Məhkəmə qərarları › İş №1(010)-176/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-176/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-176/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1993-cü ildə, Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Pirəzə kəndində pasport qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 23 oktyabr 2023-cü il tarixdə saat 15:47 dəqiqədə «BC» dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Kia Rio» markalı **-UD-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu. Zığ qəsəbəsi. Hatəm Allahverdiyev küçəsi istiqamətində saatda 40-45 km sürətlə hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib, yolun sağından yolun sol hissəsini keçmək istəyən azyaşlı piyada xx.xx.2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi «Kia Rio» markalı **-UD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qabaq hissəsi ilə vuraraq yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş-beyinin əzilməsi, ağ ciyərin əzilməsi, başın sol gicgah-təpə nahiyyəsinin əzilmiş yarası, başın alın nahiyyəsinin üzün, gövdənin ön və arxa səthinin, yuxarı ətrafların çoxsalyı sıyrıqları, hər iki diz oynağı nahiyyəsinin qançırlarından ibarət dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə bir başa səbəblli əlaqəli bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs baş beyinin əzilməsi səbəbindən almış olduğu bədən xəsarətləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 16:25 dəqiqədə Respublika Neyrocərrahiyə Xəstəxanasında ölmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 10 ildir ki, nəqliyyat vasitəsi idarə edir və onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. «Kia Rio» markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsus olmaqla etibarnamə əsasında bu ilin fevral ayından idarə edir və taksi fəaliyyəti ilə məşğul olur. 23 oktyabr 2023-eü il tarixdə saat 15 radələrində həmin avtomobili idarə etməklə Gənclik metrosunun yaxınldığından 2 nəfər tanmadığbi sərnişin götürüb Suraxanı rayonu. Zığ qəsəbəsində fəaliyyət göstərən «Zığstore» yanma aparmış, o idarə eldiyi avtomobili ilə Zığ qəsəbəsinə daxil olmuş və Zığ qəsəbəsi. Hatəm Allahverdiyev küçəsi ilə 40-45 km/saatla‘hərəkət edirkən qarşıda yolun sol kənarından bir nəfər qadının hərəkət hissəyə daxil olub asta yerişlə yolun soluna keçməyə başladığını görmüş, o əks hərəkət zolağının təxminən ortasına çatmış ki. qadının arxasından 5-6 yaşh uşağın iti qaçışla çıxaraq avtomobilin üzəri istiqamətinə qaçmağa başlamış. O, bunu görüb cəld sükanı sağa tərəf istiqamətləndirmiş və bu anda həmin uşaq avtomobilin qabaq hissəsinə çırpılmış avtomobilin altına düşmüşdür. Avtomobilin qabaq sağ təkəri yolun sağ kənarında olan dirəyə dəyib dayanmış, o dərhal avtomobildən aşağı düşmüş həmin vaxtı yol kənarında olan tanımadığı şəxslər artıq uşağı avtomobilin altından çıxartmışlar. Avtomobildə sərnişin kimi əyləşmiş tanımadığı iki nəfər sərnişin isə qorxduqlarından avtomobildən aşağı düşərək naməlum istiqamətə tərəf getmişlər. O. həmin vurduğu uşağı qucağına almış öz maşınına qoyaraq xəstəxanaya aparmaq istəsədə, lakin hadisə yerində olan kənar şəxslər bildirmişlər ki, avtomobilin qabaq sağ təkəri partlamışdır. O. uşağı qucığına götürmüş və tanımadığı başqa bir şəxs onları maşınına götürmüş və ən yaxın bildiyi Neyrocərrahiyə Xəstəxanasına aparmışdır. O xəstəxanada məlumat vermişdir ki, həmin uşağı avtomobillə vurmuş və uşağı reanimasiya şöbəsinə yerləşdirmişdir. Lakin təxminən yarım saat sonra həkimlər bildirmişlər ki. onun həyatını xilas etmək mümkün olmamışdır. Daha sonra uşağın atası xəstəxanaya gəlmiş və polis əməkdaşlarının göstərişi ilə uşağı morqa gəlirmişlər. Sonra isə ona məlum olmuşlar ki. vurduğu uşaq 2017-ci il təvəllüdlü X1r. Daha sonra polis idarəsinə gəlmiş və onu sərxoşluq müayinəsindən keçirmişlər. Sonda o, əməlindən səmimi peşman olduğunu, törətmiş olduğu cinayətdə təqsiri olsa belə hadisənin qarşısını almaq imkanı olmadığından ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, və zərərçəkmiş şəxsin hüquqi varisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, X2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Oğlu Zərərçəkmiş şəxs 23 oktyabr 2023-cü il tarixdə Bakı şəhərindən anadan olmuş, 17 oktyabr 2023-cü il tarixdə işi ilə əlaqədar Əhmədli qəsəbəsində olan vaxtı həyat yoldaşı onun mobil nömrəsinə zəng edərək oğlu Abdulhəlimin maşın vurmasını bildirmişdir. O. hadisə yerinə gələrkən zəng edib ona bildirmişlər ki, Abudlhəlimi Neyrocərrahiyə xəstəxanasına aparmışlar. O. neyrocərrahiyə xəstəxanasına gəlmiş və görmüşdür ki, oğlu Abdulhəlim xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdir. Təxminən 30 dəqiqədən sonra həkimlər ona demişlər ki, Abdulhəlimin həyatını xilas edə bilmədik. Oğlu Abdulhəlimin meyitini Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin Suraxanı rayonu şöbəsinə aparmışlar. Oğlu Abdulhəlimin meyiti ekspertiza müayinəsindən keçirildikdən sonra morqdan təhvil almış yaşıdıqları evə aparmış və dini adətlərə uyğun olaraq meyit yuyulduqdan sonra Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Sonradan ona məlum olmuşdur ki, həyat yoldaşı Ləman, oğlu Abdulhəlim və qızı Hafza yaşadıqları Hatəm Allahverdiyev küçəsinin bir tərəfindən digər tərəfinə keçmək istəyərkən Abdulhəlim qəflətən qaçaraq avtomobilin qarşısına çıxmış və sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Kia Rio» markalı **-UD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə vurmuş sonra sürücü Təqsirləndirilən şəxs yardım göstərək başqa bir maşın ilə Abdulhəlimi xəstəxanaya aparmışdır. Hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxs oğlunun dəfninə lazımi yardımlar göstərmişdir və sürücü Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 notarial qaydada təsdiq olunmuş ərizəsində, Təqsirləndirilən şəxs qarşı hər hansı bir tələbi, şikayəti olmadığını bildirmişdir. Cinayət işininin 5-10-cu vərəqlərində olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 23 oktyabr 2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş yolnəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsi istiqamətində baş vermişdir. Yolun hərəkət zolaqlarının sayı 02, yolun hərəkət hissəsi düz, yol örtüyünün növü asfalt, yol örtüyünün eni isə 4+4 metrdir. Yol nəqliyyat hadisəsi nəticəsində, 23 oktyabr 2023-cü il tarixdə saat 15:47 dəqiqədə yolun sağından yolun sol hissəsini keçmək istəyən azyaşlı piyada xx.xx.2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs «Kia Rio» markalı **- UD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qabaq hissəsi ilə vuraraq yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığa Ağır zərər vurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə bir başa səbəblli əlaqəli bədən xəsarətləri yetirmişdir. Cinayət işinin 13-cü vərəqəsində olan 23 oktyabr 2023-cü il tarixli, 1/5666 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. Cinayət işinin 45-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X7 Suüraxanı rayon şöbəsinin 23 noyabr 2023-cü il tarixli 138 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş xəsarətlər-baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızına, baş-beyinin əzilməsi, ağ ciyərin əzilməsi,başın sol gicgah-təpə nahiyyəsinin əzilmiş yarası, başın alın nahiyyəsinin üzün, gövdənin ön və arxa səthinin, yuxarı ətrafların çoxsalyı sıyrıqları, hər iki diz oynağı nahiyyəsinin qançırları. Qeyd olunan xəsarətlər həyati olub mərhumun xəstəxanaya daxil olmasından (xx.xx.2023-cü il saat 16:05) az əvvəl bərkküt əyşanın (əyşaların) təsirindən törənmişdir, eləcədə qərarda göstərilən yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurması nəticəsində törənə bilərdi. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa Ağır zərər vurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə bir başa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd edilən xəsarətlər fonunda baş beyinin əzilməsi olmuşdur. Ölüm xəstəxanada xx.xx.20223-cü il tarixdə saat 16:25 dəqiqədə baş vermişdir. Cinayət işinin 49-52-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-avtotexniki ekspertizası üzrə verdiyi xx.xx.2023-cü il tarixli, 8/3362 saylı rəydən görünür ki, «Kia Rio» markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə verdiyi xx.xx.2024-cü il tarixli, 8/963-4/493 saylı rəydən görünür ki, ekspertizaya təqdim olunmuş TŞ10-025 2-2023-10-23_15h45min00s000ms" adlı videoyazıya görə piyada Zərərçəkmiş şəxs yol kənarından hərəkətə başladığı andan “KİA” markalı avtomobil tərəfindən vurulana kimi 3,24 san, piyada hərəkət istiqamətini ayıran xəttə çatdıqdan “KİA” markalı avtomobil tərəfindən kimi isə 1,28 san vaxt keçmişdir. “KİA” markalı avtomobilin şəkil 8 və şəkil 9-da göstərilən (tormozlanmadan əvvəl) 40 m məsafədə orta sürətinin V= 48 km/saat olmuşdur. Təqdim olunmuş məlumatlara əsasən Kia Rio markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 41-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 10 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə bir ədəd fayıl vardır, fayılda olan videogörüntü 23 oktyabr 2023-cü il tarixli və 05 dəqiqədən ibarətdir. Videogörüntünün 02 dəqiqəsinin 25 saniyəsində görünür ki. «Kia Rio» markalı **-UD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi istiqamətində hərəkətdə olarkən yolun sağından yolun sol hissəsinə keçmək istəyən azyaşlı piyadanı avtomobilin qabaq hissəsi ilə vurur. Cinayət işinin 66-67-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməs qərara alınmışdır. Cinayət işinin materiallarının 79-cu vərəqində olan 18 dekabr 2023-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 44-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işində olan zərərçəkmiş şəxsin hüquqi varisi X5 notarial qaydada təsdiq olunmuş ərizəsində, Təqsirləndirilən şəxs qarşı hər hansı bir tələbi, şikayəti olmadığını bildirmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğu olmayan şəxs olduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələblərinin və iddialarının olmadığının və bu barədə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edilməsini nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Hüseyqulu oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 09 (doqquz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 285 (iki yüz səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Hüseyqulu oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar