş şəxs qalan məbləği də qısa müddət ərzində ona çatdıracağına söz vermişdir. Təxminən iki gündən sonra, yəni 2022-ci ilin aprel ayının ortalarında səhər saatlarına Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi yaradaraq Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Mado” restoranında görüşmüşlər və 2000 manat məbləğində pulu ona vermişdir. Həmin günü axşam saatlarında isə onun “Vatsap” tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs göndərdiyi ona məxsus 6768 6771 7896 7828 nömrəli “Kapital Bank” hesabına 1.000 manat məbləğində pul göndərmişdir. Bununla da o, ümumilikdə Zərərçəkmiş şəxs 7.000 manat pul almışdır. O, müddət qazansın deyə Zərərçəkmiş şəxs 2022-ci ilin iyul ayında Yusifin artıq işə çıxacağını yalan vədlər vermişdir. Əldə etdiyi 7000 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Əməlindən peşmandır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Şahid2 onun qardaşıdır. Qardaşı Şahid2 işsiz olduğu üçün tanışı Şahid4 ilə söhbət edən zaman Yusifi münasib əmək haqqısı olan dövlət işinə düzəltmək istədiyini demiş və əgər münasib iş olarsa ona məlumat verməsini xahiş etmişdir. 2022-ci ilin aprel ayında Şahid4 tanışı Əlizaminlə telefon vasitəsilə əlaqə saxlayaraq qardaşı Şahid2 işə düzəltmək lazım olduğunu bildirmişdir. Əlizamin isə hərbi dəniz qüvvələrinə işə düzəldə biləcəyini dedikdə o, qardaşı ilə əlaqə saxlamış, Yusif razılaşmamışdır. Əlizamin isə Fövqaladı Hallar Nazirliyində işə düzəldə biləcəyini demiş, o, yenə qardaşı Şahid2la əlaqə saxlamış, qardaşı isə razılaşmışdır. O, X3 mobil nömrəsini götürüb Əlizaminlə özü telefon vasitəsi ilə əlaqə saxlamışdır. 2022-ci ilin aprel ayında o, Əlizaminin kartına 500 manat məbləğində pulu vasitəçi olduğu üçün mükafat olaraq göndərmişdir. Sonra Əlizamin ona 3 ay ərzində işin düzələcəyini dedikdə o, razılaşmamışdır. Əlizamində onun göndərmiş olduğu 500 manat məbləğində pulu geri onun bank kartına göndərməklə ona geri qaytarmışdır. Bir neçə gün sonra Əlizamin onunla telefon vasitəsilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, geniş əlaqələrinin olduğunu, həmin şəxsin Fövqaladə Hallar Nazirliyində işləməsini, Ramalın Yusifin işə düzəldilməsinə köməklik edə biləcəyini bildirmiş və Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsini ona vermişdir. O, da Təqsirləndirilən şəxs ilə detallı danışmaq üçün zəng etmişdir. Telefon danışığı zamanı Mirişov X2 Hallar Nazirliyində geniş əlaqələrinin olduğunu, özünündə orada işlədiyini bildirmiş və görüş təyin etmişdir. 2022-ci ilin aprel ayında, tarix dəqiq yadında deyil, ayın əvvəli idi Təqsirləndirilən şəxs ilə “Xalqlar Dostluğu”metrostansiyası yaxınlığında görüşmüş, həmin zaman yanında anası Şahid1, qardaşı Şahid2 da olmuşdur. Təqsirləndirilən şəxs qardaşı Yusiflə bir qədər söhbət etdikdən sonra onu Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətində sürücü vəsifəsinə işə qəbul olunmasında köməklik edə biləcəyini söyləmiş və bunun müqabilində isə 7.000 manat məbləğində pul lazım olduğunu bildirmiş, o, da Təqsirləndirilən şəxs etibar etdiyi üçün razılaşmışdır. Səhəri gün əvvəlcədən razılaşdırılmış qaydada o, Təqsirləndirilən şəxs işlədiyi Nərimanov rayonunda yerləşən “Badamar Plaza”-da görüşərək 4.000 manat məbləğində pulu foyedə Təqsirləndirilən şəxs vermişdir. Söhbət zamanı qalan məbləği də qısa müddət ərzində çatdıracağına söz vermişdir. Təxminən iki gündən sonra, yəni 2022-ci ilin aprel ayının ortalarında səhər saatlarına o, Təqsirləndirilən şəxs ilə telofon əlaqəsi yaradaraq onunla Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Mado” restoranında görüşmüşlər və 2.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermiş, həmin günün axşamı isə avtobusda Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində hərəkətdə olan zaman 1.000 manat məbləğində pul göndərmişdir. Bununlada o, ümumilikdə Təqsirləndirilən şəxs 7.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayında Yusifin artıq işə çıxacağını vəd vermiş və onlar da məcbur olub gözləmişlər. 2022-ci ilin iyul ayının sonrarında o, Təqsirləndirilən şəxs ilə əlaqə yaratmaq istədikdə Ramal telefonlara cavab verməmiş, cavab verdikdə isə müxtəlif bəhanələr gətirmişdir. O, Təqsirləndirilən şəxs 7.000 manat pulunu geri istədikdə isə Ramal pulu qısa müddət ərzində geri qaytaracağını demişdir. Lakin Təqsirləndirilən şəxs ona pul qaytarmamışdır. O, da məcbur olub Təqsirləndirilən şəxs dələduzluq əməllərindən polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs barəsində isə qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, işsiz olduğu üçün bacısı Zərərçəkmiş şəxs öz tanışlarına müraciət edərək ona iş axtarırdı. 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs iş yoldaşının Ramal adlı tanışının əlaqələri geniş olduğunu və onu Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidmətinə işə düzəlməkdə köməklik edə biləcəyini demişdir. 2022-ci ilin aprel ayında, tarix dəqiq yadında deyil, bacısı Zərərçəkmiş şəxs, anası Həqiqət və özü birlikdə “Xalqlar Dostluğu” metrosstansiyası yaxınlığında Təqsirləndirilən şəxsla görüşmüşlər. Təqsirləndirilən şəxs onunla bir qədər söhbət etdikdən sonra Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətində sürücü vəsifəsinə işə qəbul olunmağında köməklik edə biləcəyini söyləmiş və bunun müqabilində isə 7.000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Onlar da Təqsirləndirilən şəxs etibar etdiyi üçün razılaşmışlar. Daha sonra bacısı Aysel Ramalla görüşərək ümumilikdə Ramala 7.000 manat pul vermiş, lakin Ramal onun işə düzəlməyində köməklik etməyərək dələduzluq etmişdir. Həmin məbləğ bacısı Ayselə məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs təxminən 4-5 ildir ki, tanıyır. Rəhbərlik etdiyi şirkətdə siğortaçı kimi fəaliyyət göstərirdi. Əlizamin adlı şəxsi isə təxminən 4 ildir ki, tanıyır. Zərərçəkmiş şəxs ona qardaşı Şahid2 işə düzəltmək istədiyini demişdir. O, da Zərərçəkmiş şəxs yanında Əlizaminlə əlaqə saxlayaraq ona bu barədə məlumat vermişdir. Əlizamində heç bir etiraz etmədən köməklik edəcəyini demişdir. Bundan sonra Əlizamin ona işləri görmək üçün 500 manat pul lazım olduğunu demiş, o, da bu barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. Sonradan ona Aysel Əlizaminin bank kartına 500 manat pul göndərdiyini, lakin Əlizamin işi görə bilmədiyi üçün pulu geri qaytardığı məlum olmuşdur. Bundan sonra ona Zərərçəkmiş şəxs Əlizaminin vasitəsi ilə tanış olduğu şəxsə qardaşı X5 Nazirliyinin Yanğından Mühafizə xidmətinə sürücü vəsifəsinə işə düzəltmək üçün 7.000 manat pul verdiyi, həmin şəxsdə Zərərçəkmiş şəxsm aldadaraq pulunu ələ keçirdiyi məlum olmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyə teleqram ünvanlayaraq qeyd etmişdir ki, səhhətində olan narahatçılıqlara görə məhkəmə iclasında iştirak edə bilməyəcəkdir, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin aprel ayının əvvəllərində tanışı Şahid4la mobil telefon vasitəsi ilə danışan zaman bir nəfər tanışı Aysel adlı xanımın qardaşını işə düzəltmək lazım olduğunu bildirmişdir. Həmin zaman onun yaxın qohumu Hərbi Dəniz Qüvvələrində mühüm vəzifədə işlədiyindən, ona xahiş edərsə sözünü yerə salmayacağını zənn edib Ramilə bu barədə demişdir. Ramil də Aysel xanımla onunla əlaqələndirmişdir. Bundan sonra Aysel xanımla telefon vasitəsi ilə danışıb razılaşmışlar və Aysel xanım mükafat olaraq ona 500 manat pulu kart hesabına göndərmişdir. O, da Aysel xanımın qardaşı Yusifin Hərbi Dəniz Qüvvələrinə işə düzəldilməsi ilə bağlı yaxın qohumu ilə əlaqə saxlamışdır. Lakin həmin qohumu hazırda ştat olmadığını və ona köməklik edə bilməyəcəyini bildirdikdə o, bu barədə Aysel xanıma zəng edərək məlumat vermiş və ona mükafat olaraq verdiyi 500 manat pulu ona geri qaytarmışdır. Bir neçə gündən sonra həmyerlisi Təqsirləndirilən şəxsla Masallı rayonunda görüşən zaman xatırladı ki, Ramal əvvəllər Fövqaladə Hallar Nazirliyində işləyib və ona müraciət edərək Aysel adlı tanışının qardaşının Fövqəladə Hallar Nazirliyinə işə qəbul olunmasında köməklik etmək lazım olduğunu demişdir. Ramal da, Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə yaxın əlaqələrinin olduğunu ona demişdir. O, da öz növbəsində bu barədə Aysel xanıma zəng edərək bildirmişdir. Aysel xanım qardaşı Yusiflə danışdıqdan sonra razılıq vermiş və o, Ayseli Ramal ilə əlaqələndirərək Ramalın istifadəsində olan ***-***-**-** mobil nömrəsini Aysel xanıma vermişdir. Bundan sonra onlar arasında nə baş verdiyindən məlumatı olmamışdır. Təxminən 3 aydan sonra Aysel xanım ona zəng edərək Ramalın, qardaşı X5 Nazirliyinin Yanğından Müfafizə xidmətinə sürücü vəsifəsinə işə qəbul olunmasında köməklik edəcəyini yalandan vəd verərək ondan ümumilikdə 7000 manat pul aldığını və vədinə əməl etmədiyini bildirmişdir. O, cox məyuz olmuş və Ramal ilə zəng edərək ona öz iradlarımı bildirərək Aysel xanımın pulunun geri qaytarmasını tələb etmişdir. Lakin Ramal müxtəlif bəhanələr gətirmiş, daha sonra ona Təqsirləndirilən şəxs neqativ hallara yol verdiyi üçün Fövqəladə Hallar Nazirliyindən uzaqlaşdırıldığı və Ramal çoxsaylı vətəndaşlara işə düzəltmək vədləri verərək dələduzluq etdiyi məlum olmuşdur. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi aşağıda göstərilən sübutlarla təsdiq edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 179 və 32.4,311-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin təqdim etdiyi tələbnamədən və Nizami Rayon Məhkəməsinin 1(007)-118/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə və 4.000 manat cərimə növündə cəzasına məhkum edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli cinayət işi üzrə toplanmış materiallar, zərərcəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmcinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ücün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının secilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Nizami Rayon Məhkəməsinin 1(007)-118/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 4.000 (dörd min) manat cərimə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmalı və ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 4000 manat cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 4.000 (dörd min) manat cərimə cəzası müstəqil icra olunmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 20 noyabr 2022-ci ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin 1(007)- 118/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli hökmü ilə məhkum edilməsi nəzərə alınmalıdır. Məhkəmə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Nizami Rayon Məhkəməsinin 1(007)-118/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 4.000 (dörd min) manat cərimə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 4.000 (dörd min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 4.000 (dörd min) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 20 noyabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin 1(007)-118/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli hökmü ilə məhkum edilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 30 (otuz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 180 (yüz səksən) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-163/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-163/2024
08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver