Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-177/2020 12.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, S.Həmidov küçəsi, 22 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx xxxxx 2020ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, S.Həmidov küçəsi, 29 ünvanında yerləşən “Buta” körpələr evi və uşaq bağçanın birinci mərtəbəsindəki otağın pəncərəsinə şüşə əvəzinə qoyulmuş karton parçasını çıxarıb baçğçaya qanunsuz daxil olaraq, bağçanın ikinci mərtəbəsində müdirə otağının taxtadan olan qapısınının kilidini dəmir parçası ilə sındırıb, oradan bağçanın müdirəsi Zərərçəkmiş şəxs1 məxsus 400 manat dəyərində bir ədəd “Samsung” markalı televizoru, bir ədəd 80 manat dəyərində “Bosch” markalı şirəçəkəni, bir ədəd 100 manat dəyərində göy rəngli dəri gödəkçəni, bağçaya məxsus inventar hesab edilən bir ədəd 440 manat dəyərində “HP Pro 3330 LED Monitor HP W 1972a” markalı kompyüteri, bir ədəd 141 manat 60 qəpik dəyərində “UPS” 600vt” markalı qurğunu, bir ədəd 637 manat 20 qəpik dəyərində “LCD 60sm LG” markalı televizoru, bir ədəd 1.239 manat dəyərində “LG” markalı musiqi mərkəzini, bir ədəd 1.026 manat 60 qəpik dəyərində 82 ekran “Houser” markalı televizoru gizli yolla talayıb Zərərçəkmiş şəxs1 580 manat dəyərində, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər X1 və X7 tabeliyində olan “Buta” körpələr evi və uşaq bağçasına isə 3.484 manat 40 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, maddi vəziyyəti ağır olduğu üçün yaşadığı evin yaxınlığında, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, S.Həmidov küçəsində yerləşən uşaq bağçasından oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxxx 2020-ci il tarixdə, saat 04 radələrində hasardan aşaraq həmin bağçanının həyətinə keçmiş, bağçanın birinci mərtəbəsindəki otağın pəncərəsinə şüşə əvəzinə qoyulmuş karton parçasını çıxarıb baçğçaya daxil olmuş, oradan dəhlizə keçib ikinci mərtəbəyə qalxmışdır. İkinci mərtəbədə yerləşən müdirə otağının qapısı bağlı olduğundan birinci mərtəbəyə düşüb orada yanğından mühafizə üçün nəzərdə tutulan şitdən loma bənzər dəmir parçasını götürüb yenidən ikinci mərtəbəyə qalxmış, həmin dəmir parçası ilə müdirə otağının qapısının kilidini sındıraraq həmin otağa daxil olmuşdur. Otaqdan əvvəlcə bir ədəd masaüstü komyuter dəstini götürüb bağçanın həyətinə aparıb qoymuşdur, sonra yenidən qayıdıb otaqda olan televizoru və şirəçəkəni götürüb həyətə düşmüşdür. Oğurladığı həmin əşyaları aparıb yaşadığı evin həyətində göyərçin saxladığı quş damında gizlətmişdir. Fikirləşmişdir ki, bir az ara sakitləşdikdən sonra həmin əşyaları satıb pul əldə edər. Lakin kənddə ondan şübhələndikləri, həmçinin sahə müvəkkili onu axtardığı üçün bir müddət başqa yerdə qalmış, oğurladığı əşyalara isə dəyməmişdir. xx xxx 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılmış, orada o, bağçadan oğurluq etdiyini etiraf etmişdir. Bağçadan, qeyd etdiyi əşyalardan əlavə hər hansı bir əşya oğurlamamışdır. Oğurladıqları əşyaları isə polis əməkdaşlarına təqdim etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı maddi imkanı olmadığına görə ödəyə bilmədiyini bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər X1 və X5 nümayəndəsini və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər X1 və X5 nümayəndəsi X2 göstərmişdir ki, Bakı şəhər X1 və X5 hüquqşünası vəzifəsində çalışır. İşlədiyi həmin idarənin tabeliyində olan və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “Buta” körpələr evi uşaq bağçasından xx xxxxx 2020-ci il tarixdə 01 ədəd 440 manat dəyərində 2012-ci ildə alınmış “HP Pro 3330 LED Monotor HP W 1972a” markalı masaüstü kompyüter, 01 ədəd 141 manat 60 qəpik dəyərində, 2016-cı il buraxılışlı “UPS 600 vt” qurğu, 01 ədəd 2016-cı il buraxılışlı 637 manat 20 qəpik dəyərində “LKCD 60sm LG” markalı televizor, 01 ədəd, 2018-ci ildə alınmış 1.239 manat dəyərində “LG” markalı musiqi mərkəzi və 01 ədəd 2019-cu ildə alınmış 1.026 manat 60 qəpik dəyərində 82 ekran “Houser” markalı televizor oğurlanmışdır. Qeyd edilən inventarların oğurlanması nəticəsində ümumilikdə 3.484 manat 40 qəpik məbləğində maddi ziyan dəymişdir. Sonda zərərçəkmişin nümayəndəsi Zərərçəkmiş şəxs2, cinayət nəticəsində Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər X1 və X7 vurulmuş maddi ziyanın hal-hazıradək ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. xx xxxxxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Bakı şəhər X1 və X5 tabeliyində olan və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “Buta” körpələr evi uşaq bağçasında vəzifəsində çalışır. 2020-ci ilin mart ayından ölkədə mövcud pandemiya ilə bağlı təhsil müəssisələrində iş dayandırıldığından “Buta” körpələr evi uşaq bağçasının da fəaliyyəti dayandırılmış və buna görə də o, həmin vaxtdan işə getməmişdir. Lakin, bağçada işləyən bəzi işçilər bağçaya yaxın ərazidə yaşadıqları üçün ara-sıra bağçaya nəzarət edirmişlər. xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında bağçanın Nərgiz adlı işçisi ona zəng edərək bağçada müdirə otağının qapısının sındırıldığını və otaqdan müəyyən əşyaların oğurlandığını bildirmişdir. Bir neçə saat sonra o bağçaya gəlmiş, otağındakı əşyaların dağınıq, otağın qapısının kilidinin isə sındırılmış vəziyyətdə olduğunu görmüşdür. İş otağına nəzər yetirdikdə oradan, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bağçaya aktla təhvil verilmiş və inventar hesab edilən bir ədəd monitordan, bir ədəd klaviaturadan, bir ədəd yaddaş qurğusundan, yəni keysdən ibarət masaüstü kompyuter dəstinin, “LG” markalı və “Houser” markalı televizorların, “LG” markalı musiqi mərkəzinin, UPS qurğusunun (kompyuter üçün akkumlyator), elektron imza kartınının, habelə özünə məxsus təxminən 400 manat dəyərində “Samsung” markalı televizorun, təxminən 80 manat dəyərində “Bosch” markalı şirəçəkənin və təxminən 100 manat dəyərində göy rəngli dəri gödəkçənin oğurlandığını aşkar etmişdir. Zığ kəndi balaca yer olduğu üçün ilkin olaraq polisə mürəciət etmək istəməmişdir və işçilərinə “kənd yeridir, birdən kiminsə bu barədə məlumatı varsa xəbər göndərsinlər, əşyalar qayıtsın, şikayətçi olmayacaqdır” demişdir. Bir müddət gözləsə də xəbər çıxmadığını görüb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, ailə üzvləri ilə birlikdə Zığ kəndində yaşayır, hazırda heç bir yerdə işləmir. Əvvəllər Zığ kəndində yerləşən “Buta” körpələr evi və uşaq bağçasında gözətçi işləmişdir. xx xxxxx 2020-ci il tarixdə, səhər saat 10 radələrində bağçaya baxan zaman bağçanın müdirəsi, Sahibə müəllimənin iş otağının qapısının sındırılmış, otağın içərisinin isə dağınıq vəziyyətdə olduğunu görmüş və başa düşmüşdür ki, bağçadan oğurluq edilmişdir. Buna görə də Sahibə xanıma zəng edib hadisə barədə ona məlumat vermişdir. Aradan bir az keçmiş Sahibə müəllimə bağçaya gəlmiş və otağa baxan zaman məlum olmuşdur ki, oradan masaüstü kompyuter dəsti, musiqi mərkəzi və başqa əşyalar oğurlanmışdır. Sonradan isə Sahibə müəllimənin oğurluq hadisəsi ilə əlaqədar olaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə ərizə ilə müraciət etdiyini, həmin oğurluq hadisəsinin həmkəndlisi Zeybulla adlı şəxs tərəfindən törədildiyini eşitmişdir. Oğurluq hadisəsindən sonra isə onun əmək müqqviləsinə xitam verilərək, işdən azad edildiyindən qeyd etdiklərindən başqa hər hansı bir məlumatı yoxdur. İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, S.Həmidov küçəsi, 29 ünvanında yerləşən “Buta” körpələr evi və uşaq bağçasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı “Buta” körpələr evi və uşaq bağçasının ikinci mərtəbəsində yerləşən müdirə otağının taxta qapısının kənar əşya ilə açıldığı, həmin otaqdan müxtəlif əşyaların, o cümlədən geyim əşyalarının oğurlandığı, habelə həmin otaqda və ondan sonrakı otaqda əşyaların dağınıq vəziyyətdə olduğu aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxx 2020-ci il tarixli, 011-4699-1220 nömrəli məktubundan görünür ki, xx xxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Buta” körpələr evi və uşaq bağçasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 03 ədədinin (ADİS məlumat bankına BƏSİİ və İHOSMT-dan daxil olmuş), xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət və sol əlinin böyük (02 dəfə) barmaqlarının əksi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, S.Həmidov küçəsi, 29 ünvanında yerləşən “Buta” körpələr evi və uşaq bağçasını göstərərək, xx xxxxx 2020-ci il tarixdə, saat 04 radələrində hasardan aşaraq həmin bağçanın həyətinə keçdiyini, bağçanın giriş qapısından sağda yerləşən pəncərəsinə şüşə əvəzinə qoyulmuş karton parçasını çıxarıb baçğçaya daxil olub ikinci mərtəbəyə qalxdığını, orada yerləşən müdirə otağının qapısının kilidini dəmir parçası ilə sındıraraq həmin otağa daxil olduğunu, oradan masaüstü kompyüter dəstini, televizoru və şirəçəkəni oğurladığını, həmin əşyaları aparıb yaşadığı fərdi yaşayış evinin həyətindəki quş damında gizlətdiyini bildirmişdir. İş materiallarında olan təqdim edilmiş əşyanın və ya sənədin götürülməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqa təqdim etdiyi bir ədəd kompyüter dəsti, bir ədəd televizor və şirəçəkən maddi sübut əhəmiyyəti kəsb etdiyindən, hal şahidlərinin iştirakı ilə Bakı şəhəri Suraxanı rayon X3 Şöbəsinin müstəntiqi tərəfindən götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər X1 və X5 xx xxx 2020-ci il tarixli, 10-386-010 nömrəli məktubundan və ona əlavə edilmiş oğurlanan inventarların siyahıdan görünür ki, xx xxxxx 2020-ci il tarixdə baş vermiş oğurluq cinayət hadisəsi zamanı “Buta” körpələr evi və uşaq bağçasından 01 ədəd 440 manat dəyərində 2012-ci ildə alınmış “HP Pro 3330 LED Monotor HP W 1972a” markalı masaüstü kompyüter, 01 ədəd 141 manat 60 qəpik dəyərində, 2016-cı il buraxılışlı “UPS 600 vt” qurğu, 01 ədəd 2016-cı il buraxılışlı 637 manat 20 qəpik dəyərində “LKCD 60sm LG” markalı televizor, 01 ədəd, 2018-ci ildə alınmış 1.239 manat dəyərində “LG” markalı musiqi mərkəzi və 01 ədəd 2019-cu ildə alınmış 1.026 manat 60 qəpik dəyərində 82 ekran “Houser” markalı televizor oğurlanmış və dəymiş ziyanın ümumi məbləği 3.484 manat 40 qəpik təşkil etmişdir. İş materiallarında olan məhkəmə daktiloskopik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 20/309R nömrəli rəyindən görünür ki, xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi S.Həmidov küçəsi, 29 ünvanında yerləşən “Buta” körpələr evi uşaq bağçasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 04 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 03 ədədinin xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət və sol əlin böyük (02 dəfə) barmaqlarının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izinin DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 184 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “Samsung” markalı, “LE40D550K1W” modelli, 102 sm dioqanallı televizorun dəyəri 544 manat, bir ədəd “Bosch” markalı, hazırda təyinatı üzrə istifadəyə yararlı olan şirəçəkənin dəyəri 80 manat, üzərində “HP model KU 0316” markalanma yazıları olan, “HP KU 0316” modelli (prosessor, monitor və klaviaturadan ibarət) masaüstü kompyuter dəstinin dəyəri 348 manat olmaqla, həmin üç adda əşyaların xx xxxxx 2020-ci il tarixdə orta bazar qiymətilə ümumi dəyəri 972 manat müəyyən edilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər dəfələrlə məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini xx xxxxxx 2019-cu il və xx xxxxxx 2020-ci il tarixlərdə törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmış və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 08 gün həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Bundan başqa iş materialalrında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay həddində, yəni xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Samsung” markalı, “LE40D550K1W” modelli, 102 sm dioqanallı televizorun, bir ədəd “Bosch” markalı şirəçəkənin, üzərində “HP model KU 0316” markalanma yazıları olan, “HP KU 0316” modelli (prosessor, monitor və klaviaturadan ibarət) masaüstü kompyuter dəstinin Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı “Buta” körpələr evi və uşaq baxçasının müdirəsi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əli) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, ümumilikdə isə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən bu hökmlə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə hesablanaraq, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Samsung” markalı, “LE40D550K1W” modelli, 102 sm dioqanallı televizorun, bir ədəd “Bosch” markalı şirəçəkənin, üzərində “HP model KU 0316” markalanma yazıları olan, “HP KU 0316” modelli (prosessor, monitor və klaviaturadan ibarət) masaüstü kompyuter dəstinin ibtidai araşdırma zamanı “Buta” körpələr evi və uşaq baxçasının müdirəsi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əli) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, ümumilikdə isə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-177/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-177/2020
12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver