Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-165/2021 11.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 26 – 28 yanvar 2021ci il tarixləri üzrə tutulmuş, müstəntiqin 28 yanvar 2021ci il tarixli qərarı ilə barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarına əsasən barəsində axtarış elan olunmaqla «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilmiş, həmin qərara əsasən 08 iyul 2021-ci ildə polis əməkdaşları tərəfindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmiş və göstərilən tarixdən etibarən «həbsdə» saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 yanvar 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,436 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 26 yanvar 2021-ci ildə saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 33cü PB-nə gətirilmiş, bölmədə izahat verən zaman Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən sahibsiz yarımtikililərin birində özünə məxsus olan narkotik vasitəni saxladığını bildirmiş, polis əməkdaşlarının və dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H Allahverdiyev küçəsində yerləşən nömrəsiz yarımtikiliyə baxış keçirilərkən tikilinin girişi ilə üzbəüz divarda, tüstü borusunun içindən 01 ədəd bükümdə təmiz çəkisi 0,436 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, narkotik vasitə olan heroini təqribən 9 – 10 ildir ki, inyeksiya yolu ilə qəbul edirdi. Zığ qəsəbəsində üzdən tanıdığı, lakin şəxsiyyəti barəsində məlumatı olmadığı şəxsdən 24 yanvar 2021-ci ildə şəxsi istifadəsi üçün 20 manata narkotik vasitə «kakos» almış, həmin narkotiki ara-sıra istifadə etməsi üçün Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində sürüşmə zonasında yerləşən sahibsiz yarımtikilidə saxlamışdır. 26 yanvar 2021-ci ildə saat 12 radələrində Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən, Zığ qəbiristanlığının yaxınlığında ona iki nəfər mülki geyimli şəxs yaxınlaşıb, özlərini polis əməkdaşları kimi təqdim edərək Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Onlarla birlikdə 33-cü PB-nə gəlmiş, bölmədə otaqların birində üzərinə videoçəkilişdən istifadə olunmaqla baxış keçirilmişdir. Bu zaman üzərindən qeyri-qanuni heç nə aşkar edilməmiş, lakin o, narkotik vasitə istifadə etdiyini, həmçinin kondisioner motoru oğurladığını etiraf etmişdir. Sonra kondisionerin motorunu və narkotik vasitə «kakosu» saxladığı yeri göstərmək üçün polis əməkdaşları ilə birlikdə Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində sürüşmə zonasında yerləşən sahibsiz yarımtikiliyə yollanmış, orada müdafiəçisinin iştirakı ilə tikiliyə baxış keçirilmiş, bu zaman tikilinin girişindən sağ tərəfdə divara söykənmiş kondisionerin motorunu göstərmişdir. Bundan sonra evin girişi ilə üzbəüz divarda yerləşən tüstü borusunun içindən 01 ədəd siqaret kağızında, içərisində narkotik vasitə olan bükülünü çıxardıb polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə «kakos»dur. Həmin büküm iştirakçıların yanında zərfə qoyulmuş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, möhürlənmiş və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Qeyd edir ki, kondisionerin motorunu ünvan 3 ünvanda yerləşən qarajın küçədə olan hissəsindən saxlanıldığı vaxtdan təqribən 1 – 2 gün əvvəl oğurlayıb. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Suraxanı RPİ-nin 33-cü PB-nin sahə rəisi vəzifəsində çalışır. 26 yanvar 2021-ci ildə Təqsirləndirilən şəxs narkotik maddə əldə etməsi, üzərində saxlaması, istifadə etməsi və oğurluq etməsi barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 33-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 12:30-da Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ qəbiristanlığının yaxınlığında dayanmış xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək vəsiqələrini göstərib Suraxanı RPİnin 33-cü PB-nin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra ona narkotik maddə əldə etməsi, üzərində saxlaması, istifadə etməsi və oğurluq etməsində şübhəli olduğu bildirmişlər və üzərində şəxsi axtarış həyata keçirilməsi zəruri yarandığını deyib onu Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Sonuncu da razılaşmış və onlarla birlikdə 33-cü PB-nə gəlmişdir. 33-cü PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları və vəzifələri izah edildikdən sonra, müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd alışqan, içərisində 3 ədəd siqaret olan siqaret qutusu, həmin gödəkcənin sağ yan cibindən 35 qəpik metal pul və bir paket “Nimesil” adlı dərmanı çıxarıb təqdim etmiş və üzərində başqa heç nə olmadığını, narkotik vasitə qəbul etdiyini və yaşadığı yarımçıq tikilidə narkotik vasitə və bir ədəd oğurladığı kondisioner motoru olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən yarımtikili evə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs həmin yarımtikili evdə girişdən sol tərəfdə yerləşən divara paralel şəkildə yerə qoyulmuş bir ədəd kondisioner motorunu təqdim edərək həmin kondisioneri Zığ qəsəbəsində yerləşən gözəllik salonunun arxa tərəfindən açıb oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin evin girişlə üzbəüz yerləşən divarındakı tüstü borusunun içərisindən bir ədəd siqaret kağızı bükümündə olan bükülünü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Həmin bir ədəd büküm götürülərək zərfə qablaşdırılmış və möhürləndikdən sonra üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Axırda evə baxış keçirilmiş və hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra isə bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən həmin protokol imza edilmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 26 yanvar 2021-cı il tarixli 6/352 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №171” möhür əksi, “Təqsirləndirilən şəxs... təqdim etdiyi” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,436 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir». 10 mart 2021-ci il tarixli 727 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində azyaşlı uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalı, o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,386 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 159 (yüz əlli doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 – 28 yanvar 2021-ci il tarixləri üzrə tutulduğu 02 gün və 08 iyul 2021-ci il tarixindən bu günədək həbsdə saxlanıldığı 03 (üç) ay 03 (üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,386 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 159 (yüz əlli doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-165/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-165/2021
11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver