Məhkəmə qərarları › İş №1(010)-174/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-174/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-174/2023 11.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X19 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X30 təqsirləndirilən şəxs X31, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X21 iştirakı ilə, 11 iyul 2023-cü il tarixdə, saat 10:15-də Bakı şəhərində, 15 avqust 2002-ci ildə Qusar rayonunda anadan olmuş, subay, orta-ixtisas təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, Qusar rayonu, Köhnə Xudat ərazi dairəsi, Köhnə Xudat kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, ünvan 2i il tarixli qərarı ilə barəsində əvvəli 28 fevral 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-197/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, 28 may 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətiman tədbiri seçilmiş X31 Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X50 özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 iyul 2021-ci il tarixdə saat 03:00 radəsində X12 məxsus ünvan 3 ünvanında yerləşən, saxlanc yeri olan bərbərxananın plastik qapısını özü ilə gətirdiyi vintaçanla açıb, qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 120 manat olan üç ədəd qayçını, dəyəri 140 mant olan bir ədəd feni, dəyəri 250 manat olan digər bir ədəd digər feni, bir ədəd dəyəri 190 manat olan elektrik baş qırxan , bir ədəd 90 manat dəyərində digər elektrik başqırxan aparatı, hər birinin dəyəri 80 manat olan üç ədəd elektrik üzqırxanını, bir ədəd 100 manat dəyərində səsgücləndiricini, “Adidas” markalı 120 manat dəyərində idman paltarı dəstini, bir ədəd dəyəri 15 manat olanə idman çantasını, hər birinin dəyəri 15 manat olan altı ədəd dəsmalları gizli olaraq talayıb, zərərçəkmiş şəxs X12 ümumilikdə 1595 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 dekabr 2021-ci il tarixdə saat 03:00 radəsində X8 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən saxlanc yeri olan “X56” mağazasının plastik qapısını özü ilə gətirdiyi vintaçanla açıb qanunsuz daxil olaraq oradakı masanın üzərindən 400 manat dəyərində 01 ədəd “Lenovo ideapad 32” markalı notebooku və saxlanc yeri olan mağazanın kassasından 280 manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş şəxs X32 ümumilikdə 680 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 dekabr 2021-ci il tarixdə saat 02:00 radəsində X33 işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, saxlanc yeri olan bijuteriya mağazasının plastik qapısını özü ilə gətirdiyi vintaçanla açıb, içəri qanunsuz daxil olaraq oradakı saxlanc yeri olan kassadan cəmi 550 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs X59ma ümumilikdə 550 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 yanvar 2022-ci il tarixdə saat 03:00 radəsində X22 işlətdiyi saxlanc yeri olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində yerləşən ev alqı-satqı ofisinin plastik qapısını özü ilə gətirdiyi vintaçanla açaraq, içəri qanunsuz daxil olaraq oradakı masanın üzərindən 350 manat dəyərində “Sony” markalı sistem blokunu, bir ədəd klaviaturanı, “PH-W2072a” markalı monitor dəstini gizli olaraq talayıb zərərçəkmiş şəxs X34 350 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 fevral 2022-ci il tarixdə saat 02 radəsində X5 işlətdiyi ünvan 4 ünvanında yerləşən saxlanc yeri olan “Nəzrin” telefon mağazasının plastik qapısını özü ilə gətirdiyi vintaçanla açıb, içəri qanunsuz daxil olaraq oradan bir ədəd qiyməti 160 manat olan göy rəngli üzərində mobil nömrə olmayan “Samsung j6 plus” markalı mobil telefonu, bir ədəd qiyməti 120 manat olan qara rəngli üzərində mobil nömrə olmayan “Samsung j2 kore” markalı mobil telefonu, bir ədəd dəyəri 110 manat olan boz rəngli üzərində mobil nömrə olmayan “Xiomi Redmi 5A” markalı mobil telefonunu, bir ədəd 35 manat dəyərində ağ rəngli “Airpos T9” markalı qulaqcığı, bir ədəd qara rəngli qiyməti 45 manat olan “İphone 13 pro” markalı mobil telefon qulaqcığını, bir ədəd qara rəngli 95 manat dəyərində, bir ədəd qara rəngli 115 manat dəyərində, bir ədəd qara rəngli 120 manat dəyərində, bir ədəd boz rəngli 135 manat dəyərində qəlyan aparatlarını, hər birinin qiyməti 25 manat olmaqla 04 ədəd şüşə qabda qəlyan yağını gizli olaraq talayıb zərərçəkmiş şəxs X9 ümumilikdə 1035 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 fevral 2022-ci il tarixdə saat 04:00 radələrində X10 işlətdiyi ünvan 5 ünvanda yerləşən saxlanc yeri olan mağazanın plastik qapısını özü ilə gətirdiyi vintaçanla açıb, içəri qanunsuz daxil olaraq oradan hər birinin içərisində 10 siqaret paketi olmaqla bir blok qiyməti 38 manat olan ağ qalın “Sobrani” markalı siqaret blokunu, bir blok qiyməti 38 manat olan ağ nazik “Sobrani” markalı, bir blok qiyməti 38 manat olan qara nazik “Sobrani” markalı, bir blok qiyməti 38 manat olan göy qalın “Sobrani markalı, bir blok qiyməti 38 manat olan göy nazik “Sobrani” markalı, bir blok qiyməti 36 manat 70 qəpik ballı markalı, bir blok qiyməti 35 manat 20 qəpik olan qalın “Kent 4” markalı, bir blok qiyməti 35 manat 20 qəpik olan nazik “Kent 4” markalı bir blok qiyməti 35 manat 20 qəpik olan nazik “kent 1” markalı, bir blok qiyməti 35 manat 20 qəpik olan qalın “kent 8” markalı bir blok qiyməti 35 manat 20 qəpik olan mentol “Kent” markalı, bir blok qiyməti 33 manat 60 qəpik olan ballı “Vinston” markalı, bir blok qiyməti 33 manat 60 qəpik olan göy kompakt “Vinston” markalı, bir blok qiyməti 33 manat 60 qəpik olan boz kompakt “Vinston” markalı, bir blok qiyməti 33 manat 60 qəpik olan Mentol “Vinston” markalı, bir blok qiyməti 33 manat 60 qəpik olan boz nazik “Vinston” markalı, dörd blok birinin qiyməti 27 manat 60 qəpik olmaqla “Davidov” markalı siqaretin, dörd blok birinin qyməti 24 manat 70 qəpik olmaqla “Vinçestr” markalı siqaretin, iki blok birinin qiyməti 24 manat 70 qəpik olmaqla “Palmau” markalı siqaretin, 3 blok birinin qiyməti 24 manat 70 qəpik olmaqla “Rotmans” markalı siqaretin, bir blok qiyməti 22 manat 90 qəpik “Vest” markalı siqaretin, dörd blok birinin qiyməti 22 manat 10 qəpik olmaqla “klassik” markalı siqaretin, bir blok qiyməti 20 manat olan “Prima” markalı siqaretin, beş blok birinin qiyməti 20 manat olan “Maqna” markalı siqaretin, üç blok qiyməti 20 manat olan “Vikeroy” markalı siqaretin, iki blok birinin qiyməti 27 manat 60 qəpik olmaqla “LD” markalı siqaretin, altı blok birinin qiyməti 20 manat olmaqla “Arqo” markalı siqaret bloklarının, saxlanc yeri olan mağazanın kassasından 483 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs X13 ümumilikdə 1892 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən X38 məxsus saxlanc yeri olan telefon dükanının plastik qapısını istintaqa məlum olmayan alətlə açaraq içəriyə qanunsuz daxil olub, oradan 01 ədəd 500 manat dəyərində «Dell» markalı notebooku, 01 ədəd 120 manat dəyərində «HP» markalı “Pro Book 4520S” modelli notebooku, bir ədəd 200 manat qiymətində “UleFone” markalı mobil telefonu və 350 manat dəyərində nəğd pulu gizli talayıb ələ keçirməklə zərərçəkmiş şəxs Samid Şahbazova ümumilikdə 1170 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 fevra2022-ci il tarixdə saat 02 radələrində X15 işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytunluq savxozu, nömrəsiz ünvanda yerləşən saxlanc yeri olan “İran məhsulları” adlı mağazanın plastik qapısını özü ilə gətirdiyi vintaçanla açıb, içəri qanunsuz daxil olaraq oradan cəmi 500 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs X23 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 fevral 2022-ci il tarixdə saat 02:00 radələrində X35 işlətdiyi ünvan 7 ünvanında yerləşən saxlanc yeri olan rəsm dərsləri keçirilən ofisin plastik qapısını özü ilə gətirdiyi vintaçanla açıb, içəri qanunsuz daxil olaraq oradan 250 manat dəyərində olan 01 ədəd “Epson L850” markalı printeri gizli olaraq talayıb zərərçəkmiş şəxs X60ma ümumilikdə 250 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X50 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 2021-ci ilin dekabr ayının ortalarında gecə saat 03:00 radələrində oğurluq etmək məqsədilə Hövsan qəsəbəsi ərazisində piyada gəzərək, oğurluq etməyə ev və ya obyekt axtaran zaman avtomobil ehtiyat hissələri satılan mağazanı görmüşdür. Ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra özü ilə götürdüyü vintaçanla mağazanın plastik qapısının kilid hissəsinə salıb sıxaraq açmışdır. Mağazaya daxil olub oğurlamaq üçün əşya və ya pul axtarmağa başlamış, mağazadan bir ədəd “Lenovo” markalı noutbuku və mağazanın kassasından 280 manat pul tapıb götürmüşdür. Oğurladığı “Lenovo” markalı nobebooku elektronik mallar satılan mağazaya satmış və əldə etdiyi pulu xərcləmişdir. Sonradan polis əməkdaşları tərəfindən saxlanılan zaman etdiyi oğurluq əməlini etiraf etmiş və “Lenova” markalı notebooku satdığı yeri polis əməkdaşlarına göstərmişdir. Həmin notebook satdığı şəxsdən onun iştirakı ilə polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa 2021-ci ilin dekabr ayının sonlarında gecə saat 03:00 radələrində oğurluq etmək məqsədilə Hövsan qəsəbəsi ərazisində piyada gəzərək oğurluq etməyə ev və ya obyekt axtaran zaman dəqiq ünvan adını bilmədiyi yerdə giriş-çıxış qapısı plastikdən olan bir bijuteriya mağazası görmüş və həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra özü ilə götürdüyü vintaçanı mağazanın plastik qapısının kilid hissəsinə salıb sıxaraq açmışdır. Mağazaya daxil olub oğurlamaq üçün əşya və ya pul axtardıqda mağazanın kassasında 550 manat pul görüb, götürmüşdür. Oğurladığı pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2022-ci ilin yanvar ayının ortalarında gecə saat 02:00 radələrində oğurluq etmək məqsədilə Hövsan qəsəbəsi ərazisində piyada gəzərək oğurluq etməyə ev və ya obyekt axtaran zaman dəqiq ünvan adımı bilmədiyi yerdə giriş-çıxış qapısı plastikdən olan ev alqı-satqısı ofisini görərək, həmin ofisdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra özü ilə götürdüyü vintaçanı ofisin plastik qapısının kilid hissəsinə salıb sıxaraq açmışdır. Obyektə daxil olub oğurlamaq üçün əşya və ya pul axtarmış, nağd pul tapa bilməmişdir. Ofisdə olan “Sony” markalı bloku olan “HP” markalı kompüteri klaviaturu ilə birlikdə götürərərk ofisdən uzaqlaşmışdır. Həmin kompüteri yaşadığı evə aparaq özü istifadə etmişdir. Tutulduqdan sonra həmin kompüteri polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa 2022-ci ilin fevral ayının əvvəllərində gecə saat 02:00 radələrində oğurluq etmək məqsədilə Hövsan qəsəbəsi ərazisində piyada gəzərək oğurluq etməyə ev və ya obyekt axtaran zaman dəqiq ünvan adını bilmədiyi yerdə mobil telefon, saat və digər əşyalar satılan mağazanı görmüş və həmin mağazanın qapısının plastik olmasını müəyyən edib, oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra özü ilə götürdüyü vintaçanı mağazanın plastik qapısının kilid hissəsinə salıb sıxaraq açmışdır. Mağazaya daxil olub oğurlamaq üçün əşya və ya pul axtarmış, nağd pul tapa bilməsə də, mağazanın vitrinindən 03 ədəd mobil telefonu, 02 ədəd qulaqcığı, bir neçə elektron qəlyan və qəlyan yağı götürərək oradan çıxıb uzaqlaşmışdır. Oğurladığı əşyaları tanımadığı şəxslərə satmış və qəlyanları və qəlyan yağını ilə özü istifadə etmişdir. Həmin qəlyanları və qəlyan yağlarının boşalmış qablarını tutulduqdan sonra polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin gün, yəni mobil telefon mağazasından oğurluq edib oradan biraz uzaqlaşdıqdan sonra gecə təxminən saat 04 radələrində piyada Hövsan qəsəbəsi ərazisində gəzən zaman Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən mağazanı görmüş və oradan da oğurluq qərarına gəlmişdir. Ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra mağazanın qapısına yaxınlaşıb özündə olan vintaçanı mağazanın plastik qapısının kilid hissəsinə salıb sıxaraq açmış, mağazaya daxil olub içərini axtarmağa başlamışdır. Mağazanın kassasında 400 manat nağd pul görüb götürmüşdür. Daha sonra isə mağazadan götürüdüyü iri sellofan torbalara mağazada olan müxtəlif markalı siqaretləri yığıb mağazadan uzaqlaşmışdır. Oğurladığı siqaretlərin bir hissəsini tanımadığı şəxslərə, bir hissəsini isə Nərimanov metrosunun yaxınlığında olan köşkdə işləyən oğlana satmışdır. Həmin köşkdə işləyən şəxsə işlətdiyi mağazanı bağlamaq məcburiyyətində olduğundan mağazada qalmış həmin siqaretləri satmaq istədiyini bildirmişdir. Həmin şəxs ondan şəxsiyyət vəsiqəsini istədiyindən o, özünə məxsus şəxsiyyət vəsiqəni sonuncuya vermişdir. Sonuncu şəxsiyyət vəsiqəsinin surətini çıxararaq özündə saxlamışdır. Bundan başqa 11 fevral 2022-ci il tarixdə axşam saat 20:00 radələrində Bakı şəhəri, Binə qəsəbəsinə oğurluq etmək məqsədi ilə getmiş, bir neçə saat, yəni xx.xx.2022-ci il tarixə keçən gecə Binə qəsəbəsini piyada gəzərək, oğurluq etmək üçün ev və ya maqazin axtarmışdır. Saat 03:00 radələrində plastik qapısı olan bir telefon mağazasına rastlaşmış, ətrafda kimsənin olmadığından həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Mağazanın plastik qapısını kilidini özündə olan vintaçanla sıxıb, açaraq içəri daxil olub, içəridə olan iki ədəd noutbuku, bir ədəd mobil telefonu və 350 manat nağd pulu oğurlayaraq oradan uzaqladıqdan sonra yaşadığı ünvana getmişdir. Oğurladığı notebookun birini və mobil telefonu tanımadığı şəxslərə satmış, əldə etdiyi pulu xərcləmişdir. Oğurladığı notebookun digərini, yəni “HP” markalı olanı özündə saxlamış, polislər onu tutduqdan sonra təqdim etmişdir. Bundan başqa 2022-ci ilin fevral ayının ortalarında gecə saat 02:00 radələrində oğurluq etmək məqsədilə Hövsan qəsəbəsi ərazisində piyada gəzərək, oğurluq etməyə ev və ya obyekt axtaran zaman Zeytun sovxozunda ünvan adını bilmədiyi yerdə qapısı plastikdən olan İran məhsulları satılan bir mağaza görmüş, həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra özündə olan vintaçanı həmin mağazanın plastik qapısının kilid hissəsinə salıb sıxaraq qapını açmışdır. Mağazaya daxil olub oğurlamaq üçün əşya və ya pul axtarmış və mağazanın bağlanmayan kassasından 500 manat pul tapıb götürərək mağazadan uzaqlaşmışdır. Oğurladığı pulu xərcləmişdir. Bundan başqa 2022-ci ilin fevral ayının ortalarında gecə saat 02:00 radələrində oğurluq etmək məqsədilə Hövsan qəsəbəsi ərazisində piyada gəzərək, ev və ya obyekt axtaran zaman ünvan adını bilmədiyi yerdə qapısı plastikdən olan bir ofis görmüş və həmin ofisdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra özü ilə götürdüyü vinaçanla həmin obyektin qapısına yaxınlaşıb plastik qapısının kilid hissəsinə salıb sıxaraq açıb, içəri daxil olub, oğurlamaq üçün əşya və ya pul axtarmış, lakin nağd pul tapmamışdır. Bundan sonra ofısdəki masanın üstündə olan bir ədəd printeri götürüb oradan uzaqlaşmışdır. Oğurladığı “Epson” markalı printeri “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən telefon mağazasına satmışdır. Polislər tərəfindən tutulduqdan sonra printeri satdığı mağazanı polislərə göstərmiş və həmin printer mağazadan götürülmüşdür. Plastikdən olan qapıları özündə olan vintaçanla asan olaraq aça bildiyindən, qapıları plstikdən olan obyektlərdən oğurluq etmişdir. Həmin vintaçanı yadında qalmayan yerdə tullantı qutusuna atmışdır. Həmin vintaçan təmirdə istiladə edilən, iri vintaçan imiş və həmin vintaçanla asanlıqla plastik qapıların kilid hissəsini sıxıb açmaq olurmuş. Oğurluq əməllərini tək halda etmiş və kimsə ona həmin oğurluq əməlləıini törətdiyi zaman hər hansı bir lormada köməklik göstərməmişdir. Oğurladığı əşyaları satdığı şəxslərə onların özünə məxsus olduğunu və öz ehtiyalarını ödəmək üçün satdığını demiş və tələb edənlərə şəxsiyyət vəsiqəsini göstərmiş və ya surətini vermişdir. Digər epizod üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, polis bölməsində olarkən polis əməkdaşları tərəfindən döyüldüyündən digər bir epizod üzrə ittihamı da qəbul etmişdir. Sonda törətdiyi oğurluq əməllərindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəməklə aralarında barışıq əldə etdiklərini bildirmiş, məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, X50 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri X31 qismən etirafedici ifadələri ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, yaşadığı fərdi yaşayış evinin həyətində giriş-çıxış qapısı çöldən olan bərbərxana tikdirmişdir və həmin bərbərxanada oğlu İbadulla Quluzadə hər gün saat 11 radələrindən, gecə saat 22:00 radələrinədək bərbər olaraq işləyir. 27 iyul 2021-ci il tarixdə oğlu İbadulla bərbərxananın giriş-çıxış qapısını gecə saat 22 radələrində açarla bağlamışdır. Səhərisi gün yəni, 28 iyul 2022-ci il tarixdə İbadulla səhər saatlarında bərbərxananın qapısını açmaq istədikdə bərbərxananın şüşəli plastik qapısının açıq olduğunu aşkar etmişdir. İçəri girib yoxladıqda bərbərxanada olan hər birinin dəyəri 120 manat olan üç ədəd qayçı, dəyəri 140 mant olan bir ədəd fen, dəyəri 250 manat olan digər bir ədəd fen, bir ədəd dəyəri 190 maant olan elektrik baş qırxan maşınkası, bir ədəd 90 manat dəyərində elektrik başqırxan maşınkası, hər birinin dəyəri 80 manat olan üç ədəd elektrik üzqırxanı, bir ədəd 100 manat dəyərində səsgücləndirici, oğlu üçün aldığı “Adidas” markalı 120 manat dəyərində idman paltarı dəsti, bir ədəd dəyəri 15 manat olanə idman çantası, hər birinin dəyəri 15 manat olan altı ədəd dəsmalların oğurlandığını aşkar etmişlər. Oğurluq nəticəsində ona təxminən 1595 manat dəyərində maddi ziyan dəymişdir. Bərbərxanadan başqa əşya oğurlanmamışdır. Lakin hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs Tural Bədəlov tərəfindən ödənilmişdir, sonuncu ilə aralarında barışıq əldə etmişdir, təsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, ticarətlə məşğul olur və ünvan 8 ünvanında yerləşən “X56” adlı mağaza ona məxsusdur. Həmin mağazada əmisi X3 ilə özü işləyir. 13 dekabr 2021-ci il tarixdə 23:00 radələrində mağazanın giriş-çıxış qapısını özü bağlayaraq mağzadan çıxmışdır. Əmisi 14 dekabr 2021-ci il tarixdə saat 08:00 radələrində işə gəldikdə mağazada olan və ona məxsus “Lenevo İdeapad 320” markalı notebookun və kassada olan təxminən 260- 280 manat pulun oğurlandığını aşkar edərək, bu barədə ona xəbər vermişdir. O, mağazaya gəlib yoxladıqda həqiqətən də mağazadan ona məxsus təxminən 500 manat dəyərində olan “Lenovo İdeapad” markalı notebookun və təxminən 280 manat pulun oğurlandığını aşkar etmişdir. Mağazanın müşahidə kamera görüntülərinə baxdıqda isə hadisənin 14 dekabr 2021-ci il tarixdə, gecə saat 03:00 dəqiqədə əynində göy rəngli cins şalvar, qara kurtka, üzündə respirator olan şəxs tərəfindən törədildiyi aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 780 manat maddi ziyan dəymişdir. Lakin hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs Tural Bədəlov tərəfindən ödənilmişdir, sonuncu ilə aralarında barışıq əldə etmişdir, təsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X51 ifadəsində göstərmişdir ki, özünə məxsus ünvan 9 ünvanında bijuteriya mağazası vardır. Həmin mağazada bijuteriya bəzək əşyaları, ətir çanta, paltar və qadınlar üçün digər əşyaları satılır. Mağaza hər gün səhər saat 09-dan, axşam saat 21-dək işləyir. 22 dekabr 2021-ci il tarixdə mağaza səhər saat 09-dan saat 21-dək işləmişdir. 23 dekabr 2021-ci il tarixdə səhər saat 09-da mağazaya gəldikdə mağazanın şüşə və plastikdən ibarət giriş-çıxış qapısının açıq olduğunu aşkar etmiş, mağazaya daxil olduqda giriş-çıxış qapısı ilə üzbəüz hissədə şkafın içərisində yerləşən kassadan beş günlük alverin nəticəsində yığılmış 550 manat pulun oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 550 manat məbləğində maddi ziyan dəymişdir. Lakin hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs Tural Bədəlov tərəfindən ödənilmişdir, sonuncu ilə aralarında barışıq əldə etmişdir, təsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X39 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, ünvan 10 ünvanında yerləşən kirayə obyekt-ofis götürərək ev alqı-satqısı işi ilə məşğul olur. Hər gün səhər 09-dan, axşam saat 18-dək həmin ofisdə olur. Ofisi özü açıb özü bağlayır. 14 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində ofisin qapısını bağlayaraq ofisdən çıxmış, 15 yanvar 2022-cı il tarixdə səhər saat 08:40-də ofisə gəldikdə ofisin şüşəli plastik qapısının aralı olduğunu görmüşdür. İçəri daxil olduqda giriş qapısından sağ tərəfdəki stolun üstündə olan təxminən 1000 manat dəyərində olan “Sony” markalı kompyuterin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ümumilikdə ona 1000 manat dəyərində maddi ziyan dəymişdir. Ofisindən başqa hər hansı əşya və ya predmet oğurlanmamışdır. Lakin hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs Tural Bədəlov tərəfindən ödənilmişdir, sonuncu ilə aralarında barışıq əldə etmişdir, təsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 223C ünvanında yerləşən “Nəzrin” telefon mağazası anası X4 adınadır. Lakin həmin mağazanı özü işlədir, mağazada olan məhsullar, istifadə edilən cihaz və qurğular ona məxsusdur. Həmin mağazada bacısı oğlu X40 və özü satıcı olaraq işləyirlər. Bundan başqa həmin mağazanın içərisində bir hissəsində X1 olaraq fəaliyyət göstərir. Sonuncu dəfə bacısı oğlu Nurlan 09 fevral 2022-ci il tarixdə 22:00 radələrində mağazanın giriş-çıxış qapısını açarla bağlayaraq getmişdir. 10 fevral 2022-ci il tarixdə saat 08:00 radələrində anası mağazaya sənədlərini götürmək üçün gəlib, giriş qapısını özündə olan açarla açmaq istədikdə qapının açıq olduğunu, kilid yerləşən hissəsinin əyilmiş vəziyyətdə olduğunu görmüşdür. İçəri daxil olduqda şkafın siyirməsinin və sənədlərinin də yerdə olduğunu aşkar etmişdir. Sonra stolun üstündə içərisi boş olan qəlyan qutusunun olduğunu, divarda yerləşən stenddə baxdıqda isə bir neçə telefonun setnddə olmadığını, yəni oğurlandığını aşkar etmişdir. Anası mağazadadan oğurluq olduğunu müəyyən etdikdən sonra telefonla ona xəbər vermişdir. O, mağazaya gəlib malların sayını yoxladıqda bir ədəd qiyməti 160 manat olan göy rəngli, üzərində mobil nömrə olmayan “Samsung j6 plus” markalı mobil telefonun, bir ədəd təxmini qiyməti 120 manat olan qara rəngli, üzərində mobil nömrə olmayan “Samsung j2 kore” markalı mobil telefonun, bir ədəd təxmini dəyəri 110 manat olan boz rəngli üzərində mobil nömrə olmayan “Xiomi Redmi 5A” markalı mobil telefonların, bir ədəd 35 manat dəyərində ağ rəngli “Airpos T9” markalı qulaqcığın, bir ədəd qara rəngli qiyməti 45 manat olan “İphone 13 pro” mobil telefon qulaqcığının bir ədəd qara rəngli 95 manat dəyərində, bir ədəd qara rəngli 115 manat dəyərində, bir ədəd qara rəngli 120 manat dəyərində, bir ədəd boz rəngli 135 manat dəyərində qəlyan aparatlarının, hər birinin qiyməti 25 manat olmaqla 04 ədəd şüşə qabda qəlyan yağının oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə təxminən 1035 manat maddi ziyan dəymişdir. Lakin hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs Tural Bədəlov tərəfindən ödənilmişdir, sonuncu ilə aralarında barışıq əldə etmişdir, təsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində, nömrəsiz ünvanda yerləşən marketi işlətmək üçün icarəyə götürmüş, lakin ticarətə başlamamışdır. 08 fevral 2022-ci il tarixdə mağazaya 71 blok siqaret və digər məhsullar gətirib yığmışdır. Market 11 fevral 2022-ci il tarixdə fəaliyyət başlamalı imiş. 09 fevral 2022ci il tarixdə məhsulları marketə yerləşdirdikdən sonra gecə saat 23:50 radələrində qapını bağlayıb getmişdir. 10 fevral 2022-ci il tarixdə saat 07:30 radələrində işçisi Asif marketə getdikdə qapının bir qədər aralı olduğunu, girişdən sağda yerləşən stolun alt hissəsində olan siqaret bloklarının və kassadakı 483 manat pulun oğurlandığını aşkar etmiş və bu barədə ona xəbər vermişdir. O, marketə gəlib birlikdə marketdə olan malları yoxladıqda hər birinin içərisində 10 siqaret paketi olmaqla bir blok qiyməti 38 manat olan ağ qalın “Sobrani” markalı siqaret blokunun, bir blok qiyməti 38 manat olan ağ nazik “Sobrani” markalı, bir blok qiyməti 38 manat olan qara nazik “Sobrani” markalı, bir blok qiyməti 38 manat olan göy qalın “Sobrani markalı, bir blok qiyməti 38 manat olan göy nazik “Sobrani” markalı, bir blok qiyməti 36 manat 70 qəpik ballı markalı, bir blok qiyməti 35 manat 20 qəpik olan qalın “Kent 4” markalı, bir blok qiyməti 35 manat 20 qəpik olan nazik “Kent 4” markalı bir blok qiyməti 35 manat 20 qəpik olan nazik “kent 1” markalı, bir blok qiymət 35 manat 20 qəpik olan qalın “kent 8” markalı bir blok qiyməti 35 manat 20 qəpik olan mentol “Kent” markalı, bir blok qiyməti 33 manat 60 qəpik olan ballı “vinston” markalı, bir blok qiyməti 33 manat 60 qəpik olan göy kompakt “Vinston” markalı, bir blok qiyməti 33 manat 60 qəpik olan boz kompakt “Vinston” markalı, bir blok qiyməti 33 manat 60 qəpik olan Mentol “Vinston” markalı, bir blok qiyməti 33 manat 60 qəpik olan boz nazik “Vinston”markalı, dörd blok birinin qiyməti 27 manat 60 qəpik olmaqla “Davidov” markalı siqaretin, dörd blok birinin qymətj 24 manat 70 qəpik olmaqla “Vinçestr” markalı siqaretin, iki blok birinin qiyməti 24 manat 70 qəpik olmaqla “Palmal” markalı siqaretin, 3 blok birinin qiyməti 24 manat 70 qəpik olmaqla “Rotmans” markalı siqaretin, bir blok qiyməti 22 manat 90 qəpik “Vest” markalı siqaretin, dörd blok birinin qiyməti 22 manat 10 qəpik olmaqla “klassik” markalı siqaretin, bir blok qiyməti 20 manat olan “Prima” markalı siqaretin, beş blok birinin qiyməti 20 manat olan “Maqna” markalı siqaretin, iiç blok qiyməti 20 manat olan “Vikeroy” markalı siqaretin, iki blok birinin qiyməti 27 manat 60 qəpik olmaqla “Ld” markalı siqaretin, altı blok birinin qiyməti 20 manat olmaqla “Arqo” markalı siqaret bloklarının, o cümlədən kassadan 400 manat pulun və 50 qəpiklik əsginaslardan ibarət 83 manat pulun oğurlandığını müəyyən etmişlər. Siqaretlərin oğurlanması nəticəsində ona təxminən 1409 manat, ümumilikdə isə 1892 manat maddi ziyan dəymişdir. Marketin müşahidə kamerasına baxdıqda oğurluğun saat 04 radələrində əynində göy rəngli cins şalvar, qara rəngli balonka, üzündə respiratorun olan şəxs tərəfindən edildiyi məlum olmuşdur. Lakin hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs Tural Bədəlov tərəfindən ödənilmişdir, sonuncu ilə aralarında barışıq əldə etmişdir, təsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X52 ifadəsində göstərmişdir ki, yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindəki evin qarşısında telefon dükanı açmışdır və həmin dükanı özü işlədir. Dükanda səhər saat 10:00 radələrindən gecə saat 23:00-dək mobil telefonların, onların aksesuarların satışı, eləcə də telefonların və kompüterlərin təmiri ilə məşğul olur. 11 fevral 2022-ci il tarixdə saat 23:00 radələrində dükanı bağlayıb evə getmişdir. 12 fevral 2022-ci il tarixdə gecə saat 04:00 radələrində siqaret çəkmək üçün çölə çıxdıqda dükanın plastik giriş-çıxış qapısının açıq olduğunu görüb yaxınlaşdıqda qapıda zədə izləri olduğunu görmüşdür. Dükana daxil olduqda pul saxladığı dolabda olan 350 manat nağd pulun, bir ədəd 200 manat qiymətində “UleFone” markalı mobil telefonun, bir ədəd 500 manat dəyərində “Dell” markalı noyebookun, bir ədəd 350 manat dəyərində “HP” markalı notebookun oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 1400 manat məbləğində ziyan dəymişdir. Lakin hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs Tural Bədəlov tərəfindən ödənilmişdir, sonuncu ilə aralarında barışıq əldə etmişdir, təsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X42 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zeytunluq adlanan yaşayış sahəsində mağaza işlədir. Mağazanı səhərlər özü açıb axşamlar özü bağlayır. 17 fevral 2022-ci il tarixdə gecə saat 22:00 radələrində mağazanı özü açarla bağlayıb getmiş, 18 fevral 2022-ci il tarixdə səhər saat 08:30 radəsində gəlib mağazanın giriş-çıxış qapısını açmaq istədikdə mağazanın giriş-çıxış qapısının açıq olduğunu görü, içəri daxil olaraq yoxladıqda mağazanın kassasında olan 500 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Mağazadan başqa mal-əşya oğurlanmamışdır. Lakin hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs Tural Bədəlov tərəfindən ödənilmişdir, sonuncu ilə aralarında barışıq əldə etmişdir, təsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X53 ifadəsində göstərmişdir ki, təxminən 3 aydır ki, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 7 ünvanında yerləşən özünə məxsus olan ofisdə rəsm kursları təşkil etmişdir. Ofisin çölə baxan hissəsinin divarı şüşəbənddir. 21 fevral 2022-ci il tarixdə həmin ofisin işçisi Aynur səhər ofisə gəlmiş saat 18:00 radələrində isə ofisin giriş-çıxış qapısını bağlayaraq getmişdir. 22 fevral 2022-ci il tarixdə saat 09:00 radələrində ofisi açmaq üçün gəldikdə çöl qapının bir qədər aralı olduğunu görmüş, içəri daxil olduqda girişdən sol hissədə yerləşən qeydiyyat stolunun üstündə olan bir ədəd qara rəngli “Epson” markalı rəngli çap edən təxmini qiyməti 800 manat olan printer aparatının oğurlandığını aşkar etmişdir. Lakin hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs Tural Bədəlov tərəfindən ödənilmişdir, sonuncu ilə aralarında barışıq əldə etmişdir, təsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X6 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, yaşadığı fərdi yaşayış evinin həyətində giriş-çıxış qapısı çöldən olan bərbərxana vardır. Həmin bərbərxanada olan aksesuarlar və mallar anası Almaz Quliyeva tərəfindən alınmışdır və anasına məxsusdur. Həmin bərbərxanada o özü bərbər olaraq işləyir. Bərbəxananı səhər saat 11:00 radələrində açır və gecə saat 22:00-dək işləyir. Bərbərxananın giriş-çıxış qapısı yola, yəni çölə çıxır. 27 iyul 2021-ci il tarixdə gecə saat 22:00 radələrində bərbərxananın giriş-çıxış qapısını açarla özü bağlamışdır. Səhəri gün yəni, 28 iyul 2022-ci il tarixdə səhər saatlarında bərbərxananın qapısını açmaq istədikdə bərbərxananın şüşəli plastik qapısının açıq olduğunu aşkar etmişdir. İçəri girib yoxladıqda bərbərxanada olan hər birinin dəyəri 120 manat olan üç ədəd qayçının, dəyəri 140 mant olan bir ədəd fenin, dəyəri 250 manat olan digər bir ədəd fenin, bir ədəd dəyəri 190 maant olan elektrik baş qırxan maşmkanm, bir ədəd 90 manat dəyərində digər elektrik başqırxan maşmkanm, hər birinin dəyəri 80 manat olan üç ədəd elektrik üzqırxanının, bir ədəd 100 manat dəyərində səsgücləndiricinin, özünə məxsus “Adidas” markalı 120 manat dəyərində idman paltarı dəstinin, bir ədəd dəyəri 15 manat olan idman çantasını, hər birinin dəyəri 15 manat olan altı ədəd dəsmalların oğurlandığını aşkar etmişdir. Ona görədə bu barədə anasına xəbər vermişdir. Oğurluq nəticəsində onlara təxminən 1595 manat dəyərində maddi ziyan dəymişdir. Bərbərxanadan başqa əşya oğurlanmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 223C ünvanında yerləşən “Nəzrin” telefon mağazası ona məxsusdur. Həmin mağazanı oğlu X26 işlədir, mağazadakı məhsullar və əmlak oğluna məxsusdur. Həmin mağazada oğlu Bəhruz Şahverdiyev və satıcı olaraq nəvəsi X40 işləyirlər. Bundan başqa həmin mağazanın bir hissəsində X1 olaraq fəaliyyət göstərir. Sonuncu dəfə yəni, 09 fevral 2022-ci il tarixdə 22:00 radələrində iş vaxtı başa çatdıqdan sonra giriş-çıxış qapısı açarla bağlanmışdır. O, 10 fevral 2022-ci il tarixdə saat 08:00 radələrində sənədlərini götürmək üçün mağazaya getmişdir. Giriş qapısını özündə olan açarla açmaq istədikdə qapının açıq olduğunu, açar yerləşən hissəsinin əyilmiş vəziyyətdə olduğunu görmüşdür. İçəri daxil olduqda şkafın siyirməsinin və sənədlərinin yerdə olduğunu görmüşdür. Eləcədə stolun üstündə içərisi boş olan qəlyan qutusunun olduğunu, divarda yerləşən stendə baxdıqda isə bir neçə telefonun setnddə olmadığını, oğurlandığını aşkar etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X36 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ünvan 12 ünvanının yanında yerləşən qəzet köşkünü işlədir. Həmin köşkdə qəzetlərdən başqa tütün məmulatları, sərinləşdirici işkilər və sair satır. Təxminən 10-11 fevral 2022-ci il tarixdə axşam saatlarında köşkə bir nəfər cavan oğlan yaxınlaşaraq mağaza işlətdiyini, ancaq hazırda mağazanın bağlandığını, öna görə də mağazada qalan malları satdığını bildirmişdir. Bundan sonra əlində bir neçə çeşidli siqaret qaldığını və həmin siqaretləri firma qiymətinə, yəni firmalardan aldıqları qiymətə satdığını bildirərək, ondan həmin siqaretləri almağını xahiş etmişdir. O, razı olmadıqda həmin cavan oğlan təcili olaraq mağazanı boşaltmalı olduğunu, onun siqaret satışı ilə məşğul olduğundan onsuz da firmadan onun satmaq istədiyi qiymətə siqaret alacağını deyərək israrla ondan həmin siqaretləri almasını xahiş etmişdir. Buna görə də o, razı olmuşdur. Həmin oğlan köşkdən aralanıb bir neçə dəqiqə sonra əlində bir ədəd sellofan torba qayıtmışdır. Bundan sonra həmin oğlan sellofan torbada gətirdiyi siqaretləri sayaraq ona vermişdir. O da oğlanın verdiyi siqaretləri firma qiymətinə almışdır. Həmin oğlandan təxminən 100 paçka müxtəlif çeşidli siqaretlər almışdır. Oğlanla hesablaşaraq, sayıb ona 278 manat ödəmişdir. Həmin hadisədən təxminən 20 gün sonra işlədiyi köşkə həmin oğlanla birlikdə polis əməkdaşları gəlmişlər. Ondan həmin oğlandan tütün məmulatları alıb-almaması soruşulmuşdur. O, həmin oğlandan 278 manat dəyərində firma qiymətinə müxtəlif çeşidli siqaretlər aldığını bildirmişdir. Ona həmin oğlandan aldığı siqaretlərin oğurluq olduğunu və həmin oğlan tərəfindən mağazadan oğurlandığını bildirmişlər. Ona görədə o, həmin oğlandan aldığı məbləğdə yəni, 278 manat dəyərində müxtəlif çeşidli siqaretləri toplayıb, polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilmişdir. Həmin oğlandan aldığı siqaretləri satdığından, eləcə də dəqiq çeşidləri yadında qalmadığından köşkdə olan və ondan tələb edilən 278 manat dəyərində müxtəlif çeşidli siqaretləri yığıb polislərə təqdim etmişdir. Aldığı siqaretlərin oğurluq olmasını bilməmişdir. Bu barədə ona siqaretləri satan oğlan heç nə deməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X27 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasmın yaxınlığında bir yeri icarəyə götürərək kompyuter təmiri ilə məşğul olur. 14 dekabr 2021-ci il tarixdə həmin təmir yerində olan zaman bir nəfər əlində notebook içəri daxil olaraq həmin notebooku satmaq istədiyini bildirmişdir. Notebooku hansı səbəbdən satmaq istədiyini soruşduqda həmin şəxs anası xəstə olduğu üçün satmaq istədiyini bildirmişdir. O, notebooka baxdıqda “Lenovo İdeapad 32” markalı notebook olduğunu, mikrofonunun, kamerasının işləmədiyini, klaviaturasında problemlər olduğu müəyyən olunmuşdur. Aralarında razılaşaraq həmin notebooku 100 manata almışdır. Notebooku alarkən həmin oğlandan şəxsiyyətini təsdiq edən sənəd istəmiş, sonuncu da şəxsiyyət vəsiqəsini təqdim etmiş, sonuncunun X50 olduğunu müəyyən edilmişdir. Təxminən mart ayının əvvəlində polis əməkdaşları Tural Bədəlovla birlikdə onun iş yerinə gəlmişlər. Tural Bədəlov polis əməkdaşlarına notebooku ona satdığını demişdir. O da bunu təsdiq edərək, Tural Bədəlovdan aldığı notebooku polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları protokol tərtib edərək həmin notebooku ondan götürmüşlər. Tural Bədəlov şəxsiyyət vəsiqəsini ona təqdim etdiyindən həmin notebookun oğurluq olduğunu düşünməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X14 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ünvan 13 ünvanında yerləşən “El Telecom” adlı telefon dükanı icarə əsasında işlədir. 20 fevral 2022-ci il tarixdə saat 11:00 radələrində həmin telefon mağazasında olarkən əlində “Epson” markalı printer olan bir kişi dükana gələrək, mağaza işlətdiyini, mağaza bağlandığı üçün həmin “Epson” markalı rəngli printeri satmaq istədiyini bildirmişdir. Həmin vaxt onun çap işləri görmək üçün printerə ehtiyacı varmış. Ona görə də istifadə etmək üçün həmin printeri almaq istəmişdir. Aralarında razılaşdıqdan sonra printeri 250 manata almışdır. Printeri satan şəxsin geyimi səliqəli olduğundan və printeri öz mağazası bağladığı üçün satdığını bildirdiyindən aldığı printerin oğurluq ola biləcəyini fikirləşməmişdir. Eləcə də həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd istədikdə, sonuncu şəxsiyyət vəsiqəsini təqdim etmiş və onun X50 olduğunu müəyyən etmişdir. Bundan sonra Tural Bədəlovun şəxsiyyət vəsiqəsinin surətini çıxararaq özündə saxlamışdır. Təxminən 10-15 gündən sonra polis əməkdaşları Tural Bədəlovla birlikdə onun işlədiyi mağazaya gəlmişlər. Tural Bədəlov onu göstərərək “Epson” markalı printeri ona satdığını bildirmişdir. O da həqiqətən də Tural Bədəlovdan səxsiyyət vəsiqəsinin surətini almaqla istifadəsi üçün bir ədəd printer aldığını bildirmiş və həmin printeri təqdim etmişdir. Həmin printerin oğurluq olduğu bildirilmiş və protokol tərtib edilməklə printer ondan götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2319 saylı 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim “Lenevo ideapad 32” markalı notebook (2021-ci ilin dekabr ayına) bir ədədinin qiyməti 400 manat; 2. “Epson L850” markalı printer (2022-ci ilin fevral ayına) bir ədədinin qiyməti 250 manat; 3. “Sony” markalı sistem blok, klaviatura, “HP- W2072a” markalı monitor dəsti (2022-ci ilin yanvar ayına) 350 manat; 4. Qara rəngli “jacob” markalı qəlyan aparatı, göy rəngli qəlyan dəsti, “EGK king” markalı boz rəngli qəlyan aparatı (2022-ci ilin fevral ayına) bir ədəddinin qiyməti 80 manat olmaqla, 03 ədədinin qiyməti 240 manat; 5. Boş qəlyan yağı qabının (2022-ci ilin fevral ayına) qiyməti 3 manat olmaqla 3 ədədinin qiyməti 09 manat; 6. “Maqna” markalı siqaret 1 qutusunun qiyməti 2 manat olmaqla 10 qutusunun qiyməti 20 manat; 7. ”Vikeroy” markalı siqaret bir qutusunun qiyməti 2 manat olmaqla 16 qutusunun qiyməti 32 manat; 8. “Aqro” markalı siqaret 1 qutusunun qiyməti 1,80 manat olmaqla, 16 qutusunun qiyməti 28,80 manat; 9. ”Kigstone” markalı siqaretin 1 qutusunun qiyməti 2,10 olmaqla, 12 qutusunun qiyməti 25,20 manat; 10. ”Sobrani” markalı siqaret 1 qutusunun qiyməti 3,90 manat olmaqla, 14 qutusunun qiyməti 54,60 manat; 11.’’Rothmans” markalı siqaret 1 qutusunun qiyməti 2,50 manat olmaqla, 2 qutusunun qiyməti 5 manat; 12. ’’Classic” markalı siqaretin 1 qutusunun 2,20 manat olamaqla, 7 qutusunun qiyməti 15,40 manat; 13. ”Vinchestr” markalı siqaret 1 qutusunun qiyməti 2,50 manat olmaqla,3 ədədinin qiyməti 7,50 manat; 14. “Palmal” markalı siqaretin bir qutusunun qiyməti 2,50 manat olmaqla, 3 qutusunun qiyməti 7,50 manat hesablanmışdır. Ekspertiza tədqiqatına təqdim olunmuş malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1445,0 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2319 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “HP” markalı, “ProoBook 4520S” modelli notebookun istifadədə olması nəzərə alınınmaqla 2022-ci ilin fevral ayına orta bazar qiyməti təxminən 120,00 manat müəyyən edilmişdir. İş materiallarında olan 01 mart 2022-ci il tarixli 04 mart 2022-ci il tarixli “Təqdim edilmiş əşyanı götürmə haqqında” protokoldan görünür ki, həmin protokol tərtib edilməklə X28 X18 ofisindən oğurlanmış bir ədəd “Sony” markalı sistem blok, klaviatura, “HP- W2072a” markalı monitor dəsti götürülmüşdür. İş materiallarında olan 01 mart 2022-ci il tarixli 04 mart 2022-ci il tarixli “Təqdim edilmiş əşyanı götürmə haqqında” protokoldan görünür ki, həmin protokol tərtib edilməklə X11 bir ədəd “Epson L850” markalı printer götürülmüşdür. İş materiallarında olan 04 mart 2022-ci il tarixli “Təqdim edilmiş əşyanı götürmə haqqında” protokoldan görünür ki, həmin protokol tərtib edilməklə X28 bir ədəd qara rəngli “jacob” makalı qəlyan aparatını, bir ədəd göy rəngli qəlyan aparatı, bir ədəd boz rəngli “EGK king” markalı qəlyan aparatı, boş qəlyan yağı qabı götürülmüşdür. İş materiallarında olan “Maddi sübutun təqdim edilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən köşkü işlədən X54 tərəfindən təqdim edilən 100 ədəd siqaret qutusu götürülmüşdür. İş materiallarında olan 28 fevral 2022-ci il tarixli “Maddi sübutun təqdim edilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşlarından X31 təqdim etdiyi, X38 məxsus bir ədəd “HP ProoBook 4520S” markalı notebook götürülmüşdür. İş materiallarında olan maddi 03 mart 2022-ci il tarixli “Əşyanı tanınması haqqında” protokoldan görünür ki, vahid nüsxədə tanınmaya təqdim edilmiş bir ədəd “Lenevo” markalı” notebook X16 tanıyaraq işlətdiyi “Avtomobil ehtiyyat hissələri” mağazasından oğurlanan notebook olduğunu bildirmişdir. İş materiallarında olan 05 mart 2022-ci il tarixli “Əşyanı tanınması haqqında” protokoldan görünür ki, vahid nüsxədə tanınmaya təqdim edilmiş bir ədəd “Sony” markalı sistem blok, klaviatura, “HP-W2072a” markalı monitor dəsti X43 tanıyaraq işlətdiyi ofisdən oğurlanan kompüter dəsti olduğunu bildirmişdir. İş materiallarında olan 06 mart 2022-ci il tarixli “Əşyanı tanınması haqqında” protokoldan görünür ki, vahid nüsxədə tanınmaya təqdim edilmiş bir ədəd “Epson L850” markalı printeri X53 tanıyaraq rəsm dərsləri keçirdiyi ünvan 14 ünvanında yerləşən ofisdən oğurlanan printer olduğunu bildirmişdir. İş materiallarında olan 06 mart 2022-ci il tarixli “Əşyanı tanınması haqqında protokoldan” görünür ki, vahid nüsxədə tanınmaya təqdim edilmiş bir ədəd qara rəngli “jacob” makalı qəlyan aparatını, bir ədəd göy rəngli qəlyan aparatını, bir ədəd boz rəngli “EGK king” markalı qəlyan aparatını, boş qəlyan yağı qabını X17 tanıyaraq işlətdiyi Suarxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 223C ünvanında yerləşən “Nəzrin” telefon mağazasından xx.xx.2022-ci il tarixdə oğurlanan əşyalar olduğunu bildirmişdir. İş materiallarında olan 10 mart 2022-ci il tarixli “Əşyanı tanınması haqqında protokoldan” görünür ki, X28 götürülmüş və tanınmaya təqdim edilmiş bir ədəd “HP ProoBook 4520S” markalı notebooku X52 tanıyaraq ona məxsus olduğunu işlətdiyi Xəzər rayonu, Binə qəsəbəsində yerləşən mağazadan olduğunu bildirmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 07 aprel 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən əynində qara rəngli idman paltarı, göy rəngli şalvar, üzündə qara rəngli tibbi maska olan orta bədən quruluşlu kişinin ticarət zalında hərəkət etməsi, ticarət zalında olan masanın siyirmələrini açaraq oradan götürdüyü predmetləri sayaraq cibinə qoyması, sonra masanın üstündən bir ədəd notebooku götürərək uzaqlaşması görünür. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 07 aprel 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən əynində papaqlı qara rəngli idman paltarı, göy rəngli şalvar, üzündə ağ rəngli tibbi maska, ayaqlarında qara rəngli ayaqqabı olan orta bədən quruluşlu kişinin ticarət zalında hərəkət etməsi, ticarət zalında olan masanın sirmələrini açaraq oradan götürdüyü predmetləri cibinə qoyması, sonra zaldan götürdüyü sellofan torbalara zalda olan siqaret bloklarına oxşar predmetləri yığaraq uzaqlaşdığı görünür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən X50 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, zərərçəkmiş şəxslər X52 bir ədəd “HP ProoBook 4520S” markalı notebooku, X16 bir ədəd “Lenevo” markalı” notebooku, X43 bir ədəd “Sony” markalı sistem bloku, klaviatura, “HP-W2072a” markalı monitor dəstini, X53 bir ədəd “Epson L850” markalı printeri, X17 “Jacob” markalı qəlyan aparatını, bir ədəd göy rəngli qəlyan aparatını, bir ədəd boz rəngli “EGK lcing” markalı qəlyan aparatını, boş qəlyan yağı qabını, X25 10 qutu “Maqna” markalı siqaret, 16 qutu “Vikeroy” markalı siqaret, 16 qutu “Aqro” markalı siqaret, 12 qutu “’Kigstone” markalı siqaret, 14 qutu ’’Sobrani” markalı siqaret, 2 qutu ’’Rothmans” markalı siqaret, 7 qutu “Classic” markalı siqaret, 3 qutu “Vinchestr” markalı siqaret və 3 qutu “Palmal” markalı siqaretləri təhvil almışdır. İş materiallarında olan zərərçəkmiş şəxslər X24, X16, X51, X39, X17, X25, X52, X42, X35 ərizələrindən görünür ki, təqsirləndirilən şəxs X50 tərəfindən onlara dəymiş zərər ödənilmişdir, sonuncuya qarşı şikayət və tələbləri yoxdur. Beləliklə yuxarıda göstərilən sübutlarla X31 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, X31 digər epizodlar üzrə oğurluq əməllərini törətməməsi, polis əməkdaşları tərəfindən döyüldüyündən digər 1 epizod üzrə ittihamı da qəbul etməsinə dair ifadəsi işdə olan sübutlarla, o cümlədən şahidlərinin ifadəsi ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. İş materiallarında olan X31 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, işləmədiyinə görə maddi ehtiyaclarını ödəmək üçün Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində bir neçə oğurluq etmişdir. Belə ki, 2021-ci ilin iyul ayının sonlarında gecə saat 03:00 radələrində oğurluq etmək məqsədilə Hövsan qəsəbəsi ərazisində piyada gəzərək oğurluq etməyə ev və ya obyekt axtaran zaman Baxça küçəsində yerləşən giriş-çıxış qapısı plastik olan bir bərbərxana görmüşdür. Ətrafa nəzər yetirib heç kimsənin olmadığına əmin olduqdan sonra özü ilə götürdüyü vintaçanı bərbərxananın plastik qapısının kilid hissəsinə salıb sıxaraq açmışdır. Bundan sonra bərbərxanaya daxil olub oğurlamaq üçün əşya və ya pul axtarmağa başlamışdır. Nağd pul tapa bilməsə də, bir neçə ədəd qayçını, bir neçə ədəd feni, iki ədəd elektrik baş qırxan aparatı, 3 ədəd ədəd elektrik üzqırxanını, bir ədəd səsgücləndiricini, “Adidas” markalı idman paltarı dəstini, bir ədəd idman çantasını, 5-6 ədəd dəsmalları tapıb götürərək, oradan uzaqlaşmışdır. Oğurladığı əşyaları tanımadığı şəxslərə satmış və əldə etdiyi pulu xərcləmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan başqa məhkəmə X44 cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməklə sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, X31 idman sahəsindəki nəaliyyətini, oxuduğu təhsil müəssisəsindən müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan “Əhmədli” İdman Klubu tərəfindən verilmiş diplomdan görünür ki, X50 cüdo üzrə "Əhmədli” İdman Klubunun açıq birinciliyində 46 kq çəki dərəcəsində İİİ yerə layiq görülmüşdür. İş materiallarında olan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 2002-ci ildə anadan olmuş, 2020ci ildə 9№ li Bakı Peşə Liseyini bitirmiş X50 ixtisas ümumitəhsil və istehsalat təlimi ustaları ilə aparılan sorğuya görə oxuduğu müddətdə özünü nizam-intizamlı, işgüzar və bacarıqlı bir tələbə kimi aparmışdır. Müəllimlər və istehsalat təlimi ustaları tərəfindən ona verilən bütün tapşırıqları layiqincə yerinə yetirmişdir. Oxuduğu müddətdə məktəb tərəfindən heç bir cəza almamışdır. Törətdiyi cinayət əməllərini qismən etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlər barışıq əldə etməklə sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını məhkəmə X31 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə X31 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxs X31 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, X31 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan, ünvan 2i il tarixli qərarı və həmin məhkəmənin 4(010)-197/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərarından görünür ki, X50 06 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş, barəsində əvvəli 28 fevral 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-197/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, 28 may 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, X31 məhkəməyədək icraat zamanı 28 fevral 2022-ci il tarixdən 28 may 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq 06 (altı) ay azadlığın məhdudlaşdırılmasına bərabər tutulmalı, təyin olunmuş cəzadan çıxılmalı və X31 üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, X31 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli X31 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X31 barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs X31 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “HP ProoBook 4520S” markalı notebookun X38, bir ədəd “Lenevo” markalı” notebookn X8, bir ədəd “Sony” markalı sistem bloku, klaviatura, “HP-W2072a” markalı monitor dəstini X29, bir ədəd “Epson L850” markalı printerin X45, “Jacob” markalı qəlyan aparatını, bir ədəd göy rəngli qəlyan aparatını, bir ədəd boz rəngli “EGK lcing” markalı qəlyan aparatını, boş qəlyan yağı qabının X9, 10 qutu “Maqna” markalı siqaret, 16 qutu “Vikeroy” markalı siqaret, 16 qutu “Aqro” markalı siqaret, 12 qutu “’Kigstone” markalı siqaret, 14 qutu ’’Sobrani” markalı siqaret, 2 qutu ’’Rothmans” markalı siqaret, 7 qutu “Classic” markalı siqaret, 3 qutu “Vinchestr” markalı siqaret və 3 qutu “Palmal” markalı siqaretlərin X13 qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1ci maddələrinə əsasən, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs X28 dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X31 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X31 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X37 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X44 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 24 (iyirmi dörd) iş saatı üçün 144 (yüz qırx dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X37 oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X50 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. X31 məhkəməyədək icraat zamanı 28 fevral 2022-ci il tarixdən 28 may 2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 (üç) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq X44 təyin edilən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay çıxılsın və X44 çəkilməsi üçün qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. X31 üzərinə hər gün saat 00:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətd9ə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X50 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli X31 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək X31 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “HP ProoBook 4520S” markalı notebookun X38, bir ədəd “Lenevo” markalı” notebookn X8, bir ədəd “Sony” markalı sistem bloku, klaviatura, “HP-W2072a” markalı monitor dəstini X29, bir ədəd “Epson L850” markalı printerin X45, “Jacob” markalı qəlyan aparatını, bir ədəd göy rəngli qəlyan aparatını, bir ədəd boz rəngli “EGK lcing” markalı qəlyan aparatını, boş qəlyan yağı qabının X9, 10 qutu “Maqna” markalı siqaret, 16 qutu “Vikeroy” markalı siqaret, 16 qutu “Aqro” markalı siqaret, 12 qutu “’Kigstone” markalı siqaret, 14 qutu ’’Sobrani” markalı siqaret, 2 qutu ’’Rothmans” markalı siqaret, 7 qutu “Classic” markalı siqaret, 3 qutu “Vinchestr” markalı siqaret və 3 qutu “Palmal” markalı siqaretlərin X13 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs X28 dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. X44 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 24 (iyirmi dörd) iş saatı üçün 144 (yüz qırx dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X37 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar