Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-175/2020 27.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, S.Həmidov küçəsi, c\ 44-də qeydivyatda olan və həmin ünvanda yaşasan, barəsində “polisin nəzarəti altıma vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı və 1 ədəd kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən predmeti əldə edib, özünə məxsus "Opel Vectra" markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobildə gəzdirmiş, xx xxxxx 2020-ci il tarixdə saat 02 radələrində idarə etdiyi “Opel Vectra" markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonunun Zığ qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətdə hərəkətdə olan zaman, Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən “Abidə” adlanan yerin yaxınlığında karantin rejiminə görə yoxlama aparılması üçün saxlanılaraq, Bakı şəhəri, Suraxanı RPİnin 33-cii Polis Bölməsinə gətirilmiş və bölmənin inzibati binasının həyətində həmin nəqliyyat vasitəsinə baxış keçirilən zaman avtomobilin ön sərnişin oturacağı ilə üzbəüz saxlanc yeri kimi istifadə olunan hissəsindən 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı və 1 ədəd kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən predmet aşkar edilərək götürülmüşdür. Bu əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, fərdi şəkildə qapıpəncərə ustası kimi işləyir. 2008-ci ildə ailə həyatı qurmuş və himayəsində 3 yetkinlik yaşına çatmayan uşağı vardır. Bir neçə ay bundan əvvəl İran İslam Respublikasında müalicə olunmaq üçün getdiyi zaman, oradan özünə açıq satışda olan bir ədəd beşbarmaq almış və idarə etdiyi "Opel Vectra" markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin bardaçok deyilən hissəsinə qoymuşdur ki, özünü müdafiə etmək üçün lazım gəldikdə istifadə elsin. Çünki, həmin avtomobili ilə axşamlar taksi fəaliyyəti ilə məşğul olur və gecə vaxtı bir çox hallarda problemlər yaşanır. Lakin, heç vaxt həmin beşbarmaqdan istifadə etməmiş və aldığı vaxtdan avtomobilin saxlanc yerində qalmışdır. Həmçinin, iki il bundan əvvəl ad günündə tanışları ona bir ədəd bıçaq hədiyyə etmişlər və həmin bıçağı da hədiyyə kimi evdə saxlamış, sonradan həmin bıçağı avtomobilinin salonundakı saxlanc yerinə qoymuşdur. xx xxxxx 2020-ci il tarixdə axşam saatlarında tanışı Seymur onun yaşadığı evə gəlmiş və onlar birlikdə yemək yeyib söhbət etmişlər. xx xxxxx 2020-ci il tarixə keçən gecə saat 02 radələrində Seymur evə getmək istədiyini dedikdə, onu öz avtomobili ilə evinə aparmağı təklif etdikdə, Seymur razılaşmış və birlikdə özünə məxsus "Opel Vectra" markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxıb Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə doğru hərəkət etməyə başlamışlar. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin çıxışına çatan zaman karantin rejiminə görə polis əməkdaşları tərəfindən yolda qoyulan postda digər nəqliyyat vasitələri kimi, onun avtomobili də saxlanılmış, polis əməkdaşları avtomobilə yaxınlaşan zaman, Seymur əlini cibinə salıb nəsə çıxartmaq istəmiş, lakin, sonra cəld cibinə qoymuşdur. Polis əməkdaşları bunu görüb Seymurdan cibinə nə qoyması barədə soruşduqda, Seymur həmin əşyanın özünə aid şəxsi əşya olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları Seymurun üzərində narkotik vasitə olmasından şübhələndiklərini bildirmiş və onu da Seymurla birlikdə Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə gəlmiş və bölmənin inzibati binasının həyətində videoçəkilişdən istifadə edilməklə ona məxsus "Opel Veclra" markalı, 90-TT- 584 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa saxlanc yerindən iki ədəd tibb çantası içərisində ləvazimatları ilə birlikdə, avtomobilə aid ehtiyyal hissələri, müxtəlif elektrik naqilləri, avtomobilə aid akkumulyatora məxsus elektrik naqilləri, qara rəngli çanta, sintetik kauçuk, mavi rəngli torba, eləcə də avtomobilin ön sərnişin oturacağı ilə üzbəüz saxlanc yeri kimi istifadə olunan bardaçok deyilən yerdən bir ədəd qara rəngli bıçaq və bir ədəd beşbarmaq aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən protokola imza edilmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş dindirilmiş Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, DİN-nun ƏÇPA-nın 7-ci Polis Bölməsində polis nəfəri vəzifəsində xidmət edir. xx xxxxx 2020-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonunun ərazisində ƏÇPA-nın 7-ci Polis Bölməsinin polis nəfərləri Şahid1 və Şahid2 ilə birlikdə xidmət aparan zaman, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olan "Opel Vectra'“ markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilli Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində Abidə adlanan yerin yaxınlığında karantin rejiminə görə yoxlama məqsədilə saxlamışlar. Həmin vaxt məlum olmuşdur ki, avtomobili idarə edən şəxs Təqsirləndirilən şəxsdur. Həmçinin, həmin vaxtı sürücünün yanında, avtomobilin qabaq sağ oturacağında şəxsiyyəti məlum olmayan Seymur adlı şəxs əyləşmişdir. Yoxlama aparan zaman avtomobildə olan Seymurun şübhəli apardığını görüb, sonunjunu sürücü ilə birlikdə ərazi üzrə Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə dəvət etmiş, onlar da razılaşaraq birlikdə qeyd edilən Polis Bölməsinə gəlmişlər. Polis Bölməsinin inzibati binasının həyətində Təqsirləndirilən şəxs bildirilmişdir ki, onun üzərinə və idarə etdiyi avtomobilə baxış keçiriləcəkdir. Təqsirləndirilən şəxs da buna etiraz etməmiş, bundan sonra dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və qeyri-qanuni heç bir əşya, yaxud maddə aşkar edilməmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs idarə etdiyi həmin nəqliyyat vasitəsinə baxış keçirilmiş, baxış zamanı avtomobilin salonunun ön sərnişin oturacağı ilə üzbəüz olan saxlanc yeri kimi istifadə olunan hissəsindən bir ədəd ov bıçağı və bir ədəd beşbarmaq aşkar edilmiş və bir ədəd bağlamada qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən protokola və bağlamanın üzərinə imza edilmişdir. Cinayət işi üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1, Şahid3 ilə eyni məzmunlu ifadələr verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 3/420 saylı rəyindən görünür ki. tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəvə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarında olan qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş, onun barəsində həbslə əlaqədar olmayan digər qətimkan tədbirinin seçilməsi və onun müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki,Təqsirləndirilən şəxs qəsəbədə yaşadığ müddətdə Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə onun barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və onun himayəsində xx.xx.2016-cı il təvəllüdlü X3,xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X4 3 azyaşlı uşağı vardır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu, ailəli olduğunu, himayəsində 3 azyaşlı uşağın olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah –tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. Məhkəmə onu da nəzərə alır ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 3 azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə almalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Suraxanı RPİ-də saxlanılan 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı və 1 ədəd zavod üsulu ilə hazrılanmış kastet olan və vurucu-dağıdıcı xassəyə malik soyuq silah hesab edilən predmet Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 01 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altıma vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı və 1 ədəd zavod üsulu ilə hazırlanmış kastet olan və vurucu-dağıdıcı xassəyə malik soyuq silah hesab edilən predmet Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsinlər. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-175/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-175/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver