Məhkəmə qərarları › İş №1(010)-17/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-17/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-17/2023 02.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işsiz, Bakı şəhəri. Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Ə.Əsgərov küçəsi, dalan 2, ev 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qərarı ilə dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bağırov X3 rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə 3000 manat cərimə cəzasına məhkum edildiyi halda məhkumluğu ödənilmədən və ya götürülmədən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni təmiz, çəkisi 1.199 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,624 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33cü polis bölməsinə barəsində narkotik vasitələri və psixotrop maddələri əldə edib, saxlayıb, daşıması ilə əlaqədar daxil olmuş məlumat əsasında 22 dekabr 2021-ci il tarixdə saat 18:30-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsi və Suraxanı Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşlarının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/В yaşayış sahəsində olan 157 nömrəli yataqxananın qarşısında keçirmiş olduqları birgə əməliyyat-axtarış tədbiri zamanı qeyd edilən ünvanda Təqsirləndirilən şəxs həmin bölmənin və Suraxanı Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “Q” yaşayış sahəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1.199 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,624 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, latın qrafikasında sərbəst yazıb oxumağı bacarır. Hər hansı ruhi əsəb xəstəxanasında qeydiyyatı olmamışdır. Hər hansı psixatriya xəstəxanasında qeydiyyatı yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xx.xx.1999-cu il tarixdə 226-1.1, 192.1, 194.1-ci maddəsi ilə, xx.xx.2011-ci il tarixdə 234.1ci maddəsi ilə, xx.xx.2015-ci il tarixdə 234.1, 67.1-ci maddəsi ilə. xx.xx.2017-ci il tarixdə 128-ci maddələri ilə məhkum olunmuş və məhkumluğları ödənmişdir. 11 fevral 2012-ci il tarixdə X2 ilə rəsm nigaha daxil olmuş və həmin nigahdan 17 mart 2013-cü il tarixdə oğlu X5 və 06 yanvar 2017-ci il tarixdə qızı X4 doğulmuşdur. Uzun müddət olar ki, narkotik vasitə qəbul edir və buna görə bir neçə dəfə məhkum olunmuşdur. Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ə.Əsgərov küçəsi, dalan 2, ev 1-də ailəsi birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə təxminən saat 18:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsi, AB y/s, 157 saylı Yataqxananın qarşısında olan zaman 2 nəfər tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyini bildirmişlər. O, özü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və üzərində hər hansı bir şəxsiyyətini təsdiq edən sənədi olmadığından və üzərində narkotik vasitə olduğu üçün qorxub özünü şübhəli aparmışdır. Buna görə polis əməkdaşları onu Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin 33-cü polis bölməsinə gətirmişlər. Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati binasının otaqlarının birində ona hüquqlarını izah etmişlər. Həmçinin polislər həmin qeyd edilən hərəkətləri edən zaman onun müdafiəçi ilə təmin olunmalı olduğunu bildirməklə ona müdafiəçi dəvət etmişlər, ona təqdim etmişlər və onun üzərində olan heroini təqdim etməsi ondan əvvəl və sonra baş verən bütün halların videomüşahidə vasitəsi ilə qeydə alınacağını bildirmişlər. Polis əməkdaşları üzərində olan qeyri qanuni əşyanı təqdim etməsini bildirmişlər. O əynində olan şalvarı sağ yan cibindən Suraxanı qəsəbəsində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 20 manata aldığı 1 (bir) ədəd şəffaf sellofanın içərisində kristal şəkilli, şəffaf rəngli psixotrop maddə sayılan metamfetaminə bənzər maddəni və 1 (bir) ədəd şəffaf sellofanın içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik maddə sayılan heroinə bənzər maddəni təqdim etmişdir. Həmin narkotik vasitə onun gözünün qarşısında qablaşdırılmış, möhürlənmiş və tərtib olunmuş protokol baxışda iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. Etmiş olduğu əmələ görə səmimi peşmançılığımı bildirmiş və ona hər hansı bir təziq və təsir olmamışdır. Həmin hallar vidomüşahidə vasitəsi ilə qeydə alınmış və onun üzərində olan heroini təqdim etməsi ondan əvvəl və sonra baş verən bütün hallar videomüşahidə vasitəsi ilə qeydə alınmış və həmin görüntüdə olan şəxs özüdür. Narkotik vasitə və psixotrop maddə özünə məxsusdur və xeyli müddət olar ki, asılılığı olmuş və həmin asılılığını qarşılamaq üçün üzərindən saxlamışdır. Hər hansı şəxsə narkotik vasitə satmamış və belə bir niyyəti olmamışdır. Bütün ətrafı bilir ki, xəstədir və dəfələrlə narkoloji dispanserdə müalicə almış, barəsində Suraxanı RPİ-in istintaq şöbəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə icraata xitam verilmişdir. Sonda əməlin səmimi etirafını və törətməsindən səmimi peşmançılıq hissini çəkməsini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 22 dekabr 2021-ci ildə Bakı şəhər Suraxanı rayon Rolis İdarəsinin 33-cü polis bölməsinə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Ə.Əsgərov küçəsi, dalan 2, ev 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq əməliyyat axtarış tədbirləri keçirilmişdir. Əməliyyat qrupunun üzvü Bakı şəhər Suraxanı rayonu, Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, Cinayət axtarış üzrə kiçik inspektor polis serjantı Şahid2 ilə birlikdə 22 dekabr 2021-ci il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B yaşayış sahəsində olan 157 nömrəli yataqxananın qarşısında mövqe tutmuş və qeyd edilən ünvanı müşahidəyə götürmüşlər. Həmin günü təxminən saat 18:30 radələrində əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs qeyd edilən ünvanda yataqxananın qarşısında görmüşlər və ona yaxınlaşıb polis vəsiqələrini göstərib ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini və üzərində olan qeyri-qanuni əşyalar barəsində məlumat verməsini tələb etmişlər. Saxlanılan şəxs özünü 1973-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs kimi təqdim edərək şübhəli aparmış və üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət olunmuşdur. Suraxanı RPİ-in 33-cü Polis Bölməsinin inzibati binasında olan otaqlardan birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquqları izah etmişlər. Onun hüquqlarının müdafiəsi üçün 09 saylı vəkil bürosundan növbətçi vəkil X6 dəvət olunmuş və ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs özünün 09 sentyabr 1973-cü ildə Bakı şəhərində anadan olmasını, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Ə.Əsgərov küçəsi, dalan 2, ev 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamasını bildirmişdir. Tədbir iştirakçıları və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılacağını və öncədən həmin halların qeydə alınacağına dair video müşahidə kamerasının müşayəti ilə olacağını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan qeyri qanuni əşyanı təqdim etməsini bildirdilər. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd büküm təqdim etmiş və həmin bükümün birinin içərisinə baxış keçirən zaman orda olan kütlənin qəhvəyi rəngli toz şəkilli maddənin heroin olmasını, digər bükümün içərisinə baxış keçirən orda olan ağ rəngli kristallik formada maddənin metamfetamin olmasını, həmin heroin və metamfetamini özü qəbul etmək məqsədi ilə Suraxanı qəsəbəsində adını bilmədiyi lakin üzdən tanıdığı şəxsdən 20 manata ağrılarını azaltmaq üçün özü qəbul etmək məqsədi ilə almasını və özündə saxlamasını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümləri bir daha özü qəbul etmək məqsədi ilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs xeyli müddət olar ki, «heroin” və “metamfetamin” qəbul etməsini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd qara rəngli “Nokia” markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlər qablaşdırılmışdır. Həmin kütlə qablaşdırılmış, bağlamalar baxışda iştirak etmiş şəxslər və üzərinə baxış keçirilmiş Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olundu və tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuşdur. İştirakçılar tərəfindən protokolun məzmununa dair heç bir irad və təklif yaxud vəsatət daxil olmadığı üçün protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Həmin baxış və maddi sübutun götürülməsinə dair hallar telefonda videoçəkiliş ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs etmiş olduğu əmələ görə səmimi peşmançılığını bildirmiş və ona qarşı hər hansı bir təziq və təsir olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə satması və o cümlədən onun barəsində narkotik vasitələrinin satışı ilə məşğul olması ilə bağlı məlumat olmamışdır. Təqsirləndirilən şəxs xeyli müddət olar ki, asılılığı olmasına görə onun qəbul etməsi müəyyən olunmuşdur. Onun narkotik vasitə satması əməliyyat yolu ilə müəyyən olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, Cinayət axtarış üzrə kiçik inspektoru Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 22-ci vərəqələrində olan “Şübhəli şəxsin tutulması haqqında” 22 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2021-ci il tarixdə, saat 19:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 32-33-cü vərəqində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 22 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofanın içərisində kristal şəkilli, şəffaf rəngli psixotrop maddə sayılan metamfetaminə bənzər maddəni və 01 (bir) ədəd şəffaf sellofanın içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik maddə sayılan heroinə bənzər maddəni təqdim etdi. Bu narkotik maddə heroini və psixotrop maddə sayılan metamfetamini Suraxanı qəsəbəsində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 20 manata almış, özünün istifadəsi üçün üzərində saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs sol yan cibindən 01 (bir) ədəd qara rəngli “Nokia" markalı mobil telefon aşkar edildi. Aşkar olunmuş 01 (bir) ədəd şəffaf sellofanın içərisində psixotrop vasitə olan metamfetamin və 01 (bir) ədəd şəffaf sellofanın içərisində narkotik vasitə olan heroin və 01 (bir) ədəd qara rəngli “Nokia” markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən iki ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 171 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edilmədi. Cinayət işinin 39-43-cü vərəqələrində olan məhkəmə-kimyəvi ekspertizasının qərarına əsasən, məhkəmə-kimyəvi ekspertizasının 23 dekabr 2021-ci il tarixli 6/5582 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ...” yazı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,199 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,624 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə matemfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, matemfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildirlər. Cinayət işinin 102-103-cü vərəqələrində olan məhkəmə-narkoloji ekspertizasının 01 fevral 2022-ci il tarixli 449 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 105-ci vərəqində olan “CD kompakt diskə baxış keçirilməsi haqqında” 15 fevral 2022-ci il tarixli protokoldan görünür ki, 22 dekabr 2022-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən saat 19:30-dən 19:38-dək olan müddət ərizində Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1, Suraxanı Rayon Polis İdarəsinin cinayət axtarış üzrə kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan "Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 dekabr 2022-ci il tarixli qərara əsasən Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə toz şəkilli maddə və 1 ədəd bükümdə ağ rəngli kristallik formada maddə aşkar edilərək götürülmüşdür. Təhqiqatçı tərəfindən şəxsin üzərinə baxış keçirilən zaman videoçəkiliş aparılmış, həmin görüntü diskdə qeydə almaqla materialla əlavə olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinə təqdim olunmuşdur. Cinayət işinin 89-92-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, 04 fevral 1999-cu il tarixli Biləsuvar Qarnizonun hərbi məhkəməsinin hökmü ilə 226-1-ci maddəsinin İ hissəsi, 192-ci maddəsinin İ hissəsi, 194-cü maddəsinin İ hissəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 06 oktyabr 1999-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-2 maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 01 il 01 ay 15 gün azadlıqdan şərti məhrum olunub, 19 sentyabr 2000-ci ildə cəzasının çəkilməmiş hissəsi 5.500.000 manat cərimə cəzası ilə əvəz edilərək azad edilib, 08 oktyabr 2010-cu il tarixli Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, 18 oktyabr 2011-ci il tarixli Sabunçu rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə və 2800 manat cərimə cəzasına məhkum edilmiş, 04 fevral 2015-ci il tarixli Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə və 2800 manat cərimə cəzasına məhkum edilmiş, 05 dekabr 2017-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan təqsirləndirici material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuşdur. Cinayət işinin 116-cı vərəqində olan Bakı şəhər Probosiya İdarəsində Bağırov X3 rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə 3000 manat cərimə cəzasına məhkum olunduğu halda həmin cərimənin ödənib-ödənməməsi ilə bağlı edilmiş sorğunun 05 mart 2022-ci il tarixli 21-1/3-346443 nömrəli sorğu cavabından müəyyən olunmuşdur ki, hökmün üzrə təyin edilmiş cərimədən 200 manat ödənilmişdir. Yəni cərimə cəzası ödənilməmişdir. Məhkəmə iclasında oğlunun üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs sağ yan cibindən 1 bükümdə narkotik vasitəsi-heroin və 01 bükümdə metamfetamin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,199 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən narkotik vasitə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,624 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində təhlükəli residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun qərarında göstərilir ki, qəti cəzanın tərkibinə daxil olan cərimə cəzasınm residivin müəyyən edilməsi zamanı nəzərə alınmamasının mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələyə dair qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində məhz azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın yaratmış olduğu məhkumluğun nəzərə alınmaması müəyyən edildiyindən, cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın tərkib elementi olan cərimə cəzası residivin yaranmasına səbəb olmayan məhkumluq kimi qiymətləndirilə bilməz. Bu halda cinayətlərin residivi bütün cəzalar çəkilib qurtardıqdan, o cümlədən cərimə cəzası ödənildikdən sonra məhz azadlıqdan məhrum etmə cəzasına görə axmağa başlamış, lakin hələ bitməyən məhkumluğun ödənilməsi müddətində qəsdən yeni cinayətin törədilməsinə görə müəyyən edilir. Başqa sözlə, residivi şərtləndirən hallar qismində şəxsin üzərində azadlıqdan məhrum etmə cəzası ilə bağlı ödənilməyən məhkumluğun olması və qəsdən yeni cinayətin törədilməsi çıxış edir. Əks yanaşma, vahid hökmlə təyin olunmuş hər bir cəzanın müstəqil hesablanan bir neçə məhkumluq yaratması, həmçinin eyni bir hökmlə müxtəlif cəzalara məhkum olunmuş şəxsin həm məhkumluğu ödənilən, həm ödənilməyən, hətta cəza çəkən şəxs statusunda ola bilməsi kimi yanlış nəticəyə gətirib çıxarar. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vahid hökmlə təyin edilmiş qəti cəzanın və onun yaratmış olduğu məhkumluğun bölünməsinə yol verilmədiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbləri baxımından cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə və digər cəzaya məhkum olunmuş şəxsin məhkumluğunun ödənilməsi müddətinin başlanğıcı qəti cəzanı çəkib qurtardığı və ya cəzadan azad edildiyi andan hesablanmalı, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə isə əməlində residiv müəyyən edilməli və bu hal cinayət qanununun prinsipləri ilə uzlaşmayan vəziyyət kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsi yalnız azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların yaratmış olduğu məhkumluğu nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (04 fevral 1999-cu il tarixli Biləsuvar Qarnizonun hərbi məhkməsinin hökmü ilə 226-1-ci maddəsinin İ hissəsi, 192-ci maddəsinin İ hissəsi, 194-cü maddəsinin İ hissəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 06 oktyabr 1999-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-2 maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 01 il 01 ay 15 gün azadlıqdan şərti məhrum olunub, 19 sentyabr 2000-ci ildə cəzasının çəkilməmiş hissəsi 5.500.000 manat cərimə cəzası ilə əvəz edilərək azad edilib, 08 oktyabr 2010-cu il tarixli Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, 18 oktyabr 2011-ci il tarixli Sabunçu rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə və 2800 manat cərimə cəzasına məhkum edilmiş, 04 fevral 2015-ci il tarixli Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə və 2800 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin məktubuna əsasən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzası ödənilməmişdir.) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzası ödənilmədiyindən başlamamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2021-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin təhlükəli residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Bundan başqa, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 04 fevral 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə və 2800 manat cərimə cəzasına məhkum edilmişdir və yuxarıda göstərildiyi kimi Bak şəhər Probasiya İdarəsinin məktubuna əsasən onun 2800 manat cərimə cəzası ödənilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 04 fevral 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 2800 manat cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməli və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 04 fevral 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 2800 (iki min səkkiz yüz) manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə tam toplanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), Təqsirləndirilən şəxs 22-24 dekabr 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmalı, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2.800 (iki min səkkiz yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunmalı, cəza çəkməsinin əvvəli azadlığı faktiki məhdudlaşdırıldığı andan, yəni 10 fevral 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 04 fevral 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 2800 (iki min səkkiz yüz) manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə tam toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza və 2.800 (iki min səkkiz yüz) manat məbləğində cərimə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs 22-24 dekabr 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 2.800 (iki min səkkiz yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2.800 (iki min səkkiz yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli azadlığın faktiki məhdudlaşdırıldığı andan, yəni 10 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Suraxanı Rayon Polis İdarəsinə maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1,099 qram olan heroin və 0,574 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar