Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-164/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni/Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, ev 20, mənzil 41-də qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 14 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni/Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 20, mənzil 41-in qapısının qarşısında bir qədər əvvəl əri İlyas Bayramov tərəfindən döyüldüyü üçün azyaşlı uşaqları ilə gəlib onlarda qalan bacısı Şahid2 baldızları Zərərçəkmiş şəxs bacısı Şahid3 ilə birlikdə barışıq əldə etmək, həm də qardaşının azyaşlı uşaqlarına baş çəkmək üçün onlara gəlməsinə etiraz edərək evdən qovmaq istəməsi səbəbindən aralarında yaranmış şəxsi münaqişə zəmnində yumruğu ilə Zərərçəkmiş şəxs sol qolundan qəsdən vurub, ona sol bazunun sıyrıqlı-qançırı və şişkinlik halında əziyi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni/Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 20, mənzil 41-də anası Şərəbanu, bacısı Nazilə və sonuncunun iki azyaşlı uşaqları ilə birlikdə yaşayır. Bacısı Nazilə 2016-cı ilin sentyabr ayında X3 ilə ailə həyatı qurmuşdur və onların iki azyaşlı uşaqları vardır, birgə yaşadıqları müddət ərzində bacısı Nazilənin ailəsində mütəmadi olaraq münaqişələr baş vermişdir və İlyas heç bir əsaslı səbəb olmadan bacısını döymüşdür. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə İlyas yaşadıqları Məhəmmədi qəsəbəsində bacısı Naziləni döyərək, ona xəsarətlər yetirmişdir. Bundan sonra o, bacısı Naziləni azyaşlı uşaqları ilə birlikdə öz yaşadığı evinə gətirmişdir. Onlara gələndən sonra Şahid2 əri İlyas tərəfindən döyülməsi barədə DİN-nin 102 zəng xidmətinə müraciət etmişdir və bu barədə Abşeron RPİ-də araşdırma aparılmışdır. Bacısı Nazilə onlarda yaşadığı müddət ərzində, sonuncunun iki qaynı, qaynının yoldaşı və baldızı Səlbi barışıq etmək məqsədi ilə onların evinə gəlmiş, lakin barışıq etmək istəmədiklərindən, həmçinin, Səlbigil onların evlərinə gələrək münaqişə yaratdıqlarından, həmin şəxsləri evlərinə buraxmamışlar. Bu səbəbə görə ərazinin sahə inspektoru olan Natiq İsmayılova bildirmişdir ki, əgər Səlbi və Şahid3lar gəlib onları narahat etsələr, ona bu barədə məlumat verəcəkdir. xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində 2-ci mərtəbədə yaşayan qonşusu Şölə onlara zəng edərək bildirmişdir ki, bacısının baldızları yenidən onlara gəlirlər. O, tez sahə inspektoru Natiq İsmayılova zəng edərək, onu evə dəvət etmişdir ki, yenə də heç bir problem yaranmasın. Bir neçə dəqiqə keçmişdir ki, Səlbi ilə Validə onlara çatıb qapını döymüşlər. Anası Şərəbanu isə qapını onlara açmaq istəməmişdir. Həmin vaxt Səlbi ilə Validə qapının açıq olmasından istifadə edərək mənzilin dəhlizinə daxil olmuşlar və ayaqqabılarını çıxarıb içəri keçən zaman, bacısı Naziləylə və onun uşaqlarıyla görüşmək üçün yaxınlaşan zaman, onlar Naziləni və onun uşaqlarını otağa salıb görüşmələrinə imkan verməmişlər. Həmin vaxt Səlbi əlindəki sellofan torbanı yerə qoyub bacısı Nazilənin olduğu otağa keçmək istəyən zaman, anası onların qarşısına durmuş və Səlbi ilə Validə anasını itələyib evə keçməyə cəhd etmişlər. O, Səlbi ilə Validədən çıxıb getmələrini tələb etmiş, onlar isə getmək əvəzinə zorla uşağı görmək istəmişlər. Buna görə də aralarında mübahisə yaranmışdır. Səlbi ilə Validə mübahisə zamanı onu və ailə üzvlərini söyüb təhqir etmişlər. Belə olan halda o, əsəbiləşmiş və Səlbinin biləklərindən tutaraq, onu evdən çölə çıxartmışdır. Bu zaman o, Zərərçəkmiş şəxs döyməmişdir, sonuncuya hər hansı bir xəsarət yetirməmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barəsində iş üzrə Zərərçəkmiş şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ünvanladığı teleqramda xəstə olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs öz xəstəliyi barəsində hər hansı bir sübutunu məhkəməyə təqdim etməməsinə baxmayaraq, zərərçəkmiş şəxsin də məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclası təxirə salınaraq, növbəti iclası xx.xx.2020-ci il tarixə təyin etmiş, məhkəmə iclasının vaxtı və yeri barəsində iş üzrə Zərərçəkmiş şəxs yenə də lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında yenidən iştirak etməmiş, məhkəməyə ünvanladığı teleqramda xəstə olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs öz xəstəliyi brəsində hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. CPM-nin 315-ci maddəsinə əsasən zərər çəkmiş şəxs ictimai və ya ictimaixüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Zərər çəkmiş şəxs ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı məhkəmə iclasına təkrarən gəlmədikdə, cinayət prosesi tərəflərindən birinin xahişi ilə məhkəmə baxışı yenidən təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Lakin belə hallarda zərər çəkmiş şəxs məhkəmə iclasına üzrlü səbəblərə görə gəlməsinin təkrarən mümkünsüzlüyünü məhkəmə iclası başlananadək məhkəməyə bildirməmişsə, məhkəmə öz qərarı ilə onun barəsində məcburi gətirilmə haqqında qərar çıxara bilər. Məhkəmə, cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra bu nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin üzürlü səbəblər olmadan məhkəmə iclasında iştirak etməkdən yayınması məhkəmə prosesinin əsassız olaraq uzadılmasına səbəb olur. Zərərçəkmiş şəxs məhkəmədə artıq ifadə verdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, onun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsi, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılması mümkündür. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, qardaşı X3 təxminən 4-5 il bundan əvvəl Şahid2 ilə ailə həyatı qurmuşdur və onların iki azyaşlı övladları var. Onlar Abşeron rayonunun Məhəmmədi kəndində yaşamışlar. Təxminən 2019-cu ilin noyabr ayının əvvəlində qardaşı İlyas öz arvadı Nazilə ilə yaşadıqları evdə dalaşmışlar və bu hadisədən sonra Nazilə 2 azyaşlı övladları ilə birlikdə öz valideynlərinin yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» y/m, ev 20, mənzil 41 ünvanına köçərək, orada yaşamağa başlamışdır. O, və bacısı Validə qardaşı İlyasın ailəsinin dağılmaması üçün, onları barışdırmaq məqsədi ilə, həm də uşaqlara baş çəkmək üçün xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində Nazilənin yaşadığı ata evinə getmişlər. Onlar Nazilənin yaşadığı binaya daxil olub qapılarını döymüşlər və içəridən Nazilənin anası Şərəbanu səsləndikdə gəldiklərini bildirib qapım açmasını ondan xahiş etmişlər. Şərəbanu isə içəridən onlara çıxıb getmələrini bildirmişdir. Bundan sonra qapı bir balaca açılmış, o, da qapını bir az da açıb mənzilin dəhlizinə daxil olmuş, bacısı Validə də onun arxasınca içəri daxil olmuşdur. O, içəri keçən kimi əlində saxladığı, içərisində uşaqlar üçün şirniyyat aldığı sellofan torbanı qapının yanına qoymuşdur. Həmin vaxt Nazilə öz otağından çıxıb görüşmək üçün onlara tərəf gələn zaman, sonuncunun anası Şərəbanu mətbəxdən çıxıb onu kənara itələyərək onların görüşmələrinə icazə verməmişdir. Həmin vaxt dəqiq haradan çıxdığını görmədiyi, Nazilənin qardaşı olan Təqsirləndirilən şəxs onların üstünə gedərək əli ilə onu və bacısı Validəni itələyib qapıdan çölə çıxartmış və yumruqla onun sol qol nahiyyəsindən vurmuşdur. Bundan sonra Nuh, Validənin içəridə qalmış ayaqqabılarını və onun sellofan torbada gətirdiyi şirniyyatlari, həmçinin qatıq və s. ərzaqları Validənin arxası ilə üstünə atmışdır. Həmin ərzaqlar yerə dağılmış və içərisində qatıq olan şüşə banka sınmışdır. Onlar liftlə aşağı düşüb girişin qarşısında Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişlər. Həmin vaxt ora polis əməkdaşları gəlmişlər və onu bacısı Validə ilə birlikdə götürüb Suraxanı RPİ-nin 33-cü PB-nə aparmışlar. Orada o, Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsində o, Ayxan (Təqsirləndirilən şəxs qohumlar arasında belə adlandırılır) tərəfindən döyüldüyün göstərmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu göstərərək, sonuncu barəsində ciddi cəzanın seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Məhəmmədi kəndində ailəsi ilə birgə yaşayır. Qardaşı İlyasın arvadı Nazilə yoldaşından küsərək anasının evinə getdiyi üçün o, bacısı Səlbi ilə birlikdə Yeni Günəşli qəsəbəsi, «V» y/m ünvanına getmişlər. Bu zaman tərəflər arasında münaqişə yaranmış, münaqişədən sonra o və bacısı evə qayıdarkən, Nazilənin qardaşı Nuh binanın qarşısında onu və bacısı Səlbini döymüş, itələyərək onları yıxmışdır. Bu zaman o, sol qolundan xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, xx xxxxxxxx 2016-cı ildə X3 ilə ailə həyatı qurmuşdur və onlar Abşeron rayonu Məhəmmədli qəsəbəsində yaşamışlar. İlyasla birgə nikahdan iki övladları vardır. Onlar ailə həyatı qurduqdan sonra, son vaxtlar İlyasla aralarında tez-tez münaqişələr baş vermiş və bunun nəticəsi olaraq, xx xxxxxxx 2019-cu il tarixdə İlyas onu döyərək yüngül dərəcəli bədən xəsarəti yetirdiyi üçün, o, Abşeron rayon polis idarəsinə müraciət etmişdir. Bu hadisədən sonra o, azyaşlı uşaqlarıyla birlikdə, hazırda qeydiyyatda olduğu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» y/m, ev 20, mənzil 41 ünvanına gəlmişdir. Bundan sonra İlyasın qardaşları Tofiq, Səxavət, böyük bacısı Səlbi və qardaşı arvadı Səidə barışıq üçün onun yaşadığı evə gəlmişlər. Lakin onun hazırda boşandığı əri İlyas və ailəsi ilə barışmaq fikri olmamışdır. Ona görə ki, əvvəllər də İlyas yola vermədiyi üçün ondan ayrılıb gələndən sonra barışıq edib onu evinə qaytarmasına baxmayaraq yenə də incitməkdə davam etmişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 13 radələrində o, azyaşlı uşaqlarıyla birlikdə evdə olmuşdur. Anası Şəhrəbanu, qardaşı Nuh, ögey anası Validə də evdə olmuşlar. Təxminən saat 14 radələrində baldızları Validə və Səlbi onlara gəlib qapını döyərək, içəri keçmək istədiklərini demişlər. Bu zaman anası Şərəbanu qapını açmayacağmı desə də, Validə və Səlbi qapını açıb içəri daxil olmuşlar. Bundan sonra Səlbi əlindəki zənbili qapıdan girdikdən sonra dəhlizə qoymuş və onu geri qaytarmaq üçün anası Şərəbanu ilə mübahisə etməyə başlamışlar. O, isə İlyasla barışmayacağmı deyərək, onlardan çıxıb getmələrini demişdir. Bu zaman Validə və Səlbi ayaqqabılarını çıxararaq otağa daxil olaraq onun uşaqlarını görmək istədikdə, anası Şərəbanu onlara mane olmağa çalışdığı üçün Validə və Səlbi anası Şərəbanunu itələyib içəri keçmək istəmişlər. Həmin vaxt qardaşı Nuh digər otaqdan çıxaraq, Validə və Səlbinin qollarından tutub, onları mənzildən çölə çıxartmışdır. Validə ilə Səlbi də onları söyüb təhqir etmişlər. Bundan sonra Validəylə Səlbi onları söyə-söyə həyətə düşmüşlər və bir qədər də həyətdə dayandıqdan sonra çıxıb getmişlər. Münaqişə zamanı Nuh Səlbini döyməmişdir, sonuncunun qollarından tutub bayıra çıxartmışdır. Halbuki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, xx xxxxxxxx 2016-cı ildə X3 ilə ailə həyatı qurmuşdur və onlar Abşeron rayonu Məhəmmədli qəsəbəsində yaşamışlar. İlyasla birgə nikahdan iki övladları vardır. Onlar ailə həyatı qurduqdan sonra, son vaxtlar İlyasla aralarında tez-tez münaqişələr baş vermiş və bunun nəticəsi olaraq, xx xxxxxxx 2019-cu il tarixdə İlyas onu döyərək yüngül dərəcəli bədən xəsarəti yetirdiyi üçün, o, Abşeron rayon polis idarəsinə müraciət etmişdir. Bu hadisədən sonra o, azyaşlı uşaqlarıyla birlikdə, hazırda qeydiyyatda olduğu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» y/m, ev 20, mənzil 41 ünvanına gəlmişdir. Bundan sonra İlyasın qardaşları Tofiq, Səxavət, böyük bacısı Səlbi və qardaşı arvadı Səidə barışıq üçün onun yaşadığı evə gəlmişlər. Lakin onun hazırda boşandığı əri İlyas və ailəsi ilə barışmaq fikri olmamışdır. Ona görə ki, əvvəllər də İlyas yola vermədiyi üçün ondan ayrılıb gələndən sonra barışıq edib onu evinə qaytarmasına baxmayaraq yenə də incitməkdə davam etmişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 13 radələrində o, azyaşlı uşaqlarıyla birlikdə evdə olmuşdur. Anası Şəhrəbanu, qardaşı Nuh, ögey anası Validə də evdə olmuşlar. Təxminən saat 14 radələrində baldızları Validə və Səlbi onlara gəlib qapını döyərək, içəri keçmək istədiklərini demişlər. Bu zaman anası Şərəbanu qapını açmayacağmı desə də, Validə və Səlbi qapını açıb içəri daxil olmuşlar. Bundan sonra Səlbi əlindəki zənbili qapıdan girdikdən sonra dəhlizə qoymuş və onu geri qaytarmaq üçün anası Şərəbanu ilə mübahisə etməyə başlamışlar. O, isə İlyasla barışmayacağmı deyərək, onlardan çıxıb getmələrini demişdir. Bu zaman Validə və Səlbi ayaqqabılarını çıxararaq otağa daxil olaraq onun uşaqlarını görmək istədikdə, anası Şərəbanu onlara mane olmağa çalışdığı üçün Validə və Səlbi anası Şərəbanunu itələyib içəri keçmək istəmişlər. Həmin vaxt qardaşı Nuh digər otaqdan çıxaraq, Validə və Səlbinin qollarından tutub onları mənzildən çölə çıxartmaq istəmişdir. Validə ilə Səlbi də onları söyüb təhqir etmişlər. Nuh onların söyüşlərinə əsəbiləşdiyi üçün yumruğu ilə Səlbinin sol qolundan vurub çölə çıxartmışdır. Bundan sonra Validəylə Səlbi onları söyəsöyə həyətə düşmüşlər və bir qədər də həyətdə dayandıqdan sonra çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Sətdar qızı ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» y/m, ev 20, mənzil 41 ünvanında ailəsi ilə birgə yaşayır. Qızı Şahid2 3 ildir ki İlyasla ailə həyatı qurublar və bu nikahdan 2 övladları var. İlyasla evləndikləri vaxtdan sonuncu mütəmadi olaraq qızı Naziləni döymüş, ona işgəncə vermişdir, bu səbəbdən də qızı 1 aydır ki anası evinə gəlmişdir. Qızı Nazilənin qərarı nikahlarına son qoymaq olsa da, İlyas və ailəsi onun bu qərarı ilə razı olmamışlar. xx.xx.2019-cu il tarixdə saat təxminən 13:30-da qapının açıq olmasından istifadə edən qızı Nazilənin baldızları Validə və Səlbi əllərində aldıqları ərzaq məhsulları ilə evə daxil olmuşlar, bu zaman o, sonunculara nahaq yerə gəldiklərini bildirmişdir. Validə və Səlbi onunla mübahisə etməyə başlamış, mübahisə münaqişəyə çevrilmiş, bu zaman sonuncular onu itələmiş və o, az qala yıxılacaqmış. Bunu görən oğlu Təqsirləndirilən şəxs yıxılmasın deyə anasını tutmağa çalışmış, bu vaxt müvazinətini itirərək ehtiyatsızlıqdan əli qapının şüşəsinə dəymiş və o, əlindən xəsarət almışdır. Bu zaman oğlu Təqsirləndirilən şəxs Validə və Səlbiyə heç bir xəsarət yetirməyib. Sonradan anasının və qonşularının təzyiqi ilə Validə və Səlbini evdən çıxara bilmişlər. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 959 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-sol bazunun sıyrıqlı-qançırı və şişkinlik halında əziyi, bərk küt əşyanın təsirindən törədilmişdir, qərarda göstərilən şəraitdə yəni, xx.xx.2019-cu il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Həmin xəsarətin xarakterinə və lokalizasiyasma əsasən onun istər özü tərəfindən yetirilməsi və ya yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə tibbi ekspertizasının təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 08/2020 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-sol bazunun sıyrıqlı-qançırı və şişkinlik halında əziyi, bərk küt əşyanın o cümlədən də yumruğun və ya təpiyin xəsarət nahiyəsinə birbaşa təsirindən qərarın təsviri hissəsində göstərilən şəraitdə və vaxtda yəni, xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Həmin xəsarətin xarakterinə və lokalizasiyasma əsasən onun istər özü tərəfindən yetirilməsi və ya yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Zərərçəkmiş şəxs adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli 959 saylı rəyin nəticəsi təsviri hissəyə uyğundur. İş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(098)- 176/2018 saylı hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1., 62-ci maddələri ilə təqsirli bilinib 200 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(098)-176/2018 saylı hökmü ilə təqsirli bilinərək ona təyin olunan 200 manat məbləğində olan cəriməni xx.xx.2018-ci il tarixdə tam ödədiyi üçün qeydiyyatdan çıxarılmaqla məhkumluğu olmayan hesab edilmişdir. İş materiallarında olan 62 saylı MKİS tərəfindən tərtib olunmuş xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə tibbi ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmədə istintaqı zamanı dindirilərkən cinayət əməlini törətmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafəi məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, ibtidai istintaq zamanı dindirilən şahidlər Təqsirləndirilən şəxs və Şahid1 münaqişə zamanı Təqsirləndirilən şəxs tərəfindən yumruqla ilə zərərçəkmişin sol qolundan vurub çölə çıxartdığını göstərmişlər. Həmin ifadələr həqiqətə uyğun olduğundan və iş materialları ilə təsdiq edildiyindən məhkəmə onların bu ifadələrini ittihamı təsdiq edən sübut kimi qəbul edir. İş materiallarında olan ekspert rəyindən də müəyyən olur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət xarakterinə və lokalizasiyasma əsasən onun istər özü tərəfindən yetirilməsi və ya yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanı təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Bu zaman məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Suraxanı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İslah işləri cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-164/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-164/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver