Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-168/2020 12.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokuroğluğunun Dövlət X2 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərba - himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, ev 54-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zavod üsulu ilə keçmiş SSRl-də istehsal olunmuş, nömrəsi silinmiş 7.62 mm kalibrli, yivli odlu döyüş silahı hesab edilən, texniki cəhətdən saz və atəşə yararlı vəziyyətdə olan bir ədəd “Tokarev” (TT) konstruksiyalı tapançanı, həmin silahın komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli və 8 ədəd 7.62x25 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bir ədəd darağı, zavod üsulu ilə istehsal olunmuş, 7.62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan və s. həmin kalibrli silahlardan istifadə üçün nəzərdə tutulmuş atəşə yararlı, döyüş sursatı hesab edilən 02 ədəd patronu istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımaqla gəzdirmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 3,298 qram çəkidə kustar üsulla hazırlanmış, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in İ siyahısına daxil edilən narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən, naməlum şəraitdə və vaxtda əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxx 2020-ci il tarixdə saat 14:30-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında saxlanılaraq baş idarəyə gətirilib orada üzərində şəxsi axtarış aparılarkən, qanunsuz olaraq əldə edib əynində olan cins şalvarın arxa tərəfində kəmər hissədə gizlədib saxlamaqla daşıyaraq gəzdirdiyi nömrəsi silinmiş “Tokarev” (TT) konstruksiyalı odlu döyüş silahı hesab edilən bir ədəd tapança və həmin tapançanın darağında olan, döyüş sursatı hesab edilən 02 ədəd patron, həmçinin, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı təmiz çəkisi 3,298 qram çəkidə narkotik vasitə heroin əynindəki şalvarın ön sol cibindən 2 ədəd bükümdə, ayrılıqda təmiz çəkiləri 1,614 qram və 1,684 qram olmaqla aşkar edilərək götürülmüşdür. Bu əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, təxminən 06 ay bundan əvvəl fərdi işi ilə bağlı Siyəzən şəhərinə getmiş, orada işlərini qurtarıb asfalt yolun kənarına çıxmış və Bakı şəhərinə gedən maşın gözləməyə başlamışdır. Maşın gözləyən zaman yerdə, yoldan 3-5 metr aralı, bir ədəd ağ rəngli sellofan torbanın olduğunu görmüş, həmin torbanı açanda, onun içərisində bir ədəd TT tipli tapançanın olduğunun şahidi olmuş, silahlara marağı olduğundan, həmin silahın TT markalı silah olduğunu bilmiş, tez-tez silahlar haqqında internetdən məlumat oxuduğundan, silahların adlarını da elə oradan öyrənmişdir. Həmin silahı götürdükdən sonra, həmin silahın boş və ya dolu olduğunu yoxlamaq məqsədi ilə darağı çıxarmış və bu zaman darağın içərisində 2 ədəd həmin silaha məxsus olan patronun olduğunu görmüş, silahlara marağı olduğuna görə onu götürüb belində olan kəmərə bərkitmiş, sonra isə yenidən yol kənarına qayıdıb taksi gözləməyə davam etmiş, bir qədər sonra ağ rəngli maşın yanında saxlamışdır. Həmin vaxt avtomobilin arxa sağ tərəfində oturmuş və birlikdə Bakı şəhərinə gəlmişdir. Həmin vaxt avtomobildə sürücüdən başqa qabaq sərnişin oturacağında bir nəfər də əyləşmiş, onların heç birini tanımamış və yolda olan zaman nə sürücü, nə də sərnişinlə söhbət etməmişdir. Üzərində silah olmasından həmin şəxslərin məlumatı olmamış, Bakı şəhərinə gəlib “20 Yanvar Metrostansiyası” adlanan yerdə maşından düşüb, adını bilmədiyi taksi sürücüsünə 5 manat yol pulu vermiş və evə getmək istəmişdir. Lakin üzərində silah olduğuna görə metroya minməyə risk etməmiş, çünki metronun girişində polis əməkdaşları hər bir şəxsin üzərini yoxladığından silahın aşkar ediləcəyindən qorxaraq, metroya minməmişdir. Beləliklə, o, yaşadığı evə taksi ilə gəlmək qərarına gəlmiş və yolun kənarında dayanan adını bilmədiyi, nömrəsini xatırlamadığı taksiyə əyləmişdir. Taksi sürücüsü ilə salamlaşıb, onu yaşadığı evə, yəni Bakı şəhəri, Bülbülə qəsəbəsində yerləşən evə aparmasının xahiş etmişdir. Həmin taksi sürücüsü onu yaşadığı evə gətirmiş və maşından düşüb, sürücüyə 7 manat pul vermişdir. Evə daxil olan zaman silah barəsində ailə üzvlərinin məlumatının olmasını istəməmiş, buna görə də silahı evdə gizlətmək qərarına gəlmişdir. Silahı yaşadığı evdə olan otaqların birində gizlətmiş, evdə olduğu müddət ərzində silahı götürməmişdir. Lakin bəzi vaxtlarda evdən çıxan zaman maraq üçün tapdığı silahı götürüb üzərində gəzdirmiş, silahın üzərində olması barədə heç kimə məlumat verməmişdir. Çünki ailə üzvlərinin bundan narahat olmasını istəməmişdir. Bir müddət sonra evdən çıxan zaman yaşadığı evin yaxınlığında 02 ədəd bükümün olduğunu görmüş, həmin bükümləri açanda, onların içərisində narkotik vasitə olan heroin olduğunu görmüş, narkotik vasitə istifadə etməsə də, narkotik vasitənin çox növünü tanıyır və narkotik vasitəni qəbul edən zaman insana hansı formada təsir etdiyini bilmişdir. Bir dəfə narkotik vasitə istifadə etmək qərarına gəlmiş və onları yerdən götürmüşdür. Onları götürüb üzərində saxlamış və həmin gün işlərini bitirdikdən sonra yaşadığı evə qayıtmışdır. Evə qayıtdıqdan sonra üzərində olan silahı və narkotik vasitəni birlikdə hər zaman silahı gizlətdiyi yerə qoymuşdur. Lakin həmin narkotik vasitədən istifadə etməmişdir. Buna baxmayaraq, narkotik vasitəni saxlamaqda məqsədi gələcəkdə ondan istifadə etmək niyyəti olmuşdur. xx xxx 2020-ci il tarixdə şəxsi işi ilə bağlı Bakı şəhərinin Günəşli qəsəbəsinə getməli olmuş, saat 13 radələrində yaşadığı evdən çıxan zaman silahı və narkotik vasitəni üzərində götürmüş, narkotik vasitəni əynində olan şalvarın sol cibinə qoymuş və silahı isə şalvarının arxa tərəfindən kəmər hissəyə qoymuşdur. Yaşadığı evdən çıxıb asfalt yolun kənarında dayanan taksiyə minmiş və onu Yeni Günəşli qəsəbəsinə aparmasını istəmişdir. Taksidə ondan başqa heç kim olmamış, taksi sürücüsünü də tanımamışdır. Yolda gələn zaman taksi sürücüsünə üzərində odlu silah və narkotik vasitə olması barədə hər hansı məlumat verməmiş, beləliklə, Yeni Günəşli qəsəbəsinə gəlmiş və maşından düşüb taksiyə 10 manat pul vermişdir. Saat 14:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B yaşayış massivi 117 ünvanın qarşısında olan zaman 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq kim olduğunu soruşmuş, özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu demişdir. Bu zaman həmin şəxslər özlərini təqdim edərək, xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını, narkotik vasitələrin və psixotrop maddələrin üzərində saxlamağı və satışı ilə məşğul olmağı, həmçinin üzərində qanunsuz olaraq odlu silah gəzdirməyi barədə onlarda məlumat olduğunu deyərək, onu BMCMİ-yə dəvət etmişlər. Onlara etiraz etməmiş və ifşa olduğunu bilib BMCMİ-yə gəlmişdir. BMCMİ-yə gələn zaman onu birbaşa xidməti otaqların birinə aparmışlar. Xidməti iş otağında olan zaman təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə Bakı şəhər 5 saylı vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahını təqdim edilmiş, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demişdir. Bundan sonra təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş, vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olub-olmadığını soruşmuş, etirazının olmadığını bildirmişdir. Daha sonra ona hüquq və vəzifələrin izah olunaraq, üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Buna etiraz etmədən razılaşmış, daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyalarını təqdim etməsini xahiş etmişdir. Masaya yaxınlaşıb, əynində olan qara rəngli şalvarın sol cibindən 2 ədəd bükümdə narkotik vasitə heroinləri, əynində olan şalvarının kəmər hissəsində olan odlu silahı, özünə məxsus olan mobil telefonunu, bir ədəd üzüyü təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilən zaman 20 manat pul aşkar edilmiş, bundan başqa qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təhqiqatçı həmin əşyaları təqdim etməyini istəmiş və onları təqdim edərək, aşkar edilmiş bükümdəkilərin narkotik vasitə heroin (kakos) olduğunu, 2-3 gün bundan əvvəl tapdığını, gələcəkdə istifadə etmək üçün üzərində saxladığını, daha sonra silahı təqdim edərək, onun TT tipli odlu silah olduğunu, Siyəzən şəhərindən tapdığını, silahı tapan zaman onun içərisində 2 ədəd patrunun odluğunu, həmin silahdan istifadə etmədiyini, mərmilərin silahın üzərində olduğunu bildirmişdir. Bundan sonra həmin bükümlər və silah ayrıayrılıqda zərfə qoyularaq, bağlanıb möhürlənmiş, özünə məxsus olan mobil telefon götürülmüş, pullar və digər əşyalar özünə geri qaytarılmış, bundan sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara da həmin videoçəkiliş nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni yaşadığı evin yaxınlığından tapmış, narkotik vasitə istifadə edən olmasa da, gələcəkdə istifadə etmək üçün üzərində saxlamış, onları tapan zaman yanında və ətrafda başqa şəxslər olmamışdır. Üzərindən aşkar edilmiş odlu silahı və patronları Siyəzən şəhərində olan zaman yolun kənarından tapmış, onu tapanda içərisində 2 ədəd mərmi də olmuşdur. Narkotik vasitəni tapan zaman onlar 2 ədəd bükümdə olmuş, odlu silah və narkotik vasitə əldə etməsindən, üzərinizdə daşımaqla gəzirməyinizdən ailə üzvlərinizin və ya başqa şəxslərin qabaqcadan məlumatı olmamışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin BMCMİ-nin X6 Mübarizə Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxx 2020-ci il tarixdə “Natiq" adlı şəxsin qanunsuz olaraq narkotik vasitədən itifadə etməsi, özündə saxlayaraq daşıması, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlamaqla gəzdirməsi barədə məlumat daxil olmuş, məlumat yoxlanılan zaman həmin şəxsin Bakı şəhəri, Suraxanı rayonunda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və Şahid4 da daxil olmuşlar. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin şəxsi müəyyən etmək məqsədi ilə qeyd olunan yerə getmişlər. Həmin gün saat 14:30 radələrində qeyd olunan ünvanın qarşısında xarici görünüşü ilə “Natiq” adlı şəxsə bənzəyən vətəndaşa yaxınlaşaraq, sonuncunun adını və soyadını soruşduqda, bu şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah və döyüş sursatı daşıması, həmçinin üzərində qanunsuz olaraq narkotik maddə saxlaması barədə məlumat daxil olduğunu deyərək onu BMCMl-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən, onlarla birlikdə BMCMİ-nə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlamasında, həmçinin narkotik vasitə və psixotrop maddə daşımasında şübhəli olması ehtimal edildiyindən, onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə etmişdir. Həmin raportun icrası İstintaq və X4 Bölməsinin baş təhqiqatçısı Yusif Yusifova həvalə edilmiş, bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Yusif Yusifovun xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib, vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkillərindən Oktay Əliyev dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunaraq, həmin vəkilə etirazının olub-olmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs vəkilə etiraz etmədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silahı və döyüş sursatını saxlamaqla gəzdirməsində, qanunsuz olaraq narkotik vasitə əldə edərək daşımasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq video çəkilişdən istifadə edilməklə, onun üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, üzərinə şəxsi axtarış aparılmasına razı olduğunu demiş, ona üzərində qanunsuz əşya, odlu silah və ya döyüş sursatı, həmçinin narkotik vasitə və psixotrop maddə varsa, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq, əynində olan qara rəngli şalvarın ön sol cibindən 02 ədəd şəffaf bükümü, şalvarının arxa tərəfində kəmər hissədə gizlədib saxladığı bir ədəd "TT” tipıi tapançaya bənzər əşyanı, 01 ədəd “İphone” markalı mobil telefonu, üzüyü və saatı masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman 20 manat pul aşkar edilmiş, bundan başqa qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Pul, saat və üzük Təqsirləndirilən şəxs özünə geri qaytarılmış, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd bükümə baxış keçiriləndə, bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddənin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə heroin olduğunu və 3 gün əvvəl yaşadığı evin yaxınlığından tapdığını, gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra TT tipli tapançaya baxış keçirilmiş, baxış zamanı həmin əşyanın üzərindəki yazıların pozulması, silahın qundağında isə 2 ədəd patronun olması müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı 6 ay əvvəl Siyəzən rayonundan tapdığını bildirmiş, daha sonra həmin 2 ədəd büküm və odlu silah ayrı-ayrı zərflərdə qablaşdırılaraq möhürlənmiş, bundan sonra baxış keçirilməsinin nəticəsinə dair baş təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3,Şahid2 və Şahid4 Şahid1 ifadəsi ilə analoji ifadə vermişlər. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxx 2020-cı il tarixində şübhəli şəxs kimi tutulmuş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 4(005)- 550/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə sonuncu barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən bir ədəd “Tokarev" (TT) markalı odlu silah və 2 ədəd patron, həmçinin 02 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Buna görə 02 vərəqdən ibarət şəxsi axtarış və götürmə aparılması haqqında protokol istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx xxx 2020-ci il tarixli 20/225R №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 7.62 mm kalibirli Tokarev (TT) konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 02 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7.62x25 mm kalibrli olmaqla həmin kalibrli Tokarev (TT) kostruksiyalı tapançalardan, PPŞ- PPS konsruksiyalı tapança-pulemyotlardan və s. həmin kalibrli silahlardan atış açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq, zavod üsulu ilə istehsal olunmuşdur, "TT” Tokarev konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komlekt hissəsi olmaqla, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 7.62x25 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli 6/689 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı olan kağız zərfdəki, 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1.614 qr və 1.684 qr, ümumi təmiz çəkisi 3,298 qr tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Azərbaycan Respublikası DGN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxx 2020ci il tarixli 1695 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Suraxanı RİHB-nın Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində bir azyaşlı övladı var. İş materiallarında olan Suraxanı RİHB-nın Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi 54 saylı evdə qeydiyyatdadır və yaşayır, yaşadiği müddət ərzində Bülbülə qəsəbə nümayəndəliyinə onun haqqında heç bir inzibati material və qonşular tərəfindən şikayət daxil olmayıb. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş bir ədəd "Tokarev” (TT) markalı odlu silah, iki ədəd patron, bir ədəd daraq və tədqiqatdan sonra təmiz çəkisi 3,198 qram qalmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici izahatı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, materialların məhkəmə ekspertizasının və məhkəmə ballistik və narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə, qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 4-cü bəndinə əsasən CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməlləri törətdiyini, törətmiş olduğu cinayət əməllərini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəli olmasını, himayəsində 1 azyaşlı uşağın olmasını olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməlləri törətdiyini qeyd etmiş, törətdiyi cinayət əməllərini etiraf edərək, törətdiyi əməllərdən səmimi peşman olduğunu göstərmişdir. Bu hallar isə cinayətlərin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əməllərə və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə onu da nəzərə almalıdır ki, Təqsirləndirilən şəxs ailəlidir və onun himayəsində 1 azyaşlı uşağı vardır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri də məhkəmə tərəfindən nəzərə alınmalıdır. Mhkəmə bu qənaətə gəlir ki, mühakimə edilən şəxsdə təyin ediləcək cəzanın həddi onda güclü islah –tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimai-faydalı fəaliyyətə qayıtmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan - xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edərək bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, bir ədəd “Tokarev” (TT) markalı odlu silah, iki ədəd patron, bir ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, tədqiqatdan sonra təmiz çəkisi 3,198 qram qalmış narkotik vasitə heroin məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələri ilə hazırki hökmlə təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və onun üzərində qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Tokarev” (TT) markalı odlu silah, iki ədəd patron, bir ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, tədqiqatdan sonra təmiz çəkisi 3,198 qram qalmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-168/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-168/2020
12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver