Məhkəmə qərarları › İş №1(010)-165/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-165/2020

16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-165/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Yolu küçəsi, ev 23 V, mənzil 5-də qeydiyyatda olan və yaşayan, xx xxx 2020-cı il tarixli qərarla şübhəli şəxs qismində tutulan, xx.xx.2020-ci il tarixli qərarla polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 2020-ci ilin yanvar ayında Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində 40 manat ödənişlə bir ədəd ağ sellefonda Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr siyahısına aid olan metadon alaraq əldə etmiş, narkotik vasitəni sol ayağında olan qara rəngli corabının içərisində saxlayaraq daşımış, xx xxx 2020-ci il tarixdə saat 04 radəlarində DİN-nin X4 Alayının 5-ci patrul bölüyünün əməkdaşları tərəfindən o, Bakı şəhəri. Suraxanı rayonu, Zığ qəsəbəsində yolun kənarında saxlanılıb, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi, 25 saylı ünvanda olan RPİ-nin 33-cü polis bölməsinə gətirilərək üzərinə baxış keçirilən zaman, sol ayağında olan qara rəngli corabın içərisindən bir ədəd ağ sellefonda Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr siyahısına aid olan və təsiredici maddəsinin miqdarı 0,16 qram təşkil edən 4 ədəd tablet narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs orlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir ki, narkotik vasitələrdən istifadə edir. Belə ki, əsasən narkotik vasitənin şüşə növündən çəkmək, tiryəkdən isə atmaq yolu ilə istifadə etmiş, son bir neçə aydır ki, bədənində olan ağrılara görə metadon kimi tanıdığı preparatı qəbul etmişdir. Narkotik vasitələri Bakı şəhərinin müxtəlif ərazilərindən, tanımadığı şəxslərdən almışdır. Tutulduqdan bir neçə gün əvvəl Səbail rayonunun Bayıl qəsəbəsində tanımadığı şəxsdən 10 manat pul müqabilində bir atımlıq tiryək kimi tanıdığı narkotik vasitəni alıb atmaq yolu ilə qəbul etmişdir. Sonuncu dəfə isə xx.xx.2020-ci il tarixdə səhər saatlarında Bayıl qəsəbəsində, tanımadığı şəxsdən 20 manat pul müqabilində bir büküm şüşə kimi tanıdığı narkotik maddə alıb həmin günü günorta radələrində çəkmək yolu ilə istifadə etmişdir. 2020-ci ilin yanvar ayında Bakı şəhəri, Xəzər rayonunun Mərdəkan qəsəbəsində olmuş, həmin vaxt təsadüfən bir nəfər şəxs ilə rastlaşmış və ondan 40 manat pul ödəyərək metadon kimi tanıdığı preparatı almışdır. Həmin preparat ağ rəngli kiçik sellofanın içərisində olmuş və həmin günü o, bir ədəd metadonu istifadə etmişdir. Qalan 4 ədədini isə ayağında olan corabının içərisində gizlətmişdir ki, sonradan istifadə etsin. xx.xx.2020-ci il tarixdə, təxminən saat 04 radələrində o, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində idarə etdiyi Chevrolet Aveo markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilində olmuş və həmin vaxt iki nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. O, polis əməkdaşlarına özünü təqdim etmiş, üzərində narkotik tərkibli dərman preparatları saxladığı üçün həyəcanlanmış və şübhəli hərəkətlər etməyə başlamışdır. Bundan sonra polis əməkdaşları onu sorğu-sual etmiş, bu zaman o, polis əməkdaşlarına üzərində narkotik tərkibli dərman pereparatları, yəni metadon dərmanlarını saxladığını bildirmişdir. Bu səbəbdən də polis əməkdaşları onu Suraxanı RPİ-nin 33-cü polis bölməsinə gətirmişlər. PB-də xidməti otaqların birinə vəkil dəvət etmişlər və vəkilin iştirakı ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra vəklin və polis əməkdaşlarını iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. Bu zaman o, üzərində saxladığı, içərisində narkotik tərkibli dərman preparatları olan, yəni, metadon dərmanları olan bükülünü sağ ayağında olan qara rəngli corabın içərisindən çıxarıb təqdim elmişdir. Daha sonra büküm açılmış və oradan dərman preparatları aşkar etmişlər. Baxış zamanı narkotik tərkibli dərmanları hansı yolla əldə etməyi barədə sual verilmişdir. O, polis əməkdaşlarına bildirmişdir ki, üzərində aşkar edilmiş metadon kimi tanıdığı narkotik tərkibli dərman preparatıdır, təxminən 4 ay bundan əvvəl Xəzər rayonunun Mərdəkan qəsəbəsində tanımadığı şəxsdən 40 manat pul ödəyərək 5 ədəd almış, lakin həmin gün bir ədədini istifadə etmiş və qalan 4 ədədini isə sonradan qəbul etmək üçün mütəmadi olaraq üzərində gəzdirir. Aşkar edilmiş dərman pereparatları polis əməkdaşları tərəfindən götürülərək, iştirakçıların iştirakı ilə qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, qablaşdırılmış zərflər özü və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis bölməsinin həyətində olan Chevrolet Aveo markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zaman avtomobildə hər hansı bir qanunsuz əşya olması barədə sual verilmiş və avtomobilində qanunsuz əşya olmamasını deməmişdir. Polis əməkdaşları avtomobilinə baxış keçirilmiş və avtomobildən qanunsuz əşya aşkar edilməmişdir. Narkotik vasitə dərman preparatlarını yalnız özü istifadə etmək üçün əldə elmişdir. Narkotik vasitəni heç kimə satmaq və ya vermək niyyəti ilə əldə etməmişdir. Üzərindən aşkar edilmiş narkotik tərkibli metadon dərman preparatından başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamışdır. Narkotik vasitələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Üzərində narkotik tərkibli metadon dərman preparatı olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin X4 Alayının 7-ci patrul bölüyünün polis nəfəri işləyir və polis sercantı rütbəsindədir. xx xxx 2020-ci il tarixdə iş yoldaşı, polis sercantı Şahid2 ilə Bakı şəhəri, Suraxanı rayonunun Zığ qəsəbəsində xidməti avtomobil ilə xidmət aparmışdır. Həmin gün saat 04:40-da qeyd etdiyi yerdə **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil diqqətini cəlb etmiş və iş yoldaşı Rasim ilə avtomobildən düşərək, həmin avtomobilə yaxınlaşmışdır. Həmin avtomobildə bir nəfər şəxs olmuş və həmin şəxsə özlərini təqdim etmişlər. Həmin şəxs özünü şübhəli aparmış və özünü Təqsirləndirilən şəxs kimi təqdim elmişdir. Həmin şəxs ilə sorğu-sual zamanı onun danışıqlarından və hərəkətlərindən narkotik vasitənin təsiri altında olması onlarda şübhə doğurmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını demişdir. Bundan sonra Vüqara birlikdə polis bölməsinə getməyi təklil etmiş, sonuncu da heç bir etiraz etməyərək razılaşmışdır. Həmin şəxsin idarə etdiyi **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü polis bölməsinə gəlmiş, polis bölməsinin rəisinə raportla aidiyyəti üzrə məruzə etmiş və polis bölməsində həmin şəxsin Bakı şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sonra polis bölməsinə vəkil dəvət edilmiş, vəkilin və onların iştirakı ilə polis bölməsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində və avtomobilində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmişdir. Bu zaman Vüqar avtomobilində qanunla qadağan olunmuş əşya və predment olmamasını bildirib heç bir etiraz etməyərək özü könüllü olaraq sağ ayağında olan qara rəngli corabının içərisindən bir ədəd ağ sellofan çıxarıb təqdim elmişdir. Həmin sellofanın içərisinə baxdıqda, ümumilikdə 4 ədəd dərman prepatarları aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin dərmanları haradan və hansı yolla əldə etməsi barədə sual verilmiş, sonuncu da demişdir ki. həmin dərmanlar metadon kimi tanıdığı narkotik vasitədir və 4 ay əvvəl Xəzər rayonunun Mərdəkan qəsəbəsində tanımadığı şəxsdən özünün istifadəsi üçün 40 manat pul ödəyərək 5 ədəd almış, lakin bir ədədini həmin günü istifadə etmiş, qalan 4 ədədini isə bədənində ağrılar olduğundan lazım olduqda istifadə etmək üçün üzərində saxlayıb gəzdirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Aşkar edilmiş dərmanlar baxışda iştirak edən şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə baxışda iştirak şəxslər və özü imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol oxunmuş, protokolun doğruluğuna adları yuxarıda göstərdiyi şəxslər, həmçinində özü imza etmişdir. Bundan sonra bölmənin həyətində olan Vüqarın idarə etdiyi Chevrolet Aveo markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobildən qanunsuz heç bir əşya aşkar ediməmişdir. Bu barədə də protokol tərtib olunmuş, protokol oxunmuş, protokolun doğruluğuna adlarını yuxarıda göstərdiyi şəxslər, həmçinində özü imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Məhəmmədəli oğlu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 23V, mənzil 5-də qeydiyyatdadır və həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun kiçik oğludur və onlar birlikdə yaşayır. Oğlu əvvəllər daima özünü normal aparmış və evə vaxtı-vaxtında gəlmişdir. Oğlunun heç vaxt spirtli içki içməsini, siqaret və narkotik vasitə istifadə etməsini görməmiş və eşitməmişdir. Özünə məxsus Chevrolet Aveo markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, lakin həmin avtomobili idarə etmir. Belə ki, avtomobili oğlu Vüqara vermiş, ona görə də avtomobili oğlu idarə etmişdir. Oğluna avtomobili idarə etməsi üçün etibarnamə vermişdir. xx xxx 2020 ci il tarixdə yaşadığı evdə olmuş, həmin günü mobil telefonuna zəng gəlmiş, telefona cavab verdikdə, özünü Suraxanı RPİ-nin 33cü polis bölməsinin əməkdaşı kimi təqdim edən şəxs oğlu Vüqarın üzərindən narkotik vasitə aşkar edilməsini və şübhəli şəxs kimi saxlanılmasını bildirmişdir. Sonradan məlum olmuşdur ki, oğlu yaşadığı mənzilin yaxınlığında həyətdə olarkən, avtomobilin içərisində polis əməkdaşları tərəfindən saxlanılmış və üzərindən narkotik vasitə aşkar edilmişdir. Oğlunda narkotik vasitə olması barədə bilməmiş və bu barədə məlumatı olmamışdır. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx xxx 2020ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixində saat 06:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu. Zığ qəsəbəsi ərazisində yolun kənarında saxlanılaraq Suraxanı RPi-nin 33-cii polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman, sonuncunun sağ ayarında olan qara rəngli corabının içərisindən bir ədəd ağ sellofanda 4 ədəd konvalyuldakı dərman prepatarları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin dərmanların nə olmasını və hansı yolla əldə etməsi barədə sual verilir, sonuncu da bildirir ki, həmin dərmanların metadon kimi tanıdığı narkotik vasitədir və 4 ay əvvəl Xəzər rayonu. Mərdəkan qəsəbəsində tanımadığı şəxsdən özünün istifadəsi üçün 40 manat pul ödəyərək 5 ədəd almış, lakin bir ədədini həmin günü istifadə etmiş, qalan 4 ədədini isə bədənində arrılar oldurundan lazım olduqda istifadə etmək üçün üzərində saxlayıb gəzdirmişdir. Aşkar edilmiş büküm baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb Suraxanı RPG-nin 33-cü PB-nin 171 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli 1/3026 saylı «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sidiyində MOP aşkar edilmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli 1/3026 saylı «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs orlu xx xxx 2020-ci il tarixdə müayinədən keçirilmiş və onda tiryək aşkar edilmişdir. İş materiallarında olan məhkəmə ekspertizasının xx xxx 2020-ci il tarixli 6/996 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində: “...4 ədəd psixotrop maddəyə bənzər predmet (Təqsirləndirilən şəxs) Qablaşdırıldı: Təhqiqatçı Q.Poladlı (imza)" və s. qeydlər olan zərfdəki “Methadone 40" yazılı blister kəsiklərindəki 4 ədəd, üzərində "F/M40" göstəricisi olan tabletlər təsir maddəsinin ümumi miqdarı 0.16 qram təşkil edən eyni tərkibli narkotik vasitə - metadondur. Metadon Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanuni ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr (Siyahı İİ) siyahısına daxildir. Azərbaycan Respublikası DGN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs orlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 2091 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs orlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd, üzərində ‘T7M40" göstəricisi olan tabletlər, təsir maddəsinin ümumi miqdarı 0.16 qram təşkil edən eyni tərkibli narkotik vasitə - metadon iş üçün mühüm əhəmiyyət kəsb eldiyindən maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş götürülən 4 ədəd, üzərində “F/M40” göstəricisi olan tabletlər, təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən eyni tərkibli narkotik vasitə - metadon ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 3 ədəd Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasının içərisində xidməti otaqda baxış keçirilən zaman çəkilmişözündə videogörüniitləri əks etdirən bir ədəd DVD disk işçinin mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan xx xxx 2020-cı il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, sonuncuya qərar elan olunduqdan sonra həbsdə saxlandığı Suraxanı RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, materialların məhkəmə ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı metadon olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,02 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs orlu ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin 33-cü PB-də saxlanılan, 4 ədəd, üzərində ‘T7M40" göstəricisi olan tabletlər, təsir maddəsinin ümumi miqdarı 0.16 qram təşkil edən eyni tərkibli narkotik vasitə - metadon məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 108,46 (yüz səkkiz manat, qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 01 gün müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin 33-cü PB-də saxlanılan, 4 ədəd, üzərində ‘T7M40" göstəricisi olan tabletlər, təsir maddəsinin ümumi miqdarı 0.16 qram təşkil edən eyni tərkibli narkotik vasitə - metadon məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 108,46 (yüz səkkiz manat, qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar