Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-170/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X15 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 14:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1975-ci ildə Bakı şəhərində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Hüseynzadə küçəsi, 13 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindən Əmircan qəsəbəsi istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən, ünvan 1 saylı ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda göstərilənlərə əməl etməyərək, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq, ehtiyatsızlıqdan hərəkəti istiqamətində yolun sol tərəfindən sağ tərəfinə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs sağ bud sümüyünün aşağı 1/3-də, sağ qamış sümüyünün proksimal metafizində qapalı yerdəyişən qəlpəli sınıq, hər iki diz oynağı və burun belində əzilmiş-çapılmış tromboemboliya ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, sonuncu aldığı xəsarətlərdən xx xxxxxx 2020-ci il tarixdə saat 23:14-də xəstəxanada ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, “Opel Astra” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən iki aya yaxındır kreditə alıb etibarnamə əsasında idarə edir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən mebel mağazasında usta işləyir və “Opel Astra” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə mebellərin daşınmasını həyata keçirir. xx xxxxxx 2019-cu il tarixdə, saat 10 radələrində yaşadığı evdən çıxıb Bakı şəhərində yerləşən maşın bazarına getmiş, həmin günü saat 11:30 radələrində bazardan çıxıb Bakı şəhəri, Babək prospekti ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi istiqamətində hərəkət edərək işıqfordan sağa dönüb Əmircan qəsəbəsi istiqamətində hərəkətini davam etdirmişdir. “Balaxanı” qarajı deyilən yerdən keçdikdən sonra sola tərəf dönərək qəbirstanlıq yolu ilə Əmircan qəsəbəsinə daxil olmuş, Əmircan kəndində yerləşən Məscid istiqamətində təxminən 40 km/saat sürətlə hərəkətdə olduğu zaman təxminən 10 metr qabaqda bir nəfər qadının yolun sol tərəfində dayandığını görmüşdür. Həmin qadın dayanıb gözlədiyinə görə idarə etdiyi avtomobilin hərəkət sürətini azaltmadan hərəkətinə davam etmişdir. Lakin, həmin qadına çatmağa bir neçə metr məsafə qalmış, qadın qəflətən asta yerişlə yolun hərəkət hissəsinə daxil olmuş və onun hərəkət yoluna çıxmışdır. Həmin vaxt yolu keçmək istəyən qadınla aralarındakı məsafə az olduğundan həmin qadını vurmamaq üçün idarə etdiyi avtomobilin sükanını sola çəkmiş və əyləci basmışdır. Bununla belə, hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə həmin qadını vurmuşdur. Hadisə nəticəsində qadın, onun idarə etdiyi avtomobilin qabaq alın şüşəsinə dəyib yerə düşmüşdür. Bundan sonra o, idarə etdiyi avtomobili saxlayıb həmin qadını avtomobilinə əyləşdirmiş və sonuncunu Stimul Hospitala aparmışdır. Orada həkimlər həmin qadını müayinə etmiş, özü isə xəstəxanada gözləmişdir. Sonradan ona həmin piyadanın Zərərçəkmiş şəxs olduğu ona məlum olmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobildə özündən başqa heç kim olmamış, həmçinin avtomobilində yük olmamışdır. Hadisə nəticəsində çox həyəcanlı və narahat olduğu üçün, eləcə də, stress keçirdiyinə görə Zərərçəkmiş şəxs xəstəxanaya çatdırsa da, baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Sonradan həkimlər baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişlər və polis əməkdaşları əlib müvafiq sənədləşdirmə aparmışlar. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri aradan qaldırdığını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barşıq əldə etdiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində zərəçəkmiş şəxsin hüquqi varisi X3 göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun arvadı olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə, saat 12:30 radələrində yaşadığı evdə olduğu zaman tanımadığı şəxs ona zəng edib arvadı Natəvanın Bakı şəhəri, Suraxanı rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını və sonuncunun yol nəqliyyat hadisəsi törətmiş sürücü tərəfindən Stimul Hospitala aparıldığını bildirmişdir. Bundan dərhal sonra o, Stimul Hospitala getmiş, orada həkimlərdən, Natəvanın baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sağ bud sümüyünün aşağı 1/3-nin qapalı sınığı xəsarətinin aldığını öyrənmişdir. xx xxxxxx 2019-cu il tarixdə arvadı Natəvan həmin hospitalda əməliyyat olunmuş, Natəvan hospitalda müalicə aldığı müddət ərzində xəstəxana xərclərini sürücü Təqsirləndirilən şəxs ödəmişdir. xx xxxxxx 2019-cu il tarixdə Natəvan evə buraxılmış və müalicəsi evdə davam etdirilmişdir. Bir neçə gün sonra Natəvanın vəziyyəti pisləşdiyi üçün onu 3 saylı X6 aparmış, lakin Natəvanın vəziyyəti daha da pisləşdiyi üçün xx xxxxxx 2019-cu il tarixdə sonuncu Mərkəzi Klinikaya köçürülmüşdür. Görülmüş bütün tədbirlərə baxmayaraq arvadı Natəvan xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində vəfat etmişdir. Sonda H.M.Hüseynov təqsirləndirilən şəxslə barışıq əldə edildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 göstərdi ki, “Opel Astra” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olsa da, həmin avtomobili xx xxxxxxx 2019-cu il tarixdə Əmircan kənd sakini kimi tanıdığı Təqsirləndirilən şəxs 9.000 manata satmış, elə həmin tarixdən də sonuncuya qeyd edilən avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə çağrılanda, Təqsirləndirilən şəxs həmin avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyi ona məlum olmuşdur. Lakin hadisənin hansı şəraitdə baş verdiyindən məlumatı olmamışdır. “Opel Astra” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili o, Təqsirləndirilən şəxs satdığından həmin avtomobilə görə ona hər hansı bir maddi ziyan dəyməmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsiı haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi ünvan 1 saylı ünvanın qarşısında hərəkət zolaqlarının sayı 02 metr, hərəkət hissəsinin eni 03 metr, yol örtüyünün eni isə 06 metr olan yolda baş vermişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Opel Astra” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı həmin avtomobilin xx xxxxxx 2019-cu il tarixdə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi nəticəsində ön hissəsinin yüngül əzildiyi, alın şüşəsinin isə sındığı müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 1/3950 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1037/A saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər – sağ bud sümüyünün aşağı 1/3-nin və sağ qamış sümüyünün proksimal metafizinin yerinidəyişmiş, oynaqdaxili qapalı, qəlpəli sınıqları, hər iki diz oynağı və burun nahiyələrinin əzilmişçapılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxx 2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli tibbi arayışdan görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 22:40-da bioloji ölüm yaranmış, aparılmış bütün reanimasiya tədbirlərinə baxmayaraq saat 23:14-də bioloji ölüm təsdiqlənmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ünvan 1 saylı ünvanın qarşısındakı yolu göstərərək, xx xxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində, sonradan adını bildiyi piyada Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Astra” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerdə vurduğunu bildirərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini əyani şəkildə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsin xx xxxxx 2020-ci il tarixli T 128/2020 saylı təkrar ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ bud sümüyünün aşağı 1/3-də, sağ qamış sümüyünün proksimal metafizində qapalı, yerdəyişən qəlpəli sınıq, hər iki diz oynağı və burun belində əzilmiş-çapılmış yaraları olmuşdur. Qeyd edilən xəsarətlər böyük fiziki qüvvəyə malik küt əşyanın təsirindən törənmiş və hərəkətdə olan avtomaşınla piyadanın vurulması zamanı yarana bilərdilər, yetirilmə müddəti xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həmin xəsarətlər tromboemboliya ilə nəticələndiyindən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb təqdim edilən sənədlərə əsasən sağ aşağı ətraf sümüklərinin qəlpəli, yerdəyişən sınıqları nəticəsində yaranmış ağciyər arteriyasının tromboemboliyası olmuşdur. Qeyd edilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli, 8/918 nömrəli rəyindən görünür ki, “Opel Astra” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, əmlakı müsadirə olunmamaqla 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2009-cu il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx xxxxxx 2020-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən xx xxxx 2016-cı ildə cəzadan azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hazırki iş üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin ehtiyatsızlıqdan törədilmiş cinayət olduğunu nəzərə alaraq hesab edir ki, əvvəllər Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə ağır cinayətin törədilməsinə görə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2016-cı ildə isə cəzadan azad edilmiş, bununla da məhkumluğu ödənilməmiş Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin təsiri altına düşmür və cinayətlərin residivini yaratmır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 70 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, ümumilikdə isə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, ümumilikdə isə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-170/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-170/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver