Məhkəmə qərarları › İş №1(010)-168/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-168/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-168/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X9 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, xx xxxxxx 2007-ci il tarixdə Tərtər, Hüsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Tərtər, Hüsənli ərazi dairəsi, Hüsənli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mehriban Qonşular küçəsi nömrəsiz evdə yaşayan, 15 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 iyul 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 iyul 2024-cü il tarixdə saat 22 radələrində öz cinsi ehtirasını təmin etmək məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mehriban qonşular küçəsi, Daş Bazarı adlanan ərazidə yolun kənarında on dörd yaşına çatmayan xx xxx 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs əynində olan paltarını çıxartmış, öz cinsiyyət orqanını sonuncunun anal dəliyinin ətrafına və ağız nahiyəsinə toxundurub on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Suraxanı rayonu ərazisində yerləşən Kardon zavodun arxasında yerləşən yeşik sexində fəhlə kimi işləyir. O, həmin sexdə 29 iyun 2024-cü il tarixdən işləyir və günə 20 manat əmək haqqı alır. 14 iyul 2024cü il tarixdə saat 21 radələrində işdən çıxmış, yaxınlıqda yerləşən dükandan pivə alıb evə gedə-gedə yolda həmin pivəni içmişdir. Saat 22 radələrində Daş bazarı adlanan ərazidə yolun kənarında qonşusu Sadiqi görmüşdür. Sadiqin velosipedi xarab olmuşdur. O Sadiqin velosipedini düzəltmişdir, ancaq həmin velosipedin sepi yenidən çıxmışdır. O, yaxınlıqdakı ağaclıqda təbii ehtiyacını ödəyən zaman Sadiq gəlmişdir. Sadiqi görən zaman qeyri ixtiyari olaraq Sadiqin şalvarını aşağı çəkmişdir. O, cinsi orqanını Sadiqin anal dəliyinin ətrafına toxundurmuşdur. Bir an özünü dərk etmiş, Sadiqə çıxıb getməsini bildirmişdir. Sonra yaşadığı ünvana gəlmişdir. Təxminən 10-15 dəqiqə sonra çöldən səs gəldiyini eşitmişdir. Bu zaman evin qarşısında dayanan Sadiqin nənəsi və bacısını görmüşdür. Evdə olan zaman bacısının əri Emin bir nəfərin əlində bıçaqla onu axtardığını bildirmişdir. Təxminən 2-3 dəqiqə sonra həmin şəxs yaşadığı evin qarşısına gəlmişdir. Həmin şəxs onun üzərinə gələn zaman Sadiqin nənəsi və onun anası Yeganə həmin şəxsin qarşısına keçmişdir. Həmin şəxs qeyri etik ifadələr işlədərək anasını itələmişdir. O da yerdən daşı götürüb həmin şəxsə tərəf atmışdır. Atdığı daş gələn şəxsin başına dəymiş və həmin şəxs yerə uzanmışdır. Sonra həmin şəxs onların evindən uzaqlaşmışdır. Sonda əməlindən peşman olduğunu qeyd edərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında qanuni nümayəndəsi Qanuni nümayəndə2 və mütəxəssis (müəllim) X5 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 iyul 2024-cü il tarixdə yaşadığı evin qarşısında atasının ona aldığı velosipedi sürmüşdür. Saat 22 radələrində velosipedinin sepi çıxmışdır. Bu zaman qonşuluqda yaşayan Vüsal ona yaxınlaşaraq velosipedi qırağa qoymuşdur. Vüsal onu daşların arxasına aparmışdır. Vüsal onun boğazından, qolundan tutaraq onun əynindəki şortiki aşağı çəkmişdir. Sonra Vüsal özü də şalvarını aşağı çəkmişdir. Sonra Vüsal cinsi orqanını onun anal dəliyinin ətrafına toxundurmuşdur. Bu vaxt ağlamağa başlamışdır. Təxminən bu hadisə 10 dəqiqə çəkmişdir. Vüsal onun arxasında durmuşdur. O, Vüsalı dirsəyi ilə vuraraq qaçmışdır. 14 iyul 2024-cü il tarixdə baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs ona zor tətbiq etməmiş, zorla onu tutub saxlamamışdır. Əgər Vüsal onu zorla saxlamaq istəsəydi saxlaya bilərdi. Bu barədə evə gələn zaman bacısına danışmış və valideynlərinə məlumat vermişdir. O, əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı tərbiyəsiz hərəkətlər etdikdə bilirmiş ki, sonuncu tərbiyəsiz hərəkətlər edir, bir anda fikirləşmişdir ki, bunu eləməsin və onu dirsəyi ilə vuraraq yanından qaçmışdır. Sonda Təqsirləndirilən şəxs qarşı şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin atası Şahid1 ifadəsində göstərmişdir ki, 2010-cu ildə X4 ilə ailə qurmuş və nikahdan iki övladı - qızı 2011-ci il təvəllüdlü Zəhra və xx.xx.2013-cü il təvəllüdlü oğlu X8 vardır. Lakin xasiyyətləri tutmadığı üçün 2018-ci ildə Pərvanə ilə faktiki olaraq, 2020-ci ildə rəsmi olaraq ayırılmışdır. Ona görə də Bakı şəhərində keçmiş yoldaşı Pərvanə və uşaqlardan ayrı yaşayırmış, buna baxmayaraq uşaqları onun yanına gəlirmiş, o, uşaqlarını görmək üçün yanlarına gedirmiş. 14 iyul 2024-cü il tarixdə yaşadığı evdə olan zaman qızı Zəhra zəng edib demişdir ki, “Sadiq ağlayır, onların yanına evə hansısa oğlan gəlib deyir ki, Sadiq guya döyüldüyü zaman Sadiqə kömək edib”. Qızına telefonu həmin oğlana verməyi xahiş etmişdir ki, soruşsun ki, o kimdir, Sadiqi kim döyürmüş. Zəhra telefonu həmin adı ona sonra məlum olmuş Təqsirləndirilən şəxs vermiş, o, Vüsal ilə danışmışdır. Vüsal Sadiqin döyüldüyünü, ağlaya-ağlaya evə gəldiyini telefonla demişdir. Vüsal demişdir ki, Sadiqin döyülməsini qoymamışdır. Vüsaldan soruşmuşdur ki, o, Sadiqi harada görmüş, nə üçün Sadiqi müdafiə etmişdir. Bu zaman Zəhra telefonu götürüb demişdir ki, “Vüsal yalan deyir, Sadiqlə danışıb, Sadiqi elə Vüsal özü döymüşdür. Nənəsi deyir ki, Sadiqlə söhbət edib, Vüsal uşağın başına pis iş görüb.” Bunu eşidib uşaqların olduğu yerə gəlmiş, Vüsal orada olmamışdır. Sadiqlə söhbət etmiş, Sadiq danışmışdır ki, velosipedi düzəldirmək istəyirdi, velosipedin zənciri çıxmışdı. Yolda həmin Vüsal ona yaxınlaşmış, demişdir ki, velosipedin zəncirini düzəldə bilər, Sadiqi kimsəsiz yerə aparmış, orada Vüsal Sadiqi boğmaq istəmişdir. Sadiq utandığı üçün əvvəl hamısını atasına danışmamışdır. Lakin nənəsi danışmışdır ki, Vüsal Sadiqə qarşı pis cinsi hərəkətlər etmişdir. Sadiqlə hadisə yerinə getmiş, velosiped yolun kənarında olan otluqda olmuş, hadisə yerində Sadiqin çəkələkləri, bir siqaret və alışqan olmuşdur. Ora gələndə Sadiq danışmışdır ki, Vüsal onun paltarını və öz paltarını çıxartmışdı. Sadiq ona yenə tam deməmişdir ki, Vüsal ona nə edib, lakin o, başa düşmüşdür ki, Vüsal oğlu Sadiqlə həmin yerdə cinsi əlaqədə olmuş və ona görə Vüsal yaşadığı evə tərəf getmişdir. Yolda Vüsalın qohumunu görmüş, Vüsalı tanımadığı üçün Vüsalın orada kim olduğunu soruşmuşdur. Vüsalın yeznəzi olan şəxs demişdir ki, qohumudur, bu zaman Vüsalın anası üstünə gəlmişdir. Başa düşmüşdür ki, Vüsal özünün təqsiri olmadığını demişdir. Bu zaman əvvəl tanımadığı Vüsal yoldan böyük bir daş parçasını götürərək onun üstünə atmış, daş onun başına dəymiş və yerə yıxılaraq huşunu itirmişdir. Bir az keçmiş özünə gəlmiş, DİN-in 102 xidmətinə zəng edib 12 yaşlı oğlu Sadiqə qarşı seksual hərəkətlər edən şəxsin onu daşla vuraraq xəsarət yetirdiyini bildirmişdir. Sonra polislər gəlmişlər. Sonradan Sadiq danışmışdır ki, Vüsal onu həmin göstərdiyi yerə apararaq orada onun və öz paltarlarını çıxartmış, öz cinsi üzvünü oğlu Sadiqin arxa keçəcəyinə yerləşdirərək cinsi əlaqədə olmuş, öz cinsi üzvünü Sadiqin ağzına soxmaq istəmiş, bu zaman kimsə həmin yerə yaxınlaşmış və Sadiq bu vəziyyətdən istifadə edərək Vüsalı itələyib evə qaçmışdır. Təqsirləndirilən şəxs onu daşla vurduğu zaman onun əlində bıçaq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası Şahid5 ifadəsində göstərmişdir ki, 14 iyul 2024-cü il tarixdə gecə saat 23 radələrində Şahid1 onunla mübahisə etmişdir. Eldar ona Təqsirləndirilən şəxs Eldarın azyaşlı uşağı Sadiqə sataşdığını demişdir. Eldar Vüsala irad tutmuşdur ki, bu nə hərəkətdir uşağa qarşı etmişdir. Eldar onun üstünə gələrkən oğlu Vüsal Eldarın üstünə böyük daş parçası atmış, daş Şahid1 alın nahiyəsinə dəymiş və Eldar yerə yıxılmışdır. Sonra Eldar aralanıb DİN-in 102 Xidmətinə zəng etmişdir. Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. O, həmin ifadəsində Təqsirləndirilən şəxs bacısının əri olduğunu qeyd edərək Şahid5 göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, 14 İyul 2024-cü il tarixdə evə gələn zaman evdə qardaşı Sadiqin qorxmuş vəziyyətdə durduğunu görmüş və Sadiqdən nə olduğunu soruşduqda Sadiq qonşu Vüsalın onu döydüyünü bildirmişdir. Sonra həyətdə Vüsalı görmüş, nə üçün qardaşını döydüyünü soruşduqda Vüsal Sadiqi döymədiyini, Sadiqi hücum edən itdən qurtardığını demişdir. Sonra yenidən Sadiqlə söhbət edən zaman Sadiq Vüsalın ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Bundan sonra bu barədə valideyninə məlumat vermişdir. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. O, həmin ifadəsində Zərərçəkmiş şəxs nənəsi olduğunu qeyd edərək şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, Suraxanı RPİ İŞ-nin müstəntiqi, polis baş leytenantı Azim Bayramovun icraatına qəbul edilmişdir (i.v. 01); yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə2 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır (i.v. 16); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 19); yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə1 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır (i.v. 31); şübhəli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:00-da tutulmuşdur (i.v. 54-55); əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsindən həmin Məcəllənin 150.3.3-cü maddəsinə tövsif edilmiş (i.v. 69); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 72-73); əşyaların təqdim edilməsi və baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2024-cü il tarixdə əynində olan 01 ədəd açıq boz rəngli, 02 ədəd yan və 02 ədəd arxa cibli şalvar, 01 ədəd ağ rəngli, kürək hissəsində qara rəngli naxışlı qısaqol köynək, 01 ədəd açıq boz rəngli, bel hissəsində ağqara rəngli rezinli tumana baxış keçirilmişdir. Qeyd olunan paltarlar üzərində hər hansı ləkə, iz, zədə aşkar edilməmiş, cinayət işinə əlavə edilmişdir (i.v. 86); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-228/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 15 iyul 2024-cü il tarixdən saat 14:00-dan hesablanması qərara alınmışdır (i.v. 110-114); yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə2 yetkinlik yaşına çatmayan Şahid3 qanuni nümayəndəsi qismində tanınmışdır (i.v. 126); Şahid1 və Qanuni nümayəndə2 tərəfindən verilən notarial qaydada təsdiq olunan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, oğulları Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlə əlaqədar onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Gələcəkdə bu işlə əlaqədar Təqsirləndirilən şəxs heç bir tələb və iddiaları olmayacaq (i.v. 132); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 136-137); cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Suraxanı RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Vüsal Hüseynovun icraatına qəbul edilmişdir (i.v. 141); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekpertiza və X6 PHŞ-in xx.xx.2024-cü il tarixli 312 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya və anomaliya aşkar edilmir (i.v. 143-146); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekpertiza Mərkəzi PHŞnin xx.xx.2024-cü il tarixli 2275 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman, ondan əvvəl və ya sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən şüur və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (i.v. 167-170); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekpertiza Mərkəzi PHŞnin xx.xx.2024-cü il tarixli 2079 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs özündən uydurmağa meyililik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs səthilik, aqressiv davranışlarla meyillilik, iradi zəiflik, çətin situasiayalar zamanı çıxış yolu tapa bilməmək və s. kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Hadisə zamanı Zərərçəkmiş şəxs psixiemosional vəziyyətində gərginlik, qorxu kimi hallar əmələ gəlmişdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri, həmçinin əqli inkişafında müəyyən edilən yüngül gerilik əlamətlərinə görə yaranmış şəraitin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik deyildir. Zərərçəkmiş şəxs əqli inkişafında yüngül gerilik əlamətləri aşkar edildi. Zərərçəkmiş şəxs özünün azyaşlı ollduğundan, həmçinin fərdi-psixoloji xüsusiyyətlərinə görə ona qarşı edilmiş hüquqazidd hərəkətlər zamanı müqavimət göstərməyə bilərdi, lakin keçirdiyi emosional vəziyyətinə görə (gərginlik, qorxu) təqsirləndirilən şəxsə müqavimət göstərə bilmişdir (i.v. 171-173); ifadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, buna dair fotoşəkillər çəkilərək iş protokola əlavə olunmuşdur (i.v. 196-199); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekpertiza və X6 PHŞ-in komisyon ekspertizalar şöbəsinin xx.xx.2024-cü il tarixli 941/KEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində, eləcə də anal dəliyinin yuxarı qütbündə hər hansı bir xəsarət və ya xəsarət izi müəyyən edilməmişdir (i.v. 201-205); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-342/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay həddində, yəni 15 noyabr 2024-cü il tarixədək uzadılmışdır (i.v. 207-213); sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsindən həmin Məcəllənin 153.2-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Cinayət işi üzrə məhkəmə-lifli materialların kriminalistik ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 6/3697 saylı rəyi və məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekpertiza və X6 PHŞ-in xx.xx.2024-cü il tarixli 309 saylı rəyləri sübut kimi qəbul edilməmişdir. Zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, təkrar komisyon məhkəmə-tibbi eksertiza, cinsi fəaliyyət barədə məhkəmə-tibbi eksertiza, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertiza, məhkəmə-psixoloji ekspertiza rəyləri və digər sənədlər iş üzrə sübut növü kimi qəbul edilmişdir (i.v. 231-237); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 244-245); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-389/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün həddində, yəni 05 dekabr 2024-cü il tarixədək uzadılmışdır (i.v. 280-282); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-588/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək dəyişdirilmədən saxlanılmışdır; Bakı Şəhəri üzrə Təhsil İdarəsi Əmi Məmmədov adına 101 №-li məktəb tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim olunan xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məktəbin 11c sinif şagirdidir. O, bu tədris ili başlayandan dərslərdə iştirak etməmişdir. Şagirdin valideynləri ilə əlaqə saxlamaq mümkün olmamışdır. Şagirdə məktəbdə olan müddətdə heç bir neqativ hal baş verməmişdir, tərbiyəsində nöqsan aşkarlanmamışdır. Şagirdin ailəsi Binə qəsəbəsinə köçdükdən sonra valideynlərin məktəb ilə ünsiyyəti azalmış, bu tədris ilinin əvvəlindən valideynlərlə ünsiyyət yaratmaq mümkün olmamışdır. İşdə olan zərəçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 məhkəmə baxışı zamanı məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 əlillik haqqında arayışın surətindən görünür ki, Qanuni nümayəndə1 ikinci dərəcə əlildir. Əlilliyin müəyyən edilmə tarixi xx.xx.2022-ci ildir. Diaqnozu: əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz 2013 Xroniki ürək çatışmazlığı İİİ f.s.A.F.-38-40%; Mərkəzi Klinika tərəfindən tərtib olunan epikrizin surətindən görünür ki, Qanuni nümayəndə1 xx.xx.2013-cü il tarixdə ümumi anesteziya altında CPB-nin tətbiqi ilə “Koronar şuntlama x 4” (LİMA - LAD, Ao – RCPD(VSG), Ao-CxPL (VSG), Ao-D1 (VSG) ) cərrahiyyə əməliyyatı icra olunmuşdur; xx.xx.2024-cü il tarixli xəstəlik tarixindən çıxarışın (epikriz) surətindən görünür ki, Şahid5 süd vəzi xərçəngi xəstəliyi vardır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 153.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 153.2-ci maddəsinə əsasən eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığını, zərərçəkmiş şəxslə notarial qaydada barışıq əldə edilməsini, atasının ikinci dərəcə əlil olmasını, anasının süd vəzi xərçəngi xəstəliyindən əziyyət çəkdiyini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 89 manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 24 (iyirmi dörd) iş saatı üçün 144 (yüz qırx dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinərək ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 03 (üç) il 03 (üç) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək kimi vəzifələr qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun, mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 24 (iyirmi dörd) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 144 (yüz qırx dörd) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar