Məhkəmə qərarları › İş №1(010)-171/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-171/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-171/2024 25.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru-Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X12 və onun qanuni nümayəndəsi X3, X3 nümayəndəsi (vəkil) X11, Mülki cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X13, təqsirləndirilən şəxsin müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1957-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-nin iş icraçısı işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-cü Yeni Yaşayış massivi 1-M.Abdin küçəsi, döngə 1, ev 30 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs "xxxx" MMC ilə aralarında bağlanmış 10 may 2023-cü il tarixli “əmək müqaviləsi” əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi ilə, Mərkəzi küçəsinin kəsişməsində inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında iş icraçı vəzifəsini icra edərkən “Tikinti şöbəsi, təmir-tikinti sektoru iş icraçısının” vəzifə təlimatının 1-ci abzasının tələbinə görə «Sahənin istehsalattəsərrüfat fəaliyyətinə rəhbərlik edib, tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini, 2-ci abzasına görə «Tikintiquraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edilməsini, «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.2-ci bəndinin tələblərinə görə iş meydançasının təşkili, iş sahələrinin və iş yerlərinin yerləşdirilməsi zamanı insanlar üçün təhlükəli istehsalat faktorları olan zonalar müəyyən edilməsini, təhlükəli zonalar, təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanmasını, 2.26-ci bəndinin tələblərinə görə 1,3 metr və daha çox hündürlükdə və aşırımdan 2 metrədək məsafədə olan iş yerlərini dövlət standartına uyğun olaraq müvəqqəti qoruyucu çəpər ilə təmin etməli olduğu halda bu tələblərə əməl etməyərək, təsdiq edilmiş “iş icraçısının vəzifə təlimatı”-nın 1 və 2-ci abzaslarının və «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.2, 2.26 bəndlərinin tələblərini pozmaqla, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyərək, öz vəzifələrinin icrasına cinayətkarcasına etinasızlıq göstərib, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi ilə, Mərkəzi küçəsinin kəsişməsində inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında insanlar üçün təhlükəli istehsalat faktorları olan zonaların, yəni mərtəbələrin kənarlarının müəyyən edilib həmin zonaların təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanması və mərtəbələrin kənarlarının müvəqqəti qoruyucu çəpərlə bağlanmasını təmin etmədiyinə görə "xxxx" MMC ilə arasında bağlanmış 19 may 2023-cü il tarixli “əmək müqaviləsi” əsasında “qəlibçi” vəzifəsində işləyən Zərərçəkmiş şəxs 14 oktyabr 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi ilə Mərkəzi küçəsinin kəsişməsində inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsinin tavan hissəsinin inşası zamanı beton tökülməsi üçün qəlibi işini görməkdən ötrü zəruri olan dəmir parçalarını və üzərində dayanıb iş görmək üçün lazım olan taxta materialdan düzəldilmiş qutuşəkilli predmeti binanın 7-ci mərtəbəsindən götürüb digər binaya keçid etmək istəyərkən iki bina arasında olan 90 sm məsafəli boşluqdan, 29.1 metr hündürlükdən binanın bünövrə hissəsinə yıxılaraq baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəli baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən çoxsaylı sınıqları, alt çənənin, solda körpücük sümüyünün, sağda İİ, İİİ, İV, V, Vİ qabırğaların, onurğanın döş və bel hissələrində fəqərələrin yerinidəyişmiş çoxsaylı sınıqları, dalağın, qaraciyərin cırılması, hər iki ağciyərin əzilməsi, sol böyrək ətrafı yumşaq toxumalara qansızma, bədənin çoxsaylı səthi əzilmiş yaraları, sıyrıqları və hematoması kimi dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər alması nəticəsində baş vermiş hadisə ilə səbəbli əlaqə təşkil edən tikinti işlərinin aparılmasının təhlükəsizliyi qaydalarını pozmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, təxmini olaraq 5 ay müddətdir ki, "xxxx" MMC ilə əmək müqaviləsi əsasında MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi ilə, Mərkəzi küçəsinin kəsişməsində inşa edilən hündür mərtəbəli, çoxmənzilli yaşayış binasının iş icraçısı vəzifəsində işləyir. Həmin binanın tikintisi bildiyi qədəri ilə 2022-ci ildən başlamışdır. O, həftənin altı günü qeyd edilən tikinti sahəsində işləməklə, iş vaxtı hər gün saat 08:00-dan etibarən başlayıb 18:00-da başa çatır. Mərhum Zərərçəkmiş şəxs ondan əvvəl həmin tikinti sahəsində işə başlamış, Zərərçəkmiş şəxs iş yerindən tanımışdır, Zərərçəkmiş şəxs ilə hamının normal münasibəti olmuş, heç kəslə ziddiyyəti olmamışdır. 14 oktyabr 2023-cü il tarixdə saat 08:00-dan etibarən işə başlamışlar. İşə başlamamışdan əvvəl işçilərin hər birini əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları ilə tanış edərək jurnala imza etdirmişdir. Həmin jurnalı həm işə giriş çıxış həm də ki, təhlükəsizlik qaydaları ilə tanış etmə jurnalı kimi istifadə etmişlər. Binanın aşağı mərtəbələri qaraj və qeyri yaşayış sahəsi kimi, qaraj -2,-1-ci mərtəbələr, qeyri yaşayış sahəsi 0, 1 və 2-ci mərtəbələri, yaşayış sahəsi isə 3-cü mərtəbədən hesablanmışdır. Hadisə günü yaşayış binasının 10-cu mərtəbəsinin betonun tökülməsi üçün qəlib işləri görülməsi məqsədilə Şahid1 adlı usta faktiki briqadir kimi fəaliyyət göstərməklə ustalar içərisində görüləcək işin bölgüsünü aparıb, görüləcək işləri müəyyənləşdirərək fəhlələri ustalar üçün ayırmışdır. Həmin vaxt artıq usta və fəhlələr işlərin görülməsi üçün binanın 10-cu mərtəbəsinə qalxmışlar. O, isə birinci mərtəbədə işləyən dəmirçilərin işinə nəzarət etmişdir. Binanın 10-cu mərtəbəsində isə 10-cu mərtəbənin inşası zamanı tavan hissəsinə beton tökülməsi üçün qəlib işi görülmüşdür. Aşağıda dəmirçilərin işinə nəzarət etdikdən sonra o, yuxarı mərtəbələrə qalxmış, yuxarı qalxdıqda saat 09:30 radələrində Zirəddin ona Zərərçəkmiş şəxs iş yerində tapa bilmədiyini deyərək sonuncunu axtarmağa başlamışdır. Bir müddət keçdikdən sonra Zirəddin Fərhadın meyitinin binanın qarşısında yerə düşdüyünü görüb, bu barədə ona məlumat vermişdir. Onlar isə öz növbəsində təcili yardıma və polisə məlumat vermişdir. Hadisə günü Fərhad və Zakir birlikdə işləmişlər. Hər ikisi 10-cu mərtəbənin inşası zamanı tavan hissəyə beton tökülməsi üçün qəlibi saxlamaqdan ötrü atılmış taxta dabanları bərkitmək məqsədilə dabanlara dəmir birləşdirilməsi işini görmüşlər. Taxta dabanlara bərkitmək üçün lazım olan boruların hündürlüyü 210 sm olmuşdur. Zakir tavana aid olan dabanın üzərində dayanaraq Fərhad tərəfindən qaldırılan dəmir dirəkləri dabanlara mismarla bərkitmişdir. Bir neçə dəmir dirək bərkidəndən sonra dəmir dirəklərin dabanı möhkəm saxlanmasından ötrü təxmini 15 sm-lik dəmir parçaları dirəklərin boşluğuna keçirərək həmin dirəyin möhkəmliyini təmin etmişlər. Həmin vaxt dirəklərin boşluğuna keçirilən dəmir parçaları bitdiyindən və həmin boşluqlar hündürlükdə olan Fərhada çətinlik yaradacağına görə, Fərhad boşluqlara keçirmək üçün həm qısa dəmir parçaları, həm də ki, ayağının altına qoymaq üçün taxta materialdan düzəldilmiş ayaqaltı gətirəcəyini bildirib aşağıya düşmüşdür. Bir qədər keçdikdən sonra Fərhadın gəlmədiyini görüb axtarmağa başlamışlar. Daha sonra ayaq altına qoymaq üçün yeşik formasında olan taxta materialın 7-ci mərtəbədə olduğunu görsələr də, Fərhadı tapa bilməmişlər. Bir müddət keçdikdən sonra Zirəddin Fərhadın yerə yıxılaraq hərəkətsiz olduğu barədə məlumat vermişdir. Bundan sonra hər biri aşağı düşərək təcili yardım çağırmışlar. Təcili yardım gəldikdə Fərhadın artıq öldüyünü bildirmişdir. Fərhad ilk öncə yerdə olsa da, təcili yardım gəlib Fərhadı müayinə etməsindən ötrü işçilər köməkləşib Fərhadın meyitini betonun üzərinə qaldırmışlar. Ustalara və fəhlələrə hansı işin görülməsi bəzən direktor, bəzən isə onun tərəfindən tapşırıqlar verilmişdir. Görüləcək iş tapşırıldıqdan sonra ustalara və fəhlələrə iş bölgüsünü Zirəddin həyata keçirmişdir, Zirəddin özü də qəlibçi ustası olsa da, briqadir kimi qəlib işi görən ustaların hər birinə iş bölgüsünü həyata keçirməklə hansı işi görəcəyini tapşırmışdır. Hazırki ünvanda inşa edilən binalarda tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı "xxxx" MMC ilə "xxxx" MMCarasında 05 yanvar 2023-cü il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən işlərin aparılması zamanı təhlükəsizlik iş şəraitinin yaradılmasını podratçı "xxxx" MMC öz öhdəsinə götürmüşdür. O, iş icraçısı kimi binanın konstruktiv işlərinə, binada görülən işlərin düzgün layihəyə uyğun aparılmasına, işlərin keyfiyyətli görülməsinə nəzarəti və vəzifə təlimatında göstərilən digər işlərin görülməsini həyata keçirmişdir. Zərərçəkmiş şəxs hansı şəraitdə yıxılmasını görməmişdir. Fərhadın 7-ci mərtəbədə ayaq altına qoymaq üçün yeşik formasında olan taxta materialı və dəmir parçaları gətirərkən həmin mərtəbədən aşağı yıxıldığını düşünmüşdür. Onun tərəfindən tikinti sahəsində fəaliyyət göstərən ustalara Əməyin mühafizəsi və X6 dair giriş, rüblük və gündəlik təlimatlar keçirlmişdir. Təlimatlar keçirildikdən sonra işçilər təlimatın keçirilməsini öz imzaları ilə təsdiq etmişlər. Həmin təlimatların keçirilməsi vəzifə bölgüsünə əsasən onun üzərinə qoyulmuşdur. Onun tikinti sahəsində il iş təcrübəsi olmuşdur. İşçilərə dəbilqə və zəruri işləri görən zaman kəmər kimi fərdi mühafizə vasitələri verilmişdir. İşlədiyi "xxxx" MMC-nin direkotru Şahid2 olmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi ilə, Mərkəzi küçəsinin kəsişməsində inşa edilən hündür mərtəbəli çoxmənzilli yaşayış binasının bünövrədən hesablanmaqla aşağı mərtəbələri qaraj və qeyri yaşayış sahəsi kimi nəzərdə tutulmuşdur. Qaraj -2,-1-ci mərtəbələr üçün, qeyri yaşayış sahəsi isə 0, 1 və 2-ci mərtəbələr üçün nəzərdə tutulmuş və yaşayış sahəsi isə 3-cü mərtəbədən hesablanmaqdadır. Qeyd edilən formada hesablanan zaman hadisə günü yaşayış binasının betonun tökülməsi üçün qəlib işləri görülməli olduğu mərtəbə binanın 10cu mərtəbəsi kimi, Zərərçəkmiş şəxs yıxıldığı və qutu şəkilli predmetin aşkar edildiyi mərtəbə isə 7-ci mərtəbə kimi nəzərdə tutulmuşdur. Zərərçəkmiş şəxs dəfn, yas mərasimləri təşkil edilmiş, qəbir daşı qoyulmuşdur. Əlavə olaraq bildirdi ki, özünə məxsus avtomaşını sataraq ondan əldə edilmiş 15.000 manat məbləğində pulu zərərçəkmiş şəxsin qanuni nümayəndəsinə ödəniş etmək məqsədi ilə təklif etsə də, zərərçəkmiş şəxs tərəfindən həmin pul qəbul edilməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndə X3 iştirakı ilə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, atası Zərərçəkmiş şəxs tikintidə işləyərək pul qazanmışdır. Atası Zərərçəkmiş şəxs hadisədən təxmini 8 ay əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən hündür mərtəbəli tikilidə işə başlamış, xasiyyətcə sakit və mülayim biri olmuşdur, hamı ilə çox yaxşı münasibəti olmuşdur. Atası Fərhadın işlədiyi tikili yaşadıqları evin yaxınlığında yerləşmişdir.14 oktyabr 2023-cü il tarixdə saat 10:30 radələrində onlara zəng gələrək atasının tikintidə yıxıldığını demişlər. Bundan sonra o, anası X7 ilə birlikdə həmin tikiliyə getmişlər, orada atasının tikintidən yıxılaraq öldüyünü öyrənmişlər. Hadisənin hansı şəraitdə baş verməsi barədə məlumatı olmamışdır. Atası Fərhad 14 oktyabr 2023-cü il tarixdə hər zamanki qaydada, saat 07:10-da evdən çıxıb işə getmişdir. O, atasının şərəf və ləyaqətini alçaldan, hədə qorxu gəlmə hallarının olmadığını, sonuncunun heç kiminlə düşmənçiliyinin və ədavətinin olmadığını bildirmişdir. Atası təbiətcə sakit insan olmuş, istər işdə, istərsə də, gündəlik həyatında hər kəslə çox yaxşı münasibətdə olmuşdur. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı X3 nümayəndəsi (vəkil) X1 Sevinc Fərhad qızının ifadəsinə oxşar ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı mülki cavabdeh qismində dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi X4 Sevinc Fərhad qızının qanuni nümayəndəsi X3 "xxxx" MMC-yə qarşı maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğuna görə rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təxmini olaraq 13 iyul 2023-cü il tarixdən "xxxx" MMC ilə əmək müqaviləsi əsasında MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi ilə, Mərkəzi küçəsinin kəsişməsində inşa etdiyi hündür mərtəbəli, çoxmənzilli yaşayış binasının tikinti sahəsində qəlibçi usta kimi fəaliyyət göstərir. Həmin binanın tikintisi bildiyi qədəri ilə 2022-ci ildən başlamışdır. Həftənin altı günü qeyd edilən tikinti sahəsində işləməklə iş vaxtı hər gün saat 08:00-dan etibarən başlayıb, 18:00-da başa çatmışdır. Mərhum Zərərçəkmiş şəxs ondan əvvəl həmin tikinti sahəsində fəhlə kimi işə başlamış, sonuncunu iş yerindən tanımışdır. Fərhadla hamının normal münasibəti olmuş, heç kəslə ziddiyyəti olmamışdır. 14 oktyabr 2023-cü il tarixdə saat 08:00-dan etibarən işə başlamışlar. Yaşayış binasının 10-cu mərtəbəsinin betonunun tökülməsi üçün qəlib işləri görmüşlər. O, rəsmi olaraq qəlibçi ustası olsa da, faktiki baş usta kimi fəaliyyət göstərərək, iş icraçısı Caniyar və direktor Zaur tərəfindən tapşırılan işləri işçilər arasında bölüşdürmüşdür. Hadisə günü Caniyar səhər onlara təhlükəsizliklə bağlı təlimat verərək, tabel cədvəlinə imza etdirdikdən sonra işə başlamışlar. İş bölgüsü aparan zaman Zərərçəkmiş şəxs fəhlə kimi Zakir üçün ayırıb tavan hissəyə beton tökülməsi ilə bağlı qəlib işi görüləcəyini bildirmişdir. Zakir Fərhadla birlikdə 10-cu mərtəbənin tavan hissəsinə beton tökülməsi üçün qəlib işi görməyə başlamışlar. Həmin mərtəbənin inşası zamanı tavan hissəsinə beton tökülməsi üçün qəlibi saxlamaqdan ötrü atılmış taxta dabanları bərkitmək məqsədilə dabanlara dəmir birləşdirilməsi işi görmüşlər. Taxta dabanlara bərkitmək üçün lazım olan boruların hündürlüyü 210 sm olmuşdur. Zakir tavana aid olan dabanın üzərində dayanaraq Fərhad tərəfdən qaldırılan dəmir dirəkləri dabanlara mismarla bərkitmişdir. Bir neçə dəmir dirək bərkidəndən sonra dəmir dirəklərin dabanı möhkəm saxlanmasından ötrü, təxmini 15 sm- lik dəmir parçalarını dirəklərin boşluğuna keçirərək həmin dirəyin möhkəmliyini təmin etmişlər. Həmin vaxt dirəklərin boşluğuna keçirilən dəmir parçaları bitdiyindən və həmin boşluqlar hündürlükdə olduğundan, Fərhada çətinlik yaradacağına görə Fərhad boşluqlara keçirmək üçün həm qısa dəmir parçalarını, həm də ki, ayağının altına qoymaq üçün taxta materialdan düzəldilmiş ayaqaltı gətirəcəyini bildirib aşağıya düşmüşdür. Həmin vaxt onlar 10-cu mərtəbədə işlərini görmüşlər. Bir müddət keçdikdən sonra Zakir ona Fərhadın xeyli müddətdir getdiyini və gəlmədiyini demişdir. O, Famili Zakirə kömək etməsindən ötrü ayırmış, özü isə Fərhadı axtarmağa başlamışdır. Bir qədər axtardıqdan sonra gələrək Fərhadı tapa bilmədiyini demişdir. Onlar Fərhadın sanitar qovşağa gedəcəyini ehtimal edərək işlərinə davam etmişlər. Bundan sonra o, Fərhadın telefonuna zəng etsə də, telefona zəng çatmadığından təkrar sonuncunu axtarmaq üçün aşağı mərtəbələrə düşmüşdür. Fərhadı bir qədər axtardıqdan sonra geri qayıdaraq ayaq altına qoymaq üçün yeşik formasında olan taxta materialın 7-ci mərtəbədə olduğunu görsə də, sonuncunu tapa bilməmişdir. Ətrafa və yeşik olan hissədən aşağıya baxarkən həmin ara hissədən Fərhadın binanın bünövrə hissəsinə yıxılmasını görmüşdür. Xatırladığı qədərilə Fərhadı görən zaman sonuncu sağ çiyni üstə uzanıqlı vəziyyətdə olmuşdur. Bundan sonra işçilərə xəbər etmiş, hər biri aşağı düşərək, təcili yardım çağırmışlar. Təcili yardım gəldikdə Fərhadın artıq öldüyünü bildirmişdir. Fərhad ilk öncə bünövrə hissədə olsa da, təcili yardım gələn zaman, həkimlərin Fərhadı müayinə etmələri üçün işçilər köməkləşib sonuncunu betonun üzərinə qaldırmışlar. Usta və fəhlələrə hansı işin görülməsi bəzən direktor, bəzən də iş icraçısı Təqsirləndirilən şəxs tərəfindən tapşırılmışdır. Görüləcək iş tapşırıldıqdan sonra ustalara və fəhlələrə iş bölgüsü onun tərəfindən həyata keçirilmişdir. Özü qəlibçi ustası olsa da, baş usta kimi qəlib işi görən ustaların hər birinə iş bölgüsünü həyata keçirməklə görüləcək işlər barədə tapşırıqlar vermişdir. "xxxx" MMC tərəfindən inşa edilən bina tikintisi üzrə iş icraçısı Təqsirləndirilən şəxs adlı şəxs olmuşdur. Onlar işlərini bitirdikdən sonra Caniyar gələrək görülən işin aparılmasına, düzgünlüyünə nəzarət etmiş və yekunda da Caniyara təhvil vermişlər. Bəzən işləri MMC-nin direktoru Elnura Məmmədova da təhvil vermişlər. O, Fərhadın hansı şəraitdə yıxılmasını görməmişdir. Lakin Fərhadın 7-ci mərtəbədən ayaq altına qoymaq üçün yeşik formasında olan taxta materialı və dəmir parçaları gətirərkən həmin mərtəbədən aşağıya yıxıldığını düşünmüşdür. Tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimatlar iş icraçısı Təqsirləndirilən şəxs tərəfindən hər səhər təlimatlandırılmış və işçilərin fərdi mühafizə vasitələrindən istifadəsinə nəzarət etmişdir. Tikintidə işə başlayarkən hər birinə verilmiş dəbilqə və zəruri işləri görən zaman kəmər kimi fərdi mühafizə vasitələrindən istifadə etmişlər. O, Caniyardan başqa təhlükəsizliklə bağlı iş görən kimisə tanımamışdır. İşlədiyi "xxxx" MMCnin direkotru Şahid2 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. "xxxx" MMC ilə 05 yanvar 2023-cü il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi ilə, Mərkəzi küçəsinin kəsişməsində inşa etdiyi hündür mərtəbəli, çoxmənzilli yaşayış binasının А, В və C bloklarında tikintiquraşdırma işlərini görmüşdür. Həftənin altı günü qeyd edilən tikinti sahəsində işləyərək iş vaxtı hər gün saat 08:00-dan etibarən başlamaqla 18:00-da başa çatır. Mərhum Zərərçəkmiş şəxs həmin tikinti sahəsində fəhlə kimi işə başlamış, Fərhadı iş yerindən tanımışdır. Fərhad ilə hamının normal münasibəti olmuş, heç kəslə ziddiyyəti olmamışdır. Hadisə günü, yəni 14 oktyabr 2023-cü il tarixdə yaşayış binasının 10-cu mərtəbəsinin betonun tökülməsi üçün qəlib işləri görüləcəyinə görə həmin vaxt o, iş üçün zəruri materialları almaq üçün bazara yollanmışdır. Saat təxmini 09:40 radələrində iş icraçısı Təqsirləndirilən şəxs zəng edərək tikintidə hadisə baş verdiyini, fəhlə kimi işləyən Zərərçəkmiş şəxs hündürlükdən yıxılaraq öldüyünü demişdir. Bundan sonra o, dərhal hadisə yerinə yollanmışdır. Hadisə vaxtı tikinti sahəsində olmamış, sonradan öyrəndiyi qədərilə hadisə günü Fərhad və Zakir birlikdə işləmişlər. 10-cu mərtəbənin inşası zamanı tavan hissəsinə beton tökülməsi üçün qəlibi saxlamaqdan ötrü atılmış taxta dabanları bərkitmək üçün dabanlara dəmir birləşdirilməsi işini görmüşlər. Taxta dabanlara bərkitmək üçün lazım olan boruların hündürlüyü 210 sm olmuşdur. Zakir tavana aid olan dabanın üzərində dayanaraq Fərhad tərəfindən qaldırılan dəmir dirəkləri dabanlara mismarla bərkitmişdir. Bir neçə dəmir dirək bərkidəndən sonra dəmir dirəklərin dabanı möhkəm saxlanmasından ötrü təxmini 15 sm-lik dəmir parçaları dirəklərin boşluğuna keçirərək həmin dirəyin möhkəmliyini təmin etmişlər. Həmin vaxt dirəklərin boşluğuna keçirilən dəmir parçaları bitdiyindən və həmin boşluqlar Fərhada hündürlükdə olduğuna görə çətinlik yarada biləcəyindən, Fərhad boşluqlara keçirmək üçün həm qısa dəmir parçaları, həm də ki, ayağının altına qoymaq üçün taxta materialdan düzəldilmiş ayaqaltı gətirəcəyini bildirib aşağıya düşmüşdür. Bir qədər keçdikdən sonra Fərhadın gəlmədiyini görüb axtarmağa başlamışlar. Daha sonra ayaq altına qoymaq üçün yeşik formasında olan taxta materialın 7-ci mərtəbədə olduğunu görsələr də, Fərhadı tapa bilməmişlər. Bir müddət keçdikdən sonra Fərhadın hündürlükdən yıxılaraq öldüyünü bilmişlər. MMC-də işlərin təhlükəsiz aparılmasına cavabdeh şəxs iş icraçısı Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs bundan başqa iş icraçısı kimi işçilərə hansı işləri görməli olduğunu tapşırmış və işləri təhvil alaraq ona təqdim etmişdir. Bundan başqa vəzifə təlimatının tələblərinə əsasən işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırılmasının təmin edilməsi Təqsirləndirilən şəxs həvalə edilərək Caniyar tərəfindən həyata keçirilmişdir. Usta və fəhlələrə hər hansı işin görülməsi bəzən onun, bəzən də iş icraçısı Caniyar tərəfindən tapşırılmışdır. Görüləcək iş tapşırıldıqdan sonra ustalara və fəhlələrə iş bölgüsünü Şahid1 həyata keçirmişdir. Zirəddin özü qəlibçi usta olsa da, baş usta kimi qəlib işi görən ustaların hər birinə iş bölgüsünü həyata keçirməklə hansı işin görüləcəyini tapşırmışdır. O, Zərərçəkmiş şəxs hansı şəraitdə yıxılmasını görməmişdir. Zərərçəkmiş şəxs, eləcə də digər usta və fəhlələrə işə başlayarkən dəbilqə və zəruri işləri görən zaman kəmər kimi fərdi mühafizə vasitələri verilmişdir. "xxxx" MMC ilə sifarişçi "xxxx" MMC arasında işlərin təhlükəsiz aparılmasına dair birgə tədbirlər planı olmamışdır. Müqaviləyə əsasən işçilərin əməyinin mühafizəsi və X6 əməl edilməsinə, bu barədə təlimatlandırılması və nəzarət edilməsinə bir başa cavabdehliyi podratçı şirkət daşımışdır. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Şahid3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, mərhum qardaşı Zərərçəkmiş şəxs daimi olaraq Biləsuvar rayonunda yaşasa da, Bakı şəhərində tikintidə işlədiyi üçün Bakı şəhərində kirayə yaşamışdır. Fərhad Biləsuvar rayonunda Səlbinə adlı qadınla el adəti ilə toy etmiş, evliliklərindən Sevinc adlı qızları olmuşdur. Fərhadla Səlbinə hələ atasının sağlığında ayrılmışar, ailə daxilində yola getmədiklərinə görə, münasibətləri pisləşdiyi üçün hətta ayrı yaşamışlar. Səlbinə qızı Sevinclə ayrı ünvanda yaşamışdır. Səlbinə Fərhadla yola getməmiş, hətta Fərhadın pulu olmayanda evə buraxmamış, çox pis davranmışdır. Onlar hətta Fərhadın başqa şəxslə evlənməsinin tərəfdarı belə olmuşlar. X10 münasibəti çox kəskin olduğundan Fərhad daimi olaraq onlarda yaşamışdır. 14 oktyabr 2023-cü ildə onlara zəng gələrək Fərhadın iş yerində yıxılaraq öldüyünü öyrənmişlər. Baş vermiş hadisənin hansı şəraitdə olması barədə məlumatı olmamışdır. Fərhadın heç kimlə düşmənçilik və ədavəti olmamışdır, işdə, dostlar arasında hər kəslə çox yaxşı ünsiyyət qurmuşdur. Məhkəmə iş üzrə dindirilmiş proses iştirakçılarının ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini və digər iş materiallarını də sübut növü kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək müqaviləsindən və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında 19 may 2023-cü il tarixində əmək müqaviləsi bağlanmış, Zərərçəkmiş şəxs “qəlibçi” vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsindən və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında 10 may 2023-cü il tarixində əmək müqaviləsi bağlanmış, Təqsirləndirilən şəxs “iş icraçısı” vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına olan AZ-İV seriyalı 898121 nömrəli «doğum haqqında» şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs ilə X3 birgə nikahlarından 28 aprel 2009-cu il təvəllüdlü X21 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Suraxanı rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X27 tərəfindən tərtib edilmiş “hadisə yerinə baxış keçirilməsi” haqqında 14 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, S.Cəfərov küçəsi ilə Mərkəz küçəsinin kəsişməsində yerləşən tikilməkdə olan çoxmərtəbəli yaşayış binasıdır. Binanın ətrafı mühafizə çəpəri bağlanmışdır, giriş ön hissədən olan qapıdandır. İçəri daxil olduqda birbirinə yanaşı olan iki ədəd tikilməkdə olan binalar, həmin binaların qarşısında isə təxminən 8 metr dərinlikdə geniş çuxur vardır. Binanın -2 və -1 mərtəbələri qaraj üçün, 0, 1 və 2 mərtəbələr qeyri yaşayış, digər mərtəbələri isə yaşayış üçün nəzərdə tutulmuşdur. Sol tərəfdə yerləşən binanın hal-hazırda 7-ci mərtəbəsinin inşası həyata keçirilir, sağ tərəfdə yerləşən binanın isə 10-cu mərtəbəsi inşa edilir. Sol tərəfdə yerləşən binanın 7-ci mərtəbəsində qəlib işləri görüldüyü üçün, həmin mərtəbədə qəlib işləri üçün dəmir və taxta konstruksiyalar qurulmuş, yuxarı hissəsinə beton tökülmüş vəziyyətdədir. Binanın bütün həcmi boyunca mərtəbələrin kənarları, yəni hündürlük düşgüləri açıq vəziyyətdədir, hərhansı məhəccərlə bağlanmamış, xəbərdaredici nişanlarla təmin edilməmişdir. Sağ tərəfdə yerləşən binanın döşəmə səviyyəsindən ilk beş mərtəbəsinə qədər kənarları açıq vəziyyətdədir, digər binada olduğu kimi həmin hissələrdə məhəccərlər quraşdırılmamış, xəbərdaredici nişanlarla təmin edilməmişdir. Həmin hissədən sonra yuxarıya doğru ardıcıl yerləşən dörd mərtəbənin kənarlar kərpiclə hörülmüş, növbəti mərtəbələr isə yenidən digərləri kimi açıq vəziyyətdədir. İlkin olaraq binanın qarşısında yerləşən, Zərərçəkmiş şəxs yıxıldığı hissə olan çuxurun daxilinə baxış keçirildi. Müəyyən edildi ki, həmin hissədə çox sayda tikinti materiallarının qalıqları, kənarlarında 50-60 sm uzunluqlarda yerə basdırılmış armaturlar vardır. Zərərçəkmiş şəxs meyiti hadisə ərəfəsində həmin iki binanın birləşmə hissəsinin aşağı proyeksiyasında aşkar edilmişdir. Belə ki, həmin hissədə künc sahədə yerləşən torpaq örtük üzərində olan sayca birinci və ikinci armaturların arasında qan ləkəsi vardır ki, qeyd edilən qan ləkəsi soldaki binanın 1-ci mərtəbəsinin döşəməsindən 50 sm, sağdaki binadan isə 1,2 m məsafədə yerləşir baxış iştirakçısı Təqsirləndirilən şəxs meyitinin hadisə ərəfəsində həmin hissədə aşkar etdiklərini, daha sonra oradan götürərək sağ tərəfdə yerləşən binanın birinci mərtəbəsinin döşəməsinə qoyduqlarını bildirdilər. Meyitin aşkar edildiyi hissədə hər hansı predmet aşkar edilmir, həmin hissədə yalnız tikinti materialların qalıqları vardır. Meyit üzü yuxarı uzanıqlı vəziyyətdədir. Meyitin əynindən ağ rəngli uzunqol gödəkcə, göy rəngli cins şalvar vardır. Meyitin şalvarına bağlanmış çantanın olması müşahidə edilir, çantanın içərisində metrə və dəmir materialdan mismar parçalarının olması görünür. Daha sonra binanın mərtəbələrinə baxış keçirildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hadisə ərəfəsində tikinti sahəsində işləyən işçilərin sağ tərəfdə yerləşən binanın sonuncu mərtəbəsində işlədiyini, həmin hissədə qəlib işlərinin aparıldığını bildirdi. Mövcud məlumata görə, Zərərçəkmiş şəxs digər binada yerləşən taxta materialdan olan ayaqaltı kimi istifadə etdiyi predmeti götürmək üçün oraya getmiş, uzun müddət keçməsinə baxmayaraq sonuncunu axtardıqda Zərərçəkmiş şəxs meyitini yuxarıda qeyd edilən hissədə aşkar etmişlər. İlk öncə sağ tərəfdə yerləşən binanın sonuncu mərtəbəsinə baxış keçirildi və müəyyən edildi ki, həmin mərtəbədə qəlib qurma işləri aparılır, ətrafda çox sayda həmin işin görülməsi üçün zəruri olan materiallar vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, ustalar sonuncu mərtəbənin inşası zamanı tavan hissəsinə beton tökülməsi üçün qəlibi saxlamaqdan ötrü atılmış taxta dabanları bərkitmək üçün dabanlara dəmir bərkidilməsi işi görmüşlər. Taxta dabanlara bərkitmək üçün lazım olan boruların hündürlüyünün müəyyən edilməsi məqsədilə ölçü işi aparılan zaman borunun hündürlüyünün 210 sm olması müəyyən edildi. Təqsirləndirilən şəxs bildirdi ki, Zakir usta tavana aid olan dabanın üzərində dayanaraq Fərhad tərəfindən qaldırılan dəmir dirəkləri dabanlara mismarla bərkitmişdir. Bir neçə dəmir dirək bərkidəndən sonra dəmir dirəklərin dabanı möhkəm saxlanmasından ötrü təxmini 15 sm lik dəmir parçaları dirəklərin boşluğuna keçirərək həmin dirəyin möhkəmliyini təmin etmişlər. Həmin vaxt dirəklərin boşluğuna keçirilən dəmir parçaları bitdiyindən və həmin boşluqlar Fərhada çətinlik yaradacaq hündürlükdə olduğundan Fərhad boşluqlara keçirmək üçün həm qısa dəmir parçalar həm də ki, ayağının altına qoymaq üçün taxta materialdan düzəldilmiş ayaqaltı gətirəcəyini bildirib aşağıya düşmüşdür. Daha sonra digər binanın sonuncu mərtəbəsinə baxış keçirildi. Müəyyən edildi ki, həmin hissədə artıq qəlib qurma işləri başa çatmış, beton tökülmüşdür. Binaların arası mərtəbə boyunca boşdur. Ara məsafələri 90 sm uzunluğundadır, bütün mərtəbələr boyunca ara hissələr açıq vəziyyətdədir, yəni məhəccərlə bağlanmamış, keçidlər boş vəziyyətdir. Daha sonra sağdaki binanın yeddinci mərtəbəsinə baxış keçirildi. Baxış zamanı iki binanın bir-birinə ən yaxın hissəsində mərtəbələr arasının digərlərində olduğu kimi boş olduğu, məhəccərlənmədiyi, bir hissədə keçid üçün arada olan boşluğun üzərinə taxta materialın qoyulduğu və həmin hissədən keçid üçün istifadə edildiyi müəyyən edildi. Sağ tərəfdə yerləşən binanın həmin mərtəbəsinin sol tərəfdə yerləşən binaya yaxın hissəsində döşəmə üzərində taxta materialdan hazırlanmış düzbucaqlı formalı qutuşəkilli predmet vardır. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirdi ki, hadisə ərəfəsində Zərərçəkmiş şəxs həmin predmeti gətirmək üçün getmişdir. Belə ki, Zərərçəkmiş şəxs adətən iş prosesi zamanı üzərinə çıxıb hər-hansı işi görmək, üzərində çay içmək, yemək yemək kimi işləri həyata keçirmək üçün istifadə etmişdir. Ehtimal ki, hadisə ərəfəsində həmin predmet sol tərəfdə yerləşən binanın sonuncu mərtəbəsində olmuş, Zərərçəkmiş şəxs həmin mərtəbədən qutuşəkilli predmeti götürüb digər binaya keçid etmək istəyərkən iki bina arasında olan 90 sm məsafəli boşluqdan yıxılmışdır. Öyrəndikdə müəyyən edildi ki, həmin binalar arasında olan boşluqdan aşağı hissə Zərərçəkmiş şəxs meyitinin aşkar edildiyi hissədir, yəni sonuncunun həmin boşluqdan yıxılması istisna edilmir. Baxışda aparılan ölçmə işləri zamanı sonuncunun yıxılması zamanı həmin hissəyə düşə bilməsi ehtimalı öz təsdiqini tapır. Binanın həmin mərtəbəsindən Zərərçəkmiş şəxs yıxıldığı hissəyə qədər məsafənin 29.1 metr olması müəyyən edildi. İş materiallarına əlavə edilmiş meyitin ekspertizası ilə bağlı 14 oktyabr 2023-cü il tarixli 133 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsinə, labarator müayinələrin nəticələrinə, ilk məlumata əsaslanaraq və qərarda qoyulmuş suallara cavab olaraq Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən çoxsaylı sınıqları, alt çənənin, solda körpücük sümüyünün, sağda İİ, İİİ, İV, V, Vİ qabırğaların, onurğanın döş və bel hissələrində fəqərələrin yerinidəyişmiş çoxsaylı sınıqları, dalağın, qaraciyərin cırılması, hər iki ağciyərin əzilməsi, sol böyrək ətrafı yumşaq toxumalara qansızma, bədənin çoxsaylı səthi əzilmiş yaraları, sıyrıqları və hematoması xəsarətləri aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, alınma müddətləri qərarda göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə ağır açıq kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 2-4 saat əvvəl baş verə bilərdi. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən hündürlükdən bərk səthə yıxılma nəticəsində alınmaları inkar olunmur. Eləcədə xəsarətlərin hündürlükdən sərbəst düşmə nəticəsində alınmaları inkar olunmur. Şəxs yıxılan zaman müxtəlif duruş vəziyyətlərində ola bilərdi, koordinaşdırmaya cəhd etməsi barədə fikir söyləmək mümkün olmur. Zərərçəkmiş şəxs bədənində digər xüsusiyyətə malik xəsarətlər aşkar edilmədi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində mtil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə təhlükəsizlik texnikası ekspertizası ilə bağlı 29 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/7792 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi ilə, Mərkəzi küçəsinin kəsişməsində inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında insanlar üçün təhlükəli istehsalat faktorları olan zonaların (konkret halda mərtəbələrin kənarları) müəyyən edilib həmin zonaların təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanmaması, həmçinin mərtəbələrin kənarlarının müvəqqəti qoruyucu çəpərlə bağlanmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.2, 2.26 bəndlərinin və "xxxx" MMC-nin “Tikinti şöbəsi, Təmir-tikinti sektoru İş icraçısının” vəzifə təlimatının 1 və 2-ci abzaslarının tələbləri pozulmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi ilə, Mərkəzi küçəsinin kəsişməsində inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında insanlar üçün təhlükəli istehsalat faktorları olan zonaların (konkret halda mərtəbələrin kənarları) müəyyən edilib həmin zonaların təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanması və mərtəbələrin kənarlarının müvəqqəti qoruyucu çəpərlə bağlanmasını təmin etmədiyinə görə, vəzifə təlimatının 1 və 2-ci abzaslarının və «Tikinti norma və qaydaları İİİ-4- 80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nm 2.2, 2.26 bəndlərinin tələbləri "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 6(010)-29/2023 nömrəli iş üzrə 01 dekabr 2023-cü il tarixli qərarına əsasən ********* saylı cinayət işi üzrə Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun “cinayət prosesinin iştirakçısı qismində tanınmanın rədd edilməsi” haqqında 26 oktyabr 2023-cü il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmiş, ********* saylı cinayət işi üzrə X5 Fərhad Yunus oğlunun hüquqi varisi qismində tanınmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş şəxsdir. İş materiallarına əlavə edilmiş Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Biləsuvar şəhəri, H.Aslanov küçəsi ev 3-də qeydiyyatda olan Zərərçəkmiş şəxs ailə tərkibi 1972-ci il təvəllüdlü yoldaşı X7 və 2009-cu il təvəllüdlü qızı X8 ibarətdir. İş materiallarına əlavə edilmiş Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Biləsuvar şəhəri, H.Aslanov küçəsi, ev 3-də qeydiyyatda olan mərhum Zərərçəkmiş şəxs ailəli olmuşdur, bir övladı vardır. Uzun müddətdir ki, Biləsuvar şəhəri ərazisində yaşamırdı. Biləsuvar şəhərində yaşadığı müddət ərzində qonşularla səmimi davranmış, onun barəsində nümayəndəliyə hüquq mühafizə orqanlarından heç bir təqsirləndirici materiallar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Binəqədi RİH Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-cü Yeni Yaşayış massivi, 1-M.Abdin küçəsi, döngə 1, ev 30 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olduğu müddət ərzində onun haqqında Biləcəri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Binəqədi RİH Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-cü Yeni Yaşayış massivi, 1- M.Abdin küçəsi, döngə 1, ev 30 ünvanında qeydiyyatdadır. Onun ailə tərkibi həyat yoldaşı X9, oğlu X22, gəlini X14, nəvəsi X23, nəvəsi X29 və nəvəsi X15 ibarətdir. İş materiallarına əlavə edilmiş “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş arayışdan görünür ki, xx xxxxxx 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs və xx xxxx 1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıblar. İş materiallarına əlavə edilmiş “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş arayışdan görünür ki, xx xxxxxx 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs və xx xxxx 1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar. İş materiallarında olan 14 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında 13 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən qeyd edilən maddə ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş və icraatın bu hissəsinə aid materialların surəti cinayət işindən ayrılaraq Bakı şəhəri Suraxanı rayon prokurorluğunun dəftərxanasına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında özünün səmimi etirafı, cinayət işi üzrə toplanmış materiallar, proses iştirakçılarının ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmcinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ilə bağlı olan münasibətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələrə tövsiyələrdə məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, ilk dəfə olaraq cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olmasını, yaşını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinə 15.000 manat məbləğində pul təklif etməklə barışığa gəlməsinə cəhd etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailənin həyat şəraitinə təsirini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin CM-in 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. X12 qanuni nümayəndəsi X7 "xxxx" MMC-yə qarşı maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 70.000 manat pulun, ailə başçısının itirilməsinə görə dəymiş zərərin əvəzi olaraq hər ay olmaqla 1.000 manat pulun "xxxx" MMC-dən tutularaq 18 yaşına çatanadək ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, ilk olaraq məhkəmə X12 qanuni nümayəndəsi X3 "xxxx" MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 70.000 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin 181.2.4-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. “İnsan Hüquqlarının və X17 Haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən mənəvi zərər dedikdə, şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X17 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarında qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Buna görə də məhkəmə mülki iddianın mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, X12 qanuni nümayəndəsi X7 "xxxx" MMC-nin təqsiri ucbatından ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı, yəni ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasına və ya mənəvi iztirab, yəni sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsinə dair hər hansı bir mötəbər sübut təqdim etmədiyinə görə mənəvi zərərin əvəzi qismində "xxxx" MMC-dən 70.000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində X12 qanuni nümayəndəsi X3 iddiası rədd edilməlidir. Bundan başqa X12 qanuni nümayəndəsi X3 ailə başçısının itirilməsinə görə dəymiş zərərin əvəzi olaraq hər ay olmaqla 1.000 manat pulun "xxxx" MMC-dən tutularaq 18 yaşına çatanadək ona ödənilməsi tələbinə gəldikdə isə məhkəmə hesab edir ki, X3 yoldaşı Zərərçəkmiş şəxs ölümündən sonra onun bir yetkinlik yaşına çatmamış uşağı 28 aprel 2009-cu il təvəllüdlü X21 onun himayəsində qalmaqla uşağın qayğısına qalmaqla məşğuldur. Vəfat etmiş şəxs Zərərçəkmiş şəxs gəliri qeyri-müntəzəm olmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği -2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasının tərəfdar çıxdığı BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsinə və xx.xx.1989-cu il tarixli Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 3, 20 və 26-cı maddələrinə əsasən uşaqlar barəsində görülən bütün tədbirlərdə ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın rifahı üçün zəruri olan təminat, müdafiə və qayğı məqsədilə bütün qanunvericilik tədbirlərini həyata keçirir, hər bir uşağın sosial, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyıb Milli qanunvericiliklərində bu hüququn həyata keçirilməsi üçün lazımi tədbirlər görməlidirlər. Məhkəmə ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin miqdarını müəyyən etməklə, uşaqların ölənin sağlığında öz dolanacaqları üçün aldıqların və ya almaq hüququna malik olduqdarını nəzərə almaqla uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, o cümlədən normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququnun olmasını, uşağın azyaşlı olmaqla gündəlik tələbatının artmasını, ölmüş şəxsin qeyri-müntəzəm gəlirə malik olduğunu, uşaq himayəsində olan şəxs, yeganə valideyni - X3 qızının heç bir yerdə işləməməsini və qanunvericiliyin göstərilən müddəalarına rəhbər tutaraq məhkəmə iddianın həmin hissədə təmin edilərək, "xxxx" MMC-dən 28 aprel 2009-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. X12 qanuni nümayəndəsi X3 "xxxx" MMC-yə qarşı maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. 28 aprel 2009-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunda uşaqlara nəzərdə tutulan məbləğdə, yəni hər ay 235 (iki yüz otuz beş) manat "xxxx" MMCdən tutularaq X3 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 50 (əlli) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 300 (üç yüz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar