Məhkəmə qərarları › İş №1(010)-169/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-169/2024

04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-169/2024 04.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X11 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Masallı rayonu, Qarğalıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, faktiki nikahda olan və himayəsində 3 (üç) azyaşlı övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Qarğalıq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmə məqsədi ilə tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 avqust 2023-cü il tarixdə saat 23.00 radələrində Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağları yaşayış massivi, ünvansız bağ həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub həyətdə tikilmiş saxlanc yerindən ümumi dəyəri 720 manat təşkil edən müxtəlif təmir-tikinti alətləri ilə olan 03 ədəd plastik qutuları, ümumi dəyəri 160 manat təşkil edən 40 metr miss naqilləri, dəyəri 250 manat təşkil edən künc kəsmək üçün aləti, ümumi dəyəri 180 manat təşkil edən 03 ədəd «Bosch» markalı elektrik drellərini, ümumi dəyəri 60 manat təşkil edən 03 ədəd elektrik naqilinin uzadıcıları, dəyəri 50 manat olan 01 ədəd ağac fenini, həmin həyətdə yerləşən birmərtəbəli fərdi yaşayış evinin qonaq otağının plastik pəncərəsini açmaq yolu ilə evə daxil olub qonaq otağında divara quraşdırılmış halda olan dəyəri 730 manat təşkil edən “Supermax” markalı kondisioneri və yataq otağından dəyəri 80 manat təşkil edən bir ədəd ev telefonunu tamah niyyəti ilə gizli talayıb Zərərçəkmiş şəxs cəmi 2230 (iki min iki yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib törətdiyi cinayət əməlini etiraf edərək ifadəsində göstərmişdir ki, o, əvvəllər törətdiyi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətinə görə 2020-ci ildə 02 il 08 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və təxminən bir il əvvəl isə amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Həmin vaxtdan bu oğurluq əməlinə kimi heç bir cinayət əməli törətməmişdir. 2015-ci ildə ailə həyatı qurmuş və 3 yaşında, 5 beş yaşında və 9 yaşında iki qız və oğlan övladı vardır. Özü ev təmiri ustası kimi fərdi qaydada evlərdə ustalıq edərək ailəsini dolandırır. X5 10 ildən artıqdır ki, eyni məhəllədə yaşadığı üçün qonşu kimi tanımış və onunla arasında yaxşı münasibət vardır. Mahiyyəti üzrə bildirmişdir ki, 16 avqust 2023-cü il tarixdə günorta saatlarında məhəllədə olan zaman onun evin yaxınlığında qonşuluqda yerləşən, lakin yaşayış olmayan evə girib oğurluq etmək qərarına gəlmişdir. Bu fikrini tanışı İbrahimə də demiş və o da maddi sıxıntıları olduğu üçün razılaşmışdır. Onlar həmin gün axşam həmin evdən oğurluq etməyi planlaşdırmışlar. Bundan sonra 16 avqust 2023-cü il tarixdə təxminən saat 23 radələrində İbrahim ilə həmin evin yanında görüşmüş və ikisi də əllərinə əlcək geyinmişdir ki, əl izləri hardasa qalmasın. Onlar ətrafa baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra əvvəlcə həmin həyətə boylanmış, işıqların yanmadığını və heç kimin olmadığını gördükdən sonra əvvəlcə Xəyal, sonra isə İbrahim həmin evin hasarına qalxıb həyətə düşmüş və ətrafa nəzər yetirməyə başlamışdırlar. Həmin həyətdə əl damı kimi istifadə olunan kiçik bir otaqlı yer var idi və İbrahimə həmin əl damına girib baxmağı təklif etmişdir. Həmin əl damının qapısının üzərində kilid yox idi və qapını açdıqda açıq olduğunu görmüşdür. Onlar həmin əl damına daxil olub ətrafa göz gəzdirmişlər. Bu zaman əl damından üç ədəd usta alətlərinin yığılması üçün nəzərdə tutulan plastik qutuları görüb hər üçünü götürərək həyətə çıxmışdırlar. Bundan sonra həyətə olan evin ətrafına nəzər yetirmiş və evin çöl divarına kondisionerin mator hissəsinin quraşdırıldığını görmüşdürlər. Həmin vaxt ikisi də bu kondisioneri oğurlamaq qərarına gəlmişdir. Əvvəlcə hər ikisi ayağının altına dəmir çəllək qoyub onun üstünə çıxaraq birlikdə köməkləşib oğurladığı təmir alətlərindən iki ədəd vintaçan götürərək həmin kondisionerin mator hissəsini çöldən söküb yerə qoymuşdurlar. Bundan sonra İbrahim evin qonaq otağının plastik pəncərəsini kilid hissəsindən möhkəm sıxıb açmış və əvvəlcə Xəyal, arxasınca isə İbrahim həmin evə daxil olmuşdur. Həmin evdə qonaq otağında olan masanın üstünə çıxaraq qonaq otağına quraşdırılmış və mator hissəsini sökdükləri kondisioneri yerindən çıxarıb İbrahimə vermişdir. Sonra yataq otağından bir ədəd ev telefonunu oğurlamışdırlar. Bundan başqa həmin vaxt evdə başqa əşyalar olsa da, onlar evi axtarmamış və başqa heç bir əşya oğurlamamışdırlar. Onlar evdən çıxdıqdan sonra oğurladıqları kondisioneri və üç ədəd usta təmir alətlərinin yığıldığı plastik qutuları götürüb hasardan çölə çıxarmışdırlar. Sonra isə çöldə oğurladıqları üç ədəd usta təmir alətlərinin yığıldığı yeşiklərdən götürmüş, digər bir qutunu isə İbrahim özünə götürmüşdür. Oğurladıqları kondisioneri isə taksi sifariş edərək birlikdə tanışı olan və Bülbülə qəsəbəsində işləyən adını bilmədiyi ustanın yanına gətirmişdir. Orada oğurladığı kondisioneri matoru ilə birlikdə 80 manata həmin ustaya satmışdır. Oğurluq yolu ilə əldə etdiyi 80 manat puldan taksi pulunu ödədikdən sonra qalan 74 manat pulu öz aralarında bərabər şəkildə bölmüşdürlər. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman etdiyi oğurluq əməlini etiraf etmiş və oğurladıqları usta alətlərinin yığıldığı qutulardan ona çatan iki ədəd plastik qutunu içərisindəki usta alətləri ilə birlikdə yaşdığı evin həyətində əl damından götürüb polislərə təqdim etmişdir. Həmçinin mis naqilləri, künc kəsmək üçün alət, 03 yox, 1 ədəd “Bosch” markalı drel, 03 ədəd elektrik naqillərinin uzadıcılarını oğurlamışlar. Onları Suraxanı bazarında tanımadığı şəxslərə satmış, pulları da xərcləmişlər. Ağac feni isə olmamışdır. Əməlindən peşman olmasını, zərərin ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, himayəsində üç azyaşlı uşaq olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağları yaşayış massivi, nömrəsiz ünvanda yerləşən evinə gedib baxış keçirdikdə hər şey qaydasında olmuşdur. Həmin evə baxış keçirib evdən çıxdıqda isə özünə məxsus olan açarla evin çöl qapısını və darvaza qapısını dəqiq olaraq bağlamışdır. Bundan bir müddət sonra başı qarışıq olduğu üçün evinə gedib baş çəkə bilməmişdir. 17 avqust 2023-cü il tarixdə həmin evə baş çəkmək üçün getdikdə evin hasarının çöl tərəfindən evə girən elektrik naqilinin kəsilmiş halda olduğunu görmüşdür. O darvaza qapısını açıb həyətə daxil olduqda həmin həyətdə tikdirdiyi bir otaqlı əl damı kimi istifadə etdiyi yerin qapısının açıq vəziyyətdə olmasını görmüşdür. O, əl damına daxil olduqda orada olan əşyaların dağınıq vəziyyətdə olmasını aşkar etmişdir. Bu zaman həyətdən oğurluq olduğunu başa düşmüşdür və diqqətlə əl damındakı əşyalara nəzər yetirməyə başlamışdır. Bu zaman həmin əl damına qoyduğu üçün üç ədəd içərisində müxtəlif təmir-tikinti alət və əşyalarının olduğu cəmi 720 manat dəyərində olan plastik qutuların yerində olmadığını aşkar etmişdir. Həmin üç ədəd qutunun içərisində dəqiq olaraq hansı alət və əşyaları saxladığını ayrı-ayrılıqda xatırlamamış, lakin həmin əşyalar özünə məxsus olmuşdur. Bundan sonra əl damından çıxıb evin çöl hissəsinə nəzər yetirmiş və həmin vaxt evin qonaq otağının çöl divarına quraşdırılmış “Star max” markalı 730 manat dəyərində olan kondisionerin mator hissəsinin yerində olmadığını və evin otaqlarından birinin plastik pəncərəsinin açıq vəziyyətdə olmasını görmüşdür. Dərhal evin qapısını açaraq evə daxil olmuş və bu zaman qonaq otağına quraşırdığı həmin kondionerin iç hissəsinin və yataq otağında olan 80 manat dəyərində olan ev telefonunun da yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bundan sonra o dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Birazdan polis əməkdaşları hadisə yerinə gəlib evinə baxış keçirmişlər və o hadisə ilə bağlı ərizə və izahat yazmışdır. Bildirmişdir ki, evindən baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1530 manat məbləğində maddi ziyan dəymişdir. Polis bölməsində verdiyi ərizəsində və izahatında oğurlanmış əşyaların siyahısını təxmini vermişdir, belə ki, ərizədə oğurlanmış əşyalar «inşaat materialları» kimi ümumi sözlə göstərilmişdir. Sonradan onun yadına düşmüşdür ki, həmin oğurluq nəticəsində evindən «Super Max» markalı məişət kondisionerindən, alətlə dolu olan 03 dəst plastik qablarından və ev telefonundan başqa evindən ümumi dəyəri 160 manat olan 40 metr mis qara rəngli naqillər, dəyəri 250 manat olan küncü kəsmək üçün alət, ümumi dəyəri 180 manat olan 03 ədəd «Bosch» markalı elektrik drelləri, ümumi dəyəri 60 manat olan 03 ədəd elektrik naqilinin uzadıcısı, dəyəri 50 manat olan 01 ədəd ağac feni oğurlanmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, maddi və mənəvi zərərlə bağlı təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 16-19 avqust 2023-cü il tarixlərində Orxan adlı şəxs özünə məxsus olan xatırlamadığı mobil nömrə ilə ona məxsus olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və bir nəfər tanışında işlənmiş “Super max” markalı kondisioner olduğunu, həmin kondisioneri satmaq istədiyini və buna görə ona zəng etdiyini bildirmişdir. O da işdə olduğunu demiş və birazdan Orxan yanında iki nəfər tanımadığı şəxslə birlikdə işlədiyi musiqi məktəbinə yaxınlaşmışlar. Orada Orxan həmin iki nəfər oğlanı Xəyal və İbrahim adı ilə tanış etmişdir. Həmin şəxsləri ilk dəfə idi ki, görmüşdür. Orxan həmin oğlanların onun tanışı olduğunu, ev təmiri ustası olduqlarını bildirmiş və evində işlədikləri hansısa ev yiyəsinin işlənmiş kondisioneri onlara bağışladığını, buna görə də həmin kondisioneri satmaq istədiklərini bildirmişdir. O da həmin kondisionerə baxmış və “Supar max” markalı, 45 kv.metr həcmli kondisioner olmasını görmüşdür. Həmin kondisioneri 80 manata ala biləcəyini demiş və əvvəlcə razı olmasalar da, sonradan bu qiymətlə razılaşmışlar. O həmin vaxt Orxanın yanında 80 manat pulu sayıb onlara vermiş və kondisoneri götürüb iş yerində saxlamışdır. İşdən çıxdıqda isə həmin kondisioneri işlədiyi musiqi məktəbinin arxasındakı istilik mərkəzinin olduğu yerə qoymuşdur ki, sonra bəzi təmir işlərini görüb satsın. Sonradan həmin kondisioneri istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızı X2 əridir. 2021-ci ildə onlar boşanmışlar, nikahdan iki övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ Bağları yaşayış massivində bir mərtəbəli həyət evindəki dəyəri təxminən 730 manat olan «Super max» markalı kondisionerin və digər təmir- tikinti alətlərinin oğurlanması barədə Zərərçəkmiş şəxs tərəfindən 17 avqust 2023-cü il tarixdə məlumat əldə etdikdən sonra DİN-in 102 Xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Cinayət barədə məlumatın tərəfindən verilməsinə səbəb həmin gün oğurluğun kürəkəni tərəfindən aşkar edildikdən sonra ona məxsus əşyaların oğurlanıb-oğurlanmaması barədə ora çağırılmağı olmuşdur, çünki həmin evdə ona məxsus da əşyalar saxlanılırdı. Kürəkəni Zərərçəkmiş şəxs rəsmi ərizə ilə müraciət etməsindən əvvəl DİN-in 102 Xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Ona məxsus əşyalar həmin oğurluq hadisəsi zamanı oğurlanmamış və ona maddi ziyan dəyməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1); hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Suraxanı rayonu, Zığ bağları, nömrəsiz evə baxış keçirilmişdir. Bu barədə fotocədvəl tərtib edilmişdir (i.v. 7-9); mənzilə baxış keçirmə və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X9 və Təqsirləndirilən şəxs iştirakı ilə Suraxanı rayonu, Zığ bağları, nömrəsiz evə baxış keçirilmişdir. Baxış zamanı Samir Aliyev və Təqsirləndirilən şəxs 03 ədəd inşaat çantası və içərisində inşaat materialları maddi sübut kimi götürülmüşdür. Bu barədə fotocədvəl tərtib edilmişdir (i.v. 16-18); şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 14:50-də Suraxanı RPİ-nin İŞdə tutulmuşdur (i.v. 51-52); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır (i.v. 62); cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs və X4 əməli Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (i.v. 70-71); təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 78-79); xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə olunmasından imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbirinin seçilməsinin təklif edilməsi, qərarın məlumat üçün Bakı şəhəri Suraxanı RPİ-nə göndərilməsi qərara alınmışdır (i.v. 93-96); xx.xx.2023-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİnin İŞ-nin baş müstəntiqi polis mayoru Ramil Əliyev tərəfindən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 98-99); xx.xx.2023-cü il tarixli əşyanın könüllü təqdim edilməsi haqqında protokoldan görünür ki, Şahid1 könüllü olaraq Orxan adlı şəxsin vasitəçiliyi ilə Xəyal və İbrahim adlı şəxslərdən təxminən 2023-cü ilin iyul-avqust aylarında aldığı “Super max” markalı kondisioneri, yəni aqreqatdan və split-sistem qurğusundan ibarət “Super max” markalı kondisioneri könüllü olaraq istintaqa təqdim edərək həmin kondisioneri əldə etdiyi zaman onun cinayət yolu ilə əldə olunması barədə xəbəri olmadığını bildirmişdir (i.v. 105); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(020)-51/2021 nömrəli hökmünün surətindən görünür ki, Babayev X3 Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır (i.v. 109-116); Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs iş üçün maddi sübut əhəmiyyəti kəsb edən 1 ədəd kondisioner dəstini qəbul etmiş, 03 ədəd alət qutusunu təhvil almışdır (i.v. 121); xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin şərtlərinin pozulmasına görə təqsirləndirilən şəxsin barəsində axtarışın elan edilməsi və tutulması haqqında qərardan və icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozaraq cinayət prosesini həyata keçirən orqandan gizləndiyi üçün barələrində axtarış elan olunaraq cinayət işinin icraatı dayandırılmışdır (i.v. 132-135); xx.xx.2023-cü il tarixli barəsində axtarış elan olunmuş şəxsin saxlanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanın yanında saxlanılaraq Suraxanı RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v. 137); xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul olunması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmiş, icraata qəbul edilmiş və iş üzrə ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır (i.v. 139-140); yenidən təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 147-148); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-459/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmuşdur (i.v. 167-171); xx.xx.2023-cü il tarixli polis nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 172-173); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 23/974R nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs məxsus yarımtikilidə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 02 ədəd kağız parçasının üzərinə yapışdırılmış 02 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan əl izlərindən 02 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx.xx.1983-cü il tarixdə Masallı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs və X4 əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir (i.v. 175-182); xx.xx.2023-cü tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxs X4 Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağları yaşayış massivi, ünvansız bağ həyətindən oğurluq etməsi faktına görə X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə ********* nömrəli başqa cinayət işi ayrıca icraata ayrılmışdır (i.v. 183-185); Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək hadisənin baş verdiyi yeri göstərmiş və bu barədə fotocədvəllər tərtib olunaraq protokola əlavə olunmuşdur. (i.v. 189-193); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8299 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 940,00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir (i.v. 197-200); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın qüvvədə saxlanılması; qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə vurulmuş maddi ziyanın Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi 2230 manat əsas götürülməli və Zərərçəkmiş şəxs 2230 manat məbləğində maddi ziyan dəyməsi nəzərə alınmalı; qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs oğurlanmış əşyaları alan şəxslərin əməllərində heç bir cinayətin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilməsi və materialın ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilməsi; Təqsirləndirilən şəxs Hüseynqulu oğlunun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180 və 186-cı maddələrinin tərkib əlamətləri olmadığından barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi; qəbul edilmiş qərar və toplanmış materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi; qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs oğurlanmış kondisoneri alan Şahid1 əməlində heç bir cinayətin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilməsi və materialın ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilməsi; qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ifşa edən özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi və ifadənin yerində yoxlanılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutlar və onun cinayət əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər sübutların ********* saylı cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v. 206-214); Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyi üçün ondan şikayət və tələbi yoxdur. Elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2020-ci il təvəllüdlü X6 adında övladları vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (59.2), cinayət törətmiş şəxsin himayəsində üç azyaşlı uşağın olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ya aradan qaldırılmasını (CM-nin 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «polis nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci 50 (əlli) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd plastik qutularda olan alət dəstlərinin və 01 ədəd “Super Max” markalı kondisonerin saxlanması üçün iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdən 06 sentyabr 2023-cü il tarixədək, 04 dekabr 2023-cü il tarixdən 05 dekabr 2023-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübutlar - 03 ədəd plastik qutularda olan alət dəstləri və 01 ədəd “Super Max” markalı kondisonerin iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 (yetmiş iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar