Məhkəmə qərarları › İş №1(010)-164/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-164/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-164/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X12 üzrə şöbəsinin prokuroru X9, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin Hüquqi ekspertiza sektorunun müdiri vəzifəsində işləyən Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1958-ci ildə Füzuli rayonu, Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, məhkum olunmayan, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsi, Fin evi, ev 171 ünvanında yaşayan, 22 oktyabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmə və özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə törədəcəyi cinayətdən xəbərsiz olan X6 12 iyun 2024-cü il tarixdə, “ZOOM" tətbiqi vasitəsilə “Təhsil haqqında" Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli, 833-İİİQ nömrəli Qanununa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasına uyğun olaraq 08 iyun 2024-cü il tarixdə keçirilmiş ibtidai sinif müəllimlərinin təkrar sertifikatlaşdırma imtahanının test mərhələsindən məqbul bal toplaya bilməmiş, müəllimlərlə təşkil etdiyi videokonfransa “WhatsApp” ani mətn mübadiləsi və internet telefoniya tətbiqi vasitəsilə Əfsanə Abdullayevanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən şəxsi istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng etməsi ilə əlaqədar qoşulmaqla həmin videokonfransda iştirak edən ayrı-ayrı şəxslərə özbaşına özünü Zərərçəkmiş şəxs1 əməkdaşı kimi təqdim edib tanışı olan Azərbaycan Respublikasının Elm və Təhsii Nazirliyinin səlahiyyətli rəhbər vəzifəli şəxsinin 08 iyun 2024-cü il tarixdə keçirilmiş imtahanın nəticələrini dəyişdirmək səlahiyyətlərinin olmasını, qeyd edilən məsələlər ilə əlaqədar Zərərçəkmiş şəxs1 inzibati binasında olduğunu və həmin tanışı olan vəzifəli şəxslə görüşəcəyini, imtahan ballarının dəyişdirilməsi ilə əlaqədar ona müraciət edə biləcəklərini yalandan bildirərək yaranmış inam və etibardan sui-istifadə edib imtahan ballarının dəyişdirilməsi ilə əlaqədar “WhatsApp” ani mətn mübadiləsi və internet telefoniya tətbiqi vasitəsilə şəxsi istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamaqla özünə müraciət edən ayrı-ayrı şəxslərə vəzifəli şəxs qismində Zərərçəkmiş şəxs1 əməkdaşı olan tanışına xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onların xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə, birbaşa yolla özü vasitəsilə maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitlərinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni qeyd edilən imtahanın nəticələrini onların xeyrinə dəyişdirməklə, məqbul bal toplamalarını təmin edəcəyinə yalandan vəd etməklə aldadaraq, onlardan müxtəlif məbləğlərdə pul vəsaitlərinin, o cümlədən, 12 iyun 2024-cü il tarixdə eyni qaydada özünə müraciət etmiş Zərərçəkmiş şəxs4 13 iyun 2024-cü il tarixdə, istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169-74**-****- 8891 nömrəli plastik bank kartı hesabından 500 manat, həmin tarixdə İmişli rayonu, H.Əliyev prospekti 144 ünvanda yerləşən ödəmə terminalı vasitəsilə 1500 manat olmaqla, cəmi 2000 manat, eyni niyyətlə 13 iyun 2024-cü il tarixdə eyni qaydada özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 həmin tarixdə Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən “SPAR Market” mağazasındakı ödəmə terminalı vasitəsilə 2000 manat, eyni niyyətlə 2024cü ilin iyun ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə eyni qaydada özünə müraciət etmiş Zərərçəkmiş şəxs5 Ucar rayonu ərazisində yerləşən ödəmə terminalları vasitəsilə 2000 manat, eyni niyyətlə 2024-cü ilin iyun ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə eyni qaydada özünə müraciət etmiş Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “ARAZ Market” mağazasındakı ödəmə terminalı vasitəsilə 1000 manat olmaqla, cəmi 7000 manat məbləğində pul vəsaitinin özünün təqdim etdiyi şəxsi istifadəsində olan "xxxx" ASC-yə məxsus 5239-1515-5093- 2090 nömrəli "Bir bank” plastik bank kartı hesabına köçürülməsinə nail olmaqla, ümumilikdə qeyd edilən qaydada 4 nəfər şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 7000 (yeddi min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək İmişli rayonu ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlar vasitəsilə nağdlaşdıraraq şəxsi ehtiyaclarına sərf etməklə həmin şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs1 əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.4 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1994-2022-ci illərdə Füzuli rayon 35 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləmiş, habelə İmişli rayonunda məskunlaşmış köçkünlər arasında ictimai fəaliyyətlə məşğul olması ilə əlaqədar nüfuza malik olmuşdur. Bununla əlaqədar 2024-cü ilin iyun ayında keçirilmiş müəllimlərin sertifikasiya imtahanında iştirak edəcək hazırda xatırlamadığı şəxslər onlara kömək edib-edə bilməyəcəyini bildirdikdə imtahandan kəsiləcəkləri təqdirdə onlara köməklik etməyə çalışacağını bildirmişdir. 2024-cü ilin iyun ayının ortalarında əvvəllər tanımadığı X10 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək özünü sertifikasiya imtahanı üzrə təlimçi kimi təqdim edib 200 nəfərə yaxın müəllimə təlim keçdiyini, həmin şəxslərdən bəzisinin imtahandan kəsildiyini, onun nüfuz sahibi olmasından xəbərdar olduğunu bildirib imtahandan kəsilən müəllimlərə köməklik etməsini xahiş etdikdə, cavab olaraq heç bir köməklik edə bilmədiyini demişdir. X3 yenidən əlaqə saxladıqda nömrəsini İmişli rayon sakini Zərərçəkmiş şəxs4 aldığını, Zərərçəkmiş şəxs4 onun rayon ərazisində nüfuzlu şəxs olduğunu dediyini bildirmişdir. Həmin vaxt maddi çətinliyi ilə əlaqədar pula ehtiyacı olduğundan Əfsanə Abdullayevaya imtahandan kəsilmiş müəllimlərə köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra, Əfsanə Abdullayeva ona zəng edərək müəllimlərin videokonfransına qoşacağını və müəllimlərə hansı qaydada köməklik edəcəyi barədə məlumat verməsini xahiş etdikdə sonuncunun təklifini qəbul etmiş, Əfsanə Abdullayeva onu həmin videokonfransa qoşduqda özünü Elm və Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, hazırda Nazirlikdə olduğunu, müəllimlərin sertifikasiya imtahanından kəsilmiş şəxslərin imtahan nəticələrini müsbət həll etmək üçün həmin Nazirliyin səlahiyyətli şəxsi ilə görüşmək üçün Nazirliyə getdiyini, həmin vəzifəli şəxsə imtahanda iştirak edəcək şəxsə 30-40 bal yazılması üçün 8000-10000 manat, 40-50 bal yazılması üçün 12000-14000 manat, 51-56 bal yazılması üçün isə 16000-18000 manat pul tələb edildiyini, pulun müəyyən hissəsini indi, qalanını imtahanın nəticələri dəyişdirildikdə verəcəklərini, avqust ayınadək məsələni müsbət həll edəcəyini bildirmişdir. Əfsanə Abdullayevanın onun yalan danışması barədə məlumatı olmamışdır. Əfsanə Abdullayeva ilə alacağı pul vəsaitlərini aralarında bölmək barədə heç bir razılaşma olmamışdır. Daha sonra Zərərçəkmiş şəxs4 (***-***-**-**), Zərərçəkmiş şəxs2 (***-***-**-**), Zərərçəkmiş şəxs5 (***-***-**-**) və Zərərçəkmiş şəxs3 (***-***-**-**) onunla əlaqə saxlamış və o, həmin şəxslərə eyni qaydada köməklik edəcəyini yalandan vəd edib, Zərərçəkmiş şəxs3 1000 manat, digərlərindən 2000 manat olmaqla, cəmi 7000 manat pul istəmiş və sonuncular həmin vəsaiti onun istifadəsində olmuş “Kapital Bank“ ASC-yə məxsus 5239-1517-5033-2090 nömrəli bank kartı hesabına göndərmişlər. Həmin vəsaitləri İmişli rayonu ərazisindəki bankomatlar vasitəsilə nağdlaşdırmışdır. Lakin sonradan törətdiyi əməldən peşman olaraq Zərərçəkmiş şəxs4 və digərlərinə onlara köməklik edə bilməyəcəyini bildirmiş və hissə-hissə olmaqla, onlardan aldığı 7000 manat pul vəsaitini tam geri qaytarmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, gəlini Vüsalə imtahandan kəsildikdən sonra, Elm və Təhsil Nazirliyinə getmiş, orada heç kimin qəbulunda ola bilməmişdir. Zərərçəkmiş şəxs4ylə müəllimlərin sertifikasiya imtahanı ilə bağlı kursda tanış olmuş, Samirə mobil telefon nömrəsini Əfsanəyə vermiş, onunla da bu şəkildə tanış olmuşlar. Kursa neçənci illərdə getməsini xatırlamır. Zərərçəkmiş şəxs4 ona 2000 manat vermiş, lakin sonra onun pulunu tam şəkildə qaytarmışdır. 2024-cü ilin avqust ayında tam məbləğdə bütün zərərçəkmiş şəxslərin ziyanını ödəmişdir. Zərərçəkmiş şəxslərdən aldığı pulları heç kimə verməmişdir. Zərərçəkmiş şəxs2 ona 2000 manat vermiş, lakin sonradan onun da pulunu tam məbləğdə qaytarmışdır. Əfsanə Abdullayeva ilə mobil telefonla danışan zaman həqiqətən Elm və Təhsil Nazirliyində olduğundan ona Nazirlikdə olduğunu, əgər adam taparsa onlara köməklik edə biləcəyini demişdir. Zərərçəkmiş şəxslərin ona verdiyi pulların məbləğini özü müəyyən edərək onlara demiş və onlar da “Kapital Banka” aid, ona məxsus bank kartına pulu göndərmişlər. Müəllimlərin sertifikasiya imtahanı barədə məlumatı vardır, belə ki, həmin imtahanından keçə bilməyən müəllimlər işləyə bilmirlər. X27 və Təhsil Nazirliyində işlədiyini yox, sadəcə Nazirlikdə olduğunu demişdir. Sonda isə Elm və Təhsil Nazirliyi istisna olmaqla, digər bütün zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam məbləğdə ödəməsini və barışmalarını, ondan şikayət və tələbin olmamasını, törətdiyi əməldən peşman olmasını və himayəsində azyaşlı nəvələrinin olmasını nəzərə alaraq yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, peşman olduğunu bildirir. Təqsirləndirilən şəxs özünü Elm və Təhsil Nazirliyinin vəzifəli şəxsi kimi qələmə vermiş, zərərçəkmiş şəxslərə kəsildikləri imtahanla bağlı köməklik etməyə çalışacağını bildirmiş, onların etibarından sui-istifadə edərək və aldadaraq pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin ona verdiyi pulların məbləğini necə müəyyən etdiyi soruşulan zaman məbləğini özünün müəyyən etdiyini bildirmişdir. 2024-cü ilin iyun ayında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin pulunu almış və şikayət ediləndən sonra, avqust ayının axırları qaytarmışdır. Təqsirləndirilən şəxsin müəllimlərin sertifikasiya imtahanı barədə məlumatı yoxdur. İmtahanın keçid balı 30 baldır. Müəllimlər bir dəfə imtahandan kəsildikdən sonra, onlara yenidən şans verilir. İkinci dəfə yenidən imtahandan kəsilmiş müəllimlərin fəaliyyətinə xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələrinin sanksiyalarında nəzərdə tutulan hədlərdə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslər qismində tanınmış şəxslərin müəlliklik fəaliyyətlərinə xitam verilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 01 sentyabr 1998-ci il tarixdən Ağsu rayonu, Bəyimli kənd ibtidai məktəbində ibtidai sinif müəllimi kimi işə başlamış, 2005-ci ildən 27 iyun 2024-cü il tarixədək həmin məktəbdə həm direktor, həm də ibtidai sinif müəllimi işləmişdir. 20 iyun 2023-cü il tarixdə, Şamaxı rayonu 6 saylı tam orta məktəbdə keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsində iştirak etmiş, lakin məqbul bal 30 olduğu halda, 24 bal toplayaraq növbəti mərhələyə keçə bilməmişdir. Bir müddət özü imtahana hazırlaşsa da, 2023-cü ilin sentyabr ayında Əfsanə Abdullayeva ilə ilk dəfə telefon vasitəsilə əlaqə saxladıqda “Whatsapp" tətbiqində qruplara qoşulmasını və imtahana hazırlaşmasını bildirmişdir. 2023-cü ilin oktyabr ayının sonlarında Əfsanə Abdullayeva mobil telefonla şəxsən zəng edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin imtahanlara məsul olan səlahiyyətli vəzifəli şəxsi ilə yaxın münasibətlərinin olduğunu, həmin vəzifəli şəxsə pul verməklə imtahan suallarını ələ keçirə biləcəyini, habelə eyni üsul ilə onun xeyrinə imtahan nəticələrinə təsir etmək imkanının olduğunu bildirdikdə Əfsanə Abdullayevaya 30 bal deyil, 33-35 baldan yuxarı nəticə əldə etmək istədiyini bildirərək bunun üçün nə qədər pul verməli olduğunu soruşmuş və sonuncu 3000 manat təklif etsə də, daha sonra 2000 manat, ən sonda isə 1000 manat məbləğ pul vəsaitini özü vasitəsilə Elm və Təhsil Nazirliyindəki səlahiyyətli vəzifəli tanışına verməklə 08 iyun 2024-cü il tarixdə keçiriləcək sertifikasiya imtahanından 33 baldan yuxarı nəticə əldə etməsinə nail ola biləcəyini demişdir. Bundan sonra, 10 noyabr 2023-cü il tarixdə Qəbələ rayonu ərazisində Əfsanə Abdullayeva ilə görüşləri zamanı sonuncuya əlbəəl 300 manat vermiş, habelə sonuncunun təqdim etdiyi plastik bank kartı hesabına 2024-cü ilin mart ayında 300 manat məbləğdə pul vəsaiti köçürmüşdür. 08 iyun 2024-cü il tarixdə Şamaxı rayonunda yerləşən 9 saylı tam orta məktəbə gedərək sertifikasiya imtahanında iştirak etmiş, bütün sualları cavablandırsa da, 24 bal toplamışdır. Bir neçə gün sonra, Əfsanə Abdullayeva “Whatsapp” ani mətn mübadiləsi və internet telefoniya tətbiqindəki qrupa “Zoorn” linki göndərmiş və saat 19 radələrində qeyd edilən keçid vasitəsilə videogörüntüyə qoşulmuşlar. Həmin vaxt adlarını xatırlamadığı bir neçə şəxs videokonfransda iştirak etmiş, Əfsanə Abdullayeva təlimlərdə iştirak etmiş Zərərçəkmiş şəxs4 tanışı Təqsirləndirilən şəxs ilə telefonla əlaqə saxlayıb səsgücləndiricini qoşmuş, Təqsirləndirilən şəxs özünü Elm və Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, hazırda Nazirlikdə olduğunu, müəllimlərin sertifikasiya imtahanından kəsilmiş şəxslərin imtahan nəticələrini müsbət həll etmək üçün həmin Nazirliyin səlahiyyətli şəxsi ilə görüşmək üçün Nazirliyə getdiyini, həmin vəzifəli şəxs tərəfindən imtahanda iştirak edəcək şəxsə 30-40 bal yazılması üçün 8000-10000 manat pul tələb edildiyini bildirmişdir. X29 Sadıqovanın mobil telefon nömrəsini “Whatsapp” tətbiqində özünün yaratdığı qrupda paylaşaraq “bu şəxs balınızın artırılmasında sizə köməklik edəcək” demişdir. Bundan sonra, 13 iyun 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlayarkən, sonuncu 2000 manat qarşılığında balını artıracağını bildirdikdə, onunla razılaşaraq qardaşı X14 adına olan, lakin faktiki özünün istifadə etdiyi 5239-1517-7793-6439 nömrəli plastik kartdan, Təqsirləndirilən şəxs məxsus 5239-15**-****-2090 nömrəli kart hesabına 13 iyun 2024-cü il tarixdə, saat 17:05-də 2000 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs müəllimlərin sertifikasiya imtahanının nəticələrini adını demədiyi Elm və Təhsil Nazirliyinin əməkdaşı vasitəsilə dəyişdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin vəsaiti 09 avqust 2024cü il tarixdə özünə qaytarmışdır. Zərərçəkmiş şəxs2 05 dekabr 2024-cü il tarixdə, məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 tərəfindən ünvanlanmış və 03 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramda o, oğlunun 1-ci qrup əlil və Qarabağ veteranı, qazi olmaqla xəstə olduğundan, ona baxması ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs5 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 01 yanvar 1989-cu il tarixdən 27 iyun 2024-cü il tarixədək Ucar rayonu, Bağırbəyli kənd ibtidai məktəbində ibtidai sinif müəllimi işləmişdir. Birinci dəfə 23 iyun 2023-cü il tarixdə müəllimlərin sertifikasiyası imtahanında iştirak edib 27 bal, yəni keçid balından az bal topladığına görə imtahandan kəsilmişdir. 2024-cü ilin aprel ayının əvvəllərində “Youtube” mobil proqram tətbiqində X6 adını bilmədiyi dərs kanalına qoşulmuş, həmin kanalda yerləşdirilmiş videoların şərh hissəsində bir sıra tanımadığı şəxslər tərəfindən Əfsanə Abdullayevanın müəllimlərə sertifikasiya imtahanında köməklik etdiyini yazdıqlarını oxumuş və bununla əlaqədar Əfsanə Abdullayevanın mobil nömrəsini “Youtube” mobil proqram tətbiqində işlətdiyi dərs kanalından götürərək əlaqə saxlamışdır. Daha sonra, Əfsanə Abdullayeva ona zəng edərək Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı olduğunu, habelə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin imtahanlara məsul olan səlahiyyətli vəzifəli şəxsi ilə yaxın münasibətlərinin olduğunu, həmin vəzifəli şəxsə rüşvət verməklə imtahan suallarını ələ keçirə biləcəyini, habelə eyni üsul ilə onun xeyrinə imtahan nəticələrinə təsir etmək imkanının olduğunu bildirmişdir. Əfsanə Abdullayevaya onun vasitəsilə qeyd edilən Nazirliyin vəzifəli şəxsinə hansı məbləğdə rüşvət verməli olduğunu soruşduqda, sonuncu 2000 manat məbləğində pul vəsaitini onun vasitəsilə Elm və Təhsil Nazirliyindəki səlahiyyətli vəzifəli tanışına rüşvət qismində verməklə 08 iyun 2024-cü il tarixdə keçiriləcək sertifikasiya imtahanından 30 bal toplamasına nail ola biləcəyini demişdir. Bu zaman Əfsanə Abdullayevaya həmin məbləğdə pulunun olmadığını bildirdikdə, sonuncu 1500 manat məbləğdə əvvəlcədən, qalan 500 manat məbləği isə imtahanın keçirilməsi tarixinə yaxın verməsini bildirdikdə onunla razılaşaraq Ucar şəhəri ərazisində yerləşən “Meqamarket” mağazasında olan ödəmə terminalından 2024-cü ilin aprel ayında 1500 manat məbləğində pulu Əfsanə Abdullayevaya məxsus olan plastik karta göndərmişdir. 08 iyun 2024-cü il tarixdə Kürdəmir rayonu, 5 saylı tam orta məktəbə gedərək sertifikasiya imtahanlarında iştirak etmiş və cəmi 24 bal toplamışdır. Bir neçə gün sonra, Əfsanə Abdullayeva “Whatsapp" ani mətn mübadiləsi və internet telefoniya tətbiqindəki qrupa “Zoom" linki göndərmiş və saat 19 radələrində qeyd edilən keçid vasitəsilə videogörüntüyə qoşulmuşlar. Həmin vaxt xatırladığı qədərilə videokonfransda X29 Sadıqova ilə telefonla əlaqə saxlayıb səsgücləndiricini qoşmuş, Təqsirləndirilən şəxs özünü Elm və Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, hazırda Nazirlikdə olduğunu, müəllimlərin sertifikasiya imtahanından kəsilmiş şəxslərin imtahan nəticələrini müsbət həll etməkdən ötrü həmin Nazirliyin səlahiyyətli şəxsi ilə görüşmək üçün Nazirliyə getdiyini, həmin vəzifəli şəxsə imtahanda iştirak edəcək şəxsə 30-40 bal yazılması üçün 8000- 10000 manat, 40-50 bal yazılması üçün 12000-14000 manat, 51-56 bal yazılması üçün isə 16000-18000 manat pul tələb edildiyini, pulun müəyyən hissəsini indi, qalanını imtahandan sonra nəticələr elan edildikdə verəcəklərini, avqust ayınadək məsələni müsbət həll edəcəyini bildirmişdir. Daha sonra X29 Sadıqovanın mobil nömrəsini “Whatsapp" mobil proqram tətbiqində yaradılmış müəllimlərin qrupuna göndərərək sonuncu ilə əlaqə saxlamalarını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqda sonuncu 2000 manat ödəniş etməli olduğunu bildirərək bank kartı göndərmiş, sonuncu ilə razılaşaraq 2024-cü ilin iyun ayının ortalarında onun göndərdiyi hazırda hesab nömrəsini xatırlamadığı plastik karta 2000 manat məbləğdə pul vəsaitini Ucar şəhəri ərazisində yerləşən “Araz” marketdə olan ödəmə terminalından göndərmişdir. Təxminən bir ay sonra, Təqsirləndirilən şəxs həmin vəsaiti geri qaytararaq bu işi, yəni imtahanın nəticələrini onun xeyrinə dəyişdirə bilmədiyini demişdir. Zərərçəkmiş şəxs5 04 dekabr 2024-cü il tarixdə, məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxs İmişli rayon sakini Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tam şəkildə ödəmişdir, ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 tərəfindən ünvanlanmış və 03 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramda o, vəziyyəti çətin olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2003-cü ildən 26 iyun 2024-cü il tarixədək İmişli rayonu, Qaradonlu kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləmişdir. 2023-cü ilin yanvar ayında “Youtube” platformasında kurikulum tədris proqramı üzrə təlimçi Əfsanə Abdullayevanın videoçarxlarını izlədikdən sonra özü ilə əlaqə saxlayıb onlayn qaydada “Zoom” və “Whatsapp" platformaları üzərindən təlimlərinə qoşulsa da, 20 iyun 2023-cü il tarixdə keçirilmiş müəllimlərin sertifikasiyası imtahanında məqbul 30 bal toplaya bilməmişdir. Bir neçə gün sonra Əfsanə Abdullayeva özü ilə əlaqə saxlayaraq hal-əhval tutduqdan sonra özünün Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı olduğunu, habelə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin imtahanlara məsul olan səlahiyyətli vəzifəli şəxsi ilə yaxın münasibətlərinin olduğunu, həmin vəzifəli şəxsə rüşvət verməklə imtahan suallarını ələ keçirə biləcəyini, habelə eyni üsul ilə imtahan nəticələrinə təsir etmək imkanının olduğunu bildirmişdir. Əfsanə Abdullayevadan onun vasitəsilə qeyd edilən Nazirliyin vəzifəli şəxsinə hansı məbləğdə rüşvət verməli olduğunu soruşduqda, məbləğin yazılacaq bala görə dəyişdiyini, 51-60 bal üçün 5000-6000 manat rüşvət verməli olduğunu bildirmiş, həmin məbləğdə vəsaiti olmadığını, məqbul, yəni 30 bal üçün nə qədər verə biləcəyini soruşduqda isə, 1000 manat pul vəsaitini özü vasitəsilə Elm və Təhsil Nazirliyindəki səlahiyyətli vəzifəli tanışına rüşvət qismində verməklə imtahandan 30 bal toplamasına nail ola biləcəyini demişdir. Bir neçə gün sonra Əfsanə Abdullayevanın “Whatsapp” ani mətn mübadiləsi və internet telefoniya tətbiqi vasitəsilə göndərdiyi plastik bank kartına “Milli ön" ödəniş terminalı vasitəsilə cəmi 700 manat məbləğində pul vəsaitini köçürmüşdür. 08 iyun 2024-cü il tarixdə imtahanda iştirak etdikdə Əfsanə Abdullayevanın guya Elm və Təhsil Nazirliyindən alaraq təqdim etdiyi sualların heç biri qarşısına çıxmamış, imtahandan 18 bal toplamışdır. Əfsanə Abdullayeva 12 iyun 2024-cü il tarixdə “Whatsapp" ani mətn mübadiləsi və internet telefoniya tətbiqindəki qrupa “Zoom” linki göndərmiş və onlar saat 17 radələrində qeyd edilən keçid vasitəsilə videogörüntüyə qoşulmuşlar. Həmin vaxt Əfsanə Abdullayeva ağlayaraq hamının pulunu qaytaracağını, habelə imtahanın nəticələrini dəyişdirəcək adam tapsalar, ona da məlumat vermələrini xahiş etmişdir. Tanışları 05 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs imtahandan kəsilənlərə köməklik edə bildiyini deyərək mobil telefon nömrəsini göndərdiklərindən X22 Sadıqova barəsində məlumat vermiş, X29 Sadıqovanın nömrəsini alaraq onunla danışacağını bildirmişdir. Elə həmin gün Əfsanə Abdullayeva “Whatsapp” ani mətn mübadiləsi və internet telefoniya tətbiqindəki qrupa “Zoom” linki göndərərək saat 19:00-da həmin keçid vasitəsilə videokonfransa daxil olmalarını tapşırmışdır. X29 Sadıqova ilə telefonla əlaqə saxlayıb səsgücləndiricini qoşmuş, Təqsirləndirilən şəxs özünü Elm və Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, hazırda Nazirlikdə olduğunu, müəllimlərin sertifikasiya imtahanından kəsilmiş şəxslərin imtahan nəticələrini müsbət həll etmək üçün həmin Nazirliyin səlahiyyətli şəxsi ilə görüşmək üçün Nazirliyə getdiyini, həmin vəzifəli şəxsə imtahanda iştirak edəcək şəxsə 30-40 bal yazılması üçün 8000-10000 manat, 40- 50 bal yazılması üçün 12000-14000 manat, 51-56 bal yazılması üçün isə 16000-18000 manat pul tələb edildiyini, pulun müəyyən hissəsini indi, qalanını imtahandan sonra nəticələr elan edildikdə verəcəklərini, avqust ayınadək məsələni müsbət həll edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqda ilkin olaraq 2000 manat ödəniş etməli olduğunu bildirərək bank kartı göndərmiş, o, həmin plastik bank kartına “Milli Ön” Ödəniş terminalı vasitəsilə 2000 manat məbləğdə pul köçürmüşdür. Lakin sonradan Təqsirləndirilən şəxs öz vədinə əməl etməmişdir. Təqsirləndirilən şəxs aldığı 2000 manat məbləğində vəsaitin 1000 manat hissəsini avqust ayının əvvəlində, qalan 1000 manatı isə 11 avqust 2024-cü il tarixdə özünə qaytarmışdır. Zərərçəkmiş şəxs4 06 dekabr 2024-cü il tarixdə, məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxs xx xxxxxx 1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır. Zərərçəkmiş şəxs3 tərəfindən ünvanlanmış və 09 dekabr 2024 və 19 dekabr 2024-cü il tarixlərdə məhkəməyə daxil olmuş teleqramlarda o, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 01 sentyabr 1989-cu il tarixdən 2024-cü ilin iyun ayının sonlarınadək İsmayıllı rayonu, Bizlan kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi işləmişdir. 2023-cü ilin may ayında“ Youtube” platformasında kurikulum tədris proqramı üzrə təlimçi Əfsanə Abdullayevanın videoçarxlarını izlədikdən sonra, özü ilə əlaqə saxlayıb onlayn qaydada “Zoom” və “Whatsapp“ platformaları üzərindən təlimlərinə qoşulsa da, 23 iyun 2023-cü il tarixdə keçirilmiş müəllimlərin sertifikasiyası imtahanında məqbul 30 bal toplaya bilməmişdir. Daha sonra 2024-cü ilin fevral ayında Əfsanə Abdullayeva ilə telefon vasitəsilə əlaqə saxladıqda, sonuncu, Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı olduğunu, habelə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin imtahanlara məsul olan səlahiyyətli vəzifəli şəxsi ilə yaxın münasibətlərinin olduğunu, həmin vəzifəli şəxsə pul verməklə imtahan suallarını ələ keçirə biləcəyini, habelə eyni üsul ilə imtahan nəticələrinə təsir etmək imkanının olduğunu bildirdiyindən Əfsanə Abdullayevaya bunun üçün nə qədər pul verməli olduğunu soruşduqda, 2000 manat məbləğində pul vəsaitini onun vasitəsilə Elm və Təhsil Nazirliyindəki səlahiyyətli vəzifəli tanışına verməklə 08 iyun 2024-cü il tarixdə keçiriləcək sertifikasiya imtahanından 30 bal toplamasına nail ola biləcəyini bildirmişdir. Əfsanə Abdullayevaya həmin vəsaiti tam göndərə bilməyəcəyini, hissə-hissə verəcəyini bildirərək razılığını aldıqdan sonra sonuncu ona plastik bank kartı göndərib pul vəsaitini həmin kart hesabına köçürməsini bildirmişdir və o, hissə-hissə həmin vəsaiti qeyd edilən bank kartı hesabına göndərmişdir. 08 iyun 2024-cü il tarixdə, Şamaxı rayonu 6 saylı tam orta məktəbə gedərək sertifikasiya imtahanında iştirak etmiş, bütün sualları cavablandırsa da, cəmi 29 bal toplayaraq imtahandan kəsilmişdir. Bir neçə gün sonra, Əfsanə Abdullayeva “Whatsapp” ani mətn mübadiləsi və internet telefoniya tətbiqindəki qrupa “Zoom” linki göndərmiş və saat 19 radələrində qeyd edilən keçid vasitəsilə videogörüntüyə qoşulmuşdur. Həmin vaxt adlarını xatırlamadığı bir neçə şəxs videokonfransda iştirak etmiş, X29 Sadıqova ilə telefonla əlaqə saxlayıb səsgücləndiricini qoşmuş, Təqsirləndirilən şəxs özünü Elm və Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, hazırda Nazirlikdə olduğunu, müəllimlərin sertifikasiya imtahanından kəsilmiş şəxslərin imtahan nəticələrini müsbət həll etmək üçün həmin Nazirliyin səlahiyyətli şəxsi ilə görüşmək üçün Nazirliyə getdiyini, həmin vəzifəli şəxsə imtahanda iştirak edəcək şəxsə 30-40 bal yazılması üçün 8000-10000 manat pul tələb edildiyini bildirmişdir. Daha sonra X29 Sadıqovanın mobil nömrəsini “Whatsapp” mobil proqram tətbiqində yaradılmış müəllimlərin qrupuna göndərərək sonuncu ilə əlaqə saxlamalarını demişdir. Bundan sonra, Əfsanə Abdullayevadan 1800 manat məbləğində pulu alıb Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq köməklik etməsini, imkanının zəif olduğunu bildirdikdə, sonuncu 1000 manat ödəniş etməli olduğunu bildirərək ona bank kartı göndərmişdir. 2024-cü ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs göndərdiyi plastik karta 1000 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “ARAZ Market” mağazasındakı ödəmə terminalı vasitəsilə göndərmişdir. Təxminən bir ay sonra Təqsirləndirilən şəxs onu aldatdığını başa düşərək pulunu tələb etdikdə sonuncu 1000 manat vəsaiti onun istifadəsində olan plastik bank kartına göndərmişdir. Zərərçəkmiş şəxs3 11 yanvar 2025-ci il tarixdə, məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxs İmişli rayonu Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam məbləğdə ödənilmişdir, ona qarşı heç bir şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: 21 oktyabr “cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 178.2.4 və 310-cu maddələri ilə başqa cinayət işi ayrılmış, ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir. (iş.v. 1-2, İ cild) ********* nömrəli cinayət işi 06 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən vətəndaş X6 qanunsuz əməlləri ilə əlaqədar Baş İdarədə toplanmış material əsasında fakta görə, Azərbaycan Respublikası CM-nin 312.1.1-ci maddəsi ilə başlanmışdır. (iş.v. 4, İ cild) 9/14-38/24 nömrəli, 29 avqust 2024-cü il tarixli əməliyyat qeydiyyat işindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinə daxil olmuş məlumata əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında ibtidai sinif müəllimliyi üzrə 2-ci kursda təhsil alan 01 fevral 1995-ci il təvəllüdlü X6 qanunazidd əməlləri barədə araşdırma aparılmışdır. Araşdırma müddətində Əfsanə Abdullayevanın qanunsuz əməlləri ilə bağlı vətəndaşlar tərəfindən çoxsaylı ərizələr ilə müraciətlər edilmişdir. Toplanmış materialdan görünür ki, X10 vətəndaşlar Zərərçəkmiş şəxs2, X19, X31, X15, X17, X20, X25, X8, X21, X28, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, X1, eyni zamanda özü tərəfindən həyata keçirilən kurslarda iştirak etmiş və Zərərçəkmiş şəxs1 tərəfindən həyata keçirilən müəllimlərin sertifikasiya imtahanında müsbət nəticə əldə etmiş, adlarını, ata adlarını və istifadə etdikləri telefon nömrələrini xatırlamadığı təxminən 10 nəfər şəxsin hər birindən qeyd olunan imtahandan keçirilmələri üçün müxtəlif məbləğlərdə pul vəsaitlərini almışdır. (iş.v. 7, İ cild) 30 iyul 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs5 tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə ünvanlanmış ərizədən görünür ki, müəllimlərin sertifikasiya imtahanlarına hazırlığı ilə məşğul olan Əfsanə Abdullayeva onun tanışı və Elm və Təhsil Nazirliyində işləyən yüksək vəzifəli şəxsə rüşvət verməyəcəyi təqdirdə onu imtahandan kəsəcəyi ilə hədələyib ondan 2000 manat pul vəsaiti almışdır. Habelə, imtahan suallarının 30 sualının onun əvəzinə yazılacağını, bu səbəbdən həmin sualları imtahan vaxtı cavablandırmamasını bildirmişdir. O, Əfsanə Abdullayevanın sözlərinə inanıb 30 sualın cavabını yazmamışdır. Yekunda 08 iyun 2024-cü il tarixdə keçirilmiş imtahandan kəsilmişdir. Əfsanə Abdullayevanın əməlinə hüquqi qiymət verilməsini xahiş etmişdir. (iş.v. 27, İ cild) 31 iyul 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs2 tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə ünvanlanmış ərizədən görünür ki, müəllimlərin sertifikasiya imtahanlarına hazırlığı ilə məşğul olan Əfsanə Abdullayeva onun tanışı və Elm və Təhsil Nazirliyində işləyən yüksək vəzifəli şəxsə rüşvət verməyəcəyi təqdirdə onu imtahandan kəsəcəyi ilə hədələyib ondan 600 manat pul vəsaiti almışdır. Habelə, imtahan suallarının 30 sualının onun əvəzinə yazılacağını, bu səbəbdən həmin sualları imtahan vaxtı cavablandırmamasını bildirmişdir. O, Əfsanə Abdullayevanın sözlərinə inanıb 30 sualın cavabını yazmamışdır. Yekunda 08 iyun 2024-cü il tarixdə keçirilmiş imtahandan kəsilmişdir. Əfsanə Abdullayeva əməlinə hüquqi qiymət verilməsini xahiş etmişdir. (iş.v. 31, İ cild) 06 avqust 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs4 tərəfindən Azərbaycan Respublikasının Baş prokurorunun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbova ünvanlanmış ərizədən görünür ki, X4 və Təhsil Nazirliyində işləyən yüksək vəzifəli şəxslər vasitəsilə onu müəllimlərin sertifikasiya imtahanından keçirmək üçün yalan vəd verərək 700 manat, daha sonra eyni adla Təqsirləndirilən şəxs ondan 2000 manat pul vəsaitini alaraq ələ keçirmişlər. Ə.Abdullayeva və Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. (iş.v. 35, İ cild) 01 avqust 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs4 tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə ünvanlanmış ərizədən görünür ki, müəllimlərin sertifikasiya imtahanlarına hazırlığı ilə məşğul olan Əfsanə Abdullayeva onun tanışı və Elm və Təhsil Nazirliyində işləyən yüksək vəzifəli şəxsə rüşvət verməyəcəyi təqdirdə onu imtahandan kəsəcəyi ilə hədələyib ondan 700 manat pul vəsaiti almışdır. Habelə, imtahan suallarının 30 sualının onun əvəzinə yazılacağını, bu səbəbdən həmin sualları imtahan vaxtı cavablandırmamasını bildirmişdir. O, Əfsanə Abdullayevanın sözlərinə inanıb 30 sualın cavabını yazmamışdır. Yekunda 08 iyun 2024-cü il tarixdə keçirilmiş imtahandan kəsilmişdir. Əfsanə Abdullayevanın əməlinə hüquqi qiymət verilməsini xahiş etmişdir. (iş.v. 37, İ cild) 22 avqust 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs3 tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisinə ünvanlanmış ərizədən görünür ki, kurikulum tədris proqramı üzrə təlimçi kimi tanıdığı X10 özünü Təhsil İnstitutunun əməkdaşı kimi təqdim edərək 08 iyun 2024-cü il tarixdə keçiriləcək müəllimlərin sertifikasiya imtahanının nəticələrinə onun xeyrinə təsir göstərəcəyini bildirərək 2024-cü ilin fevral-iyun aylarında ondan 1800 manat məbləğdə, özünü Elm və Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmiş Təqsirləndirilən şəxs isə imtahanın nəticələrini onun xeyrinə dəyişəcəyini vəd edərək ondan 2024-cü ilin iyun ayında 1000 manat məbləğdə pul almışdır. Lakin o, imtahandan məqbul bal toplamamış və işdən çıxarılmışdır. Odur ki, həmin şəxslər barədə qanuni tədbir görülməsini xahiş etmişdir. (iş.v. 100, İ cild) Zərərçəkmiş şəxs4 ilkin izahatına əlavə etdiyi qəbzdən görünür ki, o, İmişli rayonu, H.Əliyev prospekti 144 ünvanda yerləşən “Milli Ön" ödəniş terminalından Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan “Kapital Bank" ASC-yə məxsus 5239-1515- 5093-2090 nömrəli “Bir bank" plastik bank kartı hesabına 13 iyun 2024-cü il tarixdə 1.500 manat pul vəsaiti köçürmüşdür. (iş.v. 44, İ cild) 09 avqust 2024-cü il tarixli, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videofaylların məzmunu aşağıdakı kimidir-video 3: Əfsanə Abdullayeva: 24 yığıbsa, 6 bal verirsə, nə qədər istəyir? Təqsirləndirilən şəxs: 30-u ümumiyyətlə keçdi, qiymət var, 8-10 Əfsanə Abdullayeva: 8-10, bildim, indi bu sənə mən, nağdı 8000 istəyir, eləmi? Təqsirləndirilən şəxs: Bəli, bəli. İndi qulaq as, mən bir söz deyim sənə. Neçə nəfər varsa sən mənə de, əgər istəyirlərsə tez, ində atmağa. Yox əgər müəyyən adamlar varsa, müəyyəni mən səninlə danışacam. Biraz tez elə, özün etibar elədiyin adam olsun. Əfsanə Abdullayeva: Bəlkə müəllimə sənin nömrəni verim, etibar etdiyim adam olsun, sənə zəng eləsin. Təqsirləndirilən şəxs: Qulaq as, mən, yox, etibar elədiyin, mən burdan çıxıram, nazirlikdəyəm. Buradayam bu saat. Mən buradan çıxacam, mən buradan çıxandan sonra bir də gedib rayona, bir də qayıtmayacam ha. Mən də Füzulidənəm. Əfsanə Abdullayeva: Bildim müəllimə. Heç nə, yaxşı müəllimə. Təqsirləndirilən şəxs: O işə görə gəlmişəm, qulaq as, mən sənə bir söz deyim. Sən onların adını de, bir də ballarını de, mən istəyirsən deyim, yazdığımı atım sənə ki, votsapda. Votsapın var sənin? Əfsanə Abdullayeva: Bəli. Var, var. Təqsirləndirilən şəxs: Həminki votsapa ataram. Denən, kim istəyirsə, məsələn, ad, familiya, neçə nəfərdi, mənə deyin, sənə görək nə təhər eləyirik, özünə dedirim, deyim. Əfsanə Abdullayeva: Yaxşı, yaxşı müəllimə. Təqsirləndirilən şəxs: Yaxşı, adı deyirəm mən burada, yəni adın, vəsiqə, vəsiqələrini atacaqlar tez-tez. Əfsanə Abdullayeva: Yaxşı müəllimə, yaxşı. Təqsirləndirilən şəxs: Vəsiqələrini atsınlar. Mən də kartı göndərim, karta pulu vursun, verim, gedim. Əfsanə Abdullayeva: Yaxşı Təqsirləndirilən şəxs: Yox əgər istəmirlərsə, bu dəfə. Amma avqusta qədər çıxacaq, ha, bax deyirəm, onu da denən. Əfsanə Abdullayeva: Yaxşı Təqsirləndirilən şəxs: Avqusta qədər gedəcək, o ki, müsabiqəyə gedir ha, ona qədər bunların balı gedəcək, sonra gedəcəklər müsabiqəyə. Əfsanə Abdullayeva: Yaxşı Təqsirləndirilən şəxs: indi mən belə bir söz də dəyəcəm. Mən sizi tanımıram. Vallah tanımıram. Səmimi deyirəm. Amma mən indi müəllimə dəyəcəm. Dəyəcəm, onlar ki yarısını atsın, yarısını müsabiqədən sonra. Əfsanə Abdullayeva: Görün nə deyəcək. Təqsirləndirilən şəxs: Bax belə söz deyəcəm. Əfsanə Abdullayeva: Yaxşı, yaxşı. Təqsirləndirilən şəxs: Yəni bax onu da deyəcəm də. Videoplayback: 2 Əfsanə Abdullayeva: (monoloq) Belə müəllimə atdım, min manat. Nə borcum qalıbsa, inşallah, avqustun axırı, sentyabrın əvvəli, bir az özümə gəlim, toparlayım, qaytararam. Çünki hal-hazırda imkanım yoxdur. Vallah, yəni, daha bundan artıq nəsə eləyirsinizsə, şəxs işinizdir, gedin eləyin. Mənim yəni imkanım buna çatırdı, elədim. Salam, müəllimələr. Hamınızdan bir-bir xahiş edirəm. Zəhmət olmasa, apellyasiyaya müraciət edin. Hamınız şəxsi səhifənizə girin, apellyasiyaya müraciət edin. Deməli, bunlar əlbirdir. Apellyasiyanın yolu ilə düzəltmək olur. Bir dənə apellyasiyaya müraciət edirsən, deyir hər müəllimdən üç min mi, iki min mi pul çıxır. Ona görə deyir apellyasiyaya müraciət edirik, o yol ilə deyir ki, düzəldə bilərik. Hamı apellyasiyaya müraciət eləsin, kim müraciət eləsə mənə bildirsin. Ona görə Əsli özündən əmindir də. Apellyasiyaya müraciət edirik, oradan hərədən səkkiz min alacaq, iki minlik işə. Həll eləyib qoyacaq ora. Elə Əsliyə inanınca mən sizə deyirəm də nə etmək lazımdır. Şəxsidə müraciət edirsiniz, şikayətin çoxluğuna baxıb nəsə bir tədbir görürlər. Mən iki gündür deyirəm, yenə deyirəm, heç kəsin bir qəpiyi mənə lazım deyil, nə də heç kəsin bir qəpiyini mən yemirəm, Allaha şükür. Başa düşdünüz. Yəni heç cürə də .... Heç cürə. Kimin nəyi var qayıdacaq. Beş-beş, üç-üç hamının pulunu qayıtaracaq. Sadəcə olaraq bir az vaxt lazımdır. Vaxt lazımdır ki, mən ondan pulu alım qayıtarım. Mənim elə bir imkanım yoxdur. Gedim nəyimisə satım. Müəllimələr, əgər gözləmirsinizsə də gedin, ürəyiniz hara istəyir, şikayət edin. Eybi yoxdur, mən gedib cəzamı çəkərəm. Problem deyil. O, yerdə qalan müəlimələrin pulu nətər ödəmişəmsə, sizin də pulunuzu ödəyəcəm. Heç kəs hədə-qorxu zad gəlməsin. Aydındı? İnsan insanı başa düşər. Sizə mən dedim, mən notarius yoli ilə pulları qaytaracam, notarius yolu ilə. Gədəcəm, dilimdən kağız yazacam, notariusa, filankəsə filan qədər borcum var, filan ayda qaytaracam. Mən rəsmi iş görəcəm. Mən nə qaçmıram. Tanımadığınız Əsliyə elə gəşəng iki mini tapıb verirsiniz ki, elə gözəl tapıb verirsiniz ki. Nə tanıyırsan sən Əsli kimdir?! Əsli sənin işini görəcək, görməyəcək. Sən nə bilirsən?! Bəlkə götürüb elə pulu qaçdı, getdi. Əfsanə Abdullayeva: Müəllimə siz deyirsiniz ki, açıq-aşkar pul verək, sonra düzəlsin, eləmi? Təqsirləndirilən şəxs: Bəli, bəli. O almasa düzəltməz. Sən uşaq deyilsən ha, müəllimsən. Əfsanə Abdullayeva: Mən də deyirəm də. Təqsirləndirilən şəxs: Hə də, yox, yox. Verməsə düzəltmir. Əfsanə Abdullayeva: Yəni keçid balı nə qədərdir müəllimə? Təqsirləndirilən şəxs: Keçid balı otuzdur. Əfsanə Abdullayeva: Aha, qiyməti? Təqsirləndirilən şəxs: Otuzdan qırxacan ayrıdı.... Hamısı ayrı-ayrı. Yəni qırxdan əlliyə qədər ayrıdı... Əfsanə Abdullayeva: Bəs şəhid ailəsinə güzəşt var müəllimə? Təqsirləndirilən şəxs: Şəhid ailələrinin hamısını keçirdirlər. Əfsanə Abdullayeva: Bəs bizdə birdənə şəhid ailəsi kəsilib axı, 24 bal Təqsirləndirilən şəxs: Ay bala daha onu mən dəyə bilmərəm.... Burda bizdə yığdılar Beyləqanda. Yəni yığdılar onların hamısını bir otağa, onların hamısını keçirdilər.... Yəni şəhid ailələrinin bizdə hamısını keçirdilər. Əfsanə Abdullayeva: Yəni siz deyirsiniz ki, pul versələr avqusta kimi düzəldirsiniz. Eləmi müəllimə? Təqsirləndirilən şəxs: Bəli, bəli, avqusta. Əfsanə Abdullayeva: Tamam. Onda mən sizə... Təqsirləndirilən şəxs: Kim istəyirsə hə, kim istəmirsə yox qızım. Əfsanə Abdullayeva: Mən sizinlə əlaqə saxlayacam. Yaxşı. Təqsirləndirilən şəxs: Hə, bir az tez... Mən buradan çıxmayanda... mən bu gün buradayam, haradasa saat bir-ikiyəcən belə. Ondan sonra çıxıram. Əfsanə Abdullayeva: Yaxşı müəllimə. Təqsirləndirilən şəxs: Mən bu adama deyim. Yox, yox. Əgər mən iş görürəmsə, sizinlə görürəm, ikincisi, bu tərəfə qalanda. O sizə inanıb deyirsə ki, əgər istəyirsə, eləsin. Lazım olar, kart ataram, karta vursunlar pulu, mən verim müəllimə, deyim ki, bax, bu da şəxsi kabinetini atacaq mənə, məktəbin adını atacaq mənə, vəsiqəsini atacaq mənə, bir də gələn balı, neçə bal yığıb onu. Əfsanə Abdullayeva: Yaxşı müəllimə, başa düşdüm, oldu. Təqsirləndirilən şəxs: Biraz tez, tez denən mənə. On dəqiqə, iyirmi dəqiqəyə belə əlaqə saxla hamı ilə kim deyirsə yaz adam bir. Mən də deyim nə qədər. Əfsanə Abdullayeva: Yaxşı. Yaxşı müəllimə, yaxşı. (iş.v. 47-50, İ cild) 09 avqust 2024-cü il tarixli, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi materiallarında olan X5 ərizəsinə əlavə etdiyi 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısına baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: 6” kimi adlandırılmış “.jpeg” formatlı görüntü: Əfsanə Kurikulum: Nə lazımdır təlimat verəcəm. Səbrlə gözləyin. Hər şey əladır. Papağı qoyun başınızın altına yatın. “İMG-20240724-WA0016” kimi adlandırılmış “.jpg” formatlı görüntü: “Kəsilənlər” qrupu 14 İyun 2024 Mən: Salam. Birinci gün pul gələcək, 5 nəfərin ödənişini edib qrupdan çıxardacam. Sıra ilə edəcəm. Xahiş edirəm gözləyin. 16 iyun 2024 Mən: Bayramınız mübarək olsun. Bugün üçün sizə görə iki qurbanım var idi. Necə ağız dolusu deyirdim, kəsəcəm. Allah pis insana lənət eləsin. Haqqınıza girmişəmsə bağışlayın məni, istəməzdim belə olsun. 16 nəfər Əsli ilə iş düzəldir? Balam nə yaxşı. “İMG-20240724-WA0017” kimi adlandırılmış “.jpg” formatlı görüntü: “Kəsilənlər” qrupu 17 iyun 2024 Mən: Elə adam tapmışam ki, anında balı verir, pulunu alır. Heç kim yox, 6-ca nəfərin işini düzəldəcəm. Gedin Əsli düzəltsin sizin işinizi. Mən heç kimə borclu qalmıram. Kimə nə veriləcəksə veriləcək. Mən kişi qızı Əfsanəyəm. Çünki mənim günahım yoxdu bu işdə. Tələsdiniz, getdiniz Əslini tapdınız. Peşman olacaqsız, gec olacaq. Olan bütün işlərdə günahım varsa bir balamı Allah əlimdən. “WhatsApp İmage 2024-07-05 at 14.33.34 (8)” kimi adlandırılmış “.jpeg” formatlı görüntü: “Nəzarət” qrupu Ya sistedm y. Olacaq. Səbirli olun. Mən də insanam, məni də ana doğub. Konkret rahat olun. Rahat olun. Sizə söz! Boynuma götürmüşəm, deməli edəcəm. Ortada şərəf sözü vermişəm. Konkret rahat olun. O işi mən etməsəm, adam deyiləm. Başqa söhbət etməyin də. “WhatsApp İmage 2024-07-05 at 14.33.34 (9)” kimi adlandırılmış “.jpeg” formatlı görüntü: “Nəzarət” qrupu Xeyirli olsun. Hər birinizi təbrik edirəm. Hər şeyi başa salacam. 1-ci gün sıra ilə hamı məni yığsın. İndi yox. Hər şeyi başa salacam. Demişdim edəcəm. Hər şey əladı. Şükür olsun. 1ci gün 4-dən sonra sıra ilə bir-bir mənə zəng edin, Vatsapa haa. “WhatsApp İmage 2024-07-05 at 14.33.34 (10)” kimi adlandırılmış \jpeg” formatlı görüntü: “Nəzarət” qrupu 18 may 2024 Əfsanə Kurikulum: Salam qızlar. Sistem üzrə hər kəsə kömək olunacaq. Xeyirli olsun. Hər birinizi təbrik edirəm. “1”, “2”, “3”, “4”, “5” kimi adlandırılmış fayllarda “İsameddin m riyaziy" kimi adlandırılmış istifadəçinin test tapşırıqlarına dair məlumatlar göndərməsi öz əksini tapmışdır. Həmin diskdə olan video fayllar “Whatsapp” ani mətn mübadiləsi və internet telefoniya mobil tətbiqi vasitəsilə yazışma və səsli ismarıc mübadilələrinin ekran qeydlərindən ibarətdir. Qeyd edilən fayllarda olan yazışmaların və səsli ismarıcın məzmunu aşağıdakılardan ibarətdir: “WhatsApp Video 2024-07-05 at 14.33.34 (1)” kimi adlandırılmış “.mp4” formatlı videofayl: “Nəzarət” qrupu 13 may 2024 Əfsanə Kurikulum: Salam. Səbirli olun. Bunker suallardı. 40 verib, qalanı da alım, deyəcəm. Sözü olan sabah gündüz yığsın. Yorğunam. (səsli ismarıc) Əfsanə Kurikulum: Müəllimələr, nə təhərsiniz? Narahat olmuyun. Yazmışam bunker suallar, deyirsiniz, bunker suallar nədir? Biz qırx dənə sualı ala bilmişik, tamamını ala bilməmişəm. Səbəbi də mənə göstərirlər ki, o keçən səfərki səs yazısı. Ona görə hələ ki, bir hardasa bir həftədə necə deyirlər, gözlətmə müddətində qalacaq. Amma axır-əvvəl verəcəklər, narahat olmuyun. Heç bir çətinliyə, darıxmağa ehtiyac yoxdur. “WhatsApp Video 2024-07-05 at 14.33.34” kimi adlandırılmış “.mp4” formatlı videofayl: “Nəzarət” qrupu 13 may 2024 (səsli ismarıc) Əfsanə Kurikulum: Bir nəfər zəng edib, məsəl üçün, 5-6 nəfər yönləndirib sən mənə, həmin bir nəfər 5-6 nəfərə təlimat versin. Mənim hamı ilə danışmağa vaxtım yoxdur. Sizə nə demişəmsə, olduğu kimi də çatdırın ora. İmtahana bir həftə qalmış suallar gələcək, 60 sual, ondan qabaq da, ondan qabaq da, sizə sistemlə köməyimdə olacaq, sistemlə. Adi sistem yoxdur mu? Yəni kompüterlə. Həmin diskdə olan audiofaylların məzmunu aşağıdakılardan ibarətdir: AUD-20240724-WA0004 kimi adlandırılmış fonoqram: Yenə mən ortadayam, kim olduğum bəllidir, nə işlə məşğul olduğum bəllidir, yerimi danmıram, yurdumu danmıram, hər şeyim açıq-aydın ortadadır. Burda 1-2 müəllimə var adını çəkmirəm. Buradakı olan söz-söhbəti gedib kənardan keçənlərə deyirsiz ayıb olsun sizə çox ayıb olsun. Mən ümumiyyətlə müəllim adına yaraşmayan şeyləri bu qrupda gördüm. Ay başına dönüm istəmirsən nəsə bir şey olsun, qardaş çəkil dur qırağa ödənişin qaytarılacaq, dünya dələbəylik deyil, heç kəs heç kəsi allada, heç kəs heç kəsin haqqını yeyə. Yox gözləyə bilmirsən, ulğumun yoxdur, şikayət elə, sən rüşvət verən kimi get içəri, mən rüşvət alan kimi içəridə yatım. Ömrümüzün sonuna kimi içəridə yataq. Görən kimə xoş gələcək o, şəxsən mənə xoş deyil. Mənim evdə uşağım var. Yox, əgər sən uşağı əmanət edib gedib yatmaq istəyirsənsə hardasa get elə. Ayıbdır, bir gözləyin, bir mənliyiniz olsun. Hamınıza demirəm, sonradan mənim üstümə düşməyin ki, hamınza deyirəm. Əsli kimdi axı? Əslini araşdırıb mənim yoldaşım, Əsli normal bir adam deyil. Heç bir iş görən deyil. Duxu çatır Əsli, mənim haqqımda gedib Əsliyə kimsə nəsə danışsa, onu heç nə demirəm, onun nəsli-kökü qırılsın. Əgər mənim söhbətimi gedib Əslinin yanında eləyirsinizsə, sizə ayıb olsun. Ay qız sentyabrdan bəri mənimləsiz, Əslini üç gündür tanıyırsınız. Gedib Əslinin ayağına qoyursunuz. Yoldaşım araşdırıb və Əsli ilə iş görən adam deyil. Konkret deyirəm. Kim nə istəyir eləsin, mənə maraqlı deyil ümumiyyətlə. Biriki nəfər var burada birinci onların pulu, ödənişlərini tezləşdirəcəm, sonra da qalanları. Partiya-partiya. Gəlib məni öldürəsi deyilsiniz ki. Gücüm nəyə çatır onu da eləyəcəm. Tam veriləcək ödəniş. Heç kəsə ödənişi yarı-yarı verilməyəcək. Qurtardı getdi. AUD-20240724-WA0005 kimi adlandırılmış fonoqram: Mənə xəbər çatır ki, “levıy-levıy” qruplar açmısınız, Masallı müəllimləri, keçməyənlər, pulu qayıdanlar, qayıtmayanlar, oturub qarğış edirsiniz. Qarğışın iki başı var. Kim ki, mənə nə qarğış edir, heç nə dəmirəm, özünə tökülsün. Kim ki mənim balama qarğıyır, öz balasına getsin, əgər bu işdə mənim bir qram günahım varsa, Allah mənim bəlamı versın. Qabaqdan Qurban bayramı gəlir. Yox, əgər mənim günahım yoxdur, kimsə mənim günahıma girib, əlavə nəsə danışırsa, heç nə dəmirəm, onu göydəki Allaha həvalə eləmişəm. Mən neçə ildir, bu işi görən adamam, heç vaxt mən problem yaşamamışam, heç vaxt bütün sosial şəbəkələrdə mənim xoş şeylərimdən danışıbdır, nəticələrdən. Bugünkü günü mənim qolum-qanadım sınıbsa səbəbi Masallı müəlimələridir. Hansı gedib oturub regionda keçən müəlimləri müzakirəyə qoyursunuz. Guya siz nə qayıracaqsınız ki?! O keçənlərə qarşı gör, nəsə edə bilərsiniz ki, öz dərdinizə nəsə bir şey eləməkdən durub kiminsə balını müqayisə edirsiniz, ayıbdır, ayıbdır, sakit şəkildə oturun yerinizdə, günahdır, kiminsə günahına girməyin, mənə fərqi yoxdur, kim nə deyir desin, mən bilirəm ki, bu işdə mənim heç bir günahım yoxdur, heç bir günahım, günahım odur ki, gərək mən kütləvi şəkildə bu işi eləməzdim, 4-5 nəfərlə eləyərdim, bugünkü gündə də alardım on iki, on üç, on dörd, on beş minimi oturardım bəy balası kimi. Yoxsa indi qapı-qapı düşüb kimisə axtarmazdım ki, pulunu ver. Yaxşı mı? Yenə deyirəm hamının pulu qayıdacaq. Heç kəsin bir qəpiyi belə mənə lazım deyil. Heç kəsin də bu gündən sonra işini düzəldəsi deyiləm. İşıq, işıq ucu da olsa bir-iki nəfər var burada, onlar xaric, heç bir nəfərə mən əlini tutub kömək eləyəsi deyiləm. Heç bir nəfərə, orada ölsə də ağzına su tökmək lazım olsa da mən onu eləməyəcəm. Burada bir-iki nəfər xaric onlardan başqa. Onlar üçün də əlləşirəm. AUD-20240724-WA0006 kimi adlandırılmış fonoqram: Eşidirsiz nə təhərdir, müəllimələr, mən sizə açıq deyirəm. Heç kəsdən də nə çəkinəcəyim yoxdur, nə bilim qorxacağım yoxdur. Açıq aydın özünüz eşitdiniz, zəng elədim, danışdım, eşitdiniz. Əgər gözləyirsizsə gözləyin. Mən bununla bağlı bir adam tapacam. Yox, əgər gözləmirsinizsə gedin ürəyiniz hara istəyir məni şikayət edin. Başa düşdünüz, Vallah, Quran haqqı daha yorulmuşam. Qaldı ki, heç kəsin pulu da atılmayıb, hamının da pul qaytarılacaq. Yox, əgər gözləmirsiniz, dözümünüz yoxdursa, gedin ürəyiniz hara istəyir məni şikayət edin. Mən gedəcəm orada, yatacam srokda. Eybi yox. AUD-20240724-WA0011 kimi adlandırılmış fonoqram: Hamınız apellyasiyaya müraciət edin, mən sizə köməklik eləyəcəm. Gedib kiməsə o boyda pul verməyə ehtiyac yoxdur. Səkkiz mininiz varsa, nə eləyirsiniz təzdən işə düzəlib? Hamı bir nəfər kimi apellyasiyaya müraciət eləsin, kompüter nasazlığına görə deyin müraciət edirəm. Mən sizin işinizə hamınızı bərpa eləyəcəm. Çünki biz maraqlanmışıq, yoldaşın da maraqlanıbdır. Apellyasiyaya müraciət etdikdən 20 nəfər, kütləvi şəkildə apeliyasiyaya müraciəti görünür, çağırırlar. Orada da deyilər ki, 2.000-3000 verirsən mi səni işinə qayıtıraq, sən deyirsən ki, hə, niyə istəmiirəm ki, təki işim olsun. Yəni gedib Əsliyə, o boyda pul verincə, mən dediyim eləyin. Sonra bax, peşman olassınız ha, mən deyirəm. (iş.v. 51-58, İ cild) 13 avqust 2024-cü il tarixli “üzləşdirmə protokolundan görünür ki, X29 Sadıqova ilə üzləşmədə dindirilərkən ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə deməklə bir daha təsdiq etmişdir. (iş.v. 71-75, İ cild) 12 oktyabr 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs2 tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə ünvanlanmış ərizədən görünür ki, X10 müəllimlərin sertifikasiya imtahanının nəticələrinə onun xeyrinə təsir göstərəcəyini, Təqsirləndirilən şəxs isə imtahanın nəticələrini onun xeyrinə dəyişəcəyini vəd edərək ondan pul almışlar. Lakin o, imtahandan məqbul bal toplamamış və işdən çıxarılmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (iş.v. 125, İ cild) 12 oktyabr 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs3 tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə ünvanlanmış ərizədən görünür ki, X10 müəllimlərin sertifikasiya imtahanının nəticələrinə onun xeyrinə təsir göstərəcəyini, Təqsirləndirilən şəxs isə imtahanın nəticələrini onun xeyrinə dəyişəcəyini vəd edərək ondan pul almışlar. Lakin o, imtahandan məqbul bal toplamamış və işdən çıxarılmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (iş.v. 127, İ cild) 14 oktyabr 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs4 tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə ünvanlanmış ərizədən görünür ki, X10 müəllimlərin sertifikasiya imtahanının nəticələrinə onun xeyrinə təsir göstərəcəyini, Təqsirləndirilən şəxs isə imtahanın nəticələrini onun xeyrinə dəyişəcəyini vəd edərək ondan pul almışlar. Lakin o, imtahandan məqbul bal toplamamış və işdən çıxarılmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (iş.v. 129, İ cild) 14 oktyabr 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs5 tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə ünvanlanmış ərizədən görünür ki, X10 müəllimlərin sertifikasiya imtahanının nəticələrinə onun xeyrinə təsir göstərəcəyini, Təqsirləndirilən şəxs isə imtahanın nəticələrini onun xeyrinə dəyişəcəyini vəd edərək ondan pul almışlar. Lakin o, imtahandan məqbul bal toplamamış və işdən çıxarılmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (iş.v. 131, İ cild) 14 avqust 2024-cü il tarixli, 4/1279 saylı audio və videoyazıların məhkəmə ekspertizasının rəyinin nəticəvi hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “PRİNCO” markalı CD diskdə olan mübahisəli fonoqramlar şəxsiyyəti eyniləşdirmək üçün yararlıdır.

2. Ekspertizaya təqdim olunmuş 01 ədəd “PRİNCO” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir.

3. Ekspertizaya təqdim olunmuş 01 ədəd “PRİNCO” markalı CD diskdə olan “AUDİO-2024-08-14-10-53-36” adlı mübahisəli fonoqramda əsas mövzu üzrə çıxış edən bir nəfər qadın cinsinə məxsus diktorun monoloqu və bir neçə nəfər fərdiləşdirilməsi mümkün olmayan qadın cinsinə məxsus diktorların replikaları, “video 3” adlı mübahisəli fonoqramda iki nəfər qadın cinsinə məxsus diktorun dialoqu, “videoplayback_2” adlı mübahisəli fonoqramın 00:00-02:07 intervalında əsas mövzu üzrə çıxış edən bir nəfər qadın cinsinə məxsus diktorun monoloqu və bir nəfər kişi cinsinə məxsus diktorun replikaları, 02:08-03:47 intervalında əsas mövzu üzrə çıxış edən iki nəfər qadın cinsinə məxsus diktorun dialoqu və bir nəfər kişi cinsinə məxsus diktorun replikaları qeydə alınmışdır.

4. Ekspertizaya təqdim olunmuş 01 ədəd "PRİNCO” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi - X7 məxsusdur.

5. Ekspertizaya təqdim olunmuş 01 ədəd “PRİNCO” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. (iş.v. 135-144, İ cild) 14 oktyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 146, İ cild) 14 oktyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 148, İ cild) 14 oktyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 152, İ cild) 14 oktyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 155, İ cild) "xxxx" ASC-dən daxil olmuş 17 oktyabr 2024-cü il tarixli, 2024/111/28323 nömrəli məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs adına olan 5239-1515-5093-2090 nömrəli plastik bank kartı hesabından 2023-2024-cü illərə dair çıxarışla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs4 tərəfindən 13 iyun 2024-cü il tarixdə istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169-74**-****-8891 nömrəli plastik bank kartı hesabından həmin kart hesabına 500 manat vəsait köçürülmüşdür. Habelə iş materiallarında olan ödəniş sənədləri ilə qeyd edilən hesabdan çıxarışın qarşılıqlı təhlili ilə Zərərçəkmiş şəxs4 tərəfindən 13 iyun 2024cü il tarixdə Təqsirləndirilən şəxs qeyd edilən bank kartı hesabına İmişli rayonu, H.Əliyev prospekti 144 ünvanda yerləşən ödəmə terminalı vasitəsilə 1500 manat, Zərərçəkmiş şəxs2 isə 13 iyun 2024-cü il tarixdə Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən “SPAR Market” mağazasındakı ödəmə terminalı vasitəsilə 2000 manat vəsait köçürməsi öz təsdiqini tapmışdır. Habelə Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 ifadələrində göstərdikləri intervalda, yəni 2024-cü ilin iyun ayında həmin kart hesabına 1000 manat və 2000 manat pul vəsaitləri köçürülmüşdür. Qeyd edilən vəsaitlər İmişli rayonu ərazisində olan bankomatlar vasitəsilə nağdlaşdırılmışdır. (iş.v. 192-196, 206 İ cild) 21 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X10 təqsirləndirilən şəxs qismində cəlb olnunmuş və ona Azərbaycan Respublikası CM-in 178.2.4, 29,178.2.4 və 310-cü maddələri ilə ittiham elan edilmişdir. (iş.v. 207-218, İ cild) 21 oktyabr 2024-cü il tarixli, “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işinin Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinə dair faktlara görə hissəsi üzrə xüsusatlara ayrıca icraatda hüquqi qiymət verilməsi nəzərə alınmışdır. İş üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ilkin ifadəsində X6 təlimat və tapşırığı ilə özünü Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etməsi, imtahandan kəsilmiş müəllimlərin nəticələrini onların xeyrinə dəyişə biləcəyini, bunun müqabilində Elm və Təhsil Nazirliyinin vəzifəli şəxsinə özü vasitəsilə pul verməli olduqlarını deməsi, Əfsanə Abdullayevanın imtahandan kəsilmiş müəllimlərin imtahan nəticələrini özünün dəyişdirəcəyini və məsələ həll edildikdən sonra, aldığı vəsaiti aralarında böləcəklərinə dair razılaşmaları barədə göstərilən xüsusatlar özünün sonrakı ifadəsi, habelə iş üzrə dindirilmiş şahidlərin ifadələri, baxış protokolları, əldə olunmuş müvafiq rəsmi və digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam təsdiq olunmadığından həmin dəlillər sübut kimi qəbul olunmadan rədd edilmişdir. (iş.v. 1-77, İİ cild) 21 oktyabr 2024-cü il tarixli, “birgə istintaq qrupunun yaradılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, İ dərəcəli hüquqşünas X11 rəhbərliyi ilə Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X18 ibarət tərkibdə birgə istintaq qrupu yaradılmışdır. (iş.v. 78-79, İİ cild) 21 oktyabr 2024-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 80, İİ cild) 25 oktyabr 2024-cü il tarixli, “zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi qismində həmin Nazirliyin Hüquq şöbəsinin Hüquqi ekspertiza sektorunun müdiri Nümayəndə tanınmışdır. (iş.v. 113, İİ cild) 25 oktyabr 2024-cü il tarixli, “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2024-cü il tarixdə, elan edilmiş ittiham əlavə və dəyişikliklər edilmədən qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 21 oktyabr 2024-cü il tarixli qərarla X6 barəsində Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 32.4, 312-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və ona həmin maddə ilə ittiham elan edilməsi istisna olunmuşdur. Təqsirləndirilən şəxs 13 avqust 2024-cü il tarixdə şahid qismində dindirilərkən verdiyi ifadəsində X6 təlimat və tapşırığı ilə özünü Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etməsi, imtahandan kəsilmiş müəllimlərin nəticələrini onların xeyrinə dəyişə biləcəyini, bunun müqabilində Elm və Təhsil Nazirliyinin vəzifəli şəxsinə özü vasitəsilə pul verməli olduqlarını deməsi, Əfsanə Abdullayevanın imtahandan kəsilmiş müəllimlərin imtahan nəticələrini özünün dəyişdirəcəyini və məsələ həll edildikdən sonra aldığı vəsaiti aralarında böləcəklərinə dair razılaşmaları barədə göstərdiyi özünümüdafiə xarakterli xüsusatlar iş üzrə dindirilmiş şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri, baxış protokolları, əldə olunmuş müvafiq rəsmi və digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam təsdiq olunmadığından həmin dəlillər sübut kimi qəbul olunmadan rədd edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş 7000 manat maddi ziyanın könüllü olaraq tamamilə ödənilməsi Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Zərərçəkmiş şəxs4, habelə şəxsiyyəti istintaqla dəqiq müəyyən edilməyən Maycahan adlı şəxsin əməlində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından barələrində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə 14 oktyabr 2024-cü il tarixli qərarlarla zərərçəkmiş şəxs qismində tanınmaları nəzərə alınmışdır. Zərərçəkmiş şəxs1 21 oktyabr 2024-cü il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınması, Həmin Nazirliyin Hüquq şöbəsinin Hüquq şöbəsinin Hüquqi ekspertiza sektorunun müdiri Nümayəndə 25 oktyabr 2024-cü il tarixli qərarla zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınması nəzərə alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs4 ilkin izahatına əlavə etdiyi 01 ədəd qəbz, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində dindirilməsi haqqında protokola əlavə etdiyi 01 ədəd qəbz, X5 ərizəsinə əlavə etdiyi 01 ədəd kompakt diskin dublikatı, Baş İdarənin Əməliyyat təminatı şöbəsindən daxil olmuş 06 avqust 2024-cü il tarixli məktuba əlavə edilmiş 02 ədəd kompakt diskin dublikatı, "xxxx" ASC-dən daxil olmuş məktuba əlavə edilmiş 03 vərəqə hesabdan çıxarış cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığından maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Təqsirləndirilən şəxs gəlir məlumatlarından müəyyən olunmuşdur ki, o, yaşa görə dövlətdən pensiya alır. Zərərçəkmiş şəxs2 05 dekabr 2024-cü il tarixdə, məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 04 dekabr 2024-cü il tarixdə, məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxs İmişli rayon sakini Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tam şəkildə ödəmişdir, ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 06 dekabr 2024-cü il tarixdə, məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxs xx xxxxxx 1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır. Zərərçəkmiş şəxs3 11 yanvar 2025-ci il tarixdə, məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxs İmişli rayonu Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayəti yoxdur. 22 oktyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 22 oktyabr 2024-cü il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 82-84, 106-108, İİ cild) Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, məhkəmə ekspertiza rəyini, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, sorğulara alınmış cavabları, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinə əsasən özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə—min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmə niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş kifayət qədər mötəbər sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş və özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 178.2.4 və 310-cu maddələri ilə düzgün tövsif edilmiş, onun cinayət əməlləri kifayət qədər toplanmış mötəbər sübutlarla təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında həmçinin qeyd olunmuşdur ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Hazırki iş üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müəllimlərin sertifikasiya imtahanından kəsilmiş şəxslərin imtahan nəticələrini müsbət həll etmək səlahiyyətləri olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə onlara imtahanda bal yazdırıraraq müəllimlik fəaliyyətlərini davam etdirmələrinə nail olacağını bildirmiş, onlardan aldığı vəsaitləri heçkimə verməyərək öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bununla da müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.3-cü maddəsinin tərkib əlamətləri yaranmır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1ci maddəsi ilə 18 aprel 2024-cü il tarixdə Füzuli RPŞ-də artıq bir dəfə cinayət məsuliyətinə cəlb edilməsindən azad edilmişdir. Qanunvericilik həmin cinayət əməli üzrə zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilməni ikinci dəfə nəzərdə tutmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə törətdiyi cinayət əməllərinə görə cinayət məsuliyyətindən təkrarən azad edilə bilməz, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsi və onun zərərçəkmiş hüquqi şəxs Elm və Təhsil Nazirliyinin nümayəndəsi istisna olmaqla, digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi yalnız cəzasını yüngülləşdirən hal kimi nəzərə alına bilər. Buna görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 178.2.4 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına aid edilir. Belə ki, CM-nin 178.2.4-cü maddəsinə əsasən iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 310-cu maddəsinə əsasən isə daha ağır cəza kimi üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata Füzuli RPŞ tərəfindən CPM-in 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. (iş.v. 97, İ cild) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam məbləğdə ödəməsi, Elm və Təhsil Nazirliyinin nümayəndəsi istisna olmaqla digər zərərçəkmiş şəxslərin onunla barışması, ondan heç bir şikayət və tələbinin olmaması barədə ərizələr təqdim etmələri məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal müəyyən olunmasa da, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti də nəzərə alındığı üçün məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs 2024-cü ildə bir dəfə CM-nin 178.1-ci maddəsi ilə dəymiş ziyanı ödədiyinə və zərərçəkmiş şəxslə barışdığınba görə cinayət məsuliyyətindən azad edilmiş, onun qeyd olunan cinayət əməllərini törətmək üçün Bakı şəhərinə Elm və Təhsil Nazirliyinin inzibati binasına gəlməsi, özünü vəzifəli şəxs kimi tanıtması, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsi, inzibati binadan mobil telefon vasitəsilə zərərçəkmiş şəxslərlə onlayn qaydada danışıqlar aparması və bunun müqabilində onları inandıraraq pullar alması onun əməlinin ictimai təhlükəliliyinə dəlalət edir və onun hərəkətləri cəmiyyətdə təhsil sisteminə olan inamın sarsılmasına, müəllim adına hörmətin azalmasına, cəmiyyətdə digər işgüzar müəllimlərin fəaliyyətlərinə zərbə vurmağa səbəb olan hərəkətlər kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində də qeyd olunduğu kimi təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. CM-in 43.1-ci maddəsinə əsasən ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə cəza növləri yalnız əsas cəza kimi tətbiq edilir CM-in 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. CM-in 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs yenidən cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını, 310-cu maddəsinin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına və CM-in 310-cu maddəsi ilə təqsirli bilinərək islah işləri cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs təyin olunan islah işləri cəzası Azərbaycan Respublikası CM-in 68.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 1 gününə islah işlərinin 2 günü hesabı ilə hesablanmaqla, ona təyin olunan cəzaları CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs4 ilkin izahatına əlavə etdiyi 01 ədəd qəbz, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində dindirilməsi haqqında protokola əlavə etdiyi 01 ədəd qəbz, X5 ərizəsinə əlavə etdiyi 01 ədəd kompakt diskin dublikatı, Baş İdarənin Əməliyyat təminatı şöbəsindən daxil olmuş 06 avqust 2024-cü il tarixli məktuba əlavə edilmiş 02 ədəd kompakt diskin dublikatı, "xxxx" ASC-dən daxil olmuş məktuba əlavə edilmiş 03 vərəqə hesabdan çıxarışın cinayət işi materiallarında saxlanması nəzərə alınmalı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsinə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi2 müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat məbləğində əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına və CM-in 310-cu maddəsi ilə təqsirli bilinərək 01 il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunan islah işləri cəzası Azərbaycan Respublikası CMin 68.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 1 gününə islah işlərininin 2 günü hesabı ilə hesablanmaqla, ona təyin olunan cəzaları CM-in 66.2-ci maddəsinə əsasən, qismən toplamaq yolu ilə qəti olaraq 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs4 ilkin izahatına əlavə etdiyi 01 ədəd qəbz, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində dindirilməsi haqqında protokola əlavə etdiyi 01 ədəd qəbz, X5 ərizəsinə əlavə etdiyi 01 ədəd kompakt diskin dublikatı, Baş İdarənin Əməliyyat təminatı şöbəsindən daxil olmuş 06 avqust 2024-cü il tarixli məktuba əlavə edilmiş 02 ədəd kompakt diskin dublikatı, "xxxx" ASC-dən daxil olmuş məktuba əlavə edilmiş 03 vərəqə hesabdan çıxarışın cinayət işi materiallarında saxlanması nəzərə alınsın. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsinə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Müdafiəçi2 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar