Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-167/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin hakimi Əliyev Kəramət Fətəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1990-cı ildə Yardımlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli-himayəsində 2 azyaşlı övladı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, 08.02.2021-ci il tarixdən haqqında başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunmasına dair işə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,473 qram kustar üsulla hazırlanmış narkotik maddə heroini qanunsuz olaraq əldə edib əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlayıb, daşımış, 06.02.2021-ci il tarixdə saat 17:00-da Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilmiş, video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılarkən şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş, bir bükümdə təmiz çəkisi 0,473 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi ibtidai istintaq və məhkəmə baxışında verdiyi ifadələri, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllərdə narkotik vasitədən istifadə etmişdir. 06.02.2021-ci il tarixdə Bakı şəhərində olarkən xalası oğlu İlqarla görüşmüş, sonra İlqarın tanışı Elçinlə görüşərək narkotik vasitə əldə etmək qərarına gəlmişlər. Razılaşaraq birlikdə Yasamal rayonunda “kubinka” adlanan əraziyə gedərək adını tanımadığı şəxsdən hər bir öz istifadəsi üçün 10 manata bir büküm heroin alıb Suraxanı rayon ərazisinə gəlmişlər. Birlikdə Suraxanı rayonunda gəzişib söhbət edib, saat 17 radələrində Əmircan qəsəbəsində, N.Mustafayev küçəsində olarkən mülki şəxslər yaxınlaşaraq polis əməkdaşları olmalarını bildirib onları 31-ci Polis Bölməsinə aparmışlar. Polisdə hər biri ayrı otağa aparılmış, sonradan müdafiəçi dəvət olunmuş və video çəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxışdan əvvəl üzərində, cibində qanunsuz saxlanılan əşya varsa təqdim edilməsi təklif olunmuş, o da şalvarının cibində olan, “kubinka” adlanan ərazidə tanımadığı şəxsdən aldığı bir büküm narkotik vasitə olan heroinı çıxararaq təqdim etmişdir. Bir bükümdə olan narkotik vasitə zərfə qoyularaq bağlanmış, bu barədə protokol yazılmış, o da imzalamışdır. Sonradan bilmişdir ki, onunla birlikdə olan İlqar və Elçindən də narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitəni şəxsi istifadəsi üçün alaraq üzərində saxlamış, buna görə peşmandır, iki azyaşlı övladı var köməklik olunmasını xahiş edir. Üzərində narkotik vasitə aşkar edildiyi müddətdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, idman kompleksinin yanında fərdi evdə yaşasa da, hazırda Yardımlı şəhərində ailəsinin yanında qalır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Adları “Murad”, “İlqar” və “Elçin” olan şəxslərin Əmircan qəsəbəsində yerləşən 42 saylı poçtun qarşısında narkotik vasitə olan heroin əldə etdikləri və üzərlərində saxlamalarına dair məlumat daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə olunmuş, əməliyyat axtarış tədbirlərinin keçirilməsinə razılıq verilmişdir. Bundan sonra əməliyyat qrupu 06.02.2021-ci il tarixdə saat 17 radələrində göstərilən əraziyə gələrək Murad, İlqar və Elçini 31-ci Polis Bölməsinə aparmışlar. Bölmədə təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunmuş, video çəkiliş aparılmaqla Muradın üzərinə baxış keçirilmişdir. Baxışdan əvvəl Murada təklif olunmuşdur ki, üzərində narkotik vasitə və digər qanunsuz əşya varsa təqdim etsin. O da şalvarının cibindən içərisində narkotik vasitə heroin olan bir büküm çıxararaq təqdim etmiş, narkotik vasitəni “kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Digər şəxslərin üzərinə baxış keçirilərkən, onlardan da narkotik vasitə aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da ifadələrində Şahid1 göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə tədqiq olunan Suraxanı RPİ-in NMB-nin əməliyyat müvəkkilinin 06.02.2021-ci il tarixli raportunda göstərilir ki, “Elçin”, “Murad” və “İlqar” adlı şəxslər Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 42 saylı poçtun qarşısına gələrək narkotik vasitə əldə edib saxlamaqla istifadə edirlər. Məhkəmədə tədqiq olunan Suraxanı Rayon Polis İdarəsinin 06.02.2021-ci il tarixli 096-9721-1221 saylı əmrinin surətindən, həmin tarixli əməliyyat qrupunun yaradılmasına dair protokoldan və “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan aydın olur ki, “Elçin”, “Murad” və “İlqar” adlı şəxslərin cinayət əməllərinin ifşa edilməsi, yaxalanması, narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat qrupu yaradılmış, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkilinin 06.02.2021-ci il tarixli raportunda göstərilmişdir ki, “Elçin”, “Murad” və “İlqar” adlı şəxslər qanunsuz olaraq narkotik vasitələrin saxlanması və istifadəsində şübhəli olduqlarından Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 42 saylı poçtun qarşısında saxlanılaraq 31-ci Polis Bölməsinə gətirilmişlər. Məhkəmədə tədqiq olunan 06.02.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan aydın olur ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Belə ki, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs qərarla tanış edilmiş, üzərində narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və sənədləri varsa könüllü təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxararaq təqdim etmiş, baxıldıqda bükümdə heroinə oxşar maddənin olması müəyyən olunmuşdur. Bu barədə protokol yazılmış və iştirakçılar tərəfindən imzalanmış, narkotik vasitəyə oxşar maddə zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. Məhkəmə baxışı zamanı çəkiliş aparılmış DVD diskə baxış keçirilməsinə dair tərtib edilmiş 15.02.2021-ci il tarixli protokol tədqiq olunarkən və DVD diskə baxış keçirilərkən protokolda göstərilənlər bir daha təsdiq edilmiş və Təqsirləndirilən şəxs bildirmişdir ki, cibindən çıxararaq təqdim etdiyi bir bükümdə olan narkotik vasitə olan heroindir, saxlanmamışdın bir neçə saat əvvəl Yasamal rayonu ərazisində yerləşən “kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdır. Məhkəmədə tədqiq olunan Məhkəmə fiziki-kimyəvi ekspertizasının 07.02.2021-ci il tarixli 6/557 saylı rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş üzərində “... vətəndaş Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,473 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Məhkəmədə tədqiq olunan X4 tibbi yoxlama ekspertizasının 14.04.2021-ci il tarixli 1091 saylı rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Yardımlı şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi 01.04.2021-ci il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı müddətdə ictimai davranış qaydalarına əməl etmiş, qonşuları, ailə üzvləri, şəhər sakinləri ilə münasibəti normal olmuş, birgə yaşayış qaydalarına həmişə əməl etmiş, haqqında nümayəndəliyə, inzibati orqanlara şikayət daxil olmamışdır. Cinayət işində olan doğum haqqında şəhadətnamələrin surətlərindən aydın olur ki, Təqsirləndirilən şəxs 01.05.2015-ci ildə anadan olmuş Heydər adlı və 08.12.2016-cı ildə anadan olmuş Nizami adlı iki azyaşlı övladı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış 22.02.2021-ci il tarixli tələbnamədən və Yardımlı Rayon İcra və Probasiya şpöbəsi tərəfindən verilmiş 23.04.2021-ci il tarixli P-29 saylı məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 22.07.2013-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2800 manat cərimə olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 20.05.2016-cı il tarixli Qanuna əsasən Yardımlı Rayon Məhkəməsində tənzimlənmə barədə təqdimata baxılmış, 19.07.2016-cı il tarixli 7(038)-11/2016-cı il saylı qərarla Təqsirləndirilən şəxs əməli CM-nin 177-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yaratmadığından o cəzadan azad olunmuş və məhkumluğu olmayan .şəxs hesab olunmuşdur. Cinayət işində olan qərarların surətlərindən aydın olur ki, Təqsirləndirilən şəxs 06.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08.02.2021-ci il tarixdə başqa yerə getməmək haqda iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan 22.04.2021-ci il tarixli qərardan aydın olur ki, ekspertiza tədqiqatından sonra qalan 0,423 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Suraxanı RPİ-in maddi sübutların saxlanması otağına təhvil verilmiş, bir ədəd şəxsi axtarış və götürmə zamanı aparılmış video çəkilişin görüntülərini əks etdirən DVD disk cinayət işinə əlavə olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərin edildiyini nəzərdə tutmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, narkomaniyadan müalicə kursu keçmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,423 qr təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs alınaraq X3, Kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41NABZ********************, SWİFT BİK:STREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab N: AZ43CTRE********************, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirdiyinə görə 60 manat dövlət hesabından tutularaq Bakı şəhəri 9 saylı vəkil bürosunun (VÖEN: ********** h./h ******************** Bank ABB Suraxanı filialı SWİF GODE İBAZAAZ2X, müxbir hesab: **********031, kod 805692, VOEN **********) hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 fevral - 08 fevral 2021-ci il tarixlərində tutulduğu 02 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli Yardımlı Rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, narkomaniyadan müalicə kursu keçmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alın İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,345 qr təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs alınaraq X3, Kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41NABZ********************, SWİFT BİK:STREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab N: AZ43CTRE********************, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirdiyinə görə 60 manat dövlət hesabından tutularaq Bakı şəhəri 9 saylı vəkil bürosunun (VÖEN: ********** h./h ******************** Bank ABB Suraxanı filialı SWİF GODE İBAZAAZ2X, müxbir hesab: **********031, kod 805692, VOEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: (sədrlik edən) Kəramət Əliyev.
Məhkəmə qərarları › İş №1(010)-167/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-167/2021
01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver