Məhkəmə qərarları › İş №1(010)-177/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-177/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-177/2024 28.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 22 noyabr 2023-cü il tarixdə tutulmuş, 24 noyabr 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 17 yanvar 2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda təkrarən və öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirərək dələduzluq etmə ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi və tamah niyyəti ilə təsisçisi və rəhbəri olduğu, 03 may 2023-cü il tarixdə, ********** VÖEN və **********538100 çıxarış nömrəsi ilə dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı ünvan 2i kimi özünü təqdim edib, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 2 günlük “Şəki Palace” oteldə, 2 günlük isə “Qəbələ Palace” oteldə tur təşkil edəcəyinə dair yalan vəd verib inandıraraq 30 iyun 2023-cü il tarixdə, saat 14 radələrində 5213-6751-2557- 2157 nömrəli bank kartına hissə-hissə olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Eldar” marketin içərisində olan “E-Manat” terminalından “Azərtürkbank”-a məxsus 5213-6751-2557-2157 bank kartına köçürməklə 500 (beş yüz), 470 (dörd yüz yetmiş), 80 (səksən) və 37 (otuz yeddi) manat, vahid qəsdlə cəmi 1087 (min səksən yeddi) manat pul vəsaitini alıb ələ keçirməklə, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2, ümumilikdə 1087 (min səksən yeddi) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi və tamah niyyəti ilə təsisçisi və rəhbəri olduğu, 03 may 2023-cü il tarixdə, ********** VÖEN və **********538100 çıxarış nömrəsi ilə dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı ünvan 2i kimi özünü təqdim edib, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 7 günlük Naftalan şəhərində yerləşən “Qarabağ” otelinə istirahətə göndərəcəyinə dair yalan vəd verib inandıraraq “Azərtürkbank”-a məxsus 4613-8602-0066-6343 saylı bank kartına 16 iyul 2023-cü il tarixdə, saat 11:05-də ünvan 3 ünvanından kart vasitəsilə köçürməklə, 181 (yüz səksən bir) manat, 16 iyul 2023-cü il tarixdə, saat 11:48-də ünvan 4 ünvanında yerləşən ödəmə terminalı vasitəsilə köçürməklə, 360 (üç yüz altmış) manat, 17 iyul 2023-cü il tarixdə, saat 18:51-də ünvan 3 ünvanından kart vasitəsilə köçürməklə, 131 (yüz otuz bir) manat, “Azərtürkbank”-a məxsus 5213-6751-2557-2157 saylı bank kartına 17 iyul 2023-cü il tarixdə, saat 21:14-də 60 (altmış) və 110 (yüz on) manat olmaqla, 170 (yüz yetmiş) manat, vahid qəsdlə cəmi 842 (səkkiz yüz qırx iki) manat pul vəsaitini alıb ələ keçirməklə, verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs1, ümumilikdə 842 (səkkiz yüz qırx iki) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi və tamah niyyəti ilə təsisçisi və rəhbəri olduğu, 03 may 2023-cü il tarixdə, ********** VÖEN və **********538100 çıxarış nömrəsi ilə dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı ünvan 2i kimi özünü təqdim edib, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs3 7 günlük Naftalan şəhərində yerləşən “Qarabağ” otelinə istirahətə göndərəcəyinə dair yalan vəd verib inandıraraq 20 iyul 2023-cü il tarixdə, saat 11:49-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mağazalardan birindən “Milliön” aparatı vasitəsilə ”Azərtürkbank”-a məxsus 4613-8602-0066-6343 saylı bank kartına köçürməklə, 840 (səkkiz yüz qırx) manat pul vəsaitini alıb ələ keçirməklə, verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs3, ümumilikdə 840 (səkkiz yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi və tamah niyyəti ilə təsisçisi və rəhbəri olduğu, 03 may 2023-cü il tarixdə, ********** VÖEN və **********538100 çıxarış nömrəsi ilə dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı ünvan 2i kimi özünü təqdim edib, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs4 3 günlük “Quba Palace” otelinə istirahətə göndərəcəyinə dair yalan vəd verib inandıraraq 26 iyul 2023-cü il tarixdə, saat 15:21-də 780 (yeddi yüz səksən) manat, 27 iyul 2023-cü il tarixdə, saat 16:28-də isə 60 (altmış) manat “Azərtürkbank”-a məxsus 5213-6751-5335-5723 saylı bank kartına köçürməklə, cəmi 840 (səkkiz yüz qırx) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə, verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs4, ümumilikdə 840 (səkkiz yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi və tamah niyyəti ilə təsisçisi və rəhbəri olduğu, 03 may 2023-cü il tarixdə, ********** VÖEN və **********538100 çıxarış nömrəsi ilə dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı ünvan 2i kimi özünü təqdim edib, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 3 günlük “Quba Palace” otelinə istirahətə göndərəcəyinə dair yalan vəd verib inandıraraq “Azərtürkbank”-a məxsus 4613-8602-0066-6343 saylı bank kartına 26 iyul 2023-cü il tarixdə saat 14:34-də ünvan 3 ünvanından kart vasitəsilə köçürməklə 609 (altı yüz doqquz) manat, 26 iyul 2023-cü il tarixdə saat 14:58-də ünvan 3 ünvanından kart vasitəsilə köçürməklə 454 (dörd yüz əlli dörd) manat, 151 (yüz əlli bir) manat və 101 (yüz bir) manat, vahid qəsdlə cəmi 1315 (min üç yüz on beş) manat pul vəsaitini alıb ələ keçirməklə, verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs1, ümumilikdə 1315 (min üç yüz on beş) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Həmin şirkətin iş fəaliyyəti onlayn olaraq aviabiletlərin satışı, otellərin bron edilməsi, tur paketlərin hazırlanması, vizaların hazırlanması, həmin şirkətin vasitəsi ilə hər hansı bir tura və ya ölkəyə göndərilən vətəndaşların sığorta edilməsindən ibarətdir. Şirkət istirahət mərkəzlərində olan otellər ilə müqavilə əsasında işləyir. Belə ki, şirkət həmin otellərə müştəri göndərdiyi üçün şirkətin vasitəsilə istirahətə gedən müştərilərə 5-20 faiz endirim edirlər. Zərərçəkmiş şəxs1 şirkətin müştərisi kimi tanımış, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 15 iyul 2023-cü il tarixdə sonuncu “İnstagram” sosial şəbəkəsində şirkətin reklamını görüb orada olan ona məxsus ***-***-**-** mobil nömrəsinə zəng vuraraq 22 iyul 2023-cü il tarixdə Naftalan şəhərində yerləşən “Qarabağ” istirahət mərkəzində bir həftəlik istirahət etmək üçün qiymətlər barədə soruşmuşdur. Dəyanət xanıma Naftalan şəhərində yerləşən “Qarabağ” istirahət mərkəzində bir həftəlik, gündə üç dəfə yemək daxil olmaqla, istirahət etmək üçün qiyməti 840 (səkkiz yüz qırx) manat olduğunu bildirmişdir. Sonuncu onunla razılaşaraq onun istifadəsində olan “Azərtürk Bank''-ın plastik bank kartına komisyon xərci ilə birlikdə 842 (səkkiz yüz qırx iki) manat pul göndərmişdir. Bundan sonra, 23 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Naftalan şəhərində yerləşən “Qarabağ” istirahət mərkəzində olan zaman ona zəng vuraraq 11 avqust 2023-cü il tarixdə Quba rayonunda yerləşən "Quba Palace” otelində 3 günlük istirahət etmək üçün qiymətlər barədə maraqlanmışdır. Zərərçəkmiş şəxs1 “Quba Palace” otelində 3 günlük istirahət üçün səhər və axşam yeməyi daxil olmaqla, 2995 (iki min doqquz yüz doxsan beş) manat pula təşkil edəcəyini bildirmişdir. Sonuncu ilə birlikdə təxminən 5-6 nəfər olduğu üçün qiymət bu qədər yüksək olmuşdur. Bundan sonra, Dəyanət onunla razılaşmış, təxminən 23 iyul 2023-cü il tarixdə onun istifadəsində olan “Azərtürk bank"-ın plastik bank kartına hissəhissə olmaqla, 1315 (min üç yüz on beş) manat pul göndərmişdir. Bundan sonra, 31 iyul 2023-cü il tarixdə, Zərərçəkmiş şəxs1 onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vuraraq Naftalan şəhərində yerləşən “Qarabağ” istirahət mərkəzində ondan əlavə olaraq 3400 (üç min dörd yüz) manat pul istədiklərini bildirmişdir. O, dərhal Naftalan şəhərində yerləşən “Qarabağ” istirahət mərkəzinin məlumat şöbəsinin işçisi “İlkin” adlı şəxslə əlaqə saxlamış, nə baş verdiyini soruşmuşdur. “İlkin” cavab olaraq ona qiymətlərin onlar tərəfindən Zərərçəkmiş şəxs1 düzgün deyilmədiyini, bir həftəlik Naftalan şəhərində yerləşən “Qarabağ” istirahət mərkəzində istirahət etmək üçün məbləğin 3400 (üç min dörd yüz) manat təşkil etdiyini bildirmişlər. Bundan sonra, o, Naftalan şəhərində yerləşən “Qarabağ” istirahət mərkəzinin rəhbərliyinə 3400 (üç min dörd yüz) manat pulu ödəyə bilməyəcəyini demiş, buna görə də, həmin pulu Zərərçəkmiş şəxs1 almışlar. Sonuncu həmin 3400 (üç min dörd yüz) manat pulu ödədikdən sonra, ona zəng vurub həmin pulu və Quba rayonunda yerləşən “Quba Palace” otelində istirahət etmək üçün ona verdiyi 1315 (min üç yüz on beş) manat pulu tələb etməyə başlamışdır. Həmin vaxtı pulu olmadığı üçün Dəyanətin pulunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs1 aldığı 842 (səkkiz yüz qırx iki) manat və 1315 (min üç yüz on beş) manat olmaqla, ümumilikdə 2157 (iki min yüz əlli yeddi) manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin pulun qarşılığında Zərərçəkmiş şəxs1 üçün hər hansı iş görməmişdir. Zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığı Samirə və Pərvin adlı qadınların hər birindən tətilə getmək üçün 840 (səkkiz yüz qırx) manat pul almış, lakin onlar üçün hər hansı otel rezerv etməmişdir. Daha sonra bildirmişdir ki, 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs2 “İnstagram” sosial şəbəkəsində olan "xxxx" səhifəsindən onun mobil nömrəsini götürərək zəng etmiş, ondan 4 böyük və 4 kiçik olmaqla, 8 nəfərlik tətil təşkil etməyi xahiş etmiş, o da Kənana 2 günlük “Qəbələ Palace” və 2 günlük “Şəki Palace” oteldə tətil üçün 2000 (iki min) manat pul lazım olduğunu demiş, sonuncu onunla razılaşmışdır. Kənan 30 iyul 2023cü il tarixdə hissə-hissə olmaqla, 1087 (min səksən yeddi) manat pul göndərmiş, lakin o, söz verdiyi hər iki oteldə Kənan üçün hər hansı yer bron etməmişdir. Sonuncu onu şikayət etmiş, dəymiş ziyanı tələb etmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, otellərlə rəsmi müqavilə bağlayaraq işləyirmiş və həmin müştəriləri əvvəlcədən aldatmaq niyyəti olmamışdır. Həmin otellərlə aralarında olan problemə görə bu hadisə baş vermişdir. Sonda qeyd etmişdir ki, zərərçəkmiş şəxslərə vurulmuş zərər onun tərəfindən tamamilə ödənilib və onlar ilə barışmışdır. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bununla bağlı zəruri ərizələr məhkəməyə təqdim edilmişdir. Göstərilənləri, həmçinin cinayət nəticəsində vurduğu zərərin 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini və törətdiyi əməldən çox peşman olmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanı tamamilə ödədiyini, ondan şikayət və tələblərinin olmadığını, buna görə də barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkəti protokolları, o cümlədən cinayət işinin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin may ayının ortalarında tanımışdır. Belə ki, o, Quba rayonunda yerləşən “Quba Palace” otelində istirahətə getmək istəmişdir. Bunun üçün də internetdə tur paketlər ilə bağlı araşdırma aparan zaman “İnstagram” sosial şəbəkəsində sonradan tanıdığı Təqsirləndirilən şəxs görüb ona mesaj yazaraq həmin otelə istirahətə getmək istədiyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs özünü "xxxx" şirkətinin rəhbəri kimi təqdim edərək bu işdə köməklik edə biləcəyini demişdir. O, 29 may 2023-cü il tarixdən 03 gün müddətinə, yəni 02 iyun 2023-cü il tarixədək həmin oteldə dincəlmək istədiyini demiş, Elmin də 1008 (bir min səkkiz) manata 3 nəfərlik həmin otelə 03 gün müddətə tətilə göndərə biləcəyini bildirdikdə o, razılaşmışdır. Bundan sonra, Elminin ona atdığı 5213-6751-2557-2157 saylı “Azərtürk bank” kartına 708 (yeddi yüz səkkiz) manat və 300 (üç yüz) manat olmaqla, cəmi 1008 (bir min səkkiz) manat pul göndərmiş, həqiqətən də, Təqsirləndirilən şəxs onu, oğlunu və bacısı ilə onun 3 yaşlı nəvəsini 29 may 2023-cü il tarixdən 02 iyun 2023-cü il tarixədək “Quba Palace'’ otelinə tətilə göndərmişdir. Bundan sonra, onda Elminə qarşı inam və etibar yaranmış, oteldə olduqları müddətdə də, Elmin mütəmadi olaraq onunla əlaqə saxlamış, tətilin necə keçməsini və narazılıq olub-olması ilə maraqlanmışdır. Bu kimi xüsusatlar onda Elminə qarşı tam olaraq inam yaratmışdır. Tətildən qayıtdıqdan sonra, sonuncu yenidən onunla əlaqə saxlayıb Respublika daxili və Türkiyə Respublikasında əlaqəsi olduğu otelləri ona göndərərək həmin otellərdə də onun üçün və ətrafında olan insanlar üçün tətil turu təşkil edə biləcəyini demişdir. Artıq ona qarşı inamı olduğu üçün o, qohumlarına da bu barədə məlumat vermişdir. O, hər dəfə Elminə başqa tur paketlərindən niyə bu qədər ucuz qiymətə işlədiyini soruşmuş, hər dəfə də, sonuncu ona X2 ilə işlədiyi üçün ona ucuz qiymətə kampaniyalar verildiyini bildirmişdir. Bundan sonra, Elmin 2023-cü ilin iyul ayında 3 nəfər qohumu ilə birlikdə Naftalan şəhərində yerləşən “Qarabağ" otelinə 7 günlük tətilə getmək istəyib-istəmədiyini soruşmuş, 840 (səkkiz yüz qırx) manata onu 3 nəfər qohumu ilə birlikdə 22 iyul 2023-cü il tarixdən 29 iyul 2023-cü il tarixədək “Qarabağ” otelinə tətilə göndərəcəyinə söz vermişdir. O, da razılaşıb, 840 (səkkiz yüz qırx) manat pulun 360 (üç yüz altmış) manatını 16 iyul 2023-cü il tarixdə, saat 11:48-də ünvan 4 ünvanında yerləşən ödəmə terminalı vasitəsilə, 181 (yüz səksən bir) manatını 16 iyul 2023-cü il tarixdə, saat 11:05-də yaşadığı ünvan 3 ünvanından kart vasitəsilə Elminə məxsus “Azərtürk bank”-a məxsus 4613-8602-0066-6343 saylı bank kartına, 131 (yüz otuz bir) manat hissəsini 17 iyul 2023-cü il tarixdə, saat 18:51-də yaşadığı ünvan 3 ünvanından kart vasitəsilə Elminə məxsus “Azərtürk bank”-a aid 4613-8602-0066-6343 saylı bank kartına, 842 (səkkiz yüz qırx iki) manat puldan qalan 60 (altmış) manat və 110 (yüz on) manat pulu isə 17 iyul 2023-cü il tarixdə, saat 21:14-də yaşadığı ünvan 3 ünvanından kart vasitəsilə sonuncuya məxsus 5213-6751-2557-2157 saylı “Azərtürk bank” kartına köçürmüşdür. Beləliklə də, o, Elminin iki bank kartına 2 manat da komisyon olmaqla, cəmi 842 (səkkiz yüz qırx iki) manat pul köçürmüşdür. Bundan sonra, rəfiqəsi Pərvin ondan tətilinin necə keçdiyini soruşduqda, Elminə etibar etdiyini və tətilin yaxşı keçdiyini bildirmiş, buna görə də, Təqsirləndirilən şəxs onun vasitəsilə rəfiqəsi Pərvinə Naftalan şəhərində yerləşən “Çinar” otelinə 7 günlük avqustun 10-dan 17-nə kimi olan müddət ərzində tətil turunu təklif etmiş, Pərvin də razılaşmışdır. Bundan sonra, rəfiqəsi Pərvin 20 iyul 2023-cü il tarixdə, saat 11:49-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mağazalardan birindən “Milliön” aparatı vasitəsilə Təqsirləndirilən şəxs verdiyi "Azərtürk bank"-a məxsus 4613-8602-0066-6343 saylı bank kartına 840 (səkkiz yüz qırx) manat pul köçürmüşdür. Rəfiqəsinin niyyəti qayınanası və qayınatasını həmin otelə avqustun 10-dan 17-nə kimi olan müddət ərzində tətilə göndərmək olmuşdur. Rəfiqəsi pulu karta atdıqdan sonra, qəbzini ona göndərmiş, o da həmin qəbzi Elminə göndərmiş, bundan sonra, sonuncu ona zəng edib həmin oteldə yer saxlatdığını demişdir. Daha sonra, Təqsirləndirilən şəxs onun qohumu Samirəyə “Quba Palace” otelinə 3 günlük 840 (səkkiz yüz qırx) manata tur təşkil edə biləcəyinə söz vermişdir. O, da bu barədə Samirəyə demiş və sonuncu da razılıq vermişdir. Daha sonra Samirə 26 iyul 2023-cü il tarixdə, saat 15:21-də 780 (yeddi yüz səksən) manat, 27 iyul 2023-cü il tarixdə, saat 16:28-də isə 60 (altmış) manat olmaqla, cəmi 840 (səkkiz yüz qırx) manat pulu Təqsirləndirilən şəxs 5213-6751-5335-5723 saylı “Azərtürk bank”-a məxsus olan bank kartına yaşadığı ünvan 5 ünvanından kart vasitəsilə köçürmüşdür. Həmin köçürmə qəbzini ona göndərmiş, o da öz növbəsində Elminə göndərmişdir. Sonuncunun verdiyi vədə görə, Samirə 2023-cü ilin avqust ayının 3-dən 6na kimi 4 nəfərlik "Quba Palace” otelinə tətilə gedib istirahət edəcəkdi. Daha sonra, Təqsirləndirilən şəxs onu və 8 nəfər qohumlarını birlikdə, "Quba Palace'’ otelinə 6 avqustdan 9 avqusta kimi günlük 1316 (min üç yüz on altı) manata tətilə göndərməyi təklif etmiş, o da razılaşmış və hissə-hissə 26 iyul 2023 cü il tarixdə, saat 14:58-də yaşadığı ünvan 3 ünvanından kart vasitəsi ilə Elminə məxsus “Azərtürk bank”-a məxsus 4613- 8602-0066-6343 saylı bank kartına 454 (dörd yüz əlli dörd) manat, 151 (yüz əlli bir) manat və 101 (yüz bir) manat pulu sonuncunun ona verdiyi 5213-6751-5335-5723 saylı “Azərtürk bank”-a məxsus olan bank kartına, 609 (altı yüz doqquz) manat pulu isə 26 iyul 2023-cü il tarixdə, saat 14:34-də yaşadığı ünvan 3 ünvanından kart vasitəsi ilə “Azərtürk bank”-a məxsus 4613-8602-0066-6343 saylı bank kartına köçürmüşdür. Beləliklə də, o, Təqsirləndirilən şəxs cəmi 1315 (min üç yüz on beş) manat pul vermişdir. Həqiqətən də, o, 3 nəfər qohumu ilə birlikdə 22 iyul 2023-cü il tarixdə, saat 15 radələrində “Qarabağ” otelinə daxil olub orada 7 gün istirahət etdikdən sonra, 29 iyul 2023-cü il tarixdə oteldən çıxan zaman otelin əməkdaşları onları saxlayaraq otelin 3480 (üç min dörd yüz səksən) manat pulunu ödədikdən sonra, oteli tərk edə biləcəklərini bildirmişlər. O, artıq pulun ödənildiyini və 840 (səkkiz yüz qırx) manat ödəniş etdiyini demişdir. Lakin oteldən 4 nəfərlik, 7 günlük tətilin 840 (səkkiz yüz qırx) manat deyil, 3480 (üç min dörd yüz səksən) manat təşkil etdiyini və heç kimin ödəniş etmədiyini bildirmişlər. Bundan sonra o, oteldən birbaşa Təqsirləndirilən şəxs zəng edərək bu məsələnin nə olduğunu soruşmuşdur. Sonuncu da qohumunun rəhmətə getdiyinə görə, hazırda yasda olduğunu bildirmişdir. O, Elminə dərhal məsələni həll etməyi demiş, lakin o, həmin gün günorta saatlarından axşam saat 23 radələrinədək dəfələrlə onun və otel əməkdaşlarının zənglərinə baxmayaraq müxtəlif yalan və bəhanələr gətirərək bu problemi həll etməmişdir. O, artıq sonuncu tərəfindən dələduzluq yolu ilə aldadıldığını başa düşmüş və onun “Qarabağ” otelinə 840 (səkkiz yüz qırx) manat ödənişi belə etmədiyini bilmişdir. Lakin Elmin ona otel tərəfindən ödənilməsi tələb olunan 3480 (üç min dörd yüz səksən) manat pulu ödəməsini, Bakı şəhərinə çatan kimi pulunu tam şəkildə qaytaracağını söz vermiş, o isə gecə saatlarında məcbur qalıb öz cibindən 3480 (üç min dörd yüz səksən) manat pulu həmin otelə ödəmiş və Bakı şəhərinə gəlmişdir. Gecə saat 02 radələrində Bakıya çatmış və Elminə zəng edərək pulunu verməsini tələb etmiş, o isə müxtəlif bəhanələr gətirərək onun verdiyi pulu ödəməmişdir. O, da məcbur qalıb bütün qohumlarından aldığı pulun hamısını özü qohumlarına ödəmişdir. Yuxarıda göstərdiyi hadisələr zamanı ona 842 (səkkiz yüz qırx iki) və 1315 (min üç yüz on beş) manat olmaqla 2157 (iki min yüz əlli yeddi) manat maddi ziyan dəymiş, bununla yanaşı həm də 840 (səkkiz yüz qırx) manat Pərvinə və 840 (səkkiz yüz qırx) manat Samirəyə vurulmuş maddi ziyanı özü ödəmişdir. Bundan başqa “Qarabağ” otelindən ayrılarkən o və onunla olan şəxslər, ümumilikdə 3480 (üç min dörd yüz səksən) manat pul ödəmişlər. O, həmçinin 12 fevral 2024-cü il tarixdə mülki iddia ərizəsi verərək Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq otelə ödədiyi 3480 (üç min dörd yüz səksən) manat maddi zərərin, sonuncu tərəfindən vurulmuş psixoloji və mənəvi ziyan olaraq 1000 (min) manat və dövlət rüsumu üçün ödədiyi 65 (altmış beş) manatın ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmiş, 03 iyul 2024-cü il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı mülki iddiadan imtina etmiş və mülki iddia ərizəsinin baxılmadan saxlanılmasını xahiş etmişdir. Hal-hazırda aralarında barışıq əldə olunmuş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 06 may 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qohumudur və bir neçə dəfə “Elmin” adlı tanışının turizm şirkəti vasitəsi ilə ölkə daxilində tətilə getmişdir. Buna görə də münasib paket olarsa, ona da tətil təşkil etməsini Dəyanətdən xahiş etmişdir. Dəyanət də bundan sonra, Elminlə danışıb “Quba Palace” otelinə 3 günlük 840 (səkkiz yüz qırx) manata tur təşkil edə biləcəyinə söz vermiş, o isə razılıq vermişdir. Daha sonra, o, 26 iyul 2023-cü il tarixdə, saat 15:21-də 780 (yeddi yüz səkkiz) manat, 27 iyul 2023-cü il tarixdə, saat 16:28də isə 60 (altmış) manat olmaqla, cəmi 840 (səkkiz yüz qırx) manat pulu Təqsirləndirilən şəxs 5213-6751-5335-5723 saylı “Azərtürk bank”-a məxsus olan bank kartına ünvan 5 ünvanından kart vasitəsilə köçürmüş, qəbzini isə Dəyanətə göndərmişdir. Bundan sonra, Dəyanət Elminin onun adına yer saxlatdığını demiş, lakin sonradan Elminin Dəyanəti aldatdığını, onun adına istirahət mərkəzində yer saxlatmayaraq pulunu ələ keçirdiyini eşitmişdir. Dəyanət sonradan ona dəymiş maddi ziyanı özü ödəmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə aralarında barışıq əldə olunmuş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs4 06 may 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun rəfiqəsidir. Dəyanət “İnstagram” sosial şəbəkəsində tanış olduğu "xxxx" şirkətinin rəhbəri “Elmin” adlı şəxsin vasitəsi ilə tur paketləri sifariş edərək bir neçə dəfə tətilə getdiyi üçün ondan Naftalan şəhərində olan “Qarabağ” İstirahət Mərkəzinə yer bron etdirməsini xahiş etmişdir. Dəyanət də Elminlə bu barədə danışmış, sonunucu Dəyanətin vasitəsi ilə ona Naftalan şəhərində yerləşən "Çinar” otelinə 7 günlük, yəni 10 avqustdan 17 avqusta kimi olan müddət ərzində tətil turunu təklif etmiş, o da razılaşmışdır. Bundan sonra, o, 20 iyul 2023-cü il tarixdə, saat 11:49-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mağazalardan birindən “Milliön” aparatı vasitəsilə Təqsirləndirilən şəxs verdiyi “Azərtürk bank”-a məxsus 4613-8602-0066- 6343 saylı bank kartına 840 (səkkiz yüz qırx) manat köçürmüşdür. Onun niyyəti qayınanası və qayınatasını həmin otelə avqustun 10-dan 17-nə kimi olan müddət ərzində tətilə göndərmək olmuşdur. O, pulu karta atdıqdan sonra, qəbzini Dəyanətə göndərmiş, bundan sonra, Dəyanət də ona Elminin onun adına yer saxlatdığını demişdir. Lakin sonradan o, Elminin Dəyanəti aldatdığı və onun adına istirahət mərkəzində yer saxlatmayaraq pulu ələ keçirdiyini eşitmişdir. Dəyanət sonradan ona dəymiş maddi ziyanı özü ödəmişdir. Hal-hazırda aralarında barışıq əldə olunmuş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 24 aprel 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2023-cü ilin iyun ayının əvvəllərində ailəsi ilə birlikdə ölkə daxilində bir neçə günlük tətilə getmək qərarına gəlmişdir. Buna görə də “İnstagram” sosial şəbəkəsində turizm elanlarına baxmış, "xxxx" adlanan səhifəni görmüş, həmin səhifəyə daxil olub, (055)-992-99-98 mobil nömrəsi ilə əlaqə saxlamışdır. Zənginə cavab verən şəxs adının Elmin olduğunu və "xxxx" şirkətinin sahibi olduğunu bildirmişdir. O, Elmin adlı şəxsə ölkə daxilində tətilə getmək istədiyini bildirmiş, sonuncu isə ona 2 günlük “Şəki Palace” oteldə, 2 günlük isə “Qəbələ Palace” oteldə tur təşkil edə biləcəyini demişdir. O, da Elminə 4 böyük və 4 kiçik olmaqla, 8 nəfərlik tur istədiyini demiş, sonuncu da ona həmin tur üçün ümumilikdə, 2000 (iki min) manat pul lazım olduğunu bildirmiş, o da Elminə otellərdə otaq rezerv etməsini demişdir. Danışıqlarından bir gün sonra, Elmin onunla əlaqə saxlamış, “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə öz şəxsiyyət vəsiqəsini və üzərində ad olan pul kartını göndərmişdir. Bundan sonra, 30 iyul 2023-cü il tarixdə 5213-6751-2557- 2157 nömrəli bank kartına hissə-hissə olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Eldar” marketin içərisində olan “E-Manat” terminalından 500 (beş yüz), 470 (dörd yüz yetmiş), 80 (səksən) və 37 (otuz yeddi) manat, yəni, ümumilikdə 1087 (min səksən yeddi) manat pul köçürmüşdür. Elminə otelləri 2023-cü ilin iyul ayının ortalarına, yəni 15 ilə 20-si tarixləri aralığında saxlatmasını demiş, sonuncu ona pulu ödədikdən sonra, otellərdə yerləri saxlatdığını bildirdikdə ondan oteldə yer saxlatdığına dair sənədləri tələb etmişdir. Elmin ona bir neçə gün içərisində sənədləri atacağını demiş, o da Elmini bir neçə gün gözləmək qərarına gəlmişdir. Təxminən 4-5 gün sonra Elmin ona zəng edib qalan ödənişi etməyini bildirdikdə, o, sonuncudan yenə də oteldə yer saxlatması ilə bağlı sənədləri tələb etmiş, qalan pulu isə otelə daxil olarkən ödəyəcəyini bildirmişdir. Elmin isə ona sənədləri həll edəcəyini demiş, pulun qalan hissəsini göndərməsini demişdir. O, Elminin sənədləri göndərməməsindən şübhələndiyi üçün onun ofisinin harada olmasını soruşmuş, Elmin də ona ofisinin “AAF Mall” adlanan ticarət mərkəzində yerləşdiyini bildirdikdə, bunu araşdırmış və “AAF Mall” adlanan ticarət mərkəzində "xxxx" şirkətinə məxsus hər hansı ofis olmadığını öyrənmişdir. Bundan sonra, “Şəki Palace” otellə və “Qəbələ Palace” otellə əlaqə saxlamış, hər iki oteldən onun adına hər hansı yerin rezerv edilmədiyini bildirmişlər. Belə ki, o Elminə danışarkən ona adını, soyadını və ata adını demiş, Elmin də onun anket məlumatları əsasında ona yer saxlatmalı olmuşdur. Lakin o, sonuncunun onu aldatdığını öyrəndikdə onunla yenidən əlaqə saxlamışdır. Elmin onu inandırmağa çalışmış, vaxt istəmişdir. Elmindən pulunu tələb etmişdir. Elminin pulunu qaytarmadığını gördükdə 31-ci polis şöbəsinə şikayət etmişdir. Hal-hazırda aralarında barışıq əldə olunmuş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 03 aprel 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: 230100497 nömrəli cinayət işi 30 avqust 2023-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmışdır. (iş.v. 1) Zərərçəkmiş şəxs1 tərəfindən Suraxanı RPİ-nin 32-ci polis bölməsinin rəisinə ünvanlanan 31 iyul 2023-cü il tarixli ərizədən görünür ki, “İnstagram” sosial şəbəkəsində olan səhifədən verilmiş elandan Naftalan şəhərində yerləşən “Qarabağ” otelinə 4 nəfərlik istirahət və müalicə almaq üçün ***-***-**-** saylı mobil telefon nömrəsi və ***-***-**-** “Whatshapp” nömrəsi ilə əlaqə saxlamış, Naftalan şəhərində yerləşən “Qarabağ” otelinə 4 nəfərlik istirahət və müalicə almaq üçün Təqsirləndirilən şəxs məxsus 5213-6751-2557-2157 saylı (11/2024) hesaba 840 (səkkiz yüz qırx) manat pul ödəmişdir. Ailə üzvləri və o, Naftalan şəhərində yerləşən “Qarabağ” istirahət mərkəzində 7 gün qalıb oradan çıxmaq istəyərkən istirahət mərkəzinin rəhbəri bildirmişdir ki, ödəniş edilməmişdir. Ona görə də məcbur olub 3480 (üç min dörd yüz səksən) manat ödəniş etmişdir. Bundan başqa yaxınlarına və ətrafındakılar üçün də əlavə olaraq başqa-başqa istirahət mərkəzlərinə görə 2995 (iki min doqquz yüz doxsan beş) manat ödəsə də Təqsirləndirilən şəxs istirahətə getmək üçün göndəriş verməmiş və ödədikləri pulları geri qaytarmamışdır. Həmin şəxs ona, ümumilikdə 6500 (altı min beş yüz) manat pul qaytarmalıdır. Zərərçəkmiş şəxs1 həmin şəxsin müəyyən edilib, cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. (iş.v. 5) 05 sentyabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 28) Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 tərəfindən tərtib edilmiş 06 sentyabr 2023-cü il tarixli “sənədlərin cinayət işinə əlavə edilməsi haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinin surətləri cinayət işinə əlavə edilmişdir. (iş.v. 37-41; 43-47) İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən müxtəlif vaxtlarda, Təqsirləndirilən şəxs istifadəsində olan kart hesablarına müxtəlif məbləğlərdə pulların köçürülməsi təsdiq edilmişdir. (iş.v. 37-41; 43-47) 21 iyul 2023-cü il tarixli “rezervasiya təsdiqi”ndən görünür ki, (055)-992-99-98 saylı mobil nömrədən Tahir Əhmədovun adına 10Tourism agentliyi tərəfindən “Çinar otel və SPA Naftalan” otelində 10 avqust 2023-cü il tarix, saat 14:00-dan 17 avqust 2023-cü il tarixədək 2 nəfər üçün 1 nömrəli otaq rezerv edilmişdir. (iş.v. 42) İş materiallarına əlavə edilmiş kartın fotoşəklindən görünür ki, 5213-6751-2557- 2157 saylı (11/24) kart Təqsirləndirilən şəxs məxsusdur. (iş.v. 47) İş materiallarına əlavə edilmiş 24 noyabr 2023-cü il tarixli “cinayət işinin tövsif olunması haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif olunmuşdur. (iş.v. 74-75) 24 noyabr 2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı öz ifadəsində göstərdiklərini bir daha onun üzünə qarşı deyərək təsdiq etmişdir. (iş.v. 89-95) 24 noyabr 2023-cü il tarixli “maddi ziyanın ödənilməsi” barədə protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyan 3838 (üç min səkkiz yüz otuz səkkiz) manat puldan tam olaraq 3838 (üç min səkkiz yüz otuz səkkiz) manat pul Təqsirləndirilən şəxs atası X4 tərəfindən ödənilmişdir. (iş.v. 96) Zərərçəkmiş şəxs2 tərəfindən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin rəisinə ünvanlanan 11 avqust 2023-cü il tarixli ərizədən görünür ki, “Elmin” adlı şəxsə tur sifariş etmək üçün ümumilikdə 1100 (min yüz) manat pul vermiş, lakin “Elmin” vədinə əməl etməyərək onu aldatmış və turun ödənişini həyata keçirməmişdir. Bu barədə tədbir görülməsini xahiş etmişdir. (iş.v. 112) 01 dekabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 122) 03 dekabr 2023-cü il tarixli “maddi ziyanın ödənilməsi” protokolundan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 vurulmuş 1087 (min səksən yeddi) manat pulu Təqsirləndirilən şəxs ödəmişdir. (iş.v. 129) 02 dekabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 131) 02 dekabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 140) Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 tərəfindən tərtib edilmiş 13 dekabr 2023-cü il tarixli “sənədlərin cinayət işinə əlavə edilməsi haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün "xxxx" MMC-yə dair çıxarışın, nizamnamənin və digər sənədlərin surətləri cinayət işinə əlavə edilmişdir. (iş.v. 150-156) İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş 03 may 2023-cü il tarixli, **********538100 nömrəli çıxarışdan görünür ki, "xxxx" MMC 03 may 2023-cü il tarixdə qeydiyyata alınmışdır. Dövlət qeydiyyat nömrəsi (VÖEN) **********, qanuni təsisçisi Təqsirləndirilən şəxsdur (10 pay). Nizamnamə kapitalının miqdarı (elan edilmiş) 10.00 manatdır. Hüquqi ünvanı isə ünvan 8 İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş "xxxx" MMC-nin qeydiyyata alınması barədə” bildirişdən görünür ki, müraciət əsasında "xxxx" MMC dövlət qeydiyyatına alınmış və onun elektron qaydada təsdiq edilmiş qeydiyyat sənədləri (hüquqi şəxsin şəhadətnaməsi, hüquqi şəxsin nizamnaməsi, dövlət reyestrindən çıxarış) hüquqi şəxsin və rəhbərin elektron kabinetinə göndərilmişdir. Həmçinin asan imza sertifikatının əldə edilməsi üçün məlumatlar ASXM-yə, bank hesabı açmaq üçün şəhadətnamə-dublikatlar müvafiq bank idarəsinə, əmək müqaviləsinin məlumatları isə ƏƏSMN-in informasiya sisteminə ötürülmüşdür. (iş.v. 153) 14 dekabr 2023-cü il tarixli, “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif edilmiş, ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, Zərərçəkmiş şəxs1 dəymiş ziyanın məbləği 2157 (iki min yüz əlli yeddi) manat, Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyanın məbləği 840 (səkkiz yüz qırx) manat, Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanın məbləği isə 840 (səkkiz yüz qırx) manat kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs təsisçisi və rəhbəri olduğu MMC-nin adı "xxxx" kimi yazılması və oxunması qərara alınmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, cinayət işinə əlavə edilmiş pul köçürmələrinə dair çıxarışlar, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsinə dair protokollar və digər istintaq sənədləri cinayət işi üzrə sübut növü kimi qəbul edilmiş, Zərərçəkmiş şəxs1 istirahət mərkəzinə əlavə xərclədiyi pullarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. (iş.v. 157-166) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə 65 (altmış beş) manat dövlət rüsumu ödənişinin qəbzi ilə təqdim edilmiş 12 fevral 2024-cü il tarixli mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq otelə ödədiyi 3480 (üç min dörd yüz səksən) manat maddi zərərin, sonuncu tərəfindən vurulmuş psixoloji və mənəvi ziyan olaraq 1000 (min) manat və dövlət rüsumu üçün ödədiyi 65 (altmış beş) manatın ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 11 mart 2024-cü il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” verdiyi ərizədə mülki iddia ərizəsinin “xahiş edirəm” hissəsində “cavabdeh Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq otelə ödədiyi 3480 (üç min dörd yüz səksən) manat maddi zərərin” ifadəsinin 2640 (iki min altı yüz qırx) manat maddi zərərin ifadəsi ilə əvəz olunmasını xahiş etmişdir. 03 iyul 2024-cü il tarixdə isə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı mülki iddiadan imtina etmiş və mülki iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Garabag Resort & X7” tərəfindən otel xərci ilə bağlı verilmiş çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 üçün 22 iyul 2023-cü il tarixdən 29 iyul 2023-cü il tarixədək olan ümumi otel xərci hər biri üçün ayrılıqda 1740 manat olmaqla, cəmi 3480 manat təşkil etmişdir. Qoşma edilən qəbzlərdən müəyyən olunur ki, həmin ödəniş 29 iyul 2023-cü il tarixdə kartla həyata keçirilmişdir. Azərbaycan Respublikası DİN-nin Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 1(010)- 177/2024 saylı sorğusuna cavab olaraq ünvanlanan 23 may 2024-cü il tarixli, 3-13- 57/2-17000/2024 saylı məktubdan görünür ki, Gəncə ŞPBİ-nin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ittiham elan olunaraq barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 1(010)-177/2024 saylı sorğusuna cavab olaraq ünvanlanan 19 iyul 2024-cü il tarixli, 3-13-57/2- 24284/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* saylı cinayət işi hazırda icraatdadır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi faktı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı iş üzrə toplanmış istintaq və məhkəmə hərəkəti protokolları və digər sübutlarla da kifayət qədər təsdiq olunur. Məhkəmə həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə, zərərçəkmiş şəxslərə yalan məlumatlar verməklə vəd etdiyi öhdəlikləri yerinə yetirməmiş və onların etibarından suiistifadə etməklə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. İş üzrə zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 06 may 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs4 06 may 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs3 24 aprel 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs2 03 aprel 2024-cü il tarixdə məhkəməyə ünvanladığı ərizələrdən görünür ki, təqsirləndirilən şəxs onlara vurduğu ziyanı tamamilə ödəmiş və onlarla barışmış, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı tam məbləğdə ödədiyini bildirmişdir. Məhkəməyə təqdim etdiyi 05 avqust 2024-cü il tarixli qəbzlə müəyyən olunur ki, o, dövlət büdcəsinə hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurduğu ümumilikdə 4924 (dörd min doqquz yüz iyirmi dörd) 4924 (dörd min doqquz yüz iyirmi dörd) manat zərərin 25 (iyirmi beş) faizi miqdarında, 1,24 (bir manat iyirmi dörd qəpik) manat komissiya məbləği olmaqla, cəmi 1240 (min iki yüz qırx) manat məbləğində pul vəsaiti ödəniş edib. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2023-cü il tarixdə, saat 09:30-da Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X3 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, 01 oktyabr 2023cü il tarixli qərarla müstəntiq tərəfindən barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı CM-in 59.1.3-cü maddəsinə əsasən dayandırılmış, 22 noyabr 2023-cü il tarixdə, saat 14:40-da Suraxanı RPİ-nin CAŞ tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin MSY-ə təhvil verilmiş, 24 noyabr 2023-cü il tarixdə onun əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif olunmuş, həmin tarixdə, saat 09:00-da o, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə yenidən ittiham elan olunmuş, həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən rədd edilmişdir. Həmin tarixdə də barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. 14 dekabr 2023-cü il tarixli, “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif edilmiş, 15 dekabr 2023-cü il tarixdə, saat 10:30-da təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (iş.v. 51-52, 54, 56-57, 74-75, 77-79, 97-98, 103-107, 109, 157-166, 168-170) Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Həmçinin tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətindən azad edilmə halı olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Təkrarən və öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirərək dələduzluq etmə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışmasına dair ərizələrinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə, hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkəti protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. 10 iyun 1997-ci il tarixli Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Hazırkı cinayət işinin faktiki halları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs iş üzrə özünü tam təqsirli bilmiş, əməlindən peşiman olmuş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 cinayət nəticəsində vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs onlarla barışmış və cinayət əməli ilə zərərçəkmiş şəxslərə vurduğu ziyanın 25 faizi miqdarında, yəni 1,24 (bir manat iyirmi dörd qəpik) manat komissiya məbləği olmaqla, cəmi 1240 (min iki yüz qırx) manat manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməli, iş üzrə maddi sübut qismində tanınmış pul köçürmələrinə dair çıxarışların cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6 – 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 12 fevral 2024-cü il tarixdə mülki iddia ərizəsi verərək Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq otelə ödədiyi 3480 (üç min dörd yüz səksən) manat maddi zərərin, sonuncu tərəfindən vurulmuş psixoloji və mənəvi ziyan olaraq 1000 (min) manat və dövlət rüsumu üçün ödədiyi 65 (altmış beş) manatın ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmiş, 03 iyul 2024-cü il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı mülki iddiadan imtina etmiş və mülki iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. CPM-nin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 tərəfindən 12 fevral 2024-cü il tarixdə verilmiş mülki iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 40, 43, 186, 321, 344-348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə həmin Məcəllənin 73-1.2-ci maddəsi tətbiq edilməklə, bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. İş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən 12 fevral 2024-cü il tarixdə verilmiş mülki iddia ərizəsi üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut qismində tanınmış pul köçürmələrinə dair çıxarışların cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar