Məhkəmə qərarları › İş №1(010)-175/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-175/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-175/2021 08.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Ermənistan Respublikasının Amasiya şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, evli, Nəsimi rayon Məhkəməsinin 1(006)-373/2019 saylı, 08.11.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək, 2 il 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxs kimi məlum olan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 02 ədəd bükümdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, ayrılıqda təmiz çəkiləri 1,698 qram və 1,618 qram, ümumi təmiz çəkisi 3,316 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 ədəd bükümdəki təmiz çəkisi 0,342 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamış və daşımaqla gəzdirmiş, 12 fevral 2021-ci ıl tarixdə saat 21:40-da ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edərkən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə dəvət edilərək, Polis Bölməsində üzərinə axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, onun əynində olan qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,698 qram və 1,618 qram, ümumi təmiz çəkiləri 3,316 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,342 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikası vətəndaşı olan “Əli” adlı şəxs kimi məlum olan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik olan vasitə olan heroini, 1 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamış və daşımaqla gəzdirmişdir. 12 fevral 2021 -ci il tarixdə saat 21:40-da yaşadığı ünvanın yaxınlığında piyada hərəkət edərkən, 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyini təklif etmişlər. Bundan sonra əynində olan qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə heroin, 01 ədəd bükümdə qurudulmuş marixuana və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin kütləsini çıxarıb təqdim etmişdir. Həmin maddələrin özünə məxsus olduğunu, həmin kütlələri onlayn yolla İran islam Respublikası vətəndaşı “Əli” adlı şəxdən sonuncunun kart hesabına 200 manat məbləğində pul köçürmək yolu ilə öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Əvvəllər narkotik vasitəni qanunsuz olaraq üzərində gəzdirdiyinə görə məhkum olunmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli uzunqol qış gödəkçəmin sol yan cibindən 01 ədəd “Samsung” markalı və 01 ədəd “XiaoMi” markalı mobil telefonlar, 01 ədəd ona məxsus şəxsiyyət vəsiqəsi və **********565225 nömrəli plastik kart, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 29 manat pul aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmamışdır. Sonra təqdim etdiyi bükümlər elektron tərəzidə çəkilmiş, daha sonra həmin bükümlər içərisi boş olan, ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, onun və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd, “Samsung” markalı, 01 ədəd “XiaoMi” markalı mobil telefonlar, 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və **********565225 nömrəli plastik kart ona bu barədə izah verildikdən sonra götürülmüş, 29 manat pul isə onun özünə geri qaytarılmışdır. O göstərmişdir ki, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Həmin narkotik vasitələri və psixotrop maddələri ancaq özünün istifadəsi üçün əlində pul olan zaman alıb özündə saxlamış, sonra isə az-az istifadə etmişdir. Tez-tez narkotik vasitə və psixotrop maddələr almamışdır. Polis bölməsində üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Törətdiyi əməldən peşmandır. Halbuki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikası vətəndaşı olan “Əli” adlı şəxs kimi məlum olan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 02 ədəd bükümdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, ayrılıqda təmiz çəkiləri 1,698 qram və 1,618 qram, ümumi təmiz çəkisi 3,316 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 1 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı və 01 ədəd bükümdəkı təmiz çəkisi 0,342 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamış və daşımaqla gəzdirmişdir. 12 fevral 2021-ci il tarixdə saat 21:40-da yaşadığı ünvanın yaxınlığında piyada hərəkət edərkən, 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyini təklif etmişlər. Bundan sonra əynində olan qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən 02 ədəd bükümdə heroin, 01 ədəd bükümdə qurudulmuş marixuana və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin kütləsini çıxarıb təqdim etmişdir. Həmin maddələrin özünə məxsus olduğunu, həmin kütlələri onlayn yolla İran islam Respublikası vətəndaşı “Əli” adlı şəxdən sonuncunun kart hesabına 200 manat məbləğində pul köçürmək yolu ilə öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Əvvəllər narkotik vasitəni qanunsuz olaraq üzərində gəzdirdiyinə görə məhkum olunmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli uzunqol qış gödəkçəmin sol yan cibindən 01 ədəd “Samsung” markalı və 01 ədəd “XiaoMi” markalı mobil telefonlar, 01 ədəd ona məxsus şəxsiyyət vəsiqəsi və **********565225 nömrəli plastik kart, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 29 manat pul aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmamışdır. Sonra təqdim etdiyi bükümlər elektron tərəzidə çəkilmiş, daha sonra həmin bükümlər içərisi boş olan, ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, onun və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd, “Samsung” markalı, 01 ədəd “XiaoMi” markalı mobil telefonlar, 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və **********565225 nömrəli plastik kart ona bu barədə izah verildikdən sonra götürülmüş, 29 manat pul isə onun özünə geri qaytarılmışdır. O göstərmişdir ki, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Həmin narkotik vasitələri və psixotrop maddələri ancaq özünün istifadəsi üçün əlində pul olan zaman alıb özündə saxlamış, sonra isə az-az istifadə etmişdir. Teztez narkotik vasitə və psixotrop maddələr almamışdır. Polis bölməsində üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 1994-cü ildən DİO-da, 2020-ci ildən isə hazırda tutduğu vəzifədə xidmət edir və polis mayoru rütbəsi daşıyır. Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 12 fevral 2021-ci il tarixdə, saat 21:40-da DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin x.m.i.ü. baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən, xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərərək, onun narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə şübhəli olduğunu bildirərək, birlikdə Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə getməyi təklif etmişlər. Həmin şəxs etiraz etməyib, onlarla birlikdə Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə gəlmiş, bundan sonra Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Bundan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən 2 bükümdə, açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər, 1 bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər və 1 bükümdə, ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol qış gödəkçəsinin sol yan cibindən 1 ədəd “Samsung” markalı və 1 ədəd “XiaoMi” markalı mobil telefonlar, özünə məxsus şəxsiyyət vəsiqəsi və **********565225 nömrəli plastik kart, əynində olan qara rəngli cins şalvarının sağ yan cibundən 29 manat pul aşkar edilərək götürülmüş, başqa hər hansı əşya və predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər elektron tərəzidə çəkilmiş, narkotik vasitə olan herıonə bənzər kütlələrdən birinci bükümün çəkisi 2,02 qram, ikinci bükümün çəkisi 1,88 qram, psixotrop maddə olan metamfetaminə bənzər kütlənin şəkisi 0, 45 qram, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 0,48 qram olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinin, metamfetaminin və qurudulmuş marixuananın özünə məxsus olduğunu, həmin kütlələri onlayn yolla “Əli” adlı şəxsdən sonuncunun kart hesabına pul köçürmək yolu ilə öz şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ona verilən sualları tam aydın formada başa düşdüyünü, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Bundan sonra həmin bükümlər ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üzərinə bütün iştirakçılar tərəfindən imza edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı, 1 ədəd “XioMi” markalı mobil telefonlar, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və **********565225 nömrəli plastik kart ona izah edildikdən sonra götürülmüş, 29 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, həmçinin Suraxanı RPİ-nin 31-ci Polis Bölməsində üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı təsir, təzyiq və ya zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar ifadə verməklə, onun göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən on ildir ki, tanıyır. Belə ki, bibisi Minəvvər özünə məxsus avtomobilini Şirxana icarəyə vermiş və həmin vaxtdan da Şirxanla aralarında yaxşı münasibət yaranmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, özüərində saxlaması və satışı ilə məşğul olması barədə onun məlumatı yoxdur, bu barədə heç kimdən eşitməmişdir. 2021-ci ilin fevral ayının ortalarında özünə məxsus ***- ***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmiş, zəng etməkdə məqsədi bibisinə məxsus avtomobilə görə icarə haqqını gecikdirməsinin səbəbini öyrənmək olmuşdur. İş materiallarından aydın olur ki, 06 yanvar 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində əvvəli 12 fevral 2021-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2021-ci il tarixli 6/649 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində AR DİN “Zərflər üçün № 7” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi...” və s. yazılar və imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri-1,698 qram, 1,618 qram, ümumi təmiz çəkiləri 3,316 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik maddə olan heroindir. 02 ədəd bükümdəki heroinlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd bükümdəki təmiz çəkisi 0,342 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2021-ci il tarixli 7/185 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Məmmədovun şəxsi axtarış zamanı təqdim etdiyi...” yazılar və imza olan kağız paketdə bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi-0,211 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 01 aprel 2021-ci il tarixli, 923 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 1(006)-373/2019 saylı, 08.11.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək, 2 il 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 12.02.2021-ci ildə təkrarən cinayət törətdiyinə görə saxlanılan zaman isə hələ də cəza müddəti bitməmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 08.06.2021-ci il tarixli 21- 1-177862/6 saylı məktubundan görünür ki,Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)-373/2019 saylı, 08.11.2019-cu il tarixli hökmü ilə 02 il 12 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasından 08.06.2021-ci il tarixədək 01 il 02 ay 07 gün çəkmiş və onun 10 ay 05 gün çəkilməmiş cəzası qalmışdır. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı, külli miqdarın aşağı həddi kimi 2 qram miqdarı, beynəlxalq adı qurudulmuş marixuana (kannabis) olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 5 qram miqdarı, beynəlxalq adı metanfetamin olan psixotrop maddənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı, külli miqdarın aşağı həddi kimi 2 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində 2 bükümdə deyil, 1 bükümdə narkotik vasitə hesab edilən heroini əldə edərək üzərində saxladığını və daşımaqla gəzdirdiyini göstərsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafiəsi məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, təqsirləndirilən şəxsin yuxarıda istinad edilən əməli törətməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi və iş üzrə şahidlərin ibtidai və məhkəmə istintaqında verdiyi ifadələri, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Həmin ifadələr və sübutlar həqiqətə uyğun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onları ittihamı təsdiq edən sübutlar kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini, törətdiyi əməldən peşiman olmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, eyni zamanda, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 1(006)-373/2019 saylı, 08.11.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək, 2 il 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun yenidən analoji cinayət əməlini törətməsini məsuliyyəti ağırlaşdıran hal olmasa da, onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və Azərbaycan Respublikası CM-in 93.1.4-jü maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 3,256 qram narkotik vasitə olan heroin, 0,292 qram psixotrop maddə olan metamfetamin və 0,191 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 176,36 (yüz yetmiş altı manat otuz altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 1(006)-373/2019 saylı, 08.11.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 il 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ay 05 gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə iki günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 05 ay 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 12 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 3,256 qram narkotik vasitə heroin, 0,292 qram psixotrop maddə metamfetamin və 0,191 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 176,36 (yüz yetmiş altı manat otuz altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar