Məhkəmə qərarları › İş №1(010)-178/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-178/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-178/2021 05.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 13:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, 31 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 4(010)-82/2021 nömrəli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri həmin Məhkəmənin 10 mart 2021-ci il tarixli, 4(010)-105/2021 nömrəli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 20 fevral 2021-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, 31F nömrəli evin yaxınlığında keçmiş arvadı Zərərçəkmiş şəxs1 davranışlarını qəbul etməməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı üzərində olan bıçaqla qəsdən onun alın nahiyəsindən bir dəfə vuraraq, sonuncuya alının kəsilmiş yarası ilə müşayiət edilən xəsarət, habelə baş vermiş hadisədən xəbər tutduqdan sonra həmin günü, saat 20 radələrində hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs1 qardaşı Cəfər-X10 ilə Zərərçəkmiş şəxs1 bıçaqla vurması səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində olan bıçaqla qəsdən Cəfər-X2 bud nahiyəsindən bir dəfə vuraraq, sonuncuya sol budun deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən xəsarət yetirməklə həm Zərərçəkmiş şəxs1 sağlamlıqlarına, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs, 21 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, 30 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda 2.827 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini əldə edərək, daşımaqla üzərində saxlamış, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə, saat 18 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsində saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilmiş, orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman bir ədəd bükümündəki həmin 2.827 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə 1991-ci ildə ailə həyatı qurmuş, uzun müddət münasibətləri normal olsa da, son zamanlar aralarında mübahisələri olduğundan boşanmışlar. 20 fevral 2021-ci il tarixdə özünə məxsus “Mercedes” markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Komsomol dairəsinin yaxınlığına getmiş, həmin günü, təxminən saat 19 radələrində orada keçmiş arvadı Samirəni görüb bir qədər söhbət etmək üçün ondan avtomobilinə əyləşməsini xahiş etmişdir. Avtomobilinə əyləşdikdən sonra yol boyu söhbət etdikləri ərəfədə Samirənin davranışları xoşuna gəlmədiyinə görə sözlə mübahisə etmişlər. Həmin vaxt o, avtomobilində olan kiçik bıçağı Samirənin xəbəri olmadan götürüb cibinə qoymuşdur. Samirənin yaşadığı evin qarşısına çatdıqda hər ikisi avtomobildən düşərək yenidən mübahisə etmişlər. Samirənin onunla əsəbi halda, uca səslə danışmağını, habelə davranışlarını qəbul edə bilməyib cibindəki bıçaqla bir dəfə onun alın nahiyəsindən vurmuş, sonuncunun alnı kəsilmişdir. Bundan sonra Samirə qaçıb yaşadığı evə getmiş, o, isə avtomobilinə əyləşmişdir. Təxminən saat 20 radələrində Samirənin qardaşı Fuad onun avtomobilinə yaxınlaşıb, onunla söhbət etmək istədiyini bildirmişdir. Söhbət əsnasında Fuad ondan, Samirədən uzaq durmasını tələb etmişdir. O, Fuadın Samir barədə söhbətindən və onun danışıq tərzindən əsəbləşərək Samirəni vurduğu bıçaqla bir dəfə Fuadın bud nahiyəsindən vurub avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Samirəyə və Fuada xəsarət yetirdiyi bıçağı hadisə yerindən uzaqlaşdıqdan sonra xatırlamadığı yerdə atmışdır. Hadisə təxminən bir neçə dəqiqə davam etmiş və həmin vaxt yanlarında kənar hər hansı bir şəxs olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs bildirdi ki, bir neçə aydır “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindən inyeksiya yolu ilə istifadə edir. Şəxsi istifadəsi üçün psixotrop maddəni tanımadığı şəxslərdən Bakı şəhərinin müxtəlif yerlərində pul müqabilində alır. 21 fevral 2021-ci il tarixdə səhər saatlarında yaşadığı qəsəbənin ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxslə rastlaşmış, həmin şəxsdən əvvəllər də bir dəfə narkotik vasitə aldığı üçün ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuş, sonuncu da üzərində “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu demişdir. Kənar şəxslərin diqqətini cəlb etməyəcəyi kənar yerə çəkildikdən sonra həmin şəxs cibindən bir ədəd ağ kağız bükümünü çıxardıb ona vermişdir. Açıb baxdıqda bükümün içərisində ağ rəngli kristallardan ibarət “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu görmüş və həmin şəxsə 30 manat pul vermişdir. Bundan sonra oradan uzaqlaşıb yaşadığı evə gəlib “şüşə” kimi tanıdığı psixotrop maddənin bir qismini istifadə etmiş, qalan hissəsini isə daha sonra istifadə etmək məqsədilə gödəkcəsinin cibinə qoymuşdur. Həmin günü təxminən saat 17 radələrində evdən çölə çıxmış, həmin vaxt psixotrop maddə üzərində olmuşdur. Küçədə gəzərkən tanışı X6 ilə rastlaşmış və sonuncu ilə söhbət edərək Deputat küçəsi gəzmişlər. Mirzəyə üzərində psixotrop maddənin olduğunu demədiyinə görə sonuncunun bu barədə məlumatı olmamışdır. Saat 18 radələrində mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin saxlanılmasında, gəzdirilməsində və istifadəsində şübhəli olduqlarını bildirib onları, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət etmişlər. Onlar da etiraz etmədən polis əməkdaşları ilə birlikdə həmin polis bölməsinə getmişlər. Orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, onun üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynindəki qara rəngli gödəkçənin sol yan cibində saxladığı 01 ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin var, onu saxlanılmamışdan bir müddət əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yalnız üzdən tanıdığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün almış, bir qismini istifadə etmiş, qalan hissəsini isə daha sonra isitifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümdəki psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməllərdən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Cəfər- X7 dəymiş ziyanı aradan qaldıraraq onlarla barışdığını, sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini, həmin hissədə iş üzrə icraata xitam verilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əmələ görə isə barəsində azadlıqdan azadlqıdan məhrum etmə ilə bağlı olmayan yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxs Cəfər-X8 və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 22 iyun 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs Cəfər- X10 göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə 1991-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar, birgə nikahdan onların iki övladı anadan olmuşdur. Bir müddət münasibətləri normal olsa da, sonradan Hacibalanın Samirəyə olan neqativ davranışları səbəbindən onların münasibətləri pozulmuş və nəticədə sonuncular rəsmi qaydada boşanmışlar. 20 fevral 2021-ci il tarixdə, saat 20 radələrində yaşadığı evə gəlmiş, həmin vaxt Samirənin qızı zəng edib Hacibalanın Samirəni vurduğunu demişdir. Buna görə də o, Samirənin yaşadığı evə getmiş və orada Samirənin alnından xəsarət aldığını, yəni onun alnından qan gəldiyini görmüşdür. Samirə aldığı xəsarətin Hacibala tərəfindən ona yetirildiyini demişdir. Hacibalanın bu hərəkətindən əsəbləşib küçəyə çıxmış, bir neçə metr getdikdən sonra Hacibalanın idarə etdiyi avtomobilinin yaxınlıqda dayandığını görmüşdür. Yaxınlaşdıqda Hacibalanın avtomobildə olduğunu görüb bacısından uzaq durmasını bildirmək məqsədilə Hacibaladan avtomobildən düşməsini, baş vermiş hadisə barədə onunla söhbət etmək istədiyini demişdir. Hacibala isə avtomobilindən düşüb əlində bıçaqla onun üzərinə gələrək, hər hansı bir səbəb olmadan həmin bıçaqla onun sol bud nahiyəsindən bir dəfə vurub avtomobilinə əyləşərək oradan uzaqlaşmış, o isə oradan yaşadığı evə getmişdir. Hacibala ona xəsarət yetirən zaman ətrafda kənar heç kim olmamış, hadisə təqribən 2-3 dəqiqə davam etmiş və heç bir səs-küy yaranmamışdır. Sonda zərərçəkmiş şəxs Cəfər-X10, Təqsirləndirilən şəxs dəymiş ziyanı aradan qaldırdığını, buna görə də onunla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə 1991-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan onların iki övladı anadan olmuşdur. Bir müddət münasibətləri normal olsa da, sonradan Hacibala ilə aralarında mübahisə yaranmış və onlar rəsmi olaraq boşanmışlar. Boşanmalarına səbəb isə Hacibalanın mütamadi olaraq səbəbsiz yerə narazılıqlar yaratması olmuşdur. 20 fevral 2021-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Komsomol dairəsinin yaxınlığında olduğu zaman Hacibala idarə etdiyi avtomobillə ona yaxınlaşıb söhbət etmək istəmədiyini bildirərək ondan avtomobilə əyləşməsini xahiş etmişdir. O, avtomobilə əyləşmiş və Hacibala onu yaşadığı evə aparmışdır. Çatdıqda hər ikisi avtomobildən düşüb söhbət etmişlər, bu zaman Hacibala heç bir səbəb olmadan mübahisə etməyə başlamışdır. Həmin vaxt Hacibalaya qarşı hər hansı bir formada qeyri etik hərəkət etməsə də, Hacıbala heç bir əsas olmadan cibindən bıçaq çıxarıb həmin bıçaqla onun alın nahiyəsindən bir dəfə vurub ona xəsarət yetirmişdir. O, bundan qorxaraq qaçıb evinə getmiş, evin giriş qapısını isə kilidləmişdir. Alnından qan axdığına görə özünə ilkin tibbi yardım göstərib qanaxmanı kəsməyə çalışmışdır. Hacibala ona xəsarət yetirən zaman ətrafda başqa heç kim olmamış, hadisə təqribən 03 dəqiqə davam etmiş, heç bir səs-küy yaranmamışdır. Bundan bir müddət sonra, təxminən saat 20 radələrində onlara gəlmiş qardaşı Fuad da onun xəsarət aldığını görmüş, Fuad xəsarətin kim tərəfindən ona yetirildiyindən məlumatlı olmuşdur. Bundan sonra Fuad evdən çıxıb getmiş və bir müddətdən sonra öyrənmişdir ki, Hacibala heç bir səbəb olmadan bıçaqla Fuadın ayağına xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs1 12 iyul 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs dəymiş ziyanı aradan qaldırdığını, buna görə də onunla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat-müvəkkili Şahid1 göstərdi ki, Mirzə və Hacibala adlı şəxslərin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsində narkotik vasitə və psixotrop maddə əldə etmələri və saxlamaları barədə 21 fevral 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə yaradılmış əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsinə getmiş, təxminən saat 18 radələrində zahiri əlamətlərinə görə Mirzə və Hacibala adlı şəxslərə oxşayan şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər, onlara qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin saxlanılmasında, gəzdirilməsində və istifadəsində şübhəli olduqlarını, üzərlərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını bildirib onları, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxslər də etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində həmin şəxslərin şəxsiyyəti müəyyən olunduqdan sonra xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki qara rəngli gödəkçənin sol yan cibində saxladığı 01 ədəd bükümü təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin var, onu saxlanılmamışdan bir müddət əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yalnız üzdən tanıdığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün almış, bir qismini istifadə etmiş, qalan hissəsini isə daha sonra isitifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmamışdır. Həmin bükümdəki psixotrop maddə metamfetamin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat-müvəkkili X9, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 21 fevral 2021ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sol yan cibində saxladığı 01 ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin var, onu saxlanılmamışdan bir müddət əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yalnız üzdən tanıdığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün almış, bir qismini istifadə etmiş, qalan hissəsini isə daha sonra isitifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümdəki psixotrop maddə metamfetamin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Baxışın nəticələrinə dair tərtib edilmiş protokol baxışda iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 22 fevral 2021-ci il tarixli, 6/773 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış 1 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2.827 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İİ) daxildir. 1 nömrəli zərfdəki təmiz çəkisi 2.827 qram olan metamfetaminin 0.050 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 2.777 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 17 mart 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı 01 ədəd bükümü polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin var, onu saxlanılmamışdan bir müddət əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yalnız üzdən tanıdığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün almış, bir qismini istifadə etmiş, qalan hissəsini isə daha sonra isitifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan canlı şəxsin ekspertizasının 22 fevral 2021-ci il tarixli, 148 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində alının kəsilmiş yarası xəsarəti aşkar edilmişdir. Qeyd edilən xəsarət iti kənara malik əşyanın təsirindən törənmişdir, 20 fevral 2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətin digər şəxs tərəfindən vurulması nəticəsində alınması inkar olunmur. Lakin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inandırıcı deyildir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 22 fevral 2021-ci il tarixli, 149 saylı rəyindən görünür ki, Cəfər-X5 bədən səthində sol budun deşilmiş-kəsilmiş yarası xəsarəti aşkar edilmişdir. Qeyd edilən xəsarət deşici-kəsici əşyanın (ola bilsin bıçaq) təsirindən törənmişdir, 20 fevral 2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətin digər şəxs tərəfindən vurulması nəticəsində alınması inkar olunmur. Lakin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inandırıcı deyildir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 aprel 2021-ci il tarixli, 1167 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında 23 aprel 2021-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işinin materiallarından X4 barəsində Azəbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başqa cinayət işi ayrılmış, ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətindən azad edilməli və həmin hissədə cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda zərərçəkmiş şəxslər Cəfər-X7 və Zərərçəkmiş şəxs1 vurduğu zərəri aradan qaldırmış və onlarla barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilmədiyini, habelə əməlin cinayət olmasını aradan qaldıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə münasibətdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İİ siyahısının 67-ci bəndinə əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını, əvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, az ciddi cəza növünün və ya həddinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini nəzərə alaraq, habelə sosial ədalətin bərpa edilməsi, Təqsirləndirilən şəxs islah edilməsi və onun tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 21 fevral 2021-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 fevral 2021-ci il tarixli qərardan, habelə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 4(010)-82/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 fevral 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbirinin seçilmiş, həbs etmənin əvvəli 21 fevral 2021-ci il tarixdən hesablanmışdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 4(010)-105/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 4(010)- 82/2021 nömrəli qərarı ilə seçilmiş 04 ay müddətinə həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 21 fevral 2021ci il tarixdən һesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsinə zərurət yoxdur, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 2.777 qram olan psixotrop maddə - metamfetamin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə iş üzrə təyin edilmiş 22 fevral 2021-ci il tarixli, 6/773 saylı materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaitinin, hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə X4 Azəbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 1(010)-181/2021 nömrəli hökmünə əsasən tam olaraq M.S.Qurbanovdan dövlət nəfinə tutulduğunu nəzərə alaraq hesab edir ki, həmin ekspertiza xərcinin əlavə olaraq Təqsirləndirilən şəxs tutulmasına zərurət yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 349, 351-353, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 21 fevral 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 2.777 qram olan psixotrop maddə - metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanıl Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar