Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-170/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 5 (beş) manat pul müqabilində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin alaraq əldə edib, əynindəki şalvarının cibində saxlayıb daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 20 yanvar 2020-ci il tarixdə, saat 12:50-də Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küşəsində binadan çıxarkən saxlanılıb, ünvan 2 ünvanda yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilərək, üzərində şəxsi axtarış aparılan zaman, əynindəki açıq göy rəngli şalvarın sol yan cibindən bir ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 0,693 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə etmişdir. O, bir müddətdir ki, Binəqədi RPİ-nin 6-jı polis bölməsinin əməliyyat müvəkkili Həsən Həsənovla məxfi əməkdaşlıq edərək, narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi məqsədilə sonunjuya köməklik etmişdir. O, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yaşayan Teymur adlı şəxsdən bir neçə dəfə narkotik vasitə olan heroin almış, sonunjunu ifşa etmək məqsədilə 20 yanvar 2021-ci il tarixdə yuxarıda qeyd olunan ünvana getmişdir. Onun məqsədi Teymur adlı şəxsi Binəqədi rayonuna jəlb etmək, burada ondan narkotik vasitə almaq, daha sonra isə Binəqədi RPİ-nin əməliyyat müvəkkili H.Həsənovun vasitəsilə bu şəxsi ifşa etmək olmuşdur. Həmin tarixdə o, Teymurun yaşadığı ünvana getmiş və sonunjudan heroin almaq istəyində olduğunu bildirmişdir. Teymur onunla razılaşaraq, narkotik vasitə əldə etmək məqsədilə ünvanı tərk etmişdir. Bir müddət sonra polis əməkdaşları həmin mənzilə daxil olaraq, onu saxlamışlar. Bu zaman mənzildə, stolun üstündə bir kibrit qutusunda narkotik vasitə olan heroin olmuşdur. Polis əməkdaşları ona mürajiət edərək, mənzildə narkotik vasitələrin olub-olmamasını soruşmuş, o, mənzilin ona məxsus olmadığı səbəbindən, bu barədə hər hansı bir məlumata malik olmadığını, anjaq stolun üstündə bir qutuda heroin olmasına dair məlumatınının olduğunu bildirmişdir. Polis əməkdaşları onu Suraxan RPİ-nə gətirmişdirlər. O, polis əməkdaşlarına bildirmişdir ki, M.Baydəmirov küçəsinə narkotik vasitə əldə etmək üçün deyil, Teymuru ifşa etmək məqsədilə gəlmişdir. Polis əməkdaşları ona Teymuru ifşa etmək məqsədilə ona bir ədəd siqaret kağızına bükülmüş narkotik vaitə təqdim etmiş və bildirmişlər ki, bu narkotik vasitə onun üzərindən aşkar edilərsə, Teymur ifşa olunajaqdır və o, da polis əməkdaşlarına kömək etmiş olajaqdır. O, bu təkliflə razılaşmış və ona təqdim olunmuş bükülünü əynindəki açıq göy rəngli şalvarın sol yan cibinə qoymuşdur. Axtarış zamanı onun üzərində saxlanılması, daşınması, və gəzdirilməsi, qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, o, etiraz etmədən, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaret kağızı bükümündə narkotik vasitəyə heroinə bənzər maddəni çıxarıb polis əməkdaşılarına təqdim etmişdir. Bundan sonra həmin bir ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək, zərfə qoyulub qablaşdırılmışdır. O, Bülbülə qəsəbəsi ərazisində tutulub Suraxanı RPİ-nə gətirilərkən və Suraxanı rayon polis idarəsində olarkən, polis əməkdaşları tərəfindən hər hansı fiziki vəya psixi təziqə məruz qalmadığını bildirmişdir. Halbuki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, 12-13 il müddətdir ki, narkotik vasitə heroindən inyeksiya yolu ilə istifadə edir. 20 yanvar 2021-ci il tarixdə saat 12:30 radələrində o, narkotik maddə almaq üçün üzdən tanıdığı, adını bilmədiyi şəxslə Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində görüşərək , bir büküm “heroini" həmin şəxsdən 5 manata alıb, həmiun narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır . O, buradan uzaqlaşmaq istədikdə, təxminən saat 12:50-də Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində 30 ünvanının qarşısında dayanmış vəziyyətdə olduğu zaman, mülki geyimdə olan şəxslər onlara vaxınlaşmış və özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını bildirmişdirlər. Bundan sonra ona narkotik vasitələrin əldə edilməsi, saxlanması və istifadəsində şübhəli olduğunu bildirərək, onu Suraxan RPİ-nə gətirmişlər. Axtarış zamanı onun üzərində saxlanılması, daşınması, və gəzdirilməsi, qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. O, etiraz etmədən, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 05 manata aldığı bir ədəd siqaret kağızı bükümündə narkotik vasitəyə olan heroinə bənzər maddəni çıxarıb polis əməkdaşılarına təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olması, nə vaxt və kimdən əldə etməyi barədə soruşulmuş, o, isə həmin bükümlərin içərisində narkotik maddə "kakos” kimi tanıdığı heroin olduğunu, onu Bülbülə qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı yerim bilmədiyi şəxsdən öz istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Bundan sonra həmin bir ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış, üzəri onun və digər iştirakçılar tərəfindən imzalanaraq, təsdiq olunmuşdur. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti davam etdirilmiş və hər hansı əşya və ya predment aşkar edilməmiş və götürülməmişdir. Bundan əlavə o, ona verilən suallara cavab olaraq narkotik vasitə hesab olunan Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş heroini inyeksiya yolu ilə qəbul etdiyini, narkotik maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə olan "heroini" öz şəxsi istifadəsi üçün əldə etdiyini və narkotik maddələri mütəmadi olaraq üzdən tanıdığı, adını bilmədiyi, lakin Bül-bülə qəsəbəsi ərazisində yaşadığını bildiyi şəxsdən aldığını və tutulub Suraxanı RPİ-nə gətirilərkən və Suraxanı rayon polis idarəsində olarkən, polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təziqə məruz qalmadığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamışdır. Narkotik vasitələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Üzərində narkotik vasitə olması və gəzdirməyi barədə heç kimin məlumatı olmamış, belə ki, bu barədə heç kimə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməliyyat-müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsindədir. 20 yanvar 2021-ci il tarixdə xx.xx.1988-ci ildə Cəlilabad rayonunda anadan olmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Suraxanı RPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Anar adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə bölmə rəisinə raportla məruzə etmiş və rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Anar adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasımı görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməm barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinə məlumatlar verilmişdir. Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun üzvləri o, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis polis leytenantı Şahid2 və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 təyin olunmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün Şahid2 və Raman Həsənovla və o, əldə olunmuş məlumata əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsinə gəlmişlər. Saat 12:50-də həmin küçədə 30B ünvanının qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar və xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib, onu Suraxanı RPİ-nə dəvət etmişlər. Sonuncu da heç bir etiraz etməyərək, onlarla razılaşmışdır. Bundan sonra onlar birlikdə Suraxanı RPİ-nin inzibati binasına gəlmişlər. Bu barədə raport yazıb Suraxanı RPİ-nin rəisinə məruzə etmişdir, bu sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis idarəsinə vəkil dəvət edilmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra, vəkilin iştirakı də videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Anarın üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda, onu təqdim etməsi təklif olunmuşdur. Bu zaman Anar əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd üzərində ‘‘prima” yazılmış siqaret qutusunu və içərisində siqaretin kağızı bükümünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin bükümün içərisində narkotik vasitə olan heroin olmasını və həmin günü Bül-bülə qəsəbəsində tanıdığı, lakin adını bilmədiyi şəxsdən 5 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan sonra Anar Hacıbalayevin üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş başqa hər hansı bir əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin narkotik vasitə kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən polis əməkdaşı Anar , vəkil və o, imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşları, vəkil. Şəhriyar və o, imza etmişdir. Polis bölməsində Əliyev X4 RPİ-nin əməliyyat müvəkkili H.Həsənovun tapşırığı ilə Teymur adlı şəxsi ifşa etmək məqsədilə saxlanıldığı ünvana gəldiyini və sonunjudan narkotik vasitə olan heroin aldığını bildirmiş, polis əməkdaşları tərəfindən H.Həsənovla telefon əlaqəsi saxlanılmış, sonunju Təqsirləndirilən şəxs tanıdığını, lakin ona kimisə ifşa etmək məqsədilə har hansı bir tapşırıq vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin 6-jı PB-də əməliyyat-müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsindədir. O, iş üzrə Təqsirləndirilən şəxs tanıyır, sonunju bir neçə dəfə bölmənin polis əməkdaşları ilə məxfi əməkdaşlıq edərək, narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi məqsədilə onlara köməklik etmişdir. A. Əliyev ona Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yaşayan Teymur adlı şəxsdən bir neçə dəfə narkotik vasitə olan heroin aldığını, sonunjunu ifşa etmək məqsədilə bu şəxsi Binəqədi rayonuna jəlb etməyi, burada ondan narkotik vasitə almağı, daha sonra isə ifşa etməyi təklif etmiş, lakin o, bunu Təqsirləndirilən şəxs qadağan etmiş və izah etmişdir ki, bu narkotik vasitənin satışına təhrik kimi qiymətləndirilə bilər ki, bu da qanunsuz və yolverilməzdir, bu barədə məlumat aidiyyatı üzrə Suraxanı RPİ-nə verilməlidir. O, hazırki iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsinə getməyi, orada yaşayan Teymur adlı və yaxud da hər hansı digər şəxsi ifşa etməyi təklif etməmişdir və bununla bağlı hər hansı göstəriş verməmişdir, əksinə olaraq, qeyd olunan ünvan Binəqədi rayonuna aid olmadığından və yuxarıda göstərilən səbəblərdən, Təqsirləndirilən şəxs təklifini qəbul etməmiş və ona bunu qadağan etmişdir. Binəqədi RPİ-də bununla bağlı hər hansı bir əməliyyat işi açılmamışdır. Təqsirləndirilən şəxs 20 yanvar 2021-ji il tarixdə Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsinə anjaq özünə məlum olan səbəblərdən getmişdir. İş materiallarında olan 20 yanvar 2021-ci il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı RPİ İŞ-nin müstəntiqi 22 yanvar 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır cinayətlər Məhkəməsinin hökmü ilə 10.03.2017-ci il tarixdə Azərbaycan Respublikasının Jinayət Məcəlləsinin 29,180.2.2 , 29,180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15.10.2019-cu iı tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, 17.08.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının verdiyi 21 yanvar 2021-ci il tarixli 6/260 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №195" möhür əksi. "vət Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,693 qram maddə kütləsi kustar üsulla hazırlanma narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş " Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr" siyahısına aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloci X9 Şəxsin Ambulator X2 Komissiyasının verdiyi 10 mart 2021-ci il tarixli 710 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının və məhkəmə narkoloci ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmədə istintaqı zamanı dindirilərkən, ona verilən ittiham üzrə cinayət əməlini törətmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, bunu özünün müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, ibtidai istintaq zamanı dindirilən təqsirləndirilən şəxs etirafediji ifadələr vermiş, ifadəsində ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişdir. Həmin ifadə həqiqətə uyrun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə bunu ittihamı təsdiq edən sübut kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs orlu barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, Azərbaycan Respublikası CM-nin 61.1.1ci maddəsinə əsasən cinayətin residivini cəzanın ağırlaşdıran hal olmasını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi recimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloci dispanserində qeydiyyata alınmalı və CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra iki ədəd bükümdə təmiz çəkisi 0,643 qram olan qəhvəvi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 20.01.2021-ci il tarixdən 22.01.2021-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,643 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-170/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-170/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver