Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-175/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs, xx.xx.2002-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Çaykənd ə/d, Qasımlar kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri, Günəşli qəsəbəsi, Ezalit zavodu, YT nömrəsiz evdə yaşayan, barəsində 25 iyun 2023-cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxslə, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək, dələduzluq etmişdir. Belə ki, o, 2021-ci ilin mart-aprel aylarında özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə hərəkət edərək, internet şəbəkəsində tanış olduğu yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs «PUBG» virtual oyun şifrəsini satmaq adı ilə 3.000 (üç min) manata təklif edib pulu hissə-hissə ödəmək barədə razılığını alandan sonra oyun hesabını satmaq adı ilə saxta şifrə verməklə aldadaraq, 2021-ci ilin aprel ayından iyun ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində müxtəlif elektron ödəmə terminallarından onun «Kapital Bank»a aid 4169-7413- 5583-6360 kart hesabı nömrəsinə, “UNlBANK”a aid 5243-7544-1083-6871 kart hesabına hissə-hissə göndərdiyi 3.200 ( üç min ki yüz) manat pulu alıb aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, 2021-ci ilin iyun ayında Bakı şəhərində, təkrarən, aldatma yolu ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək barədə tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, internet şəbəkəsində tanış olduğu yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs «PUBG» virtual oyun şifrəsini 35.000 (otuz beş min) manata təklif edib pulu hissə-hissə ödəmək barədə razılığını alandan sonra oyun hesabını satmaq adı ilə saxta şifrə verməklə, verdikləri şifrənin düzgün olduğuna şübhə edən Zərərçəkmiş şəxs özünün səhvə yol verdiyini iddia edərək, satılan oyunun pulunu ödəmədiyi halda barəsində polis orqanlarına şikayət verəcəklərinə və atası Zərərçəkmiş şəxs borcunu ödəməli olacağına sonuncunu inandırıb aldadaraq, 2021-ci ilin sentyabr ayından 26 noyabr 2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs müxtəlif elektron ödəmə terminallarından, o cümlədən Bakı şəhəri, Suraxanı rayonu, Kənd Hovsan, Buta market ünvanında qurulmuş «e-Manat» ödəmə sisteminin 354 və 4080 nömrəli terminallarından, ünvan 2 ünvanında qurulmuş “Milli ön” ödəmə sisteminin 15053 nömrəli terminalından onun «Kapital Bank»a aid 4169- 7413-5583-6360 kart hesabı nömrəsinə, “UNİBANK”a aid 5243-7544-1083-6871 kart hesabına hissə-hissə göndərdiyi 21.800 (iyirmi bir min səkkiz yüz) manat pulu alıb ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş və göstərmişdir ki, 2021-ci ildə mobil telefonu ilə inrernetdə “PUBG” oyunu oynamışdır. Bu oyun həm pullu, həm də pulsuz oynanılır, bu virtual oyun qaydada çoxsaylı şəxslərlə oynanıla bilən oyundur. Oyunun məqsədi qarşıya qoyulmuş hədəfə çatmaq üçün oyunçu yaratmaqdır. Oyunun əvvəlində oyunçu profili pulsuz verilir, amma sonradan oyunçunun gücünü artırmaq, ona paltar, silah, rənglər və sair almaq üçün oyun zamanı verilən hədiyyələri aşmaqla bonus kimi əldə etmək və ya pul ödəmək lazımdır. Pul oyun klubunun hesabına "Play marketindən plastik kartla köçürülür. Gücləndirilmiş oyunçular virtual şəbəkədə razılaşma yolu ilə iştirakçılar arasında satılıbalınır. O da hesabında gücləndirdiyi oyunçuları “Tap.az” və “Tic-toc” saytlarında satmışdır. Təxminən 2021-ci ilin mart ayında “Tic-toc” proqramında yerləşdirdiyi videoya koment yazmış Zərərçəkmiş şəxsla tanış olmuş, sonuncu 19 yaşı olduğunu, dərman firmasında işlədiyini demişdir. Əli onun internetdə oyunçu satdığını bildikdən sonra həmin oyunçunu 200 manata almaq istədiyini bildirmiş, o da oyunçunu 200 manata satmış, Zərərçəkmiş şəxs pulu “E manat” aparatı ilə onun öz adına olan “Kapital bank”a məxsus plastik karta hissə-hissə ödəmiş, o da oyunçunun şifrələrini vermişdir. Bir həftə sonra başqa oyunçunu internetdə satmaq istəyəndə Əli yenə oyunçunu almaq istəmiş və əvvəlki oyunçunun zəif olduğunu demişdir. O, Əliyə demişdir ki, 3.000 manat da əlavə etsin, ona daha güclü bir oyunçunun kodunu satar, Əli razılaşdı və pulun 2200 manatını hissə-hissə təxminən iki ay ardıcıllıqla ödəmiş, 800 manatı isə ödəməyib telefonlarını söndürərək əlaqəni kəsmişdir. O, “İnstaqram” saytı vasitəsilə Əlini tapıb pulu verməyəcəyi təqdirdə şikayət edəcəyini demiş, Əli 2021-ci ilin iyul ayına qədər həmin 800 manatı da ödəmişdir. Aradan bir-iki ay keçəndən sonra, təxminən avqust-sentyabr aylarında mən “Top.az” sosial şəbəkədə öz profilində bir oyunçunu 35.000 manata satması barədə elan vermişdir. Zərərçəkmiş şəxs yenə ona zəng edərək həmin oyunçunu istəmiş, əvvəlki oyunçunu qaytaracağını demişdir. O, 35.000 manatlıq oyunçunun şifrəsini Əliyə vermiş, Əli şifrəni alandan sonra bir gün keçmiş, amma ona pul köçürməmişdir. O, pulu köçürməsini tələb edəndə Əli demişdir ki, verdiyi kod düz olmayıb və hesab bloka düşmüşdür. O, özü şifrəni yoxlayanda görmüşdür ki, oyunçunun onun hesabından çıxması barədə məlumat gəlib. Buna görə də aralarında narazılıq yaranmışdır. O, Əlidən tələb etmişdir ki, oyunçunun hesabını qaytarsın, lakin Əli razılaşmamış və guya oyunçunun bloka düşdüyünü demişdir. Bundan sonra dostum Tariyeldən Əliyə zəng edib özünü Elçin adlı polis kimi təqdim edərək, ona verilən oyunçu profilinin polis rəisinə məxsus olmasını deməyi və pulu ödəməyi tələb etməyi xahiş etmişdir. Tariyel də Əliyə zəng edib polis olduğunu bildirmiş və Əliyə dedi ki, əgər pulu ödəməsə onları da, özünü də pis vəziyyətdə qoyacaqdır, oyunun sahibi polisdə rəis adamdır, işlər belə getsə Əli də həbs ediləcək, onları da cəzalandıracaqlar. Bundan sonra Əlinin oyunçu profilinin polis rəisinə məxsus olduğuna aldanıb pul verəcəyini fikirləşmiş, Əliyə zəng edərək oyunçunun özünün olmadığını, polis rəisinə məxsus olduğunu deyərək bir daha ondan ya oyunçunu onun hesabına qaytarmasını, ya da ki, qalan pulu ödəməsini tələb etmişdir. Əli bir müddət kiçik məbləğlərlə onun kart hesabına pul köçürmüş, amma sonra pulu dayandırmışdır. Buna görə də Əli ilə aralarında çoxsaylı mesajlaşma olmuş, hər dəfə yazışıb pulu ödəməsini tələb edəndə müəyyən qədər kartına pul köçürmüş, sonra yenə fasilə vermişdir. Onlar istəmişlər ki, Əli razılaşdıqları məbləği ödəsin və əlaqəni kəssinlər. Hər dəfə Əliyə bildirmişlər ki, əgər pulu ödəməsə bu barədə valideynlərinə, yəni atasına deyəcəklər. Əli atasının bu məsələni bilməməsini xahiş etmiş və pulu ödəyəcəyinə söz vermiş və xırda məbləğlərlə kartına köçürmə etmişdir. Sonra da məlum olmuşdur ki, Əlinin atası Rövşən ondan şikayət etmişdir. 2021-ci ilin sentyabr ayından başlayaraq Əlidən aldığıqları pullardan Tariyelə nə qədər verdiyini xatırlamır, Tariyel ilə pulu bölmək şərti olmamış, pul onun kartına gəlmiş, o da birlikdə yeyib-içməyə xərcləmiş, arada Tariyelə xərclik də vermişdir. Onu da bildirir kı, sonuncu satışa təklif etdiyi oyuna görə Əlinin onlara verdiyi pul 21.800 manat olmazdı, pulun məbləğini Əli və atası şişirdirlər. O, Əligilin ziyanının ödəmək üçün artıq 10.000 manat vermiş, bundan sonra da çalışacaq ki, ziyanı tam ödəyib razılaşsın. Onu da bildirir ki, Zərərçəkmiş şəxs onunla ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış, özü isə ***-***-**-** mobil nömrədən istifadə etmişdir. Onların nömrələri ilə aparılan danışıq və SMS-lərlə, eləcə də Zərərçəkmiş şəxs istintaqa verdiyi səsli SMS-lərlə tanış olaraq həmin yazışmaları, telefon əlaqələrini, eləcə də onun və Tariyelin səsi ilə göndərilmiş səsli SMS-ləri təsdiq edir. SMS-lərin məzmunu ilə bağlı deyə bilər ki, özü də, onun xahişi ilə bu məsələyə qoşulmuş Tariyel Qənbərov da çalışmışlar Zərərçəkmiş şəxs aldadıb inandırsınlar ki, sonuncuya verdiyi virtual oyunçu profilinin qiymətini ödəməlidir və bu yol ilə Əlidən müəyyən qədər pul almışlar. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs izahatında bildirdi ki, özünü təqsirli bilir, ziyan vurmuş və 12500 ödəmişdir. Onlar qrup şəklində işləmişlər, digər şəxs boyun qaçırmışdır. O, fəhlə olduğunu Kəlbəcər rayonunda işlədiyini bildirdi. O, zərərçəkmiş şəxs ilə PUBG adında oyun vasitəsi ilə tanış olmuş, oyun vasitəsi ilə danışmış, ya da yazışmışlar. Orada danışmışlar, orada hesabı satmağı təklif etmişdir. İlk öz oynadığı oyunun şifrəsini vermiş, 3000 manat demişdir. Sonradan ikinci hesab vermiş, həmin hesabın şifrəsini düz verməmişdir. İlk hesabı verəndə gücü çatmadığını, hissə-hissə verəcəyini bildirmişdir. Şəxs oyunu oyanayanda profilə öz şəklini qoymuşdur, özünün də 21 yaşı olduğunu demişdir. O, ilk hesaba görə 3000 alanda zərərçəkmiş dərman firmasında işlədiyini demişdir. İkinci hesab üçün 25000-30000 manata razılaşmışlar, ola bilər ki, 35000 manatı Taryel istəmiş olsun. O, ikinci hesabda səhv şifrə vermiş, oyuna daxil olduqda başqa oyun olduğunu bilinirmiş. O, tutulanda oyunu alan şəxsin azyaşlı olduğunu bilmişdir. Daha əvvəl özünü dərman aptekində işləyən şəxs kimi tanıtmışdır. Əgər zərərçəkmişin oğurluq etdiyini bilsəydi, istəməzdir. Şəxs pulu verməyəndə atasına zəng etməklə hədə-qorxu edirmiş, atasının nömrəsini də özü atıbmış. O, başqa heç kimə oyun satmamışdır. İlk hesab kimin adına açılıb bilmir, o oynayırmış, həmin oyunda 67-68-ci leveldə olubmuş, ilk hesabda da düz kod veribmiş, ikinci hesabda səhv kod verib. Kodun səhv olduğunu deyəndə isə o, pulu verməsini, qarışıqlıq olduğunu, düzəldib verəcəyini bildirmişdir. Sonda törətdiyi əməlindən səmimi peşman olduğunu, himayəsində 1 azyaşlı uşağın olduğunu, borcunun bir qismini ödədiyini, bir qismini də gələcəkdə ödəyəcəyini, bununla bağlı işə düzəlməsini və artıq hər ay pulun ödənilməsini nəzərə alaraq ona daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, valideyinləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi, ev 102-də yaşayır, orta məktəbin 10-cu sinfində oxuyur. Yaşadıqları Novsan kəndində atası Rövşənə məxsus «Buta» aptek fəaliyyət göstərir. «Redmi 9» markalı mobil telefonuna yüklədiyi «PUBG» oyunu oynamışdır. Bilir ki, «PUBG» oyununun daha yaxşı oyun profilləri «TİK-TOK» proqramında paylaşdır. 2021-ci ili mart ayında təsadüfən «TİK-TOK» səhifəsində olarkən Təqsirləndirilən şəxs adlı «TİK-TOK» istifadəçisinin səhifəsində «PUBG» oynunun satış elanının olmasını görmüş və yazışaraq oyunu almaq istədiyini bilirmişdir. Təqsirləndirilən şəxs özünün ***-***-**-** mobil nömrəsini ona vermiş və «whatsapp» proqramı ilə əlaqə saxlamışlar. Elvin ondan yaşını soruşanda 14 yaşı olduğunu demişdir. Elvin satdığı oyunun qiymətinin 200 manat olduğunu demiş, o da oyunu almağa razıaşmışdırır. Təqsirləndirilən şəxs « whatsapp » vasitəsi ilə ona hesab nömrəsini atmış, o da apteki yaşlı adam olan babası Əliqulunun işlətməsindən və nəvəsi kimi aptekdə onun hərəkətlərinə diqqət yetirməməsindən istifadə edərək aptekdən 200 manat pul götürüb yaxınlıqdakı marketdə olan «E-MANAT» aparatından Elvinin verdiyi Kapital bankın 4169 7413 5583 6360 hesabına 200 manatı yükləmişdir. Elvin ona qarşılığında oyunun kodunu verməli olmuşdur ki, aldığı oyuna giriş üçün istifadə etsin. Lakin Elvin onu aldatmış və reklamda göstərdiyi deyil, başqa kefiyyətcə ucuz olan oyunun kodunu vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs bu barədə dedikdə sonuncu onu aldatmadığını demiş, həm də özündə satmaq istədiyi 3.000 manat dəyərində olan yüksək kefiyətli «PUBG» oyun səhifəsinin olmasını deyərək, oyunu almağı ona təklif etmişdir. Elvin bilmişdir ki, o, pulu atasına məxsus aptekdən gizlin olaraq götürmüş, yəni aptekdən gizlin pul çıxarmaq imkanı vardır, ona görə də aldadıb həvəsləndirməyə başlamışdır. Elvinə deyəndə ki, 3.000 manat pulu yoxdur, sonuncu təklif etmişdir ki, pulu hissə-hissə ödəsin. O, 13-14 dəfə olmaqla babasının aptekdə olduğu vaxtlarda kassadan 200-300 manat pulu götürüb «E- MANAT» aparatı vasitəsi ilə Elvinin ona verdiyi həmin hesab nömrəsinə göndərmişdir. Əvvəl həmin pulun təxminən 1.000 manatını 4-5 dəfəyə babasının aptekdə olmasından istifadə edib kassadan götürüb ödəmişdir. Bundan sonra may ayında babası ilə birlikdə Lerik rayonunun Blaband kəndinə getmişdir. Kənddə olduğuna görə pulun qalanını Elvinə göndərə bilməmişdir. Elvin isə onun ***-***-**-** nömrəsinə zəng edib pulu verməyi tələb etmiş, verməyəcəyi halda ondan atasına deyəcəyini, polisə şikayət edəcəyini deyib hədəqorxu gəlmişdir. Elvindən yaxa qurtarmaq üçün həmin mobil nömrəsini sındırıb atmışdır. İki aydan sonra kənddə olduğu vaxt Elvin mənim ***-***-**-** nömrəsində işlətdiyi teleqram səhifəsini taparaq nə üçün pulu göndərmədiyini soruşmuş, o isə cavab verməyib nömrəsini blok etmişdir. Bundan sonra Elvin teleqram səhifəsinə polis formasında profili olan 055-981- 73-15 nömrəli səhifədən mesaj gəlmiş, həmin profildən bildirilmişdir ki, Elvindən aldığı oyunun pulunu vermədiyinə görə polisə müraciət edilib, problem olmaması üçün Elvinin pulunu verməlidir. O, inanmışdır ki, Elvin həqiqətən də polisə şikayət etmişdir. Odur ki, Bakıya qayıdandan sonra məcbur olaraq aptekə girib qalan 2.000 manat pulu da Elvinin verdiyi həmin hesab nömrəsinə bankomat vasitəsi ilə ödəmiş, amma Elvin ona verdiyi yalançı kodu dəyişməmiş, yəni 3.000 manat pulunu gücləndirilmiş “PUBG” oyunu satmaq adı ilə aldadaraq almışdır. Elvinə bununla bağlı deyəndə isə tamam başqa bir ucuz, keyfiyyətsiz oyun kodu vermişdir. Bundan sonra Elvin ona bir kod verib demişdir ki, verdiyi kod rəisin, yəni polisin çox bahalı oyun hesabının kodudur və bildirmişdir ki, bir az oynadıqdan sonra kodu ondan geri alacaqdır. Elvin bu hərəkəti guya 3.000 manatın əvəzinə jest olaraq etmişdir. O, Elvinin verdiyi sonuncu kodu oyun səhifəsinə yazsa da heç bir oyun səhifəsinə girə bilməmiş, yəni kod yalançı kod olmuşdur. Bu zaman Elvinlə birlikdə Elçin adı ilə özünü polis kimi göstərən şəxs də onunla söhbətlərdə iştirak etməyə başlamış və Elvinin yalanlarını təsdiq edərək onu aldatmağa, ondan pul almağa çalışmışdır. O, Elçinin səhifəsində yazıb kodun yalançı olduğunu bildirəndə isə, Elçin onu şərləyərək demişdir ki, guya ki, kodu oğurlamışdır. Elçin və Elvin ona hədə-qorxu gəlib demişlər ki, həmin oyunun 35.000 manat qiyməti vardır, oyunu oğurlamaqda onu ittiham edərək 35.000 manatı ödəməyi tələb etməyə başlamışlar. O, həmin pulu verə bilməyəcəyini dedikdə Elçin hədə-qorxu gəlib demişdir ki, əgər bu barədə polis rəisinin məlumatı olsa, onu da, ailəsini də gecə ilə gəlib tuta bilərlər, ona görə də hələlik onun pulu ödəməsini gözləyirlər və oyunun sahibi olan rəisə bu barədə demirlər. O, hədələrə tam inanmış, bunları real qəbul etmiş, ailəsinin təhlükəsizliyi narahat etdiyi üçün Elçingildən canını qurtarmaq məqsədi ilə atanın aptekindən 35.000 manat pulu gizli olaraq onlara verməyi qərara almışdır. Növbəti iki ay ərzində hər dəfə 200-300-400 manat olmaqla 21.600 manat pulu aptekin kassasından götürüb Elvinin verdiyi kart hesabına ödəmişdir. Atası Rövşən aptekdə olan pul çatışmamazlığına görə hər dəfə işçilərdən şübhələnmiş və onları işdən çıxartmış, lakin əsil səbəbi bilmədiyindən atasının işləri iflasa uğramış, məcbur olub apteki başqasına təhvil vermişdir. Ailəsinin düşdüyü bu vəziyyət onu çox narahat etdiyinə görə axırda məcbur olub hər şeyi atasına olduğu kimi danışmışdır. 2021ci ilin mart ayının əvvəlindən başlayaraq təxminən noyabr ayının 22-nə kimi olan müddət ərzində Elvin, sonradan isə Elvin və Elçinə 25.600 manat pulu kassadan götürüb kart hesabına köçürmüşdür. Əgər Elçin ona özünü polis əməkdaşı kimi təqdim etməsəydi, onu və ailəsini tutduracağı barədə gəldiyi hədə-qorxulara bəlkə də inanmazdı. izahatında sonuncu köçürdüyü pulları düz göstərməmişdir. O, əvvəl Elvinə 1.200 manat və 2.000 manat olmaqla, ümumilikdə 3.200 manat pul köçürmüş. Elvin və Elçin birlikdə olandan sonra isə onlara 21.600 manta pul köçürmüşdür. Köçürülən pulların qəbzləri, yazışmalarının surətlərini çıxardıb araşdırma zamanı təqdim etmişdir. Elvin və Elçin adlı şəxslərin tələbi ilə onlara konkret olaraq hansı tarixlərdə və nə qədər pul göndərməsi ilə əlaqədar bildirir ki, əvvəlcə 200 manatı Elvinin hesab nömrəsinə 2021-ci il mart ayının əvvəllərində köçürəndən sonra, sonuncu aldadıb daha güclü oyun kodu verəcəyini deyərək həmin oyuna görə istədiyi 3.000 manatı verməyə razılaşmış və həmin ərəfədə, yəni mart-aprel aylarında verdiyi 200 manatın üstünə əlavə edərək daha 1000 manat köçürtmüşdür. Pulu verəndən sonra 2.000 manatını vermək istəməmiş, əlaqəni kəsməyə çalışmışdır. Sonra yay aylarında kəndə getmiş, kənddə olanda Elvin onu teleqramda tapıb barəsində polisə şikayət olunduğunu bildirəndə və Elçin adlı polis şəkli olan profildən yazaraq şikayət edəcəyini bildirəndən sonra o, iyun ayında Bakı şəhərinə qayıtmış və Suraxanı rayonu, Hövsan qəsəbəsindən ona əlavə 2.000 manatı da hissə-hissə təxminən iyul ayının axırlarına kimi göndərmişdir. Pulu demək olar ki, həmişə axşam saatlarında əsasən saat 18-22 radələrində, “E-Manat” vasitəsilə ödəmişdir. Bundan sonra isə Elvin və özünü Elçin kimi təqdim edən şəxslər ona guya müvəqqəti oynamaq üçün verdikiləri 35.000 qiyməti olan oyunun kodunu dəyişdiməkdə onu şərləmişlər və hədə-qorxu ilə 35.000 manat pulu tələb etməyə başlayanda 2021-ci il sentyabr ayının əvvəllərindən noyabr ayının 26-na kimi olan müddət ərzində yerdə qalan 21.600 manat pulu da «E- Manat» vasitəsi ilə köçürtmüşdür. Təqsirləndirilən şəxs hesabına ümumilikdə 24.800 manat pul köçürtmüşdür. Köçürtdüyü pulların əksər hissəsinin qəbzlərini özündə saxlamış və təhqiqat zamanı həmin qəbzləri təqdim etmişdir. Qalan qəbzləri isə saxlamamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Tiktok vasitəsi ilə əlaqə saxlamışlar, o da əlaqə nömrəsini vermişdir. 3000 manatlıq hesabı verəndən sonra girmiş və görmüşdür ki, həmin hesab deyil. Ona ucuz hesab vermiş, səbəbini soruşduqda bildirmişdir ki, “düz qoş edəcəm”. O, onu dolandırdığını deyəndə, “narahat olma, həll edəcəm” demiş və ona kod vermişdir. Təqsirləndirilən şəxs hesab verərək rəisin hesabı olduğunu bildirmiş, ancaq o, girdikdə hesaba girməmiş, bunu özünə bildirdikdə Taryellə ikisi də hədə gəlmişdir ki, “sən eləmisən”. O, oynayacaqmış şəkillər itmiş və ona hədə gəlmişlər. O da mobil nömrəsini qırıb rayona getmişdir. Teleqram vasitəsi ilə onu tapmışlar. Ona dedilər ki, “rəisin hesabı idi, səni içəri basacayıq, ödəməlisən”. Təqsirləndirilən şəxs təklif etmiş, o da almışdır. Adətən pul verilir, sonra oyunun hesabı verilir. Ümumilikdə 3200 vermiş, 3000 hesab üçün, sonra da oyunun səviyyəsini qaldırdığı üçün əlavə 200 də almışdır. İlk dəfə ona 21 yaşlı olduğunu bildirmişdir. O sonradan nömrəsini qıraraq Lerikə getmiş, orada ona teleqram ilə yazaraq yaşını bildiklərini qeyd etmişlər. Sonradan isə 15 yaşı olduğunu və pulu babasının aptekindən götürdüyünü demişdir. Onlar aptekin “Buta” aptek olduğunu bilirdilər. O, 3000 manat verdikdən sonra ona kodu vermişlr, o da girə bilməmiş və təqsirləndirilən şəxs ona düz-qoş edəcəyini, ona rəisin hesabını verdiyini bildirmişdir. O, sonradan facebook vasitəsi ilə daxil olmaq istəmiş, hesaba girilməmişdir. Özünə bildirdikdə isə ona “hesabı sən belə etmisən, pulu ödəməlisən” deyilmişdir. Profilə rəis şəkili qoyulmuş və səsi qalınlaşdırılmışdır. Özünü polis kimi təqdim edən şəxs Taryel olmuşdur. Atasının nömrəsini o verməmiş, atası ilə 1 dəfə əlaqə saxlanılmışdır, atasının adını demişdir. Onlar 12500 manatı maşını satıb ödəyib. Özü köhnə nömrəsi ilə teleqramda qeydiyyatdan keçdiyi üçün oradan axtarıb tapıblar. Taryel ona 35000-lik hesab olduğunu demiş. O da qorxduğu üçün evdə deməmiş, aptek bağlanmış, o da pis vəziyyətdə olduqları üçün hər şeyi açıb demişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 Əliquli oğlu izahat verərək bildirdi ki, təqsirləndirilən şəxs ziyanın çox hissəsini - 15 min manat ödəmiş, məhkəmə istintaqı zamanı da ödənişlər etmiş, təqsirləndiriən şəslə və onun atası ilə razılığa gəlmiş, aybay ona 500-600 manat ödəniləcəkdir. Onun cavan olduğunu və himayəsində 1 azyaşlı uşağın olduğunu nəzərə alır, ona ağır cəzanın təyin edilməsini istəmir. Bildirir ki, içəri getsə, pulu kim ödəyəcək. Azadlıqda qalmaqla ona borcun ödənilməsini daha məqsədəmüvafiq hesab edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş, ibtidai istintaq zaman şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, göstərdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2007ci il təvəllüdlü Zərərçəkmiş şəxs atasıdır, oğlu ailədə onun himayəsində yaşayır. Oğlu Əlini 2021-ci ildə aldadıb və qorxudaraq bir neçə ay ərzində böyük məbləğdə pulu talayaraq ələ keçirmiş şəxslər barəsində verdiyi şikayətini təsdiq edir, işin mahiyyəti üzrə göstərir ki, oğlu Əli məktəblidir, Hovsan qəsəbəsindəki 280 nömrəli tam orta məktəbin 11-ci sinfində oxuyur, fiziki və əqli qüsurları yoxdur, anadan olandan sağlam uşaqdır, inkişafına görə yaşıdlarından geri qalmır. Əlinin istifadəsində “Redmi-9” markalı mobil telefonu vardır, telefonu özü sərbəst istifadə edir. 2021-ci ilin noyabr ayında oğlu Əlinin davranışında narahatlıq hiss edərək bu barədə danışanda sonuncu xoşagəlməz vəziyyətə düşdüyünü bildirmişdir. Oğlu baş verənlər barədə ətraflı danışanda ona məlum olmuşdur ki, Əli istifadəsində olan mobil telefonla internet vasitəsilə “PUBG” adlı oyunu oynamışdır. Özü həmin oyunla tanış deyil və qaydalarını bilmir, amma oğlunun dediklərindən və sonradan öyrəndiklərindən bilir ki, bu oyunu oynayanlar öz aralarında pul ilə virtual oyunçular alıbsatmaqla məşğul ola bilirlər. Əli həmin oyunu oynadığı zaman bununla bağlı “Tiktok” və “İnstagram” səhifələrində paylaşımlar və axtarışlar edərkən 2021-ci ilin təxminən mart ayının sonunda onun kimi "PUBG” oyunu ilə məşğul olan Elvin adlı internet istifadəçisi ilə tanış olmuşdur. Hazırda məlumdur ki, sözügedən şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs oğlu Əliyə “PUBG” oyunu üçün virtual oyunçu satdığını bildirib Əlini maraqlandırmış və ona əvvəl nisbətən ucuz qiymətə - 200-300 manata təklif etdiyi oyunçunun qiymətini sonradan 3.000 manata qaldırmaqla oğlunu öz toruna salmışdır. Əli isə oyuna marağı yarandığına, amma özünün qazancı və pul ödəmək imkanı olmadığına görə evinin yaxınlığında yerləşən, onun işlətdiyi “Buta aptek”də pulları onlardan gizli götürərək oyun almaq üçün vermək qərarına gəlmişdir. Bundan sonra Əli əvvəl böyük məbləğdə pula oyunçu almağı ödəməyi boynuna götürmüş və Təqsirləndirilən şəxs verdiyi bank, kartı nömrəsinə 1.000 manat pul köçürməklə ödəmiş, sonra Elvinin ona istədiyi oyunçunu satmayıb aldatmasını hesab edərək pulun ardını vermək istəməmiş, bu qaydada onların münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs hiylə işlədib Əlinin danışdıraraq sonuncudan onların apteki olduğunu, oğlunun pulları aptekdən götürdüyünü bilmiş, bu vəziyyətdən istifadə edərək Əliyə oyun satmaqda davam edərək, əvvəl 3.000 manat qiymət qoyduğu halda, sonradan oyunun qiymətini 35.000 manata qaldıraraq həmin məbləği ödəməsini tələb etmişdir. Oğlu Əli pulu vermək istəməyəndə Elvin satdığı oyunun özünə deyil, hansısa polis əməkdaşına məxsus olduğunu bildirmişdir. Elvin bundan sonra Elçin adlı polis əməkdaşı kimi tanışı X3 təqdim etmiş, Tariyel də Əli ilə danışıqlara qoşulmuş, onlar satdıqları oyunçunun qiymətini ödəməyəcəyi halda polisə şikayət edəcəklərini, özü və valideyninin polisə çağırılacağı, tutulacaqları ilə qorxudaraq Əliyə təsir göstərmişlər. Oğlu Əli bu müddət ərzində, yəni 2021-ci ilin mart ayının sonuaprel ayının əvvəlindən başlayaraq əvvəl onu aldatmış Təqsirləndirilən şəxs hiyləsinə düşərək ona 3.000 manatdan artıq pul ödəmiş, sonra isə Təqsirləndirilən şəxslə birlikdə bu prosesə Elçin adlı polis əməkdaşı kimi qoşulmuş Tariyel Qənbərovun da təsiri altında 22.000 manata yaxın pul ödəmişdir. Yuxarıda göstərdiyi kimi, yaşadığı ünvanın yaxınlığında işlətdiyi “Buta aptek” adlı apteki vardır, bu müddət ərzində oğlu Əli məhz həmin aptekdən gizli olaraq 200-300 və daha artıq məbləğlərlə pul götürüb Elvinin verdiyi bank kartı hesabına köçürməklə, Elvinin onu aldadaraq satdığı oyunun qiyməti kimi bildirdiyi məbləği hissə-hissə ödəmişdir. Onu da bildirir ki, oğlu Əli ilə onlar biləvasitə görüşmədən, ancaq internetlə virtual əlaqə yaratmış, bütün razılaşmaları da internet üstündən olmuş, bir birini tanımamış və bir birinin ünvanlarını bilməmişlər. Oğlu Əli bu müddət ərzində Təqsirləndirilən şəxs pulun bir hissəsini 2021-ci ilin aprel ayından iyun ayınadək köçürmüş, sonra yay vaxtı Lerik rayonunun Balaband kəndinə gəlmiş və həmin vaxtlarda telefonunu söndürərək Təqsirləndirilən şəxslə əlaqədən qaçmağa cəhd etmiş, lakin onun “Facebook’, "Teleqram” ünvanlarını tapıb yenidən əlaqə yaradan Təqsirləndirilən şəxs faktiki olaraq aldadıb ona satmadığı oyunun qiymətini ödəməsini tələb etmişdir. 2021-ci ilin iyul ayında Lerikdən qayıdandan sonra oğlu Əli sentyabr-noyabr aylarında Təqsirləndirilən şəxs və Tariyel Qənbərovun 35.000 manatlıq oyunun pulun ödəmək barədə tələbi ilə onlara kart hesabına köçürməklə daha 22.000 manata yaxın ödəmişdir. Həmin vaxtlar aptekə atası Şahid2 nəzarət etmişdir, onlar aptekdə pul çatışmazlıqları aşkar etmişlər, amma pulların Əli tərəfindən götürüldüyünü bilməmişlər, ona görə də dəfələrlə aşkar edilən çatışmazlıqlara görə bir neçə satıcını işdən kənarlaşdırmışdır. 2021-ci ilin noyabr ayında oğlu Əlinin davranışında narahatlıq hiss etmiş, oğlunun problemlə üzləşdiyini hiss etdiyinə görə 26 noyabr 2021-ci il tarixdə onunla ətraflı söhbət etməyi qərara almışdır. Söhbət zamanı Əli ona hər şeyi danışmış və məlum olmuşdur ki, sonuncu dəfə elə həmin axşam 208 manat pulu Təqsirləndirilən şəxs kart hesabına yaşadıqları Hövsan kəndindəki marketdən göndərmişdir. Əli 2021-ci ilin oktyabrnoyabr aylarında göndərdiyi pullar barədə terminaldan çıxmış qəbzləri yığmış, həmin qəbzləri ona vermişdir. O, bu barədə biləndən sonra dərhal polisə müraciət etməyi qərara almış və bundan sonra 27 noyabr 2021-ci il tarixdə səhər çağı polisin “102” xidmətinə telefonla məlumat vermişdir. Bundan sonra Suraxanı RPl-nin 30-cu polis şöbəsinə yazılı ərizə də yazmışdır. Polis şöbəsində izahatı alınmış, eyni zamanda oğlunun yığdığı qəbzləri təqdim etmişdir. Onu da bildirir ki, Əli tərəfindən Təqsirləndirilən şəxs köçürdüyü pulların çox hissəsinin qəbzləri onda saxlanılmamışdır. Təqsirləndirilən şəxs və X7 Ələkbərovu aldadaraq ələ keçirdikləri 25.000 manat pulun ancaq 10.000 manatını ödəmişlər, yerdə qalan 15.000 manat isə indiyədək ödənilməmiş qalmışdır. Oğlu Ələkbərova və ya özünə qarşı Təqsirləndirilən şəxs, Tariyel Qənbərov tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir, çünki onlar oğlu Əli ilə biləvasitə görüşüb danışmamışlar, onunla ümumiyyətlə əlaqələri olmamışdır, ancaq oğlundan hadisə barədə bilib şikayət edəndən sonra polisdə araşdırma aparılanda onları tanımışdır. Ona görə də Təqsirləndirilən şəxs və Tariyel Qənbərov onu hədələyə bilməzdilər. Oğlu Əlinin deməsinə görə, ona satılmış “PUBG” oyunçusuna görə istədikləri pulu ödəməməsini bəhanə edib ondan polisə şikayət edəcəkləri, tutduracaqları, valideynini polisə çağırtdıracaqları ilə hədələmişlər. Oğlunun telefonunda olan SMS yazışması və səsli mesajlardan da bu hədələr aşkar görünür. Oğlunun internet oyununa aludə olmasından istifadə edərək, sonuncunu aldatmış və pulunu ələ keçirmiş, vurduqları ziyanı tam ödəmək istəməyən Təqsirləndirilən şəxs və Tariyel Qənbərovdan şikayət edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş, ibtidai istintaq zaman şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, ailəsi ilə bir ünvanda yaşayır. xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs babasıdır. Nəvəsi Əli ailədə valideynlərinin himayəsində yaşayır, atası Rövşən onun oğludur. X11 qəsəbəsi, Quşçuluq massivində evinin yanında işlətdiyi “Buta aptek” vardır. Özü Bakıda olanda oğlunun aptekinin işinə nəzarət edir. 2021-ci ilin noyabr ayında oğlu Rövşəndən eşitmişdir ki, nəvəsi Zərərçəkmiş şəxs həmin ilin mart ayından etibarən telefon və internetlə tanış olduğu şəxslərin hiyləsi təsirinə düşmüş və təxminən 9- 10 ay ərzində həmin şəxslə Əlinin aldadıb xeyli pul almışlar. Oğlu Rövşən əvvəl nəvəsi Əlinin hərəkətlərindən şübhələnmiş, sonra məlum olmuşdur ki, bir neçə ay ərzində aptekdə olan pul çatışmazlıqlarının səbəbi Əlinin həmin şəxslərə vermək üçün aptekdən pulu gizlin götürməsi olmuşdur. Bu barədə onla bilmədiklərinə görə oğlu Rövşən satıcıları da dəyişmişdir. Bu işlərin dəqiqliklərini bilmir, ona görə də istintaqa ətraflı məlumat verə bilməz. Oğlu Rövşən baş verənlərlə bağlı polisə şikayət vermiş və əlində olan dəlilləri polisə təqdim etmişdir. Ona görə də daha dəqiq məlumatları oğlu Rövşən və nəvəsi Əli bilirlər. Nəvəsi Əlini aldatmış şəxsləri tanımır, onların hərəkətləri barədə oğlu Rövşən polisə şikayət edəndən sonra bilmişdir. Hazırda bildiyinə görə nəvəsi Zərərçəkmiş şəxs aldatmış şəxslər sonuncudan 25.000 manat pul almışlar, atası Rövşən şikayət etməsəydi daha çox ziyan vura bilərdilər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş, ibtidai istintaq zaman şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, göstərdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. 2020-ci ildən istifadəsində olan “Samsung” markalı mobil telefondan internetlə “PUBG” oyununu oynayır. 2021-ci ilin yay aylarında “PUBG" oyunu oynayan Zərərçəkmiş şəxs ilə tanış olmuş, bir müddət ünsiyyətdən sonra istifadəsində olan virtual oyunçunu satmaq istədiyini bildirmişdir. Əli oyunçu ilə maraqlananda o, satmaq istədiyi virtual oyunçunun xüsusiyyətləri barədə məlumat vermiş və qiyməti soruşanda Əli onunla razılaşmış və pulu ona hissə-hissə ödəyəcəyini demişdir. Onu da bildirir ki, Əlinin ünvanını, kimliyini bilməmiş, Əli də onu tanımamış, tanışlığı hər birinin özü barədə verdiyi məlumatdan artıq olmamış, yəni Əli də onun harada olduğunu bilməmişdir. Onu da bildirir ki, Əli ilə internetdə tanışlığı zamanı bir komandada da “PUBG” oyunu oynamışlar. Zərərçəkmiş şəxs onunla ünsiyyətdə olan vaxtlarda sonuncunun Elvin və Elçin adlı şəxslərlə əlaqə yaratdığını da bilmiş. Həmin şəxslər də onun Əli ilə kontaktda olduğunu internet şəbəkəsindən görmüşlər, arabir onunla də yazışmışlar. Sonradan Əlidən eşitmişdir ki, Elvin ilə də oyunçu almaq barədə danışıb, pulun bir hissəsini ödəyib sonra Elvinin aldatdıqlarını görmüş və pul ödəmək istəmir, Elvin və Elçin isə onu polisə verəcəkləri ilə qorxudurlar. O, həmin vaxt Əliyə məsləhət görmüşdür ki, valideyninə desin və özləri onlardan şikayətçi olsunlar, amma Əli nədənsə atasına demək istəməmişdir. Sonra elə olmuşdur ki, Əli onların yazışmalarına cavab verməyəndə, onlardan əlaqə saxlamaqdan qaçanda Elvin və Elçin ona yazmağa başlamışlar və Əlinin yerini soruşmuşlar, o isə demişdir ki, Əlini onlar qədər tanıyır, harada olduğunu bilmirəm. Onların yazdığı SMSlərin bəzilərini Əliyə göndərmişdir ki, məlumatı olsun. O, Əlinin yerini bilmədiyini deyəndə Elvin və Elçin ondan da şikayət edəcəklərini, onların pulunu verməyən Əliyə kömək etdiyinə görə onu da polisə verəcəklərini deyib qorxutmuşlar. Onu da bildirir ki, Elvini və Elçin adlı şəxsi reallıqda görməmiş, onlarla ancaq internetdə əlaqədə olmuşdur. Sonradan məlum olmuşdur ki, Əli məcbur olub düşdüyü vəziyyəti atasına danışmış və atası Şahid1 şikayət etmişdir. Cinayət işinin 1-ci cildinin 54-58-ci vərəqlərində olan “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şahid1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin 1-ci cildinin 62-63-cü vərəqlərində olan “cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında” qərardan görünür ki, Şahid1 müraciəti əsasında Suraxanı RPİ-nin İŞ-də toplanmış 155/22 saylı material üzrə istintaq şöbəsinin müstəntiqi Nizami Məhərrəmov tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə 01 fevral 2022-ci il tarixli qərar ləğv edilmişdir. Cinayət işinin 1-ci cildinin 110-cu vərəqində olan xx.xx.2022-ci il tarixli məcburi gətirmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin İstintaq Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 114-cü vərəqində olan 24 noyabr 2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin barəsində axtarış elan edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 119-cu vərəqində olan xx.xx.2023-cü il tarixli “axtarışda olunanın tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Mingəçevir şəhəri Bağlar massivində saxlanılaraq Suraxanı RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 136-137-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə ittiham elan olunması, qərarın sürəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı Rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 155-161-ci vərəqlərində olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-29/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində 2 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 188-191-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə əmlin hüquqi tövsifinin dəyişdirilməsi” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi dəyişdirilərək, onun əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilməsi və həmin maddələrlə istintaq aparılması qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 198-199-cu vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan olunması, qərarın sürəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı Rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 209-210-cu vərəqlərində olan 21 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 131-132-ci vərəqlərində olan 09 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 41-42-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli götürmə haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin İŞnin müstəntiqi, polis mayoru X1 tərəfindən Zərərçəkmiş şəxs səs yazılarını təqdim etməyi təklif etmiş və 01 ədəd “Samsung” markalı fləşkart Zərərçəkmiş şəxs götürülərək iş materiallarına əlavə edilmiş və bu barədə götürmə haqqında protokol tərtib edilmişdir. Cinayət işinin 1-ci cildinin 212-216-cı vərəqlərində olan üzləşdirmə protokoluna əsasən, cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 195-197-ci vərəqlərində olan 18 mart 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilməsi barədə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Nizami Məhərrəmovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, qərarın surətinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməsi və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 267-270-ci vərəqlərində olan Kompleks məhkəməpsixiatrik-psixoloji ekspertizasının 06 fevral 2023-cü il tarixli 294 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin və əqli gerilik(kəmağıllıq) əlamətləri aşkar olunmur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs əqli və psixi inkişafının normaya uyğun olmaqla yaş xüsusiyyətlərinə uyğun olduğu aşkar olunur. Əqli və psixi inkişafı ilə əlaqədat yadda saxlamaq, təsvir etmək, qavramaq imkanına malikdir. Psixi- emosional vəziyyətində hadisə ilə əlaqədar hər hansı dəyişklik müəyyən edilmir. Zərərçəkmiş şəxs hadisələri düzgün qavrayıb düzgün təsvir etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmadı. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı norma daxilində olmaqla yaş səviyyəsinə uyğundur. Cinayət işinin 2-ci cildinin 50-52-ci vərəqlərində olan məhkəmə-fonoskopik ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1297 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Cinayət işinin vərəqlərində olan məhkəmə-psixiatrik ekspertizasının 09 sentyabr 2024-cü il tarixli 2621 Ne-li rəyinə əsasən Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin 2-ci cildinin 50-52-ci vərəqlərində olan 03 avqust 2023-cü il tarixli “CD-R” modelli diskə baxış aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş +***-*******24 mobil nömrə ilə 2021-ci ilin may-iyul aylarında aparılmış telefon danışıqları barədə məlumatlar və SMS mətnləri məhkəmənin qərarı ilə "xxxx" MMC-dən götürülmüş, 01 ədəd CD diskdə təqdim eilmiş məlumatlara baxış zamanı iş üçün əhəmiyyətli olan, ********** mobil nömrə (Təqsirləndirilən şəxs və X2 istifadəsində olmuş nömrə) ilə SMS yazışmalarının- “xx/xx/2021, 22:12:16, **********24, **********49, Qaqa vurdum; xx/xx/2021, 22:13:31, **********24, **********49, Vurdummm; xx/xx/2021, 22:14:31, **********49, **********24, Qaqa 5 man vur siqaret alim; xx/xx/2021, 22:15:02, **********24, **********49, Qaqa Allah haqqi cixdim uje marketden ay da yaddan cixdiye; xx/xx/2021, 22:15:21, **********24, **********49, Gede bilmirem hemde pulum cemi 2 manat qalib.” məzmunlu mətnləri, habelə Zərərçəkmiş şəxs istifadəsində olan telefonun ifadələrində göstərdiyi müddətlər Lerik rayonu və Bakı şəhəri ərazilərində işləməsi barədə anten məlumatları aşkar edilmişdir. Azərcell-telekom” MMC-dən daxil olmuş məlumatların olduğu 01 ədəd CD disk elektron məlumat daşıyıcısı kimi maddi sübut qismində tanınaraq cinayət işində saxlanılır. Cinayət işinin vərəqlərində olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Atayev X8 RPİ-nin qərarına əsasən Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə tövsif edilmiş və müəssisə rəisinin xx.xx.2023-cü il tarixli protokoluna əsasən həbsdə saxlama müddəti uzadılmadığından azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 76-98-ci vərəqlərində olan 06 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işinin istintaqı zamanı toplanmış və iş materiallarında olan- cinayət işi başlananadək aparılmış təhqiqat materiallarında, zərər çəkmiş şəxsin, şahidlərin, şübhəli şəxslərin, təqsirləndirilən şəxslərin dindirmə protokolları, üzləşdirmədə dindirmə, götürmə, baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, maddi sübutlar və sənədlər, işin faktiki halları barədə digər məlumatların olduğu digər materiallar iş üzrə sübut növü kimi qiymətləndirilməsi, iş üzrə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri, X2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilməsi və istintaq zamanı müəyyən edilmiş sübutlar nəzərə alınmaqla onların həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə qərar qəbul edilməsi, istintaq zamanı toplanmış sübutların məcmusu cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri. X2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri il nəzərdə tutulan cinayətləri törətmələrini tam sübuta yetirilməsi üçün kifayət qədər hesab edilməsi, təqsirləndirilən şəxs X2 qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməsi nəzərə alınmaqla tutulub istintaqa təqdim olunandan sonra ona yeni ittiham elan edilməsi və qətimkan tədbirinin dəyişdirilməsi məsələlərinə baxılması, Azercell-telekom” MMC-dən daxil olmuş məlumatların olduğu 01 ədəd CD disk elektron məlumat daşıyıcısı kimi maddi sübut qismində tanınsın və cinayət işində saxlanılması, Zərərçəkmiş şəxs götürülmüş, ödəniş terminallarından pul göndərişi qəbzlərinin surətləri sübut əhəmiyyətli sənədlər kimi tanınsın və cinayət işində saxlanılması, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi, 994 ********* nömrəli abonentlə “Whatsapp” səhifəsində SMS yazışmalarının mətnləri və səsli SMS-lər olan 01 ədəd flaşkart elektron məlumat daşıyıcısı kimi maddi sübut qismində tanınsın və cinayət işində saxlanılması, məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-4/1297N°-İİ, kompleks məhkəməpsixiatrik-psixoloji ekspertizasının 06 fevral 2023-cü il tarixli 294N°-İİ rəyləri işin faktiki hallarının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edə sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Rövşən oğlunun zərərçəkmiş şəxsin pulunu talamaq məqsədi ilə hərəkət etməməsi, ələ keçirdiyi pulun məbləğinin ittihamda göstəriləndən az olmasına dair gətirdiyi dəlillər əsassız kimi rədd edilməsi, təqsirləndirilən şəxs X2 zərərçəkmiş şəxsin pulunun dələduzluq yolu ilə ələ keçirilməsində iştirak etməməsinə dair gətirdiyi dəlillər əsassız kimi rədd edilməsi, vətəndaş Şahid3 əməlində cinayət tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işi başlanması rədd edilməsi, vətəndaş X6 əməlində cinayət tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işi başlanması rədd edilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4- cü maddəsi ilə cinayət işi başlanması rədd edilməsi, təqsirləndirilən şəxs X2 axtarışda olması ilə əlaqədar yerinin müəyyən edilib tutulmasının təmin edilməsi barədə tapşırıq verilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiadan görünür ki, mülki cavabdeh Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərərin əvəzi olaraq 10000 (on min) manat məbləğində pul vəsaitinin ona ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-V № 035591 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il təvəllüdlü X10 adlı uşağı var. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə 15000 manat ödənilmiş, 10000 manat borc qalmışdır. Cinayət işi materiallarında olan ödəniş qəbzi surətlərindən görünür ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 150 manat məbləğində ödənişlər etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 162- 1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunurlar. Eyni Məcəllənin 75.1.1-ci maddəsinin tələbinə görə «böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə» şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən «Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır…». İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxslə, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək, dələduzluq etmişdir. Belə ki, o, 2021-ci ilin mart-aprel aylarında özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə hərəkət edərək, internet şəbəkəsində tanış olduğu yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs «PUBG» virtual oyun şifrəsini satmaq adı ilə 3.000 (üç min) manata təklif edib pulu hissə-hissə ödəmək barədə razılığını alandan sonra oyun hesabını satmaq adı ilə saxta şifrə verməklə aldadaraq, 2021-ci ilin aprel ayından iyun ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində müxtəlif elektron ödəmə terminallarından onun «Kapital Bank»a aid 4169-7413-5583-6360 kart hesabı nömrəsinə, “UNlBANK”a aid 5243-7544- 1083-6871 kart hesabına hissə-hissə göndərdiyi 3.200 ( üç min ki yüz) manat pulu alıb aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Göründüyü kimi, cinayətin törədildiyi vaxtdan etibarən iki ildən çox vaxt keçmişdir. Azərbaycan Respublikası CM-nin 75.3-cü maddəsinin tələblərinə görə «Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur». Bu maddədən irəli gələn məsələlərlə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Cinayət işinin sonuncu epizodu 2021-ci ilin iyun ayında törədilmişdir. Cinayət işi 24 oktyabr 2022-ci ildə başlanıb. 24 noyabr 2022-ci ildə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsi ilə (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin axtarılması səbəbi ilə) dayandırılmış, 20 yanvar 2023-cü ildə təzələnərək, 22 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Suraxanı Rayon Məhkəməsinin 4(010)- 29/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində 2 ay müddətində həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə icraatın dayandırıldığı 24 noyabr 2022-ci ildən iş üzrə icraatın təzələndiyi 20 yanvar 2023-cü il tarixinədək olan müddət ərzində təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən olunması istiqamətində faktik olaraq heç bir təsirli tədbir görülməyib. 27 noyabr 2024-cü ildə cinayət işi ittiham aktı ilə birlikdə Suraxanı Rayon Məhkəməsinə təqdim edilib. Cinayətin 2021-ci ilin iyun ayında törədildiyini, 24 oktyabr 2022-ci ildə başlanmış cinayət işi üzrə icraatın 24 noyabr 2022-ci ildə Azərbaycan Respublikası CM-nin 75.3-cü maddəsində və Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsində («təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə» cinayət təqibi üzrə icraat dayandırıla bilər) nəzərdə tutulmuş əsasla deyil, Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsində nəzərdə tutulmuş əsasla dayandırıldığını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 24 noyabr 2022-ci il tarixindən 20 yanvar 2023-cü il tarixinədək keçmiş 01 ay 27 gün müddəti Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsində nəzərdə tutulan müddətə hesablanmalıdır. Bununla da, Təqsirləndirilən şəxs yuarıd qeyd edilən epizodla bağlı cinayə məsuliyyətinə cəlb etmə müddəti ötürülmüş hesab edilməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar, tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndinə əsasən dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin Qərarda göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəlsin. İzah edilsin ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Nəzərə almaq lazımdır ki, dələduzluqdan fərqli olaraq aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma zamanı dələduzluğun mütləq əlaməti olan nəticə – özgə əmlakının və ya əmlaka olan hüququn ələ keçirilməsi baş vermir, əmlak mülkiyyətçinin və ya onun sahibinin sərəncamından çıxmır, lakin bununla belə ona maddi zərər vurulur, yaxud da şəxs əmlakın adi şəraitdə mülki dövriyyəsi nəticəsində əldə edə biləcəyi gəlirdən məhrum olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur, islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə vurulmuş ziyanın yarısından çox hissəsinin ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini yetkinlik yaşın çatmayan şəxsə münasibətdə törədilməsi onun cəzasını ağırlaşdıran hal qismində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bundan əlavə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlinin etiraf etməsini, zərərçəkmiş şəxsin (mülki iddiaçının) və onun qanuni nümayəndəsinin verdikləri ərizədən təqsirləndirilən şəxsin məhkəmə istintaqı və ibtidai istintaq zamanı cəmi 15450 manat ödəniş etməsi, qalan borcu ödəyəcəyini bildirməsi, zərərçəkmiş şəxslə ödənişlərlə bağlı razılığa gəlməsini artıq törədilmiş cinayət əməlini qəbul etməsi və əməlindən peşman olması kimi qiymətləndirilir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin aybaay ödənilməsi məqsədi ilə ona həbslə əlaqədar olmayan cəzanın təyin edilməsinə dair zərərçəkmiş şəxsin mövqeyini əsaslı hesab edərək, cəza təyin edərkən nəzərə alınmasını məqsədəmüvaiq hesab edir. Yuxrıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhdudlaşdırması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdən 20 mart 2023-cü il tarixədək tutulduğu 02 (iki) ay müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs götürülmüş videogörüntü olan 1 ədəd CD formatlı disk,fləşkart, qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsdairə edilməli əmlak yoxdur. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1 tərəfindən verilmiş mülki iddiadan görünür ki, mülki cavabdeh Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərərin əvəzi olaraq 10000 (on min) manat məbləğində pul tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Mülki iddia ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş faktiki halları nəzərə almaqla, mülki iddia qismən təmin olunaraq 9550 (doqquz min beş yüz əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 25000 (iyirmi beş min) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan əlavə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 25000 manat məbləğində vurulmuş ziyanın məbləğinə dair iddia tələbini tam qəbul edir və etiraf edir. İbtidai istintaqı zaman təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən 25000 (iyirmi beş min) manat məbləğində ziyandan 10000 (on min) manat məbləğində hissəsini, məhkəmə istintaqı zamanı 450 (dörd yüz əlli) manat məbləğində hissəsini zərərçəkmiş şəxsə ödəmişdir. Məhkəmə həmin halı mübahisələndirilməyən hallara aid edir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, mülki iddiaçı tərəfinin izahatına və mövqeyinə tənqidi yanaşaraq həmin tələbin əsası kimi irəli sürülmüş dəlilləri əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən yekun məhkəmə aktı tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı vurulmuş maddi ziyanın tutulması iddiası qismən təmin edilməli və 9550 (doqquz min beş yüz əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs xeyrinə ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 56 (əlli altı) iş saatı üçün 616 (altı yüz on altı )manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdən 20 mart 2023-cü il tarixədək tutulduğu 02 (iki) ay müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 04 (dörd) ay müddət ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd CD formatlı disk,fləşkart, qəbzlər cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Mülki iddia qismən təmin olunsun və 9550 (doqquz min beş yüz əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 56 (əlli altı) iş saatı üçün 616 (altı yüz on altı ) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-175/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-175/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver