Məhkəmə qərarları › İş №1(010)-176/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-176/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-176/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X10 İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,344 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, 07 avqust 2024-cü il tarixdə saat 17:00-da Suraxanı rayon polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndində fəaliyyət göstərən «Hövsan» marketin yaxınlığında saxlanılaraq 30-cu polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli şalvarının sol yan cibindən 01 ədəd bükümdə 0,344 qram çəkidə kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,292 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, 07 sentyabr 2024-cü il tarixdə saat 12:30-da Suraxanı rayon polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi, nömrəsiz evin yaxınlığında saxlanılaraq 30-cu polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə 0,292 qram çəkidə kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, ifadə verməkdən imtina etmişdir. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, bir müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. 06 avqust 2024-cü il tarixdə «Əhmədli» metrostansiyası yaxınlığında tanımadığ ışəxsdən öz istifadəsi üçün 20 manata “patı” deyilən psixotrop maddə metamfetaminialmışvə cibinə qoymuşdur ki, həmin metamfetamindən istədikdə istifadə etsin. 07 avqust 2024-cü il tarixdə saat 17:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndində fəaliyyət göstərən «Hövsan» marketin yaxınlığında olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etməklə polis əməkdaşı olduqlarını bildirmişlər və barəsindənarkotik vasitələri qanunsuz saxlamaqla daşımağı barədə məlumat olduğunu bildirib, onu Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə 30-cu polis şöbəsinə gəlmişdir. Polis şöbəsində o, şübhəli şəxs qismində tutulmaqla hüquqlarının müdafiəsi üçün ona vəkil təyin olunmuşdur. Daha sonra polis şöbəsində otaqların birində onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsiaxtarış zamanı ilk öncə ona üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə onu təqdim etməyi təklif olunduqda əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra polis əməkdaşı üzərinə şəxsi axtarış aparmış, lakin başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq o, təqdim etdiyi psixotrop maddəni «Əhmədli» metrostansiyası yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Daha sonra təqdim etdiyi büküm götürülmüş və qablaşdırılmışdır. Sonra çəkilmiş videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş və sonradan bununla bağlı protokol tərtib olunmaqla o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra barəsində Suraxanı RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və o, həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduqdan sonra barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməklə o, azadlığa buraxılmışdır. Bundan başqa, 06 sentyabr 2024-cü il tarixdə Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata “patı” deyilən psixotrop maddə metamfetamini almış və cibinə qoymuşdur ki, həmin metamfetamindən istədikdə istifadə etsin. 07 sentyabr 2024cü il tarixdə saat 12:30-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsində olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etməklə polis əməkdaşı olduqlarını bildirmişlər və barəsində narkotik vasitələri qanunsuz saxlamaqla daşımağı barədə məlumat olduğunu bildirib, onu Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə 30-cu polis şöbəsinə gəlmişdir. Polis şöbəsində o, şübhəli şəxs qismində tutulmaqla hüquqlarının müdafiəsi üçün ona vəkil təyin olunmuşdur. Daha sonra polis şöbəsində otaqların birində onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyəbaşlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə ona üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə onu təqdim etməyi təklif olunduqda o, əynində olan göy rəngli şalvarın sağ yancibindən 01 ədəd «Prima» markalı siqaret qutusunun içərisindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamini, 01 ədəd bükümdə limon duzu, 02 ədəd psixotrop maddə və ya narkotik vasitənin qəbulunda istifadə etdiyi şpris və 01 ədəd şüşə dərman qabını çıxarıb masanın üzərinəqoymaqla təqdim etmiş və bükümlərin birində psixotrop maddə metamfetamin olduğunu,birində isə limon duzu olduğunu bildirmişdir. Sonra polis əməkdaşı üzərinə şəxsi axtarışaparmış, lakin başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallaracavab olaraq o, təqdim etdiyi psixotrop maddəni Yasamal rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Daha sonra təqdim etdiyi bükümlər, şprislər və dərman şüşəsi götürülmüş və qablaşdırılmışdır. Sonra çəkilmiş videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş və sonradan bununla bağlı protokol tərtib olunmaqla o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən 07 avqust 2024-cü il tarixdə və 07 sentyabr 2024-cü il tarixdə saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. O, narkotik vasitə və psixotrop maddə istifadə edir. 07 avqust 2024-cü il tarixdə və 07 sentyabr 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirilməmişdən əvvəl və ya videoçəkiliş başlanmadan əvvəl onun üzərinə polis əməkdaşları tərəfindən axtarış aparılmamışdır. Onun üzərinə yalnız 30-cu polis şöbəsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsini elan edir. Təqsirləndirilən şəxs ona verilmiş suallarda bildirmişdir ki, hadisə qeyd edilən formada olmuşdur, sonuncu dəfə avqust ayında narkotikdən istifadə etmişdir, kokos növündən istifadə edirdi. Heç vaxt iynə vurmamış, çəkmək yolu ilə qəbul etmişdir. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmamış, 13 sentyabr – 17 noyabr tarixlərində müalicədə olmuşdur, asılılığı yoxdur, polisləri görsə tanıyar, ancaq adları yadından çıxıb.Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin əməkdaşıdır, təqsirləndirilən şəxsi əməliyyat tədbiri zamanı tanımışdır, xx.xx.2024-cü il tarixdə onlar ərazidə xidmətdə olduqları vaxt şübhəli şəxs qismində gördükləri Təqsirləndirilən şəxs Şahid2 ilə birlikdə özlərini təqdim etmiş və şəxsi 30-cu Polis bölməsinə dəvət etmişdirlər, onlara qarşı heç bir müqavimət göstərməyib, sadəcə ərazidə gözləyirdilər, təsadüfi olaraq təqsirləndirilən şəxsi gördülər. Həmin şəxs narkotik vasitəni Yasamal rayonundan tanımadığı şəxsdən aldığını bildirdi. Şəxsin üzərinə baxış keçirtdilər və metafetamin olduğunu müəyyən edildi, özünün şəxsi istifadəsi üçün olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin əməliyyat müvəkkilidir, təqsirləndirilən şəxsi əməliyyat tədbiri zamanı tanımışdır, ərazidə əməliyyat aparan vaxt onu görüb şübhəli şəxs kimi saxlamış və polis bölməsinə aparmışdırlar. Orada təhqiqatçının otağında videoçəkiliş aparılmış və üzərində narkotik vasitə aşkarlanmışdır. Bundan sonra təhqiqatçı şəxsi ekspertə göndərmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü ildə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü ildə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis mayoru X5 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51, 86, 242- 247-ci maddələrinin tələblərinə əsasən, Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı X3, Suraxanı RPİ-nin 30-cu PŞ-nin polis sahə inspektoru, polis kapitanı Şahid3, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs xx.xx.1987-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Hövsan qəsəbəsində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər AR-sı CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, halhazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi, Kooperativ küçəsində fərdi evdə yaşayan və həmin ünvanda daimi pasport qeydiyyatda olan Təqsirləndirilən şəxs iştirakları ilə tərtib edilmişdir, ondan ötrü ki, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndində fəaliyyət göstərən “Hövsan” marketin yaxınlığında olarkən özünü şübhəli apardığına görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və 30-cu Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixatrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan 07 avqust 2024-cü il tarixdə 30-cu PŞ-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixatrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının qabaq sol yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü tədqim edərək bildirmişdir ki, sellofanda olan narkotik maddədir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan «01» ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddə aşkar edilməmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər vermək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51, 86, 242- 247-ci maddələrinin tələblərinə əsasən, 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2, 30-cu PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid3, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə tərtib edilmişdir, ondan ötrü ki, paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixatrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2024-cü il tarixli qərara əsasən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixatrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd “Pirima” markalı siqaret qabının içərisində 02 ədəd şəffaf sellofana bükülmüş bükümləri, 02 ədəd tibbi şpris və 01 ədəd dərman şüşəsini tədqim edərək bildirmişdir ki, təqdim etdiyi bükümlərin birinin içərisində metamfetamin kimi tanıdığı psixotrop maddə, digərinin içərisində isə limon duzu var. Tibbi şpris və dərman şüşəsindən psixotrop maddənin qəbulunda istifadə etməsini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Yasamal rayonunda tanımadığı şəxsdən 20 manata alaraq istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 12:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsində yerləşən nömrəsiz yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümlərin içərisində ağ rəngdə kristal şəklində psixotrop maddə metamfetaminə bənzər olan bükümlər və 02 ədəd tibbi şpris, dərman şüşəsi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Həmçinin şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində keçirildi. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər vermək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. Cinayət işində olan 07 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən üzərində şəxsi axtarış aparılması videokamera vasitəsi ilə qeydə alınmış, 01 (bir) ədəd DVD-yə köçürülmüş bir ədəd fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1, 30-cu PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid3 tərəfindən videoçəkiliş aparılmaqla Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Rəhman İsmayılov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisi Müdafiəçi iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlayarkən proses iştirakçıları özlərini təqdim etdikdən sonra təhqiqatçı Rəhman İsmayılov şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etməsini bildirdikdə sonuncu hüquq və vəzifələrinin ona aydın olduğunu bildirir. Daha sonra təhqiqatçı Rəhman İsmayılov şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı videoçəkilişə etirazı olub-olmamasını soruşduqda sonuncu heç bir etirazı olmadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet olubolmadığını soruşduqda sonuncu əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd büküm çıxarıb təqdim edir və təqdim etdiyi bükümdə «patı» deyilən psixotrop maddə metamfetamin olduğunu bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni «Əhmədli» metrostansiyası yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi məqsədilə 20 manata əldə etdiyini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansısa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm zərfdə qablaşdırılaraq DİN-nin Zərflər üçün möhürü ilə möhürlənərək götürülür. Cinayət işində olan 07 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən üzərində şəxsi axtarış aparılması videokamera vasitəsi ilə qeydə alınmış, 01 (bir) ədəd DVD-yə köçürülmüş bir ədəd fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2, 30-cu PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid3 tərəfindən videoçəkiliş aparılmaqla Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Elvin Tanarverdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisi Müdafiəçi iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlayarkən proses iştirakçıları özlərini təqdim etdikdən sonra təhqiqatçı Elvin Tanarverdiyev şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etməsini bildirdikdə sonuncu hüquq və vəzifələrinin ona aydın olduğunu bildirir. Daha sonra təhqiqatçı Elvin Tanarverdiyev şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı videoçəkilişə etirazı olub-olmamasını soruşduqda sonuncu heç bir etirazı olmadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadığını soruşduqda sonuncu əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd “Pirima” markalı siqaret qutusunun içərisindən 02 ədəd sellofan bükümü, şalvarın cibindən 02 ədəd tibbi şprisi və 01 ədəd dərman şüşəsini çıxarıb təqdim edir və təqdim etdiyi bükümlərin birində «patı» deyilən psixotrop maddə metamfetamin, birində isə limon duzu olduğunu, tibbi şpris və dərman şüşəsindən psixotrop maddənin qəbulunda istifadə etməsini bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi məqsədilə 20 manata əldə etdiyini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansısa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm, o cümlədən limon duzu dediyi olan bir ədəd büküm, 02 ədəd şpris və 01 ədəd dərman şüşəsi zərfdə qablaşdırılaraq DİN-nin Zərflər üçün möhürü ilə möhürlənərək götürülür. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/4024 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,344 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,344 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq – 0,294 qram (ekspertiza tədqiqatın dəyəri 81 manatdır.) Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 6/4502 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan zərfi açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,292 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 ədəd birdəfəlik şpris, bir ədəd sınıq şüşə ampulda psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı, bir ədəd bükümdə təmiz çəkisi 5,317 qram olan ağ rəngli maddə limon turşusudur. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,292 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq – 0,242 qram, Limon turşusunun təmiz çəkisi – 5,317 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq – 5,217 qram (ekspertiza tədqiqatın dəyəri 81 manatdır.) Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 6136 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3, 234.1-ci maddələrində təqsirli bilinərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 02 (iki) il 5 (beş) ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına müvafiq olaraq cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 05 ay 07 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarınan müəyyən olubur ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il rəvəllüdlü bir nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi, cinayətin təkrar törədilməsini isə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 162 (yüz altmış iki) manat təşkil edir. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq 0,294 qram və 0,242 qram psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan 02 ədəd birdəfəlik şpris, 01 ədəd sınıq şüşə ampul hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə” haqqında istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən 02 ədəd “DVD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 162 (yüz altmış iki) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməklə, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 avqust 2024-cü il tarixdən 09 avqust 2024-cü il tarixədək, 07 sentyabr 2024-cü il tarixdən 09 sentyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) günün hər günü, azadlıqdan məhrum etmə cəzasının 1(bir) gününə bərabər tutulmaqla, həmin müddət təyin edilmiş cəza müddətindən çıxmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 09 yanvar 2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 162 (yüz altmış iki) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,294 qram və 0,242 qram psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan 02 ədəd birdəfəlik şpris, 01 ədəd sınıq şüşə ampul hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə” haqqında istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən 02 ədəd “DVD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən hakim: Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar