Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-167/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X8 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, müdafiəçisi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, 28 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 noyabr 2023-cü il tarixdə barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 09 oktyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsində Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayında evinin təmiri müqabilində ona verdiyi 3500 manat məbləğində pul vəsaitini apardığı təmir işlərini bəyənmədiyi üçün geri qaytarmasını tələb etməsi səbəbindən Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı istintaqa məlum olmayan deşici-kəsici alətlə qəsdən vuraraq Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz etməyən bir ədəd deşilmişkəsilmiş yarası və sol saidin səthi kəsilmiş yarası ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxsla onun arasında evin təmiri üçün ilkin mərhələdə danışıq olmayıb, Ramilin arvadı Mədinə ilə danışıq olmuşdur. O, Ramili evin təmirinə başladıqdan 1 ay sonra görmüşdür. Ramilin təmir olunan evində təxmini 7 nəfər usta və fəhlə işləyib. Həmin ustalar mərhələ-mərhələ işləyiblər. O, material daxil olmaqla evin təmiri üçün 3500 manata razılaşmışdır. Hətta sonradan o hesablayıb başa düşmüşdür ki, özünə heç bir xeyir qalmayacaq. Zərərçəkmiş şəxs ona hissə-hissə ümumilikdə 3500 manat məbləğində pul vermişdir. Belə razılıq əldə olunmuşdu ki, evin divarı sürtülüb suvaq olunmalı, tavan sökülüb alçıpan vurulmalı idi ki, tavana suvaq vurulmuş, işıq çəkilmiş və rənglənmişdir. Döşəmə sökülən hissə bərpa olunaraq yerinə parket vurulmuşdur, yonulub lak vurulmalı idi. Qonaq otağına ekran divarları yığılmış, emusiya olmalı idi. Kondisioner və qapı yerinə qoyulmuşdur, yalnız qapının şüşəsi taxılmamışdır. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxsla təmir etdiyi evdə görüşmüş, Ramilin təmir işlərindən yalnız emusiyanın rəngindən xoşu gəlməmiş və rəngin dəyişdirilməsini istəmişdir. Əlavə təmir işlərinin görülməsi üçün ümumilikdə 6000 manata razılaşmışlar. Hətta o artırılmış məbləğin ilkin olaraq 1000 manatını istəmişdir ki, işi davam etdirmək üçün material ala bilsin, qalan məbləği isə sonra verməsini bildirmişdir. Lakin Ramil ona artırılmış pulu verməmiş, buna görə aralarında narazıçılıq yaranmış və o, işi dayandırmışdır. Belə ki, işi bitirməyə tam az qalmışdı, yalnız parketi laklamaq lazım idi. Sonradan Ramil onun evinə çox aqressiv gəlmişdir. Ramil qapını döyəndə qapını o açmış, Ramili evə dəvət etmiş, Ramil isə həyətə daxil olmuş, evdə kameralar olduğunu görərək ona kənarda söhbət etmək üçün avtomaşınına minməyi təklif etmiş, o da razılaşıb onun avtomaşınına minmişdir. Yəni həmin vaxtı o, evə girməmiş, Ramil deyən kimi qapını bağlayıb onun avtomaşınına minmişdir, belə ki, Ramil gələn vaxt o yemək yeyirdi. Həmin vaxt əlində heçnə olmamış, hətta telefonu da evdə qalmışdır. Onlar Mədən küçəsində arxası qəbiristanlıq olan yerə getmişlər. Onlar avtomobildən düşərək maşının qabaq hissəsində dayanmışlar. Avtomobilin işığı yanılı olmuşdur və avtomobilin ön hissəsində kamera var idi ki, Ramil həmin kamera görüntülərini istintaqa təqdim etməkdən yayınmışdır. Onlar birbirlərindən bir metr aralıda dayanmışlar, aralarında mübahisə olsa da, əlbəyaxa dava olmamışdır. Sonra Ramil ondan “sən məni vurdun?” soruşmuş, o isə vurmadığını demişdir. Sonra Ramil avtomobilə minmiş, ona oturmağını deməmiş, özü avtomobilə oturmuşdur. Yanlarında şahid olmasa da, onun Ramilin avtomaşınına minib getməyini şahid görmüş və bu hadisədən bir qədər sonra həmin şahid onu gördüyünü demişdir. X13 Yardım Stansiyasının avtomaşınına qoyub xəstəxanaya aparılanda o da Ramillə getmək istəmiş, həkim ona bildirmişdir ki, avtomaşında yer yoxdur, buna görə də o elə orada qalıb gözləmiş, az sonra isə polis əməkdaşları gələrək onu polis bölməsinə aparmışlar. Ramil istintaq zamanı ifadə verərkən heç nə görmədiyini və vurulmadığını desə də, məhkəmə iclasında heç nə görmədiyini amma vurulduğunu deyir. Ramil özü onun evinə gəlir, qapıdan çıxan kimi Ramilin maşınına minib heç kimin olmadığı yerə gedirlər ki, Ramil onunla mübahisə etsin. İstintaqın istinad etdiyi yeganə sübut ekspertiza rəyidir. Rəydə göstərilir ki, xx.xx.2022-ci il tarixdə Ramil xəsarət alıb. Ramil bir ifadəsində deyir ki, “Cavadın yaxasından tutdum, bu vaxt qarnında ağrı hiss etmiş və “sən məni vurdun?” soruşmuşdur. Sonra onlar birlikdə maşına oturub poliklinkaya getmişlər.” Ramil başqa ifadəsində deyir ki, “Cavada şillə vurdum, mübahisə yarandı.” Ekspert rəyində göstərilib ki, Ramilin əlində də xəsarət var, amma Ramil bunu ifadəsində demir. Belə şübhə var ki, onun xəsarəti bu hadisədən əvvəl olub, qarnını tikdirib-tikdirmədiyi bilinmir və mübahisə olan zaman qarnından qan açılıb. Ramilin əlində xəsarət olması onun əvvəl xəsarət aldığını sübut edir. Ramil heç yerdə bıçaqla əlindən vurulduğunu demir, əksinə silahı görmədiyini deyir. Çünki ortada silah olmayıb. Ramil həmçinin ifadəsində bildirir ki, hadisə vaxtı əynində olan köynəyini çıxarıb istintaqa təhvil verib. Həmin köynəkdə hər-hansısa deşik, bıçağın yeri olsaydı istintaq orqanı köynəyi maddi sübut kimi tanıyardı. Ona görə maddi sübut kimi tanımır ki, hanısa xəsarətin onun tərəfindən yerinə yetirilmədiyi sübut olunacaq. Buna görə də istintaq orqanı həmin köynəyi aradan götürür. Ortada nə silah, nə də köynək var. Mülki iddiaya gəldikdə isə, iddia 3 hissədən ibarətdir. Birinci hissə törədilməsi istinad edilən əməldən əvvəl yaranmış dəymiş zərərlə bağlı münasibətdir ki, Ramil iddia ərizəsində həmin zərəri 3500 manat göstərib. Bu barədə mülki iddia verilə bilməzdi, çünki həmin zərərin törədilməsi istinad edilən əmələ aidiyyəti yoxdur. Belə ki, həmin zərərlə bağlı münasibət törədilməsi istinad edilən əməldən əvvəl yaranıb. İddianın digər hissəsi Ramilin almış olduğu xəsarətlə əlaqədar xəstəxanada 1000 manat xərc çəkməsidir amma Ramil sübut etmir ki, nə qədər vəsait və necə xərc çəkib. Ramil özü ifadəsində bildirir ki, Sabunçu xəstəxanasında müalicə olunmuşdur. Həmin xəstəxana dövlət xəstəxanasıdır və yaranmış məsrəflər sığorta ilə həll edilir, yəni o, heç bir xərc çəkməyib. İddianın digər hissəsi mənəvi zərərlə əlaqədardır ki, həmin zərərin aldığı xəsarətlə bağlı olması, yoxsa törədilməsi istinad olunan əməldən əvvəl yaranmış xərcə görə istəməsini Ramil ərizədə əsaslandırmayıb. Göstərilənlərə əsasən o, barəsində bəraət hökmü çıxarılmasını, iddianın çəkilmiş xərcə dair 3500 manat hissəsinin baxılmamış saxlanılması, iddianın qalan hissəsinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşadığı ünvan 3 ünvanını təmir etdirmək istəmişdir. Evində dayə işləyən Məlahət ona bildirmişdir ki, bacısının əri Cavad ustadır, təmir işləri ilə məşğul olur. O da Təqsirləndirilən şəxs ilə görüşmüş və evin təmirinə 6000 manata razılaşdıqdan sonra evin təmir olunması üçün ailəsi ilə birlikdə başqa evə köçmüşdür. İlkin olaraq Təqsirləndirilən şəxs işi başlamaq üçün 1000 manat məbləğində pul vermiş və daha sonra hissə-hissə 3000 manat, ümumi olaraq 4000 manat məbləğində pul vermişdir. Cavad ondan pəncərə və kondisioner üçün pul istəmiş, o, pulu Cavada vermiş amma Cavad nə pəncərəni, nə də kondisioneri evə quraşdırmamışdır. O, 2022-ci ilin sentyabr ayında evə baxan zaman heç bir təmir işlərinin aparılmadığını, əksinə daha da bərbad günə qoyulduğunu görüb Təqsirləndirilən şəxs irad bildirmişdir. Cavad isə ona təmiri alındıra bilmədiyini, başqa usta gətirməyini demişdir. O, bundan bərk əsəbləşmiş və ona vermiş olduğu 4000 manat məbləğində pulu geri tələb etmişdir. O, istintaq zamanı da 4000 manat tələb etdiyini demiş, 3500 manat ifadəsini ümumiyyətlə istifadə etməmişdir. Təqsirləndirilən şəxs isə heç nə etmədən evdən çıxıb getmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla telefonla əlaqə saxlamaq istəsə də o, zənglərə cavab verməmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində o, Təqsirləndirilən şəxs yaşadığı evə zənglərinə cavab vermədiyindən aqressiv vəziyyətdə getmişdir. Cavadın baldızını bəzən evinə taksi ilə yola saldığından və Cavadın evinin baldızının evinin qonşuluğunda olduğunu bildiyindən həmin yerə gəlmiş, məktəbin yanındakı mağaza tərəfdə evin yerini ətrafdakılardan soruşub öyrənmişdir. Qapını Təqsirləndirilən şəxs özü açmış, onu evə dəvət etsə də, o, evə girməkdən imtina etmiş və ondan zənglərinə cavab verməməyinin səbəbini soruşmuş, Cavad isə ona “belə də olur” ifadəsini işlətmişdir. O, da bundan daha da bərk əsəbləşmişdir. O, Cavada kənarda söhbət etməyi təklif edəndə Cavad razılaşmış və evə qayıdıb əynini dəyişib gəlib onun idarə etdiyi “Land Rover” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşmişdir. O, avtomaşını Suraxanı rayonu, Mədən küçəsinə heç kimin olmadığı yerə - Cavadın evindən 2 km aralıqda, həmin yerdə olan evdən 20-30 metr aralıqda sürüb saxlamışdır. O, avtomaşının işığını söndürdükdən sonra onlar yerə düşüb avtomaşının arxa tərəfinə keçmişlər. O, Təqsirləndirilən şəxs yenə pulunu tələb etmiş, Cavad isə pulu verməyəcəyini bildirmişdir. Bu zaman o, Cavada şillə vurmaq istəmiş amma əli boşa getmişdir. Sonra Cavadın yaxasından tutmuşdur. Cavad da bir əli ilə onun yaxasından tutub digər əli ilə qarın nahiyəsinə vurmuşdur və o, ağrı hiss etmişdir. O, əlini qarın nahiyyəsinə qoyanda nəm olduğunu hiss etmiş və baxanda qan axdığını görmüşdür. Həmin vaxt o, Cavada «məni vurdun?» sualını verəndə Cavad onu vurmadığını, bəlkə kəmərin dəmirinin qarın nahiyəsini deşdiyini demişdir. O isə Cavada kəmər taxmadığını bildirmişdir. Cavad onu kəsici-deşici alətlə vurmuş, amma nə ilə vurduğunu görməmişdir. Həmin vaxt Cavad içkili olmuşdur. O, Cavada avtomaşına əyləşməyini deyib özü də avtomaşına minmiş və təcili tibbi yardım stansiyasına sürmüşdür. Orada onu müayinə edib təcili tibbi yardım avtomaşını ilə xəstəxanaya yollamışlar. Cavad onunla təcili tibbi yardım avtomaşınına minməmiş və xəstəxanaya gəlməmişdir. Həmin mübahisə zamanı hava qaranlıq olmuş, orada heç kim olmamış, onları heç kim görməmişdir. Qana batmış paltarını müstəntiq götürüb ekpertizaya təqdim etmişdir. Həmin hadisə baş verdikdən sonra da onun tək məqsədi verdiyi pulu Cavadın geri qaytarması olmuşdur. Amma Cavad yenə də onu vurmadığını bildirərək pulu qaytarmaqdan imtina etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış, ondan şikayətçidir və bunun üçün də ona törətdiyi əməlinə görə müvafiq ağır cəza verilməsini, mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, ətir satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs onun müştərisidir. O, təxminən saat 19:00-20:00 radələrində Cavad və Ramil adlı şəxsin yanından keçərkən onların söhbət etdiyini görmüşdür. Həmin vaxt hava tam qaralmamışdı. Sonra dayanacaqda “104” saylı avtobusu gözləməyə başlamışdır. Dayanacaqla onların arasında məsafə təxminən 50-60 metr olardı. O, avtobusu gözlədiyi müddətdə ağ rəngli avtomobilin qarşısında Cavad və Ramil adlı şəxsin sakit qaydada söhbət etdiyini görmüş, onların mübahisə etdiyini görməmişdir. Aralarındakı məsafə yaxın olduğundan mübahisə olsaydı eşidərdi. Həmin vaxt avtomobilin işığı yandığından Ramil adlı şəxsin üzünü dəqiq görmüşdür və Ramil uzunqol köynək geyinmişdir. Daha sonra baxdıqda Cavad və Ramilin əvvəl dayandıqları yerdə olmadıqlarını görmüşdür. Sonra isə avtobus gəlmədiyindən taksiyə minib həmin yerdən uzaqlaşmışdır. Ümumi isə həmin yerdə təxminən 5-6 dəqiqə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (i.v. 31-34); cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işinin başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin İŞdə toplanmış 427/23 saylı material üzrə Suraxanı RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis mayoru Əli İsgəndərov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2022-ci il tarixli qərar ləğv edilmiş, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (i.v. 01-02); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 tərəfindən verilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/2250 saylı, xx.xx.2022-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu yüngül dərəcəlidir (i.v. 10); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 1192 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfüz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası və sol saidin səthi kəsilmiş yarası müəyyən edildi. Xəsarətlərdən deşilmiş-kəsilmiş yara iti uca və kəsici kənara malik deşici-kəsici alətin təsirindən törənmişdir, səthi kəsilmiş yara isə kəsici kənara malik alətin təsirindən törənmişdir, qeyd edilən xəsarətlər qərarda və tibbi sənəddə göstərilmiş xx.xx.2022-ci il tarixdə və şəraitdə törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına görə özü tərərfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 14-16); istintaq aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material aidiyyəti üzrə Suraxanı RPİ-nin İŞnə göndərilmişdir (i.v. 17-18); xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadələrini bir-birlərinin üzlərinə deyərək təsdiq etmişlər (i.v. 28-30); iş materiallarına Zərərçəkmiş şəxs aldığı xəsarətin fotocədvəlləri əlavə edilmişdir (i.v. 38-40); cinayət işinin icraata qəbul olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (i.v. 44); şübhəli şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır (i.v. 46); cinayət işinin icraata qəbul olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi Suraxanı RPİ İŞ-də icraata qəbul edilmişdir (i.v. 49); şəxsin könüllü gəlməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına könüllü gəlmişdir (i.v. 51); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 52); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış və qərar ona elan edilməklə, hüquq və vəzifələri izah edilmişdir (i.v. 54); zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış, ifadənin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadəni bir daha əyani olaraq göstərib təsdiq etmişdir və bu barədə fotoşəkillər protokola əlavə edilmişdir (i.v. 64-67); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Cəfərov X5 KQMBİ tərəfindən AR CM-nin 178.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə məsuliyyətə cəlb olunmuş, AR CPM-nin 40.3-cü maddəsi (AR CM 73-1.2) ilə işə xitam verilmişdir (i.v. 72-73); şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2023-cü il tarixdə saat 23:00-da tutulmuşdur (i.v. 83); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham ona elan edilmişdir (i.v. 92-93); xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadələrini bir-birlərinin üzlərinə deyərək təsdiq etmişlər (i.v. 107-110); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 113-114); vəsatətin rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla razı olmaması ilə bağlı xüsusat vəsatət kimi qəbul edilmiş və toplanmış sübutlarla öz təsdiqini tapmadığından əsassız hesab edilərək rədd edilmişdir (i.v. 115); toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış; iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 Suraxanı rayon şöbəsinin verdiyi məhkəmə tibbi ekspertizası üzrə xx.xx.2022-ci il tarixli, 1192 nömrəli rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmiş; iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolu və işdə olan digər istintaq materialları sübut növü kimi qiymətləndirilmiş; Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü və 221-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və qəbul edilmiş qərar toplanmış material ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir (i.v. 118-124); vəsatətin rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Saleh adlı şəxsin dindirilməsi ilə bağlı xüsusat vəsatət kimi qəbul edilmiş və toplanmış sübutlarla öz təsdiqini tapmadığından əsassız hesab edilərək rədd edilmişdir (i.v. 130-131); İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs mülki iddia qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs 4500 manat məbləğində maddi ziyan, 3000 manat mənəvi zərərin, ödənilmiş 95 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə tərəflərin fikirlərini dinləyərək yerində müşavirə etdikdən sonra mülki iddianı icraata qəbul etmişdir; Məhkəmənin sorğusuna Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına hər hansı bir geyim əşyası (qanlı köynək) təqdim olunmamış və maddi sübut kimi tanınmamışdır; “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşaqları – xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X6 vardır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin həm ibtidai araşdırma, həm də məhkəmə araşdırması dövründə ittiham edildiyi əməldə özünü təqsirli hesab etməyərək, zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmadığını və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, xüsusən üzləşdirmə protokolları, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs və şahid tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmadığını bildirsə də, verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını (CM-59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin mülki iddiası məhkəməyə təqdim edilmişdir. Mülki iddiada Təqsirləndirilən şəxs 4500 manat məbləğində maddi ziyan, 3000 manat mənəvi zərər, ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq mülki iddiaçıya ödənilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərin fikirlərini dinləyərək yerində müşavirə etdikdən sonra mülki iddianı icraata qəbul etmişdir. Məhkəmə iş üzrə mülki iddiaya aşağıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, işə mahiyyəti üzrə baxılması üçün müvafiq sübutlar təqdim edilmədiyindən, həmin mülki iddia baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 181-ci maddəsinə əsasən, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıda göstərilənləri edə bilər: 181.2.1-ci maddəsi - itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, habelə mümkün olan hallarda əmlakın natura şəklində ödənilməsini; 181.2.2-ci maddəsi - itirilmiş əmlakın satın alınmasına, həmçinin zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3-cü maddəsi - itirilmiş gəlirin ödənilməsini; 181.2.4-cü maddəsi - mənəvi ziyanın ödənilməsini; 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericilyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyn normalarının tətbiqinə yol verilir; 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər; 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir; 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edir; 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hisssində mülki iddianın həlli göstərilməlidir; 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması; Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 72-ci bəndində göstərilmişdir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə qeyd edir ki, mülki iddiaya iddia tələbini əsaslandıran hallarla bağlı zəruri sübutlar təqdim edilmədiyindən vurulmuş maddi zərərin real həcminin hazırkı cinayət işinin məhkəmə baxışı həddində müəyyən edilməsi mümkünsüzdür. Həmçinin, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən yuxarıda sadalanan nöqsanları aradan qaldırmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 noyabr 2023-cü il tarixdən 30 noyabr 2023-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Mülki iddia baxılmamış saxlanılsın və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-167/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-167/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver