Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-170/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, 17 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 iyun 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, 14 oktyabr 2024cü il tarixdə tutulmuş, 16 oktyabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-170/2025 saylı, 19 fevral 2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuş və məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs vəfat etmişdir. Cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əsasən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edərək ona ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 17 iyun 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1590 qram olan narkotik vasitə qurudulmayan marixuananı 100 manata alaraq əldə edib, üzərində saxlamaqla daşımış və Suraxanı Rayon Polis idarəsinin Narkotiklə mübarizə bölməsinin və Suraxanı RPİ-nin 30- cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 iyun 2024-cü il tarixdə saat 12:30 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida yaşayış kompleksinin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilərək, orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman sağ əlində olan şəffaf sellofanın içərisində bir ədəd bükümdə təmiz çəkisi 1590 qram narkotik vasitə qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür.. 18 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkəməyə verilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işi üzrə məhkəmə baxış iclaslarında iştirak etmədiyindən xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə vəfat etməsi müəyyən olunmuşdur. Məktuba əlavə edilən xx.xx.2025-ci il tarixli Təcili və X2 Stansiyası Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs həkiməqədər ölümü müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən çıxarışdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən xx.xx.2025-ci il tarixdə ölmüş Təqsirləndirilən şəxs yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərilmiş, lakin yaxın qohumlardan hüquqi varis qismində tanınma barədə müvafiq istəyini bildirən olmamışdır. Ölmüş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi oğlu xx.xx.2025-ci il tarixli ərizəsi ilə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi barədə razılığını bildirmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı da eyni əsaslarla cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini təklif etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin işin sonrakı hərəkəti barədə təkliflərini nəzərə alaraq, hesab edir ki, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Qeyd edilən Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Göründüyü kimi, cinayət işi üzrə təqsirləndirilən şəxs ölmüş, onun yaxın qohumlarından hüquqi varis qismində tanınma haqqında müvafiq istəyini bildirən olmamış və onun müdafiəçisi cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321.1 və 321.2.1-ci maddələrinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməli, iş üzrə məhkəmə xərci – keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertiza tədqiqatının dəyərini təşkil edən 70 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli, cinayət işi üzrə maddi sübut olan və saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 1589,95 qram narkotik vasitə qurudulmayan marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut qismində tanınmış bir ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia və xüsusi müsadirə olunmuş əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfləri həmçinin mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğdən ibarətdir. Həmin Məcəllənin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Göstərilən Məcəllənin 198.2-ci maddəsinə əsasən məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Qeyd edilən Məcəllənin 198.6-cı maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək məhkum öldükdə, onun vərəsələri məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımırlar. Hazırki iş üzrə Təqsirləndirilən şəxs öldüyündən məhkəmə məsrəfi olaraq ekspertə ödənilməli olan məhkəmə fiziki-kimyəvi ekspertiza tədqiqatının dəyərini təşkil edən 70 manat pul dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5, 43, 321.1, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinə xitam verilsin. İş üzrə məhkəmə xərci – keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertiza tədqiqatının dəyərini təşkil edən 70 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut olan və saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 1589,95 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış bir ədəd disk cinayət işi materiallarında saxlanılsın. Qərardan 20 gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-170/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-170/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver