Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-173/2020 15.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 mənzil 24 ünvanında qeydiyyatla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq X2 5 manat ödənişlə xx xxx 2020-ci il tarixdə ünvan 2 ünvanının yaxınlığında, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli bükümdə narkotik vasitə heroin alıb əldə edərək, əynindəki şalvarının cibində saxlayıb daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xx xxx 2020-ci il tarixdə saat 10:30 radələrində ünvan 3 saylı ünvanın qarşısında saxlanılıb, 11.00 radələrində Əmircan qəsəbəsi, Balandin küçəsi 42 saylı ünvanda yerləşən Suraxanı RPİ-nə gətirilərək, üzərinə videoçəkiliş ilə baxış keçirilən zaman, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş ümumi təmiz çəkisi 0,168 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 10 ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. Səhhətində problemləri, bədənində ağrıları olduğu üçün narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitələri Bakı şəhər sakini Əfqan adlı şəxsdən pul ödəməklə almış, narkotik vasitəni aldıqdan sonra inyeksiya yolu ilə qəbul etmişdir. Əfqanı uzun müddətdir ki, tanıdığını, onunla hazırda qonşuluqda yaşadığını bildirmişdir. xx xxx 2020-ci il tarixdə, saat təxminən 10:15 radələri olardı ki, Əfqan ilə təsadüfən qarşılaşmış, söhbət zamanı o, Əfqandan narkotik vasitə olan heroin istəmiş, əvvəllər də bir neçə dəfə Əfqandan narkotik vasitə aldığı üçün ondan narkotik vasitə olmasını bilmişdir. Əfqan ona üzərində narkotik vasitə olmasını demişdir. Əfqana üzərində 5 manat pulunun olmasını demiş, Əfqan da ona etiraz etməyərək razılaşmışdır. Əfqan cibindən bir ədəd büküm çıxarıb ona vermiş və bükümün içərisində narkotik vasitə olan heroin olmasını demişdir. O, Əfqandan bir ədəd gümüşü rəngli kağıza bükümü götürüb, əynində olan şalvarın sağ yan cibinə qoymuş, sonra isə üzərində olan 5 ədəd 1 manatlıq əskinasları Əfqana vermiş, Əfqanın da pulu götürüb cibinə qoymuşdur. Bundan sonra Əıfqandan ayrılıb getmiş, təxminən bir neçə metr yol getdikdən sonra, bir neçə nəfər şəxs ona yaxınlaşaraq, özlərini Suraxanı RPİ-nin əməkdaşları kimi təqdim edib, onu polis idarəsinə dəvət etmiş, o heç bir etiraz etməyərək, polis əməkdaşlarının təklifini qəbul etmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nə gəlmiş, idarədə ona narkotik vasitələrin saxlanılmasında və üzərində gəzdirməkdə şübhəli olmağını bildirmişlər. İdarənin xidməti otaqların birində olan zaman vəkil dəvət edilmiş, onra ona hüquq və vəzifəri izah olunaraq, videoçəkiliş vasitəsilə vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olması barədə sual verilmiş, bu zaman o, əynində olan şalvarının sağ yan cibindəki bir ədəd gümüşü rəngli bükümdə narkotik vasitə kokosu çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının ona həmin bükümdə nə olması barədə sual vermiş, o, həmin bükümdə kokos kimi tanıdığı narkotik vasitə olmasını və Əfqan adlı şəxsdən 5 manat pul müqabilində aldığını bildirmişdir. Sonra üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüş, daha sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, onun və iştirakçılar tərəfindən imza olunmuşdur. Narkotik vasitəni yalnız öz istifadəsi üçün almış, narkotik vasitəni hər hansı bir şəxs satmaq və ya vermək niyyəti ilə almamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini Əfqan Ağayevdən 5 manat ödəniş etməklə onun yaşadığı evin yaxınlığında aldığını, üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamadığını və əkmədiyini, üzərində narkotik vasitə olmağı və gəzdirməyi barədə heç kimin məlumatının olmadığını, yalnız bu haqda Əfqan adlı şəxsin məlumatının olmasını bildirmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə Suraxanı RPİ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib, gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili X4 iştirakı ilə özünün rəhbərliyi ilə əməliyyat qrupunun yaradılmışdır. xx xxx 2020-ci il tarixdə, təxminən saat 10 radələrində bölmənin əməliyyat müvəkkili X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Sabir küçəsinə getmiş, həmin küçədə bir müddət gözlədikdən sonra, daxil olmuş əməliyyat məlumatına uyğun əlamətlərə malik olan Təqsirləndirilən şəxs qeyd edilən ünvana gəldiyini müşahidə etmişlər. Bundan sonra H.Meybullayevə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. H.Meybullayevə qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirmiş, sonra isə H.Meybullayevi Suraxanı RPİ-nə dəvət etmiş, həmin şəxs buna etiraz etməyərək, onlarla idarəyə gəlmişdir. İdarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışın keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər-hansı qeyri-qanuni əşyanın təqdim edilməsi təklif edilmiş, bu zaman Həmid əynində olan göy rəngli cins şalvarının sağ yan cibindəki bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində narkotik vasitəyə oxşar maddənin olduğu bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş bükülünün içərisində olan maddə narkotik vasitənin heroin olmasını və həmin narkotik vasitəni həmin gün, yəni, xx xxx 2020-ci il tarixdə saxlanıldıqdan bir neçə dəqiqə əvvəl yaşadığı küçədə, qonşusu olan Əfqandan istifadə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə oxşar maddə tərəfindən götürülmüş, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş və ucadan oxunmuş, protokolun doğru olması bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Narkotik maddənin çəkisini və növünü müəyyən etmək məqsədilə möhürlənmiş zərf Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və Təqsirləndirilən şəxs aşkar edilmiş maddə kütləsinin narkotik vasitə hesab edilən “heroin” olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroini aldığı X5 tərəflərindən müəyən edilərək saxlanıldığını və hazırda barəsində Suraxanı RPİ-nin İŞ-də cinayət işinin istintaqının aparılmasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs saxlanılarkən, onlara qarşı heç bir müqavimət göstərməmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş X6 digər şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verməklə Şahid1 göstərdiklərini bir daha təsdiq etmişdir. xx.xx.2020-ci il tarixli şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs qanunla qadağan edilmiş əşyanın olması təqdirdə təqdim edilməsi təklif edilmiş bu zaman Təqsirləndirilən şəxs üzərində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim etmiş bundan başqa hər hansı bir qanunla qadağan edilmiş əşyanın və maddənin olmadığını bildirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs ilə sorğu sual zamanı o, bildirmiş ki, aşkar edilmiş bükümdəki maddə narkotik vasitə hesab edilən “kokos”-dur(heroin). Həmin narkotik vasitəni saxlanıldıqdan az əvvəl qonşuluqda yaşayan Əfqandan almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş əynində olan göy rəngli şalvarının sağ yan cibindəki bir ədəd siqaretin gümüşü kağızma bükülmüş bükülünün içindən spesifik iyə malik olan maddə qablaşdırılaraq götürülmüşdür. Baxış videoçəkilişdən istifadə edilərək keçirilmiş və tərtib olunmuş protokola əlavə olunmuşdur. İş materiallarında olan məhkəmə ekspertizasının məhkəmə kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli 6/911 saylı ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş .... maddə” yazısı olan bir ədəd bükümdə təmiz çəkisi - 0,168 qram qəhvəyi rəngli tozşəkilli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikası DGN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli 1762 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu, və ərazi narkoloji dispanserdə qeydiyyata alınmasının məsləhət görülür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən heroin iş üçün mühüm əhəmiyyət kəsb eldiyindən maddi sübut kimi tanınmışdır. İş materiallarında olan xx xxx 2020-cı il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, materialların məhkəmə ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah –tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və üzərinə barəsində azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə kursu keçmək vəzifəsi qoyulmalı,iş üzrə maddi sübut kimi tanınmış və bir ədəd narkotik vasitə olan heroin məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 02 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. CM-nin 52-1.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə kursu keçmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-173/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-173/2020
15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver