Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-173/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 07 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 mart 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmə ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi və tamah niyyəti ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 2D adlanan sahədə yerləşən, **********96 reyestr və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışla Şahid2 məxsus 0,038 hektar torpaq sahəsini Əzizova Almaz Mirzalı qızına həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirib inandırmaqla satacağına dair yalan vəd verib 2023-cü ilin sentyabr ayının 1-i ilə 20-si tarixləri arasında, saat 15 radələrində, Suraxanı rayonu, Zığ qəsəbəsi, 2D adlanan sahədə 4 dəfə, hər dəfəsində 500 manat olmaqla, hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxsnm cəmi 2000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, hal-hazırda ev və torpaq alqı-satqısı ilə məşğul olur. Onun 2023-cü ilin noyabr ayınadək Suraxanı rayonu, Zığ qəsəbəsində iş ofisi olmuşdur. Həmin ofisi sürüşmə təhlükəsi ilə əlaqədar 2023-cü ilin noyabr ayında bağlamışdır. Dəqiq tarixini xatırlamadığı vaxtda əvvəllər tanımadığı Zərərçəkmiş şəxs onun iş ofisinə gəlmiş və torpaq almaq istədiyini demişdir. Almaza satışa çıxarılmış torpaq sahələrini göstərmişdir. Almaz həmin torpaq sahələrindən Xumarə adlı qadının torpaq sahəsini bəyənmiş, o da Almaza həmin torpaq sahəsinin Xumarə adlı qadına məxsus olduğunu demiş və onunla danışmasını bildirmişdir. Təxminən 2 gün sonra, Almazla Xumarəni görüşdürmüş və onlar öz aralarında razılaşmışlar. O, həmçinin ev tikintisi ilə məşğul olduğu üçün Almaz ona həmin torpaq sahəsində işə başlamağı üçün 1000 (min) manat məbləğində beh vermişdir. O, həmin pula daş, qum və digər zəruri tikinti materialları alıb torpaq sahəsinə gətirmişdir. Hazırda da torpaq sahəsində həmin avadanlıqlar qalır. 2023-cü ilin noyabr ayında sürüşmə təhlükəsi ilə əlaqədar Zərərçəkmiş şəxs torpaq aldığı ərazidə tikintilərin aparılmasına qadağa qoyulmuşdur. Həmin vaxtdan tikinti dayanmış, buna görə də, o, tikintini davam etdirə bilməmişdir. Zərərçəkmiş şəxs bununla bağlı Suraxanı rayon icra hakimiyyətinə müraciət etsə də, heç bir nəticə olmamışdır. Almazın şikayətində göstərdiyi kimi o, Almazdan 2000 (iki min) manat pul almamışdır. Almaz ona torpaq alqı-satqısı ilə bağlı müraciət etmiş, o da Almazı torpaq sahəsinin sahibi Xumarə xanım ilə görüşdürmüşdür. Almaz ona torpağı tapmaqda vasitəçilik etdiyi üçün 500 (beş yüz) manat pul vermişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs göstərdiyi torpağın dəqiq ünvanını bilmir, lakin Zığ qəsəbəsində yerləşmişdir. 3 ildir ki, həmin ərazidə tikintiyə icazə verilmir. Həmin torpaq səhəsinin çıxarışı olmuşdur. Ümumilikdə, 4 sot torpaq idi, Almaz xanım Xumarə xanıma torpaq sahəsinə görə 35000 manat məbləğində pul ödəməli idi. Belə ki, onları tanış etdikdən sonra, alqı-satqı məsələlərini öz aralarında həll etmişlər. 8000 manat isə tikintiyə icazə verilməsi üçün Suraxanı Rayon İcra Hakimiyyətinə verilməli idi. Zərərçəkmiş şəxs torpaq almaq istəmiş, onun vasitəçiliyi ilə Xumarə ilə tanış olmuşdur. Ona isə torpaq sahəsini tapdığı üçün 500 manat vasitəçilik üçün vermişdir. İttiham aktında qeyd edilən məbləğdə pulu ona verməyiblər. Almazın özü qum, daş və digər avadanlıqları almış, həmin torpaq sahəsinə qoymuş və ona tikintiyə başlamağı tapşırmışdır. Almaz tikinti üçün isə ona 2000 (iki min) manat məbləğində pul verməli idi. Həmin ərazinin sürüşmə təhlükəsi olduğunu təxminən bir ildir ki, öyrənmişdir. Almaz və Xumarə ilə olan telefon danışıqları və ya mesajları yoxdur. Zərərçəkmiş şəxsə dəymiş ziyandan 300 manat nağd olaraq ödəmiş, 300 manat dəyərində isə zərərçəkmiş şəxsin qohumunun evində işləmişdir. Evin tikilməsi üçün icazəni özü almalı idi, lakin Almaz və Xumarə öz aralarında danışıb İcra Hakimiyyətinə getmiş, amma icazə ala bilməmişlər. FHN-nin əməkdaşları gəlib ona həmin ərazinin sürüşmə zonası olması barədə məlumat vermişlər. O, torpaq sahəsinin özünün olmasını heç vaxt deməmiş, torpaq sahəsinin sahibi Xumarə xanımla Almaz xanımı görüşdürmüş, Almaz xanım torpaq sahəsinin çıxarışı olmasına baxmayaraq qonşu ilə mübahisəli olmasını əsas gətirərək torpaq sahəsini almaqdan imtina etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında ölkə xaricində olduğundan iştirak etməmişdir. “Azemis” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs sonuncu dəfə 05 dekabr 2024-cü il tarixdə Türkiyə Respublikası ərazisinə keçmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində onlayn qaydada dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2023-cü ilin sentyabr ayının əvvəllərində özünə fərdi yaşayış evi inşa etmək üçün torpaq sahəsi axtarmışdır. Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində torpaq alqı-satqısı ilə məşğul olan Rövşən adlı şəxsin mobil nömrəsini əldə edib onunla danışmışdır. Rövşənə torpaq sahəsi almaq istədiyini bildirmişdir. Rövşən ona Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində münasib torpaq sahəsi olduğunu bildirmiş, o isə Rövşənə torpaq sahəsinə baxmaq istədiyini demişdir. Görüşüb həmin torpaq sahəsinə baxmış, bəyəndiyi üçün ondan torpağın ümumi qiymətini soruşmuşdur. Rövşən ona həmin torpaq sahəsinin ona məxsus olduğunu, torpağın ümumi sahəsinin 0,05 hektar, qiymətinin isə ilkin olaraq 50000 manat olduğunu bildirmiş, lakin daha sonra, 42500 manata razılaşmışlar. Rövşənə bu qiymətlə razılaşdığını demiş, Rövşən ona həmin torpaq sahəsində tikinti apara biləcəyini bildirmiş və beh olaraq 2000 manat pul istəmişdir. Rövşənlə razılaşmış və ona beh olaraq 2023-cü ilin sentyabr ayında hissə-hissə olmaqla, 4 dəfəyə, hər dəfəsində 500 manat olmaqla, ümumilikdə 2000 manat pul vermişdir. Daha sonra o, Rövşəndən torpağın çıxarışını tələb etmiş, Rövşən torpağın yaşlı bir şəxsə məxsus olduğunu bildirmişdir. Rövşəndən çıxarışın şəklini atmasını tələb etmiş, Rövşən isə ona həmin torpaq sahəsinin çıxarışının şəklini atdıqda həmin torpaq sahəsinin Şahid2 adlı qadına məxsus olduğunu, sahəsinin isə 0,038 hektar olduğunu görmüşdür. Torpaq sahəsinə baxmaq üçün getdikdə, qonşunun həmin torpaq sahəsinin bir hissəsini çəpərlədiyini görmüş, bununla bağlı qonşu ilə aralarında problem yaranmışdır. Bu zaman Xumarə ilə görüşüb bu məsələni həll etməsini xahiş etmişdir. Lakin Xumarə problemi həll edə bilməmişdir. Daha sonradan isə həmin torpaq sahəsinin sürüşmə zonasına daxil olduğunu öyrənmiş və almaq fikrindən daşınmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, torpaq sahəsininin qiymətini Rövşən ilkin olaraq 50000 manat demiş, o, Rövşəndən biraz aşağı məbləğə satmasını xahiş etmiş, sonda isə 42500 manata razılaşmışlar. Təqsirləndirilən şəxsə pulu verərkən torpaq sahibini tanımamışdır. Rövşən torpaq sahəsinin yaşlı bir şəxsə aid olduğunu demişdir. Daha sonradan, Rövşəndən çıxarışı istəmiş, o isə çıxarışı verdikdə torpağın Şahid2 aid olduğunu öyrənmişdir. İlkin olaraq 500 manat beh vermiş, həmin behi kimlərin iştirakı ilə verdiyini isə dəqiq xatırlamır. Amma pulu verərkən hər birində oğlu yanında olmuşdur. Torpaq sahəsində ev tikdirmək üçün artıq layihə hazırlatmışdı. Layihəni torpaq sahəsinin sahibini öyrəndikdən əvvəl hazırlatmışdı. Behi daha əvvəldən verdiyinə görə, Şahid2 ödənişi etməmişdir. Torpaq sahəsində tikinti üçün olan daş və qumu özü almışdır. Həmin vaxt yanında pul olmamış və o, Rəşad adlı tanışından borc alaraq ödəmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyandan 300 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs tanışı olan Elşən adlı şəxs üçün 300 manat dəyərində iş görməsi ilə bağlı məlumatı yoxdur. Elşən ona Rövşənin iş gördüyünü deməmişdir. Torpaq sahəsinin çıxarışını götürmüş, belə ki, o, çıxarışı istədikdə Rövşən ona vermişdir. Rövşən onu Xumarə xanımla əlaqələndirmiş, nömrəsini vermişdir. Xumarə xanımla danışdıqda torpaq sahəsini satdığını təsdiq etmişdir. Xumarə ona torpağı neçəyə satdığını deməmiş, o, Rövşənlə 42500 manata razılaşmışdır. Rövşən isə Xumarəyə daha az pul verəcəkdi. Aldığı daş və qumun pulu ittihamda qeyd edilən 2000 manata daxil deyildir. Qonşu ilə mübahisə yarandıqdan sonra da, torpaq sahəsini almağı düşünürdü. Xumarə ilə də, bu məsələni həll etməsi üçün danışmışdır. Lakin həll edə bilməmişdir. Daha sonralar Xumarənin torpaq sahəsinin həmin hissəsini qonşuya satdığını öyrənmişdir. Həmin torpaq sahəsinin sürüşmə zonasına daxil olduğunu dəqiq tarixini xatırlamadığı vaxtda sonradan öyrənmişdir. Rövşən isə ona demişdir ki, narahat olmasın, özü evi tikəcək. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyandan cəmi 300 manat geri qaytarılmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2023cü ilin əvvəllərində özünə məxsus olan Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində olan 0,038 hektar torpaq sahəsini satmaq üçün “Tap.az” saytında və digər internet saytlarında elan yerləşdirmişdir. 2023-cü ilin sentyabr ayında Rövşən adlı şəxs ona zəng edib satışa çıxardığı torpağın son qiymətini soruşmuşdur. Rövşənə torpağın son qiymətinin 45000 manat olduğunu demişdir. Rövşən torpağı sata biləcəyini, torpağı almaq istəyən şəxs olduğunu demişdir. O, da Rövşənlə razılaşmış, torpağı isə Almaz xanım almaq istəmişdir. Daha sonra Almazın oğlu onunla telefonla əlaqə saxlayıb Rövşənə 1000 manat beh verdiklərini demişdir. Həmin torpaq sahəsində yaşayış olmamış, boş sahə olmuşdur. Uzun müddətdir ki, torpaq sahəsinə gedib baxmamışdır. Torpaq sahəsinə baxmaq üçün Almazla getdikdə, qonşunun onun torpaq sahəsini hasarladığını və onun torpaq sahəsinin 0,032 hektar olduğunu müəyyən etmişlər. Bununla bağlı qonşu ilə mübahisə yaranmışdır. Almaz torpaq sahəsində tikdirəcəyi evin layihəsini hazırlatmış, lakin layihə 0,032 hektar əraziyə uyğun gəlməmişdir. Ona görə də, qonşu ilə olan problemi həll edənədək alqı-satqını həyata keçirə bilməmişlər. Daha sonra qonşu ilə razılaşıb 0,006 hektar ərazini ona satmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, torpaq sahəsini 45000 manata satacaqdı. Razılaşmışdılar ki, satışa görə 2000-3000 manat pul Rövşənə versin. Həmin torpaq sahəsi təxminən 5 ildir ki, özünə məxsus olmuşdur. Almaz ona beh verməmiş, behi Təqsirləndirilən şəxs vermişdir. Alqı-satqı olduqdan sonra, Rövşənə pul verəcəyi ilə bağlı razılaşdıqları üçün behi ondan istəməmişdir. Beh verildikdən sonra, torpaq sahəsinə baxmaq üçün gedən zaman Almazla görüşmüşlər. Həmin vaxt artıq torpaq sahəsinə qum və daş gətirilmişdi. Artıq razılaşdıqları üçün alqısatqı həyata keçirilmədən tikintiyə başlamaq üçün daş və qum gətirmişdilər. Həmin torpaq sahəsi sürüşmə zonasına daxil olmamışdır. Belə ki, həmin ərazidə tikinti işləri həyata keçirilir, ətrafda da kifayət qədər tikilmiş evlar vardır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəmə iclasında ölkə xaricində olduğundan iştirak etməmişdir. “Azemis” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şahid1 sonuncu dəfə 05 dekabr 2024-cü il tarixdə Türkiyə Respublikası ərazisinə keçmişdir. Cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilməklə tədqiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayının əvvəllərində, anası Almaz fərdi yaşayış evi inşa etmək üçün torpaq sahəsi axtarmışdır. Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində torpaq alqı-satqısı ilə məşğul olan Rövşən adlı şəxsin mobil nömrəsini əldə edib onunla danışmışdır. Rövşənə torpaq sahəsi almaq istədiyini bildirmiş, Rövşən anası Almaza Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində münasib torpaq sahəsi olduğunu bildirmişdir. Almaz da Rövşənə torpaq sahəsinə baxmaq istədiyini bildirmiş, görüşüb həmin torpaq sahəsinə baxmışlar. Torpaq sahəsini bəyənmiş və Rövşəndən torpağın ümumi qiymətini soruşmuşlar. Rövşən Almaza həmin torpaq sahəsinin ona məxsus olduğunu, torpağın ümumi sahəsinin 0,04 hektar, qiymətinin isə 42500 manat olduğunu bildirmişdir. Almaz da Rövşənə qiymətlə razılaşdığını demişdir. Rövşən Almaza həmin torpaq sahəsində tikinti apara biləcəyini demiş və beh olaraq 2000 manat pul istəmişdir. Almaz da onunla razılaşmış və ona beh olaraq 2023-cü ilin sentyabr ayında hissə-hissə olmaqla 4 dəfəyə, hər dəfəsində 500 manat olmaqla, ümumilikdə 2000 manat pul vermişdir. Daha sonra, Almaz Rövşəndən torpağın çıxarışını tələb etmiş, torpaq sahəsinin Rövşənə məxsus olduğuna əmin olmaq istəmişdir. Rövşən Almazı inadırmağa çalışmışdır ki, torpaq sahəsi ona məxsusdur. Almaz da buna görə, ondan çıxarışın şəklini göndərməsini tələb etmiş, Rövşən Almaza həmin torpaq sahəsinin çıxarışının şəklini atdıqda həmin torpaq sahəsinin Şahid2 adlı qadına məxsus olduğunu, sahəsinin isə 0,038 hektar olduğunu görmüşlər. Rövşənlə əlaqə saxlayıb torpaq sahəsinin ona məxsus olmadığını demiş, lakin Rövşən Almazı inadırmağa çalışmışdır ki, torpaq sahəsi ona məxsusdur. Almaz Rövşənin onu aldatdığına əmin olmaq üçün Xumarə adlı qadının mobil nömrəsini əldə edib onunla danışmış, Xumarə Almaza torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsini satışa çıxardığını, lakin Rövşənin ona torpağı satmaqla bağlı hər hansı məlumat vermədiyini bildirmişdir. Almaz Rövşənin onu aldatdığına tam əmin olmuş və ondan pulunu tələb etmişdir. Lakin Rövşən anası Almaza pulu qaytarmadığı üçün ondan şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: ********* nömrəli cinayət işi 10 yanvar 2024-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X7 tərəfindən HK/1-1280 saylı material əsasında fakta görə, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmışdır. (iş.v. 1) Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisinə ünvanlanan 06 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, Zığ qəsəbəsi ərazisində torpaq sahəsi almaq üçün divarda mobil nömrəsini elan kimi yazan Rövşən adlı reiltorla mobil əlaqə saxlamış, bu şəxs ona bir neçə torpaq sahəsi göstərmiş, daha sonra Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən bir torpağı bəyənmiş, Rövşənə hissəli şəkildə beh olaraq 2000 manat pul vermişdir. Orada olan 4 sot bildirdiyi torpağı 42500 manata razılaşmışlar. Sonradan çıxarışı tələb etdikdə, ona çıxarışın şəklini göndərmiş və görmüşdür ki, torpaq sahəsi Xumarə adlı qadına məxsusdur. Bu qadının işlərini gördüyünü demişdir. O, torpağa kadastr gətirmiş və ölçdürmüş, 3,8 sot olmasını aşkarlamışdır. Daha sonra icra hakimiyyətindən soruşduqda bildirmişlər ki, bu torpağın yerləşdiyi ərazi sürüşmə zonasıdır və tikinti qadağandır. Rövşəndən pulunu istədikdə onu yola verərək pulu olmadığını demiş və bu günə kimi behini qaytarmamışdır. Bu şəxs bilə-biləki bu torpaq sürüşmə zonasıdır ondan beh almışdır. Bu barədə qanuni tədbir görülməsini və ona məxsus behin geri qaytarılmasına kömək edilməsini xahiş etmişdir. (iş.v. 6) 28 dekabr 2023-cü il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Suraxanı rayonu, H.Allahverdiyev küçəsində yerləşən torpaq sahəsidir. Baxış zamanı həmin torpaq sahəsinin boş torpaq sahəsi olması, həmin torpaq sahəsində qum, karxana daşları kimi tikinti materialları olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin torpaq sahəsini Zərərçəkmiş şəxs ilə razılaşaraq onun vasitəsilə Xumarə adlı qadının olduğunu, daha sonra, sürüşmə bölgəsi olduğu üçün Zərərçəkmiş şəxs həmin torpaq sahəsini almaqdan imtina etməsini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs iştirakı ilə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (iş.v. 16-22) Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin İŞ-ə ünvanlanmış 11 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, baş vermiş dələduzluq hadisəsi zamanı ona maddi ziyan dəymişdir. Həmin faktla bağlı istintaq edilən ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (iş.v. 23) 11 yanvar 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 24-25) “Çıxarışa baxış keçirilməsi və cinayət işinə əlavə edilməsi haqqında” protokoldan görünür ki, çıxarışa baxış zamanı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 2D adlanan sahədə yerləşən, **********96 reyestr və ********** qeydiyyat nömrəli, xx.xx.2019cu il qeydiyyat tarixli çıxarışla Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən satılmış 0,038 hektar sahəsinin Şahid2 məxsus olması müəyyən edilmişdir. Həmin çıxarış iş materiallarına əlavə edilmişdir. (iş.v. 45-46) 07 fevral 2024-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Əzizova X9 Rövşən Əli oğlu ilə üzləşdirmə zamanı öz ifadəsində göstərdiklərini bir daha onun üzünə qarşı deyərək təsdiq etmişdir. (iş.v. 47-49) 08 fevral 2024-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, X1 Rövşən Əli oğlu ilə üzləşdirmə zamanı öz ifadəsində göstərdiklərini bir daha onun üzünə qarşı deyərək təsdiq etmişdir. (iş.v. 50-51) Suraxanı RPİ-nin İŞ-in 24 oktyabr 2024-cü il tarixli sorğusuna Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş 31 oktyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, sahə 2D adlanan ərazidə olan torpaq sahəsi “Zığ-1” sürüşmə sahəsinin hüdudları daxilində yerləşir. 31 oktyabr 2024-cü il tarixli, “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş 01 vərəqə çıxarış, baxış aparılması haqqında, o cümlədən üzləşdirmə protokolları və digər istintaq sənədləri ********* saylı cinayət işi üzrə sübut növü kimi qəbul edilmişdir. (iş.v. 112-117) “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs, 07 mart 2024-cü il tarixdə, saat 18:50-də şübhəli şəxs qismində tutulmuş, həmin saatda hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 09 mart 2024-cü il tarixdə, saat 11:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla müstəntiq tərəfindən barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 66, 77-78, 89) Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-in müxtəlif maddələri ilə məhkum olunmuş, məhkumluğu ödənilmişdir. Sonuncu dəfə, Xətai RPİ tərəfindən CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 12 dekabr 2016-cı il tarixdə, CPM-in 39.1.3-cü maddəsinə əsasən barəsində olan cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab olunur. (iş.v. 95-97) Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş “dəymiş ziyanın ödənilməsi barədə” olan mülki iddia ərizəsində göstərilmişdir ki, “Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə mənə məxsus 2000,00 manat məbləğində pul vəsaitini vahid niyyətlə ziyan vurmaqla ələ keçirib dələduzluq etmişdir. Mülki cavadeh Təqsirləndirilən şəxs 2000,00 manatı qaytarmamışdır. Mülki cavadeh Təqsirləndirilən şəxs 2000,00 manat pulun mənim xeyrimə tutulmasını isdəyirəm. Azərbaycan Respublikası MM-nin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki. qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Odur mülki cavadeh Təqsirləndirilən şəxs 2000,00 manat maddi ziyan, 40,00 manat dövlət rüsumun özünün xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kapital Bank” ASC-yə məxsus qəbzdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən verdiyi mülki iddia ərizəsi ilə bağlı 41 manat məbləğində dövlət rüsumu ödənişi edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Cinayət Prosessual Məcəllənin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla onun əməlində cinayət tərkibi olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbinə əsasən ittiham konkret olmalıdır, ittiham aktından kənara çıxmaq qadağandır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsinə əsasən ittiham - Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. "Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Hazırki iş üzrə məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulları alarkən məqsədinin həmin pulları ələ keçirmək olması deyil, əksinə beh almaqla vasitəçilik etmək və nəticədə torpaq sahəsinin Şahid2 tərəfindən Zərərçəkmiş şəxs satılmasını təmin etmək olmuşdur. Dələduzluq cinayətinin dizpozisiyasında qeyd olunur ki, dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan suiistifadə yolu ilə dələduzluq. Burada aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması (aktiv aldatma), həm də həqiqət haqqında susma (passiv aldatma) başa düşülür. Həqiqətin təhrif edilməsi dedikdə, təqsirkarın müəyyən faktların movcud olması və ya olmaması barədə yalan məlumat verməklə zərərçəkmişi aldadaraq ondan əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Həqiqət barədə susma dedikdə təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmişə bildirməklə onu aldadaraq əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Bu baxımdan əgər məlumatların saxtalaşdırılmasının və ya xəbər verilməsi zəruri olan məlumatların gizlədilməsinin təqsirkar tərəfindən qabaqcadan düşünülərək edilməsi müəyyən olunmazsa, onda dələduzluq cinayəti olmayacaqdır. Hazırki iş üzrə məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən həqiqət təhrif olunmamış, yəni torpaq sahəsinin əsl sahibinin Şahid2 olması Zərərçəkmiş şəxs bildirilmiş, həmçinin torpaq sahəsinin çıxarışı Zərərçəkmiş şəxs təqdim edilmiş, bundan başqa Zərərçəkmiş şəxs ilə Şahid2 həmin torpaq sahəsində görüşü təşkil edilmişdir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Hazırki iş üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən alınmış 500 manat pul vasitəçilik etiyi üçün alınmış, 300 manatı geri qaytarılmış, 500 manat isə qum, daş və xırda tikinti materialları alınmasına sərf edilmiş, hansı ki, həmin materiallar hazırda qeyd olunan torpaq sahəsində qalmışdır. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Bundan başqa həmin Plenum Qərarında məhkəmələrə tövsiyə edilir ki, dələduzluqla bağlı cinayət işlərinə baxarkən işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırsınlar və belə araşdırma nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslə zərər çəkmiş kimi tanınmış şəxs arasında mübahisənin mülki münasibətlərdən irəli gələn mübahisə kimi mülki mühakimə icraatı qaydasında həll edilməli olmasını təmin etsinlər. Məhkəmə ittiham tərəfinin sübutlarını aşağıdakı qaydada təhlil edərək qiymətləndirmişdir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisinə ünvanlanan 06 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, Zığ qəsəbəsi ərazisində torpaq sahəsi almaq üçün divarda mobil nömrəsini elan kimi yazan Rövşən adlı reiltorla mobil əlaqə saxlamış, bu şəxs ona bir neçə torpaq sahəsi göstərmiş, daha sonra Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən bir torpağı bəyənmiş, Rövşənə hissəli şəkildə beh olaraq 2000 manat pul vermişdir. Orada olan 4 sot bildirdiyi torpağı 42500 manata razılaşmışlar. Sonradan çıxarışı tələb etdikdə, ona çıxarışın şəklini göndərmiş və görmüşdür ki, torpaq sahəsi Xumarə adlı qadına məxsusdur. Bu qadının işlərini gördüyünü demişdir. O, torpağa kadastr gətirmiş və ölçdürmüş, 3,8 sot olmasını aşkarlamışdır. Daha sonra icra hakimiyyətindən soruşduqda bildirmişlər ki, bu torpağın yerləşdiyi ərazi sürüşmə zonasıdır və tikinti qadağandır. Bu şəxs bilə-biləki bu torpaq sürüşmə zonasıdır ondan beh almışdır. Bu barədə qanuni tədbir görülməsini və ona məxsus behin geri qaytarılmasına kömək edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında onlayn qaydada verdiyi ifadəsində isə bildirmişdir ki, torpaq sahəsininin qiymətini Rövşən ilkin olaraq 50000 manat demiş, o, Rövşəndən biraz aşağı məbləğə satmasını xahiş etmiş, sonda isə 42500 manata razılaşmışlar. Təqsirləndirilən şəxsə pulu verərkən torpaq sahibini tanımamışdır. Rövşən torpaq sahəsinin yaşlı bir şəxsə aid olduğunu demişdir. Daha sonradan, Rövşəndən çıxarışı istəmiş, o isə çıxarışı verdikdə torpağın Şahid2 aid olduğunu öyrənmişdir. İlkin olaraq 500 manat beh vermiş, həmin behi kimlərin iştirakı ilə verdiyini isə dəqiq xatırlamır. Amma pulu verərkən hər birində oğlu yanında olmuşdur. Torpaq sahəsində ev tikdirmək üçün artıq layihə hazırlatmışdı. Layihəni torpaq sahəsinin sahibini öyrəndikdən əvvəl hazırlatmışdı. Behi daha əvvəldən verdiyinə görə, Şahid2 ödənişi etməmişdir. Torpaq sahəsində tikinti üçün olan daş və qumu özü almışdır. Həmin vaxt yanında pul olmamış və o, Rəşad adlı tanışından borc alaraq ödəmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyandan 300 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs tanışı olan Elşən adlı şəxs üçün 300 manat dəyərində iş görməsi ilə bağlı məlumatı yoxdur. Elşən ona Rövşənin iş gördüyünü deməmişdir. Torpaq sahəsinin çıxarışını götürmüş, belə ki, o, çıxarışı istədikdə Rövşən ona vermişdir. Rövşən onu Xumarə xanımla əlaqələndirmiş, nömrəsini vermişdir. Xumarə xanımla danışdıqda torpaq sahəsini satdığını təsdiq etmişdir. Xumarə ona torpağı neçəyə satdığını deməmiş, o, Rövşənlə 42500 manata razılaşmışdır. Rövşən isə Xumarəyə daha az pul verəcəkdi. Aldığı daş və qumun pulu ittihamda qeyd edilən 2000 manata daxil deyildir. Qonşu ilə mübahisə yarandıqdan sonra da, torpaq sahəsini almağı düşünürdü. Xumarə ilə də, bu məsələni həll etməsi üçün danışmışdır. Lakin həll edə bilməmişdir. Daha sonralar Xumarənin torpaq sahəsinin həmin hissəsini qonşuya satdığını öyrənmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasındakı ifadəsində bildirmişdir ki, torpaq sahəsini 45000 manata satacaqdı. Razılaşmışdılar ki, satışa görə 2000-3000 manat pul Rövşənə versin. Həmin torpaq sahəsi təxminən 5 ildir ki, özünə məxsus olmuşdur. Almaz ona beh verməmiş, behi Təqsirləndirilən şəxs vermişdir. Alqısatqı olduqdan sonra, Rövşənə pul verəcəyi ilə bağlı razılaşdıqları üçün behi ondan istəməmişdir. Beh verildikdən sonra, torpaq sahəsinə baxmaq üçün gedən zaman Almazla görüşmüşlər. Həmin vaxt artıq torpaq sahəsinə qum və daş gətirilmişdi. Artıq Almazla razılaşdıqları üçün alqı-satqı həyata keçirilmədən tikintiyə başlamaq üçün daş və qum gətirmişdilər. Həmin torpaq sahəsi sürüşmə zonasına daxil olmamışdır. Belə ki, həmin ərazidə tikinti işləri həyata keçirilir, ətrafda da kifayət qədər tikilmiş evlər vardır. Cinayət işi materiallarından aydın görünür ki, zərərçəkmiş şəxs ilkin olaraq müraciətində pulu beh kimi Təqsirləndirilən şəxs verdiyini, ilkin ifadələrində Rövşənin özünü torpaq sahəsinin sahibi kimi təqdim etdiyini, torpağın əsl sahibinin Xumarə olmasını əvvəlcədən bilmədiyini, sonradan çıxarışı Rövşən ona atdıqdan sonra bildiyini, məhkəmə iclasındakı ifadəsində isə torpaq sahəsinin sahibi Xumarə ilə torpaq sahəsində görüşdüklərini, beh kimi pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldatmaq, onun etibarından sui-istifadə etmək yolu ilə əmlakını ələ keçirmək niyyəti olmamışdır. Sadəcə olaraq o, dəllal kimi Zərərçəkmiş şəxs ilə Şahid2 tanış etmiş, onların hər ikisi ilə alqı-satqı ilə bağlı danışığı olmuş, Zərərçəkmiş şəxs torpaq sahəsinin əsl sahibinin Şahid2 olmasını bildirmiş, həmçinin torpağın çıxarışını da təqdim etmiş, hətta tərəflərin ifadələrindən də göründüyü kimi həmin torpaq sahəsində Zərərçəkmiş şəxs ilə Şahid2 görüşmüş və torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılaşmışlar. Lakin sonradan torpaq sahəsinin hasar qonşusu ilə mübahisənin olması və həmin ərazinin sürüşmə zonası olması, tikinti işlərinin aparılmasına icazə alınmasının çətin olacağı ilə bağlı düşdündüyündən Zərərçəkmiş şəxs torpaq sahəsini almaqdan imtina etmişdir. Bununla belə Təqsirləndirilən şəxs tərəfindən alınmış beh məbləğindən 300 manat ona geri qaytarılmış, əlavə olaraq da torpaq sahəsinə Zərərçəkmiş şəxs pulu ilə alınmış daş və qum hazırda həmin torpaq sahəsində qalmaqdadır. Məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2000 manat pul alması deyil 1000 manat pul alması təsdiq olunmuş, həmçinin pulun beh şəklində və materialların alınması üçün verildiyi təsdiq edilmiş, Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayət əməlinin tərkib əlamətlərinin olmadığı, tərəflər arasındakı mübahisənin mülki xarakterli olması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında yaranmış mübahisə mülki münasibətlərdən irəli gələn məsələdir və Təqsirləndirilən şəxs əməlində dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakının ələ keçirilməsi cinayətinin tərkib əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə: 2.2 Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəlləyə əsasən beh öhdəliyin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. MM-nin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. MM-nin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. MM-nin 492.1-ci maddəsinə əaasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. MM-nin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən məlum olur ki, istintaq ittihamı yalnız zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi üzərində qurmuş və dələduzluğu, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməni sübut edən heç bir digər sübut əldə etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 124.1-ci maddəsinə görə, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 134.1-ci maddəsinə əsasən, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. CPM-nin 134.2-ci maddəsinin 134.2.11 və 134.2.13 bəndlərinə görə, cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəlləyə müvafiq tərtib edilmiş aşağıdakı istintaq hərəkətlərinin protokolları sübut kimi istifadə oluna bilər: dindirmə, üzləşdirmə və ifadəni yerində yoxlama; istintaq eksperimenti. CPM-nin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi Məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin 349.5.1-ci maddəsinə əsasən, məhkəmə yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-nin 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 42-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün bir neçə hallar mövcuddur ki, həmin hallardan da ən azı birinin mövcud olması bəraət hökmü çıxarılması üçün əsasdır. CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1-ci maddəsinin əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinin əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Hər bir əməlin cinayət olması üçün 4 tərkib əlamətinin mövcud olması zəruridir. Bunlar obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhətdir. Həmin tərkib əlamətlərindən birinin olmaması əməlin cinayət olmaması anlamına gəlir. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarında qeyd olunmuşdur ki, əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Qeyd olunan normalara, eləcə də CPM-in 34, 55.2, 142, 350.1-ci maddələrinə görə şəxsin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə bəraət alması onun tam və qəti olaraq reabilitasiyası deməkdir və müstəsna olaraq şəxsin hüquqlarının bərpası üçün əsas kimi çıxış etməklə onun məhkəmədə baxılmış ittihamın əsasını təşkil edən eyni hallara görə yenidən təqib olunmasını, o cümlədən eyni hallara başqa cür hüquqi qiymət verilməsi yolu ilə məsuliyyətə cəlb olunmasını istisna edir. CPM-nin 42.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda məhkəmə bəraət hökmü çıxarır. CPM-nin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-nin 55.2-ci maddəsinə əsasən haqqında məhkəmənin bəraət hökmü çıxarılmış hər hansı şəxs təqsirsiz sayılır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 05 nömrəli Qərarına əsasən məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları X3 presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, «əsaslı şübhə yeri qoymayan» sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqlarının və X4 X3 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir” (“Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı). "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 2-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən, iş üzrə toplanılan, lakin məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından və tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan ona CPM-nin 42.1.2-ci maddəsinə əsasən bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddiasına münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1, 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 74-cü hissəsinin ikinci abzasına görə bəraət hökmü Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Mülki iddiaçı və ya onun nümayəndəsi məhkəməyə gəlmədiyi və iddiaya onların iştirakı olmadan baxılması barədə vəsatət vermədikləri hallarda da mülki iddia baxılmamış saxlanıla bilər. Hazırki cinayət işi üzrə şəxsin əməlində dələduzluq cinayət tərkibinin olması, yəni dələduzluq cinayətinin baş verməsi müəyyən olunmadığından, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar ziyanın vurulması istisna olunur və bu baxımdan verilmiş mülki iddia cinayət mühakimə icraatında həll oluna bilməz. Buna görə də məhkəmə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılmalı və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən baxılmadan saxlanılmış mülki iddianın sonradan mülki mühakimə icraatı qaydasında verilə bilməsi hüququnun olması Zərərçəkmiş şəxs izah edilməldir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməli və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs “dəymiş ziyanın ödənilməsi barədə“ mülki iddiası baxılmamış saxlanılmalı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsi ilə bağlı ödənilmiş 41 manat dövlət rüsumu ona geri qaytarılmalı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini, həmçinin təqsirləndirilən şəxsə bəraət verilməsini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi Rəsul oğlu müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat məbləğində əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi Rəsul oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2, 42.2.2, 344-347, 349-350, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs “dəymiş ziyanın ödənilməsi barədə“ mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsi ilə bağlı ödənilmiş 41 manat dövlət rüsumu ona geri qaytarılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-173/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-173/2025
17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver